Məhkəmə qərarları › İş №2-2(102)-122/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-122/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-122/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR 2-2(102)-122/2025 Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakın boşaldılması tələblərinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 9 oktyabr tarixli 2-2(104)-193/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə y azılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh arasında 2022-ci ilin fevralında 07 saylı icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Goranboy rayonu Kooperativ Cəmiyyəti Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh icarəyə verir.

2. Müqavilənin 4-cü bəndinə əsasən icarə müqaviləsinin müddəti fevral 2022-ci il tarixdən fevral 2023-cü il tarixə (bir il müddətinə) müəyyən olunur. Tərəflərin razılığı ilə müqavilənin müddəti uzadıla bilər.

3. Müqavilənin 11-ci bəndinə əsasən icarə haqqı 150 manat olaraq müəyyən edilmişdir.

4. Goranboy şəhəri H.Əliyev prospekti 93 ünvanında yerləşən qeyri-yaşayış binası Goranboy rayonu Kooperativ Cəmiyyətinin adına 2023-cü il 21 noyabr tarixl i ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin mülkiyyət növü dövlət və torpaq sahəsi üzərində hüququn növü icarədir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və tərtib edilmiş texniki pasportun verilməsinə əsas “Azərittifaq” idarə heyətinin Goranboy rayonu Kooperativ Cəmiyyətinin mağaza binasının payçıya satılmasına razılıq verilməsi haqqında 2022-ci il 14 dekabr tarixli, 67 saylı qərarı, Goranboy rayonu Kooperativ Cəmiyyətinin 2022-ci il 14 dekabr tarixli mağaza binasının alqı-satqı müqaviləsi, Goranboy rayonu Kooperativ Cəmiyyəti müvəkillər yığıncağının 2022-ci il 13 dekabr tarixli 12 saylı qərarı, hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 2023-cü il 13 iyul tarixli 5501 saylı müqaviləsi olmu şdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 152.6 kv.m olan qeyri-yaşayış binasından çıxarılması və əmlakın boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumu və 1000 manat vəkil xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci ilin fevralında bağlanılmış, 07 saylı icarə müqaviləsinin 16-cı bəndində icarə müqaviləsinin müddəti qurtardıqdan sonra icarəçinin əmlakı icarəyə verənə qaytarması nəzərdə tutulmuşdur. Tərəflər yeni müqavil ə bağlamadıqda isə icarə müqaviləsi öz hüquqi qüvvəsini itirir. Müqavilə üzrə icarə müddəti 2023-cü ilin fevral ayında bitmiş, cavabdeh ilə yeni müqavilə imzalanmadığı və ya müqavilənin müddəti uzadılmadığından icarə müqaviləsi üzrə tərəflər arasında yaranmış hüquq və öhdəliklərə xitam verilmiş, buna görə də tərəflərindən qeyriyaşayış binasının geri qaytarılması və müvafiq binadan çıxılması tələbi ilə cavabdehə müraciət ünvanlansa da, bu tələb yerinə yetirilməmişdir. Cavabdeh adıçəkilən qeyriyaşayış binasında qalmağa və ondan istifadə etməyə davam etmişdir.

7. Cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, o, 20 ildən artıqdır həmin binanı icarəyə götürmüş və işlədir. Həmin binanı icarəyə götürənə kimi boş və dağılmış bina olmuşdur. Daha sonra o binanı icarəyə götürüb təmir etd irmiş və orada ayna-qapı sexi açmışdır. Onun icarə müqaviləsinin müddəti bitməmiş obyekti başqa şəxsə satmışlar və ondan icarə haqqı almağa davam etmişlər. Müqavilənin müddəti bitsə də ona məlumat verilməmiş və ondan 10 ay icarə haqqı almış, müqavilənin müddətini isə uzatmamışdırlar. Belə ki, 2023-cü ilin fevralında o icarə müqaviləsinin bağlanması üçün müraciət etmiş, lakin müqavilənin müddəti uzadılmamışdır. Faktiki olaraq obyekti təhvil verməmişdir. Hazırda həmin obyektdən istifadə edir. Obyektin ərazisi 152 kv.m-dir, 100 kv.m-i təmir etdirib orada fəaliyyət göstərir, qalan hissəni isə anbar kimi istifadə edir. Müqavilə isə 100 kv.m-ə görə bağlanmışdır. Kooperativin saxta sədri onun icarə haqlarını mənimsəmiş və bina sədrin anasına satılmışdır. Bina satışa çıxarılırsa ilk növbədə o ic arədara təklif edilməlidir. Obyekti icarə müqaviləsinin bitməsinə 2 ay qalmış kooperativin rəhbəri satmışdır. Obyekt satılarkən ona təklif edilməmişdir. Cavabdeh və cavabdehin atası da kooperativin üzvü olmuşdur.

8. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 8 iyul tarixli, e-2-2(115)-579/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılması və əmlakın boşaldılması qət edilmişdir (hakim – G.Quliyeva).

9. Məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsinin müddəti 2023-cü ilin fevral ayında bitmiş, tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamış, həmçinin 2022-ci ilin fevral ayında bağlanmış icarə müqaviləsinin müddəti uzadılmamışdır. Faktiki olaraq Gora nboy şəhəri H.Əliyev prospektində yerləşən və ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehin istifadəsindədir və icarəyəverənə qaytarılmamışdır.

10. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə hüquq münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilmişdir. İcarə hüquq münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə obyekti icarəyəverənə qaytarılmamış, icarəçinin faktiki sahibliyində və istifadəsində qalmışdır. Belə olan halda cavabdeh icarəyə götürdüyü əşyanı qaytarmağa borcludur. Ona görə də cavabdeh Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılmalı və əmlak boşaldılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 700.1, 700.2, 700.3, 689.1, 697.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 oktyabr tarixli 2-2(104)-193/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilmiş cavabdehin Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasında n çıxarılması, əmlakın boşaldılması və ödənilmiş 100 manat dövlət rüsumu və 200 manat vəkil xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, iddiaçının cavabdehə qarşı qeyri-yaşayış binasından çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddiası təmin edilməmişdir (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov, İ.Həsənov).

14. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ona məxsus Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən qeyri-yaşayış binasını uzun illərdir ki, icarə müqaviləsi əsasında Cavabdeh istifadəsinə vermiş, sonuncu dəfə onların arasında 2022-ci ilin fevralında 07 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə görə Goranboy rayonu Kooperativ Cə miyyətinə məxsus Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 100 kv.m olan qeyriyaşayış binası Cavabdeh 1 il müddətinə icarəyə verilmişdir. Müqavilə üzrə icarə müddəti 2023-cü ilin fevral ayında bitmiş olsa da, cavabdeh icarə müddəti bitdikdən sonra da icarə obyektindən istifadə edərək 2023-cü ilin noyabr ayınadək hər ay icarə haqqını ödəməkdə davam etmiş, iddiaçı onuinla icarə müqaviləsini pozmaq istəməsi və ya da yenidən müqavilə bağlamayacağı və ya da müqavilə müddəti bitdikdən sonra həmin sahəni boşaltması ilə bağlı ona hər hansı bildiriş verməmiş, əksinə ondan hər ay icarə haqqı almaqda davam etmişdir. İddiaçı isə həmin sahənin “Azərittifaq” İdarə Heyətinin razılığı ilə alğı-satqı edilməsi üçün satılacaq sahəyə mülkiyyət hüququnu təsdiq edən çıxarış almılş, lakin həmin sahə hazırkı vaxtadək iddiaçının mülkiyyətində qalmaqda davam edir.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra ödənişlər etmiş, iddiaçı icarə münasibətlərinin davam etdirilməsinə hər hansı etiraz etməmiş, bununla da müqavilə uzadılmış hesab edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 448.1, 689.1, 700.1, 700.2, 700.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 1-ci və 13-cü maddəsinin 5-ci hissəsinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı kassasiya şikayəti verərə k, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddanın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri:

18. MM-in 689, 697, 700-cü maddələri üzrə - tərəflər arasında bağlanmış müqavilə ilə icarə münasibətləri üçün müddət müəyyənləşdirilmiş, bu müddət bitsə də icarəçi icarə obyektini boşaltmamış və icarəyəverənə təhvil verməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilən hal (müqavilə üzrə icarə müddəti 2023-cü ilin fevral ayında bitmiş olsa da, cavabdeh icarə müddəti bitdikdən sonra da icarə obyektindən istifadə edərək 2023-cü ilin noyabr ayınadək hər ay icarə haqqını ödəməkdə davam etmiş, iddiaçı onunla i carə müqaviləsini pozmaq istəməsi, yenidən müqavilə bağlamayacağı və ya müqavilə müddəti bitdikdən sonra həmin sahəni boşaltması ilə bağlı ona hər hansı bildiriş verməmiş, əksinə ondan hər ay icarə haqqı almaqda davam etmişdir) nə məhkəmə prosesi zamanı verilmiş tərəflərin izahatları, nə də məhkəməyə təqdim edilmiş sübutlarla aşkar edilmişdir. Məhkəmə bu faktın mövcudluğuna sadəcə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2024-cü il 6 fevral tarixli qərar əsasında gəlmiş və əsaslandırmasında da bunu qeyd etmiş, beləliklə də kobud səhvə yol vermişdir. Belə ki, istintaq orqanı tərəfindən qəbul edilmiş qərar preyudisiallığa malik olmamaqla birlikdə, həm mülki prosessual qanunvericilik, həm də mövcud məhkəmə təcrübəsi (“Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 82.3-cü m addəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2016-cı il 23 fevral tarixli qərarı) ilə yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin preyudisiallığı xüsusiyyəti müəyyən edilmişdir. Buna görə də, məhkəmə icarə müqaviləsinin müddəti bitdikdən sonra tərəflər arasında icarə münasibətlərinin davam etməsi və ödənişlərin edilməsi nəticəsinə sadəcə cinayət işinin başlanmasından imtina barədə qərar əsasında gəldiyi, bu hal digər heç bir iş materialı ilə təsdiqlənmədiyi üçün, sözügedən müqavilənin müddəti bitmiş və bununla da cavabdehin müqavilənin müddətinin bitdiyi tarixdən etibarən icarə obyektini tərk etməsi və onu boşaldaraq iddiaçıya təhvil verməsi vəzifəsi yaranmışdır. Məhkəmə həmçinin tərəflər arasında olan müqavilə münasibətlərinin ləğ vi üçün tərəflərin razılığının əsas olduğunu bildirmişdir. Müqavilənin 4cü bəndinə əsasən müqavilənin müddəti bir il müddətinə müəyyən edilib, müqavilə yalnız tərəflərin razılığı ilə uzadıla bilər. Həmçinin müqavilənin 15 və 16-cı bəndləri ilə də o hal şərtləşdirilmişdir ki, bu müqavilə ilə bağlı yazılı qaydada razılığa gəlmədikdə öz qüvvəsini itirir. Hazırkı mübahisə üzrə onsuzda müqavilə münasibətlərinə xitam verilmiş və bu mübahisə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlıdır. Məhkəmə işi kifayət qədər araşdırmadığı, cavabdehin izahatını qanunvericiliyin tələblərindən üstün tutduğu üçün Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 2-ci maddəsinin tələblərinə zidd olaraq “İcarə haqqında” Qanunu Mül ki Məcəlləsinin xüsusi hissəsinin normaları ilə təsbit edilən İcarə münasibətlərinə tənzimləyən normaların dispoziya şərtlərini görməzdən gəlmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. İddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qismən (iddianın təmin edilmədiyi hissədə) mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsində göstərilən qaydada yalnız həmin hissədə yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq v ə vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə

689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” 22. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması

5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Maddi hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

25. İlk olaraq qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

26. Bununla yanaşı, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur.

27. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 16-cı bəndinə görə icarə müqaviləsinin müddəti qurtardıqdan sonra icarəçi əmlakı icarəyə verənə qaytarır. Tərəflər yeni müqavilə bağlamadıqda icarə müqaviləsi hüquqi qüvvəsini itirir.

28. MM-in 689.1-ci maddəsində də müəyyən edilmişdir ki, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

29. Apellyasiya məhkəməsi isə tərəflər arasında bağlanmış müqavilənin qeyd olunan şərtləri və MM-in 689.1-ci maddəsi üzrə hüquqi dəyər ləndirmə aparmamışdır.

30. Halbuki, müqavilə münasibətlərindən irəli gələn mübahisələr həll olunarkən ilk olaraq müqavilə şərtləri nəzərə alınmalıdır.

31. Kollegiya qeyd edir ki, müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi k ontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir. Müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 1 1 iyun tarixli Qərarı).

32. Bu baxımdan, qeyd edilir ki, məhkəmənin istinad etdiyi “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinin tətbiq edilməsindən əvvəl tərəflər arasında bağlanmış müqavilənin 16-cı bəndində müəyyən edilən şərtlər nəzərə alınmaqla MM-in 689.1-ci maddəsi üzrə hüquqi dəyərləndirmə aparılmalı və yalnız bundan sonra “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinin tətbiq edilməsinin mümkünlüyü əsaslandırılmalıdır.

33. Eyni zamanda, müqavilənin həmin bəndində müəyyən edilən şərtlər nəzərə alınarkən onların hərfi mənası deyil, MM-in 404.1 və 404.2-ci maddələrinə uyğun olaraq həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalı, bu zaman bütün müvafiq hallar, o cüml ədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır.

34. Apellyasiya məhkəməsi də tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı təsdiq edən müqavilələrə (2014-cü, 01 oktyabr 2016-cı, 04 yanvar 2018-ci, 04 yanvar 2019-cu, yanvar 2020-ci, fevral 2021-ci, fevral 2022-ci il tarixli icarə müqavilələrinə) istinad etmiş, lakin həmin müqavilələr və tərəflər arasında bağlanmış müqavilənin 16-cı bəndində müəyyən edilən şərtlər üzrə MM-in 404.1 və 404.2-ci maddələrinə uyğun olaraq hüquqi dəyərləndirmə aparmamışdır.

35. Eyni zamanda, apellyasiya məhkəməsi tətbiq etdiyi maddi hüquq normasını səhv təfsir etmişdir.

36. Belə ki, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5 -ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrıayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

37. Qeyd olunan maddənin birinci cümləsinin dispozisiya şərti ondan ibarətdir ki, icarə müqaviləsi, müddətsiz deyil, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.

38. Bu baxımdan qeyd edilir ki, müqavilənin uzadılmış hesab edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə “İcarə haqqınd a” Qanunun 13-cü maddəsinin 5-ci bəndinin dispozisiya şərtinə uyğun olmamışdır.

39. Belə ki, həmin maddənin tələbləri baxımından tərəflər arasında bağlanmış icarə müqaviləsi yalnız müqavilədə nəzərdə tutulmuş müddətə, yəni bir il müddətinə uzadılmış hesab edilə bilər. Həmin müddət isə 2024-cü ilin fevral ayında bitir. Hazırki iş üzrə iddia ərizəsi və onunla bağlı pretenziya məktubu da 2024-cü ilin fevral ayında verilmişdir. Lakin apellyasiya məhkəməsi “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinin tələblərini nəzərə almaqla bu hal üzrə hüquqi dəyərləndirmə aparmamışdır.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş yenidən baxıl ması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən qərarın 27-39-cu bəndlərində göstərilənlər nəzərə alınmaqla iddia tələbinə hüquqi qiymət verilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 oktyabr tarixli 2-2(104)-193/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar