Məhkəmə qərarları › İş №2-2(102)-126/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-126/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-126/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin ləğvi, icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı x1nin Cavabdeh qarşı “müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 25 oktyabr tarixli 2-2(103)-940/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. x1 ilə Cavabdeh arasında 2022-ci il 15 aprel tarixli 2215 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən, icarəyəverən x1nin 2022-ci il 15 aprel tarixli 75 nömrəli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 102.4 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə verir.

3. Müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 286,72 manatdır; 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, icarəçinin müqavilənin icrasından birtə rəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər; 8.4-cü bəndinə əsasən icarə müqaviləsinə xitam verildikdən sonra icarəçi icarəsində olan əmlakı icarəyəverənə qaytarmağa borcludur. Əgər icarəçi əmlakı qaytarmırsa, icarəyəverən əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və icarəçidən saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər. İcarəçinin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən 2024-cü il 31 may tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 7033,92 manat təşkil edir. 4. x1tərəfindən Cavabdeh ünvanlanmış 2024-cü il 7 mart tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh dövlət büdcəsinə olan icarə haqqı borcunun 7 gün ərzində ödənilməsi tələb edilmiş və icarə müqaviləsinin ləğv edilmə si təklif edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı x1 (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təərflər arasında bağlanmış **, 69 ünvanında yerləşən 102.4 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2022-ci il 15 aprel tarixli, 2215 nömrəli icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 7.033,92 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqaviləyə əsasən icarə haqqını vaxtında ödəmək öhdəli yi götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. 2024-cü il 31 may tarixinə cavabdehin dövlət büdcəsinə 7033,92 manat icarə haqqı borcu yaranmışdır. Cavabdeh “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrini, habelə müqavilənin şərtlərini pozmuşdur. Ona 2024-cü il 7 mart tarixli 3-21-3/23866/2024 nömrəli xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh məktubu qəbul etməkdən və borcu ödəməkdən imtina etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 iyun tarixli e-2-2(113)-3580/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Ü.Həsənova).

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarət olmuşdur: 1) icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi 2) icarə haqqı borcunun tutulması

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2022-ci il 15 aprel tarixli, 2215 nömrəli icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi üzrə cavabdeh tərəfindən 2022-ci il 30 aprel tarixdən hər hansı ödəniş edilməmiş, müqavilə bağlandığı tarixdən hazıradək göstərilən qeyri-yaşayış sahəsi cavabdehin sahiblik və istifadəsindədir.

10. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra-“MM”) 421.1, 421.2 və 700.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliyini uzun müddətdir yerinə yetirmədiyindən, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Bu səbəbd ən, iddia tələbi icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

11. Məhkəmə iddia tələbini ikinci hissəsinə qiymət verərək göstərmişdir ki, işin materiallarına əsasən, cavabdehin 2024-cü il 31 may tarixə ödənilməli olan icarə haqqı borcu ümumilikdə 7033,92 manat təşkil etmişdir. Bu səbəbdən, icarə haqqı borcunun tələb edilməsi hissəsində də iddia əsaslıdır və təmin edilməlidir.

12. Cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 oktyabr tarixli 2-2(103)-9 40/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icarə müqaviləsinin müddəti 2023-cü il 15 aprel tarixində başa çatsa da, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən tərəflərin icarə müqaviləsinə xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından müqavilə eyni müddət üçün (bir il) və eyni şərtlərlə avtomatik uzadılmışdır. Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyindən iddiaçı icarəçiyə 2024-cü il 7 mart tarixində müqavilənin ləğv edilməsi barədə bildi riş göndərməklə icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə iradəsini icarəçiyə çatdırmışdır.

15. İcarə müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbinin qanuni əsaslarını MM-in 685.2-ci və 421.2-ci maddələri təşkil edir. MM-in 700.3-cü maddəsinə əsasən, icarəçinin iki ardıcıl müddət icarə haqqını ödəməməsi müqavilənin dərhal ləğvi üçün əsasdır. Həmçinin, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.1-ci bəndi icarə haqqı iki ardıcıl müddət ödənilmədikdə icarə verənə müqaviləni ləğv etmək hüququ verir.

16. Hazırkı halda ləğv barədə bildirişin göndərildiyi tarixə icarəçinin iki ardıcıl müddətdən daha artıq müddət ərzində icarə haqqını ödəməməsi işin mübahisəsiz halını təşkil edir. Odur ki, həmin hissədə iddia təmin edilməli, icarə müqaviləsi ləğv edilmiş hesab edil məlidir.

17. Müqavilənin 8.1-ci maddəsinin MM-in 704.1-ci maddəsinə zidd olması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin maddədə torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilmədiyi hallarda, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilməsi nəzərdə tutulmuşdur.

18. Birincisi, sözügedən norma icarə müddəti müəyyənləşdirilməyən icarə müqaviləsinin ləğv edilməsi qaydasını tənzimlədiyi halda mübahisəli müqavilədə icarə müddəti müəyyənləşdirilmişdir. İkincisi, məzmunundan da göründüyü kimi həmin norma müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair əsaslar (məsələn, tərəfin müqavilə üzrə öhdəliklərini ə həmiyyətli dərəcədə pozması) olmadığı hallarda icarə müqaviləsinin xəbərdarlıq müddəti gözlənilməklə ləğv edilməsi qaydasını müəyyən edir. Üçüncüsü, sözügedən norma yalnız torpaq sahəsinin, hüququn və ya müəssisənin icarə müqavilələrinə şamil edildiyi halda mübahisəli icarə müqaviləsi üzrə icarə obyekti qeyri-yaşayış sahəsidir. Beləliklə, Mülki Məcəllənin 704.1-ci maddəsinin mübahisəli hüquq münasibətlərinə tətbiqi istisna olunur.

19. Mübahisəli qeyri-yaşayış sahəsinin uzun müddət faktiki sahibliyində və istifadəsində olması və həmin sahəni istifadə üçün yararlı vəziyyətə gətirməsi barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə göstərmişdir ki, cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapsa belə, onun iki ildən artıq müddət ərzində icarə haqqı ödəmədən dövlət mülkiyyətində olan qeyr iyaşayış sahəsindən istifadə etməsinə haqq qazandırmır və icarəverənin müqavilə üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verilməsi əsası ilə icarə müqaviləsini ləğv etmək hüququnu məhdudlaşdırmır.

20. Müqavilənin ləğvi barədə xəbərdarlıq məktubunun göndərilməməsi barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə, işin materiallarından göründüyü kimi müqavilənin ləğvi barədə bildiriş iddiaçı tərəfindən 2024-cü il 7 mart tarixdə cavabdeh həmin məktubu qəbul etməkdən imtina etmişdir. Bundan əlavə, xəbərdarlıq məktubu X1 vasitəsilə də cavabdehə göndərilmişdir. Odur ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır.

21. İddianın icarə obyektinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsi ləğv edildiyindən MM-in 697.1-ci mad dəsinin tələblərinə əsasən icarə obyekti icarəyə verənə geri qaytarılmalıdır.

22. İddianın icarə haqqı borcunun tutulması hissəsi ilə bağlı cavabdehə məxsus şəxsi hesab vərəqəsindən çıxarışa əsasən müəyyən edilmişdir ki, cavabdehin 2024-cü il 31 may tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 7.033,92 manat təşkil edir. Cavabdeh isə icarə haqqı borcundan ödənişlər edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı MM-in 700.1-ci maddəsinin tələblərinə uyğun olaraq icarə müqaviləsinə xitam verildiyi tarixədək (ləğv barədə bildirişin göndərildiyi tarixədək olan müddət üçün) olan müddət üçün hesablanmış, lakin ödənilməmiş icarə haqqı borcunu, həmin tarixdən etibarən isə MM-in 697.2-ci maddəsinin tələblərinə əsasən icarə obyektinin qaytarılmamasının kompensasiyası qismində icarə haqqını, cəmi 7.033,92 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

23. Məhkəmə gəldiyi nəticəni MM-in 421.1, 421.2, 685.2, 685.2.1, 685.2.2, 697.1, 697.2, 700.1 və 700.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, MPM-in 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarına istinadla əsaslandırmışdır.

24. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 700.1-ci maddəsi üzrə - apellyasiya instansiyası MM-in 704.2-ci maddəsini düzgün tətbiq etməmişdir. MM-in 704.1-ci maddəsinə əsasən, müddətsiz icarə müqavilələrinin ləğvi yalnız altı aylıq xəbərdarlıq müddəti gözlənilməklə ilin sonunda mümkündür. İcarə müqaviləsi 1 illik bağlanmışdır və 2023-cü il 15 aprel tarixində tərəflər müqavilənin ləğvi barədə bildiriş təqdim etmədiyindən müqavilə avtomatik olaraq növbəti il üçün (2024-cü il 15 aprel tarixinə qədər) uzadılmış hesab edilməlidir. 2024-cü il 7 mart tarixli xəbərdarlıq məktubu saxtadır və müqavilənin qanuni ləğvi üçün zəruri olan altı aylıq xəbərdarlıq müddəti gözlənilməmişdir. Müqavilə bağlandıqdan sonra icarə haqqını müntəzəm olaraq ödəyib və borcun yaranmasının üzrlü səbəbi vardır. Belə ki, iddiaçı tərəf özəlləşdirmə təşəbbüsü ilə çıxış etmiş, lakin özəlləşd irmə şərtləri cavabdeh üçün uyğun olmamışdır. Cavabdeh ağır xəstəlik səbəbindən xaricdə müalicəyə getmiş, bu səbəbdən icarə haqqının ödənilməsində müvəqqəti gecikmə yaranmışdır. Müqavilə isə yalnız tərəflərin razılığı ilə və ya qanunda nəzərdə tutulan əsaslarla dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə, müqavilənin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı işin hallarını düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır.

26. MM-in 421.1, 421.2-ci maddələri üzrə-müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma müqavilənin bağlandığı forma ilə eyni formada olmalı, müqavilənin birtərəfli qaydada ləğvi üçün qanunla müəyyən edilmiş şərtlərə əməl edilməlidir. Hazırkı halda isə icarə müqaviləsinin ləğvi zamanı qanunla tələb olunan eyni formalılıq prinsipi pozulmuşdur. Çünki müqavilənin dəyişdirilməsi və ya ləğvi üçün qanunla müəyyən edilmiş prosedur gözlənilməmişdir. Bir tərəf müqavilənin dəyişdirilməsi və ya ləğvi üçün digər tərəfə əvvəlcə yazılı təklif göndərməli, yalnız təklifə imtina cavabı aldıqda və ya 30 gün ərzində cavab verilmədikdə məhkəməyə müraciət edə bilər. İddiaçı müqavilənin ləğvi üçün cavabdehə əvvəlcədən yazılı təklif təqdim etməmiş, müqavilənin ləğvi prosedurunda qanunun tələblərinə əməl etməmişdir. Məhkəmə isə işə baxarkən MM-in 423.1 və 423.2-ci maddələrinin pozulmasına hüquqi qiymət verməmişdir.

27. Birinci instansiya məhkəməsi icarə müqaviləsinin 8.1-ci bəndinə istinad edərkən MMin 423.2-ci maddəsinin tələblərinə əməl olunmadığını nəzərə almamışdır. Müqavilənin birtərəfli ləğvi üçün əvvəlcə digər tərəfə yazılı təklif göndərilm əli, yalnız imtina cavabı və ya 30 gün ərzində cavabsızlıq olduqda məhkəməyə müraciət oluna bilərdi. İddiaçı isə bu prosedura riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bundan başqa, müqavilənin müddəti müəyyənləşdirilməyibsə və ya müddəti avtomatik uzadılıbsa, yalnız altı aylıq xəbərdarlıq müddəti gözlənilməklə ilin sonunda ləğv edilə bilər. İddiaçı bu tələbi də yerinə yetirməmişdir. Apellyasiya instansiyasına verilmiş şikayətdə bu hüquqi pozuntular açıq şəkildə göstərilsə də, apellyasiya məhkəməsi pozuntuları aradan qaldırmadan birinci instansiya məhkəməsinin qanunsuz qərarını qüvvədə saxlamışdır.

28. MM-in 685.2-ci maddəsi üzrə - MM-in 685.2-ci maddəsinə əsasən kirayəyə verən yalnız kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqını və ya onun əhəmiyyətli hissəsini ödəmədikdə; kir ayəçi iki aylıq əmlak kirayəsi haqqına bərabər məbləğdə borcu iki aydan artıq gecikdirdikdə xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər: MM-in 685.3-cü maddəsinə əsasən, əgər müqavilə ləğv edilməzdən əvvəl kirayəçi borcunu ödəyərsə, müqavilənin ləğvi istisna edilir. Hazırkı işdə cavabdeh borcunu ödəməyə hazır olduğunu bildirsə də, iddiaçı bu imkanı tanımadan birbaşa müqavilənin ləğvi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə isə MM-in 685.3-cü maddəsinin tələbinə hüquqi qiymət verməmişdir. Bundan başqa, dövlət əmlakı özəlləşdirilərkən ilk növbədə həmin əmlakın icarədarına satınalma hüququ təklif olunmalıdır. Birinci instansiya və apellyasiya məhkəmələri cavabdehin MM-nin 685.3-cü maddəsinə əsaslanan borcu ödəmə iradəsini nəzərə almamışdır.

29. MM-in 423.1-ci maddəsi üzrə - i ddiaçı 2024-cü il 7 mart tarixdə 3-21-3/2-3866/2024 saylı xəbərdarlıq məktubu göndərdiyini göstərmişdir. Lakin iş materiallarında xəbərdarlıq məktubunun cavabdehə çatdırıldığına dair sübut yoxdur, cavabdeh isə məktubu nə qəbul edib, nə də təslim aldığını təsdiqləyib. Məhkəmə iddianı yalnız xəbərdarlıq məktubunun göndərilməsi ehtimalına əsaslanaraq təmin etmiş, lakin məktubun cavabdehə faktiki çatdırılıbçatdırılmadığına qiymət verməmişdir. Hazırkı halda, tərəflər müqavilənin ləğvi barədə vaxtında bildiriş təqdim etmədiyindən, icarə müqaviləsi avtomatik olaraq növbəti il üçün uzadılmış sayılmalıdır. İcarəyə götürülən 102,4 kv.m qeyri-yaşayış sahəsi, onun xüsusi mülkiyyətində olan 279,1 kv.m sahəyə birləşikdir. Cavabdeh həmin sahəni uzun müddət istifadə etmiş, istifadəyə yararlı vəziyyətə gət irmiş və sənədləşdirmə üçün özü DƏDRX-ə müraciət etmişdir. İcarə müqaviləsi bağlanması və sonrakı özəlləşdirmə təşəbbüsü cavabdehin həmin sahə üzərində üstünlük hüququnun mövcudluğunu sübut edir. Başqa tələbkar olmadığından onun üstünlük hüququ qorunmalıdır. Bundan başqa, aylıq icarə haqqı 286,22 manat olduğu halda, 7033,92 manat borcun necə hesablandığı məhkəmə qətnaməsində əsaslandırılmamışdır. İddiaçı 2022-ci il 15 aprel tarixdə bağlanmış müqavilə üzrə konkret olaraq hansı tarixdən icarə haqqının ödənilmədiyini və 2024-cü il 31 may tarixinədək olan müddət üçün borcun necə formalaşdığını açıq göstərməmişdir.

30. MPM-in 14.1, 14.2, 77.1, 119.1, 119.2, 217.1 və 218.3-cü maddələri üzrə prosessual qaununvericilik işin obyektiv və hərtərəfli araşdırılmasına şərait yaratmağı, tərəflərin hüquq və vəzifələrini izah etməyi, prosessual hüquqların həyata keçirilməsinə kömək etməyi, tərəflərin təqdim etdiyi sübutları hərtərəfli araşdırmağı, hər bir tərəfin tələblərini və etirazlarını əsaslandıran halları qiymətləndirməyi nəzərdə tutur. Cavabdeh iddiaçının təqdim etdiyi xəbərdarlıq məktubunu qəbul etmədiyi kimi, məhkəmə iclaslarının yeri və vaxtı barədə də lazımi qaydada rəsmi bildiriş almamışdır. Məhkəmə cavabdehin iclaslarda iştirakını təmin etmədən qətnamə çıxarmış, iddiaçının təqdim etdiyi sübutların- xüsusilə xəbərdarlıq məktubunun çatdırılması faktının etibarlılığını da yoxlanılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qə tnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edi lməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Maddə

685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri... 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün ki rayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə....” “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra k irayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir....” Maddə

700. İ carə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

35. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir: “... Mülki M əcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır....”

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onlar ın prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

38. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

39. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü də lilər apellyasiya şikayətində göstərdiyi dəlillərlə eynidir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 14-22). Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh ed ilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmışdır (bax yuxarıda § 35).

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

42. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 oktyabr tarixli 2-2(103)-940/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar