Məhkəmə qərarları › İş №2-2(102)-129/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-129/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-129/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı2 QSC X3 Təşkilatının “xxxx” MMC-yə və Cavabdeh2nə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi məsələsi GİRİŞ HİSSƏ 23.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı BOKT-un vəkili Vəkil iştirakı ilə, İddiaçı2 cavabdehlər “xxxx” MMC-yə və “xxxx” Şirkətinə qarşı kredit müqavilələrindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının x x xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı BOKT tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” ASC (hazırda İddiaçı2dır) cavabdehlər “xxxx” MMC-yə və “xxxx” Şirkətinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. cavabdehlər MMC və Şirkətdən xx.xx.2009-cu il tarixli 02A/09 saylı və xx.xx.2011-ci il tarixli 10844A saylı kredit müqavilələri üzrə ümumilikdə 69.037.546,50 ABŞ dolları (56.883.762,14 ABŞ dolları əsas borc, 12.153.784,36 ABŞ dolları faiz borcu) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT-un xeyrinə tutulması; 2. borc tələbinin cavabdeh MMC-yə məxsus “Daewoo BX 212 xüsusi təyinatlı” markalı **-JO-*** dövlət nömr ə nişanlı avtomobilə və cavabdehlər MMC-yə və Şirkətə məxsus digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehlər MMC-nin və Şirkətin mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçı BOKT-un mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinin və digər səlahyyətli orqanların üzərinə iddiaçı BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliynin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tari xli qətnaməsi ilə (hakim H.Babayeva; iş No 2-2(82)-35/2017) iddia tələbinin qismən təmin edilməsi; cavabdeh MMC-dən 02A/09 saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 45.656.442 ABŞ dolları əsas borc, 10.442.348,91 ABŞ dolları faiz borcu, cəmi 56.098.790,91 ABŞ dolları borc məbləği tutularaq iddiaçı BOKT-a ödənilməsi; cavabdehlər MMC-dən və Şirkətdən müştərək qaydada xx.xx.2011-ci il tarixli, 10844 saylı müqavilə üzrə 11.227.320,14 ABŞ dolları əsas borc, 1.711.435,45 ABŞ dolları faiz borcu, cəmi 12.938.755,59 ABŞ dolları borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı BOKT-a ödənilməsi; qalan hissədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnam əsi ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və X.Sarıyev; iş No 2-2(103)257/2018) iddiaçı BOKT-un və cavabdeh MMC-nin apellyasiya şikayətlərinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin iddiaçı BOKT və cavabdeh MMC tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən K.Bədəlov, hakimlər İ.Dadaşov və Q.Allahverdiyev; iş No 2-2(102)-275/2019) iddiaçı BOKT tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018c i il tarixli qətnaməsinin ləğv edilməsi; işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş No 2-2(103)-687/2019) iddiaçı BOKT-un apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin borcun əmlaklara yönəldilməsi hissəsində qismən ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi; borc tələbinin cavabdeh MMC-yə məxsus buraxılış ili 2010-cu il, mühərrik DE12TİS005238BO, şassi KL5UY65JEAU001511 “Daewoo BX 212 xüsusi təyinatlı” markalı **-JO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldil məsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması; cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədən iddiaçı BOKT kassasiya şikayəti vermiş, həmçinin, şikayətə müddətin bərpasına dair ərizə əlavə etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, qətnamədən kassasiya şikayətinin verilməsi üzrlü səbəbdən ötürlümüşdür. Belə ki, Bakı Apellyasiya Məhkəməsindən sözügedən qətnamənin iddiaçı BOKT-a daxil olma tarixinin səhvən 18 noyabr kimi qeyd edildiyi üçün kassasiya şikayətinin də xx xxxxxx 2020-ci il tarixə kimi verilməsi nəzərdə tutulmuş, sonradan araşdırma zamanı daxil olma tarixinin qeydiyyat kitabına əsasən xx xxxxxx 2019-cu il olması müəyyən olunmuşdur. Eyni zamanda bu işlə bağlı vəkillə müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış və məhkəm ə sənədləri ilə tanış olması vaxt tələb etdiyi üçün kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə hazırlanmış və imzalanmışdır. Buna görə də kassasiya şikayəti vaxtında verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş No 2-2(103)687/2019) iddiaçı BOKT-un “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı BOKT-un kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmn qərardaddan iddiaçı BOKT kassasiya şikayəti verərək, qərardadı ləğv edib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2 019-cu il tarixli qətnaməsindən iddiaçı BOKT tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı BOKT-un kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamış; nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı BOKT-un vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadını ləğ v edib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı BOKT tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdehlər MMC-nin və Şirkətin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, iş üzrə iddiaçı BOKT-un vəkilinin izahatını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdak ı əsaslara görə kassasiya şikayəti təmin edilməməli; apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk, haqlı olaraq belə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı BOKT-a xx.xx.2019-cu il tarixdə poçt xəbərnaməsinə imza etdirməklə təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə həmin qətnamədən kassasiya şikayəti vermə müddəti bitsə də iddiaçı BOKT tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə təqdim edilmiş, bununla da qətnamənin şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 2 aylıq prosessual müddət iddiaçı BOKT tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 130.1 və 133.1-ci maddələrinin mənasına görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı BOKT-un verdiyi ərizədə göstərdiyi qeydiyyat kitabında kassasiya şikayətinin daxil olma tarixinin səhv göstərilməsi, vəkilin işlə tanış olması üçün vaxtın tələb olunduğu kimi hallar üzrlü səbəb kimi qəbul edilə bilməz, çünki kifayət qədər ixtisaslı işçiləri olan hüquqi şəxsin göstərilə n hallara istinad etməsi özü-özlüyündə əsassızdır. Beləliklə, prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmir. Bu əsasdan “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə təmin edilə bilməz və iddiaçı BOKT tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 408.1.1. və 408.1.3. - 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə görə, kassasiya şikayətinin qay tarılması barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı BOKT-un kassasiya şikayətində qeyd edlənlər əsassız olduğundan qəbul edilməməlidir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, şikayətin buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı dəlili müddətin ötürülməsinin üzrlü sayılmasına əsas vermir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar