Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-124/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı X1 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, şikayət verilə bilməyən qərardad) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlundan (məruzəçi), hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlundan və X3 ibarət tərkibdə iddiaçı X1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı borcun, müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Cavabdeh1 (hazırda adı “M Plyus Alko“ MMC) tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 2 8 dekabr tarixli, 2-2(103)-27/2022 saylı qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 286949 manat əsas borcun, 172169 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli, e-2-2(113)-394/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir
4. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1ndən 286949 manat məbləğində pul vəsaiti və dövlət rüsumları kimi ödənilmiş cəmi 45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 248,04 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsi 2021-ci il 9 iyul tarixdə icraya yönəldilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər V.Məmmədov, V.Baxışova).
6. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli, 2-2(103)-27/202 1 saylı qərardadı ilə prosessual müddət ötürüldüyünə görə kassasiya şikayəti geri qaytarılmışdır.
8. Cavabdeh1 həmin qərardaddan da kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 7 oktyabr tarixli, 2-2(103)-27/2021 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.
9. Cavabdeh1 həmin qərardaddan da kassasiya şikayəti vermiş və kassasiya şikayəti iş materialları ilə bərabər baxılması üçün 2021-ci il 27 oktyabr tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 12 noyabr tarixli, 2-2(102)635/2021 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən 2021-ci il 7 oktyabr tarixli 2-2(103)27/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 dekabr tarixli, 2-2(103)-27/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
12. Cavabdeh1 yenidən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli və 2021-ci il 7 oktyabr tarixli qərardadlarından kassasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 5 yanvar tarixli, 2-2(103)-27/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
14. Cavabdeh1 yenidən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli, 2021-ci il 7 oktyabr tarixli və 2022-ci il 5 yanvar tarixli qərardadlarından ərizə (mətnində kassasiya şikayəti) vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 19 yanvar tarixli 2-2(103)-27/2021 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş ərizə (mətnində kassasiya şikayəti) geri qaytarılmışdır.
16. Cavabdeh1 yenidən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli, 2021-ci il 7 oktyabr tarixli və 2022-ci il 5 yanvar tarixli qərardadlarından kassasiya şikayəti vermişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 1 mart tarixli 2-2(102)180/2022 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli, 2021-ci il 7 oktyabr tarixli və 2022-ci il 5 yanvar tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır.
18. Cavabdeh1 (hazırda "xxxx" MMC) Bakı Apellyasiya Məhkəməsinin 2021 -ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 25 avqust tarixli, 2-2(103)-27/2021 saylı qərardadı ilə ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
20. Cavabdeh1 (hazırda "xxxx" MMC) həmin qərardaddan da kassasiya şikayəti vermiş və kassasiya şikayəti iş materialları ilə bərabər baxılması 2021-ci il 21 sentyabr tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli 2-2(102)709/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 25 avqust tarixli 2-2(103)-27/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
22. Hazırda Cavabdeh1 (yeni adı "xxxx" MMC) təkrarən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2022-ci il 28 dekabr tarixli, 2-2(103)-27/2021 kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə Cavabdeh1 (hazırda "xxxx" MMC) tərəfindən verilmiş ərizə baxılmadan kassasiya şikayəti ilə birlikdə geri qaytarılmı şdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər V.Məmmədov, V.Baxışova).
24. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 həmin hüququndan artıq bir dəfə istifadə etmiş və onun müddətin bərpa edilməsinə dair ərizəsinə artıq bir dəfə hazırkı məhkəmə və yuxarı instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Cavabdeh1 eyni məzmunlu ötürülmüş müddətin bərpa edilməsinə dair ərizələr verməsi və hazırkı qətnamənin icrasını yubatması ilə nəticələnər ki, bu da sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.
25. Qərardad 2022-ci il 29 dekabr tarixində tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.
26. Cavabdeh1 (hazırda "xxxx" MMC) qərardaddan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə 2022-ci il 28 dekabr tarixli qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi barədə ərizəyə baxılaraq, prosessual müddəti bərpa etməklə 2021-ci il 13 aprel tarixli qətnamədən kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.
27. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 402-ci maddəsinə əsasən, Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümk ünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
29. Qanunvericiliyin göstərilən müddəasının tələbindən göründüyü kimi, aşağı instansiya məhkəməsinin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayətinin verilməsi mümkündür. Digər qərardadlardan kassasiya şikayətlərinin verilməsi isə nəzərdə tutulmamışdır.
30. Hazırkı halda cavabdeh tərəfindən kassasiya şikayəti MPM-in 402-ci maddəsində kassasiya şikayəti veri lən qərardadların sırasında olan qərardadlardan, o cümlədən, müddətin bərpasından imtina edilməsi ilə bağlı qərardaddan deyil, müddətin bərpasına dair ərizənin baxılmadan geri qaytarılması barədə qərardaddan şikayət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayəti o əsasla geri qaytarmışdır ki, həmin qərardaddan daha əvvəl verilmiş şikayətə artıq bir dəfə hüquqi münasibət bildirilmişdir. Həmin qərardaddan kassasiya şikayətinin verilməsi MPM-də nəzərdə tutulmamışdır.
31. Eyni zamanda mübahisələndirilən qərardadla qanuni olaraq ümumiyyətlə belə ərizənin təqdim olunmasının yolverilməz olduğu müəyyən edildiyi üçün həmin qərardaddan kassasiya şikayəti də mümkün hesab edilib, icraata qəbul edilə bilməz.
32. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, idd iaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət həmin tərəfə qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
33. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2022-ci il 28 dekabr tarixli, 2-2(103)-27/2022 saylı qərardadından Cavabdeh1 (hazırda "xxxx" MMC) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.