Məhkəmə qərarları › İş №2-2(102)-123/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-123/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-123/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı ilk və Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair ilk və Cavabdeh MMC-nin İddiaçı qarşı “iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməs i və s.” tələbinə dair qarşılıqlı iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(107)-127/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında 2021-ci il 30 dekabr tarixdə icarə müqaviləsi bağlamışdır.

2. Həmin müqavilənin 1-ci bəndinə əsasən, icarəyə verən Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət 1-ci mərtəbə 170 kv.m 2-ci mərtəbə 202.41 kv.m qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. 3. 3.2-ci bəndinə əsa sən, müqavilənin imzalanması tarixindən etibarən icarə obyektindən istifadəyə görə icarəçi icarəyə verənə aylıq 1-ci mərtəbə üçün 1000 manat, 2ci mərtəbə üçün isə 500 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür. 4. 3.3-cü bəndinə əsasən, hər ayın icarə haqqı məbləği icarəyə götürən tərəfindən icarəyə verənə ayın 10-dan gec olmayaraq köçürmə yolu ilə ödənilməlidir. 5. 3.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılacaqdır. 6. 4.3.3-cü bəndinə əsasən, icarəçi ehtimal olunan xitam tarixindən ən azı 6 ay əvvəl icarə verəni yazılı şəkildə xəbərdar etmək şərti ilə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. 7. 4.4.3-4.4.6-cı bəndlərinə əsasən, icarə haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müdd ətdə icarəyə verənə ödəmək, icarə obyektindən istifadə zamanı qanunsuz, o cümlədən icarəyə verənə ziyan vuran hərəkətlərə yol verməmək, icarə obyektinin nəzərdə tutulmuş bütün vergilərini və icbari ödənişlərini vaxtında ödəmək, icarə obyektinin texniki və yanğın təhlükəsizliyini və onun sanitargigiyenik tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək icarəçinin vəzifəsidir. 8. 8.1-ci bəndinə əsasən, müqavilə üzrə icarə müddəti müqavilənin imzalanması tarixindən 10 il müddətinədək, xx.xx.2031-ci il müddətində müəyyən edilir. 9. 9.2-ci bəndinə əsasən, icarə müddəti dövründə inflyasiyanın artması, milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən dəyişməsi icarə verənə icarə haqqını müvafiq məbləğdə artırmaq hüququnu verir. İş üzrə məhkəmə icraatı a)Birinci instansiya məhkəməsin dəki icraat 10.İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il 30 dekabr tarixli icarə müqaviləsinə (bundan sonra – “icarə müqaviləsi”) xitam verilməsi və icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, icarəçi müqavilə şərtlərini pozmuş və onun vəziyyətinin əhəmiyyətli şəkildə pisləşməsinə səbəb olmuşdur. İcarəçi lisenziyasız fəaliyyət göstərir, icarə haqqını mütəmadi olaraq gecikdirir, icarə haqqına hər il yenidən baxılması müddəasını qəbul etmir, yanğın təhlükəsizliyi qaydalarına riayət etmir. 12.Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsi və icarə müqaviləsinin sonunadək cavabdehi narahat etməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, müqaviləyə icarəçinin icazəsi olmadan xitam verilə bilməz. Obyekt icarəçiyə verilən zaman təmirsiz vəziyyətdə olmuş və cavabdehin hesabına təmir edilmişdir. Cavabdeh MMC-nin fəaliyyət göstərməsi üçün lisenziyası vardır. Həmçinin yanğın-təhlükəsizlik qaydalarına da riayət olunmaqdadır. İcarəçinin müqavilə üzrə icarəyə verənə heç bir borcu yoxdur, iddiaçı qurulmuş təsərrüfatı mənimsəmək və Cavabdeh MMC-ni obyektdən çıxartmaq istəyir. 14.Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli e-2-2(117)-780/2024 nöm rəli qətnaməsi ilə ilk iddia təmin olunaraq, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim – M.Hüseynov). 15.Məhkəmə qeyd etmişdir ki, müqavilə 2021-ci ildə bağlansa da Cavabdeh MMCnin fəaliyyət göstərməsi üçün lisenziya yalnız xx.xx.2024-cü il tarixində alınmış, cavabdeh lisenziyasız fəaliyyət göstərmiş və bu səbəblə də ona İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışdan görünür ki, cavabdeh 2022-ci ildən başlayaraq müxtəlif tarixlərdə 1290 manat olmaqla icarə haqqı ödəmişdir. Halbuki, aylıq icarə haqqı 1500 manat təşkil edir. İcarəçi vergi məbləğini də icarə h aqqından çıxmaqla ödəmişdir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfə icarə haqqı borcu yoxdur. İcarə haqqını 1500 manatdan az ödəmələrinə səbəb 14% gəlir vergisinin icarə haqqı məbləğindən çıxılaraq ödənilməsi olmuşdur. Lakin tərəflər arasında bağlanmış müqavilənin 4.4.5-ci bəndinə əsasən icarə obyektinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş bütün vergiləri və digər icbari ödənişləri vaxtında ödəmək icarəçinin vəzifəsi kimi göstərilmişdir. Həmin bənddən də göründüyü kimi vergilərin, aylıq icarə haqqı məbləğindən kənar ödənilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndində hər ayın icarə haqqı məbləği icarəyə götürən tərəfindən icarəyə verənə ayın 10-dan gec olmayaraq köçürmə yolu ilə ö dənilməsi razılaşdırılsa da, hesabdan çıxarışdan aydın olur ki, cavabdeh tərəf müxtəlif tarixlərdə icarə haqqı ödənişlərini gecikdirmişdir. (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023). Eyni zamanda müqavilənin 3.2-ci bəndinə əsasən hər iki mərtəbə birlikdə olmaqla icarə haqqı məbləği 1500 manat müəyyən olunsa da, cavabdeh tərəfindən 1290 manat ödəniş edilmiş və onun hər ay ödənilməmiş 210 manat qalıq icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəf izahatında bildirmişdir ki cavabdeh tərəfindən 5 aylıq icarə haqqı ümumiyyətlə ödənilməmişdir. İş materialları kimi təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, həqiqətən də 2023-ci il üzrə sentyabr, oktyabr və noyabr, 2024-cü il üzrə isə yanvar və fevral aylarında icarə haqqı ödənişləri olunmamışdır. Bununla da 5 aylıq icarə haqq ı məbləğinin ödənilməməsi sübut olunmuşdur. Əlavə olaraq müqavilənin 3.6-cı bəndinə əsasən inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılmalı idi. Lakin cavabdeh tərəf buna etiraz edərək icarə haqqı məbləğinin artırılması ilə razılaşmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktı məhkəməyə təqdim edilmişdir. Həmin qiymətləndirmə aktında göstərilmişdir ki, Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış binasının ölçüsündən alsı olaraq 1 aylıq icarə dəyərinin 1 kv.m qiyməti 10-15-20 manat arası dəyişir. Buradan belə nəticəyə gəlmək olar ki, 1 aylıq icarə haqqını 1kv.m qiyməti kimi minimum 10 manatdan hesablasaq 3724.1 manat olmalı idi. (170 kv.m + 202.41 kv.m = 372.41 kv.m; 372.41 kv.m X 10 = 3724.1 manat). Cavabdeh tərəfindən təqdim edilmiş vəsatətə görə, tərəflər arasında icarə müqaviləsinin qiymətinin 2022-ci il üçün 13.9%, 2023-cü il üçün isə 9.5% həcmində artırılması barədə razılığa gəlmişdirlər.

16. Məhkəmə ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər müqavilənin 3.6-cı bəndinə əsasən inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılacağını razılaşdırmışlar. Buna baxmayaraq müqavilə bağlandığı vaxtdan icarə qiymətinə müvafiq amillər nəzərə alınmaqla yenidən baxılması ilə bağlı qarşı tərəflə razılıq əldə edilməmişdir. Halbuki müqavilənin məcburi şərti olaraq qeyd edilən icarə haqqının məbləğinə, yəni artım istiqamətində yenidən baxılmalı idi. Cavabdeh tərəf hər il müvafiq ifilyasiya faizlərinə uyğun olaraq qiymətin artımını təsdiq etsə də, bu yalnız birtərəfli qaydada baş verməsi və ya məhkə mənin müvafiq qərarı ilə təsdiq edilməsi ilə mümkün olmamışdır. Çünki tərəflər qarşılıqlı razılaşma yolu ilə bunu etməlidirlər. Məhkəmə qətnaməsi ilə tərəflərin iradəsi əleyhinə müqavilə gücünə malik qərarla müqavilə bəndi ilə nəzərdə tutulmuş icarə haqqı qiyməti artırıla bilməz. Eyni zamanda, tərəflərin razılaşdıqları müqavilə şərtinin qarşı tərəf tərəfindən icra edilməməsi artıq müqavilə şərtinin pozulması hesab edilir. Bundan əlavə, cavabdeh tərəf təmir və digər istiqamətdə xərc çəkdiyini qeyd etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş və bu arqumentini əsaslandırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9.4-cü bəndinə əsasən icarə obyekti tam təmirli vəziyyətdə icarəçiyə təhvil verilir və tam yararlı vəziyyətdə müqavilə müddəti bitdikdən sonra təhvil alı nacadır. Tərəflər arasında müqavilə şərtlərində təmir və digər xərclərin çəkilməsinin qaydası ilə bağlı icarəyə verənin vəzifələri müəyyən edilmişsə, bununla bağlı aidiyyəti məhkəmədə iddia qaldırıla bilər. Bundan əlavə tərəflər bütün vergi və məcburu ödənişlərin icarəçi tərəfindən ödənilməsi barədə razılığa gəlsələr də, icarəçi ödənilən icarə haqqı məbləğinin azalması hesabına vergini ödəməklə, aylıq icarə haqqını 1.290 manat ödəməklə icarə haqqını kəsirlə ödəmiş və müqavilə öhdəliklərini lazımı qaydada icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. Bundan əlavə iddiaçının təqdim etdiyi bank hesabından çıxarışa görə, cavabdeh 5 dəfə icarə haqqı borcunu kəsirlə də olsa ödəməmişdir. Bu da müqavilənin və qanunvericiliyin tələblərinin pozulması deməkdir. Bu isə iddiaçıya ən azı iki dəfədən ar tıq icarə haqqını ödəməməsi icarə müqaviləsinin ləğv edilməsini tələb etmək hüququ vermişdir.

17. Məhkəmə qarşılıqlı iddia ərizəsinə dair qeyd etmişdir ki, əmlakın mülkiyyətçisinə qadağanın tətbiq edilməsi qanunvericiliyin ümumi prinsiplərinə ziddir. Belə ki, mülkiyyətçinin hər ay əmlakının vəziyyəti ilə tanış olmaq və bununla bağlı zəruri məlumata malik olmaq hüququ pozula bilməz.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 389.1, 421.2, 445.1, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 685.1, 685.2, 685.2.1, 685.2.2, 686, 687, 700.1 və 700.2-ci maddələrinə; Azərbaycan Respublikasının “İcarə haqqında” Qanununun 7.1, 7.2, 8.1, 8.5, 9.1, 9.3 və 13.1-ci maddələrinə; Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(107)-127/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən yəni, ilk iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, ilk iddianın təmin edilməməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər – E.Hü seynov və Z.Sadiqov).

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin əsas arqumenti cavabdehin 5 ay ərzində (yəni, 2023-cü ilin – sentyabr, oktyabr, noyabr və 2024-cü ilin - yanvar və fevral ayları üzrə) ümumiyyətlə icarə haqqının ödəməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən edilmişdir ki, 2023-cü ilin sentyabr, oktyabr, noyabr və 2024-cü ilin yanvar və fevral ayları üzrə icarə haqları cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində mübahisəli ayların ödənişlərini köçürmə yolu ilə yox, iddiaçının “Yelo” Bankda olan hesabına vurulmuşdur. Həmin halın araşdırılması üçün məhkəmə tərəfindən “Yelo” Banka sorğu verilərək iddiaçının adına olan hesabda müvafiq dövrlərin əməliyyat çıxarışları götürülmüşdür. Əldə edil miş hesabdan çıxarışlardan müəyyən edilir ki, icarəyəverən İddiaçı “Yelo” Bankdakı hesabına 2023-cü ilin sentyabr ayında 1290 manat, oktyabr ayında 1300 manat, noyabr ayında 1290 manat, 2024-cü ilin yanvar ayında 1290 manat və fevral ayında 1290 manat pul köçürlənmişdir. Bundan başqa, 2024-cü ilin yanvar ayında iddiaçının hesabına köçürülmüş 1290 manatlıq qəbzi iddiaçı tərəf özü məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf hesabına həmin pullarla bağlı qeyd etdi ki, doğrudan da onun hesabına həmin məbləğlər köçmüşdür. Lakin, cavabdehin direktoru Raminin ona borcu olmuşdur və hesabına müvafiq dövrlər ərzində köçən pullar Raminin borcları olmuşdur. Cavabdeh tərəf isə bildirmişdir ki, onun iddiaçı tərəfə heç bir əlavə borcu olmamışdır. Göründüyü kimi, birinci inst ansiya məhkəməsi əhəmiyyətli hal olaraq beş ay ərzində icarə haqlarının ödənilmədiyini qeyd etsə də, məhkəmə kollegiyasının araşdırması zamanı həmin hal öz təsdiqini tapmamış, əksinə icarə haqlarının mütəmadi olaraq ödənməsi müəyyən edilmişdir. Cavabdehin iddiaçıya hansısa borcu olması halı isə iş materialları ilə öz təsdiqini tapmamışdır.

22. Məhkəmə kollegiyası bəzi aylarda icarə haqqının bir neçə gün gecikdirilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından cavabdeh tərəfindən icarə haqqının bəzi aylarda bir neçə gün gecikdirilməsi müəyyən edilsə də kollegiya həmin halı 10 il müddətə bağlanmış icarə müqaviləsinin ləğvi üçün əhəmiyyətli hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması ilə gecikmə olan aylar təxminən beş ay olmuşdur. İşdən həmçinin müəyyən edilmişdir ki, bir neçə gün sonra gecikmə baş verən aylar üzrə icarə haqları tam olaraq ödənmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndinə əsasən icarə haqqı hər ay icarəyə verənə ayın 10-dan gec olmayaraq ödənilməli idi. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan isə görünür ki, icarə haqqı bəzi aylarda bir neçə gün gecikdirilsədə bəzi aylarda (misal: fevral 20224) isə vaxtından əvvəl ödənilmişdir. Eyni zamanda, gecikmə mütəmadi xarakter daşımamış və müəyyən aylarda baş vermişdir. Həmçinin cavabdeh tərəf özüdə bildirmişdir ki, həmin vəziyyət bəzi aylarda bankla bağlı problemlər olduğu üçün baş vermişdir.

23. Məhkəmə kollegiyası natamam icarə haqqının ödənməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış Müqavilənin 4.4.5-ci bəndinin tələb inə əsasən, icarə obyektinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş bütün vergilərini və digər icbari ödənişlərini vaxtında ödəmək icarəçinin vəzifəsidir. Həmin halla bağlı cavabdeh tərəf izahatında bildirmişdir ki, iddiaçı tərəfə icarə haqqı borcu yoxdur. İcarə haqqını 1500 manatdan az ödəmələrinə səbəb 14% gəlir vergisinin icarə haqqı məbləğindən çıxılaraq ödənilməsi olmuşdur. Birinci instansiya məhkəməsi Müqavilənin 4.4.5-ci bəndinə istinad edərək icarə haqqının cavabdeh tərəfindən ödənilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin həmin bəndində vergilərini və digər icbari ödənişlərin cavabdeh tərəfindən vaxtında ödənilməsi olması nəzərdə tutulmuşdur. Yəni, müqavilənin həmin bəndində cavabdeh tərəfin 1500 manat icarə haqqından əlavə 1 4% gəlir vergisini də onun (cavabdeh) tərəfindən ödənilməli olması qeyd edilməmişdir. Sadəcə olaraq, müqavilədə vergiləri vaxtında ödənilməsi vəzifəsi icarəçinin üzərinə qoyulmuşdur. Vergi qanunvericiliyinə əsasən, mübahisəli 14% olan vergi gəlir vergisi hesab edilir. Hazırki məqamda isə, obyekti icarəyə verib gəlir əldə edən tərəf iddiaçı olduğundan həmin 14% gəlir vergisi də ona çatacaq məbləğdən tutulmalı idi. İddiaçı tərəf isə həmin halın əksini hazırki işdə sübuta yetirə bilməmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında razılaşma icarəçi tərəfindən icarə haqqından 14% gəlir vergisi ödənildikdən sonra qalan məbləğ yəni, 1290 manat icarəyə verənə ödənməli idi. Belə ki, icarəçi 2022-ci ilin yanvar ayından 29 aprel 2024-cü il tarixədək yəni, cavabdehə pretenziya mə ktubu göndərənədək icarə haqqından 14% gəlir vergisi dövlət büdcəsinə ödədikdən sonra qalan məbləğ yəni, 1290 manatı icarəyə verənə ödəmişdir. İcarəyə verən isə, 2 ildən artıq nüddətdə həmin hala səs çıxarmamış və buna heç bir etiraz etməmişdir. Əgər tərəflər arasında razılaşma əksinə yəni, icarəçi, həm icarə haqqını, həm də 14% gəlir vergisi ödəməli olsa idi onda iddiaçı tərəf 2 il ərzində buna etiraz edərdi. Hazırki işdə isə iddiaçının həmin məqama etiraz etməsi ilə bağlı heç bir sübut yoxdur. Bundan başqa, vergi orqanından əldə edilən sənədlərdən görünür ki, cavabdeh tərəf vergi borcunu ödəmişdir. İddiaçı tərəf izahatında həmçinin bildirmişdir ki, cavabdeh onun vergi borcunu müəyyən müddət ödəməyindən o dəfələrlə həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, bundan sonra cavabdeh həmin borcu ödəmişdir. Göründüyü kimi, tərəflər arasında razılaşma məhz icarəçi tərəfindən icarə haqqından 14% gəlir vergisi ödənildikdən sonra qalan məbləğ yəni, 1290 manat icarəyə verənə ödənilməli olması kimi olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi işin həmin hallarına da düzgün hüquqi qiymət verməmişdir.

25. Məhkəmə kollegiyası icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin icarə haqqının daha baha olması ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə müqavilə bağlandıqdan sonra icarəyə verilən əmlakın qiymətinin artması səbəbindən müqavilənin qiymətinin dəyişdirilməsinə yol verilmir (yalnız iki halda: müqavilədə və qanunda nəzərdə tutulanda yol verilir). İddiaçı tərəf eyni zamanda qeyd etmişdir ki, obyektin qeyri-rəsmi olaraq 2500 manata icarəyə verilmişdir. Lakin, müqavilədə rəsmi olaraq 1500 manat qeyd edilmişdir. Cavabdeh isə öhdəliyi pozaraq həmin 1000 manatları da iddiaçıya ödəmir. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilənin qiymətinin 2022-ci il üçün 13.9%, 2023cü il üçün isə 9.5% həcmində artırılmasına razı olduqlarını bildirmişdir. Cavabdeh tərəfin vəsatəti bir daha onu təsdiq edir ki, cavabdeh icarə haqqının müəyyən həddə artırılmasına razı olmuşdur.

26. Məhkəmə kollegiyası cavabdehin yeni müqavilə bağlamaqdan yayınması ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf həm iddia ərizəsində, həm də 29 aprel 2024-cü il tarixədə cavabdehə ünvanladığı pretenziya məktubunda cavabdeh tərəfin icarə haqqı ilə əlaqədar müqavilə şərtlərinə baxmaqdan yayındığını bil dirmişdir. Məhkəmə kollegiyasının iclasında isə iddiaçı tərəf 2023-cü ilin yanvar ayından yeni icarə haqqının artırılması ilə bağlı cavabdehə müraciət etdiyini bildirmişdir. Cavabdeh tərəf isə izahatında, iddiaçının onlara belə bir təklifinin ancaq 2024-cü ilin yanvar ayında olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəf cavabdehin müqavilə şərtlərinə (Müqavilənin 3.6 və 9.2-ci bəndinə uyğun) yenidən baxılmasından uzun yayındığını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Müqavilənin 9.2-ci bəndinə əsasən icayəyə verənə icarə haqqını artırmaq hüququ verildiyindən o, icarə haqqını artırdığı barədə icarəçiyə bildiriş verə bilərdi. Lakin, icarəyə verən müqavilə ilə ona verilmiş həmin hüququndan da rəsmi olaraq istifadə etməmişdir. Belə olan halda, y alnız iddiaçı tərəfin şifahi qaydada bildirdikləri əsasında cavabdehin müqavilə şərtlərinə yenidən baxılmasından yayınması ilə bağlı hazırki iş üzrə qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir.

27. Məhkəmə kollegiyası cavabdehin yanğın təhlükəsizliyi qaydalarının pozması ilə bağlı qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilmiş xx.xx.2024-cü il tarixli obyektin “X5” AKT-a əsasın icarəyə verilən obyektdə heç bir yanğın təhlükəsizliyi qaydalarını pozulmamışdır. Odur ki, birinci instansiya məhkəməsi işin həmin halları üzrə də düzgün nəticəyə gəlməmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin lisenziyasız fəaliyyət göstərməsi ilə bağlı qeyd etmişdir ki, həmin hal icarə müqaviləsinə xitam verilməsinə birbaşa əsas ola bilməz. Belə ki, icarə müqaviləsində m üqavilənin şərtlərində lisenziyasız fəaliyyətə görə müqaviləyə xitam verilməsi halı nəzərdə tutulmamışdır. Bundan başqa, qanunvericiliyə əsasən, tibbi fəaliyyətlə məşğul olmaq müvafiq lisenziya tələb edilir. İşdən müəyyən edilir ki, iddiaçı tərəf bir müddət lisenziyasız fəaliyyət göstərmiş və həmin dövrdə də inzibati məsuliyyətə cəlb edilmişdir. Daha sonra isə cavabdeh tərəf lisenziya almışdır. Müqaviləyə xitam verilməsinə münasibətdə lisenziyanın olmamasını ona görə əhəmiyyətli hesab edilmir ki, bununla iddiaçının heç bir hüquqları məhdudlaşmamışdır. Belə olan halda, qeyd edilən hal tərəflər arasında bağlanmış müqavilənin xitamına əsas ola bilməzdi. Eyni zamanda, iddiaçı tərəf iddia ərizəsində və məhkəmədə dəfələrlə imkanın aşağı düşməsini, kredit borcu olmasını və obyektin daha yuxarı qiymətə icarəyə verilə bilməsini qeyd etmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin çox əhəmiyyətli olmayan hansısa şərtlərini (lisenziyanın gec alması və s.) pozsa da, iddiaçının əsl məqsədi icarə müqaviləsinin predmeti olan obyekti geri alaraq daha yüksək qiymətə icarəyə vermək olmuşdur. İddiaçı 5 aylıq icarə haqqı məbləğinin ödənilmədiyini bildirmiş, lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin məbləğ tam şəkildə iddiaçının hesabına ödənilmişdir. Həmin hal bir daha təsdiq etmişdir ki, iddiaçı tərəf cavabdehə qarşı qərəzli olmuş və ödənilmiş icarə haqlarını müqaviləyə xitam vermək üçün gizlətməyə çalışmışdır.

29. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmış və əlavə o laraq qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, cavabdeh tərəfindən qarşılıqlı iddia əriz əsində tələb edilən qadağanın əmlakın mülkiyyətçisinə tətbiq edilməsi qanunvericiliyin ümumi prinsiplrinə ziddir. Belə ki, mülkiyyətçinin hər ay əmlakının vəziyyəti ilə tanış olmaq və bununla bağlı zəruri məlumata malik olmaq hüququ pozula bilməz.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 26 və 60-cı maddələrinə; “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 17-ci maddəsinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın İ nömrəli Protokolunun 1-ci maddəsinə; MM-in 385.1, 386.1, 389.1, 390.1, 390.5, 399.1, 404.1, 404.2, 405.1, 421.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 452.1, 560.1, 560.2, 676.0, 676.0.1, 679, 684.1, 684.2, 685.1, 685.2, 685.2.1, 685.2.2, 685.3, 690.1, 690.2, 691.1, 691.1.3, 691.3, 700.1, 700.2 və 700.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 7.2, 7.3, 8.1 8.5, 9.1, 9.3, 9.5, 9.6, 9.7, 13.1 və 15.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88ci maddələrinə istinad ilə əsaslandırmışdır.

31. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onu ləğv edərək, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 421.1, 421.2, 422.1, 422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4, 422.3, 422.4, 685.1, 685.2, 686, 690.1, 690.2, 690.3, 692.1, 692.2, 692.2.1, 692.2.2, 692.4, 700.1, 700.2 və 700.3-cü maddələri üzrə - apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilən müq avilə şərtlərinin mütəmadi kobud şəkildə pozması hallarını əhəmiyyətli hesab etməmiş, vergilərlə bağlı müqavilədən kənar razılaşmanın olmadığı halda cavabdehin xeyrinə razılaşmanın olması nəticəsinə gəlmiş, müqavilə şərtlərini səhv və onların mahiyyətinə zidd şərh etmiş, mülki qanunvericiliyin aidiyyatı normalarını və Ali Məhkəmənin mövqeyini və izahlarını birtərəfli qaydada cavabdehin xeyrinə şəhr etmişdir. Nəticədə məhkəmə mülkiyyətçinin hüquqlarının pozulmasını nəzərə almamışdır. Həmçinin, müqavilə bağlandıqdan sonra şərait əhəmiyyətli dərəcədə dəyişmiş, daşınmaz əmlakın və eləcə də icarənin qiymətləri iki dəfədən artıq qalxmışdır. Belə olan halda iddiaçı tərəfindən əvvəlcədən razılaşdırılmış icarə qiymətinə əmlakı icarəyə vermək iqtisadi baxımdan tam səmərəsiz olmuşdur. Cavabdeh isə icarə müqaviləsində olan boşluqlardan, lisenziyasız fəaliyyətin ləğvin əsası kimi müqavilədə birbaşa göstərilməməsindən, həmçinin icarə haqqının müqavilə bağlanılarkən aşağı qeyd edilməsinə nail olmasından sui isifdə etmiş və əsassız varlanmağa cəhd göstərmişdir.

33. MPM-in 9, 76.1, 76.2, 378, 379, 380.1, 380.2 və 381-ci maddələri üzrə apellyasiya məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh tərəf xx.xx.2024-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə vəsatət vermiş, məhkəmə həmin vəsatət əsasında bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə müvafiq sorğular vermiş və xx.xx.2024-cü il tarixdə həmin sorğuya cavab almışdır. xx.xx.2024-cü il tarixli ilk məhkəmə prosesində y uxarıda qeyd edilmiş vəsatət, həmin vəsatət əsasında məhkəmənin verdiyi sorğular və həmin sorğulara alınmış cavablar barədə danışılmamış, məhkəmə vəsatəti elan etməmiş, vəsatətə iddiaçı tərəfin münasibəti öyrənilməmiş, öz təşəbbüsü ilə aldığı cavabları məhkəmədə elan etməmiş və bütün bunları gizli saxlamışdır. Qeyd edilən məsələlərin çəkişmə prinsipi əsasında araşdırılmasını təmin etməmiş və qısa şəkildə tərəfləri dinləyib tələsik bir qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, iddiaçı cavabdehə məxsus bank hesabından ödənişlərdə müxtəlif problemlərin yarandığından (2023-cü ilin sentyabr, oktyabr, noyabr və 2024-cü ilin yanvar, fevral ayları), istifadə etmiş və terminallarla nağd ödənilmiş icarə haqqlarını, öz iddiasında ödənilməmiş kimi göstərmişdir. Halbuki, iddiaçının "xxxx" ASC-də, AZ83NİCB**********0001A41040 hesabı üzrə (TİN: **********), 2023-cü il 1 sentyabr tarixindən 2024-cü il 1 mart tarixinədək, yəni 2023-cü il 11 sentyabr tarixində 1.290 manat; 2023-cü il 11 oktyabr tarixində 1.300 manat; 2023-cü il 13 noyabr tarixində 1.290 manat; 2023-cü il 7 dekabr tarixində 1.290 manat; 2024-cü il 16 yanvar tarixində 1.290 manat və 2024-cü il 9 fevral tarixində 1.290 manat iddiaçı ödənilmişdir. Həmçinin ödəniş üzrə qəbzlərə əsasən, həmin ödənişlər gecikmə ilə deyil, hətta vaxtından əvvəl də ödənilmişdir (2023-cü il 7 dekabr və 2024-cü il 9 fevral). Tərəflər arasında icarə müqaviləsi bağlandıqdan 1 il sonra, mübahisəli binanın cavabdeh tərəfindən istifadəsinə başlanılmışdır. Belə k i, qeyd edilən müddət ərzində külli miqdarda maddi vəsait sərf edilərək (təxminən 70.000 manat), yəni təmir edilərək istifadə üçün yararlı vəziyyətə çatdırılmışdır. Həmçinin binada səhiyyə xidmətlərinin göstərilməsi üçün külli miqdarda (təxminən 400.000 manat) maddi vəsait sərf edilmiş və tibbi avadanlıq alınmışdır ki, iddiaçı bu məsrəfləri nəzərə almadan, süni şəkildə problemlər yaratmaqla qurulmuş müəssisəni sahiblənmək istəmişdir. Kassasiya baxışının hədləri

35. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yalnız ilk iddiaya aid hissədə yoxlanılacaqdır. Belə ki, kassasiya şikayəti yalnız iddiaçı tərəfindən verilmiş və kassasiya şikayətinin dəlilləri də ilk iddiaya aiddir. Eyni zamanda, qarşılıqlı iddia rədd olunsa da, cavabdeh tərəfindən kassasiya şikayəti verilməmişdfir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin keçirilməsinin əsas prinsipləri və şərtləri Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.” həyata

37. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə m üqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.” “Maddə

422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tər əflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləş dirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.” “Maddə

685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.” “Maddə

686. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsinə yol verilmədiyi hallar. Xəbərdarlıq müddəti gözlənilmədən müqavilənin ləğvi Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur.” “Maddə

690. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 690.3. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir.” “Maddə

692. Yaşayış otağının kirayəsi müqaviləsinə xitam verilməsi şərtləri 692.1. Kirayə yə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun. 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; 692.2.2. kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda; 692.2.4. kirayəyə verən binanın yardımçı qeyri-yaşayış otaqlarını kirayəyə vermək məqsədilə yeni avadanlıqla təchiz edərək yol verilən şəkildə yaşayış otaqlarına çevirmək niyyətində olduqda və müqavilənin ləğvini yalnız bu otaqlar üçün məhdudlaşdırdıqda. Bu halda kirayəçi kirayə haq qının ağlabatan dərəcədə azaldılmasını tələb edə bilər. Əgər həmin otaqların yeni avadanlıqla təchiz edilməsi işlərinin başlanması uzadılırsa, kirayəçi yardımçı otaqlar barəsində kirayə hüquq münasibətlərinin müvafiq müddətə uzadılmasını tələb edə bilər. 692.4. Kirayəyə verən özünün yaşadığı və ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında mənzilin kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərini bu Məcəllənin 692.1-ci maddədə nəzərdə tutulan şərtlər olmadıqda da ləğv edə bilər. Bu halda müqavilənin ləğvinə dair xəbərdarlıq müddəti üç ay uzadılır. Bu, kirayəyə verənin özünün yaşadığı mənzil çərçivəsində yaşayış otağının kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə müvafiq surətdə tətbiq edilir.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqavil əsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin t ələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Maddə

377. İşdə iştirak edən şəxslərin müraciətlərinin məhkəmə tərəfindən həll edilməsi İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həl l edilir.” “Maddə

378. İşin məruzə edilməsi İşə apellyasiya instansiyası məhkəməsində baxılması sədrlik edənin və ya hakimlərdən birinin məruzəsi ilə başlanır. Məruzəçi işin hallarını, birinci instansiya məhkəməsi qətnaməsinin məzmununu, apellyasiya şikayətinin dəlillərini və ona dair daxil olmuş etirazları, məhkəməyə təqdim olunmuş yeni sübutların məzmununu izah edir, habelə məhkəmə qətnaməsinin yoxlanılması üçün zəruri olan digər materiallar haqqında məlumat verir.” “Maddə

379. İşdə iştirak edən şəxslərin izahatları Məruzədən sonra məhkəmə məhkəmənin iclasına gəlmiş işdə iştirak edən şəxslərin və nümayəndələrin izahatlarını dinləyir. Apellyasiya şikayətini vermiş şəxs və onun nümayəndəsi çıxış edirlər. Qətnamədən hər iki tərəf şikayət verdikdə, birinci iddiaçı çıxış edir.” “Maddə

380. Sü butların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. 380.2. Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

41. Kassasiya şikayətində istinad olunan MM-in 685.1, 685.2, 686, 690.1, 690.2, 690.3, 692.1, 692.2, 692.2.1, 692.2.2, 692.4, 700.1, 700.2 və 700.3-cü maddələrinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.

42. Belə ki, kassasiya şikayətində göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydı n şəkildə ifadə edən izah verilməmişdir.

43. Eyni zamanda, həmin maddələr apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara uyğun tətbiq edilmişdir.

44. Həmin maddələrin pozulmasının işin faktiki hallarına və sübutlara düzgün qiymət verilməməsi, habelə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə əlaqələndirilməsi isə əsassızdır.

45. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilmə z.

46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını f aktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

47. MM-in 421.1, 421.2, 422.1, 422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4, 422.3, 422.4-cü maddələrinin pozulması barədə dəlillər də əsassızdır.

48. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 422.1-ci maddəsinin məzmunundan göründüyü k imi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəf in tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətində n şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi).

49. İddiaçının istinad etdiyi hallar, yəni müqavilə bağlandıqdan sonra daşınmaz əmlakın və onun icarəsi ilə bağlı qiymətlərin artması isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarına aid deyildir. Belə ki, daşınmaz əmlak və onun icarəsinin qiymətləri, habelə inflyasiyanın göstəriciləri ilə bağlı statistik məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən rəsmi yayılan məlumatlarda əks olunur. Ona görə də, mülki dövriyyənin iştirakçıları bu məlumatlardan istifadə edərək müqavilə şərtlərinin müəyyənləşdirilməsində öz risklərini nəzərə almaq imkanına malikdirlər. Bu baxımdan, daşınmaz əmlak və onun icarəsi ilə bağlı qiymətlərin artması gözlənilməz xarakter daşımır.

50. MPM-in 9, 76.1, 7 6.2, 378, 379, 380.1, 380.2 və 381-ci maddələrinin pozulması barədə dəlillər isə qismən əsaslıdır.

51. Belə ki, hazırkı iş xx.xx.2024-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş və xx.xx.2024-cü il tarixdə cavabdehin apellyasiya şikayəti mümkün hesab edilərək işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəf elektron qaydada vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus kart hesabından çıxarışın əldə edilməsi üçün "xxxx" ASC-yə sorğu verilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin sorğu göndərilmişdir.

52. Kollegiya qeyd edir ki, çəkişmə prinsipi mülki prosesi xarakterizə edən əsas və mühüm prinsiplərinə aiddir. Bu prinsip Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsində və MPM-in 9-cu maddəsində birbaşa göstərilmiş, habelə MPMin 47.2, 184.4 və s. maddələrində öz əksini tapmışdır.

53. Eyni zamanda, MPM-in apellyasiya icraatına aid 377-ci maddəsində müəyyən edilmişdir ki, işdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir.

54. Apellyasiya instansiyası məhkəməsi isə həmin maddənin tələblərini pozaraq iddiaçının mövqeyini öyrənmədən cavabdehin vəsatətini təmin etmiş, bununla da, çəkişmə prinsipini pozmuşdur.

55. Bununla yanaşı, məhkəmə iclasının audio-video yazısından müəyyən edilir ki, həmin vəsatətə cavab olaraq "xxxx" ASC-dən daxil olmuş sənə dlər məhkəmə iclasında elan olunmuşdur. Həmçinin, həmin sənədlər əsasında əldə olunan məlumatlar (cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-dəki kart hesabına 2023-cü ilin sentyabr, oktyabr, noyabr ayları və 2024-cü ilin yanvar-fevral aylarında pul köçürmləri) iddiaçı tərəfindən mübahisələndirilməmiş və etiraf edilmişdir. Belə olan halda isə həmin məlumatlar sübutlar əsasında müəyyən edilən hallara deyil, işin mübahisəsiz hallarına aiddir. Bu baxımdan, həmin sübutlar çəkişmə prinsipi pozulmaqla əldə edilsə də, iş üzrə mübahisəli halların müəyyən edilməsində istifadə edilən sübutlara aid edilmədiyinə görə həmin pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnməmişdir.

56. MPM-in 418.3-cü maddəsində isə təsbit edilmişdir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

58. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməs inin Kommersiya kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(107)-127/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar