Məhkəmə qərarları › İş №2-2(102)-125/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-125/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-125/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdeh “XXX” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, zərərin əvəzinin ödənilməsi 31.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının nümayəndələri X1, X2, X3, vəkili X oğlunun, cavabdehin vəkili X oglunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehXXX MMC-yə qarşı pul tələbi,XXX MMC-nin İddiaçı ASCyə qarşı zərərin əvəzinin ödənilməsi barədə qarş ılıqlı iddia tələblərinə dair kommersiya işi üzrə cavabdeh XXX MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli, 2-2(103)-400/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. XXX MMC-nin (bundan sonra – “cavabdeh”) direktoru X tərəfindən İddiaçı ASCyə (bundan sonra – “iddiaçı”) ünvanlanmış ödənişlərin vəziyyəti barədə xx xxxx 2018-ci il tarixli iltizama görə, cavabdehin iddiaçının alqı-satqı münasibətlərindən irəli gələn borcu həmin tarixə 75.954 manat təşkil edir və XXX MMC həmin borcu tam olaraq 2018-ci ilin avqust ayında ödəcəyini vəd edir. 2. xx xxxx 2019-cu il tarixdə “iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə m əhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 3. xx xxxxxxxx 2019-cu il tarixli maliyyə arayışına görə, cavabdeh tərəfindən iddiaçıya xx xxxx 2018-ci il tarixdə 15.000 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 3.000 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 20.000 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 7.000 manat, cəmi 45.000 manat məbləğində ödəniş edilmiş, xx xxxxxxxx 2019-cu il tarixə cavabdehin iddiaçıya ödənilməmiş borcu 30.954 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30954 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və 30.954 manat borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh borcun ödənilməməsi ilə əlaqədar rəsmi məktubla bildirmişdir ki, alınan mərmərlərdə sarı ləkələr əmələ gəlmişdir. Bundan sonra iddiaçının nümayəndəsi ilə birlikdə cavabdehin işlədiyi obyektə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ucuz başa gəlməsi üçün ağ mərmər daşlar rəngli kontakt, yəni yapışdırıcı ilə birləşdirilmişdir. Halbuki, bu zaman ağ sementdən və Master Tile (R) NTS 26 markalı yapışdırıcıdan istifadə olunmalı idi. Belə ki, mərmərlər cavabdehə təhvil verilən zaman onların Yunanıstan istehsalı olmasını və keyfiyyətini təsdiq edən sertifikat da cavabdehə təhvil verilmişdir. Həmin sertifikatda mərmərlərin yapışdırılma qaydası və bu zaman məhz hansı yapışdırıcıdan istifadə olunması açıqaydın göstərilmişdir. Cavabdeh isə məişətdə işlədilən sarı yapışqandan istifadə etmişdir.

6. Bundan başqa, alqı-satqı zamanı yazılı zəmanət talonu olmamışdır. Lakin işgüzar adətlərə əsasən mərmərlər satıldıqdan sonra 2 həftə ərzində mərmərlərdə hər hansı qüsur olardısa, həmin mallar geri götürülürdü.

7. Eyni zamandaXXX MMC İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, 45000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi ilə hesablanaraq 30.954 manat vəsait çıxılmaqla qalan məbləğin İddiaçı ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, id diaçı lazımi keyfiyyətdə malları təhvil verməmiş, bununla da sonuncunu xidmət göstərdiyi müştəriləri qarşısında çətin vəziyyətə salmışdır. Belə ki, əldə edilmiş mərmərlərin birləşmə və orta yerlərində qısa müddət ərzində sarı ləkələrin yaranması müşahidə olunmuşdur. Buna görə dəXXX MMC-nin xidmət göstərdiyi müştəri bu halı əsas tutaraq, mərmərlərin dəyişdirilməsini tələb etmiş və ödəməli olduğu 45.000 ABŞ dolları məbləğində vəsaiti ödəməkdən boyun qaçırmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 mart tarixli, e-2-2(113)-415/2020 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, 30.954 manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim – F.Qasımov).

10. Birinci instans iya məhkəməsi hesab etmişdir ki, əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə düşür. Lakin cavabdeh tərəfindən məhkəməyə əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini, müştəri ilə 45.000 ABŞ dolları məbləğində müqavilənin bağlandığını, həmin məbləğin ona ödənilmədiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Yəni, cavabdeh tərəfindən ən azı zərərin mövcud olduğunu təsdiq edən sübut təqdim olunmalı idi ki, məhkəmə zərərin yaranma səbəbini araşdırsın.

11. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 567, 600, 588.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qət namədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia üzrə iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli, 2-2(103)-400/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 mart tarixli, e-2-2(113)-415/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır.

15. Əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə düşür. Lakin cavabdeh həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir. Cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsi isə bu halları təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, o, ifadəsində bildirmişdir k i, iddiaçı şirkətdən alınan mərmərləri cavabdeh MMC-nin sifarişi üzrə usta kimi yapışdırmışdır. Mərmərlər alınan zaman onlarda heç bir qüsur olmamış, yalnız bir mərmərdə nöqtə şəklində ləkə olmuş, o da iddiaçı şirkətə geri qaytarılmışdır. Mərmərlər yalnız ağ mata ilə yapışdırılmış, lakin bir müddətdən sonra onlarda sarı ləkələr yaranmışdır.

16. Beləliklə, cavabdehin vəsatəti əsasında dindirilmiş şahidin ifadəsi ilə təsdiq olunur ki, mərmərlər təhvil verilən zaman onlarda heç bir qüsur olmamışdır. Sonradan əmələ gəlmiş sarı ləkələrin məhz mərmərlərin keyfiyyəti ilə bağlı olması isə hər hansı sübutla təsdiq olunmur. Şahidin ifadəsində göstərilən digər hal (mərmərlərin ağ mata ilə yapışdırılması) da özü-özlüyündə mərmərlərin keyfiyyətsiz olmasını təsdiq etmir. Çünki mərmərlər alıcıya təhvil v erildikdən sonra onun saxlanılması və istifadəsi ilə bağlı risklər məhz alıcının üzərinə düşür.

17. Bundan başqa mərmərlərin məhz hansı markalı ağ mata ilə yapışdırılması ilə bağlı sədrlik edənin suallarına şahid cavab verə bilməmişdir. Halbuki, mərmər daşları ilə bərabər onların keyfiyyətini təsdiq edən sertifikat da cavabdehə təhvil verilmiş (bu fakt iddia ərizəsində qeyd olunmuş və cavabdeh bunu mübahisələndirməmişdir) və həmin sertifikatda göstərilmişdir ki, Master Tile (R) NTS 26 markalı yapışdırıcıdan istifadə olunmalıdır. Həmin yapışqanın təlimatının “X” bölməsinin 7-ci bəndində türk dilində qeyd olunmuşdur ki, beyaz mermerle kullanıldığında ve döşeme işlemi yağlama/yüzdürme yöntemi ile yapıldığında, harcın yol açtığı lekelenme yaşanmaz. Lakin cavabdeh həmin yapışdırıcıdan istifadə etməmişdir.

18. İddiaçı tərəfindən qüsurlu malın verilməsi sübut olunmadığından, Mülki Məcəllənin 587.1.3-cü maddəsinin digər dispozisiya şərtlərinin yoxlanılmasına lüzum yoxdur və qarşılıqlı iddia təmin edilməməlidir.

19. Həmçinin tərəflər arasında keyfiyyət qarantiyası ilə bağlı razılaşma olmamışdır.

20. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 587.1.3, 588.1, 588.2, 587.1.3, 588.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh MMC-nin direktoru X gördüyü işi müştərisinə təhvil verib qalan 45.000 ABŞ dolları xidmət haqqını müştəridən almaq üçün iş yerinə getdiyi vaxt müştərisinin “vurduğunuz mərmərlərdə sarı ləkələr əmələ gəlib, bunları dəyişin” etirazı ilə qarşılaşmış, nəticədə müştərisindən həmin 45.000 ABŞ dollarını ala bilmədiyi kimi, bu durumu o, mərmərləri satın aldığı iddiaçıya bildirmişdir. İddiaçının nümayəndələri, cavabdeh MMC-nin nümayəndələri və cavabdehin müştərisinin də iştirakı ilə həmin mərmərlərə baxış keçirilərkən mərmərlərdə həqiqətən sarı ləkələr (qüsur) əmələ gəldiyi öz təsdiqini tapmışdır.

23. Buna baxmayaraq, iddiaçı məsuliyyəti qəbul etmək əvəzinə bütün ticarət, etik qaydaları pozaraq, cavabdehin mərmərlərin üzərində verilmiş sertifikatda (belə bir sertifikat da verilməyib) göstərilmiş Master Tile (R) NTS 26 markalı ağ yapışdırıcıdan istifadə etmədiyindən mərmərlərin saraldığını, yəni iddiaçı keyfiyyət ilə bağlı problemin olmadığını, təkcə onun yapışdırılma qaydaları pozulduğu üçün mərmərlərin saraldığını bildirmişdir.

24. Belə olan halda, Apelyasiya Məhkəməsi mərmərlərin hansı yapışdırıcı ilə yapışdırıldığını, həmin yapışdırıcın mərmərlərin saralmasına təsir edib-etmədiyini müəyyən etmək üçün “Mühəndis texniki Ekspertizasının” keçirilməsini təmin etməsi mübahisənin ədalətli həlli üçün tək və yeganə addım olardı. Məhkəmə öz təşəbbüsü ilə ata biləcəyi bu addımı, cavabdehin verdiyi vəsatət əsasında belə etməmişdir.

25. Kassasiya şikayəti Mülki Məcəllənin 567, 582, 587, 588-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı iddiaçının verdiyi etirazda qeyd olunmuşdur ki, cavabdeh istifadə etdiyi mər mər işləməsi zamanı lazım olan yapışdırıcıdan istifadə etməmiş, beləliklə də, həmin mərmərin istifadəsi və saxlanılması qaydalarını pozmuşdur. Master TİLE NTS 26 markalı yapışqanın “X” (üstünlükləri) bölməsində, Türk dilində göstərilir ki, “Beyaz mermerlə kollandığında və döşəmə işləmi yağlama (yüzdürme yönetimi ilə yapıldığından, haricin yol açdığı lekelenmə yaşanmaz). Məhz cavabdeh buna əməl etməmişdir. Bunu iddiaçı təqdim etdiyi şəkillər də təsdiq edir (şəkillər məhkəmə sənədlərinə əlavə olunub). Həmçinin iddiaçı tərəfindən cavabdehə verilmiş “X” mərmər daşların sertifikatı da iddiaçının haqlı olduğunu təsdiq edir (sertifikatın surəti məhkəməyə təqdim olunub). c) Məhkəmə icraatı iştirakçısının izahatı

27. Cavabdehin vəkili X kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat ver ərək şikayətin təmin olunmasını xahiş etdi.

28. İddiaçının nümayəndələri X1, X2, X3 və vəkil X kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxl anılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsin də əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. “Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin”. Maddə

589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müd dətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Maddə

582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsəd lər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.

33. Mülki nəzərdə tutulur: Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Maddə

418. Apelyasiya instansiyası qərardadının ləğv edilməsinin əsasları məhkəməsinin qətnaməsinin və ya 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli, 2-2(103)-400/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.

35. Avropa İnsan Hüquqları Məhkəməs i "OfertaPlus S.R.L. Moldovaya qarşı" xx.xx.2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur; “Van de Hurk Niderlanda qarşı” xx xxxxx 1994-cü il tarixli Qərarında göstərmişdir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır; "Hiro Balani İspaniyaya qarşı" x xxxxxx 1994-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ərizəçi, məhkəməyə konkret yazılı dəlillər təqdim etsə də, dövlətdaxili məhkəmə həmin dəlillərə cavab vermədi və bu səbəbdən müəyyən etmək mümkün olmadı ki, məhkəmə həmin dəlillərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib və əgər rədd edibsə, bunu hansı əsaslara görə edib; bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 6-cı maddənin 1-ci bəndinin pozuntusu kimi qəbul edilmişdir.

36. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xx xxxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X5rşı, x xxxxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). 37. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, cavabdeh MMC-nin direktoru X gördüyü işi müştərisinə təhvil verib qalan 45.000 ABŞ dolları xidmət haqqını müştəridən almaq üçün iş yerinə getdiyi vaxt müştərisinin “vurduğunuz mərmərlərdə sarı ləkələr əmələ gəlib, bunları dəyişin” etirazı ilə qarşılaşmış, nəticədə müştərisindən həmin 45.000 ABŞ dollarını ala bilmədiyindən, bu durumu o, mərmərləri satın aldığı iddiaçıya bildirmişdir. İddiaçının nümayəndələri, cavabdeh MMC-nin nümayəndələri və cavabdehin müştərisinin də iştirakı ilə hə min mərmərlərə baxış keçirilərkən mərmərlərdə həqiqətən sarı ləkələr (qüsur) əmələ gəldiyi öz təsdiqini tapmış, iddiaçı məsuliyyəti qəbul etmək əvəzinə bütün ticarət, etik qaydaları pozaraq, cavabdehin mərmərlərin üzərində verilmiş sertifikatda (belə bir sertifikat da verilməyib) göstərilmiş Master Tile (R) NTS 26 markalı ağ yapışdırıcıdan istifadə etmədiyindən mərmərlərin saraldığını, yəni iddiaçı keyfiyyət ilə bağlı problemin olmadığını, təkcə onun yapışdırılma qaydaları pozulduğu üçün mərmərlərin saraldığını bildirmiş, Apelyasiya Məhkəməsi isə mərmərlərin hansı yapışdırıcı ilə yapışdırıldığını, həmin yapışdırıcın mərmərlərin saralmasına təsir edib-etmədiyini müəyyən etmək üçün “Mühəndis texniki Ekspertizasının” keçirilməsini təmin etməsi mübahisənin ədalətli həlli üçün tək və yeganə add ım olardı.

39. İş materiallarından da göründüyü kimi cavabdehin etirazının əsasını təşkil edən-satılmış mərmərlərin keyfiyyəti ilə bağlı dəlilləri məhkəmələr tərəfindən adekvat qiymətləndirilməmiş, bu dəlil konkret sübutlarla deyil, yalnız ehtimal və mülahizələrlə rədd edilmişdir ki, bu da öz növbəsində tam əsaslandırılmamış məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir.

40. Mülki Məcəllənin 588.2-ci maddəsinin tələbləri baxımından satıcı-hazırkı halda İddiaçı ASC mərmərləri alıcıya verdikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısı alınmaz qüvvənin təsiri ilə əşyada qüsurların əmələ gəldiyini sübuta yetirməlidir. İş materiallarından isə satıcının qanunla öhdəsinə qoyulmuş vəzif əni yerinə yetirmədiyi, mərmərlərin lazımi keyfiyyətdə olmasına dair mötəbərliyi şübhə doğurmayan sübutlar təqdim etmədiyi, yalnız cavabdehin mərmərləri yapışdırarkən düzgün yapışdırıcıdan istifadə etmədiyi barədə ehtimallarını qeyd etməklə kifayətləndiyi aydın olur. İşdə isə cavabdehə satılmış mərmərlərin həqiqətən lazımi keyfiyyətdə olmasına dair hər hansı mötəbər sübut yoxdur, mərmərlərin keyfiyyətinin müəyyən edilməsi üçün müvafiq məhkəmə ekspertizasının təyin edilməsi barədə cavabdehin vəsatəti isə apelyasiya məhkəməsi tərəfindən protokolda qeyd etməklə, faktiki olaraq isə əsaslandırılmadan rədd edilmiş, məhkəmə satılmış malların həqiqətən lazımi keyfiyyətdə olmasını müəyyən etmək, bununla da yaranmış mübahisənin bu sahədə lazımi biliklərə malik müvafiq ekspertin rəyi əldə olunmaqla qanuni və hər hansı şübhələrdən uzaq birmənalı həllini təmin etməmişdir.

41. Halbuki, cavabdeh XXX MMC-yə satılmış mərmərlərin keyfiyyətinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə texniki ekspertizasının təyin edilməsi mühüm əhəmiyyət daşımaqla, satılmış malların keyfiyyətinə dair cavabdehin irad və dəlillərinin adekvat qiymətləndirilməsinə xidmət etməklə, sonda obyektiv və qanuni məhkəmə qərarının qəbul edilməsinə səbəb olardı ki, hazırkı halda isə bu baş verməmişdir. Bu məsələlərin hərtərəfli araşdırılmaması və dəqiqləşdirilməməsi isə sonda tam əsaslandırılmamış məhkəmə qətnaməsinin qəbul edilməsi, cavabdehin apelyasiya şikayətinin iş üçün əhəmiyyətli dəlillərinin isə müfəssəl və adekvat qiymətləndirilməməsi ilə nəticələnmişdir. 42. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll ol unan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). 43. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

44. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, cavabdehə satılmış mərmərlərin keyfiyyətinin, həmçinin mərmərlərin hansı yapışdırıcı ilə yapışdırıldığı, həmin yapışdırıcın mərmərlərin keyfiyyətinə və bir müddət sonra saralmasına təsir edib-etmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə t exniki ekspertizası təyin edilməklə, müvafiq ekspert rəyi alınmalı və nəticəsindən asılı olaraq da mübahisənin qanuni həlli təmin edilməlidir.

45. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli, 2-2(103)-400/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

47. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli, 2-2(103)-400/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar