Məhkəmə qərarları › İş №2-2(102)-124/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-124/2019

28.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-124/2019 ALİ MƏHKƏMƏ “Iddiaçı ” Şirkətinin “Cavabdeh ” MMC-ə qarşı iş üzrə 28.03.2019 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı “Iddiaçı” Şirkətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil, cavabdeh “Cavabdeh ” MMC-nin vəkili Vəkil iştirakı ilə İddiaçı “Iddiaçı” Şirkətinin cavabdeh “Cavabdeh” MMC-ə qarşı icarə müqaviləsinin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin və icarə haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əs asən işə Ali Məhkəmənin binasında 28.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ünvan ünvanında 3088 kv.m. torpaq sahəsində yerləşən 843.6 kv.m. tikintialtı sahədə olan müxtəlif təyinatlı tikili, 2092.4 kv.m. asfalt örtüyü, 152 kv.m. yaşıllıqlar olan sahədən ibarət "Fəhlə təchizat birliyinin istehsalat sahəsi" 11.03.2002-ci il tarixdə, 000909 nömrəli mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən tam mülkiyyət hüququ üzrə "Iddiaçı " şirkətinin təsisçisi X adına 000909 nömrə ilə reyestr kitabında qeydə alınmışdır. İddiaçı "Iddiaçı" Şirkəti ilə cavabdeh "Cavabdeh” arasında 01 avqust 2009-cu il tarixdə 1 saylı icarə müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən "Iddiaçı ” şirkətinə məxsus qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmi ş, icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən (iddiaçı), Ünvan ünvanında yerləşən "Fəhlə təchizat birliyinin istehsalat sahəsi"ni müvəqqəti istifadə üçün təhlükəsizlik zolağı kimi icarəçiyə (cavabdehə) icarəyə vermiş, həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə icarəyə götürülmüş ümumi sahəyə görə icarəçi (cavabdeh), icarəyəverənə (iddiaçıya) hər təqvim ayı üçün 5.000 (beş min) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı “Iddiaçı” Şirkəti cavabdeh “Cavabdeh” MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 01.08.2009-cu il tarixli 1 saylı icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən icarəyə götürülmüş və özbaşına sökülmüş tikililərin və yararsız hala salınmış ərazinin bərpa edilməsi üçün 3.500.000 manat zərərin və 06 ay ə rzində ödənilməmiş 30.000 manat icarə haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2-2(82)-125/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "Cavabdeh " Məhdud Məsuliyyətli Cəmiyyətindən 3.145.080 manat maddi ziyan, 30.000 manat icarə haqqı, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3.175.110 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı (icarəyəverən) icarə müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh (icarəçi) öz öhdəliklərini yerinə yetirmədiyindən, icarəsinə verilən əmlakı özbaşına olaraq sökməklə müqaviləni əhəmiyyətli dərəc ədə pozduğundan iddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-20/2017 saylı 07 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh "Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2-2(82)-125/2016 saylı qətnaməsi dəyişdirilərək, cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətindən 405.310 manat maddi ziyan, 30.000 manat icarə haqqı, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 435.340 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli əmlakı təhlükəsizlik zolağı kimi cavabdehin istifadəsinə versə də, həmin əmlak sökülmüşdür ki, bu h alda əmlakın sökülməsinə görə məsuliyyəti də məhz istifadəsinə verilən şəxs, yəni cavabdeh daşımalı, vurulmuş ziyan cavabdehdən tutulmalı, 405.310 manat kompensasiya iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi üçün ədalətli və ağlabatan kompensasiya hesab edilməlidir. