Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-126/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh2 ASC-yə və üçüncü şəxs Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: prosessual müddətin bərpası barədə apelyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilə bilməz Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1, vəkili Vəkil Arif qızının iştirakları ilə, İddiaçı Cavabdeh2 ASC-yə və üçüncü şəxs Cavabd eh1 MMC-yə qarşı “dəzgah və qurğuların qanunsuz sahiblikdən geri tələb edilməsi və əldən çıxmış fayda” tələbinə dair kommersiya işi üzrə üçüncü şəxs tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-2(103)-655/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I.İŞİN HALLARİ
1. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 06 mart tarixli, 2-2(113)-404/2020 saylı qətnaməsi ilə İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh2 ASC-yə (bundan sonra – “cavabdeh”) və üçüncü şəxs Cavabdeh1 MMC-yə (bundan sonra – “üçüncü şəxs”) qarşı “dəzgah və qurğuların qanunsuz sahiblikdən geri tələb edilməsi və əldən çıxmış fayda tələbinə dair iddiası rədd edilmişdir.
2. İddiaçı apelyasiya şikayəti ilə Bakı Kommersiya Məhkəməsinə mü raciət etmiş, məhkəmənin 2020-ci il 11 iyun tarixli, 2-2(113)-404/2020 saylı qərardadı ilə apelyasiya şikayəti elektron kabinet vasitəsilə göndərilmədiyindən geri qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti göndərilmiş, eyni zamanda həmin şikayətə şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatət əlavə edilərək, ötürülmüş müddətin bərpa edilməsi və şikayətin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 29 sentyabr tarixli, 2-2(113)-404/2020 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)404/2020 saylı qətnaməsindən apelyasiya şikayət i verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş və buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş, iddiaçının apelyasiya şikayəti e-2-2(113)-404/2020 saylı işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir (hakim – Z.Axundova).
5. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-404/2020 nömrəli qərardadından cavabdeh və üçüncü şəxsin şikayətləri təmin edilməyərək, şikayətlər işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
6. Cavabdeh həmin qərardaddan şikayəti verərək, qərardadın ləğv edilməsi, iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-2(103)-655/2020 saylı qərardadı ilə (hakimlər A.B.Nuriyeva (sədrlik edən), V.M.Ağayev və A.Ə.Hüseyn) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş şikayətlər təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 29 sentyabr tarixli, e-22(113)-404/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-2(103)-655/2020 saylı qərardadından üçüncü şəxs və onun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilmişdir. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edi r ki, kommersiya işi kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
11. Beləliklə, mülki prosessual qanunvericiliklə apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsi barədə qərardadlarından kassasiya şikayəti veri lməsi nəzərdə tutulmamış, MPM-nin müvafiq maddəsində apelyasiya instansiyası məhkəmələrinin yalnız apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bildiyi halda, üçüncü şəxs tərəfindən prosessual müddətin bərpa edilməsi barədə məhkəmə qərardadından kassasiya şikayəti verilmişdir.
12. Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.
13. Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
15. Üçüncü şəxs və onun vəkili Vəkil kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. İş kassasiya göndərilsin. şikayətinin qaytarılması üçün Bakı Apelyasiya Məhkəməsinə