Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-129/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh “XXX xxx” Şirkətinə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-129l21 Bakı şəhəri 20 aprel 2021-ci il 20.04.2021 Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı MMC-nin vəkili Nümayəndə və cavabdeh “XXX xxx” Şirkətinin vəkili Vəkil iştirakları ilə, cavabdeh “XXX xxx” Şirkətinin vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2-2(103)-479l2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh “XXX (Xəzər dənizi və Şah Dəniz) Limited” Şirkətinə qarşı (bundan sonra mətndə cavabdeh) sonradan Goranboy rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq cəmi 1.291.689 manat kompensasiya məbləğinin və 530.000 ABŞ dolları dəyərində quraşdırılmış damcılı suvarma sisteminin tam şəkildə sıradan çıxarılması, habelə 1,35 faiz həcmində əl avə vəsaitin xərclənməsi nəticəsində cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq cəmi 715.500 ABŞ dolları məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq cəmi 1.291.689 manat, quraşdırılmış 530.000 ABŞ dolları dəyərində damcılı suvarma sisteminin tam şəkildə sıradan çıxarılması, habelə 1,35 dəfə və ya 35 faiz həcmində əlavə vəsait xərclənməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq cəmi 715.50 0 ABŞ dolları məbləğində kompensasiyanın cavabdehlər “XXX (Xəzər dənizi) Limited” Şirkəti və Goranboy rayon İcra Hakimiyyətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq 1.291.689 manat, 3885 ədəd nar kollarından ibarət nar plantasiyasının quruması ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq 3.531.465 manat, əldən çıxmış fayda olaraq 271.9 50 manat, ümumilikdə 5.095.104 manat və quraşdırılmış 530.000 ABŞ dolları dəyərində damcılı suvarma sisteminin tam şəkildə sıradan çıxarılması, habelə 1,35 faiz həcmində əlavə vəsaitin xərclənməsi nəticəsində cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq cəmi 715.500 ABŞ dolları məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq 1.291.689 manat kompensasiya məbləğinin və quraşdırılmış 530.000 ABŞ dolları dəyərində damcılı suvarma sisteminin tam şəkildə sıradan çıxarılması, habelə 1,35 dəfə həcmində əlavə vəsaitin xərclənməli olması nəticəsində cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq cəmi 715.500 ABŞ dolları məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasın xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli, 42 saylı sərəncamına əsasən, rayonun X19 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə 400 hektar torpaq sahəsinin 50 il müddətinə iddiaçıya icarəyə verilməsi qərara alınmış, sərəncam əsasında icarə müqaviləsi bağla naraq 09 aprel 2004-cü il tarixli, XXX saylı Şəhadətnamə alınmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi 3 hissədən ibarət olmuşdur. X20 Kəmərinin genişləndiriləcək hissəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin 4634 saylı kontur ilə qeyd olunan hissəsindən keçdiyi məlum olmuş, bu səbəbdən torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması barədə 22 yanvar 2016-cı il tarixli müqavilə bağlanmış, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə torpaq sahəsinin həmin hissəsindən ağacların və su borularının köçürülməsini təşkil etmiş, bunu müqabilində ona 3.100.000 manat kompensasiya ödənilmişdir. X13 X1 layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin yenə də iddiaçının istifadəsində olan torpaq sahəsinin digər hissəsindən keçməsi müəyyən edilsə də, cavabdeh bununla b ağlı iddiaçıya kompensasiya ödəməkdən imtina etmiş və 2016-cı ilin noyabr ayında iddiaçının istifadəsində olan torpaq sahəsində işlərə başlamış, nəticədə boru kəmərinin keçdiyi dəhlizdə əkilmiş nar ağacları məhv edilmiş və bütün suvarma sistemi sıradan çıxarılmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, 28 dekabr 2007-ci il tarixdə Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə X20 Kəməri Şirkəti arasında torpaq hüquqlarına dair icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə və Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə Sazişin tələblərinə əsasən, boru kəməri üzrə fəaliyyətin həyata keçirilməsi üçün X20 Kəməri Şirkətinə torpağa dair müstəsna və qeyri-məhdud əmlak hüquqları verilmişdir. Bütövlükdə boru kəmərinin istismar əməliyya tlarına və tikintisinə həmin şirkətin cavabdeh olmasına və boru kəmərinin genişləndiriləcək hissəsinin iddiaçının istifadəsində olan torpaq sahəsindən keçməsinə görə həmin şirkət tərəfindən 3.100.000 manat kompensasiyanın ödənilməsinə, iddiaçının isə bununla bağlı imzalanmış müqavilədə kompensasiya məbləğini qəbul etməklə bu məsələ ilə bağlı şirkətə, onun podratçılarına və onun müəyyən etdiyi digər şəxslərə münasibətdə hər-hansı digər tələb və iddiasının olmadığının qeyd edilməsinə baxmayaraq, iddiaçı sonradan boru kəməri obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator olan cavabdehə qarşı da əsassız kompensasiya tələbi ilə çıxış etmişdir. Bundan başqa bildirilmişdir ki, iddiaçının istinad etdiyi XXX saylı Şəhadətnamənin əsli və torpaq sahəsinin ayrıc aktı məhkəməyə təqdim olunmamış, istinad edilən Şəhadətnamədə isə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir. Həmçinin, torpaq sahəsi iddiaçının istifadəsinə ayrılarkən torpaq haqqında qanunvericiliyin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. İddiaçı mübahisəli 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinin məhz XXX saylı Şəhadətnamə ilə əhatə olunduğunu bildirsə də, bunu sübuta yetirə bilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2-2(81)471l2017 saylı qərardadı ilə (hakim İlham Əhmədov) cavabdeh “XXX (Xəzər dənizi və Şah dəniz) Limited” Şirkəti “XXX xxx” Şirkəti (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin 27 dekabr 2017-ci il tarixli, 2-2(81)471l2017 saylı qərardadı ilə (hakim İlham Əhmədov) iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 04 yanvar 2019-cu il tarixli, 26748 saylı rəy tərtib olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2-2(81)22l2019 saylı qərardadı ilə (hakim Fərid Mədətli) iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 17 may 2019-cu il tarixli, 8305l06 saylı rəy tərtib olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2-2(81)22l2019 saylı qətnaməsi ilə (hakim Fərid Mədətli) iddia tələbi qismən – 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat və 214 ədəd bar verməyən nar kollarının hər birinə görə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi nar kolları ilə bağlı vurulmuş zərərin əvəzi olaraq 1.136.111 manat məbləğində pul vəsaitinin və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq cəmi 715.126 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumu kimi 20 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı boru kəmərinin keçməsi səbəbindən onun istifadəsində olan torpaq sahəsinin bir hissəsinin istifadəsindən məhrum olma sı ilə bağlı deyil, həmin torpaq sahəsində ona məxsus nar kollarına və suvarma sisteminə vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Həmin torpaq sahəsində olan nar kollarının və suvarma sisteminin iddiaçıya məxsus olması cavabdehə məlum olduğundan, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququnun olmamasına və ya cavabdeh qismində Azərbaycan Respublikası Energetika Nazirliyinin olmasına dair cavabdehin dəlilləri əsaslı olmamışdır. Həmçinin, cavabdeh iddiaçının istifadəsində olan nar kollarının və suvarma sisteminin köçürülməsi barədə iddiaçıya müraciət etməmişdir. Bundan başqa, bildirilmişdir ki, cavabdehin iddiaçıya verilmiş XXX saylı Şəhadətnamə ilə ilkin yerquruluşu sənədlərinin uyğun olmamasına dair dəlili də əsassız olmuşdur. Goranboy rayon İcra Başçısının 24 m art 2004-cü il tarixli sərəncamına əsasən, rayonun X19 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağın salınması üçün iddiaçıya 400 hektar torpaq sahəsi 50 il müddətinə icarəyə verilmiş, bununla bağlı torpaqdan müvəqqəti istifadə hüququna dair XXX saylı Şəhadətnamə verilmiş, iddiaçı 3 hissədən ibarət torpaq sahəsində fəaliyyətini rəsmi sənəd olan həmin Şəhadətnaməyə əsasən həyata keçirmiş, yerli icra hakimiyyəti və ya hər-hansı digər dövlət orqanı nar plantasiyasının həmin Şəhadətnamənin əhatə etdiyi torpaq sahəsində yerləşmədiyi tələbini irəli sürməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, X20 Kəməri Genişləndirmə Layihəsi çərçivəsində X9 edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatda bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 1 82 manat kompensasiya tarifləri müəyyən edildiyindən, iddiaçıya vurulmuş zərər kimi 1207 ədəd yetişkən nar kollarına görə 1.097.163 manat, 214 ədəd bar verməyən nar kollarına görə isə 38.948 manat olmaqla, ümumi zərər 1.136.111 manat təşkil etmişdir. Bundan başqa, iddiaçının istifadəsində olan torpaq sahəsində mövcud olmuş damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin 1.215.714,20 manat olması da ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2-2(103)-649l2019 saylı qətnaməsi ilə (sədrlik edən Valeh Ağayev, hak imlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-2(102)111l2020 saylı qərarı ilə (sədrlik edən Rahib Nəbizadə, hakimlər Zakir Quliyev və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi Cənubi Qafqaz X1 layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə m arşrutun Goranboy rayonuna düşən hissəsində 14,29263 hektar və 4,26017 hektar torpaq sahəsi X20 Kəməri Şirkətinin xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmaması, həminin qeyd olunan ölçüdə torpaq sahəsinin iddiaçının icarəsində olan 400 hektar ərazinin 4634 saylı konturunda yerləşib-yerləşmədiyini, həmçinin mübahisə olunan ərazidə Cənubi Qafqaz X1 Layihəsi çərçivəsində qaz boru kəmərinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə paralel inşa edilib-edilmədiyi, paralel inşa olunduğu halda Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin nə vaxtdan mövcud olması, neft boru kəmərinin mühafizə zolağının çoxillik əkmə üçün icarə və istifadəyə verilməsinin mümkünlüyü və iddiaçının iddia etdiyi torpaq sahəsində nar ağaclarının hansı vaxtdan əkildiyini, ağaclar əkilərkən neft boru xəttinin mövcud olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız halda olmasına görə damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin cavabdehdən tutulması qənaətinə gəlmiş, lakin suvarma sisteminin cavabdehin təqsirli hərəkəti nəticəsində yararsız hala düşməsini müəyyən etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2-2(103)-479l2020 saylı qətnaməsi ilə (sədrlik edən Raqib Qurbanov, hakimlər Aida Hüseyn və Vüsalə Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Goranboy rayon İcra Hakimiyyətinin 24 mart 2004-cü il tarixli, 42 saylı sərəncamına əsasən, rayonun X19 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə İddiaçı MMC-yə 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, həmin sərəncam əsasında 24 mart 2004-cü il tarixli 2 saylı icarə müqaviləsi bağlanmış, habelə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 09 aprel 2004-cü il tarixli, XXX saylı Şəhadətnamə alınmışdır. Şəhadətnaməyə görə, İddiaçı MMC-yə aid olan 400 hektar torpaq sahəsi üç hissədən ibarət olmaqla şərti olaraq 4634, 4634A və 4634B saylı konturlar ilə təsvir ed ilmişdir. 3 hissədən ibarət həmin 400 hektar torpaq sahəsi üzərində İddiaçı MMC tərəfindən nar plantasiyası salınmış və damcılı suvarma sistemi quraşdırılmışdır. Bundan sonra “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrut Goranboy rayonuna düşən hissəsində dövlət mülkiyyətində olan və 09 aprel 2004-cü il tarixli XXX saylı (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməyə əsasən, İddiaçı MMC-nin istifadəsinə verilmiş 4634 saylı kontur ilə qeyd olunan torpaq sahəsindən keçdiyi müəyyən edilmiş və bu səbəbdən Goranboy rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında həmin torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı X20 Kəməri Şirkətinin (“CQBKŞ”) xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC müqavilədə qeyd edilən müddət ərzində sözügedən torpaq sahəsi üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi, Dövlət isə, İddiaçı MMC-yə müvafiq kompensasiya ödəməyi öhdəsinə götürmüş və öz növbəsində, bunun qarşılığında, eləcə də İddiaçı MMC-nin müqavilənin digər müddəalarına razılıq verməsi əvəzində sonuncuya müqavilədə qeyd edilmiş ******* manat məbləğində kompensasiya ödəməyə razılıq vermişdir. Bundan sonra, həmin müqavilə ilə nəzərdə tutulan kompensasiya məbləği CQBKG Layihəsi üzrə X9 Edilməsi və Kompensasiyaların Ödənilməsinə dair Təlimat Kitabçası ilə müəyyənləşdirilmiş prinsi plərə və dərəcələrə uyğun hesablanmış və Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə Sazişə uyğun olaraq Dövlətin adından CQBKŞ tərəfindən 29 yanvar 2016-cı il tarixində ümumilikdə ******* manat məbləğində kompensasiya İddiaçı MMC-yə ödənilmişdir. Həmçinin, Sənaye və Energetika Nazirliyi və Boru Kəməri Şirkəti arasında 28 dekabr 2007-ci il tarixində X14 bağlanmış və həmin X14 Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2008-ci il tarixli, 2910 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. X6 5.01-ci maddəsinə əsasən, Boru Kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqları Boru Kəməri Şirkətinə verilmişdir. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı Əlavəyə əsasən Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahəsinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən seriya RX ******* nömrəli “Çıxarış” verilmişdir. İddiaçı MMC-yə XXX saylı Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin Boru Kəmərinin tikinti dəhlizi ilə üst-üstə düşən hissəsinə (080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə) münasibətdə hüquqlar 3 saylı Əlavəyə əsasən Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahələrinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən seriya RX ******* nömrəli “Çıxarış” verilmişdir. 