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin qismən - "Cavabdeh" MMCdən 405.310 manat maddi ziyan, 30.000 manat icarə haqqı, cəmi 435.310 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilməsini, iş üzrə iddia tələblərinin tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)318/2017 saylı 26 iyul 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-20/2017 saylı 07 mart 2017-ci il tarixli qətnaməsi qismən, cavabdehdən 405.310 manat maddi ziyanın tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarında iddiaçıya məxsus əmlaka vurulmuş ziyan ın məbləğinin müəyyən edilməsi ilə bağlı bir-birindən fərqli üç rəy mövcuddur. Apellyasiya instansiya məhkəməsi iddiaçının məhkəməyə təqdim etdiyi «X» MMC-nin 10.02.2017-ci il tarixli ekspert rəyi ilə qismən razılaşmışdır. Halbuki, apellyasiya instansiya məhkəməsi rəydə qeyd edilən, nəzərə alınmayan xərclər, sənədləşdirmə xərcləri, ƏDV, developer mənfəəti kimi xərclərlə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə rəyi verən eksperti dindirməli, ekspertin verdiyi məlumatlar vurulmuş zərərin hesablanması üçün kifayət etmədiyi təqdirdə, təkrar qiymətləndirməni həyata keçirməklə həmin suallara aydınlıq gətirməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qə tnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 22(82)-125/2016 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 404 408 (dörd yüz dörd mindörd yüz səkkiz) manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 404.438 manat pul vəsaiti tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş 02.07.2018-ci il tarixli 157-01 saylı rəyi işdə olan digər sübutlarla birgə qiymətləndirilməli və həmin rəydə yerin yaxşılaşdırılması üçün xərclər göstərilmədiyindən daşınmaz əmlakın müəyyən edilən bazar qiymətinə (355.000 manat) «X» MMC-nin 10.02.2017-ci il tarixli ekspert rəyində göstərilən yerin yaxşılaşdırılması və planlaşdırılması, yolun keçirilməsi üçün 49408 manat xərc əlavə olunmaqla iddiaçının xeyrinə tutulmalı olan məbləğ 404 408 manat müəyyən edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinin dəliləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməyərək dəymiş zərərin miqdarını düzgün müəyyən etməmiş, iş materiallarında olan ekspert rəylərini nəzərə almadan yalnız 1 saylı Bakı Ərazi İdarəsinin rəyini mötəbər hesab etməklə iddia tələbini qismən təmin etmişdir. Halbuki apellyasiya instansiya məhkəməsinin özünün də istinad etdiyi «X» MMC-nin 10.02.2017-ci il tarixli ekspert rəyində obyektin ümumi dəyəri 2 752 314.5 manat, işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın təqdim etdiyi 14.03.2016-cı il tarixli ekspert rəyində dəymiş zərərin minimum məbləği 3 145 080 manat müəyyən edilmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 402-407, 417.1.4, 418.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddia tələbi ötürülməklə iddia ərizəsi verilmişdir və ekspert rəyləri əsasında apellyasiya instansiya məhkəməsi dəymiş ziyanın miqdarını düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı icarə haqqının tələb edilməsi hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürmüşdür. Kassator hesab edir ki, iddia müddətinin ötürülməsinin tanınaraq təsdiq olunacağı təqdirdə bu həmçinin iddia olunan dəymiş ziyanla bağlı hissəyə də şamil edilməlidir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi iş üzrə yeni tikinti-texniki ekspertizası təyin edərək dəymiş ziyanın qiymətləndirilməsini ekspertlərə həvalə etmişdir. Lakin həmin rəylə gəlinən nəticəyə keçmiş rəylərdən birinə istinad edərək yerin yaxşılaşdırılması və planlaşdırılması, yolun keçirilməsi üçün 49908.00 manat məbləği əlavə etmişdir. Halb uki, ekspert qarşısında qoyulan suallar yerin yaxşılaşdırılması və planlaşdırılması, yolun keçirilməsi üçün xərcləri də özündə ehtiva edirdi. Lakin apellyasiya instansiya məhkəməsi 1 saylı Bakı Ərazi İdarəsinin rəyini yarımçıq hesab edərək həmin rəy ilə müəyyən edilmiş qiyməti əsassız olaraq 49408.00 manat artırmışdır. Cavabdeh Mülki Prosessual Məcəllənin 402-407, 418-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən, iddiaçının xeyrinə 404 408 (dörd yüz dörd mindörd yüz səkkiz) manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 404.438 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı bar ədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Iddiaçı” Şirkətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh” MMC-nin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən, iddiaçının xeyrinə 404 408 (dörd yüz dörd min dörd yüz səkkiz) manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 404.438 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. ƏSASLAND IRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Hazırkı iş üzrə iddiaçının tələbi tərəflər arasında bağlanmış 01.08.2009-cu il tarixli 1 saylı icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən icarəyə götürülmüş və özbaşına sökülmüş tikililərin və yararsız hala salınmış ərazinin bərpa edilməsi üçün 3.500.000 manat zərərin və 06 ay ərzində ödənilməmiş 30.000 manat icarə haqqının iddiaçıya ödənilməsi olmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2-2(82)-125/2016 saylı qətnaməsi ilə iddia qismən təm in edilmiş, ümumilikdə 3.175.110 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-20/2017 saylı 07 mart 2017-ci il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2-2(82)-125/2016 saylı qətnaməsi dəyişdirilərək, cavabdehdən ümumilikdə 435.340 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-318/2017 saylı 26 iyul 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-20/2017 saylı 07 mart 2017-ci il tarixli qətnaməsi qismən, cavabdehdən 405.310 manat maddi ziyanın tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması ü çün apellyasiya instansiya məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2-2(82)-125/2016 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə cəmi 404.438 manat pul vəsaiti tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-318/2017 saylı 26 iyul 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-20/2017 saylı 07 mart 2017-ci il tarixli qətnaməsi 30.000 manat icarə haqqı hissəsində dəyişdirilmədən saxlanıldığından hazırkı halda cavabdehdən id diaçının xeyrinə yalnız maddi ziyanın tutulması hissəsində qiymət verilir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı "Iddiaçı " Şirkəti ilə cavabdeh "Cavabdeh arasında 01 avqust 2009-cu il tarixdə 1 saylı icarə müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən "Iddiaçı ” şirkətinə məxsus qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmiş, icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən (iddiaçı), Ünvan ünvanında yerləşən "Fəhlə təchizat birliyinin istehsalat sahəsi"ni müvəqqəti istifadə üçün təhlükəsizlik zolağı kimi icarəçiyə (cavabdehə) icarəyə vermiş, həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə icarəyə götürülmüş ümumi sahəyə görə icarəçi (cavabdeh), icarəyəverənə (iddiaçıya) hər təqvim ayı üçün 5.000 (beş min) manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında icarə münasibətləri davam edərkən cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilməyərək icarəyə götürülmüş sahədə tikililər özbaşına sökülmüş, ərazi yararsız hala salınmış, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün sökülmüş qeyri-yaşayış sahəsinin dəyərinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinə tapşırılmış, ekspertizanın 14 mart 2016-cı il tarixli **/**-**/*-***saylı rəyi ilə iddiaçının xüsusi mülkiyyətində olan 843.6 kv.m qeyri-yaşayış sahəsinin 1 kv.metri - 2700-3000 manat, 2092.4 kv.metr boş sahənin 1 kv.metri 400-500 mana t, 152 kv.m. yaşıllıq sahəsinin 1 kv.metri 200-300 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi «Əmlak Bazarı İştirakçıları» İB tərəfindən verilmiş rəydə qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinin konkret aparılmaması, müəyyən qiymət aralığının göstərilməsini nəzərə alaraq iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını «Mülki Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Mərkəzi» MMC-yə həvalə etmişdir. «Mülki Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Mərkəzi» MMC tərəfindən verilmiş 30 yanvar 2017-ci il tarixli qeyri-yaşayış sahəsinin qiymətləndirməsinə dair rəy ilə müəyyən olunmuşdur ki, Ünvan ünvanında mövcud olmuş “Fəhlə təchizatı birliyinin istehsalat sahəsi”ndə yerləşən 843,6 kv.metr tikilinin dəyəri 176.600 8 man at, yaşıllıq sahəsinin qiyməti 3.970 manat, 2092.4 kv.metr ərazi üzrə asfalt örtüyünün dəyəri 14.646,8 manat olmaqla, ümumi dəyəri 195.216,8 manat təşkil edir. Rəydə bərpa xərcləri inzibati binanın 1 kv.metri üçün 300 manat, anbarın 1 kv.metri üçün 180 manat, sanitar qovşağın 1 kv.metri üçün 400 manat, qapıçı otağının 1 kv.metri üçün 250 manat, hasarın çəkilməsinin 1 metri üçün 12 manat, hasarın bünövrə betonun tökülməsinin 1 metri üçün 20 manat müəyyən olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi «X» MMC-nin 10.02.2017-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, yerin yaxşılaşdırılması və planlaşdırılması, yolun keçirilməsinin 1 kv.metri üçün 16 manat, layihə işləri və texniki şərtlərin alınmasının 1 kv.metri üçün 110 manat, kommunikasiya xətlərinin keçirilməsinin 1 kv.metri ü çün 25 manat, əsas istehsalat sahəsinin tikintisinin 1 kv.metri üçün 250 manat, köməkçi sahələrin tikintisinin 1 kv.metri üçün 220 manat, hovuz və su çəninin tikintisinin 1 kv.metri üçün 185 manat, həyətin 1kv.metrinin abadlaşdırılması üçün 60 manat, yaxşılaşdırma tamamlama və komplektləşdirmə xərclərinin 1 kv.metri üçün 350 manat xərc tələb olunur. Rəydə həmçinin, nəzərə alınmayan xərclər, sənədləşdirmə xərcləri, ƏDV, developer mənfəəti kimi xərclərin dəyəri də müəyyənləşdirilmişdir. Ümumilikdə, Ünvan ünvanında 3088 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin tikinti bərpa işlərinin hesablanmış bazar dəyəri 1.555.384,4 manat, obyektin ümumi dəyəri isə 2.752.314,5 manat müəyyən olunmuşdur. Hazırkı iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Ko llegiyasının 2-2(102)-318/2017 saylı 26 iyul 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, iddiaçıya vurulmuş ziyanın məhkəmə tərəfindən müəyyən edilmiş məbləği ilə razılaşmır. Belə ki, iş materiallarında iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı bir-birindən fərqli üç rəy mövcuddur. Apellyasiya instansiya məhkəməsi iddiaçının məhkəməyə təqdim etdiyi «X» MMC-nin 10.02.2017-ci il tarixli ekspert rəyi ilə qismən razılaşmışdır. Halbuki, apellyasiya instansiya məhkəməsi rəydə qeyd edilən, nəzərə alınmayan xərclər, sənədləşdirmə xərcləri, ƏDV, developer mənfəəti kimi xərclərlə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə rəyi verən eksperti dindirməli, ekspertin verd iyi məlumatlar vurulmuş zərərin hesablanması üçün kifayət etmədiyi təqdirdə, təkrar qiymətləndirməni həyata keçirməklə həmin suallara aydınlıq gətirməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə araşdırmamışdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi isə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-714/2017 saylı 22 dekabr 2017-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş, aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə həva lə edilmiş, həmin İdarə tərəfindən verilmiş 02.07.2018-ci il tarixli 157-01 saylı rəy ilə tikililərin asfalt örtüyü ilə birlikdə 25.05.2018-ci il tarixə bazar dəyəri 355.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş 02.07.2018-ci il tarixli 157-01 saylı rəyi işdə olan digər sübutlarla birgə qiymətləndirmiş və haqlı olaraq hesab etmişdir ki, həmin rəydə yerin yaxşılaşdırılması üçün xərclər göstərilmədiyindən daşınmaz əmlakın müəyyən edilən bazar qiymətinə (355.000 manat) «X» MMC-nin 10.02.2017-ci il tarixli ekspert rəyində göstərilən yerin yaxşılaşdırılması və planlaşdırılması, yolun keçirilməsi üçün 49408 manat xərc əla və olunmaqla iddiaçının xeyrinə tutulmalı olan məbləğ 404 408 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-318/2017 saylı 26 iyul 2017-ci il tarixli qərarında işə təkrar baxan apellyasiya instansiya məhkəməsinə təkrar qiymətləndirmənin aparılması göstərişi verilmişdir. Apellyasiya instansiya məhkəməsi də İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələbinə əməl edərək (mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir) yenidən ekspertiza keçirmiş və təkrar ekspertizanın nəticəsi işə ilk dəfə apellyasiya instansiya məhkəməsi tərəfindən baxılan zaman təqdim olunmu ş ekspert rəyi ilə («Mülki Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Mərkəzi» MMC tərəfindən verilmiş 30 yanvar 2017-ci il tarixli ekspert rəyi) müəyyən edilmiş qiymətlə oxşarlıq təşkil etmiş, başqa sözlə həmin ekspert rəyi ilə müəyyən edilmiş qiyməti təsdiqləmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi iddiaçının xeyrinə olaraq iddiaçının özü tərəfindən təqdim edilmiş «X» MMC-nin 10.02.2017-ci il tarixli ekspert rəyində öz əksini tapmış yerin yaxşılaşdırılması və planlaşdırılması, yolun keçirilməsi üçün xərcləri də (49408 manat) nəzərə almaqla qərar qəbul etmişdir. Qanunvericilik isə məhkəməyə ekspert rəyi ilə gəlinən nəticənin bir hissəsi ilə razılaşmanı qadağan etmir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbayca n Respublikası Konstitusiyasının 29-cu maddəsinin I bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin II bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Kassator hesab etmişdir ki, iddiaçı icarə haqqının tələb edilməsi hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürmüş və iddia müddətinin ötürülməsinin tanınaraq təsdiq olunacağı təqdirdə bu həmçinin iddia olunan dəymiş ziyanla bağlı hissəyə də şamil edilməlidir. Cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, yixarıda qeyd edildiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-318 /2017 saylı 26 iyul 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)20/2017 saylı 07 mart 2017-ci il tarixli qətnaməsi 30.000 manat icarə haqqı hissəsində dəyişdirilmədən saxlanıldığından hazırkı halda icarə haqqı ilə bağlı məsələyə hüquqi qiymət verilmir və dəymiş ziyanın ödənilməsi ilə bağlı isə iddia müddəti ötürülməmişdir (Mülki Məcəllənin 373-cü maddəsi). Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş 02.07.2018-ci il tarixli 157-01 saylı rəyində yerin yaxşılaşdırılması üçün xərclər göstərilmədiyindən daşınmaz əmlakın müəyyən edilən bazar qiymətinə (355.000 manat) «X» MMC-nin 10.02.2017-ci il tarixli ekspert rəy ində göstərilən yerin yaxşılaşdırılması və planlaşdırılması, yolun keçirilməsi üçün 49408 manat xərc əlavə olunması ağlabatan hesab olunmalıdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin eksperti qarşısında qoyulan sualların yerin yaxşılaşdırılması və planlaşdırılması, yolun keçirilməsi üçün xərcləri də özündə ehtiva etməsini hesab etsə də, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-714/2017 saylı 22 dekabr 2017-ci il tarixli qərardadından görünür ki, yerin yaxşılaşdırılması və planlaşdırılması, yolun keçirilməsi üçün xərclər ilə əlaqədar məhkəmə ekspert qarşısında hər hansı sual qoymamışdır (II cild, iş v.31). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarl a əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli və obyektiv araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə düzgün nəticəyə gəlinmiş, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəflərin kassasiya şikayətlərinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1-ci maddəsi ilə kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı “Iddiaçı” Şirkəti və cavabdeh “Cavabdeh” MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-52/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar