Məhkəmə qərarları › İş №2-2(102)-13/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-13/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-13/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” Şirkətinin cavabdeh “xxxx” Şirkətinə qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: İddiaçının əvvəlki mübahisənin predmetini təşkil edən eyni müqavilələrdən irəli gələn əsaslarla, eyni predmet barəsində eyni cavabdehə qarşı iddia tələbi irəli sürməsi tamamilə hüquqi müəyyənlik prinsipinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunu n, İddiaçı “xxxx” Şirkətinin vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə, Cavabdeh Şirkətinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxx” Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli 2-2(103)-141/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı “xxxx” Şirkəti iddia ərizəsində döstərmişdir ki,onunla “xxxx” Şirkəti arasında mənzillərin, torpaq sahələrinin, maşın və avadanlıqların icarəsi, icarə obyektlərində cavabdeh tərəfə xidmət göstərilməsinə dair müqavilələr mövcud olmuşdur.

2. Tərəflər arasında torpaq, maşın və avadanlıqlarla bağlı müqavilələrə əsasən icarə haqları, icarə xidmətinin göstərildiyi ay üçün hesab faktura təqdim olunduğu andan 60 gün ərzində ödənilməlidir.

3. Müqavilə münasibətləri davam etdiyi müddətlər ərzində təqdim olunmuş hesabların son üzləşməsinə əsasən “xxxx” Şirkətinin “xxxx” Şirkətinə ödənilməmiş borcun məbləği 387.942, 68 manat olması göstərilmişdir. Bu borcdsan 133443 manat və ya 171080 ABŞ dolları hissəsi mübahisələndirilməmiş, lakin “xxxx” Şirkəti tərəfindən ödənilməmişdir. 2015-ci ildən sonra ölkədə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişdiyini nəzərə alaraq, hazırki məzənnəyə uyğun olaraq 171.080 ABŞ dollara görə 290.836 manat məbləğ “xxxx” Şirkətindən tam şəkildə tələb olunmalıdır.

4. Müqavilə və təqdim edilmiş hesab fakturaların ödəniş vahidi ABŞ dolları olduğundan (2014-cü illə bağlılıq) və tərəflər arasında əvvəllər mübahisələndirilmiş 254499,41 manat hissəsinin Ali Məhkəmənin qərarına əsasən təmin olunmuş 113.98 4,13 manat hissəsi dolların manata görə məzənnəsinin dəyişməsi baxımından 146.133 ABŞ dolları məbləğindən məhkəmə aktı ilə ödənilmiş hissə nəzərə alınmaqla(çıxılmaqla), yerdə qalan ödənilməmiş 132.442 manat “xxxx” Şirkətinə dəymiş ziyandır. 5. “xxxx” Şirkəti “xxxx” Şirkətinə ödəməli olduğu ümumilikdə 404.820 manat pulu özündə saxlamaqla, ondan faydalanmaqda davam etdiyindən, ondan son iki il üçün Mərkəzi Bankın bank uçot faiz dərəcəsinə uyğun hesablanmış 92.602 manat da tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “xxxx” Şirkətinin cavabdeh “xxxx” Şirkətinə qarşı ziyanın ödənilməsi tələbinə dair cavabdeh “xxxx” Şirkətindən 290.836 manat əsas borc, 92.602 manat hesablanmış faiz borcu və 132.442 manat dəymiş ziyann əvəzi olmaqla cəm i 515.880 manatın tutularaq iddiaçı “xxxx” Şirkətinə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Şirkəti ilə cavabdeh “xxxx” Şirkəti arasında mnzillərin, torpaq sahələrin, maşın və avadanlıqların icarəsi, eləcə də icarə obyektlərində cavabdeh tərəfə xidmət göstərilməsinə dair müqavilələr mövcud olmuş, son olaraq, tərəflər arasında müqavilə münasibətləri 2014-cü ilin noyabr ayında, ödəmə müddəti isə 2015-ci ilin fevral ayında bitmişdir. Belə ki, tərəflər arasında torpaq, maşın və avadanlıqlarla bağlı müqaviləyə əsasən icarə haqları, icarə xidmətinin göstərildiyi ay üçün hesab faktura təqdim olunduğu andan 60 gün ərzində ödənilməlidir. Lakin son illər ərzində cavabdeh tərəfindən müqav ilə öhdəliklərinə əməl olunmamışdır. Ona görə də tərəflər arasında mübahisə yaranmış və ödənilməli olduğu məbləğin bir hissəsi ilə bağlı artıq məhkəmə qətnaməsi mövcuddur. Buna baxmayaraq, cavabdeh yenə də yerdə qalan borcu və məhkəmənin qərarı ilə təmin edilmiş məbləğin ödənilməsini müxtəlif bəhanələrlə təmin etmir. “xxxx” Şirkəti əmlakın subicarəsi ilə məşğul olduğundan, icarəyə götürdüyü əmlakın icarə haqqını vaxtında ödəmək məcburiyyətindədir. Bu səbəbdən də, cavabdeh tərəfindən ödənişlər etmək üçün borc gecikdirildiyindən “xxxx” Şirkəti əmlak yiyələrinə ödəniş etmək üçün borc götürmək məcburiyyətində qalmışdır ki, bu da iddiaçının əlavə xərclər çəkməsinə səbəb olmuşdur. Bu müddətlər ərzində müqavilə öhdəliklərinə vaxtında və lazımi qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olun sa da nəticəsi olmamışdır. Ona görə də mübahisənin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Tərəflər arasında müqavilə münasibətləri davam etdiyi müddətlər ərzində təqdim edilmiş hesabların son üzləşməsinə əsasən “xxxx” Şirkətinin “xxxx” Şirkətinə ödənilməmiş borcun məbləği 387.942,68 manat olmuşdur. Hazırki məqama həmin borcdan 133.443 manat və ya 171.080 ABŞ dollar hissəsi mübahisələndirilməmiş, lakin cavabdeh tərəfindən ödənilməsi də təmin olunmamışdır. 2015-ci ildən sonra ölkədə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişdiyini nəzərə alaraq, hazırki məzənnəyə uyğun olaraq 171.080 ABŞ dollara görə 290.836 manat məbləğ cavabdehdən tam şəkildə tələb olunmalıdır. Bundan başqa tərəflər arasında borc məbləğindən əvvəllər mübahisələndirilmiş 254.499,41 manat hissəsindən, s on olaraq Ali Məhkəmənin qərarına əsasən 113.984,13 manat hissəsi təmin olunmuş, 23.270,25 manat məbləğin hesab fakturalarının təkrarlandığı, 117.245,03 manat hissəsi isə iddiaçının borcu əvəzində başqasına ödənildiyi artıq müəyyən edilmişdir. Tərəflər arasında mövcud müqavilə və təqdim olunmuş hesab fakturaların ödəniş vahidi ABŞ dolları olduğundan, göstərilən xidmətin 2014-cü ilə aidliyi və dolların manata görə məzənnəsinin dəyişməsi baxımından 113.984 manat və ya 146.133 ABŞ dolları məbləğindən məhkəmə aktı ilə ödənilmiş hissə nəzərə alınmaqla, yerdə ödənilməmiş 132.442 (246.426-113.984) manat iddiaçıya dəymiş ziyandır. Həmçinin artıq 2 iki ildir ki, cavabdeh iddiaçıya ödəməli olduğu ümumilikdə 404.820 (113.984+290.836) manat pulu özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istif adə edir və gəlir əldə edərək ondan faydalanır, iddiaçının hesabına varlanır. Pulu istifadəsində saxlamaqla, ondan faydalanmaqda davam etdiyindən, son iki il üçün Mərkəzi Bankın bank uçot faiz dərəcəsinə uyğun (15.02.2016-5%, 04.03.2016-7%, 08.08.2016-9,5%, 14.09.2016-15%) məbləğ hesablanmalıdır ki, bu da 92.602 (1.686,75+11.807,25+3.204,82+75.903,75) manat təşkil edir. Ona görə də borc məbləği ilə yanaşı, manatın devalivasiyası nəticəsində dəymiş ziyan və puldan razılaşma müddətindən artıq istifadəsinə görə hesablanmış faiz məbləği 225.004 (132.442+92.602) manat da tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır. Belə ki, zərərin əvəzinin ödənilməsi və mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan so nra-Mülki Məcəllə) 21 və 1097.1-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1097.1, 425.1-ci maddələrinə istinad olunmuşdur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 aprel tarixli, 2-2(81)68/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxx” Şirkətinin “xxxx” Şirkətinə qarşı cavabdehdən 290.836 manat əsas borcun, 92.602 manat faiz borcunun, 132.442 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır (hakim-Fərid Mədətli).

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə ödənilməsini tələb edən borcun mövcud olmasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamış, həmin sənədlərin digər məh kəmə işlərində olduğu qeyd olunaraq bu məqsədlə müxtəlif sübutların məhkəmə tərəfindən təmin edilməsi barədə vəsatətlər verilmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsasını təşkil edən halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 150.0.5-ci maddəsinə əsasən ərizəyə öz tələblərini əsaslandırdığı hallara dair sübutları əlavə etməyə borcludur. İddiaçı həmçinin məhkəməyə təqdim olunmuş müqavilələr üzrə icarə haqqı borcunun olubolmamasını sübut edə bilməmişdir.

10. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, iddiaçının məhəkəməyə təqdim etdiyi sənədlər iddianı təsdiqləyən zəruri sübutlar olmamaqla, onun iddi asının əsaslılığına dair əsaslı şübhələr yaratmış, iddiaçı isə yaranmış şübhələrin aradan qaldırılması üçün hər hansı sübutlar təqdim etməmişdir.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, işin araşdırılan halları ilə 2014-cü il 6 yanvar tarixindən sonra tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilmədiyi müəyyən olunmuşdur. “xxxx” Şirkəti tərəfindən tələb olunan borc 2012-ci il 1 fevral tarixindən 2014-cü il 6 yanvar tarixinədək olan dövrü əhatə etdiyindən iddiaçının 2014-cü il 27 oktyabr tarixinədək işə baxan birinci instansiya məhkəməsinə yuxarıda istinad olunan bütün müqavilələrlə əlaqəli olan əlavə hesab-fakturaları təqdim etmək və iddia tələbinin həcmini artırmaq kimi prosessual imkanları mövcud olmuşdur. Qeyd olunmalıdır ki, iddia tələbi üzrə tələb edilən borc müqavilə münasibətləri əsasında yarandığından, tərəflər arasında müqavilə münasibətlərinə 2014-cü il 6 yanvar tarixində xitam verildiyindən, tələb olunan borc məbləği əsaslı olsa belə iddiaçı tərəfindən məhkəməyə 2018-ci il 15 yanvar tarixində müraciət olunmaqla iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunmuş iddia müddəti ötürülmüşdür.

12. Məhkəmə bu qənaətini MPM-in 76.1, 77.1, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı 2019-cu il 3 iyun tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 avqust tarixli e-2-2(103)-505/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxx” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 aprel tarixli, 2-2(81)-68/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – İ.Əhmədov, hakimlər – S.Seyidova və V.Məmmədov).

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəməyə təqdim olunmuş müqavilələr üzrə xidmət haqqı borcunun olmasını sübut edə bilməmişdir. Belə ki, iddiasını təsdiq etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər iddianı təsdiqləyən zəruri sübutlar olmamaqla, onun iddiasının əsaslılığına dair əsaslı şübhələr yaratmış, iddiaçı isə yaranmış şübhələrin aradan qaldırılması üçün hər hansı mö təbər sübutlar təqdim etməmişdir.

16. Bu məhkəmə həmçinin onu da vurğulamışdır ki, iddiaçı “xxxx” Şirkəti ilə “xxxx” Şirkəti cavabdeh tərəfə xidmət göstərilməsi və vurulmuş ziyana dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Qüvvədə olan qanunvericiliklə “xxxx” Şirkətinin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol verməsi tələb olunur.

17. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 386.1, 390.1, 373.2, 425.1, 700.1, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, MPM-in 77.1, 78.1, 81, 217.4-cü ma ddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Məhkəmənin qətnaməsi “xxxx” Şirkətinə 2019-cu il 13 sentyabr tarixində, “xxxx” Şirkətinə 2019-cu il 6 sentyabr tarixində göndərilmiş və iddiaçının kassasiya şikayəti 2019-cu il 1 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etmiş, kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 27 avqust tarixli, e-2-2(103)505/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

21. Azərbaycan Re spublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli, 2-2(102)-536/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 avqust tarixli, 2-2(103)-505/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir (sədrlik edən–Z.Quliyev, hakimlər – N.Rəsulbəyova və İ. Hüseynov).

22. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 27 avqust tarixli qətnaməsində məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının məhkəmə iclasına gəlməməsini, işə onun iştirakı olmadan baxılmasının mümkün hesab etməsini göstərsə də, məhkəmə iclasının həmin tari xli protokolundan bəlli olur ki, mübahisəyə 15 dəqiqə ərzində baxaraq qətnamə qəbul etmiş, iddiaçı əvvəlki iclaslarda da iştirak edə bilmədiyindən iddiaçının “xxxx” Şirkətinə xidmət göstərilməsi və vurulmuş ziyana dair məhkəməyə heç bir sübutu təqdim edə bilməmisinə dair qənaəti əsassızdır.

23. Bu məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının kassasiya şikayətindəki başqa bir dəlili yalnız müqavilədən irəli gəlmiş əsas borcla bağlı tək tələb deyil, ondan əlavə daha iki tələblə də bağlıdır. Onlardan biri məhkəmənin qərarı ilə müəyyən olunmuş borcun qaytarılmasının gecikdirdiyi üçün bank dərəcə ilə hesablanmış vurulmuş ziyan, digəri isə müqavilə və faktura ilə razılaşdırılmış məbləğlər ABŞ dollarla olduğu halda, məhkəmə qərarı ilə manatla ödənildiyindən, dollarla manat arasında yaranmış fərq məbləğinin tələbi olsa da bu məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış, halbuki qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin səbəbi ən azından məhkəmə icra məmurlarına sorğu yazılmaqla tədqiq edilməli idi.

24. Həmin məhkəmə qərarında öz qənaətini MPM-in 9, 14.1, 82.3, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş, apellyasiya şikayətinin təmin olunmamasını və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 aprel tarixli, 22(81)-68/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli e-2-2(103)-141/2020 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 aprel tarixli, 2-2(81)-68/2019 saylı qətnaməsi –cavabdehdən 290.836 manat əsas borcun tutulmasının rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə üzrə icraata xitam verilmiş, həmin hissədə iddiaçı “xxxx” Şirkətinin apellyasiya şikayəti qismən təmin edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi üzrə məhkəmələr tərəfindən hərtərəfli araşdırma aparılmışdır. Araşdırmanın yekun nəticəsi olaraq iddia-ziyan tələbinə aid hissəsində rədd olunmuş, əsas borca dair hissəsində isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınln 2017-ci il 4 oktyabr tarixli qərarı ilə iddiaçının göstərdiyi xidmətlərə görə cavabdehin ona ümumi borcunun 133.984,13 manat məbləğində olduğu müəyyən edilərək, həmin məbləğin ondan iddiaçının xeyrinə tutulması qərara alınmışdır. İddiaçının əvvəlki mübahisənin predmetini təşkil edən eyni müqavilələrdən irəli gələn əsaslarla, eyni predmet barəsində eyni cavabdehə qarşı iddia tələbi irəli sürməsi tamamilə hüquqi müəyyənlik prinsipinə ziddir.

28. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının ziyan tələbinə dair Ali məhkəməsinin qeyd olunan qərarı ilə xeyrinə qət olunan 133.984,13 manat məbləğin devalvasiyası nəticəsində ona dəyən 132.442 manat, eyni zamanda, həmin 133.442 manatı və 290.836 əsas borcu özündə saxlayıb faydalandığına görə cavabdehdən 92.602 manat ziyan məbləğinin cavabdehdən tutulmasını tələb etmişdir. Belə olan halda, onun hazırki ziyan tələbinin məhkəmə icraatının mümkünlüyü aydın görünür.

29. Məhkəmə öz qənaətini MPM-in 233.3, 261.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Həmin məhkəmənin 2020-ci il 11 iyun tarixli e-2-2(103)-141/2020 saylı qətnaməsi ilə iddiaçı “xxxx” Şirkətinin apellyasiya şikayəti qismən təmin olunmuş, 1 saylı Bakı İnzibatı İqtisadi Məhkəməsinin 201-cu il 2 aprel tarixli, 2-2(81)-68/2019 saylı qətnaməsi qismən, iddiaçının ziyan tələbinin rədd olunması hissəsində ləğv edilmiş, iddiaçının ona dəymiş ziyanın əvəzinin ödənilməsi haqqında iddia tələbi qismən təmin olunmuş, cavabdeh “xxxx” Şirkətindən 13.398 manat tutularaq iddiaçının xeyrinə ödənilmiş, qətnamə, iddiaçının ziyan tələbinin qalan hissəsinin rədd olunma sı hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 4 oktyabr tarixli qərarında onun xeyrinə tutulan 113.984 manat pul vəsaitinin xidmət göstərilən 2014-cü ildən sonraki iki ildə devolvasiya nəticəsində ziyana məruz qaldığını əsas gətirərək cavabdehə qarşı irəli sürdüyü 132.442 manat həcmində tələbini əsaslı saymır. Məhkəmə çəkişməsi nəticəsində cavabdehin iddiaçıya olan borcunun 272.905 manat deyil, bundan təxminən 2,5 dəfə az olduğu sübuta yetirilmiş, əsas borcun məbləği müəyyənləşmişdir.Yəni, iddiaçının məhkəməyə qədər ərəfədə cavabdehdən, 2,5 dəfədən çox pul tələb etməsinin əsa ssız olduğu ortaya çıxmışdır. Belə olan halda iddiaçı devolvasiyaya görə cavabdehdən 132.442 manat məbləğində pul tutulmasını tələb etməkdə haqlı olduğu istisna edilir. Eyni zamanda iddiaçı 290.000 manat məbləğində əsas borcu özündə saxlayıb faydalanmağa görə bank uçot dərəcəsi tətbiq olunmaqla, cavabdehdən 92.602 manat məbləğində pul vəsaitinin ona dəymiş ziyan kimi tutulmasını tələb etməkdə haqlı hesab oluna bilməz. Ona görə ki, məhkəmənin qərardadı ilə həmin hissədə, yəni, iddiaçının 290.000 manat əsas borc tələbinə dair hissəsində hazırki iş üzrə icraata xitam verilmişdir.

31. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 4 oktyabr tarixli qərarı ilə tutulan 133.984,13 manat puldan cavabdehin faydalanmasına gəldikdə isə, həmin qəra r icraya yönəldikdən sonra cavabdeh tərəfindən gecikdirilmədən icra olunduğu işin mübahisələndirilməyən halıdır. Habelə, bu pul vəsaiti məhkəməyə qədər verilməli olsa belə, iddiaçı tərəfindən cavabdehin həmin pul vəsaitindən faydalanma faktı MPM-in 77.1-ci maddəsinə uyğun qaydada sübuta yetirilməmişdir.

32. Bununla belə məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 4 oktyabr tarixli qərarı ilə və ona düzəliş olunması barədə 2018-ci il 24 aprel tarixli qərardadına əsasən tutulan 133.984,13 manat məbləğində pulun ödənişinin gecikdirildiyi iki ilə görə illik beş faizin hesablanıb cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatan və ədalətli hesab olunmalıdır. Belə olduğu halda, iki tam ilə görə iddiaçıya hesablanıb ödəni lməli olan məbləğ 13.398 manat təşkil etmiş olur.

33. İddiaçının kassasiya şikayəti 2020-ci il 20 iyul tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

34. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv olunması və tərəflər arasında iddianın əsas borc hissəsində baxılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri e) iddiaçının kassasiya şikayətinin dəlilləri

35. Apellyasiya məhkəməsinin işin icraatına xitam verilməsinin əsası kimi istinad etdiyi mövcud məhkəmə aktları və onların aid olduğu iddianın predmeti müqavilələrdən irəli gələn öhdəliklərin məhz həmin müddətdə mübahisələndirilən 251.229,16 manat hissəsi ilə bağlı olmuşdur.

36. Hazırda iddia tələbinin əsas borc hissəsi isə həmin müddətdə cavabde h tərəfindən mübahisələndirilmədən ödənişlərin sırasına qəbul edilmiş 136.713,52 manat əvvəlki iddianın predmeti olmamışdır.

37. Daha sonra isə qeyd olunan 136.713,52 manat məbləğdən 117.245,03 manat icra sənədinin icrası adı ilə cavabdeh tərəfindən “xxxx” Şirkətinin borcu əvəzinə birbaşa “xxxx” MMC-in bank hesabına köçürməklə ödənilmişdir.

38. Tərəflər arasında bundan əvvəlki mübahisə ilə bağlı Ali Məhkəmənin İnzibatiİqtisadi kollegiyasının 2017-ci il 4 oktyabr tarixli, 2-2(102)-385/2017 saylı, qərarı ilə cavabdeh tərəfindən iddiaçının borcu əvəzinə başqa şəxsə birbaşa ödənilmiş 117.245,03 manat məbləği iddia tələbinin apellyasiya qaydasında təmin edilmiş 251.229,16 manat məbləğindən çıxaraq, qətnaməni 133.984,13 hissəsində qüvvəsində saxlamışdır. Ali Məhkəmənin adı çəkilən qərarı qanuni qüvvəsindədir.

39. Məhz bundan sonra, yəni Ali Məhkəmənin iddiaçının borcu əvəzində cavabdeh tərəfindən birbaşa üçüncü şəxsə ödənilən 117.245,03 manat məbləği iddianın təmin edilmiş məbləğindən çıxma barədə qərarından sonra, cavabdeh əvvəllər mübahisəsiz ödənişə qəbul edilmiş və mübahisə predmeti olmayan, mübahisədən kənarda qalan 136.713,52 manat məbləğin ödənilməsindən imtina etdiyindən tərəflər arasında hazırkı işin predmeti olan yeni mübahisə yaranmışdır.

40. Bununla da aşkar şəkildə görünür ki, hazırki iddia tələbinin əsas borc hissəsini təşkil edən 136.713,52 manat məbləğ, mövcud olan məhkəmə aktlarının aid olduğu tərəflər arasında əvvəlki mübahisənin predmeti olmamışdır. Lakin eyni predmet adı ilə apellyasiya məhkəməsinin həmin hissədə işin icraatına xitam vermə mövqeyi, bununla b ağlı prosessual qanunvericiliyin tələbinə zidd olmaqla, həm də cavabdehin həmin məbləğdə əsassız varlanmaya şərait yaratmasına xidmət edir.

41. Bundan əlavə, işin icraatına xitam verilməsi ilə bağlı cavabdehin birinci insatnsiya məhkəməsində, eyni əsasdan vəsatəti olmuş, lakin vəsatət təmin edilməmişdir.

42. Həmçinin iş üzrə tərəflərin həmin müqavilələrdən irəli gələn öhdəliklərin bir hissəsi ilə bağlı əvvəllər baxılmış iqtisadi mübahisəyə dair iş üzrə məhkəmənin qanuni qüvvəsində olan qətnaməsi ilə 2017-ci il 13 aprel tarixinə tərəflər arasında ödənilməmiş ümumi borcun məbləği 387.942,68 manat, bundan 251.229,16 manat hissəsi mübahisələndirildiyi müəyyən olunmuşdur. Yəni yerdə qalan 136.713,52 manat hissəsi ilə bağlı həmin müddətlərdə tərəflər arasında mübahisə mövcud olmamışdır. b) kassa siya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

43. İddiaçının vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli, 2-2(103)-141/20 saylı qərardadının ləğv olunmasını və tərəflər arasında iddianın əsas borc hissəsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli, 2-2(103)-141/20 saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. Kassasiya şikayəti vaxtın da, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

46. Cavabdeh və iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması v ə onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....”. Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə bax ılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itir ilmişsə. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

48. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

50. İş materiallarını hərtərəfli, tam və obyektiv surə tdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

51. İddiaçı əvvəlki mübahisəyə baxılması zamanı məhkəmələrə müqavilə öhdəliklərindən irəli gələn əsas borc öhdəliyi ilə bağlı göstərdiyi xidmətlərə dair sübutetmə vasitələrini təqdim etməli olduğu halda, onları təqdim etməmiş, hazırkı iş üzrə təkrarən 290.836 manat məbləğində əsas borc tələbini həmin cavabdehə qarşı irəli sürmüşdür.

52. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində “iddia tələbinin əsas borc hissəsini təşkil edən 136.713,52 manat məbləğin tərəflər arasında əvvəlki mübahisənin predmeti olmaması” dəlili ilə bağlı qeyd edir ki, iddia ərizəsinin surətindən görünür ki, əvvəllər i ddiaçı cavabdehə qarşı iddia qaldıraraq göstərilmiş xidmətlər və görülmüş işlərin əvəzi olaraq 272.905 manat, müqavilə öhdəliklərini pozduğundan dəymiş ziyana görə isə 72.588 manat olmaqla, cəmi 345.443 manat məbləğin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmişdir.

53. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 27 oktyabr tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdehdən 262.623,31 manat alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

54. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 10 iyun tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2014-cü il 27 oktyabr tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət ol unmuşdur.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 10 fevral tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

56. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 13 aprel tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 27 oktyabr tarixli qətnaməsi ilə cavabdehdən 262.623,31 manat alınaraq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən 251.229,16 manat alınaraq iddiaçıya ödənilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-385/2017 saylı, 2017-ci il 4 o ktyabr tarixli qərarı ilə (və 2018-ci il 24 aprel tarixli qərardad ilə) borc məbləği 133.984,13 manat müəyyən edilmişdir.

57. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli, 2-2(103)-141/2020 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 aprel tarixli, 2-2(81)-68/2019 saylı qətnaməsi-cavabdehdən 290.836 manat əsas borcun tutulmasının rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

58. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının əvvəlki mübahisənin predmetini təşkil edən eyni müqavilələrdən irəli gələn əsaslarla, eyni predmət (əsas borc) barəsində eyni cavabdehə qarşı iddia tələbi irəli sürməsi tamamilə hüquqi müəyyənlik prinsipinə zidd olmasına dair gəldiyi nəticə ilə razılaşır.

59. Belə ki, MPM-in 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən miiəyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

60. Həmin Məcəllənin 261.0.2-ci maddəsinin tələbindən isə görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir.

61. Məhkəmə kollegiyası iddiaçının apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərardadından verdiyi kassasiya şikayəti ilə əlaqədar vurğulayır ki, ap ellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərardadı qanuni və əsaslı hesab edildiyindən şikayətdə göstərilən dəlillər əsassızdır.

62. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli, 2-2(103)-141/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2020-ci il 11 iyun tarixli, 22(103)-141/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar