Məhkəmə qərarları › İş №2-2(102)-118/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-118/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-118/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə ilk, Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı, Cavabdeh1 MMC-nin İddiaçı ASC və Cavabdeh2 MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbi barədə qarşılıqlı iddialara dair iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması, pul məbləğinin g ecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7), tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ipotekaya xitam verilməsi, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə ilk, Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələ bi barədə qarşılıqlı, Cavabdeh1 MMC-nin İddiaçı ASC və Cavabdeh2 MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbi barədə qarşılıqlı iddialara dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli 2-2(103)-460/2023 nömrəli qətnaməsindən Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2012-ci il 10 fevral tarixli 24219-1/SKMF nömrəli təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank Cavabdeh1 MMC-yə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 7.000.000 manat məbləğində güzəştli kredit ayrılmış, ayrılmış kreditin tranşlarla veriləcəyi qeyd olunmuşdur. Kredit müqaviləsinə 2012-ci il 10 fevral tarixli Əlavəyə əsasən, bank tərəfindən borcalana 120 ay müddətinə illik 3,5 faiz dərəcəsi ilə 4.500.000 manat məbləğində, müqaviləyə 2012-ci il 7 mart tarixli Əlavəyə əsasən isə 119 ay müddətinə illik 3,5 faiz dərəcəsi ilə 2.500.000 manat məbləğində kreditlər verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2015ci il 13 avqust tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 MMC-yə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

3. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 2012-ci il 18 may tarixdə 277471/SKMF №-li kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 MMC-yə illik 3.5% olmaqla, 84 ay müddətinə 7. 000.000 manat məbləğində güzəştli kredit ayrılmış, ayrılmış kreditin tranşlarla veriləcəyi qeyd olunmuşdur. Kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh2 MMC-yə 2012-ci il 18 may tarixdə tranşla 5.000.000 manat məbləğində pul və 2012-ci il 1 iyun tarixdə tranşla 2.000.000 manat məbləğində pul verilmişdir.

4. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC, Cavabdeh1 MMC, Cavabdeh2 MMC arasında 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 MMC-yə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ASC (bundan sonra – “Bank”) Cavabdeh1 MMC-yə (bundan sonra – “Aqro Kompleks”) qarşı 2022-ci il 29 avqust tarixdə iddia ərizəsi və sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 2012-ci il 18 may tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə onun banka 2023-cü il 21 fevral tarixə əsas borcu 735.871,92 manat, kredit müqaviləsinin bitdiyi 2023-cü il 21 fevral tarixə faiz borcu üzrə 500,79 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 500,79 manat, 2022-ci il 10 fevral tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% ol maqla) 38.531,07 manat, cəmi 775.404,57 manat, 2012-ci il 1 iyun tarixdə tranşla verilmiş 2.500.000 manat məbləğli kredit üzrə onun Banka 2023-cü il 22 fevral tarixə banka əsas borcu 256.860,47 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə faiz borcu üzrə 174,80 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 174,80 manat, 2022-ci il 10 fevral tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində 256.860,47 manat əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 13.449,50 manat) cəmi 270.659,57 manat, ümumilikdə 1.046.064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclər in (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması; cavabdehə məxsus, 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan ümumilikdə 1.046.064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin ödənilməsi; cavabdehə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi mü əssisənin məcburi boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Aqro Kompleks müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 2012-ci il 18 may tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə banka 2023-cü il 21 fevral tarixə əsas borcu 735.871,92 manat, kredit müqaviləsinin bitdiyi 2023-cü il 21 fevral tarixə faiz borcu üzrə 500,79 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 500,79 manat, 2022-ci il 10 fevral tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olm aqla) 38.531,07 manat, cəmi 775.404,57 manat, 2012-ci il 1 iyun tarixdə tranşla verilmiş 2.500.000 manat məbləğli kredit üzrə 2023-cü il 22 fevral tarixə əsas borcu 256.860,47 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə faiz borcu üzrə 174,80 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 174,80 manat, 2022-ci il 10 fevral tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində 256.860,47 manat əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 13449,50 manat) cəmi 270.659,57 manat, ümumilikdə borcu 1.046.064,14 manat təşkil edir.

7. Cavabdeh Aqro Kompleks iddia tələbini qismən, yəni əsas, faiz və cərimə borcu his səsində qəbul etdiklərini, lakin MM-in 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla hesablanmış ümumilikdə 51.980,57 manat hissəsində qəbul etmədiklərini bildirmiş, bu barədə yazılı ərizə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra tərəfindən müəyyən ödənişlər olunmuş, mütəmadi olaraq ödənişlərin edilməsi davam etdiyindən iddiaçı tərəfindən onlardan illik 5% olmaqla hesablanmış faiz borcu tələb oluna bilməz.

8. Məhkəmənin müvafiq qərardadı əsasında verilmiş “AB” Consulting” MMC tərəfindən verilmiş 2022-ci il 10 avqust tarixli G-08/22-193 nömrəli qiymətləndirmə hesabatından görünür ki, əmlak kompleksinin qiyməti 2022-ci il 10 avqust tarixinə olan likvid dəyəri 41.107.000 manat təşkil etmişdir (Qiymətləndirmə zamanı əmlak komplek sinin tikililəri daxilində mövcud olan avadanlıq və qurğuların dəyəri nəzərə alınmamışdır). 9. "xxxx" MMC tərəfindən verilmiş 2015-ci il 27 may tarixli 01/02-266 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən Cavabdeh1 MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin 2015-ci il 25 may tarixinə olan bazar dəyəri 28.000.000 manat, likvid dəyəri 22.000.000 manat təşkil edir. 10. "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 28 dekabr tarixli ƏEM/D58-871/22 nömrəli ekspert rəyinin nəticəs hissəsindən görünür ki, ipoteka qoyan X1 (Aqro Kompleksə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında 20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24851 kv.m olan digər daşınmaz əmlakın (əmlak kompleksi kimi müəssisə) 2022-ci il 28 dekabr tarixinə bazar dəyəri 52.000.000 mana t, likvid dəyəri 43.000.000 manat təşkil edir.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-135/2023 nömrəli 2023-cü il 24 fevral tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Aqro Kompleksdən 2012-ci il 18 may tarixdə tranşla verilmiş kredit üzrə 735.871,92 manat əsas borc, 500,79 manat faiz borcu, 500,79 manat dəbbə pulu, illik 5 faizlə hesablanmış 38.531,07 manat faiz borcu; 2012-ci il 1 iyun tarixdə tranşla verilmiş kredit üzrə 256.860,47 manat əsas borc, 174,80 manat faiz borcu, 174,80 manat cərimə, illik 5 faizlə hesablanmış 13.449,50 manat faiz borcu; ümumilikdə 1.046.064,14 manat məbləğində pul və ödənilmiş 1551,46 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 manat pulun tutularaq iddiaçı Banka ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh Aqro Kompleksə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, cavabdeh Aqro Kompleksə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksinin ilkin satış qiymətinin 43.000.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 1.046.064,14 manat məbləğində pul və ödənilmiş 1551,46 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 manat pulun tutularaq iddiaçı Banka ödənilməsi, satışdan artıq qalan vəsaitin cavabdeh Aqro Kompleksə qaytarılma sı, ipoteka predmeti olan cavabdeh Aqro Kompleksə məxsus 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Qəbələ rayonu Vəndam kəndində yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə açıq hərracda satıldıqdan sonra cavabdeh Aqro Kompleks tərəfindən məcburi boşaldılması, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 2000 manat ekspertiza xərcinin cavabdeh Aqro Kompleksdən tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

12. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı cavabdehə 2012-ci il 18 may tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə onun 2023-cü il 21 fevral tarixə iddiaçıya əsas borcu 735.871,92 manat, kredit müqaviləsinin bitdiyi 2023-cü il 21 fevral tarixə faiz borcu üzrə 500,7 9 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 500,79 manat, 2012-ci il 1 iyun tarixdə tranşla verilmiş 2.500.000 manat məbləğli kredit üzrə onun 2023-cü il 22 fevral tarixə iddiaçıya əsas borcu 256.860,47 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə faiz borcu üzrə 174,80 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 174,80 manat təşkil edir. Cavabdeh bu hissədə iddiaya etiraz etməmiş və iddia tələbini həmin hissədə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı da tərəflər arasında kredit müqaviləsinin bağlandığı borc verən bankın həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

13. Bundan başqa, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

14. İşin araşdırılan hallarından cavabdehin iddiaç ıya ümumilikdə 1.046.064,14 manat borcunun olması müəyyən edildiyindən məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi hissəsində də əsaslı olması və ipoteka predmetinin ilkin satış qiymətinin 2022-ci il 28 dekabr tarixli ekspert rəyinə uyğun 43.000.000 manat müəyyən edilməli olması nəticəsinə gəlmişdir.

15. Gəldiyi nəticəni məhkəmə MM-in 295, 317.1, 319.1, 319.6, 386.1, 398.1, 399.1, 442, 427.3, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3, 41.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəa larının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Eyni zamanda 2022-ci il 5 aprel tarixdə iddiaçı Bank cavabdehlər Cavabdeh2 MMCyə (bundan sonra – “MMC”) və Aqro Kompleksə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC-dən 2012-ci il 18 may tarixdə tranşla verilmiş 5.000.000 manat məbləğli kredit üzrə 2022-ci il 18 oktyabr tarixə banka əsas borcu 4.550.813,27, 2019-cu il 18 may tarixə faiz borcu üzrə 390.567,92 manat, 2019-cu il 18 may tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 229.109,62 manat, 2019-cu il 18 may tarixdən sonra borclunun icranın gecikdirmə si nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5%) olmaqla 789.439,69, cəmi 5.959.930,5 manat pulun, MMC-yə 2012-ci il 1 iyun tarixdə tranşla verilmiş 2.000.000 manat məbləğli kredit üzrə 2022-ci il 18 oktyabr tarixə banka əsas borcu 1.664.122,27 manat, 2019-cu il 18 may tarixə faiz borcu üzrə 134.091,44 manat, 2019-cu il 18 may tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 77.721,04 manat, kredit müqaviləsinin bitdiyi tarixdən yəni xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 288.678,99 manat, cəmi 2.164.613,74 manat, hər iki tranş üzrə ümumilikdə 8.124.544,24 manat məbləğində kredit borcunun, 4.92 2,88 manat məbləğində dövlət rüsumunun, 400 manat mediasiya xərcinin və 130 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması, Aqro Kompleksə məxsus, 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına Banka olan 8.124.544,24 manat məbləğində borcun, 4922.88 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin ödənilməsi, Aqro Kompleksə məxsus 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləs inə əsasən girov qoyulmuş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Bu iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 2012-ci il 18 may tarixdə tranşla verilmiş 5.000.000 manat məbləğli kredit üzrə 2022-ci il 18 oktyabr tarixə banka əsas borcu 4.550.813,27 manat, 2019-cu il 18 may tarixə faiz borcu üzrə 390.567,92 manat, 2019-cu il 18 may tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 229.109,62 manat, 2019-cu il 18 may tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qayda sında - illik 5%) olmaqla 789.439,69 manat, cəmi borcu 5.959.930,5 manat, 2012-ci il 1 iyun tarixdə tranşla verilmiş 2.000.000 manat məbləğli kredit üzrə 2022-ci il 18 oktyabr tarixə banka əsas borcu 1.664.122,27 manat, 2019-cu il 18 may tarixə faiz borcu üzrə 134.091,44 manat, 2019-cu il 18 may tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 77.721,04 manat, kredit müqaviləsinin bitdiyi tarixdən yəni 2019-cu il 18 may tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 288.678,99 manat, cəmi borcu 2.164.613,74 manat, hər iki tranş üzrə ümumilikdə kredit borcu 8.124.544,24 manat təşkil edir.

18. MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh Banka qarşı qarşılıqlı id dia qaldıraraq, Bankla MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli 27747-1/SKMF nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. MMC-nin iddiaya etirazı və qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan bu müqavilənin heç bir hüquqi əsası yoxdur. Birincisi, ona görə ki, MMC-nin təsisçisinin iş üzrə cavabdehin qarşısında müqavilə əsasında üzərinə götürdüyü öhdəlikdə, yəni müqavilədə olan imza MMC-nin təsisçisinə məxsus deyildir. Əgər imza təsisçiyə məxsus olmuş olsaydı, müvafiq araşdırma aparılardı, yəni MMC-nin mülkiyyətində 2012-ci il 18 may tarixdə əmlakı olub-olmadığı, olduğu təqdirdə ayrılmış pulun biznes planı tələb edilərdi.

20. X5 də ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdehlər Bank və M MC-yə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, X9 və MMC arasında bağlanmış 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Aqro Kompleksin ilk iddiaya etirazı və qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsində kredit müqaviləsinin tarixi göstərilməmiş və kredit müqaviləsinin nömrəsi fərqli qeyd edilmişdir. Bankın MMC-dən tələb etdiyi borc 27747-1/SKMF nömrəli kredit müqaviləsi üzrə olduğu halda, ipoteka müqaviləsində göstərilən kredit müqaviləsinin nömrəsi 100-27747/SİPM-1 olmaqla başqadır. Bundan əlavə iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin 2016-cı il 11 mart tarixli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* olan Çıxarışında xeyrinə yüklü edilən şəxs Bank, hüququ yüklü edilən şəxs Aqro Kompleks, yüklü edilən əmlakın adı Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti 2015-ci il 13 avqust tarixdən 2019-cu il 18 may tarixədək, “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” qrafasında “K/M№10027747/SİPM-1, 2015-ci il 13 avqust kredit məbləği 7000.000 manat” göstərilmişdir. Yəni qeyd olunan əmlak mübahisəsi məhkəmədə baxılan 2012-ci il 18 may tarixli kredit müqaviləsinin yox, 2015-ci il 13 avqust tarixdə bağlanan 100-27747/SİPM-1 nömrəli kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş və daşınmaz əmlakın dövlət reye strində qeydiyyata alınmışdır. 2012-ci il 18 may tarixli 27747-1/SKMF nömrəli kredit müqaviləsi üzrə Aqro Kompleks borclu (tərəf) deyil, buna görə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil etməlidir. İpoteka müqaviləsinə və ipoteka predmetinin yüklü edilməsinə dair rəsmi sənədlərdən məlum olur ki, Aqro Kompleksə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi 2015-ci il 15 avqust tarixli 10027747/SİPM-1 nömrəli kredit müqaviləsinin təminatı kimi yazılmışdır. Buna görə 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinin 1.1-ci bəndində göstərilən şərtlər üstün tutulmalıdır. Bundan əlavə X11 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verməmiş, tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumatları verməmiş dir. X9 arasında bağlanan 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsi Aqro Kompleksin direktoru X4 tərəfindən təsdiq edilən zaman əmlakının ipoteka ilə yüklü olmasına dair Aqro Kompleksin ali orqanının qərarı olmamışdır.

22. Məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ilk dəfə 2022-ci il 18 iyul tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ipoteka predmetinin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Aqro Kompleksə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin likvid dəyəri 41.107.000 manat müəyyən edilmişdir.

23. Məhkəmənin 2022-ci il 26 oktyabr tarixli qərardadı ilə təkrar əmtəəşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, həmin Mərkəzin 2023-cü il 25 yanvar tarixli ekspert rəyindən göründüyü kimi, ipoteka predmeti olan Aqro Kompleksə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin likvid dəyəri 17.200.000 manat müəyyən edilmişdir.

24. Məhkəmənin 2022-ci il 26 oktyabr tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 9 fevral tarixli rəyində 2012-ci il 18 may tarixli, 27747-1/SKMF nömrəli kredit müqaviləsi üzrə MMC-nin Banka əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat və əsas borca illik 5 faiz hesablanmaqla müqavilənin müddətinin bitdiyi 2019-cu il 18 may tarixdən 202 2-ci il 18 oktyabr tarixədək (iddiaçı tərəfindən tələb edilən tarixə) 1.061.809,65 manat məbləğində borcu vardır.

25. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 mart tarixli e-2-2(113)-65/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Bankla MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli 27747-1/SKMF nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat, cərimə borcu üzrə 300.000 manat, cəmi 7.014.607,97 manat məbləğində pulun MMC-dən tutularaq Banka ödənilməsi, Bankla MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809,65 manat, məbləğində pulun MMC-dən tutularaq Banka ödənilməsi, Bankla MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli, 2 7747-1/SKMF nömrəli kredit müqaviləsi üzrə tutmanın ilkin satış qiyməti 17.200.000 manat müəyyən edilməklə Aqro Kompleksə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin Bankla MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli, 27747-1/SKMF nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat, cərimə borcu üzrə 300.000 manat, cəmi 7.014.607,97 manat və əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809,65 manat məbləğində pula, yəni ümumilikdə 8.076.417,62 manat məbləğində pulun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Aqro Kompleks tərəfindən Qəbələ rayon u, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəni ən geci bir ay ərzində boşaldılması, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pulun MMC-dən tutularaq Banka ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4.523 manat məbləğində pulun MMC-dən tutularaq Banka ödənilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması və qarşılıqlı iddiaların rədd olunması qət edilmişdir (hakim – K.Hüseynov).

26. Bu məhkəmənin mövqeyi belə olmuşdur ki, Bankla MMC arasında 2012-ci il 18 may tarixdə 27747-1/SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən MMC-yə illik 3.5 % olmaqla, 84 ay müddətinə 7.000.000 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə Bank tərəfindən MMC-yə 2012-ci il 18 may tarixdə tr anşla 5.000.000 manat məbləğində pul və 2012-ci il 1 iyun tarixdə tranşla 2.000.000 manat məbləğində pul verilmişdir. Kredit müqaviləsindən və həmin kredit müqaviləsi üzrə tərtib edilmiş 2 ədəd ödəniş qrafikindən qeyd edilmiş sənədlərin MMC-nin direktoru tərəfindən imzalanması və MMC-nin möhürü ilə təsdiq edilmdiyi görünür. Bu isə onu deməyə əsas verir ki, qeyd edilmiş sənədlər məhz direktor olaraq Rüstəmov Məftunun özü tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Beləliklə də, cəmi 7.000.000 manat məbləğində pul Bank tərəfindən MMC-yə verilmişdir.

27. Məhkəmə MMC-nin qarşılıqlı iddiasına münasibətdə bildirmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, on ların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. MMC-nin əqdin etibarsızlığına dair istinad etdiyi hallar isə əqdlərin etibarsızlığı əsaslarına aid olmamış və MM-in 329.1, 339, 340.1, 341, 342, 343, 344, 345, 346, 349, 350-ci maddələrində göstərilən əsaslara heç bir halda aid oluna bilməz. Belə olan halda MMC-dən kredit müqaviləsi üzrə Bankın xeyrinə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat və əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809,65 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsində qismən əsaslı olması nəticəsinə gələrək cavabdeh MMC-nin 6.215.471,11 manat əsas borcuna münasibətdə dəbbə pulunun 300.000 man at müəyyən edilməsinin daha ağlabatan və ədalətli olması nəticəsinə gəlmişdir.

28. İddia tələbinin borcun ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə Aqro Kompleksin etirazının və qarşılıqlı iddiasının birinci dəlili ondan ibarət olmuşdur ki, 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsində kredit müqaviləsinin nömrəsinin mübahisə predmetinə aid olmayan 100-27747/SİPM-1 saylı öhdəlik kimi qeyd edilməsi olmuşdur. Bank isə bu dəlilə etiraz olaraq ipoteka müqaviləsində kredit müqaviləsinin nömrəsinin texniki olaraq səhv düşdüyünü və sonradan Notarius tərəfindən qeyd edilən hissəyə düzəliş edildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həqiqətən də işdən 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinin qeyd edilən hissəsinə notarius tərəfindən düzəliş edilərək mübahisə predmeti üzrə kredit müqaviləsinin 27747-1/SKMF saylı nömrəsi ilə əvəz edildiyi görünür (İİ cild, iş.v47).

29. Aqro Kompleksin digər dəlili isə ondan ibarət olmuşdur ki, ipoteka müqaviləsi bağlanan zaman Aqro Kompleksin ali icra orqanının qərarı olmamışdır. Məhkəmə qeyd etmişdir ki, MMC-yə cari rəhbərliyi icra orqanı (kollegial və ya təkbaşçı) həyata keçirir. Hazırkı halda da bu təkbaşçı-direktor tərəfindən, yəni Məftun Rüstəmov tərəfindən həyata keçirilmiş və ipoteka müqaviləsini imzalayaraq MMC-nin möhürü ilə təsdiq etmişdir.

30. Aqro Kompleksin digər dəlili isə ondan ibarət olmuşdur ki, Bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verməmiş, tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumatları verməmişdir. Bank isə buna etiraz edərək, Aq ro Kompleksə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərildiyini və qarşı tərəfdən bildirişi 2021-ci il 16 aprel tarixdə “Dadaşov N” adlı şəxs tərəfindən alınmasına dair xəbərnaməni təqdim etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həqiqətən də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Aqro Kompleksin hüquqi ünvanı olan ünvan 2diriş 2021-ci il 16 aprel tarixdə qeyd edilən ünvanda “Dadaşov N” adlı şəxs tərəfindən imza edilməklə qəbul olunmuşdur.

31. Aqro Kompleksin digər dəlili isə ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin 2016-cı il 11 mart tarixli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən veril miş RX № ******* olan çıxarışından xeyrinə yüklü edilən şəxs Bank, hüququ yüklü edilən şəxs Aqro Kompleks, yüklü edilən əmlakın adı Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti 2015-ci il 13 avqust tarixdən 2019-cu il 18 may tarixədək “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” qrafasında “K/M№100-27747/SİPM-1, 2015-ci il 13 avqust tarixədək kredit məbləği 7.000.000 AZN” göstərilmişdir. Yəni qeyd olunan əmlak mübahisəsi məhkəmədə baxılan 2012-ci il 18 may tarixli kredit müqaviləsinin yox, 2015-ci il 13 avqust tarixdə bağlanan 100-27747/SİPM-1 nömrəli kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

32. Bank bu dəlilə etiraz olaraq bildirmişdir ki, ipoteka müqaviləsinə kredit müqaviləsinin nömrəsi ilə bağlı dəyişiklik edildikdən sonra, Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə çıxarışda dəyişikliyin edilməsi üçün bu barədə ərizə ünvanlanmış və sonuncu tərəfindən də, ərizə 2022-ci il 17 oktyabr tarixdə qəbul edilmişdir. Bank qeyd olunan ərizəni məhkəməyə təqdim etmişdir.

33. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsinə kredit müqaviləsinin nömrəsi ilə bağlı müvafiq düzəliş olunduqdan sonra, Bank həqiqətən də, Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə çıxarışda dəyişikliyin edilməsi üçün bu barədə ərizə ünvanlamış və sonuncu tərəfindən də, ərizə 2022-ci il 17 oktyabr tarixdə qəbul edilmişdir. Artıq çıxarışda müvafiq dəyişikliyin edilməsi Əmlak Məsələ ləri Dövlət Xidmətinin DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin öhdəliyi olduğundan, hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur.

34. Göründüyü kimi, X12 və MMC arasında bağlanmış 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsi müqavilənin bütün etibarlılıq şərtlərinə cavab vermiş, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi üçün əsaslar da, müəyyən edilməmişdir.

35. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 yanvar tarixli ekspert rəyi ilə qeyd edilmiş 17.200.000 manat müəyyən edilməlidir. Belə ki, işə əlavə edilmiş digər müstəqil MMC-lər tərəfindən verilmiş rəylər ekspert rəyi hesab oluna bilməz ancaq mütəxəssis rəyi kimi qəbul edilməlidir.

36. Gəldiyi nəticəni məhkəmə MM- in 91.1, 269.5, 317.1, 329.1, 339, 340, 341, 342, 343, 344, 345, 346, 347, 349, 350, 445.7, 462.1, 467, 739.1, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. İddiaçı Bank birinci instansiya məhkəməsinin 2023-cü il 24 fevral tarixli e-2-2(113)135/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin qiymətləndirilməyə aid hissədə dəyişdirilməsi, Aqro Kompleksə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi Müəssisənin ilkin satiş qiymətinin 17.200.000 manat müəyyən edilməklə açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

38. Cavabdeh Aqro Kompleks birinci instansiya məhkəməsinin 2023-cü il 15 mart tarixli e-2-2(113)-65/ 2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən - ilk iddianın təmin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğvi, ilk iddianın tamamilə rədd, Aqro Kompleksin qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir.

39. Cavabdeh MMC də həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, ilk iddianın rədd, MMC-nin qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli qərardadı ilə həmin kommersiya mübahisələri bir icraatda birləşdirilmişdir.

41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli 2-2(103)-460/2023 nömrəli qətnaməsi ilə cavabdehlər MMC və Aqro Kompleks tərəfind ən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-65/2023 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2023-cü il 15 mart tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmış, iddiaçı Bank tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-135/2023 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2023-cü il 24 fevral tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və ipotekanın ilkin satış qiyməti 17.200.000 manat müəyyən edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – M.Məmmədov və V.Baxışova).

42. Məhkəmə kollegiyası bildirmişdir ki, işdə olan 2012-ci il 18 may tarixli 277471/SKMF nömrəli kredit müqaviləsindən həm də, həmin kredit müqaviləsi üzrə tərtib edilmiş 2 ədəd ödəniş qrafikindən görünür ki, qeyd edilmiş sənədlər cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmçinin, Bank tərəfindən MMC-nin direktoru Məftun Rüstəmova ünvanlanmış bildirişdən görünür ki, Məftun Rüstəmov 2012-ci il 18 may tarixdə 5.000.000 manat pulun və 2012-ci il 1 iyun tarixdə 2.000.000 manat pulun MMC-nin ssuda hesabına köçürülməsini qəbul etmiş və bunu “tanış oldum, qəbul etdim” sözlərini qeyd etməklə bildirişləri imzalamış və hər iki bildiriş MMC-nin möhürü ilə təsdiq olunmuşdur.

43. Kollegiya qeyd etmişdir ki, hətta müqavilədəki və digər sənədlərdəki imzaların MMC-nin keçmiş direktoru olmuş Məftun Rüstəmova aid olmadığı fərz olunsa belə, bu hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilmə zdi. Belə ki, kredit müqaviləsində möhürün həqiqiliyi təsdiq olunduğu halda həmin sənədin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hazırkı halda iddiaçı tərəfindən təqdim olunmu ş kredit müqaviləsində olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə olunduğu barədə heç bir sübut təqdim etməmişdir.

44. Kredit müqaviləsində olan möhür əksinin MMC-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə həmin müqavilədəki imzanın səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilə imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqavilədə göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhür ü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir. Bu isə onu qeyd etməyə əsas verir ki, kredit müqaviləsi cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlənmiş, eyni zamanda 7.000.000 manat məbləğində pul vəsaiti Bank tərəfindən MMC-yə verilmiş, sonuncu isə istifadə edilmiş həmin kredit vəsaitinə görə Banka 2017-ci il 2 fevral tarixədək, ümumilikdə 1.914.692,29 manat məbləğində ödəniş aparmışdır.

45. İşə birinci instansiya məhkəməsində baxılarkən əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 9 fevral tarixli ekspert rəyində 2012-ci il 18 may tarixli 277471/SKMF nömrəli kredit müqaviləsi üzrə MM C-nin banka əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat və əsas borca illik 5 faiz hesablanmaqla müqavilənin müddətinin bitdiyi 2019-cu il 18 may tarixdən 2022-ci il 18 oktyabr tarixədək (iddiaçı tərəfindən tələb edilən tarixə) 1.061.809,65 manat məbləğində borcunun olduğu göstərilmiş, məhkəmə ekspert rəyinə uyğun olaraq əsas, faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcuna aid hissədə iddianı qismən təmin etmiş, dəbbə pulunu da azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə maliyyə arayışı, hesabdan çıxarışları və məhkəmə-mühasibatlıq ekspertizasının rəyini araşdıraraq və mülki və ipoteka haqqında qanunvericiliyin müvafiq normalarına əsaslanaraq kredit müqaviləsi üzrə əsas və faiz borcunun, o cümlədən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz borcun və dəbbə pulunun tutulması, həmçinin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaka yönəldilərək, açıq hərracdan satılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

46. Məhkəmə kollegiyası Aqro Kompleksin ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlı dəlillərinin isə əsassız olması qənaətinə gəlmişdir. Belə ki, Aqro Kompleksin ilk dəlili ipoteka müqaviləsində kredit müqaviləsinin nömrəsinin mübahisə predmetinə aid olmayan 100-27747/SİPM-1 saylı öhdəlik kimi qeyd edilməsi olmuş, iddiaçı bu dəlilə etiraz olaraq ipoteka müqaviləsində kredit müqaviləsinin nömrəsinin texniki olaraq səhv düşdüyünü və sonradan notarius tərəfindən qeyd olunan hissəyə düzəliş edildiyini qeyd etmişdir. İşdən də göründüyü kimi, 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinin qeyd olunan hissəsinə notarius tərəfindən düzəliş edilərək mübahisə predmeti üzrə kredit müqaviləsinin 277471/SKMF saylı nömrəsi ilə əvəz olunmuşdur (İİ cild, iş.v).

47. Məhkəmə kollegiyası Aqro Kompleksin ipoteka müqaviləsinə xitam verilməli olmasına dair dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşmışdır (bax § 28-34).

48. Məhkəmə kollegiyası bildirmişdir ki, həm MMC, həm də Aqro Kompleks MMC ilə bağlanan kredit müqaviləsinin təminatı kimi eyni obyekt, yəni Aqro Kompleksə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə ayrı-ayrı ipoteka müqavilələri əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş, hər iki ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanla ipoteka saxlayanın razılığına əsasən 28.000.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulan dəyərlə hazırda birləşdirilmiş ikinci iş üzrə əldə olunmuş qiymətləndirmə hesabatında nəzərdə tutulmuş 41.700.000 manat arasında əhəmiyyətli dərəcədə fərq olduğundan, Məhkəmə Ekspertiza Mərkəzindən də 2023-cü il 25 yanvar tarixli rəy əldə olunmuş, həmin rəydə ipoteka predmetinin likvid dəyəri 17.200.000 manat müəy yən edilmişdir. Rəydə qeyd edilmişdir ki, iş materiallarında olan ipoteka müqaviləsinə əsasən ümumi sahəsi 20 ha olan əmlak kompleksi bankın ipoteka hüquqları ilə yüklü edilib. Həmçinin 2015-ci il 17 mart tarixli RX ******* nömrəli çıxarışa əsasən cavabdehə məxsus olan əmlak kompleksinə yalnız tikililər daxildir. Bu səbəbdən də tədqiqat Aqro Kompleksə məxsus olan yalnız 20 ha torpaq sahəsi və tikililər üzrə aparılmışdır. Göstərilənlərə əsasən əmlak kompleksinin yalnız daşınmaz hissəsi ipoteka yüklü edildiyindən əmlak kompleksində olan avadanlıqların qiymətləndirilməsinə dair məhkəmə-əmtəəşünaslıq ekspertizası aparılmadı.

49. Məhkəmə kollegiyası digər qiymətləndirmə hesabatı və mütəxəssis rəylərini də nəzərdən keçirərək ipoteka predmetinin likvid qiymətinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 023-cü il 25 yanvar tarixli ekspert rəyinə əsasən müəyyən edilməli olması qənaətinə gəlmişdir.

50. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.5, 317, 337.1, 462.1, 467, 739.1, 741, 462.1, 467, 445.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1, 39.3, 39.3.3, 48.1-ci, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1, 7, 9-cu maddələrinə, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsin ə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına, MPM-in 77.1, 103.1, 103.2, 101.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

51. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh Aqro Kompleks kassasiya şikayəti verərək onun tam ləğvini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

52. Qətnamədən həmçinin cavabdeh MMC də kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Aqro Kompleksin kassasiya şikayətinin dəlilləri

53. MM-in 144.1, 307.6, 307.7, 423.1-ci maddələri üzrə - ipoteka müqaviləsinin mahiyyətini dəyişən əlavə və düzəlişlər bu hüquq normalarının tələbləri pozulmaqla, yəni ipoteka qoyanın səlahiyyətli orqanının qərarı olmadan və səlahiyyətli şəxsi tərəfindən imzalanmadan edildiyi üçün etibarlı sayıla bilməzdi və həmin düzəlişlər əhəmiyyətsizdir. 54. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 34-cü bəndi üzrə ipoteka müqaviləsində “sonrakı” sözü yazılması, 2.3-cü və 3.2-cü bəndlərində “yüz” sözünün üstündən xətt çəkilməsi sənədin qaralanmasına səbəb olmuşdur. Həmin müqaviləni təsdiq etmiş noarius tərəfindən düzəlişlər barədə hər hansı bir qeyd yazılmamış və imza ilə təsdiq olunmamışdır. Habelə, ipoteka müqaviləsinin “1.1-ci bəndində sonradan əllə “100-27747/SİPM-1” nömrəsinin üstündən xətt çəkilməsi və “27747-1/SKMF”nömrəsinin yazılması və müqavilənin son vərəqinin alt tərə fində müvafiq qeyd yazılması isə ipoteka müqaviləsini təsdiqləyən notarius tərəfindən deyil, tamamilə aidiyyəti olmayan bir notarius tərəfindən icra edilmişdir. Bundan əlavə, düzəlişlərin hansı tərəfin müraciəti əsasında və nə zaman icra edildiyi məlum deyil. Nəhayət, bu düzəlişlər əsl ipoteka müqaviləsinin mahiyyətini tamamilə dəyişmiş, DƏDRX-də ipoteka saxlayanın qeydə alınmış məlumatların məzmunundan fərqli olmuşdur. 55. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7, 1.0.8, 10.3-cü, MM-in 307.4, 337.1, 337.3, 337.4-cü maddələri üzrə - ipoteka müqaviləsinin düzəliş edilməmiş redaksiyasından və DƏDRX-də qeydiyyata alınmış məlumatlardan göründüyü kimi, hazırkı iş üzrə tutma yönəldilməsi tələb olunan daşınmaz əmlak birinci instansiya məhkəməsinin əsas müqavilə kimi qəbul etdi yi 2012-ci il 18 may tarixli 27747-1/SKMF nömrəli kredit müqaviləsinin yox, 2015-ci il 13 avqust tarixli 100-27747/SİPM-1 nömrəli kredit müqaviləsinin təminatı məqsədilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də məhkəmənin 2012-ci il 18 may tarixli 27747-1/SKMF nömrəli kredit müqaviləsi üzrə borcun Aqro Kompleksin 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş daşınmaz əmlakına yönəltməsinə heç bir hüquqi əsası olmamışdır. Apellyasiya məhkəməsi əsaslandığı ipoteka müqaviləsində göstərilmiş əsas öhdəliyin eyniləşdirmə əlamətlərinin iddianın tələbinin əsası olan kredit müqaviləsinin eyniləşdirmə əlamətləri ilə eyni olmadığı halını, habelə sonradan həmin ipoteka müqaviləsində əsas öhdəliyin eyniləşdirmə elementlərinin ipoteka qo yanın xəbəri olmadan dəyişdirildiyi faktını müəyyənləşdirmiş, lakin bu düzəlişlərin edilməsi zamanı yol verilmiş hüquq pozuntularına, onların əhəmiyyətsizliyinə, hüquqi nəticəyə yaratmamasına əhəmiyyət vermədən, sadəcə texniki səhvin aradan qaldılması kimi qeyd etməklə kifayətlənmişdir.

56. MM-in 139.1, 139.3, 140, 141.1, 141.2, 141.3, 149.2-ci maddələri üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin 2016-cı il 11 mart tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX №0811420 olan çıxarışından görünür ki, xeyrinə yüklü edilən şəxs Bank, hüququ yüklü edilən şəxs Aqro Kompleks, yüklü edilən əmlakın adı Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi s ahəsi 20 ha olan əmlak kompleksi, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti 2015-ci il 13 avqust tarixdən 2019-cu il 18 may tarixədək, “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” qrafasında “K/M№100-27747/SİPM-1, 2015-ci il 13 avqust Kredit məbləği 7.000.000 AZN” göstərilmişdir. Yəni qeyd olunan əmlak mübahisəsi məhkəmədə baxılan 2012-ci il 18 may tarixli kredit müqaviləsinin yox, 2015-ci il 13 avqust tarixdə bağlanan 10027747/SİPM-1 nömrəli kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsi iddiaçının etdiyi müraciətə 1 il ərzində 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən baxılmadığını araşdırmamışdır. Axı bu inzibati orqan ərizənin təmin ediləsindən imtina da edilə bilərdi. Bu hal bir daha təsdiq edir ki, ip oteka müqaviləsinə düzəlişlər qanunsuz olduğu üçün 9 saylı Ərazi İdarəsi tərəfindən reyestrdə müvafiq qeydiyyat aparılmamışdır. Apellyasiya məhkəməsinin mövqeyi daşınmaz əmlak reyestrinin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasına ziddir. Belə ki, iddiaçı ipoteka müqaviləsinə etdiyi düzəlişləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmayana kimi onun tələbi əsaslı sayıla bilməz. Apellyasiya məhkəməsi səlahiyyət həddini aşaraq DƏDRX-ni bu düzəlişi reyestrdə qeydə almaq öhdəliyini pozmaqda günahlandırmışdır. Halbuki, həmin orqan tamamilə haqlı olaraq düzəlişləri qanuni saymamış və reyestrdə düzəliş etməkdən imtina etmişdir. İddiaçı inzibati orqanın bu hərəkətini yalnız inzibati icraat qaydasında mübahisələndirilə bilərdi. Belə inzibati icraat olmadığından və ipoteka müqavil əsinə edilmiş həmin düzəlişlər reyestrdə qeydiyyata alınmadığından ipoteka predmetinə tələbin yönəldilməsi üçün əsas öhdəlik də mövcud olmamışdır.

57. MM-in 144.2-ci maddəsi üzrə - cavabdehin nizamnaməsində icra orqanının rəhbərinə onun daşınmaz əmlakı barəsində sərəncam vermək, habelə ipoteka müqaviləsi bağlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Yəni, direktor O.Nağıyevin 2015-ci il 13 avqust tarixdə ipoteka müqaviləsi imzalayarkən həmin dövrdə qüvvədə olmuş nizamnaməyə və qanunvericiliyə əsasən, buna səlahiyyəti olmamışdır. 58. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.2, 36.2.1, 36.2.2, 36.2.3, 36.2.4, 36.3, 36.3-1, 36.4, 36.4.1, 36.5-ci maddələri üzrə - poçt sənədlərindən görünür ki, Bank bildirişi Aqro Kompleksə göndərilməsi üçün poçt təşkilatına 2021-ci 15 apre l tarixdə vermişdir. İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin Aqro Kompleks tərəfindən 2021-ci il 16 aprel tarixdə “Dadaşov N” adlı şəxsin imzası ilə alınmasına dair xəbərnaməni məhkəməyə təqdim edib. Beləliklə, bildirişin cavabdehlərə təqdim edildiyi gün 2021-ci il 16 aprel tarixdir. Hər bir halda, bu tarix 2021-ci il 20 aprel tarixdən gec qəbul edilə bilməz. Əvvəlcə qeyd edir ki, bu bildirişlər mübahisəli ipoteka müqaviləsi ilə bağlı deyil, cavabdehin öz kredit borcuna görə bağladığı və mübahisələndirmədiyi ipoteka ilə bağlıdır. Məhkəmə bu bildirişləri qarışdırmamalıdır. Hər bir halda, iddiaçı (ipoteka saxlayan) dövlət qeydiyyatı orqanına ipotekaya tutmanın yönəldilməsi haqqında ərizəni bu barədə bildirişi ipoteka saxlayana təqdim etdikdən sonra 3 iş günü ərzi ndə deyil, ən azı 6 iş günü keçdikdən sonra, yəni 2021-ci il 28 aprel tarixdə təqdim etmişdir (iş materiallarında həmin məktub vardır). Halbuki, 2021-ci il 28 aprel tarixdə tutmanın yönəldilməsi proseduru davam edə bilməzdi. Yəni, iddiaçının tələbin ipotekaya yönəldilməsi haqqında məhkəmədə iddia qaldırmaq hüququ yaranmamışdır. Apellyasiya məhkəməsi bu dəlillə bağlı qətnamədə bildirişin cavabdehə 2021-ci il 16 aprel tarixdə təqdim olunduğunu qeyd etməklə kifayətlənmişdir. Lakin, məhz bu səbəbə görə tutmanın yönəldilməsi prosedurunun 2021-ci il 28 aprel tarixdə davam edə bilməyəcəyi barədə hüquq normasına əhəmiyyət verməmişdir.

59. MPM-in 9.1, 9.2, 9.3, 77.3, 217.1, 217.3, 372.1, 372.2-ci maddələri üzrə apellyasiya məhkəməsi bu hüquq normalarını pozaraq cavabdehlərin irəli sürdükləri dəlill ərə düzgün hüquqi qiymət verməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. b) MMC-nin kassasiya şikayətinin dəlilləri

60. Azərbaycan Respublikası Mərkəzi X3 2013-cü il 17 sentyabr tarixli 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 3.1, 4.6, 4.17, 5.1, 5.2-ci, Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 18 iyul tarixli 33/1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.1 3.2, 4.25, 5.33, 5.37, 5.41, 5.42-ci, Azərbaycan Respublikası Mərkəzi X6 2002-ci il 10 aprel tarixli qərarı ilə təsdiq edilmiş (Protokol № 7) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2002-ci il 29 aprel tarixdə Dövlət Qeydiyyatına alınmış (Qeydiyyat № 2825) “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4, 7.5, 7.6, 7.7-ci bəndləri üzrə - cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru vəzifəsində işləmiş X2 özünün yazılı ərizə və müraciətlərində məhkəməyə bildirmişdir ki, 2012-ci il 18 may tarixli 27747-1/SKMF nömrəli kredit müqaviləsində borclu MMC adından edilmiş imzalar onun tərəfindən icra edilməmişdir. O, bu müraciətlərində Bankdan tələb olunan krediti almadıqlarını, iddiaçının təqdim etdiyi kredit müqaviləsində və bank sənədlərindəki imzaların həqiqi olmadığını bildirib. Bu səbəbdən, kredit məbləğinin cavabdeh tərəfindən alındığını qanunvericiliklə müəyyən edilmiş bank sənədləri əsasında araşdırılması vacibdir. Çünki, yalnız qanunun tələb etdiyi sənədlər bu halın sübuta yetirilməsi üçün sübut kimi qəbul oluna bilər. Əks halda, hətta ekspertin faiz hesablaması və borcun qalıq hissəsinin müəyyən edilməsi barədə nəticəsi də əsaslı sayıla bilməz. Çünki bu rəy ilkin bank sənədlərinin əsasında deyil, iddiaçının təqdim etdiyi daxili hesablarından çıxarışlar əsasında verilmişdir.

61. MPM-in 14.2, 77.1, 81-ci madddələri üzrə - birinci instansiya məhkəməsində işə baxılarkən çoxlu sayda qiymətləndiricilər və ekspertlər tərəfindən ipoteka əmlakına çoxlu sayda qiymətlər qoyulmuşdur. Bu qiymətlərin hamısı bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmişdir. Eyni əmlakın hərracda ilkin satış qiyməti birinci instansiya məhkəməsində qəbul olunmuş qətnamənin birində 17.200.000 manat, digərində isə 41.107.000 manat müəyyən edilmişdir. Lakin, apellyasiya məhkəməsi, heç bir əlavə araşdırma aparmadan, ekspertiza təyin etmədən, iddiaçının tələb etdiyi ən aşağı qiyməti ipotekanın ilkin satış qiyməti kimi müəyyən etmişdir. Halbuki, 2015-ci il 13 avqust tarixda imzalanmış ipoteka müqaviləsində əmlakın ədalətli bazar qiyməti 28.000.000 manat müəyyən edilmişdir. Hamıya məlumdur ki, o vaxtdan keçən 8 il ərzində iqtisadi məkanda baş vermiş bütün hadisələr və dəyişikliklər qiymtlərin yalnız artması yönündə olmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Bank tərəfindən kassasiya şikayətlərinə qarşı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, MMC-nin yeganə dəlili olaraq əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edir. Halbu ki, həm işdə olan 2012-ci il 18 may tarixli 27747-l/SKMF №-li kredit müqaviləsindən həm də, həmin kredit müqaviləsi üzrə tərtib edilmiş 2 ədəd ödəniş qrafikindən görünür ki, qeyd edilmiş sənədlər MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmçinin, iş materiallarında olan Bank tərəfindən MMC-nin direktoru Məftun Rüstəmova ünvanlanmış bildirişdən aydın görünür ki, Məftun Rüstəmov 2012-ci il 18 may tarixdə 5.000.000 manat pulun və 2012-ci il 1 iyun tarixdə 2.000.000 manat pulun MMC-nin ssuda hesabına köçürülməsini qəbul etmiş və bunu “tanış oldum, qəbul etdim” sözlərini qeyd etməklə bildirişləri imzalamış və hər iki bildiriş MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa hətta müqavilədəki və digər sənədlərdəki imzaların MMC-nin keçmiş direktoru olmuş Məftun Rüstəmova aid olmadığı fərz olunsa belə bu hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, kredit müqaviləsində möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki, sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildi yi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə hallan sübuta yetirməlidir. Hazırkı işdə də iddiaçı tərəfindən təqdim olunmuş kredit müqaviləsində olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh MMC həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa hazırkı iş üzrə də mübahisələndirilən kredit müqaviləsi tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı r azılaşmanın olması onlann müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları və təqdim etdikləri sübutlarla (ödənişlərə dair qəbzlər) müəyyən olunur. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə 7.000.000 manat məbləğində kredit MMC-yə verilmiş və sonuncu da istifadə edilmiş həmin kredit vəsaitinə görə Banka 2017-ci il 2 fevral tarixədək, ümumilikdə 1.914.692,29 manat məbləğində ödəniş aparmışdır. Göründüyü kimi MMC hazırda kredit müqaviləsini mübahisələndirsə də, müqavilə üzrə ona verilmiş 7.000.000 manat məbləğində kreditdən istifadə etmiş və müqavilə üzrə öz öhdəliklərinin icrasına başlayaraq kifayət qədər böyük məbləğdə 1.914.692,29 manat məbləğində ödəniş həyata keçirmişdir.

63. Aqro Kompleksin ilk dəlili olaraq ipot eka müqaviləsində notariusun texniki səhflərin düzəlişi zamanı tərəflərin razılığı olmadığını əsas gətirirlər. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 34-cü maddəsinə əsasən notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın’’ sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir. Qanunvericiliyin tələblərinə əsasən Qəbələ ASAN Xidmət mərkəzinə rəsmi müraciət edilmiş və notarius tərəfindən texniki səhflər düzəldilmişdir. Aqro Kompleksin 2-ci dəlili isə ipoteka müqaviləsində kredit müqavilə sinin nömrəsinin mübahisə predmetinə aid olmayan 100-27747VSİPM-J saylı öhdəlik kimi qeyd edilməsidir. İpoteka müqaviləsinin 1.1-ci bəndində kredit müqaviləsi haqqında məlumatlar qrafasında kredit müqaviləsinin nömrəsi texniki səhv olduğundan, yəni notariat işinin qovluğunda olan kredit müqaviləsinin nömrəsi 27747-1/SKMF ilə ipoteka müqaviləsinin 1.1-ci bəndindəki müqavilənin nömrəsi arasında texniki səhv olduğundan 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinin qeyd edilən hissəsinə notarius tərəfindən düzəliş edilərək mübahisə predmeti üzrə kredit müqaviləsinin 27747-1/SKMF saylı nömrəsi ilə əvəz edilmişdir (2-ci cild, 47-ci səh.). Aqro Kompleksin 3-cü və 4-cü dəlili isə ipoteka müqaviləsindəki texniki səhvlərin düzəldilməsi DƏDRX-də düzəliş edilmədiyini əsas gətirir. Bununla bağlı b ildirirlər ki, işin materiallarına tərəflərindən ərizə əlavə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə çıxarışda dəyişikliyin edilməsi üçün bu barədə ərizə ünvanlamış və sonuncu tərəfindən də, ərizə 2022-ci il 17 oktyabr tarixdə qəbul edilmişdir. Artıq çıxarışda müvafiq dəyişikliyin edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinin öhdəliyi olduğundan, hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Aqro Kompleksin 5-ci dəlili ipoteka müqaviləsi bağlanan zaman Aqro Kompleksin ali icra orqanının qərarının olmaması ilə bağlıdır. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsi hazırkı iş üzrə tam əsaslandırılmış qiymət vermişdir. Belə ki, MM-in 91.1-ci maddəsində də göründüyü kimi MMC-yə cari rəhbərl iyi icra orqanı (kollegial və ya təkbaşçı) həyata keçirir. Hazırkı halda da bu təkbaşçı-direktor tərəfindən yəni Məftun Rüstəmov tərəfindən həyata keçirilmiş və ipoteka müqaviləsini imzalayaraq MMC-nin möhürü ilə təsdiq etmişdir. Aqro Kompleksin 6-ci dəlili ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişinin çatdırılmaması və qanunvericviliyin tələblərinə uyğun yönəldilməməsidir. Bununla bağlı bildirlər ki, iş materiallarında tərəflərindən təqdim edildiyini təsdiq edən Aqro Kompleksə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərildiyini və qarşı tərəfdən bildirişi 2021-ci il 16 aprel tarixdə "Dadaşov N” adlı şəxs tərəfindən alınmasına dair xəbər namə vardır bundan başqa tutmaya yönəlmə bildirişi ipoteka haqqında qanun tələblərinə əsasən DƏDRX tərəfindən icra edilir. DƏDRX qanunvericiliyin tələblərinə tam riayət etdiyindən yönəltmə bildirişinin qanunvericiliyin pozulması ilə yönəldilməsi barədə tələbi tamamlə əsassızdır. Göründüyü kimi kassasiya şikayətlərinin dəlilləri apellyasiya məhkəməsinin dəlilləri ilə eynilik təşkil edir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

64. Cavabdehlər tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq tam yoxlanılacaqdır.

65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işi n faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 3 17.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra ed ilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

741. Borc üzrə faizlər (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) 741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.....” 67. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İ poteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “M a d d ə

48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.” 68. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və pros eslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır; məhkəmə ekspertizası fəaliyyəti - məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır; məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir; ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir; məhkəmə ekspertizasının predmeti - məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsidir; məhkəmə ekspertizası idarəsi - məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır. məhkəmə ekspertizası tədqiqatının metodu - məhkəmə ekspertizasının predmeti ilə bağlı işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslərin tədqiqi zamanı tətbiq edilən üsul və vasitələr sistemidir.” Maddə

7. Tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. “Maddə

9. Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları Məhkəmə ekspertizası idarəsinin r əhbəri məhkəmə ekspertizası təyin olunması haqqında qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra onun təşkil edilməsi və aparılması, ekspertin məhkəmə iclaslarında, istintaq və məhkəmə hərəkətlərində iştirakının təmin olunması üzrə müvafiq tədbirlər görür. Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı hüquqları vardır: idarədə konkret ixtisas üzrə ekspert, zəruri maddi-texniki baza və yaxud tədqiqat aparılması üçün xüsusi şərait olmadıqda məhkəmə ekspertizası təyin olunması barədə qərarı (qərardadı) icra edilmədən və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə rəsmi müraciəti təmin edilmədən, tədqiqata təqdim edilmiş obyekt və işin materialları ilə birlikdə geri qaytarmaq; rəy verilməsi üçün bu idarənin əməkdaşı ol mayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq; məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək. Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır: məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar (qərardad) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün zəruri olan tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək; məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə r azılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək; ekspertə konkret məhkəmə ekspertizası üzrə tədqiqatın gedişatına təsir edən və onun nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək.” 69. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında göstərilmişdir:... “əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkə məsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əld ə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxstəsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndi rilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-isti fadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir....”

70. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014- cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir:... “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.......icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik dir.”...” 71. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli 01 nömrəli qərardadında göstərilmişdir:... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir....”

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ 73.MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. 74.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələ lərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. 75.Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 76.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyy əti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 77.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. 78.İpoteka müqaviləsinə xitam verilməsi əsasları ilə bağlı Aqro Kompleksin kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. 79.Əlavə olaraq kollegiya qeyd edir ki, həmin dəlillər Aqro Kompleksin qarşılıqlı iddia tələbləri və apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri tərəfindən onlara düzgün hüquqi qiymət verilmişdir (bax § 28-34, 46, 47). 80.MMC-nin kassasiya şikayətinin hazırki qərarın § 60-da göstərilən kredit müqaviləsindəki imzanın həmin dövrdə MMC-nin direktoru olmuş Məftun Rüstəmova məxsus olmamaması barədə dəlillərinə dair kollegiya qeyd edir ki, həmin dəlillər də qarşılıqlı iddia və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə müfəssəl, düzgün hüquqi qiymət verilmiş və maddi hüquq normaları ilə əsaslandırılmışdır (bax § 42-44). 81.Kassasiya şikayətinin hazırki qərarın § 61-də göstərilən ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlillər də əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə verilən bütün ekspert rəyləri ayrı-ayrılıqda və birlikdə müqayisəli və müfəssəl təhlil edilmiş, məhkəmənin gəldiyi nəticə isə kifayət qədər güclü arqumentlərlə əsaslandırılmış, ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. 82.Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin e dilməməlidir. 83.Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli 2-2(103)-460/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar