Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-127/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, X2 və Hüseyin Büyükfırata qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, X2 və Hüseyin Büyükfırata qarşı pul tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 2-2(103)-943/2022 saylı qətnamədən cavabdeh L.Günalp tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında 2020-ci il 16 yanvar tarixində bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 MMC-yə 18 ay müddətinə, 21,34 faizlə 200.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit öhdəliyinin təminatı olaraq 2020-ci il 16 yanvar tarixində: - X3 və Hüseyin Büyükfıratla zaminlik müqavilələri bağlanmışdır; - Bankla Cavabdeh1 MMC arasında girov müqaviləsi bağlanmış və müqaviləyə 1 saylı əlavədə göstərilmiş daşınar əşyalar girovla yüklü edilmişdir; - Bankla X3 arasında girov müqaviləsi bağlanmış və X1 Cavabdeh1 MMC-dəki 100 faiz payı adıçəkilən kreditin təminatı olaraq girovla yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2021-ci il 18 may tarixində Cavabdeh1nə, X2 və Hüseyin Büyükfırata (bundan sonra – birlikdə “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “MMC”, “L.Günalp” və “H.Büyükfırat”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 2020-ci il 16 yanvar tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə 200.000 manat, faizlər üzrə 37.450,84 manat, hesablanmış dəbbə pulu (penya) üzrə 8.895,48 manat, ümumilikdə 246.346,32 manat borc məbləğinin, iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, girov ilə yüklü edilmiş MMC-nin mülkiyyətində olan 1100/GM-02-16012020 saylı müqavilənin əlavəsində göstərilən əmlakların bazar dəyərinin müəyyən edilməsi, girov ilə yüklü e dilmiş MMC-nin təsisçisi L.Günalpanın mülkiyyətində olan MMC-dəki 100% payının bazar dəyərinin müəyyən edilməsi, girov ilə yüklü edilmiş MMC-nin mülkiyyətində olan 1100/GM-02-16012020 saylı müqavilənin əlavəsində göstərilən əmlaklara və MMC-nin təsisçisi L.Günalpın mülkiyyətində olan MMC-dəki 100% payına tutmanın yönəldilməsi, girov predmetlərinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi, qeyd olunan girov predmetlərin hərracda satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında bağlanmış 2020-ci il 16 yanvar tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən MMC-yə 18 ay müddətinə 200.000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təminatı olaraq, iddiaçı ilə MMC arasında 2020-ci il 16 yanvar tarixli 1100/GM-0216012020 saylı girov müqaviləsinə görə mülkiyyətində olan müqaviləyə əlavə edilən əmlak bank qarşısında girov ilə yüklü edilmişdir və bu yüklülük qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatdan keçirilmişdir. Əlavə olaraq, kredit öhdəliyinin təminatı olaraq, iddiaçı ilə L.Günalp və H.Büyükfırat arasında 2020-ci il 16 yanvar tarixində 1100/ZM-01-16012020 və 1100/ZM-02-16012020 saylı zaminlik müqavilələri bağlanmışdır. Əlavə olaraq, iddiaçı ilə MMC arasında 2020-ci il 16 yanvar tarixli 1100/GM-01- 16012020 saylı girov müqaviləsinə görə, MMC-nin təsisçi payı da bank qarşısında yüklü edilmişdir. "xxxx" MMC-nin, yuxarıda göstərilən müqavilələr üzrə 2021-cı il 26 yanvar tarixinə, banka olan borcu, əsas borc üzrə 200.000 manat, faizlər 37.450,84 manat, hesablanmış dəbbə pulu (penya) isə 8.895,48 manat, ümumilikdə 246.346,32 manat təşkil etmişdir. Həmin borcların ödənilməsi ilə əlaqədar MMC-yə dəfələrlə müraciət edilsə də, borclar ödənilməmişdir.
5. Tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269, 295, 385, 390.1, 425.1, 442, 445.2, 462.3-cü; “Daşınar Əmlakın yüklüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 12.2, 13-cü maddələrinə istinad edilmiş dir.
6. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 iyul tarixli e-2-2(113)-2648/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 28 sentyabr tarixli 9/5697 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 2020-ci il 16 yanvar tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə MMC-nin iddiaçıya borcunu müəyyən etmək mümkün olmamışdır. Hesabdan çıxarış (cari, ssuda, faiz, cərimə hesabları tam şəkildə, kredit verilən tarixdən hazıradək ödənişlərin təyinatları müqavilələr üzrə göstərilməklə) tam şəkildə təqdim olunduğu halda MMC-nin iddiaçıya borcunu müəyyən etmək olar.
7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 yanvar tar ixli e-2-2(113)-150/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 23 iyun tarixli 9/353 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, MMC tərəfindən iddiaçıdan alınmış kredit vəsaiti üzrə 2021-ci il 26 fevral tarixinədək banka ödənilməli borcu ümumilikdə 237.450,84 manat məbləğində müəyyən edilmişdir, o cümlədən: əsas borc üzrə - 200.000 manat; faiz borcu üzrə - 37.450,84 manat.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 iyul tarixli 2-2(113)-150/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci il 16 yanvar tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 37.450,84 manat, dəbbə borcu üzrə 8.895,48 manat, ümumilik də 246.346,32 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tutmanın L.Günalpın MMC-dəki 100% payına yönəldilməsi, həmin payın açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin MMC-nin iddiaçıya olan 2020-ci il 16 yanvar tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsinə yönəldilməsi, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 145 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur (hakim – K.Hüseynov).
9. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən kredit müqaviləsinin müddəti 2021-ci il 16 iyul tarixində bitmiş, ancaq iddiada tələ b edilən məbləğ 2021-ci il 26 fevral tarixinədək hesablanmış məbləğ təşkil etmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqetinə görə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 2021-ci il 16 iyul tarixində bitmiş, ancaq iddiada tələb edilən məbləğ 2021-ci il 26 fevral tarixinədək hesablanmış məbləğ təşkil edir.
11. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
12. Hazırkı işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən MMC-yə 200.000 manat məbləğində pul verilmişdir.
13. Qanunun tələblərini rəhbər tutaraq və iş üzrə sübutları tətqiq edərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borc üzrə 200.000 manat və ona hesablanmış 37.450,84 manat məbləğində faiz borcunun tələb edilməsi hissəsində iddia əsaslıdır.
14. Həmçinin qanunun tələbləri baxımından iddianın borcun tutulmasının L.Günalpın MMC-dəki 100 faiz payına yönəldilməsi, onun açıq hərracda satılaraq kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi hissəsi də əsaslı olmaqla həmin hissədə də, iddia təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi L.Günalpın MMC-dəki 100 faiz payının satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirməmişdir. Belə ki, L.Günalpın MMC-dəki 100 faiz payı satıldıqdan sonra əldə edilən vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır.
16. Bir inci instansiya məhkəməsi hesab etmişdir ki, iddia kredit müqaviləsi üzrə borcun iddiaçı ilə MMC arasında 2020-ci il 16 yanvar tarixində bağlanmış girov müqaviləsi ilə müqaviləyə 1 saylı əlavədə göstərilmiş daşınar əşyalara yönəldilməsi hissəsində təmin edilə bilməz. Girov predmetləri reyestrdə qeydə alınmalı olmayan daşınar əşya olduğundan onlara tutmanın yönəldilməsi və hərracdan satılması “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən qaydada həyata keçirilməlidir. Qanunun 13.1.2-ci maddəsindən də göründüyü kimi, girov predmetinə tutmanın yönəldilməsi ilə bağlı xüsusi qayda müəyyən edilmişdir. Qanunun qeyd edilən normasına əsasən yüklülük sahibi (hazırki halda iddiaçı) yüklülük predmetini onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və y a notariusa müraciət edərək tutma yönəldə bilər.
17. İddiaçı yüklülük predmetinin onun sahibliyinə verilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etməli olduğu halda, borcun ödənilməsi üçün tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair iddia qaldırmışdır. Belə olan halda, iddia tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair hissədə təmin edilə bilməz.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 5.3, 269.5, 276.1, 295, 296.1, 425, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741-ci; “Daşınar əmlakın yüklüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 13.1, 13.1.2, 15.4, 16.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119-cu maddəsinə istinad etməklə əsaslandırmışdır.
19. L.Günalp 2022-ci il 26 avqust tarixində apellyasiya şikayəti verərək həmin qətnaməni qismən, iddia tələblərinin kredit müqaviləsi üzrə tutmanın L.Günalpin MMC-dəki 100% payına yönəldilməsi və həmin payın açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin kredit m üqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi hissəsində ləğv - birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunacaq sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 2-2(103)-943/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2020-ci il 16 yanvar tarixində kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti çatdığı halda kredit və ona hesablanmış faizlərin ödənilməsi borclu MMC və z aminlər tərəfindən təmin edilmədiyindən tutmanın girova yönəldilməsinə dair məhkəmənin üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
22. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, məhkəmə tutma yönəldilmiş təsis payının ilkin satış qiymətini qətnamədə qeyd etməməklə qanun pozuntusuna yol vermişdir.
23. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi) yalnız ipoteka predmetinə tutma yönəldildikdə məhkəmə qətnaməsində ilkin satış qiymətinin qeyd edilməsi nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Qanunun 6.1-ci maddəsində qeyd edilir ki, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyest rdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əmlakların və onları qeydə almalı olan orqanların siyahısı təsdiq edilmiş, təsis payı rəsmi reyestrdə qeydə alınmalı olan əmlakların siyahısında nəzərdə tutulmadığından ipoteka predmeti hesab edilmir.
24. Belə olan halda, tutma yönəldilmiş təsis payının hazırkı bazar dəyərinin müəyyənləşdirilməməsi və ilkin satış qiyməti olaraq qətnamənin nəticə hissəsində qeyd edilməməsi pozuntu hesab edilə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən girov predmeti olan əşyanın açıq auksionda satılması təmin edilməlidir.
26. Apellyasiya inst ansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MM-in 295, 296.1, 297, 462.1, 470.1, 472.2, 739.1, 741-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 6.1, 39.3, 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Həmin qətnamə 2022-ci il 18 noyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.
28. L.Günalp 2023-cü il 17 yanvar tarixində kassasiya şikayəti verərək, həmin qətnaməni qismən, iddia tələblərinin kredit müqaviləsi üzrə tutmanın L.Günalpin MMC-dəki 100% payına yönəldilməsi və həmin payın açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi hissəsində ləğv – işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
29. MM-in 739.1-ci maddəsi üzrə – İddia predmetinin bir hissəsini L.Günalpin MMC-nin təsisçisi kimi 100% payının müəyyən edilməsi və həmin paya tutmanın yönəldilməsi, açıq hərracda satışı təşkil edir. Lakin məhkəmə tərəfindən cavabdehin MMC-dəki payının hansı məbləğdə olması müəyyən edilmədən iddianın həmin hissəsi təmin edilmişdir. Digər baxımdan, məhkəmə tərəfindən kredit müqaviləsi üzrə götürülən borc pul vəsaitinin hansı səbəblərdən borc verənə cavabdeh tərəfindən qaytara bilmədiyi halları tam araşdırılmamışdır. Belə ki, dünyada, o cümlədən, ölkəmizdə baş vermiş pandemiya səbəblərindən cavabdeh rəhbərlik etdiyi ticarət-iaşə xidmətində MMC kredit müddəti dövründə (18 ay) işləməmi ş, nəticədə yaranmış borc məbləği qaytarılmamışdır. Müqavilə şərtlərinə uyğun hərəkətlər isə iddiaçı bank tərəfindən irəli sürülməmiş, razılaşma hallarına aid xəbərdarlıqlar edilməmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarı üzrə – məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmiş, kredit borcunun ödənilməsi hissəsinə münasibətdə doğru n əticəyə gəlsə də, tutmanın cavabdehin MMC-dəki 100% payına yönəldilməsi və həmin payın hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsini əsaslandırmamış və qətnamədə yalnız bir cümlə ilə bu hala qiymət verilmişdir ki, bu da qəbul edilməzdir. Qətnamədə normalar sadalansa da, məhkəmə tərəfindən tutmanın MMC-dəki 100% paya yönəldilməsi hissəsində əsaslandırılmamışdır.
31. MM-in 295-ci maddəsi üzrə – pandemiya, işlərin-xidmətlərin dayandırılması cavabdehdən asılı olmayan səbəblərdən ödənişlər etmək mümkün olmamışdır. Məhkəmələr isə bank rəhbərliyinin bu barədə hər hansı tədbirlərin görülməsini belə araşdırmamışlar.
32. MPM-in 376.1-ci maddəsi üzrə – məhkəmə tərəfindən heç bir yazılı, cavabdehin ünvanına rəsmi məlumat, poçt bildirişi, SMS daxil olma mışdır. Məhkəmə isə qətnamədə qeyd etmişdir ki, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
33. MPM-in 9.3-cü maddəsi üzrə – Baxmayaraq ki, cavabdehin apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülmüş tələblərdən yalnız MMC-dəki 100% təsis payına yönələtmə, payın açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsindən şikayət üzrə qətnamə qəbul edilsə də, qətnamə çəkişmə prinsipinin pozulması ilə qəbul edilmişdir. Məhkəmə özünün irəli sürdüyü dəlillərlə birtəfəli qaydada dinləmə aparılmadan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız L.Günalpın MMC-dəki 100% payına tutma yönəldilməsinə aid hissəsi təşkil etdiyindən və L.Günalp özünün kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin həmin məsələ ilə bağlı gəldiyi nəticəni bütövlükdə mübahisələndirdiyindən hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edil miş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə
296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir....” “Maddə
297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə z amin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti... 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 39. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar … ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. …” “Maddə
6. İpoteka predmeti 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. …” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması … 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: … 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. …”
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəm ə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Apellyasiya instansiyası məhəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh L.Günalpın mübahisələndirdiyi hissədə - həmin şəxsin "xxxx" MMC-dəki 100% payına tutma yönəldilməsinə aid hissəsində qanuni və əsaslı hesab etmişdir.
42. Bununla razılaşmayan kassator isə hesab edir ki, məhkəmə tərəfindən cavabdehin MMC-dəki payı nın hansı məbləğdə olması müəyyən edilmədən iddianın həmin hissəsi təmin edilmişdir.
43. Cavabdeh eyni dəlili apellyasiya instansiyasında da irəli sürmüşdür.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillə bağlı gəldiyi nəticəni (bax yuxarıda §§ 23-24) qanuni və əsaslı hesab etdiyindən kassasiya şikayətinin sözügedən dəlili üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.
45. Kassatorun digər dəlilləri ondan ibarətdir ki, məhkəmə cavabdehin kredit müqaviləsi üzrə borcunu məlum pandemiya zamanı ticarət-iaşə xidmətində yaranmış durğunluqla bağlı 18 ay işləməməsi səbəbindən qaytara bilmədiyini, iddiaçı bank tərəfindən isə bununla bağlı müqavilə şərtlərinə uyğun hərəkətlər edilmədiyini nəzərə almamışdır.
46. Məhkəmə kolle giyası hesab edir ki, həmin dəlillərdə qeyd olunan məsələlər mübahisə predmeti olan kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulması üçün hüquqi əsas olubolmamasının müəyyən edilməsi ilə bağlıdır.
47. Buna baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisə predmeti olan kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulması hissəsində cavabdehlər tərəfdindən apellyasiya qaydasında ümumiyyətlə mübahisələndirilməmişdir.
48. Belə olan halda, məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin (bax yuxarıda § 40) tələbləri baxımından kassatorun sözügedən dəlillərini işin faktiki halları kimi qiymətləndirir, bu səbəbdən də həmin dəlillər üzrə hüquqi dəyərləndirilmə aparılmasını yolverilməz hesab edir.
49. Nəhayət kassator iddia edir ki, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı b arədə lazımi qaydada məlumat verilmədiyindən qətnamə çəkişmə prinsipinin pozulması ilə qəbul edilmişdir.
50. Əvvəla, qeyd olunmalıdır ki, cavabdeh özünün birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində bununla bağlı hər hansı dəlil gətirməmişdir.
51. Bununla belə, iş materiallarından məlum olur ki, L.Günalp birinci instansiya məhkəməsinin 2021-ci il 21 iyun, 9 iyul, 29 noyabr, 2022-ci il 7 yanvar, 25 iyul tarixli iclaslarında öz nümayəndəsi və vəkili ilə təmsil olunmuş (İ cild, i/v 59-61, 76-77, 157-159, 196-197, İİ cild, i/v 30-31), habelə ekspertizanın keçirilməsinə dair yazılı vəsatətlərlə birinci instansiya məhkəməsinə müraciət etmişdir (İ cild, i/v 74-75, 155-156).
52. Həmçinin iş materiallarından məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin iclas ının vaxtı və yeri barədə L.Günalpın nümayəndəsi və vəkili onun “Elektron Məhkəmə” informasiya sistemində mövcud olan elektron kabineti vasitəsilə məlumatlandırılmış, həmin sistemdə nümayəndənin təsdiq edilmiş e-maili də qeyd olunmuşdur (İİ cild, i/v 79).
53. İstənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.
54. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin iclasının vaxtı və yeri barədə bildiriş cavabdeh tərəfə MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıd a § 40) tələblərinə uyğun olaraq, rəsmi qaydada çatdırılmış hesab edilməlidir.
55. Qeyd olunanlardan görünür ki, cavabdeh tərəf istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında gedən məhkəmə icraatı barədə tam məlumatlı olmuş, öz mövqeyini əsaslandırmaq üçün lazım bildiyi bütün sübutları, dəlilləri, mülahizələri, vəsatətləri işə baxan məhkəməyə təqdim etmiş və onlar iş materiallarında öz əksini tapmışdır.
56. Odur ki, məhkəmə kollegiyası kassatorun istinad etdiyi çəkişmə prinsipinin pozulmasına dair dəlili də əsassız və formal xarakterli hesab edir.
57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmi ş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 40) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Ona görə də kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 2-2(103)-943/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh X1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 22(103)-943/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.