22 aprel 2016-cı il tarixdə İddia çı MMC məktubla cavabdeh “xxxx” şirkətinə müraciət edərək, istifadəsində olan torpaq sahəsində salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini tələb etmişdir. Cavabdeh şirkət isə İddiaçı MMC-nin müraciətinə cavab olaraq, 11 may 2016-cı il tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsindən (080500013S) istifadə üçün bütün lazımi hüquqlar 26 noyabr 2015-ci il tarixində Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X7 (“ÜİM”) 2 saylı Əlavə çərçivəsində CQBKG-yə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki, 29 aprel 2014-cü il tarixində aparılan inventarlaşdırma zamanı mövcud olmamışdır. Boru kəmə rinin istismarı üzrə texniki heyətin və gündəlik atlı patrul xidmətinin nümayəndələri təsdiqləyiblər ki, həmin ağaclar boru kəməri dəhlizinə son bir neçə ay ərzində köçürülmüşdür. Fakt olaraq təsdiqlənib və qeydə alınıb ki, həmin ağaclar 29 yanvar 2016-cı il tarixində kompensasiyası (3100000 manat) ödənilmiş torpaq sahəsindən çıxarılaraq məqsədyönlü şəkildə boru kəməri dəhlizi daxilində yerləşən Dövlətə məxsus torpaq sahəsinə (080500013S) köçürülüb və buna əsasən yenidən həmin ağaclara görə kompensasiya tələb edilir. Məhsula görə kompensasiya yalnız normal aqronomik qaydalara və təcrübəyə uyğun olaraq qanuni şəkildə aparılmış kənd təsərrüfatı fəaliyyətinə olan təsirə görə ödənilir. Ağacların kompensasiya almaq məqsədilə boru kəməri dəhlizinin bir hissəsindən çıxarılaraq digər hissəsinə k öçürülməsi normal kənd təsərrüfatı qaydalarına və fəaliyyətinə uyğun deyil və bu qanunsuz fəaliyyətə görə “xxxx” Şirkəti İddiaçı MMC-yə hər hansı şəkildə kompensasiya ödəmək niyyətində deyildir. Goranboy rayon İcra hakimiyyəti Başçısının adından BP İcazələr və Torpaqayırma üzrə menecer Namiq Abbasovun adına olan 27 may 2016-cı il tarixli, 192 saylı məktubda göstərilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncamı ilə X8 400 hektar torpaq sahəsi İddiaçı MMC-yə 50 il müddətinə icarəyə verilmişdir. Xəritədə ********* S kimi kodlaşdırılmış torpaq sahəsi İddiaçı MMC-nin icarəsindədir və MMC tərəfindən istifadə edilir. Hazırda orada İddiaçı MMC tərəfindən nar bağı salınmış, damcılı suvarma sistemi quraşdırılmışdır. İsrail Respublikasının “xxxx” Şirkətin in Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 01 yanvar 2017-ci il tarixli məktubun məzmunundan görünür ki, 2011-ci ildə irriqasiya sistemi quraşdırılmış ərazinin monitorinqi həyata keçirilmiş, irriqasiya sistemi konkret olaraq göstərilmiş sahədə quraşdırılarkən ümumi dəyəri 530000 ABŞ dolları təşkil etmiş və həmin irriqasiya sisteminin təkrar quraşdırılması 2017-ci ildə göstərilən məbləğə 1,35 dəfə həcmində əlavə xərclər nəzərdə tutulmaqla cəmi məbləğ 715500 ABŞ dolları təşkil edir. “xxxx” ASC tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 11 aprel 2017-ci il tarixli, ASCl2-1240 saylı məktubda göstərilmişdir ki, İsrail dövlətinin istehsalı olan damcılı suvarma sistemləri üçün və digər avadanlıqların Goranboy rayonu X19 torpaqlarından meyvə bağlarının salı nması məqsədilə İddiaçı MMC-nin müvəqqəti istifadəsinə verilmiş 400 ha sahədə quraşdırılması ilə birlikdə ümumi dəyəri 3477920,0 manat (təxminən ******* ABŞ dolları məbləğinin manat ekvivalenti ilə) təşkil edir. Adı çəkilən avadanlıqlar 20092011-ci illərdə 30.06.2009-cu il tarixli 10-İM nömrəli, 08.04.2010-cu il tarixli 11-İMl10 nömrəli, 15.03.2011-ci il tarixli 07-İMl11 nömrəli ilkin müqavilələr əsasında “xxxx” ASC ilə İddiaçı MMC arasında bağlanılmış lizinq müqavilələrinin şərtlərinə uyğun olaraq lizinqə verilmişdir. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Energetika Nazirliyinə təqdim edilmiş 13 oktyabr 2016-cı il tarixli rəydə qeyd edilmişdir ki, 11 oktyabr 2016-cı il tarixində İddiaçı MMC şirkətinin torpaq sahəsinin CQBKGL tikinti dəhlizinin təsirinə məruz qalan hissəsinə baxı ş keçirilərkən müəyyən edildi ki, həmin ərazidə 6-7 il bundan əvvəl əkilmiş nar kollarının hündürlüyünün 1,0-1,52,0-2,5 metrdir, 1421 ədəd sağlam nar kollarından 214 ədədinin bar verməyəndir, eyni zamanda, sonradan əraziyə köçürülən nar kollarının 906 ədədinin qaralaraq qurumuşdur. Baxış keçirərkən nar kollarının sayılmasında CQBKGL BP şirkətinin nümayəndələri Sailov Əsəd, Əsədov Hüseyn, Vəliyev Tural, Kazımov Aydın və Luis Nava iştirak etdilər. Damcılı suvarma sistemi quraşdırılmış ərazidə nar kolları aqrotexniki qaydalara riayət etməklə əkilmiş, cərgə və bitkilər arası məsafələr normaldır. Lakin yaxşı xidmət olunmadığına görə nar kollarının yarpaqları saralmış, çox hissəsi tökülmüşdür və sahə hədsiz alaqlıdır. Kolların üzərində olan meyvələr cılızdır və əksəriyyəti partlamışdır. Bunun sə bəbini şirkətin nümayəndəsi kəmərin ərazidən keçməsinə görə qulluq işlərinin aparılmaması ilə izah etdi. Sözügedən əraziyə 05 mart 2016-cı il tarixində CQBKGL BP şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının bir ay əvvəl bu sahəyə köçürüldüyü müəyyən edilmişdir. Çünki, seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarının əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Lakin həmin dövrdə baxış keçirilən ərazidə nar kollarının miqdarının nə qədər olması müəyyən edilməmiş, yəni nə qədəri daimi və nə qədəri təzə köçürülmüşdür. Məhkəmə iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2014-cü ildən BP Şirkətinin torpaq üzrə koordinator vəzifəsində çalışır, bu məsələlərlə əlaqədar 2016-cı ilin mart ayının 5-də məlumat əsa sında komissiya şəklində həmin ərazidə olub, orada əkilən ağacların mütəxəssis tərəfindən yoxlamasında yoldaşlarla birgə iştirak etmiş, ərazidə texniki nəzarəti həyata keçirmişlər. Orada iştirak edən komissiya üzvlərin də, o cümlədən mütəxəssis öz rəyini bildirdi, ona uyğun da akt tərtib olundu. Yəni mütəxəssis öz rəyində göstərdi ki, bu ağaclar həmin əraziyə yeni əkilib, yeni köçürülüb, o cümlədən həm köklərində, həm də ağacın gövdələrində hiss olunurdu ki, traktorla çıxarılıb, sıyrıntılar var, yeni əkilib. Bununla bağlı orada və köçürülən ərazidə də şəkillər çəkmişlər. Verilmiş sualları cavablandırarkən şahid bildirmişdir ki, onların vəzifələri müşahidə edib yazmaqdan ibarətdir, baxış zamanı müəyyən olundu ki, ağaclar bu əraziyə, yəni mütəxəssisin verdiyi rəyə əsasən, yeni baxışdan təxmi nən 20-30 gün öncə digər əvvəlki sahədən çıxarılıb əraziyə köçürülüb. Həmçinin 2016-cı ilin 5 mart tarixində yağışlı hava idi, baxış zamanı həmçinin BP şirkətinin bir nümayəndəsi Emil Korçiyev, ondan sonra patrul dəstədən Heydər müəllim, Abbas adlı digər nümayəndə, İddiaçı şirkətinin icraçı direktoru Seyfulla müəllim, habelə ictimaiyyətlə əlaqədar şöbənin əməkdaşı Elbəy Quliyev də orada iştirak edirdi, mütəxəssis kimi isə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Qurban Məmmədov idi. Baxış zamanı mütəxəssis Qurban Məmmədov özü Seyfulla müəllimə müraciət edərək, ərazidəki ağacların kökün yoxlamaq üçün icazə aldı, bəzi ağaclardan görünürdü ki, ağac yeni qazılıb çıxarılaraq əkilib ora, bəziləri isə güclə çıxarılıb, yəni əvvəl də orada olmuşdur, nümunə üçün fərqli-fərqli yerlərdən 15-20- yə yaxın ağac yoxlanılmışdır. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 2015-ci ilin yanvar ayının 19-dan layihədə sahə və icarələr üzrə koordinator kimi çalışır, bu işlə bağlı 2 dəfə cəlb olunmuş, birinci dəfə mart ayının 5-də sahələrdən nar ağaclarının götürülüb 13S torpağına əkilməsi ilə bağlı məlumat gəlmiş və onunda bağlı araşdırma qrupu təyin olunmuşdur. Bu səbəbdən əraziyə baxış keçirilmiş, baxış zamanı aqronom Qurban müəllim, sosial şöbəsindən bir nəfər BP-nin əməkdaşı və 2 nəfər atlı patrul orada olmuşdur. Həmin sahədə aparılan müşahidə zamanı müəyyən olunmuşdur ki, başqa ərazidən həmin 13S saylı torpaq sahsində nar ağacları əkilib. İlk dəfə ora gedəndə Qurban müəllimlə, aqronomla və İddiaçı MMC-nin nümayəndəsi ilə birgə təxminən 20-30 ağac seçib ağaclara baxmışlar və həqiqətən də görüldü ki, onlar köklü şəkildə bir ərazidən götürülüb digər əraziyə basdırılmışdır. Bununla bağlı şəkillər də çəkilib. Şahid qismində dindirilmiş X12 ifadə verərək ağacların əraziyə sonradan köçürüldüyünü, daha öncə ərazidə ağaclar görmədiyini qeyd edib, digər şahidlərin verdiyi ifadəyə uyğun şəkildə ifadə vermişdir. X12 tərəfindən verilmiş 23 fevral 2016-cı il tarixli izahatda göstərilmişdir ki, o, səhər öz işini icra edərkən BTC kəmərinin 265-ci km-liyinə gəlib çatmış və 10 fevral 2016-cı il tarixində saat 10:00-da orada İddiaçı MMC-nin işçilərinin kəmərdən 15 metr aralıda nar bağında olan ağacları çıxarıb başqa yerə apardıqlarını görmüş və bu barədə öz rəhbəri Heydər Abbasovu məlumatlandırmışdır. Bundan sonra, Heydər Abbasov hadisə yerinə gəlmiş və Abbas Kərimovla birl ikdə İddiaçı MMC-nin rəhbəri və işçiləri ilə görüşmüşlər. Günorta həmin yerə baxış keçirəndə görmüşdür ki, çıxarılan ağaclar kəmərdən 15 metr aralı əkilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 04 yanvar 2019-cu il tarixli, 26748 nömrəli rəyinə əsasən, həmin torpaq sahəsi (rəydə tədqiq olunan boru kəməri kimi ifadə olunub) İddiaçı MMC-nin JN 4634 nömrəli Şəhadətnamə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin daxilində yerləşir. İddiaçı MMC nar məhsullarının istehsalı ilə məşğul olan şirkətdir və hazırki işdə də o, bütün fəaliyyətini yəni nar ağaclarının əkilməsi, damcılı suvarma sisteminin quraşdırılması və s. qeyd olunan torpaq sahəsində məhz Goranboy rayon İcra Hakimiyyətinin 24 mart 2004-cü il tarixli 42 saylı sərəncamı, həmin sərəncam əsasında bağlanmış 24 mart 2004-cü il tarixli 2 saylı icarə müqaviləsi, habelə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 09 aprel 2004-cü il tarixli XXX saylı Şəhadətnamə əsasında qanuni əsaslarla həyata keçirmiş, torpaq sahəsinin onun tam qanuni sahiblik və istifadəsində olmasını güman etmiş və onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mübahisəli ərazidə əkdiyi ağaclar və quraşdırdığı suvarma sistemi üzərində mülkiyyət hüququ mövcud olmuşdur. X20 Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində X9 edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatın (2015-ci ilin yanvar ayında yenilənib) məzmunundan görünür ki, Layihə üzrə çoxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat həcmində müəyyən edilmişdir. 142 1 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı iddiaçıya vurulmuş zərərin miqdarı - 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə ******* manat, 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə isə 182 manat hesabı ilə 38948 manat olmaqla, cəmi ******* manat müəyyənləşdirilməlidir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 may 2019-cu il tarixli, 8305l06 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız (kəsilmiş və zədələnmiş) və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. İsrail Respublikasının “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu i l tarixli, KO-01l09 saylı müqaviləyə əsasən, sıradan çıxmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarı təxminən 1215714,20 manat (715126,00 ABŞ dolları x 1,70 manat) müəyyən edilir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, mübahisəli əraziyə 11 oktyabr 2016-cı il tarixdə baxış keçirilən vaxt 6-7 il əvvəl əkilmiş 1421 ədəd sağlam nar kollarının mövcud olması, həmin nar kollarının aqrotexniki qaydalara riayət olunmaqla əkilməsi, həmçinin damcılı suvarma sisteminin mövcud olması öz təsdiqini tapmışdır. Cavabdehin faktiki nəzarətində olan sahəyə iddiaçının əməkdaşları tərəfindən qısa müddət ərzində 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmaye və vaxt tələb edən suvarma sisteminin quraşdırılması mümkünsüzdür və belə bir h alın baş verdiyi təqdirdə, cavabdeh bununla bağlı iddiaçıya pretenziya irəli sürər və ya xəbərdarlıq bildirişi göndərərdi. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən, nar kollarının əkildiyi və damcılı suvarma sisteminin quraşdırıldığı torpaq sahəsinin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə aid olubolmaması hazırki mübahisənin həllinə təsir etmir. İddiaçı bütün fəaliyyətini və sərmayesini dövlət orqanı tərəfindən verilmiş Şəhadətnamə əsasında onun icarəsinə verildiyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. Cavabdeh isə həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olması barədə məlumatlı olmuş, lakin iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 21.3, 1096, 1097, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmiş dəlillər ümumiləşdirilmiş qaydada aşağıdakılardan ibarətdir. Mülki prosessual hüquq normalarının pozuntusu: 25 fevral 2003-cü il tarixli X20 Kəməri Sistemi ilə əlaqəli Operator Xidmətləri Müqaviləsinə 19 mart 2020-ci il tarixli İkinci Əlavə və Dəyişikliklər Aktına (bundan sonra “Akt”) əsasən, X20 Kəməri layihəsi üzrə Texniki Operator vəzifəsi üzrə bütün hüquq və öhdəliklər X15 kimi X3 Limited şirkətinə ötürülmüşdür. Aktın 7-ci maddəsinə əsasən, BPXCS (XXX (Caspian Sea) Limited şirkəti) keçid dövründə X15 və X16 üçün və onların adından X2 həyata keçirir və həyata keçirmədiyi təqdirdə Operator Xidmətləri Müqaviləsinə uyğun olaraq həmin fəaliyyətlər birbaşa X15 tərəfindən yerinə yetiriləcəkdir. Buna görə də, iş üz rə cavabdeh XXX xxx şirkəti maddi hüquq münasibəti üzrə hüquqi varisi olan "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti və fəaliyyətləri müvəqqəti olaraq icra edən XXX (Caspian Sea) Limited (reyestr məlumatları əlavə olunur) şirkəti ilə əvəz edilməlidir. Dəlilin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinə istinad etmişdir. BP Şirkəti cavabdehlər İddiaçı MMC-yə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “09 aprel 2004-cü il, JN- 4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin etibarsız hesab edilməsi, 22 yanvar 2016-cı il tarixli torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı MMC-yə ödənilmiş 3.100.000 (üç milyon yüz min) manat pul məbləğinin İddiaçı MMC-dən tutula raq iddiaçı XXX xxx Şirkətinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Hazırda e-22(113)-375l2020 nömrəli iş Bakı Kommersiya Məhkəməsinin hakimi S.Nuriyevanın icraatındadır. Bu səbəbdən iş üzrə hüquqi varislik məsələsi həll edildikdən sonra iş üzrə icraat dayandırılmalıdır. İş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə bağlı qeyd edilmişdir ki, ekspert ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilənədək məhkəməyə təqdim edilmiş sənədlərə istinad etməmiş, məhkəmə baxışı zamanı heç vaxt tədqiq edilməmiş və sonradan cavabdehə məlumat verilmədən təqdim olunmuş 23 aprel 2019-cu il tarixli, KO-01l19 saylı müqaviləyə istinad etməklə kifayətlənmişdir. Ekspert əvvəlcədən hesablanmış nəticəyə gəlmək (idd ia tələbində göstərilmiş məbləğə uyğun rəy vermək) üçün yalnız sözügedən müqaviləyə istinad etmiş, özü hər hansı bir müstəqil araşdırma aparmamış və müqayisəli təhlil metodundan istifadə etməmişdir. Hətta, ekspert Kənan Dünyamalıyev iddiaçının sonradan təqdim etdiyi müqavilənin məzmununu olduğu kimi (ingilis dilində) ekspert rəyinə köçürməkdən belə çəkinməmişdir. Dəlilin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə istinad etmişdir. Apellyasiya məhkəməsi həmçinin Ali Məhkəmənin torpaq sahələrinin üst-üstə düşməsi, iddiaçının istifadə hüququnun qeydə alındığı təqdirdə mübahisəli torpaq sahəsinin sonradan təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınması, habelə iddiaçı tərəfindən ağaclar əkilərkən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin olub- olmamasının araşdırılmasına dair göstərişlərinə münasibətdə göstərilən halların araşdırılmasının mübahisənin həlli baxımından əhəmiyyətinin olmadığını qeyd etmişdir. Ali Məhkəmə qərarında iş üzrə əldə olunmuş ekspert rəyi və mütəxəssis rəyi arasındakı ziddiyyətlə bağlı araşdırma aparılması göstərişini versə də, apellyasiya məhkəməsi bununla bağlı heç bir araşdırma aparmamışdır. Dəlilin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə istinad etmişdir. Maddi-hüquq normalarının pozuntusu: TƏMÖH Sazişinə görə, Boru Kəməri iştirakçıları hər hansı dövlət hakimiyyət orqanları tərəfindən Layihə sazişinin və ya hər hansı bir öhdəliyin pozulmasından yaranan və ya bunların nəticəsi olan itki və zərərə münasibətdə heç bir maddi məsuliyyət daşımırlar. 080500013S(U) kimi ko dlaşdırılmış torpaq sahəsinin İddiaçı MMC-yə heç bir aidiyyəti yoxdur və İddiaçı MMC həmin torpaq sahəsi ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Digər tərəfdən, əgər kompensasiya öhdəliyi yaransa belə, bu öhdəlik üzrə cavabdeh tərəf dövlətin nümayəndəsi qismində çıxış edən Azərbaycan Respublikasının Energetika Nazirliyi olmalıdır, çünki TƏMÖH sazişi üzrə torpaq hüquqlarının müvafiq qaydada Boru Kəməri Şirkətinə ötürülməsini dövlət özü təmin etməli idi. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ilə X20 Kəməri Şirkəti arasında 28 dekabr 2007-ci il tarixdə bağlanmış X6 tələblərinə görə Azərbaycan Respublikası boru kəməri üzrə “Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Saziş”ə əsasən, nəzərdə tutulan boru kəməri fəaliyyətinin həyata keçi rilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət üçün müstəsna və qeyriməhdud əmlak hüquqlarını X20 Kəmər Şirkətinə vermişdir. TƏMÖH Sazişində müəyyən edilmişdir ki, TƏMÖH Sazişi Azərbaycan Respublikasının qanunvericiliyindən (Konstitusiyadan başqa) üstün tutulmalı, TƏMÖH Sazişinin şərtləri beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan Respublikasının öhdəlikləri sayılmalı və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə görə CQBK layihəsinə dair üstün hüquqi rejim kimi tətbiq olunmalıdır. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı müqaviləyə əsasən həmin Şirkətə ötürülmüşdür. Həmin torpaq sahəsinin iddiaçıya hər-hansı bir aidiyyəti olmadığından onun hazırki iddianın qaldırılmasına subyektiv hüququ olmamışdır. Dəlilin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarına, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarına, Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Sazişin (“TƏMÖH Sazişi”) 4.1, 5.2, 6.1, 7.2, 10.2-ci maddələrinə istinad etmişdir. İddiaçıya məxsus XXX saylı Şəhadətnamədə 24 mart 2004-cü il tarixli, 42 saylı sərəncama və torpağın icarəyə verilməsi haqqında 24 mart 2004-cü il tarixli müqaviləyə istinad edilmişdir. XXX saylı Şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və torpaq sahəsinin planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmi şdir. Torpaq sahəsi İddiaçı MMC-yə ayrılan ərəfədə Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. Bunu İddiaçı MMC-nin 7 saylı Bərdə Layihə-Tədqiqat İdarəsinə ünvanladığı 17 mart 2016-cı il tarixli məktub da təsdiq edir. Həmin məktubda 256 hektar torpaq sahəsinin künc döngə nöqtələrinin yer üzərinə keçirilməsi xahiş olunur (XXX saylı Şəhadətnamə verildikdən 12 il sonra). İş üzrə məhkəmə baxışı zamanı əldə edilmiş ekspert rəyinin nəticə hissəsində isə torpaqdan müvəqqəti istifadə hüququna dair 09 aprel 2004-cü il tarixli, XXX saylı Şəhadətnamədə Goranboy rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli, 42 saylı sərəncamı və 24 mart 2004-cü il tarixli, 02 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan rayon icra hak imiyyətinin başçısı tərəfindən təsdiq edilmiş ilkin yerquruluşu planının ilkin müayinə aktına uyğun gəldiyi və boru kəmərinin iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin daxilindən keçdiyinin müəyyən edildiyi göstərilmişdir. Lakin ekspert Şəhadətnamənin cizgi planının düzgün tərtib edilmədiyini bildiyi halda, bunu nəzərə almamış və iş materiallarında olmayan ilkin müayinə aktına istinad edərək qeyri-obyektiv rəy vermişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəylə ziddiyyət təşkil edən həmin rəyin sübutlar siyahısından çıxarılması təkrar ekspertizanın keçirilməsi barədə məhkəməyə vəsatət versə də, onun vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Bu səbəblərdən cavabdeh hesab edir ki, 080500013S(U) kimi kodlaşdırılmış torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ olmamışdır. Dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.3, 65.2, 65.6, 67.3, 67.4, 68, 111.1. 111.2, 50, 66, 109, “Torpaq bazarı haqqında” Qanunun 21-ci maddələrinə istinad etmişdir. İddiaçı öz subyektiv hüququnu təsbit edə bilməməsi ilə yanaşı, cavabdehin nə təqsirini, nə də ki hüquqa zidd hərəkətlərini sübuta yetirə bilməmişdir. Yalnız tamah niyyəti ilə nar kollarını çıxarıb yeni əraziyə əkməklə iddiaçı hüquqdan sui-istifadə edərək əsassız varlanmaq istəmiş, bu isə qanunla yolverilməzdir. Dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 16.1, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad etmişdir. Tə r ə f l ə r i n i ş t i r a k ı v ə i z a h a t l a r ı Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılma sını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli əraziyə mübahisənin predmetini ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən, nar kollarının əkildiyi və damcılı suvarma sisteminin quraşdırıldığı torpaq sahəsinin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə aid olub-olmaması hazırki mübahisənin həllinə təsir etmir. İddiaçı bütün fəaliyyətini və sərmayəsini dövlət orqanı tərəfindən verilmiş Şəhadətnamə əsasında onun icarəsinə verildiyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. Cavabdeh isə həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olması barədə məlumatlı olmuş, lakin iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni cavabdeh həm maddi, həm də prosessual nöqteyi-nəzərdən mübahisələndirmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada q iymətləndirmənin aparılmasını zəruri hesab edir. Kassasiya şikayətində cavabdeh göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişinə əsasən, müzakirə edilməli olan prosessual hüquq varisliyi məsələsinə olduqca səthi yanaşmış, məsələ ilə bağlı heç bir ciddi araşdırma aparmamış, Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinin göstərişlərinə nəzərə almamış, iş üzrə cavabdeh XXX xxx şirkətinin maddi hüquq münasibəti üzrə hüquq varisi olan “X3” MMC-ni tərəf kimi məhkəməyə cəlb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra MPM)-in: - 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. - 418.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə; Normaların məzmununa əsasən, hər növ prosessual pozuntu deyil, yalnız düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən (və ya nəticələnə bilən) pozuntular apellyasiya instansiyası məhkəməsini qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilər. İşdə iştirak etməli olan şəxsin məhkəmə prosesinə cəlb edilməməsini isə mülki prosessual qanunvericilik şikayətin dəlillərindən asılı olmayaraq, qətnamənin ləğv edi lməsi əsaslarından biri hesab etmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası ilk növbədə cavabdehin hüquq varisliklə bağlı dəlilinə münasibət bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in: - 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. - 58.2-ci maddəsinə əsasən, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğ u kimi, hüquqi varisi üçün də məcburidir. Qeyd olunan norma hansı vəziyyətdə hüquq varisliyinə yol verilməli olmasının hüdudlarını müəyyən edir - barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda. Yəni; - şəxs öldükdə; - hüquqi şəxs yenidən təşkil edildikdə; - tələb güzəşt edildikdə; - borc köçürüldükdə; - digər hallarda. Cavabdeh istinad etdiyi 19 mart 2020-ci il tarixli “Akt”ın 7-ci maddəsinə istinadən hüquq varisliyinə yol verilməli olmasını bildirmişdir. Şikayətdə qeyd olunur ki, “Akt”ın 7-ci maddəsinə əsasən, BPXCS (XXX (Caspian Sea) Limited şirkəti) keçid dövründə X15 və X16 üçün və onların adından X2 həyata keçirir və həyata keçirmədiyi təqdirdə Operator Xidmətləri Müqaviləsinə uyğun olaraq həmin fəal iyyətlər birbaşa X15 tərəfindən yerinə yetiriləcəkdir. Azərbaycan Respublikası MPM-in: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin istinad etdiyi “Akt”ın 7-ci maddəsində X2n yalnız X15 tərəfindən həyata keçiriləcəyi deyil, BPXCS tərəfindən həmin fəaliyyət həyata keçirilmədiyi təqdirdə, onun tərəfindən həyata keçirilməli olması qeyd olunmuşdur. Cavabdehin istinad etdiyi aktda həm də göstərilmişdir ki, “Akt”ın 3.5-ci maddəsinə əsasən, texniki operatorluq vəzifəsinin ötürülməsi tarixi 20 mart 2020-ci il Bakı saatı ilə 00:01-dən etibarən başlanacaqdır. Eyni zamanda, “Akt”ın “Tə yinat” adlı bəndinə görə, müqavilənin 7-ci maddəsinə əsasən texniki operatorluq vəzifəsinin ötürülməsinin qüvvəyə minmə tarixində, X16 Operator Xidmətləri Müqaviləsinə uyğun olaraq, X10 texniki operator fəaliyyətində Boru Kəməri Şirkəti adından müstəsna olaraq hərəkət etmək səlahiyyətini həvalə edirlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, X10 texniki operator fəaliyyətini 20 mart 2020-ci il tarixdən həyata keçirməli olsa belə, o müstəqil şəkildə deyil, X20 Kəməri Şirkəti adından bu fəaliyyəti həyata keçirməlidir. Ümumiyyətlə, “Akt”da nəzərdə tutulmuş fəaliyyətə görə “X3” MMC (X15) məhkəmə proseslərində tərəf kimi çıxış edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin hüquq varisliyi ilə ba ğlı tələblərinin gözlənilmədiyinə dair dəlilini əsassız hesab edir. Kassasiya şikayətində ekspertin əvvəlcədən hesablanmış nəticəyə gəlmək (iddia tələbində göstərilmiş məbləğə uyğun rəy vermək) üçün yalnız sözügedən müqaviləyə istinad etməsinə, müstəqil araşdırmanın aparılmamasına və müqayisəli təhlil metodundan istifadə edilməməsinə istinad edilərək, 17 may 2019-cu il tarixli ekspert rəyi mübahisəndirilmişdir. Azərbaycan Respublikası MPM-in: - 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. - 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. “Ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: - 4-cü maddəsinə əsasən, məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. - 7-ci maddəsinə əsasən, ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi i nkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. İşin materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 may 2019-cu il tarixli 8305l06 saylı ekspert rəyindən görünür ki, tədqiqat iki istiqamətdə aparılmışdır: - Tikinti-texniki tədqiqat; - Əmtəəşünaslıq tədqiqat. Kassasiya şikayətində ekspert rəyi yalnız əmtəəşünaslıqla əlaqəli hissədə mübahisələndirilmişdir. Cavabdeh hesab edir ki, ekspert; 1. ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilənədək məhkəməyə təqdim edilmiş sənədlərə istinad etməmiş, məhkəmə baxışı zamanı heç vaxt tədqiq edilməmiş və sonradan cavabdehə məlumat verilmədən təqdim olunmuş 23 aprel 2019-cu il tarix li, KO-01l19 saylı müqaviləyə istinad etməklə kifayətlənmişdir; 2. əvvəlcədən hesablanmış nəticəyə gəlmək (iddia tələbində göstərilmiş məbləğə uyğun rəy vermək) üçün yalnız sözügedən müqaviləyə istinad etmiş, özü hər hansı bir müstəqil araşdırma aparmamış və müqayisəli təhlil metodundan istifadə etməmişdir. 3. ekspert iddiaçının sonradan təqdim etdiyi müqavilənin məzmununu olduğu kimi (ingilis dilində) ekspert rəyinə köçürmüşdür. Ekspert rəyinin “Tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat” hissəsindəki məlumatda qeyd olunmuşdur: “Tədqiqata məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında 07 mart 2019-cu il tarixli qərardadla birlikdə bir cilddən ibarət 2-2(81)-22l2019№li mülki iş təqdim olunmuşdur. İddiaçı MMC cavabdeh “XXX (şahdəniz) Limited şirkəti. 29.04.2019-cu il tarixdə məhkəmənin məktubu daxil olaraq əlavə sənədlər təqdim olunmuşdur.” Halbuki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2019-cu il tarixli 2(81)22l2019 saylı qərardadının “nəticə” hissəsində ekspertin sərəncamına iqtisadi işin materiallarının təqdim edilməsi göstərilmişdir. Rəydə əlavə sənədlərin adı və ya hər hansı digər məlumat mövcud deyildir. Rəyin “əmtəəşünaslıq tədqiqat” hissəsində isə iş materialında olan məlumatlar və rəyin mühəndis texniki ekspertizasının tədqiqat hissəsində göstərilənlərə əsasən tədqiqatın aparıldığı qeyd olunmuş və cavabdehin kassasiya şikayətində istinad etdiyi İsrail Respublikasının “NaanDanJain İrigation LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu il tarixli KO-01l19 saylı müqavilə işin materialında olan sənəd kimi göstərilmişdir. Göründüyü kimi, ekspert rəyinin özündə tədqiqat zamanı istifadə edilmiş sənədlər dəqiq və aydın şəkildə göstərilməmiş, verilmiş məlumatlar isə təzadlıdır. Həmçinin, İsrail Respublikasının “NaanDanJain İrigation LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu il tarixli KO-01l19 saylı müqavilə işin materialında mövcud deyildir. Ümumiyyətlə, 5 səhifəlik ekspertiza rəyinin 3-5-ci səhifələrində sözügedən müqaviləyə istinad edilmişdir. Rəyin həmin hissəsindəki məlumatlar belə azərbaycan dilində verilməmiş, tədqiqat zamanı hansı metoddan istifadə edildiyi göstərilməmişdir. Bütün bunlar ekspert rəyinin mötəbərliyini şübhə altına alır. Məhkəmə kollegiyası göstərilən lərə əsaslanaraq kassasiya şikayətinin sözügedən dəlilini əsaslı hesab edir. Cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərə əməl edilməməsinə dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin işə baxmış tərkibi tərəfindən verilmiş göstərişlərə münasibət bildirmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsinin daha sonra Sənaye və Energetika Nazirliyi ilə Boru Kəməri Şirkəti arasında bağlanmış X14 əsasında hazırki iş üzrə cavabdeh XXX xxx Şirkətinin sahiblik və istifadəsinə verilməsinin, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin, üst-üstə dü şdüyü təqdirdə torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbinin araşdırılmasının, o cümlədən X20 Kəməri Şirkətinin xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasının araşdırılmasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur və hətta tərəflər arasında olan digər inzibati mübahisə üzrə həmin məhkəmə iddiaçının adına olan şəhadətnamənin ləğv edilməsi nəticəsinə gəlinsə belə, bu hazırkı halda iddiaçının torpaq sahəsində əkdiyi ağaclar və quraşdırdığı suvarma sistemi üzərində mülkiyyət hüququnu istisna edə və cavabdehin tərəfindən həmin ağacların məhv edilməsi və suvarması sisteminin sıradan çıxarılması kimi hərə kətlərə haqq qazandıra bilməz. Çünki yuxarıda da qeyd olunduğu kimi iddiaçı bütün fəaliyyətini və sərmayəsini dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında onun icarəsinə verildiyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən,... Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apelyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkə məsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu cür göstərişlərin Konstitusiyanın 127-ci maddəsinin İ hissəsində, habelə MPM-in 7.1-ci maddəsində təsbit olunmuş hakimlərin müstəqilliyi prinsipinə təsiri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu prinsip məhkəmə orqanlarının digər hakimiyyət qollarından asılı olmadığını bəyan etməklə yanaşı, hakimlərin məhkəmə sistemi daxilində instansional cəhətdən müstəqilliyini də nəzərdə tutur.” Məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqlara malik olmamasına dair cavabdehin kassasiya şikayətinin dəlilləri il ə bağlı aşağıdakı qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2593 saylı, 27 dekabr 2007-ci il tarixli Sərəncamına müvafiq qaydada Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə «X11 Limited» Şirkəti (SKPK) arasında bağlanmış 28 dekabr 2007-ci il tarixli müqavilənin 5.0.1-ci maddəsinə əsasən özünün CQBK üzrə TƏMÖHS və Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, Dövlət bununla CQBK üzrə TƏMÖHS ilə nəzərdə tutulan CQBK fəaliyyətinin keçirilməsi üçün, maddə Vİ nəzərə alınmaqla, müqavilə müddəti ərzində torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqlarını SKPK-ya təqdim edir; 7.0.1-ci maddəsinə əsasən: -Dövlət aşağıda qeyd olunanları mümkün qədər qısa müddət ər zində SKPK-ya təqdim edir: a) Təsirə Məruz qalmış şəxsin adı, ünvanı və ya əmlak hüquqları ilə əlaqədar hər hansı dəyişiklik baş verdikdən sonra, bu kimi dəyişiklik barəsində bildiriş və həmin dəyişikliyə dair müvafiq sənədin surəti; b) CQBK Boru Kəmərinin mərkəzi oxunun hər iki tərəfindən beş yüz (500) metr məsafədə yerləşən bütün əmlakların təfərrüatlarını göstərən plan. 7.0.2-ci maddəsinə əsasən: Dövlət təsirə məruz qalmış şəxslərə aid sənədlər üzrə özünün öhdəliklərinə riayət edir və özünün bütün səylərindən istifadə edərək təmin edir ki, hər bir təsirə məruz qalmış şəxs müvafiq təsirə məruz qalmış şəxslərə aid sənəd əsasında deyilən təsirə məruz qalmış şəxsə aid olan bütün öhdəliklərini yerinə yetirsin. İşin materiallarından aydın olur ki, qeyd olunan müqavilənin şərtlərinə müvafiq ol araq, Dövlət adından Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı MMC arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı X20 Kəməri Şirkətinin (“CQBKŞ”) xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixdə bağlanmış və təsirə məruz qalmış şəxs olaraq, Dövlət tərəfindən torpaq hüquqlarının SKPK-ya təqdim edilməsi səbəbindən ödəniləcək kompensasiyanın məbləği müəyyən edilmişdir. Belə ki, Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı MMC arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı X20 Kəməri Şirkətinin (“CQBKŞ”) xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixdə bağlanmış müqavilənin 1.01-ci maddəsinin (k) bəndinə görə, torpaq istifadəçisi təsdiq edir və zəmanət verir ki, dövlət tərəfindən mühafizə zolağı və tikinti dəhlizi torpa ğından torpaq istifadəçisinin istifadə hüququna müəyyən məhdudiyyətlər tətbiq edilməsi və həmin torpağın boru kəməri şirkətinə (sub)icarəyə (və ya) istənilən növ digər istifadəyə verilməsi, eləcə də torpaq istifadəçisinin tikinti dəhlizi torpağında yerləşən əmlakına dəymiş zərər müqabilində ona ödəniləcək kompensasiya məbləği ilə razıdır, həmin kompensasiya məbləğini qəbul edir və bu məsələ ilə bağlı dövlətə (eləcə də Boru kəməri şirkətinə, onun podratçılarına və onun müəyyən etdiyi digər şəxslərə) münasibətdə hər hansı digər tələbi və iddiası yoxdur; Həmin müqaviləsinin 4.01-ci maddəsinin (a) bəndinə görə, torpaq istifadəçisinin bu müqaviləyə əsasən mühafizə zolağı torpağından və tikinti dəhlizindən istifadəsinə məhdudiyyətlərin qoyulmasına razılıq verməsinin, torpaq istifadəçisinin bu Mü qaviləyə əsasən qoyulmuş məhdudiyyətlər nəticəsində məruz qaldığı və ya qala biləcəyi təsirin, itki, ziyan və zərərin (itirilmiş qazancın, əldən çıxmiş faydanın və torpaq istifadəçisinin tikinti dəhlizi üzərində yerləşən əmlak, məhsul və bitkilərinin dəyərinin əvəzi də daxil olmaqla), habelə dövlət tərəfindən bu müqavilənin 2.02-ci bəndinə əsasən istifadədə olan torpaq sahəsinin istifadə edilməsinin, eləcə də torpaq istifadəçisinin bu müqavilənin digər müddəalarına razılıq verməsinin əvəzində dövlət, bu Müqavilənin imzalandığı və notarial qaydada təsdiq edildiyi tarixdən 10 (on) iş günü ərzində, torpaq istifadəçisinə qoşma 1, cədvəl 2-də müəyyənləşdirilmiş məbləğdə (torpaq istifadəçisinin bank hesabına köçürmə yolu ilə) tam və son ödəniş edəcək (bundan sonra - "Kompensasiya"). Həmin maddən in (b) bəndinə görə, kompensasiya Qoşma 1, Cədvəl 2-də müəyyənləşdirilmiş metodologiya əsasında hesablanır və digər komponentlərlə yanaşı, torpaq istifadəçisinin çəkdiyi və/və ya çəkə biləcəyi mümkün əlavə xərcləri əhatə edir. Kompensasiya məbləği heç bir halda birtərəfli qaydada artırıla və ya azaldıla bilməz. Həmin maddənin (f) bəndinə görə, torpaq istifadəçisinin texniki işləri tam və lazımi qaydada icra etməsi və tamamlaması şərti ilə, torpaq istifadəçisinin tikinti müddəti ərzində Boru kəməri dəhlizi daxilində mühafizə zolağı torpağında yerləşən əmlakına dəyəcək ziyan və ya zərərin əvəzi, itirilmiş qazancın və əldən çıxmış faydanın əvəzi də daxil olmaqla, torpaq istifadəçisinə ödəniləcək kompensasiya məbləğinə daxildir, və belə zərərə və ya ziyana görə Torpaq istifadəçisinə heç bir əl avə məbləğ ödənilməyəcək. Həmin maddənin (g) bəndinə görə, torpaq istifadəçisinin texniki işləri tam və lazımi qaydada icra etməsi və tamamlaması, eləcə də torpaq istifadəçisi tərəfindən bu müqavilə ilə mühafizə zolağı torpağına münasibətdə tətbiq edilən məhdudiyyətlərə əməl edilməsi şərti ilə, bu müqavilənin icrası ilə bağlı tikinti müddəti ərzində tikinti dəhlizi xaricində və ya istismar müddəti ərzində boru kəməri dəhlizi xaricində olan mühafizə zolağı torpağında yerləşən torpaq istifadəçisinin əmlakına hər hansı birbaşa ziyan və ya zərər vurularsa, dövlət belə ziyanın və ya zərərin (bu müqavilə üzrə torpaq istifadəçisi tərəfindən texniki işlərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində yaranan və ya ortaya çıxan (çıxa biləcək) hər hansı birbaşa və ya dolayı xərc, zərər və itkilə rin əvəzi istisna olmaqla, habelə tikinti müddəti zamanı və ondan sonra boru kəməri şirkətinin fəaliyyəti ilə bağlı yaranan və ya ortaya çıxan (çıxa biləcək) hər hansı və bütün dolayı xərc, zərər və itkilərin əvəzi istisna olmaqla) həmçinin əvəzini torpaq istifadəçisinə həmin vaxtda olan bazar qiymətlərinə müvafiq ödəyəcəkdir. Əgər torpaq istifadəçisinin əmlakına belə ziyan və ya zərər istifadəçinin istifadədə olan torpaq sahəsinə dair hüquqlarına xitam verildiyi tarixdən sonra dəymiş olarsa, dövlət belə ziyan və ya zərərin əvəzini istifadəçiyə ödəmək öhdəliyinə malik deyildir. Həmin maddənin (h) bəndinə görə, tərəflər razılaşırlar ki, torpaq istifadəçisi tikinti müddəti zamanı və istismar müddəti zamanı boru kəməri şirkətinin boru kəmərinin genisləndirilməsi ilə əlaqədar fəaliyyəti nəticə sində torpaq istifadəçisinin tikinti dəhlizi və mühafızə zolağı xaricində yerləşən əmlakına (ağaclar, meyvə bağının məhsulları və suvarma sistemi də daxil olmaqla) dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziyan, itki və xərclərə görə dövləti və boru kəməri şirkətini (onun podratçıları və müəyyən etdiyi digər şəxsləri) hər hansı və bütün məsuliyyətdən azad edir. Azərbaycan Respublikası MM-in: - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə t utulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İstinad olunan maddi hüquq normalarının tələblərinə əsasən mülki dövriyyə iştirakçıları qanunvericiliklə müəyyən edilmiş imperativ normalarının tələblərinə əməl etməklə, azad surətdə müqavil ələr bağlaya, məzmununu müəyyən edə bilərlər. Hazırkı halda, iddiaçının dövlət orqanı ilə bağladığı müqavilənin şərtlərinə əsasən, torpaq istifadəçisinin boru kəməri dəhlizi daxilində mühafizə zolağı torpağında, yaxud tikinti dəhlizi və mühafizə zolağı xaricində yerləşən əmlakına dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziyan, itki və xərclərə görə dövlət və boru kəməri şirkəti hər hansı və bütün növ məsuliyyətdən azad edilmiş və iddiaçıya kompensasiya şəklində ödənilmiş məbləğin tam və son ödəniş olması müəyyən edilmişdir. Həmin müqavilənin digər şərtinə görə isə, torpaq istifadəçisinin tikinti dəhlizi xaricində və ya istismar müddəti ərzində boru kəməri dəhlizi xaricində olan mühafizə zolağı torpağında yerləşən əmlakına hər hansı birbaşa ziyan və ya zərər vurularsa, müvafiq şərtlər mövcud olduğu halda həmin ziyan və zərərin əvəzinin torpaq istifadəçisinə dövlət tərəfindən həmin vaxtda olan bazar qiymətlərinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçının cavabdeh Şirkətə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi, iddiaçı MMC-nin bağladığı istinad olunan müqavilənin şərtlərinə görə istənilən halda əsassızdır. Qeyd olunanlar o anlama gəlir ki dövlətlə bağladığı müqavilə üzrə müvafiq ərazidə olan əmlakına dəyə biləcək bütün zərər və itkilərə görə əvvəlcədən razılaşdırılmış həcmdə kompensasiya almış MMC, sonradan bu zərər və itkilərlə bağlı məhkəmədə Şirkətə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu subyektiv hüquqla bağlı formalaşdırdığı mövqeyi “M.Bağırovun şi kayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aydın şəkildə əks etdirmişdir. Həmin mövqeyə görə: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. ” Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qətnaməsinin əsaslandırıcı hissəsində Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı MMC arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı X20 Kəməri Şirkətinin (“CQBKŞ”) xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixdə bağlanmış müqaviləyə istinad etsə də, bu müqavilə üzrə nəzərdə tutulmuş kompensasiyanın MMC-yə tam həcmdə ödənildiyini qeyd etsə də, həmin müqaviləyə düzgün hüquqi qiymət verməmiş, MMC-nin Şirkətə qarşı hazırkı iş üzrə tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını nəzərə almamış, nəticədə tətbiq edilməli hüququ tətbiq etməmiş, maddi hüquq pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası MPM-nin: - 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. - 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. - 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğvi üçün əsas olan maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli hüququ tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının tələbinin əsassız olması, sonuncunun dövlət orqanı ilə bağladığı yuxarıda göstərilən müqavilənin tələblərindən irəli gəldiyindən, hazırki iş üzrə icraatın BP Şirkətinin cavabdehlər İddiaçı MMC-yə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “09 aprel 2004-cü il, XXX saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair işə baxılıb qurtaranadək dayandırılması üçün MPM-nin 254.1.4-cü maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MP M-in: 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 mart 2004cü il tarixli qərarına əsasən,... Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət olmadığından, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia tələbi təmin olunmuş hissədə təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh “XXX xxx” Şirkəti tərəfindən verilmiş kas sasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2-2(103)-479l2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qərar qəbul edilərək, iddia tələbi təmin olunmuş hissədə təmin edilməsin. Sədrlik edən Hakimlər Sevda Hüseynova Azər Hüseynov Bəhram Məmmədli
Məhkəmə qərarları › İş №2-2(102)-129/2021
Ali Məhkəmə Qərar — İş №2-2(102)-129/2021
20.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver