Məhkəmə qərarları › İş №2-2(102)-119/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-119/2024

18.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-119/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "Estel Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "DYZGoyushov” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi və alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "Estel Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "DYZGoyushov” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(103)-785/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Estel Azerbaijan” MMC ilə "DYZ-Goyushov” MMC arasında bağlanmış 2022-ci il 8 fevral tarixli 08/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokolunda göstərilən məhsulların razılaşdırılmış miqdarda, müddətdə və qiymətdə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin məhsulların çatdırıldıqdan sonra alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 2. 2022-ci il 25 yanvar tarixli 3/22 nömrəli mall arın təhvil-qəbul aktına əsasən, cəmi 4.150,93 manat məbləğində malların təhvil-təslimi olmuş, hər iki tərəf aktı möhürü ilə təsdiqləmişdir. 3. 2022-ci il 9 fevral tarixli 2/22 nömrəli malların təhvil-qəbul aktına əsasən, 158.089 manat dəyərində müxtəlif çeşidli malların təhvil-qəbulu tərəflər arasında razılaşdırılmışdır. 4. 2022-ci il 3 mart tarixli 3/22 nömrəli malların təhvil-qəbul aktına əsasən, 106.433,58 manat məbləğində malların təhvil-qəbulu tərəflər arasında razılaşdırılmışdır. 5. 2022-ci il 15 mart tarixli 4/22 nömrəli malların təhvil-qəbul aktına əsasən, 2.557,80 manat məbləğində malların təhvil-qəbulu tərəflər arasında razılaşdırılmışdır. 6. 2022-ci il 25 mart tarixli 5/22 nömrəli malların təhvil-qəbul aktına əsasən, 7.443,88 manat malların təhvil-qəbulu tərəflər arasında razıl aşdırılmışdır. 7. "Estel Azerbaijan” MMC-nin ƏDV sub-uçot hesabından çıxarışa əsasən, "DYZ Goyushov” MMC tərəfindən 2022-ci il 23 fevral tarixində 1.342,37 manat 2022-ci il 18 mart tarixində 2.013,55 manat hesaba mədaxil olmuşdur.

8. Bank hesabından çıxarış məlumatına əsasən 2022-ci il 23 fevral tarixində 7.457,63 manat, 2022-ci il 28 fevral tarixində 11.186,44 manat, 2022-ci il 19 aprel tarixində 15.661 manat hesaba mədaxil olmuşdur.

9. EBCL seriyalı 683387 nömrəli 2022-ci il 23 dekabr tarixli elektron qaiməyə əsasən 1.132,53 manat, EBCL seriyalı 466958 nömrəli 2022-ci il 23 dekabr tarixli elektron qaiməyə əsasən 3.187,23 manat, EBCL seriyalı 688077 nömrəli 2022-ci il 23 dekabr tarixli elektron qaiməyə əsasən 113.633,09 manat, EBCL seriyalı 782933 nömrəli 2022-ci il 23 dekabr tarixli elek tron qaiməyə əsasən 87.072,13 manat məbləğində mallar "DYZ Goyushov” MMC tərəfindən "Estel Azerbaijan” MMC-yə qaytarılması üçün təqdim edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 10. "Estel Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) "DYZ Goyushov” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 6 fevral tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35.989,84 manat, 200 manat mediasiya haqqı olmaqla, cəmi 36.189,84 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd olunan faktiki halına (bax § 1-6) istinad etməklə, iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə sifariş olunan malların üm umi dəyəri 278.675,81 manat təşkil etmiş, həmin mallar cavabdehə təhvil verilmiş, onun tərəfindən qəbul olunmuş və malların təhvili aktla rəsmiləşdirilmişdir. Cavabdehlə mübahisələr yarandığından onun tərəfindən qəbul edilmiş malların çox hissəsi (205.024,98 manat dəyərində mallar) geri qaytarılmışdır. Bunu təsdiqləyən elektron qaimələr iş materiallarına əlavə olunmuşdur. Malların bir hissəsinin pulu isə ödənilmişdir (37.660,99 manat). Bunu təsdiqləyən hesabdan çıxarışlar əlavə edilmişdir. Lakin, cavabdeh hal-hazıradək 35.989,84 manat dəyərində olan malları geri qaytarmamış və ona 2022-ci il 7 sentyabr tarixli pretenziya ilə müqavilə üzrə qalıq borcun ödənilməsi təklif edilsə də, heç bir nəticə olmamışdır.

12. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

13. Cavabdehin nümayəndəsi N ümayəndə2 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı cavabdehə “xırda-xırda” ödəniş edilməsinin təklif olunduğunu bildirsə də, ondan 10.000 manat gətirilməsi tələb olunmuşdur, bu isə az məbləğ olmamışdır. Onda bir sıra sübutlar – mobil telefon olan yazışmaları mövcuddur. O, fəaliyyətə başlayan zaman Zurab bəyə təklif etmişdir ki, özünə mühasib götürsün. Bu günə kimi sahibkar olaraq fəaliyyət göstərməmişdir. İlk dəfə qarşı tərəfin iş elanını görmüş, bununla bağlı müraciət edən zaman ona 1.500 manat menecer maaşı yox, daha çox gəlir əldə etmək təklif olunmuşdur. Bildirilmişdir ki, adından şirkət açılaraq, şirkət adından satılacaq məhsullardan 10%-lik qazanc əldə olunacaqdır. Daha sonra o, bu təkliflə razılaşmış, fəaliyyətə başlamışdır. Bununla belə qarşı tərəfin anbarında n məlumatsız olmuş, gələn-gedən mallardan tam xəbərsiz olmuşdur. Yalnız adında müəssisə olmuşdur. "ASAN” imza onun özündə olmuşdur. Şirkətin dövriyyəsində göstərilmişdir ki, 300.000 manatlıq mallar qəbul edilmişdir. Bu günə kimi 51.000 manatlıq satış olmuşdur. Vergi orqanı tərəfindən 300.000 manatlıq mallara vergi hesablanmaması üçün malların bir qismi geri qaytarılmışdır. Bununla belə vergi 300.000 manata uyğun hesablanmış və 18.000 manat vergi tutulmuşdur. Hazırda isə həmin vəsaiti qaytarmaq imkanında deyildir. Hələ qarşı tərəf özü də 20.000 manat borcludur. İşə başlayan zaman özünə mühasib götürməyi təklif etsə də, bununla razılaşmayıblar. Müqavilədəki imzalar özünə məxsusdur. Lakin onu aldadaraq həmin sənədlər imzalanmışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 may tarixli e- 2-2(113)-1265/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – A.Əliyeva).

15. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilə üzrə malların təhvil-təslimi (bax § 2-6), təhvil verilmiş mallar üzrə cavabdeh tərəfindən ümumilikdə 37.660,99 manat məbləğində ödəniş olunması (bax § 7-8) öz təsdiqini tapmış, elektron qaimələrdən (bax § 9) ümumilikdə 205.024,98 manat məbləğində malların cavabdeh tərəfindən geri qaytarılmadığı müəyyən olunmuşdur.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı olmadığını bildirmiş, daha sonrakı məhkəmə iclasında borc məbləğini mübahisələndirmişdir. Məhkəmə vurğulamışdır ki, iddiaçı iddia tələbinin əsaslı olması ilə bağlı məhkəməyə sübutlar təqdim etmiş, cavabdeh isə borc məbləğini mübahisələndirsə də bunun la bağlı məhkəməyə konkret sübut əhəmiyyəti daşıyan faktları təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı əsassız olduğundan nəzərə alınmamalıdır.

17. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.2, 442, 567, 600.1 və 600.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 80-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

18. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(103)-785/2023 nömrəli qə tnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən ümumilikdə 35.989,84 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur (278.675,19-37.660,99-205.024,98=35.989,84). Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız sayaraq vurğulamışdır ki, cavabdeh istinad etdiyi halların, yəni mübahisələndirilən müqavilənin aldadılma nəticəsində bağlanıldığını təsdiq edən heç bir sübutu təqdim etməmişdir.

21. Məhkəmə kollegiyası cavabdehin MM-in 339.2 və 339.3-cü maddələrinə əsaslanan dəlillərinə münasibətdə əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə etibarsız sayılması üçün maddi hüquq normalarında nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğunun təsdiq olunmadığını bildirmişdir.

22. Bundan əlavə, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində əvvəlcə iddia tələbinə etirazı olmadığını bildirmiş, lakin sonrakı məhkəmə iclasında borc məbləğini mübahisələndirmişdir. Apellyasiya şikayətində də alqı-satqı müqaviləsinin formal olduğuna istinad etmiş, digər tərəfdən isə məhkəmə iclasında borcun bir qismini ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyinin ziddiyyətli olduğunu bildirmişdir.

23. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması üçün zərurət mövcud deyildir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində müqavilədəki imzanın ona məxsus olduğunu bildirmiş, apellyasiya baxışı zamanı isə həmin imzaları mübahisələndirmişdir. Apellyasiya icraatında cavabdehin yeni faktlara istinad etməsi MPMin maddələrinə ziddir. Bu səbəbdən, məhkəmə kollegiyasının qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 339.2, 339.3, 567 və 598.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İb rahimovun şikayəti üzrə 2004-ci il 12 aprel tarixli Qərarına, MPM-in 77.1, 209.3 və 372.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

25. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

26. MM-in 441.2, 568.1 və 568.2-ci maddələri üzrə - iddiaçı satdığı əşyalarla yanaşı, onlara aid olan sənədləri də təhvil verməmiş və müvafiq sənədləşmə aparmamışdır. Həmçinin əşyalar cavabdehə təhvil vеrilmədiyi üçün onun öhdəliyin icrasından ümumiyyətlə imtina etmək hüququ yаrаnsа dа, məhkəmə isə cavabdehin istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı alqı-satqı müqaviləsində n əzərdə tutulan əşyaları öz anbarında saxlayaraq cavabdehə təhvil verməmiş, sonradan malların bir qismini geri qaytarılmış hesab etmişdir. Malların aparılması və geri qaytarılması barədə sübut təqdim olunmamışdır. Bunun üçün ən azından malların həm təhvili, həm də geri qəbulu zamanı iddiaçının hansı nəqliyyat vasitəsindən istifadə edildiyi barədə sübut (yol vərəqi) təqdim olunmamışdır.

27. MPM-in 77.1, 89.2, 217-ci maddələri üzrə - alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, eyni zamanda həmin müqavilə üzrə təhvil verilməsi nəzərdə tutulan əşyalar iddiaçının özünün anbarında saxlanılmışdır. Cavabdehin adından iddiaçı tərəfindən üçüncü şəxslərə satışı iddiaçının anbarından həyata keçirilmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun qətn amə çıxarmamışdır. Ümumiyyətlə, malların təhvil-qəbulu barədəki (bax § 2-6) aktlar cavabdehin onları imzalamaq hüququ olan şəxsi tərəfindən imzalanmamış və möhürü ilə təsdiq olunmamışdır. Bu baxımdan həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olmadığından, onlar sübut kimi qəbul edilməz olsa da, məhkəmə prosessual hüquq norması düzgün tətbiq etməyərək həmin sənədləri yazılı sübut kimi qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və p rosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi m übahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərək ət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkin məlidirlər.. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödən ilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiy mətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassas iya instansiyası məhkəməsinin mövqeyi

33. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkə n ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uy ğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin hazırki qərarın 26-cı paraqraflarında göstərilən dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

39. Əlavə olaraq kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara hüquqi qiymət verilmişdir.

40. Kassasiya şikayətinin hazırki qərarın 27-ci paraqraflarında göstərilən dəlillərə də dair kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsinin formal olaraq bağlanması ilə bağlı dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verilmişdir. Malların təhvil-qəbul aktlarının sübut qismində qəbul edilməli olmaması ilə bağlı dəlillər isə əsassızdır.

41. Belə ki, cavabdeh həmin aktların həqiqiliyini işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələrində üm umiyyətlə mübahisələndirməmişdir.

42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində qeyd olunan məsələlərlə bağlı işin hallarını və işdə olan sübutları əlaqəli və tam qiymətləndirmiş və yuxarıda qeyd olunan nəticəyə gəlmişlər. İş üzrə apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır.

43. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

44. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "DYZ-Goyushov” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(103)-785/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar