Məhkəmə qərarları › İş №2-2(102)-119/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-119/2020

09.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-119/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “xxxx” TT MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsindən irəli gələn borcun ödənilməsi GİRİŞ HİSSƏ 09.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı Fondun vəkili Vəkil1 və cavabdeh “xxxx” TT MMC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” TT MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsindən irəli gələn borcun öd ənilməsi haqqında iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh MMCtərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “xxxx” TT MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər MMC və Cavabdeh2 iddiaçı Fondun xeyrinə 001/01F1 nömrəli, xx xxxx 2012-ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 600.000 AZN, faiz borcu üzrə 379.784,68 AZN, cəmi 979.784,68 AZN və ödənilmiş 30 AZN dövlət rüsumunun, 1 AZN bank xidmət haqqının tutulmasına dair qət namə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Pirverdiyev; iş No 2-2(085)-13/2019) iddianın rədd edilməsi qət edilmişdir. 1-ci instansiya məhkəməsi iddiaçı Fond tərəfindən 3 illik iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edildiyini və cavabdeh MMC tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iddia müddətinin ötürülməsini onunla əsaslandırmışdır ki, iddiaçı Fond iddia ərizəsi ilə məhkəməyə xx xxxxxxx 2017-ci il tarixdə müraciət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin 3 il olmasını və tərəflər arasında bağlanmış müq avilənin müddətinin xx xxxx 2013-cü il tarixdə qurtarmasını, eləcə də cavabdeh MMC tərəfindən xx.xx.2014-cü ildən sonra heç bir ödəniş etməməsini nəzərə aldıqda, tərəflər arasında bağlanmış 001/01F1 nömrəli xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddəti keçmişdir. Məhkəmə eyni zamanda qətnamədə qeyd etmişdir ki, cavabdeh MMC-nin nümayəndəsinin izahatından müəyyən olunur ki, borcalan – cavabdeh MMC sonuncu dəfə xx.xx.2013-cü il tarixdə ödəniş etmiş, həmin tarixdən sonra iddia verilən günə qədər ödəniş etməmişdir. Beləliklə, cavabdeh MMC-nin iddiaçı Fond qarşısında xx.xx.2013-cü il tarixdən ödənilməmiş borcu yaranmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Babayeva, hakimlər N.Nəsibov və Z.Məmmədov; iş No 2-2(105)-97/2019) apellyasiya şikayətinin qismən təmin edilməsi; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin qismən "Cavabdeh1" TTMMC-dən001/01F1 nömrəli, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 600.000 AZN, faiz borcu üzrə 379.784,68 AZN pulun tutulmasına dair iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi; cavabdeh MMC-dən iddiaçı Fondun xeyrinə 001/01F1 nömrəli, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 595.434,18 AZN əsas borc, 22.400,15 AZN faiz borcu, cəmi 617.834,33 AZN borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın və bank xidmət haqqının əvəzi olaraq 1 manatın tutulması; iddianın qala n hissədə rədd edilməsi; qətnamənin digər Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Fond kassasiya şikayəti verərək, qətnamənin şikayət verilən hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar və ya iddia tələbinin tam təmin edən yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin həmin qətnamədən cavabdeh “xxxx” TT MMCkassasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməsi hissəsində ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Fondun kassasiya şika yətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə qismən əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Cavabdeh “xxxx” T.T MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə qismən əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh MMC-nin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə e dərək, məhkəmə kollegiyasından MMC-nin kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsiniqismən – iddianın təmin edilməsi hissəsində ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı Fondun vəkili Vəkil1 Fondun kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin şikayət verilən hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar və ya iddia tələbinin tam təmin edən yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 nümayəndələri gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə müvafiq olaraq işə oların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, iş üzrə tərəflərin vəkillərinin izahatlarını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hər iki kassasiya şikayəti təmin edilməməli; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ Hİ SSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, borcverən - “İddiaçı" ASC-nin 1 saylı filialı ilə borcalan - "Cavabdeh1" TTMMCarasında bağlanmış 001/01F1nömrəli, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən borcverən borcalana illik 16%-lə,12 aymüddətinə 500.000AZN məbləğində kredit xəttinin ayrılmasını, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən qaydada və müddətdə götürülmüş krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə ödəməyi öhdəsinə götürmüşlər. Ey ni tərəflərin imzaladğı, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə 1 saylı xx xxx 2012-ci il tarixli Əlavəyə əsasən borcalan – cavabdeh MMC-yə ayrılmış 500.000 AZN məbləğində kredit xəttinin məbləği 100.000 manat artırılmaqla 600.000 manat məbləğinə çatdırılmışdır. İşin materiallarına əlavə edilmiş xx xxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh MMC-nin iddiaçı Fond qarşısında əsas borc üzrə 600.000 AZN, faiz borcu üzrə 379.784,68 AZN, cəmi 979.784,68 AZN borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh MMC-nin hesabından çıxarışlara görə (bax i.c İ, i.v. 158-160) cavabdeh MMC tərəfindən xx.xx.2013-cü il tarixində 2.000 manat, xx.xx.2014-cü il tarixində 1.000 manat, xx.xx.2015-ci il tarixdə isə 10.000 manat məbləğində ödənişlər hesaba mədaxil edilmişdir. Həmç inin işin materiallarında olan, 1-ci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 12144 saylı rəyinə görə, cavbdeh MMC-nin xx xxxxx 2017-ci il tarixədək iddiaçı Fonda olan borcunun 928.933,54 manat, o cümlədən əsas borc üzrə 595.434,18 manat, faiz borcu üzrə 333.499,36 manat təşkil etməsi müəyyən edilmişdir. Həmçinin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 10.000 manat məbləğində ödəniş edilmişdir. 1-ci instansiya məhkəməsinin sorğusuna cavab vermiş iddiaçı Fondun xx xxxx 2019cu il tarixli **********277 saylı məktubuna görə, 001/01F1 nömrəli xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə, cavabeh MMC tərəfindən Banka 2014-2015-ci illə r üzrə sonuncu ödənişləri təsdiq edən qəbzlərin tapılması üçün Fond tərəfindən arxivə müraciət edilsə də, həmin qəbzlər aşkar edilməmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, işə baxan 1-ci instansiya məhkəməsi 2014-2015-ci illər üzrə ödəniş qəbzlərinin təqdim edilmədiyinə və cavabdeh MMC-nin nümayəndəsinin izahatına istinad edərək, ekspertin rəyi və hesabdan çıxarışdakı məlumatları nəzərə almadan, qətnamədə cavabdeh MMCnin gah xx.xx.2013-cü il tarixdən, gah da xx.xx.2014-cü il tarixdən sonra heç bir ödəniş etməməsini qeyd etməklə kifayətlənmiş və iddia müddətinin ötürüldüyü qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçı Fond tərəfindən məhkəməyə təqdim ed ilmiş xx xxxxxx 2015-ci il tarixli, 1***-******* unikal kodlu qəbzin əslinə görə, həqiqətən də, hesabdan çıxarış məlumatlarında və ekspertin rəyində qeyd edildiyi kimi X3 tərəfindən Cavabdeh1 T.T MMC-nin adından kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədilə xx.xx.2015-ci il tarixdə 10.000 manat məbləğində ödəniş olmuşdur. İddiaçı Fond həmin sənədin 1-ci instansiya məhkəməsinə deyil, apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsini onunla izah etmişdir ki, xx.xx.2016-cı il tarixli məhkəmə qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, iddiaçı Fond Banka ləğvedici təyin edilmişdir. Bank hal-hazırda ləğv prosesindədir və bununla bağlı arxiv şöbəsinin sənədlərinin köçürülməsi zamanı baş vermiş problemlər və qarışıqlıqlarla əlaqədar həmin sənədlərin araşdırılaraq tapılması uzun müddət t ələb edir, odur ki, həmin sənəd bank tərəfindən 1-ci instansiya məhkəməsinin gedişində aşkar edilə bilməmişdir. Yalnız apelyasiya şikayəti verildikdən sonra həmin sənəd arxiv şöbəsi tərəfindən aşkar edilmişdir. Odur ki, təqdim edilən qəbzlərin sübut kimi qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı Fondun göstərdiyi səbəbi üzürlü hesab edərək, xx.xx.2015-ci il tarixli ödəniş qəbzini sübut kimi qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Bununla əlaqədar Cav abdeh2 qeyd edilən ödəniş qəbzinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı Fondun təqdm etdiyi xx xxxxxx 2015-ci il tarixli qəbzdə mühasib X2 adının qeyd olunması müəmmalıdır. Belə ki, həmin şəxsin MMC adından ödəniş etmək səlahiyyəti olmamışdır. Ödənilmiş məbləğ də böyük məbləğ olduğu üçün həmin məbləğin ona MMC adından ödəmə etməsi üçün verilməsi ağlabatan deyil. Həmin ərəfələrdə MMC-nin borcları da külli miqdarda olduğu üçün və onları ödəməyə imkan olmadığı üçün bu ödənişin edilməsi həqiqətlə uzlaşmır. Buna görə də Cavabdeh2 həmin məsələyə aydınlıq gətirilməsi üçün mədaxil qəbzində adı qeyd edilən X2 məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmişdir. Cavabdeh2 vəsatəti əsasında şahid qismində dəvət edilərək dindirilən R.Zərbəliyeva ifadəsində bildirmişdir ki, cavab deh MMC-də mühasib işləsə də, O, heç vaxt şəxsən banka gedərək MMC adından ödəniş etməmişdir. xx xxxxxx 2015-ci il tarixli qəbzdəki imza onun imzasına bənzəyir, lakin hazırda dəqiq deyə bilmir ki, bu imza ona məxsusdur ya yox. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə- xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 23791 №-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, iş materiallarının İİ cildinin 79-cu vərəqəsində X2 adına olan xx xxxxxx 2015-ci il tarixli 10.000 manat məbləğin ödənilməsinə dair 14***-******* Unikal kodlu Nağd pulun mədaxili üçün elanda (qəbzdə) “Təhvil verdim” qrafasındakı imza - X3 tərəfindən icra olunmuşdur. Həmin imzada - oxşadılmaqla və yaxud qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilməmişdir. Beləliklə də, ekspertiz a rəyi ilə təsdiq edilmişdir ki, ödəniş qəbzindəki imza həmin dövrdə cavabdeh MMC-də baş mühasib işləyən R.Zərbəliyevaya məxsus olmuşdur, bu isə onu təsdiq edir ki, həqiqətən də, cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə Banka ödəniş edilmişdir. Bu isə o deməkdir ki, xx.xx.2015-ci il tarixdə edilmiş ödəniş hazırki iş üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Kredit müqaviləsi ilə bağlı yaranan hüquq münas ibətlərində borclunun borcunu etiraf etməsini göstərən hərəkətlərdən biri də məhz borclunun ödəniş etməsidir. Yəni borclu sonuncu dəfə ödənişi kredit müqaviləsinin müddəti bitdikdən sonra etmişdirsə, iddia müddətinin axımı həmin zamandan hesablanmalıdır. Hazırki halda da cavabdeh kredit müqaviləsinin müddəti bitdikdən sonra ödəniş etdiyindən, mübahisələndirilən müqavilə üzrə müddət axımı müqavilə müddəti bitdiyi tarixdən deyil, sonuncu ödəniş edildiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 və 373.2-ci maddələrinə müvafiq olaraq ümumi iddia müddəti 10 il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Hazırki işdə müqavilə müddəti xx xxxx 2013-cü il tarixdə bitsə də, xx.x x.2015-ci il tarixdə ödəniş olduğundan, iddiaçının məhkəməyə müraciətinin son tarixi xx.xx.2018-ci il olmalı idi ki, hazırki halda da iddiaçı Fond xx xxxxxxx 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Deməli, hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Göründüyü kimi, müqavilə və ona edilmiş əlavəyə əsasən iddiaçı Fonda üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh MMC kredit müqavilələri üzrə vaxtlı vaxtında əsas və faiz borcunu ödəməmiş, bununla da, müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq ola raq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Cavabdeh MMC yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə va xtaşırı ödəmələri etməli olduğu halda öhdəliyi icra etmədiyindən, iddiaçı Fond yaranmış borcun əsas borcludan tələb etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilən məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 12144 rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh MMC-nin xx xxxxx 2017-ci il tarixədək iddiaçı Fonda olan əsas borcu 595.434,18 manat, faiz borcu isə 333.499,36 manat olmuşdur. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ona görə də, cavabdeh MMC-dən 595,434.18 manat məbləğind ə əsas borc tutulmalıdır. Faiz borcu ilə əlaqədar qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçı Fond tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən, cavabdeh MMC-nin iddiaçı Fond qarşısında əsas borc üzrə 600.000 AZN, müqavilə müddətində faiz borcu üzrə 22.400.15 AZN, cəmi 622.400,15 AZN borcu yaranmışdır. İddiaçı Fondun özü tərəfindən iddia ərizəsində tələb edilən faiz borcunun yeni maliyyə arayışına əsasən azaldıldığı nəzərə alınmaqla, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdeh MMC-dən 22.400,15 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclə rinin bölüşdürülməsi prinsipinə uyğun olaraq, iddia ərizəsinin, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, eləcə də iş üzrə keçirilmiş ekspertizaların dəyəri olaraq 285 manat cavabdeh MMC-yə aid edilməlidir. Digər cavabdeh - zamin Cavabdeh2 yaranmış borcun müştərək qaydada tutularaq iddiaçı Fonda ödənilməsinə dair iddiaya münasiətdə isə qeyd olunmalıdır ki, bu hissədə iddianın rədd edilməsinə dair 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə müəyyən edilir ki, bağlanmış kredit müqaviləsinin təminatı kimi “İddiaçı" açıq səhmdar cəmiyyətinin 1 saylı filialı ilə Cavabdeh2 arasında 001/01F1 nömrəli, xx xxxx 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə zamin Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyi n icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cü maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı işdə, tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli kredit müqaviləsində kredit vəsaitindən istifadə müddətinin bitmə tarixi xx xxxx 2013-cü il müəyyən edilmişdir. Belə olan təqdirdə qanunun tələbinə görə, müqavilə üzrə öhdəliklər əsas borclu tərəfindən lazımi qaydada icra edilmədiyindən, iddiaçı Fond xx xxxx 2013-cü il tarixdən etibarən bir il müd dətində müqavilənin icrası ilə bağlı zamin Cavabdeh2 qarşı tələb irəli sürə bilərdi. Lakin işdən görünür ki, 01 il müddətində tələb irəli sürülməmişdir. Belə olan halda zaminliyə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, hər iki tərəfin kassasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. İddiaçı Fond kassasiya şikayətində zaminliyə xitam verilməsi məqamı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini mübahisələndirsə də, həmin mövqe qanuna əsaslanmaqla, həm də zaminlik məsələlərinə həsr olunmuş Konstitusiya Məhkəməsinin bir neçə qərarlarında, o cümlədən xx.xx.2012-ci il tarixli qərarında qeyd edilən mövqe ilə üst-üstə düşür. Eyniliklə cavabdeh MMC-nin şikay ətində qeyd edilən, onun Banka ödədiyi cəmi 145.000 manat vəsaitin hamsının həmin Banka olan əsas borcu hesabına silinməsi tələbi həm iş üzrə müəyyən edilmiş hallara ziddir, həm də iş üzrə keçirilmiş və mötəbər sübut növü kimi qəbul edilmiş ekspertiza rəyinə uğun gəlmir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Hər iki kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” TT MMCtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar