Məhkəmə qərarları › İş №2-2(102)-128/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-128/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-128/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdeh “X6” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi, əldən çıxmış fayda, əsas borca maliyyə sanksiyası faizi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, cavabdeh “X7” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-1084/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC-nin (bundan sonra – iddiaçı) hüquqi vari si olduğu "xxxx" İKB ASC ilə “X8” MMC (bundan sonra – cavabdeh) arasında 2015-ci il 26 avqust tarixdə 23-BİZ-2-0437-15 saylı kredit müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqavilənin əsası dövriyyə vəsaitlərinin artırılmasından ibarət olmuşdur. Müqaviləyə əsasən cavabdeh 5.000.000 ABŞ dolları vəsaiti illik 14% dərəcəsi ilə 2020-ci il 31 avqust tarixədək kreditə götürmüşdür. Müqavilənin 9.2-ci maddəsinə əsasən borcalan üzərinə düşən öhdəliklərini icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc - yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1 % miqdarında banka dəbbə pulu ödəməlidir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 21 iyun tarixli 2(011)-101/2019 saylı qətnaməsi ilə ilk iddi a tələbi üzrə iddiaçı Nikoyl İKB ASC-nin cavabdehə və X2, X3 və X4 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk və qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" İKB ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi və kreditin bağlanma tarixinin müqaviləyə uyğun olaraq 2020-ci il 31 avqust kimi qeyd edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər "X7" MMC-yə və qeyrilərinə qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh “X9" MMC-dən kredit müqaviləsi üzrə 56.754,88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində faiz borcunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın X1 mülkiyyətində olan və "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın satış qiymətinin 934.740 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X4 geri qaytarılması, həmin ipoteka predmetinin satıldıqdan sonra bir ay müddətində cavabdeh X5 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması qət edilmişdir. Həmçinin, qarşılıqlı iddia tələbi qismən təmin olunmuş, Müqavilənin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixi 2020-ci il 31 avqust olaraq müəyyən edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 28 noyabr tarixli 2(103)12378/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin apellyasiya şikay əti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 21 iyun tarixli, 2(011)-101/2019 saylı qətnaməsi qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, Müqavilə ləğv edilmiş, Müqaviləyə əsasən 2017-ci il 5 may tarixə ödənilməmiş 701.640 ABŞ dolları məbləğində əsas, 56.754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758.394,88 ABŞ dolları (yeddi yüz əlli səkkiz min üç yüz doxsan dörd ABŞ dolları səksən səkkiz sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ip oteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat və xidmət haqqının əvəzi olan 180 manat, cəmi 300 manat məbləğində pulun cavabdehdən tutulması, tutmanın X5 tərəfindən ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 1.512.630 manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 934.740 (doqquz yüz otuz dörd min yeddi yüz qırx) manat məbləğində müəyyən edilmiş, iddiaçı tələbi qalan hissədə əsassız olduğu üçün təmin edilməmiş, qarşılıqlı iddia tələbi Müqavilənin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin 2020-ci il 31 avqust olduğunun müəyyən edilməsi hissəsində təmin edilməmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 3 sentyabr tarixli 2(102)-3067/2020-ci il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən verilmiş 2021-ci il 30 mart tarixli, 01/1792 nömrə li ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68160200-16 saylı, 2021-ci il 4 mart tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş: a) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsindən yerləşən ümumi sahəsi 1680.7 kv.m olan qeyri-yaşayış binası; b) Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038.6 kv.m olan qeyri-yaşayış binası təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 2021-ci il 30 mart tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 964301.62 və 595896.75 manat olmaqla ipoteka saxlayana təklif olunur.

6. Hərracın yekunla rı barədə 29/11 saylı, 2021-ci il 9 aprel tarixli protokola əsasən Nəcibə Ağayevaya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsindən yerləşən ümumi sahəsi 1680.7 kv.m olan qeyri-yaşayış binası (ipoteka predmeti) tələbkar (iddiaçı) tərəfindən əldə edilmişdir.

7. Hərracın yekunları barədə 29/12 saylı, 2021-ci il 9 aprel tarixli protokola əsasən Nəcibə Ağayevaya məxsus Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038.6 kv.m olan qeyri-yaşayış binası (ipoteka predmeti) tələbkar (iddiaçı) tərəfindən əldə edilmişdir.

8. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 2021-ci il 26 aprel tarixinə cavabdehin Müqavilə üzrə iddiaçıya əldən çıxmış fayda olaraq hesablanmış ümumi borcu 54.233.43 ABŞ dolları təşkil edir.

9. İddiaçı tərəfindən cavabdehə ü nvanlanmış 2021-ci il 26 aprel tarixli KBD-6541 saylı xəbərdarlıq məktubunda cavabdehdən 54.233,43 ABŞ dolları məbləğində əldən çıxmış faydanın 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliklə nəzərdə tutulmuş prosessual hərəkətlərin icrasına başlanılacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavcabdehə qarşı 2021-ci il 21 may tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən Müqavilə üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 54.233.43 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqaviləyə əsasən iddiaçıdan illik 14%-lə 60 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit götürmüş, sonradan Müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2021-ci il aprelin 26-dək cavabdehin Müqavilə üzrə iddiaçıya (əldən çıxmış fayda olaraq hesablanmış 5%) ümumilikdə cəmi 54.233,43 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyul tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – Ü.Həsənova).

13. Həmin məhkəmə bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəlikl ərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun g ecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 399.1, 442, 445.1, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırılmışdır.

15. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahi ş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-1084/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi 4533,93 ABŞ dolları pulun tutulması hissəsində rədd edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

17. Məhkəmə kollegiyası bildirmişdir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası həmin normanın tələbinə görə yalnız əsas borc məbləğinə hesablanmalı və bu halda, müqavilə şərtlərinə əsasən öhdəliyin icra müddətinin bitdiyi tarixə ödənilməli olan faiz məbləği nəzərə alınmamalıdır. Belə ki, faizə faiz hesablanması qanunla qadağan edildiyindən iddia yalnız 701.640 ABŞ dolları əsas borc tələbinə 17 ay üçün illik 5 %-lə hesablanmış 49.699,5 ABŞ dolları əldən çıxmış faydanın tutulması hissəsində əsaslı hesab edilməli, faiz məbləğində hesablanmış 4533,93 ABŞ dolları pulun tutulması hissəsində isə rədd edilməlidir.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 445.7-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

19. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 26 oktyabr tarixdə iddiaçının və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektro n kabinetlərdə yerləşdirilmişdir.

20. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh olunmasında dair” 2015-ci il 14 may tarixli Qərarında öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəasının müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutduğu göstərilmişdir. Hazırki h alda, tərəflər arasında sərbəst şəkildə, qanunvericiliyin tələblərinə müvafiq Müqavilə bağlanılmış və bu müqavilədə tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərə əsasən kreditin (faizlərin və əsas borcun) ödənilməsi müddəti 2020-ci il 31 avqust kimi müəyyənləşdirilmişdir. Belə olduqda, bu müddət keçməmiş hər hansı əldən çıxmış fayda meydana gələ bilməzdi.

22. Həmçinin, götürülmüş kreditin qaytarılmasının təminatı kimi girov qoyulmuş əmlaklar təhvil verilmiş, açıq hərrac vasitəsilə satışa çıxarılmış və iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdehin iddiaçı qarşısında ödənilməmiş vəsaiti qalmadığından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Q ərarında verilən şərhlərə görə cavabdeh Mülki Məcəllənin 449.1-ci maddəsi baxımından hər-hansı məsuliyyətə cəlb edilə bilməz. Aşağı instansiya məhkəmələri maddi və prosessual hüquq normalarının tələblərini pozaraq işə birtərəfli, qeyri-obyektiv və cavabdehə qarşı qərəzli baxmaqla işin hallarına obyektiv qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdirlər.

23. Kassasiya şikayətində cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh olunmasında dair” 2015-ci il 14 may tarixli Qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətna məsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilsə də hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin olunduğu hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya ins tansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə

49. Hüquqi şəxsin orqanları 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmə lə gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarı Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

29. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

30. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, tərəflər arasında sərbəst şəkildə qanunvericiliyin tələblərinə müvafiq Müqavilə bağlanılmış və bu müqavilədə tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərə əsasən kreditin (faizlərin və əsas borcun) ödənilməsi müddəti 2020-ci il 31 avqust kimi müəyyənləşdirilmişdir. Belə olduqda isə bu müddət keçməmiş hər-hansı əldən çıxmış fayda meydana gələ bilməz və götürülmüş kreditin qaytarılmasının təminatı kimi girov qoyulmuş əmlaklar təhvil verilməklə açıq hərrac vasitəsilə satışa çıxarılaraq iddiaçının adına rəsmiləşdirildiyindən və cavabdehin iddiaçı qarşısında ödənilməmiş vəsaiti qalmadığından cavabdeh hər-hansı məsuliyyətə də cəlb edilə bilməz.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarında göstərilmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə ria yət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.

32. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanu ni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.

33. İş materiallarından göründüyü kimi tərəflər arasında “kreditin verilmə tarixi” olaraq 2015-ci il 26 avqust, “kreditin bağlanma tarixi” kimi isə 2020-ci il 31 avqust tarixi göstərilən müqavilə bağlanmışdır.

34. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;

35. Həmin məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müq avilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır.

36. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (Mülki Məcəllənin 49.2-ci maddəsi).

37. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər fəaliyyət qabiliyyətli hüquqi şəxs kimi qanunvericilyin tələblərinə zidd olmayan müqavilə bağlamış, müqavilədə kredit öhdəliklərinin icrası üçün son t arix kimi 2020-ci il 31 avqust tarixi müəyyən edilmişdir. 38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seç diyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Mülki Məcəlləninin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

39. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhdə göstərilən mövqe baxımından məhkəmə kollegiyası vurğulayır ki, tərəflər arasında qanunvericiliyin tələblərinə zidd olmayan formada bağlanmış kredit müqaviləsində kredit (əsas borc və faiz) öhdəliklərinin son icrası tarixi kimi 2020-ci il 31 avqust tarixi müəyyənləşdirildiyindən, bu müddət keçməmiş iddiaçı tərəfindən hansı əsasla əldən çıxmış faydanın tələb olunması aydın olmamış, apellyasiya instansiyası məhkəməsi göstərilən hala hüquqi qiymət verməmişdir.

40. Məhkəmə Kollegiyası vurğulamağı zəruri hesab edir ki, Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

41. Buna baxmayaraq, işin hallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edilməklə cavabdehdən əsas və faiz borlarının ipoteka predmetlərinə yönəldilməklə iddiaçının xeyrinə tutulması qət edilmiş, Ali Məhkəmənin 2020-ci il 3 sentyabr tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti 1.512.630 manat və 934.740 manat müəyyən edilmiş ipoteka predmetləri olan iki qeyri-yaşayış binası iddiaçı tərəfindən əldə edilmişdir (bax bu qərarın §§2-4, 6, 7, (həmçinin iş.v90)).

42. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə tutulması nəzərdə tutulan borc ipoteka predmetinə yönəldilməklə məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti müvafiq olaraq 1.512.630 manat və 934.740 manat təşkil edən həmin ipoteka predmetləri 2021-ci il 9 aprel tarixdə iddiaçı tərəfindən əldə olunduğundan, cavabdehdən gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.

43. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara v ə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, məhkəmənin gəldiyi nəticə qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına və onlara verilmiş şərhə uyğun olmamışdır. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

45. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

46. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

47. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 22(103)-1084/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-1084/2021 saylı qətnaməsi qismən – cavabdehdən 49.699,5 ABŞ dolları və saitin tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar