Məhkəmə qərarları › İş №2-2(102)-125/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-125/2019

03.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-125/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, Cavabdehin vəkili Nəbiyev Elnur Temraz oğlunun iştirakı ilə, İddiaçı x1-nin cavabdeh x2-yə qarşı “sığorta haqqının tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-2(103)-444/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h issə: İşin halları: Tərəflər arasında 2015-ci il 21 iyul tarixdə sığorta haqqı 67.721,39 manat məbləğində müəyyən edilməklə CMED-0037/15 saylı könüllü tibbi sığorta müqaviləsi bağlanmışdır. İddiaçı 2017-ci il 6 aprel və 2018-ci il 11 yanvar tarixlərdə cavabdehə pretenziya qaydasında müraciət edərək sığorta müqavilələri üzrə sığorta haqqı məbləğinin ödənilməsini xahiş etmiş, lakin müraciətlər təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 73.473,19 manat ödənilməmiş sığorta haqqının və 30 manat dövlət rüsumunun, cəmi 73.503,19 manat məbləğində pulun və pul məbləğinin ödənilməsinin gecikdirildiyi müddət üçün qətnamə qəbul edilən tarixə hesablanmış müvafiq faizlərin (əldən çıxmış faydanın) cavabdehdən tutularaq ona ödənilməsini xahiş e tmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək CMED-0037/15 saylı müqavilə üzrə 11.431,16 manat sığorta haqqının, CMED-0019/16 saylı müqaviləyə xitam verilməsi barədə 5 saylı əlavə üzrə 34.687,29 manat sığorta haqqının və 30 manat dövlət rüsumunun, cəmi 46.148,45 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 2015-ci il 21 iyul tarixdə sığorta haqqı 67.721,39 manat məbləğində müəyyən edilməklə CMED-0037/15 saylı və 2016-cı il 5 sentyabr tarixdə sığorta haqqı 61.296,03 manat məbləğində müəyyən edilməklə CMED-0019/16 saylı könüllü tibbi sığorta müqavilələri bağlanmışdır. İddiaçı tərəfindən cavabdehə CMED-0037/15 saylı və CMED-0019/16 saylı tibbi sığorta şəhadətnamələri təqdim olunmuşdur. Sonradan CMED-0037/15 saylı müqavilə üzrə tərəflər arasında “Qarşılıqlı əvəz oluna bilən borclar haqqında” aktlar imzalanmış və həmin aktlara əsasən, həmin müqavilə üzrə 2018-ci il 1 yanvar tarixinə cavabdehin iddiaçıya olan sığorta haqqı üzrə borc məbləği 14.027,16 manat məbləğində razılaşdırılmışdır. Həmçinin, CMED-0019/16 saylı müqavilə üzrə sığorta haqqı məbləği 2016-cı il 20 sentyabr tarixli, 3 saylı əlavə ilə 1.250 manat və 2016-cı il 11 oktyabr tarixli, 4 saylı əlavə ilə isə 600 manat, cəmi 1.850 manat məbləğində azaldılmışdır. Nəticədə, sığorta haqqı məbləği 59.446,03 manat razılaşdırılmışdır. Cavabdeh tərəfindən CMED-0019/16 saylı müqavilə ilə bağlı sığorta haqqı borcu üzrə heç bir ödəniş edilməmiş və borc məbləğinin qarşılıqlı əvəzləşdir ilməsi həyata keçirilməmişdir. Beləliklə, cavabdeh tərəfindən CMED-0037/15 saylı müqavilə üzrə 14.027,16 manat və CMED-0019/16 saylı müqavilə üzrə 59.446,03 manat olmaqla, cəmi 73.473,19 manat sığorta haqqı bu günədək ödənilməmişdir. İddiaçı tərəfindən 2017-ci il 6 aprel və 2018-ci il 11 yanvar tarixli məktublarla cavabdehə müraciət olunaraq sığorta haqlarının ödənilməsi xahiş edilmiş, əks təqdirdə tibbi sığorta xidmətlərinin dayandırılacağı qeyd edilmişdir. Cavabdehin 2017-ci il 5 yanvar tarixli, 11070 saylı məktubunda CMED-0019/16 saylı müqaviləyə 2017-ci il 5 yanvar tarixdən xitam verilməsi xahiş edilmişdir. Bundan sonra cavabdehin 2017-ci il 19 yanvar tarixli məktubunda maliyyə çətinlikləri ilə əlaqədar tibbi sığorta müqaviləsi üzrə borclarının yarandığı qeyd edilmiş və CMED-0019/16 sa ylı müqavilə üzrə xidmətlərin bərpa olunması, tibbi sığorta xidmətlərinin dayandırılması ilə əlaqədar bu müqavilə üzrə sığorta məbləğinin azaldılması və sığorta müddətinin xidmətlərinin dayandırıldığı dövrə müvafiq olaraq uzadılması xahiş edilmişdir. Həmin