Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-119/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu üzrə faizlər, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersi ya Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 2-2(103)-17/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Borcalan Cavabdeh4 ilə kreditor İddiaçı ASC arasında imzalanmış 2020-ci il 8 may tarixli *** nömrəli Baş kredit müqaviləsinə əsasən illik 16% dərəcəsi ilə 36 aylıq müddətə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 600.000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında 2020-ci il 8 may tarixli zaminlik müqavilələri bağlanmışdır.
3. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh3 və Cavabdeh4 arasında ipoteka qoyana məxsus ünvan 1 ünvanında yerləşən mənzilin, ünvan 2 ünvanında yerləşən mənzilin (bundan sonra-“İİ ipoteka predmeti”), ünvanında yerləşən mənzilin (bundan sonra- “İİİ ipoteka predmeti”) və ünvan 7 yerləşən bağ evinin (bundan sonra-“İV ipoteka predmeti”) ipoteka ilə yüklü edilməsinə dair 2020-ci il 12 may tarixli ipoteka müqavilələri bağlanmışdır.
4. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzil 2020-ci il 15 may tarixində, ** mənzil 2020-ci il 14 may tarixində, *** ünvanında yerləşən mənzil 2020-ci il 15 may tarixində, ünvan 7 yerləşən bağ evi 2020-ci il 15 may tarixində qeydiyyata alımaqla 120 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. 5. 2020-ci il 8 may tarixli *** nömrəli kredit müqaviləsinə əlavə razılaşma olan ***-1 nömrəli eyni tarixli ödəniş qrafikində 2023-cü il 8 may tarixinə sonuncu ödəniş olması tərəflər arasında razılaşdırılmışdır. 6. 2022-ci il 29 mart tarixli maliyyə arayışına əsasən 2020-cı il 8 may tarixli *** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 393.740,81 manat əsas borc, 42.847,5 manat faiz borcu, 56.541,89 manat cərimə məbləği hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra“Cavabdeh1”), Cavabdeh2 (bundan sonra-“Cavabdeh2”), Cavabdeh3 (bundan sonra“Cavabdeh3”), Cavabdeh4 (bundan sonra-“Cavabdeh4”) qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 393.740,81 manat əsas, 9.583,54 manat faiz, 1.634,94 manat gecikən əsas məbləğ üzrə hesablanmış ikiqat gecikmə faizi, 1.838,79 manat vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 406.797,63 manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ipoteka predmetlərinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutul masına, tutmanın ipoteka predmetlərinə yönəldikdən sonra həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmaları, həmin əmlakların boşaldılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Baş kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən, kreditin illik faiz dərəcəsi 30%, gecikdirildiyi halda 60% müəyyən edilmiş, gündəlik cərimə faizi isə 1% həcmində nəzərdə tutulmuşdur. Müqavilənin digər maliyyə öhdəliklərinə dair müddəaları da təsdiq edilmiş, kredit xəttinin istifadəsi, akkreditiv və qarantiya ödənişlərinə dair faiz dərəcələri göstərilmişdir. 2020-ci il 8 may tarixli ***-1 nömrəli Əlavə Razılaşmaya əsasən, gecikdirilən əsas məbləğə kreditin illik faizinin ikiqatı qədər faiz və hər gecik dirilmiş günə görə 0,1% cərimə hesablanması təsbit edilmişdir. 2022-ci il 29 mart tarixli maliyyə arayışına görə cavabdehin banka olan borcu 443.862,52 manat təşkil edir ki, bunun 389.809 manatı əsas borc, 54.053,52 manatı isə faiz borcudur. 2021-ci il 8 iyul tarixinə olan vəziyyətə əsasən, borcalan tərəfindən ödənilməmiş əsas borc məbləği 393.740,81 manat, faiz borcu 9.583,54 manat, ikiqat gecikmə faizi 1.634,94 manat və gecikmə cəriməsi 1.838,79 manat olmaqla, ümumi borc 406.797,63 manat təşkil etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı cavabdehlərə bildiriş göndərmiş və reyestr orqanında müvafiq qeydlər aparılmışdır. Cavabdeh və zaminlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliklərin i yerinə yetirməmiş, borcun məcburi icrasına dair tədbirlər zəruri olmuşdur. Mübahisənin həlli üçün Mediasiya Şurasına müraciət olunmuş və 2021-ci il 23 avqust tarixində ilkin mediasiya sessiyası keçirilsə də, Cavabdeh4 iclasa qatılmamış və nəticədə mediator tərəfindən müvafiq arayış tərtib edilmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 393.740,81 manat əsas, 42.847,5 manat faiz, 56. 541,89 manat vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 493 130,2 manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqın ın, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutma ipoteka predmetlərinə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İşə birinci instansiya məhkəməsində baxılarkən verilmiş 08 iyul 2022 tarixli 9/2890 nömrəli ekspert rəyində qe yd olunmuşdur ki, 08 may 2020-ci il tarixli *** saylı kredit müqaviləsinin və müqavilə üzrə rəsmiləşdirilmiş əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 29 mart 2022-ci il tarixinə iddiaçıya olan borcu 443.862,52 manat məbləğində müəyyən edilir, o, cümlədən: əsas borcu 389.809,0 manat, faiz borcu üzrə 54.053,52 manat.
11. İş üzrə 26 iyul 2022-ci il tarixli ƏEM/İ 41-505/22 nömrəli qiymətləndirmə rəyində 26 iyul 2022 tarixinə mənzil B1 (Yeni qaydalarla: AZ1122, ünvan 4 ünvanında yerləşən mənzilin bazar dəyərinin 232.500 manat, likvid dəyərinin 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyərinin 221.000 manat, likvid dəyərinin 210.000 manat, B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyərinin 150.000 manat, likvid dəyərinin 142.00 0 manat, ünvan 7 yerləşən bağ evinin bazar dəyərinin 346.000 manat, likvid dəyərinin 311.000 manat olması qeyd olunmuşdur.
12. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul etdiklərini bildirmiş, əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, bank tərəfindən verilmiş kreditin 36 ay müddətinə qaytarılması razılaşdırılmasına baxmayaraq, cəmi 5 ay ərzində əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə isə 98.000 manat ümumilikdə 298.000 manat ödəniş olmuşdur ki, bu da təqribən ayrılan 600.000 manat məbləğində kreditin yarısıdır. Hazırda əsas borc üzrə hesablanmış məbləğlə razı olsalar da, faiz borcu həddindən artıq şişirilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası zamanı ekspert rəyində göstərilmiş əsas borc düzgün hesablansa da cərimə və faiz məblə ği əsassızdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 noyabr tarixli e-2-2(113)1585/2022 nömrəli qərardadı ilə iddianın ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim A.Əliyeva).
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 noyabr tarixli e-2-2(113)1585/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4, K. Məmmədovadan, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 389.809,0 manat əsas borc, 42 847,5 manat faiz borcu, 38.000 manat cərimə məbləği, 30.40 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bild irişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 240 manat xidmət haqqı, 400 manat məbləğində mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, mənzil B3 ünvanında yerləşən mənzilə, B1. (Yeni qaydalarla: AZİ 122, ünvan 6 ünvanında yerləşən mənzilə və ünvan 7 yerləşən bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, satışdan artıq qalan vəsaitin ipoteka qoyana qaytarılması, tutma yönəldildikdə, mənzil B1 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 210.000 manat, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 142.000 manat, ünvan 7 yerləşən bağ evinin ilkin satış qiymətinin 311.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi iddianın kredit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə cavabdehlərin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə mühasibatıq ekspertizası nəticəsində verilmiş ekspert rəyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehlər dən müştərək qaydada 389.809,0 manat əsas borc, 42 847,5 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
16. Dəbbə pulunun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh4 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
17. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləği nə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 38.000 manat məbləğində müəyyən edilməlidir.
18. Məhkəmə, həmçinin hesab etmişdir ki, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh3 məxsus olan ipoteka predmetllərinə yönəlməli, mənzil B1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 210.000 manat, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiymə ti 142.000 manat, ünvan 7 yerləşən bağ evinin ilkin satış qiyməti 311.000 manat məbləğində müəyyən edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739, 462.1, 467, 269.1, 269.7, 269.4 və 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğlərinin daha düzgün hesablanaraq müəyyən edilməsi, cərimə məbləğinin silinməsi, ipoteka predmetl ərinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
21. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən- iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 2-2(103)-17/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-faiz borcu hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4878,72 manat faiz və 1851,72 manat məb ləğində əlavə faiz borcunun tutulması, ipoteka predmetlərinə tutma yönəldildikdə əldə edilən vəsait hesabına cəmi 435.249,84 manat borcun iddiaçının xeyrinə ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər V.Sadıqov və İ.İbrahimli).
23. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin mübahisələndirilən hissəsində göstərmişdir ki, iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə hesablanmış 56 541,89 (əlli altı min beş yüz qırx bir manat 89 qəpik) manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür.
24. Məhkəmə həmin tələbə qiymət verərək göstərmişdir ki, MM-in 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyi n icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tən asübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
25. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən po zulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
26. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq və əsaslı olaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ az aldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 38.000 manat məbləğində müəyyən edilməlidir. Cərimə məbləğinin azaldılması və ya artırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğ ədalətli və işin hallarına uyğundur.
27. Tərəflərin mübahisələndirdiyi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, birinci instansiya icraatı zamanı iş üzrə əmlakın qiymətləndirilməsi aparılmış, 26 iyul 2022-ci il tarixli ƏEM/İ 41-505/22 nömrəli qiymətləndirmə rəyində 26 iyul 2022 tarixinə mənzil B1 (Yeni qaydalarla: AZ1122, ünvan 4 ünvanında yerləşən mənzilin bazar dəyəri 232.500 manat, likvid dəyəri 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 221.000 manat, likvid dəyəri 210.000 manat, mənzil B3. (Yeni qayd alarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 150.000 manat, likvid dəyəri 142.000 manat, ünvan 7 yerləşən bağ evinin bazar dəyəri 346.000 manat, likvid dəyəri 311.000 manat müəyyən edilmişdir.
28. Məhkəmə cavabdehin nümayəndəsinin vəsatəti əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti qarşısında suallar qoyulmuş lakin iki dəfə ayrı-ayrı vaxtlarda yerli baxış təyin olunsa da cavabdeh tərəf ipoteka predmetlərinə baxış keçirilməsinə şərait yaratmamışdır.
29. Belə ki, məhkəməyə göndərilən 10 iyul 2024-cü il tarixli ekspertizanın keçirilməsindən imtina edilməsi barədə ekspertlərin məktubundan görünür ki, cavabdehlər (ev sahibləri) yerli baxışda iştirak etmədiyindən və tədqiqat obyekti təqdim edilmədiyindən baxışın keçirilmə si mümkün olmamışdır.
30. Həmçinin məhkəməyə göndərilən 11 sentyabr 2024-ci il tarixli ekspertizanın keçirilməsindən imtina edilməsi barədə ekspertlərin məktubundan görünür ki, 10 sentyabr 2024-cü il tarixə, saat 12:00-a yerli baxış təyin edilmiş, tərəflər məlumatlandırılmış, lakin həmin tarixdə məhkəmə və ekspert tərəfindən cavabdehin vəkili ilə əlaqə saxlanılması və vəkilin yerli baxışın baş tutacağı barədə məlumat verməsinə baxmayaraq, daha sonra telefonlara cavab verilməmiş, nəticədə tədqiqat obyekti ekspertlərə təqdim edilməmişdir. Qeyd edilənlər təsdiq edir ki, cavabdehlər ekspertizaya gəlməmiş, zəruri tədqiqat predmetini baxışa təqdim etməmişdir. Göründüyü kimi, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası baş tutmamış və buna səbəb cavabdehlərin ekspertiza tədqiqatında i ştirak etməkdən imtina etməsi olmuşdur.
31. MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
32. Qeyd edilən maddəni iş üzrə cavabdehlərə münasibətdə tətbiq edərək, məhkəmə hesab etmişdir ki, məhkəmənin 26 iyul 2022-ci il tarixli ƏEM/İ 41-505/22 nömrəli qiymətləndirmə rəyinə istinad edərək ilkin satış qiymətlərini müəyyən etməsi əsaslı və qanuni olmuşdur. Beləliklə tərəflərin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilləri əsassızdır
33. Məhkəmə gəldiyi nəticəni 317.1, 319.1, 421.2, 447.1, 462.1, 467, 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstsitusiya Məhkəməsi Plenumunun 2021-ci il 28 iyul tarixli və 2023-cü il 29 mart tarixli Qərarlarına, MPM-in 97.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
34. Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
35. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi üzrə-cavabdehin mövqeyinə görə qiymətləndirici ekspert ipoteka predmetinə baxış keçirməyə gəlmədiyi halda rəy verməkdən imtina etməsi qanunsuz olmuş, lakin apellyasiya məhkəməsi bunu nəzərə almamışdır.
36. MM-in 462.1, 467-ci maddələri üzrə - faiz və cərimə məbləğinin düzgün hesablanmamasına dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşan apellyasiya məhkəməsi təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, ekspert rəyini nəzərə alan apellyasiya məhkəməsi faiz məbləğini 42.847,5 manatdan 4878,72 manata və əlavə faizi 1851,72 manata qədər azaltsa da, cərimə məbləği olan və heç bir əsaslandırması olmayan 38.000 manat məbləğə münasibət bildirməmişdir. Belə ki, 1878,72 manat faiz məbləğinə 38.000 manat cərimənin hesablanması ədalətli deyil.
37. MPM-in 14.1, 77.1-ci maddələri üzrə - ipoteka predmetlərinin ilkin satış qiymətləri cavabdehlərin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, 2020-ci ildə bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanarkən əmlakların mövcud qiymətləri ilə hazırkı əmlak bazarında olan qiymətlər arasında olan fərqlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi heç bir araşdırma aparmadan maddi və prosessual hüquq normalarının pozulması ilə formal mülahizələrə əsaslanan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iddia tələblərini əsaslandıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, birinci instansiya və apellyasiya məhkəmələrində mühasibatlıq ekspertizası aparılmış, apellyasiya mərhələsində təkrar ekspertiza nəticəsində bankın tələb etdiyi faizlər azaldılmışdır. Cərimə məbləği birinci instansiya məhkəməsi tərəfindən 60.110,27 manatdan 38.000 manata endirilmişdir. Bu səbəbdən, cavabdehin cərimənin düzgün hesablanmaması ilə bağlı iradı əsassızdır.
39. Apellyasiya məhkəməsində cavabdeh ipoteka predmetlərinə baxışın keçirilməsinə mane olmuşdur. Bu fakt məhkəmə iclas protokolları, audio yazılar və ekspertiza təşkilatlarının imtina məktubları ilə təsdiqlənmişdir. İpoteka əmlaklarının qiymətləndirilməsi üçün "xxxx" MMC-yə və daha sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, lakin hər iki halda cavabdeh baxışa şərait yaratmadığı üçün ekspertiza mümkün olmamışdır. Nəticədə, apel lyasiya məhkəməsi işə birinci instansiya məhkəməsində baxılarkən aparılmış ekspertiza rəyini əsas götürmüşdür. Kassasiya baxışının hədləri
40. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən dəbbə pulu və ipoteka əmlaklarının ilkin satış qiymətinin müəyyən edilməsi tələblərinə aid hissəsində mübahisələndirildiyindən, MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad ol unması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüq uquna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır...” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgə r ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgə r öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında qeyd olunmuşdur: … İcranın gecikdirilməsi zamanı qanu nla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. … Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zə rərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.”
44. Azərbaycan Respublikası Konstsitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir: “... Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pul unun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir...”
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir: “... Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digərtərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır....”
46. Azərbaycan Respublik asının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi... 97.5. Tə rəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır.
48. Cavabdeh4 hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin dəbbə pulunun tutulması və əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyi əsasında ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticəni mübahisələndirir.
49. Məhkəmə kollegiyas ı məhkəmə qətnaməsinə əsasən tutma yönədilmiş ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə verilmiş qiymətləndirmə ilə də razılaşır (bax yuxarıda § 27-32).
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin vəsatəti əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti qarşısında suallar qoyulmuş, lakin iki dəfə ayrı-ayrı vaxtlarda yerli baxış təyin olunsa da cavabdeh tərəf ipoteka predmetlərinə baxış keçirilməsinə şərait yaratmamışdır. Odur ki, yenidən qiymətləndirmənin aparılması cavabdehin hərəkətlərinə görə qeyri-mümkün olmuşdur.
51. Məhkəmə kollegiyası işin müəyyən edilən, qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, baxılan iş üzrə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların ilkin satış qiymətinin 26 iyul 2022-ci il tarixli ƏEM/İ 41-505/22 nömrəli qiymətləndirmə rəyinə əsasən (bax yuxarıda § 11) müəyyən edilməsi mülki qanunvericiliyin sübutetmə ilə bağlı, eləcə də MPM-nin 97.5-ci maddəsinin tələblərinə (bax yuxarıda § 46) uyğun olmuşdur.
52. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbləri ni müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
53. Cavabdehdən tutulan dəbbə puluna aid hissədə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyin tələbinə görə məhkəmə işin hallarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz dəbbə pulunu azalda bilər (MM-nin 467-ci maddəsi).
54. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əml ak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
55. Məhkəmə kollegiyası dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla hesab edir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş 38.000 manat dəbbə pulu azaldılaraq, 19.000 məbləğində dəbbə pulunun tutulması Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğundur.
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəbbə pulu borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 19000 ( on doqquz min) manat dəbbə pulu tutulmalı, ümumi borc 416249,84 ( dörd yüz on altı min iki yüz qırx doqquz manat səksən dörd qəpik) manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən q alan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
57. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 2-2(103)-17/2024 saylı qətnaməsi dəbbə pulu borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19000 ( on doqquz min ) manat dəbbə pulu tutulsun, ümumi borc 416249,84 ( dörd yüz on altı min iki yüz qırx doqquz manat səksən dörd qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.