Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-13/2022 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynli Cavid Əli oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Cavabdeh MMC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 avqust tarixli, 2-2(104)-76/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında ba xılmışdır. I. İŞİN HALLARİ 1. 2005-ci il 29 sentyabr tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) tərəfindən Qazax rayonunun Kəmərli kəndi ərazisindəki kollu örüş sahəsindən 20 ha ölçüdə örüş torpaq sahəsi bentonit gil istehsalı məqsədilə 99 il müddətinə, illik 400 manat icarə haqqı olmaqla icarəçi "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) icarəyə verilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin 2020-ci il 1 dekabr tarixli, 275 nömrəli məktubunun surətindən görünür ki, cavabdehin icarəsində olan torpaq sahələrində bentonit gili istehsalı məqsədi üçün qazıntı işləri aparılmadığından torpaq sahəsinin münbit qatının korlanması faktı qeydə al ınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı 2020-ci il 3 sentyabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasına bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqına 2005-ci il 29 sentyabr tarixli, 10 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 2 dekabr tarixli, e-2-2(115)675/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim K.Vəliyev).
5. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ic raat
6. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli, 2-2(104)-76/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə).
7. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verməklə onun ləğv edilməsi və işin yenidən baxılması üçün başqa apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 avqust tarixli, 2-2(104)-76/2021 saylı qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün hesab edilməmiş və geri qaytarılmışdır.
9. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehin kassasiya şik ayətinin vəkil tərəfindən tərtib olunduğu göstərilsə də, şikayətə əlavə olunmuş vəkilin orderi qanunvericiliyin tələblərinə uyğun olmamışdır (order müvafiq möhürlə təsdiqlənməmiş və hər 3 instansiyada iştirak etmək üçün verilməsi göstərilmişdir).
10. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2018-ci il 27 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1.5, 4.1-ci bəndlərinə və MPM-in 67.1, 407.3, 408.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır
11. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv olunmasını və qətnamədən verilmiş kassasiya şikayətinə baxılması üçün qanunda nəzərdə tutulan tədbirl ərin görülməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. Apellyasiya məhkəməsi mübahisəli vəkil orderi əsasında apellyasiya şikayətinə baxaraq qətnamə qəbul etsə də, kassasiya şikayəti verilən zaman onda möhürün olmaması əsası ilə şikayəti mümkün saymamışdır. Məhkəmənin orderin vəkil bürosu tərəfindən təsdiq olunmamasına istinad etməsi əsassız olmuşdur. Belə ki, order fərdi qaydada fəaliyyət göstərən vəkilə aid olduğundan vəkil bürosu tərəfindən təsdiq oluna bilməzdi. Orderdə möhürün olmaması aradan qaldırılması hər an mümkün olan texniki nöqsandır, vəkil orderlərinin unikal nömrəsi isə möhürlə deyil marka ilə müəyyən olunur. Vəkil orderi müvəkkil ilə vəkil qurumu arasında bağl anmış müqavilə əsasında hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən sənəddir. Bu isə müqavilə azadlığı olmaqla məhdudlaşdırıla bilməz. Belə olan halda, orderin hər üç instansiya məhkəmələrində təmsilçiliklə bağlı verilməsi normaldır və bir iş üzrə 3 müqavilə bağlamaqla 3 order verilməsi məqsədəuyğun olmazdı. Həmçinin, “Vəkil orderi və order markası haqqında Əsasnamə”də “bir istintaq orqanında və bir məhkəmə instansiyasında təmsilçilik”lə bağlı hər hansı müddəa mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin t əmin edilməsini xahiş etmişdir.
14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). Bu səbəbdən, məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
15. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsi nin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
17. Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmas ı, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: … 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamam ilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 18.“Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir Maddə
4. Orderin və order markasının istifadəsi 4.1. Order vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) və təqdim olunacaq təşkilatda qalmaq şərtilə 2 (iki) nüsxədə t ərtib olunmaqla vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin imza və möhürü ilə təsdiqlənir. Vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) qalacaq orderin nüsxəsi onun surətinin çıxarılması yolu ilə vəkil qurumunun rəhbəri (fərdi qaydada fəaliyyət göstərən vəkil) tərəfindən imza və möhürlə təsdiqlənir IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.
20. Belə ki, işin materiallarından görünür ki, işə birinci və apellyasiya instansiya məhkəmələrində baxılarkən, cavabdehi, fərdi qaydada fəaliyyət göstərən Vəkil2 təmsil etmiş, bununla bağlı sonuncu tərəfindən imzalanmış vəkil orderi təqdim edilmiş, həmin vəkil orderində hər üç instansiyada iştir ak etmək üçün verilməsi göstərilmişdir. Orderə möhür vurulmamışdır. Sonradan cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 21 aprel tarixli, 2-2(104)-76/2021 saylı qətnaməsindən kassasiya şikayəti verərkən hər üç instansiyada iştirak etmək üçün təqdim olunmuş vəkil orderinin artıq işin materiallarında olduğuna istinadla, şikayətə vəkil orderi əlavə etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi vəkilin orderinin qanunun tələblərinə uyğun tərtib edilmədiyini (order müvafiq möhürlə təsdiqlənməmiş və hər üç instansiyada iştirak etmək üçün verilməsi göstərilmişdir) əsas gətirməklə yuxarıda göstərilən qətnamədən cavabdeh tərəfindən verilmiş şikayəti qaytarmışdır. 22.Prosessual qanunun tələbinə görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzr ə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər (MPM-nin 66, 67.1 və 407.4-cü maddələri).
23. Azərbaycan Respublikasının ərazisində vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilən və vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüid arəsinin əsaslarını müəyyən edən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisat olmaqla özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi də vəkilliyin əsaslarını təşkil edir.
24. Həmin qanuna əsasən Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının orqanlarıdır. Və killər Kollegiyasının Rəyasət Heyətinin səlahiyyətləri sırasında həmçinin vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlanması, vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasının təşkil edilməsi nəzərdə tutulub (Qanunun 9-cu maddəsinin İ və İV hissəsi və 11-ci maddəsinin İİİ hissəsi).
25. Qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş Əsasnamədə göstərilmişdir ki, vəkil orderimüvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilə də göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Order vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) və təqdim olunacaq təşkilatda qalmaq şərtilə 2 (iki) nüsxədə tərtib olunmaqla vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin imza və möhürü ilə təsdiqlənir. Vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) qalacaq orderin nüsxəsi onun surətinin çıxarılması yolu ilə vəkil qurumunun rəhbəri (fərdi qaydada fəaliyyət göstərən vəkil) tərəfindən imza və möhürlə təsdiqlənir (Əsasnamənin 1.5 və 4.1-ci maddələri).
26. Həmin Əsasnamənin 2.1-ci maddəsinə əsasən order və order markası bu Əsasnamə ilə müəyyən olunmuş formaya uyğun şəkildə bir qayda olaraq mətbəədə order markasına uni kal sıra nömrəsi verilməklə hər nömrədən cüt şəkildə çap edilir və orderin unikal nömrəsi ona yapışdırılan order markası ilə müəyyən olunur. Beləliklə forması və ölçüləri Rəyasət Heyəti tərəfindən təyin olunan və vəkil orderinə yapışdırılmaqla onun həqiqiliyini müəyyən edən, unikal nömrəli marka və ya holoqram şəxsin Azərbaycan Respublikası Vəkillər Kollegiyasında üzvlülüyünün və onun fərdiləşdirilməsinin göstəricisidir.
27. Nəzərə alınmalıdır ki, vəkil orderinin möhürlə təsdiq edilməsi (o cümlədən fərdi qaydada fəaliyyət göstərən vəkilin öz möhürü ilə təsdiq edilməsi), habelə hər məhkəmə instansiyası üçün ayrıca orderin tərtib olunması, yuxarıda göstərilən “Əsasnamə” ilə müəyyənləşdirilmiş mütləq tələblərdir. Hazırki işin materiallarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi nin 2021-ci il 21 aprel tarixli, 2-2(104)-76/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin həmin məhkəmə tərəfindən qaytarılması Əsasnamənin məhz yuxarıda göstərilən həmin iki tələbi ilə bağlı olmuşdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 2 avqust tarixli qərardadından verilmiş şikayətə, əvvəlki orderin onun markasına verilmiş unikal sıra nömrəsi ilə eynilik təşkil edən, fərdi qaydada fəaliyyət göstərən vəkil üçün nəzərdə tutulmuş müvafiq möhürlə təsdiqlənmiş surəti əlavə olunmuşdur.
29. Eyni zamanda kassasiya instansiyası məhkəməsində işə baxılarkən Vəkil2 məhkəmə iclasında ******* saylı order təqdim etmiş, orderdə tapşırığın konkret yerinə yetirildiyi məhkəmə olaraq “Ali Məhkəmə” göstərilmiş, həmçinin bu order müvafiq imza və möhür ilə təsdiqlənmişdir. Başqa sözlə, kassasiya şikayətinin geri qaytarmasına səbəb olmuş hallar aradan qaldırılmışdır.
30. Belə olan halda kassasiya instansiyası məhkəməsi bu qənaətə gəlir ki, hazırki işə baxılarkən cavabdehin vəkili Vəkil2 tərəfindən yuxarıda qeyd olunan şərtlərə riayət edilməklə tərtib edilmiş vəkil orderi təqdim olunduğundan və sözügedən kassasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 408-ci maddəsi ilə müəyyən edilmiş başqa hallar olmadığından, kassasiya şikayətinin onun mümkünlüyünü şərtləndirən tələblərə uyğunluğunun apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən yoxlanılması üçün, işin həmin məhkəməyə göndərilməsinə zərurət yoxdur.
31. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadında cavabdehin qətnamədən verdiyi kassa siya şikayətini geri qaytararkən cavabdehin həmin nöqsanları (şikayətə əlavə edilməli olan vəkil orderinin tələblərə uyğun tərtib olunmaması) aradan qaldırdıqdan sonra yenidən kassasiya şikayəti ilə müraciət edə bilməsi qeyd olunmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin geri qaytarılmasına dair qərardadı ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən həmin məhkəmənin 2021-ci il 21 aprel tarixli, 2- 2(104)-76/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti MPM-nin 407-ci maddəsi ilə müəyyən edilmiş tələblərə (bax yuxarıda §17) uyğundur.
33. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellya siya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 avqust tarixli, 2-2(104)-76/2020 saylı qərardadı ləğv edilsin. MPM-ə uyğun olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.