müqavilələrin qüvvədə olduğu müddət ərzində iddiaçı tərəfindən CMED-0037/15 saylı müqavilə üzrə 57.092,86 manat, CMED-0019/16 saylı müqavilə üzrə 3.114,49 manat sığorta ödənişləri həyata keçirilmişdir. Belə ki, cavabdehin sığorta olunan işçiləri tərəfindən iddiaçıya müraciət olunmuş, həmin müraciətlər iddiaçı tərəfindən müvafiq tibb müəssisələrinə yönləndirilmiş və bu xidmətlərə görə həmin tibb müəssisələrinə iddiaçı tərəfindən sığorta ödənişləri edilmişdir. Cavabdeh tərəfindən ödənilməli pul vəsaiti bu günədək tam ödənilmədiyindən, iddi açı bu müddət ərzində həmin pul vəsaitindən sərbəst istifadə edərək gəlir əldə etmək hüququndan məhrum olmuşdur. Cavabdeh bəhs olunan pul vəsaitini vaxtında ödəmiş olsaydı, 2015-ci il tarixli, CMED-0037/15 saylı müqavilə üzrə ödəməli olduğu sığorta haqqı məbləğinin həmin ildə bağlanmış bank əmanəti müqavilələrinə əsasən həmin məbləğin 10,2 %-i həcmində illik depozit faizi ilə, 2016-cı il tarixli, CMED-0019/16 saylı müqavilə üzrə ödəməli olduğu sığorta haqqı məbləğinin həmin vaxtda bağlanmış bank əmanəti müqavilələrinə əsasən, 12% depozit faizi ilə gəlir əldə oluna bilərdi. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 2015-ci il 21 iyul tarixdə tərəflər arasında 1 il müddətinə CMED-0037/15 saylı tibbi sığorta müqaviləsi imza lanmışdır. Lakin tərəflər arasında CMED-0019/16 saylı müqavilə imzalanmamış və hal-hazırda cavabdehin iddiaçıya “qarşılıqlı əvəz oluna bilən borclar haqqında” 2017-ci il 14 dekabr tarixli, 03 saylı akta əsasən, 14.027,16 manat borcu vardır. Tərəflər CMED-0019/16 saylı müqavilə imzalanmadığından, həmin müqavilə üzrə cavabdehin öhdəliyi yaranmır. İddia tələbi 14.027,16 manat məbləği həcmində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 may tarixli 2-2(81)-450/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən CMED-0037/15 saylı müqavilə üzrə 11.431,16 manat sığorta haqqının və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissəd ə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, CMED-0019/16 saylı könüllü tibbi sığorta müqaviləsinin üzərində yalnız iddiaçının imzası və möhürü mövcuddur. İddiaçının öhdəliyin əsası kimi istinad etdiyi müqavilə cavabdeh tərəfindən imzalanmamış və möhürlənməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-2(103)-444/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövq eyi ilə razılaşmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilərək iddianın təmin olunmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 921.1-ci maddəsinə əsasən, sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. MM-in 920.2-ci ma ddəsinə əsasən, sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Bəhs olunan müqavilədə də “sığorta müqaviləsinə Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır” şərti nəzərdə tutulmuşdur. Bununla da sığortalı MMC müqavilənin xitam edilməsi üçün 2017-ci il 5 yanvar tarixdə müraciət etdiyindən MM-in 920.2-ci maddəsinə əsasən müqavilə 2017-ci il 6 fevral tarixdən xitam edilmişdir. Cavabdehdən 2017-ci il 19 yanvar tarixli, 10985 saylı məktub daxil olmuş həmin məktubda MMC-nin ASC-yə tibbi sığorta müqaviləsi üzrə maliyyə çətinlikləri ilə əlaqədar borclarının yarandığı qeyd edilmiş və CMED-0019/16 saylı könüllü tibbi sığorta müqaviləsi üzrə xidmətlərin bərpa olunması, tibbi sığorta xidmətlərinin dayandırılması ilə əlaqədar bu müqavilə üzrə sığorta məbləğinin azaldılması və sığorta müddətinin xidmətlərinin dayandırıldığı dövrə müvafiq olaraq uzadılması xahiş edilsə də MMC tərəfindən sığorta haqqı ödənilmədiyindən iddiaçı tərəfindən sığorta müqaviləsi üzrə xidmət bərpa olunmamış və hər hansı xidmət göstərilməmişdir. Məktublar göndərilməmişdən əvvəl MMC-nin baş direktoru x3 ASC-nin İdarə Heyətinin sədri x4, İdarə Hey əti sədrinin birinci müavini x5, Tibbi Sığorta Departamentinin direktoru x6 dəfələrlə zəng edərək sığorta haqqının ödənilməməsinə görə dayandırılmış xidmətin bərpa olunmasını xahiş etmiş və sığorta haqqının qısa müddətdə ödəniləcəyini bildirmişdir. Bundan əlavə, müraciətləri əsasında işçilər müxtəlif klinikaların xidmətlərindən istifadə etdiklərinə görə Cəmiyyət tərəfindən CMED-0019/16 saylı könüllü tibbi sığorta müqaviləsi üzrə 3.114,49 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Göründüyü kimi tərəflər arasında işgüzar münasibətlər olmuş, həmin münasibətlər müvafiq illər üzrə davam etdirilmiş, tərəflər arasında könüllü tibbi sığorta müqavilələri, həmçinin 2016-cı il 5 sentyabr tarixdə CMED-0019/16 saylı könüllü tibbi sığorta müqaviləsi bağlanmış, həmin müqavilələr üzrə AS C-nin sığorta olunanları tibbi sığorta proqramı ilə təmin etməyi, tibbi yardımın təşkilini və maliyyələşdirilməsini öz öhdəsinə götürmüş və müvafiq xidmətlər göstərmişdir. MM-in 324-cü maddəsinin müddəalarına əsasən: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in 3 85.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.2-ci maddəsinə əsasən, bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. MM-in 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. MM-in 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafi q hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-in 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən MM-in 324, 385 və 404-cü maddələrinin tələblərini nəzərə almamışdır ki, bu da maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi iddia əriz əsində qeyd olunan pul məbləğinin ödənilməsinin gecikdirildiyi müddət üçün qətnamə qəbul edilən tarixə hesablanmış müvafiq faizlərin (əldən çıxmış faydanın) cavabdehdən tutulması hissəsinə münasibət bildirməmişdir. MM-in 21.1-ci maddəsində “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”, 21.2-ci maddəsində isə “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa dü şülür” qeyd edilmişdir. Cavabdeh pul vəsaitini vaxtında ödəmiş olsaydı, 2015-ci il tarixli tibbi sığorta müqaviləsi üzrə ödəməli olduğu sığorta haqqı məbləğinin həmin ildə bağlanmış bank əmanəti müqavilələrinə əsasən, həmin məbləğin 10,2 %-i həcmində illik depozit faizi ilə, 2016-cı il tarixli tibbi sığorta müqaviləsi üzrə ödəməli olduğu sığorta haqqı məbləğinin həmin vaxtda bağlanmış bank əmanəti müqavilələrinə əsasən, 12 % depozit faizi ilə gəlir əldə edə bilərdi. Qeyd olunanların təsdiqi üçün həmin dövrdə tərəfimizdən bağlanmış bank əmanəti (depozit) müqavilələrinin iş materiallarına əlavə edilmişdir. MM-in 152.3-cü maddəsinə əsasən, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İ stifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəm ə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Cavabdeh etirazda MM-in 385.1, 386.2, 389.1, 406.3-cü maddələrinə istinad edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Cavabdehin vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 406.1-ci ma ddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 899-cu maddəsinin (Sığorta müqaviləsinin forması) müddəalarına əsasən: 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. 899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin f ormaları elektron sənəd formasında da bağlana bilər. 899.2. Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. 899.3. Bu Məcəllənin 899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə görə sığortaçı məsuliyyət daşıyır. Həmin Məcəllənin 900.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 899.1.1.-ci maddəsində nəzərdə tutulmuş halda sığorta müqaviləsində digər məlumatlarla yanaşı sığorta müqaviləsinin tərəflərinin imzaları, hüquqi şəxs olduqda həmçinin möhürləri göstərilməlidir (900.1.15-ci maddə). İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış və x1-nin İdarə Heyəti tərəfindən 2010 -cu il 19 may tarixdə təsdiq edilmiş “Könüllü Tibbi Sığorta Qaydaları”nın Preambulasına görə, “Bundan sonra “Qaydalar” adlanacaq x1-nin Könüllü Tibbi Sığorta Qaydaları Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” və “Tibbi sığorta haqqında” Qanunlarına, digər hüquqi normativ aktlara müvafiq olaraq işlənib hazırlanmışdır və bundan sonra mətn üzrə “Sığorta müqaviləsi” adlanacaq x1-nin bağladığı bütün Könüllü Tibbi Sığorta müqavilələrinin ayrılmaz tərkib hissəsidir.”. Həmin Qaydaların “Anlayışlar” bölməsinə görə, tibbi sığorta müqaviləsi qanunvericiliklə müəyyən olunmuş qaydada Sığortalı ilə Sığortaçı arasında bağlanan, Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsinin baş verməsi əsasında Sığorta olunana seçilmiş tibbi sığorta proqramına uyğun olaraq göst ərilən tibbi yardımın təşkilini və sığorta ödənişinin həyata keçirilməsini, eyni zamanda tərəflərin hüquq və vəzifələrini müəyyən edən yazılı razılaşmadır. Qaydaların 8-ci maddəsində (Sığorta müqaviləsinin bağlanması) aşağıdakılar təsbit olunmuşdur: 8.1. Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir. 8.2. Tibbi sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır. 8.2.1 Sığortaçı və Sığortalının bu Qaydalar əsasında tərtib olunan Sığorta müqaviləsini qarşılıqlı imzalaması yolu ilə (Sığortalı hüquqi şəxsdirsə möhürü ilə təsdiq etməlidir.). 8.2.2. Bu Qaydalarla Sığortalının razı olmasını təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən ona Sığorta şəhadətnaməsi verilməsi yolu ilə. 8.3. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığor ta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. 8.4. Sığortaçı Sığorta müqaviləsinin imzalanmasından sonra Sığortalıya Sığorta şəhadətnaməsi və Sığorta kartı verir. Sığorta şəhadətnaməsi və Sığorta kartı Fərdi sığorta halında sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, Qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra 3 (üç) iş günü müddətində verilir. İddiaçının özü tərəfindən təsdiq edilən və bağladığı bütün Könüllü Tibbi Sığorta müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Qaydaların müddəalarından da göründüyü kimi, iddiaçının əsaslandığı 2016-cı il 5 sentyabr tarixli, CMED-0019/16 saylı müqavilə həmin Qaydaların tələblərinə uyğun bağlanmamışdır. Beləliklə, tərəflər arasında etibarlı könüllü tibbi sığorta münasibətləri olmadığından, iddiaçı cavabdehin xeyrinə tibbi xidmətlər üçün ödənişlər etmiş olsa belə, özünün tərtib və təsdiq etdiyi, lakin digər tərəfin təsdiq etmədiyi 2016-cı il 5 sentyabr tarixli, CMED-0019/16 saylı könüllü tibbi sığorta müqaviləsi formasına əsaslanmaqla tələb irəli sürə bilməz. İddiaçının öz tələbinin hüquqi əsası kimi 324, 385 və 404-cü maddələrinə istinadı da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, MM-in 324-cü maddəsinin müddəaları hər bir halda, əqdi onu bağlayan şəxs(lər)in iradə ifadəsinin təzahürü kimi təsbit edir. İddiaçının istinad etdiyi müqavilə formasında digər tərəfin iradə ifadəsi əks olunmamışdır. MM-in 385 və 404-cü maddələrinin tələblərinə gəldikdə, MM-in 385-ci maddədə nəzərdə tutulmuş öhdəliyin yaranması üçün həmin Məcəllə nin 386-cı maddədə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmalıdır. Hazırkı işdə iddiaçı öz tələbinin (cavabdehin öhdəliyinin) əsası kimi müqaviləyə istinad etdiyindən, lakin tərəflər arasında etibarlı tibbi sığorta müqaviləsi olmadığından iddia əsaslı hesab oluna bilməz. İddiaçının istinad etdiyi MM-in 404-cü maddəsi də qanunla müəyyən edilmiş qaydada bağlanmış etibarlı müqavilənin təfsirini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-2(10 3)-444/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar