Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-130/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-130/2023 Bakı şəhəri Açar sözlər: qazdan istifadəyə görə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilk iddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “artıq yazılmış sərfiyyatın silinməsi” və qarşılıqlı iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “təbii qazdan istifadəyə görə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli, 2-2(103)-1001/2022 saylı qətnaməsindən ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2017-ci il 20 fevral tarixli 3071 nömrəli texniki şərtə əsasən, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən X1 xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinin (istixananın) qazlaşdırılması, istixana kompleksinin saatlıq qaz sərfiyyatı 2272,3 kub metr olmaqla 219 mm-lik orta təzyiqli qaz kəmərindən qəbul edilməsi, birləşmə nöqtəsində işçi layihə əsasında siyirtmə quraşdırmaqla obyektə qaz xətti çəkilməsi və üzərində qaz tənzimləyici qurğu quraşdırılması, habelə obyektin şəbəkəyə qoşulması “Azəriqaz “ İs tehsalat Birliyi ilə alqı-satqı müqaviləsi bağlandıqdan sonra mümkün olacağı göstərilmişdir.
2. Yaşıl Ranço" MMC ilə Cavabdeh arasında 2019-cu il 11 sentyabr tarixində “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” AUX4492/19 nömrəli müqavilədən müəyyən olunur ki, Xaçmaz rayonu, Ləçət kəndində yerləşən obyektə sahəsinə G-1600 markalı ********** nömrəli, G-6 diafraqma markalı 28101227 nömrəli, G-6 diafraqma markalı 28101183 nömrəli, G-4 diafraqma markalı 10326990 nömrəli sayğac quraşdırılmışdır. 3. 2021-ci il 19 yanvar tarixində "xxxx" MMC tərəfindən Cavabdeh İB-yə ünvanlanmış ərizədə göstərilmişdir ki, müəssisəyə 2017-ci il 18 noyabr tarixindən xidmət edən G-1600 markalı ********** nömrəli qaz sayğacı qeyd olunan tarixdə quraşdırılmışdır. 2020-ci il 31 dekabr tarixinə qədər aylıq sərfiyyat barəsində heç bir narazılığının olmaması bildirilmişdir. Lakin sonuncu sayğac oxumasından istehsalatda artım olmadığı halda qaz sərfiyyatı əvvəlki aylardan dəfələrlə artıq, yəni sayğacın göstəricisinə uyğun hesablanmışdır. Bununla əlaqədar olaraq sayğacın iş prinsipindən narazı olduqlarından cəmiyyətin vəsaiti hesabına və MMC-nin iştirakı ilə müvəqqəti sayğac ilə əvəz edilərək növbədənkənar dövlət yoxlamasının keçirilməsi xahiş olunmuşdur. 4. 2021-ci il 4 fevral tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə, "xxxx" MMC-yə xidmət edən G1600 markalı ********** nömrəli sayğac çıxarılmış, G-1600 markalı 10517234 nömrəli sayğac (quraşdırılan zaman mexaniki göstərici 04242796 metr3 olmuşdur) q uraşdırılmışdır. 5. "xxxx" MMC tərəfindən təqdim edilmiş 2021-ci il 12 aprel tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə, "xxxx" MMC-yə məxsus obyektə müvvəqəti quraşdırılmış G1600 markalı 10517234 nömrəli sayğac (çıxarılan zaman mexaniki göstərici ********* metr3) çıxarılaraq, G-1600 markalı ********** nömrəli sayğac quraşdırılmışdır.
6. Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmiş 2021-ci il 12 aprel tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə, "xxxx" MMC-yə məxsus obyektə müvvəqəti quraşdırılmış G1600 markalı 10517234 nömrəli sayğac (çıxarılan zaman mexaniki göstərici ********* kub metr) çıxarılaraq, G-1600 markalı ********** nömrəli sayğac quraşdırılmışdır. 7. 2021-ci il 10 mart tarixli SS seriyalı 29/1640-00216 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktda göstərilmişdir ki, Cavabdeh İB-nin SOCAR**********31791640X00216 saylı 2021-ci il 28 yanvar tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Xaçmaz rayon xidmət sahəsinin "xxxx" MMC-nin qaz xətti üzərində quraşdırılmış G-1600 markalı ********** nömrəli turbin tipli “İTRON” qaz sayğacı 2021-ci il 4 fevral tarixində xətdən çıxarılmış (forma-2 ******* nömrəli), 2021-ci il 16 fevral tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: a) ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi, Pbaza1,01325, Tbaza293,15, CO2-0.22, DR-0,69. Göstəricilər arasında f ərq var; b) sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; c) 2020-ci il 12 dekabr tarixi ilə 2021-ci il 4 fevral tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.67 bar, korreksiya olunmuş maksimal qaz həcmi 3948 metr3, korreksiya olunmamış qaz həcmi 1150 kub metr qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2021-ci il 4 fevral tarixində qeydə alınmışdır. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 1615 metr3 çoxdur. Pbaza=1,01325 bar, Tbaza=20 dərəcə. 8. 2017-ci il 16 oktyabr tarixli dövlət yoxlamasında sayğacın mexaniki göstəricisi 00001319 metr3, elektron göstərici Vbt-00001319 metr3, Vt-00001319 metr3, 2021-ci il 9 fevral tarixli yoxlamasında sayğacın mexaniki göstəricisi 03867274 metr3, elektron gö stərici Vbt-11169034 metr3, Vt-03868889 metr3 kimi qeyd olunaraq yoxlamanın nəticəsi: Xətalar normaya uyğun deyil. Batareya tələb olunur. 9. "xxxx" MMC ilə Cavabdeh İB-in Metrologiya Departamenti ilə bağlanmış 2021-ci il 10 mart tarixli 301ST nömrəli müqaviləyə əsasən, Xaçmaz rayonunda yerləşən "xxxx" MMC-yə məxsus 1 ədəd turbin tipli G-1600 markalı ********** nömrəli qaz sayğacının 2021-ci il 10 mart tarixli 000118 nömrəli qüsur aktı nəzərə alınmaqla təmiri və ehtiyyat hissəsinin ayrılması ilə əlaqədar münasibətlər tənzimlənmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən görüləcək işlərə görə sifarişçi əvvəlcədən köçürmə yolu ilə icraçının göstərdiyi bank hesabına 222.39 manat ƏDV daxil ödəmə aparır. 10. 2021-ci il 9 iyun tarixli Abonentin Saldosuna görə, **********00001 nömrəli abonent " xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən Elster GT diafraqma markalı 28101227 nömrəli sayğac üzrə qalıq borc 638,6 manat qeyd olunmuşdur. 11. 2021-ci il 9 iyun tarixli Abonentin Saldosuna əsasən, **********00002 nömrəli abonent "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən Elster GT diafraqma markalı 28101183 nömrəli sayğac üzrə qalıq borc 998,4 manat qeyd olunmuşdur. 12. 2021-ci il 9 iyun tarixli Abonentin Saldosuna əsasən, **********00003 nömrəli abonent "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən Elster GT diafraqma markalı 10326990 nömrəli sayğac üzrə qalıq borc 1300,8 manat qeyd olunmuşdur. 13. 2021-ci il 16 iyun tarixli Abonentin Saldosuna görə **********00000 nömrəli abonent "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən Elster G-1600 TRZ EK-220 markalı ********** nömrəli sayğac üzrə qalıq bor c 414.372 manat qeyd olunmuşdur. Ödəniş qəbzlərinə əsasən "xxxx" MMC tərəfindən təbii qazın istehlak haqqı olaraq Cavabdeh İByə ümumilikdə 262.276,9 manat ödənilmişdir. 14. 2021-ci il 25 yanvar tarixli Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xəbərdarlığa əsasən "xxxx" MMCdən 2021-ci il 29 yanvar tarixinədək 187.164,5 manat debitor borcun ödənilməsi xahiş olunmuşdur. 15. 2021-ci il 16 iyun tarixli Cavabdeh İB tərəfindən tərtib edilmiş abonentin debitor borcu haqqında arayışa görə **********00000 nömrəli abonentin ********** nömrəli sayğacın mexaniki göstəricisi ******* metr3 414.372 manat, **********00001 nömrəli abonentin 28101227 nömrəli sayğacın mexaniki göstəricisi 21524 kub metr 643,6 manat, **********00002 nömrəli abonentin 28101183 nömrəli sayğacın mexaniki göstəricisi 35.21 2 metr3 1012,8 manat və **********00003 nömrəli abonentin 10326990 nömrəli sayğacın mexaniki göstəricisi 56.045 metr3 1.312 manat qalıq borcu olaraq cəmi debitor borcu 417.340,4 manat müəyyən edilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
16. İlk iddia tələbi üzrə iddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2021-ci il 19 fevral tarixində Cavabdeh İB-nə (bundan sonra – “cavabdeh”) qarşı ilk iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, **********00001 nömrəli qaz sayğacının yenisi ilə əvəz olunması və artıq yazılan 150.000 manat məbləğində qaz sərfiyyatının silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
17. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə verərək, Xaçmaz rayonu, Ləcət kən dində yerləşən iddiaçının təsisçisi X1 (bundan sonra – “Ş.Teymurova”) xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsində, 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi, 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişiklik qanunsuz olduğundan etibarsız hesab edilməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən iddiaçının təsisçisi Ş.Teymurovanın xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsində 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə cavabdeh tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 manat məbləğində borc pulun silinməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən iddiaçının təsisçisi Ş.Teymurovanın xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 1.543.941 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən iddiaçının təsisçisi Ş.Teymurovanın xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsində 2017-ci il 20 noyabr tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, **********00001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 4.284 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən iddiaçının təsisçisi Ş.Teymurovanın xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçın ın parnik sahəsində 2017-ci il 20 noyab tarixindən qaz xəttinə quraşdırılmış **********00201 nömrəli, **********00002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 7.019 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən iddiaçının təsisçisi Ş.Teymurovanın xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsində 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00301 nömrəli, **********00003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 11.188 manat məbl əğində pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən iddiaçı şirkətin təsisçisi Ş.Teymurovanın xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsini iddiaçı parnik, digər hissəsini isə bağçılıq məqsədləri üçün işlədir. Tərəflər arasında 2017-ci il 20 noyabr tarixində, /32101 nömrəli müqavilə bağlanaraq 26/32101 ödəyici kod alınmış, iddiaçının parnikində 4 ədəd qaz sayğacı quraşdırılmışdır. Birinci qaz sayğacı, əsas qaz borusuna **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı qoyulmuşd ur. İkinci qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” tipli qaz sayğacından keçən, yemək otağına gedən qaz xəttinə **********00301 nömrəli, **********00003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı qoyulmuşdur. Üçüncü qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tinli “İTRON” qaz sayğacından keçən, qadın yuyunma otağına gedən qaz xəttinə **********00101 nömrəli, **********00001 abonent kodlu Elster G6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı qoyulmuşdur. Dördüncü qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacından keçən, kişi yuyunma otağına gedən qaz xəttinə **********00201 nömrəli, **********00002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı qoyulmuşdur. Birinci əsas qaz borusuna qoyulan **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə 2020-ci il 01 dekabr tarixindən 2020-ci il 31 dekabr tarixinədək 187.724 manat məbləğində pul hesablanmışdır. Bu qaz sayğacı qoyulan vaxtdan yəni 2017-ci il 20 noyabr tarixindən artıq ödəniş hesabladığı hiss olunurdu. Digər o ərazidə yerləşən istixanalarla müqayisə edib şirkətə artıq ödəniş hesabladığından bu barədə dəfələrlə cavabdehin Xaçmaz RQİİnin Xaçmaz Xidmət sahəsinin əməkdaşlarına şifahi müraciət edilmişdir. Cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları da hər müraciətdə sayğacın düz işlədiyini, heç bir artıq hesablanmış ödəniş olmadığını bildirərək şirkətə yalan məlumatlar vermişdir. Lakin bir ay müddətində 187.724,00 manat məbləğində həddən çox ödəniş hesablandığından Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yoxlanması, həmin vaxt qaz xəttinə başqa qaz sayğacın qoyulması barədə cavabdehə müraciət edilmişdir. Müraciət əsasından Bakı şəhərindən gələn cavabdehin əməkdaşları tərəfindən 2021-ci il 04 fevral tarixində Elster G-1600 TRZ EK220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı çıxarılaraq ekspertiza idarəsinə yoxlanmağa göndərilmişdir. Həmin vaxt 2021-ci il 4 fevral tarixində mübahisəli əsas qaz xəttinə, çıxarılmış qaz sayğacın yerinə G- 1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli “İTRON” qaz sayğacı qoyulmuşdur. Bu barədə 2021-ci il 4 fe vral tarixli, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərəflər arasında imzalanmışdır. 2021-ci il 4 fevral tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42210014 kub olmuşdur. Akta qeyd olunmuş və sayğac göstəricisinin şəkli çəkilmişdir. Çıxarılmış qaz sayğacının yerinə 2021-ci il 4 fevral tarixində qoyulmuş G-1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli “İTRON” qaz sayğacı 2021-ci il 12 aprel tarixində Bakı şəhərindən gələn cavabdehin əməkdaşları tərəfindən çıxarıldı. Bu barədə 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərəflər arasında imzalanmışdır. 2021-c i il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42428204 kub olmuşdurr. Akta qeyd olunmuş və sayğac göstəricisinin şəkli çəkilmişdir. İki ay səkkiz gün ərzində tərəflər arasında tərtib edilən aktlara və çəkilən şəkillərə görə müəyyən olundu ki, 218190 kub qaz istifadə olunmuşdur. 218190 kub qaz istifadəsinə görə iki ay səkkiz günə 218190 kub * 0,2 = 43.638,00 manat məbləğində pul ödənişi müəyyən olunur. Burdan da görünür ki, bir ay üzrə 21.819,00 manat məbləğində pul ödənişi müəyyən olunur. Lakin yenə cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz artıq yazılan pulların üstünü ört-basdır etmək üçün 2021-ci il 4 fevral tarixindən 2021 -ci il 12 aprel tarixinədək 805685 kub qaz istifadə edilmiş göstərərək 161137,00 manat məbləğində pul hesablanmışdır. Bu pulun necə hesablanması cavabdehin əməkdaşlarından soruşularkən bildirilmişdir ki, 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən qaz sayğacının göstəricisi cavabdehin Xaçmaz RQİİnin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən 42428204 kubdan dəyişdirilərək qanunsuz olaraq 43314652 kub kimi qeyd edilmişdir. 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edil miş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Hal-hazırda cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq 417340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. SOCAR-ın Cavabdeh İB-nin qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 2021-ci il 10 mart tarixli, SS29/1640-00216 nömrəli aktla razılaşmayaraq, qaz sayğacları üzrə ekspertiza keçirilən zaman “Metrologiya” Departamenti, SOCAR-ın Cavabdeh İB-nin tərkibində yaradılmış, SOCAR-ın Cavabdeh İB-nin təhkim edilmiş və SOCAR-ın Cavabdeh İB-i “Metrologiya” Departamentinə rəhbərlik etmişdir. Ona görə də “Metrologiya” departamentinin qaz sayğacının yoxlanılması zamanı düzgün olmayan akt qəbul edilmişdir. Elster G -1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacını düzgün və tam işləsəydi SOCAR-ın Cavabdeh İB-i “Metrologiya” Departamenti iddiaçı ilə 2021- ci il 10 mart tarixində 301ST nömrəli xidmət müqaviləsi bağlayaraq mübahisəli qaz sayğacının təmirinə 226,00 manat xidmət haqqı alınmazdı. Cavabdeh tərəfindən qanunsuz olaraq qazın istifadəsindən hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pul silinməlidir. Belə ki, parnikdə il ərzində beş ay (noyabr, dekabr, yanvar, fevral və mart) üzrə qaz xəttindən istifadə olunur. İddiaçının cavabdehə qarşı iddiaçının parniki şirkətin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan Xaçmaz rayonu, Ləcət kəndindəki torpaq sahəsinin bir hissəsində yaradılmışdır. 2021-ci il 4 fevral tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli və 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktlardan görünür ki, 2017-ci il 20 noyabr tarixindən 2021-ci il 31 aprel tarixinədək **********00001 nömrəli qaz sayğacı düzgün işləməyərək 2.394.680,80 manat pul yazmışdır. 2021-ci il 4 fevral tarixli, ******* nömrəli, 2021-ci il 12 aprel tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, bir ay üzrə 21.819,00 (yirmi bir min səkkiz on doqquz manat) manat məbləğində pul ödənişi hesablanmalıdır. 5 ay üzrə (noyabr ayının sonundan, dekabr, yanvar, fevral, mart və aprel ayının əvvəllərinədək) istixanada qazdan istifadəsindən 21.819,00 manat * 5ay = 109.095,00 manat, dörd ildi istifadə etdiyimizdən yəni 2017-ci il20 noyabr tarixindən hal hazıradək 109.095,00 manatı * 4 ilə = 436.380,00 (dörd yüz otuz altı min üç yüz səksən manat) manat məbləğində pul ödənişi hesablanmalıdır. Lakin cavabdeh 2017-ci il 20 noyabr tarixindən hal-hazıradək iddiaçıya qanunsuz olaraq 2.394.680,00 (iki milyon üç yüz doğsan dörd min altı yüz səksən) manat məbləğin qazdan istifadə ödənişi hesablamışdır. İddiaçı 2017-ci il 20 noyabr tarixindən hal-hazıradək cavabdehə 1.980.321,80 manat məbləğində ödəniş etmişdir. Bu ödənişdən əlavə də qanunsuz olaraq 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. Burdan da görünür ki, 2017-ci il 20 noyabr tarixindən hal-hazıradək cavabdeh qanunsuz olaraq iddiaçıya qarşı qazın istifadəsindən 2.394.680,00 (iki milyon üç yüz doğsan dörd min altı yüz səksən) manat məbləğin qazdan istifadə ödənişi hesablamışdır. İddiaçı həmin tarixdən hal-hazıradək cavabdehə ödənilmiş 1.980.321,80 (bir milyon, doqquz yüz səksən min üç yüz yirmi bir) manat məbləğində puldan, qazdan istifadə olunan bu dörd ildə ödənilməli olan 436.380,00 (dörd yüz otuz altı min üç yüz səksən) manat məbləğində pul çıxıldıqda 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir) manat məbləğində pul artıq ödəmə vardır. Ona görədə iddiaçının cavabdehə artıq ödənilmiş 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir) manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Birinci qaz sayğacı əsas qaz borusunda **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacından hesablanaraq keçən xətt üzərində qurulmuş, yemək otağına gedən qaz xətinə qoyulmuş **********00301 nömrəli, **********00003 abonent kodlu, Elster G4T DİAFRAQMA markalı, 10326990 nömrəli, qadın yuyunma otağına gedən qaz xətinə qoyulmuş **********00101 nömrəli, **********00001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli və kişi yuyunma otağına gedən qaz xətinə qoyulmuş **********00201 nömrəli, **********00002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacları qanunsuz birləşdirildiyi üçün ləğv olunmalıdır. xx.xx.2017-ci il tarixdən yemək otağına gedən qaz xətinə quraşdırılmış **********0 0301 nömrəli, **********00003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı üzrə hesablanmış 55944 kub və iddiaçı tərəfindən cavabdehə qanunsuz ödənilmiş 11.188,00 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. 2017-ci il 20 noyabr tarixindən qadın yuyunma otağına gedən qaz xətinə quraşdırılmış **********00101 nömrəli, **********00001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı üzrə hesablanmış 21424 kub və iddiaçı tərəfindən cavabdehə qanunsuz ödənilmiş 4284 manat məbləğində pul ona geri qaytarılmalıdır. 2017-ci il 20 noyabr tarixindən kişi yuyunma otağına gedən qaz xətinə quraşdırılmış **********00201 nömrəli, **********00002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı üzrə hesablanmış 35096 kub və iddiaçı tərəfindən cavabdehə qanunsuz ödənilmiş 7019 manat məbləğində pul ona geri qaytarılmalıdır.
19. Cavabdeh iddiaçıya qarşı 2021-ci il 17 mart tarixində qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən təbii qazdan istifadəyə görə 2021-ci il 1 mart tarixinə yaranmış 313.879.4 manat məbləğində əsas borcun abonentin koduna və 30 manat dövlət rüsumunun tutularaq qarşılıqlı iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Daha sonra, cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək ilk iddiaçının istifadə etdiyi təbii qaza görə yaranmış debitor borcunu artırdığına görə iddiaçıdan təbii qazdan istifadəyə görə 2021-ci il 1 iyun tarixinə yaranmış 417.340,4 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə“ müqaviləyə əsasən iddiaçıya məxsus kommersiya obyekti cavabdeh tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində 2021-ci il 1 fevral tarixinə cavabdehə borcu yaranmışdır.
22. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 385.1, 442, 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 4.3, 155.1-ci maddələrinə istinad olunmuşdur.
23. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli, 2-2(113)-1530/2021 saylı qərardadı ilə ilk iddia tələbi “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən ilk iddiaçının təsisçisi X1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində yaradılmış ilk iddiaçının parnik sahəsində 2017-ci 20 noyabr tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, **********00001 abonent kodlu, Elster G-6T diafraqma markalı, 28101227 nömrəli, ********** 00201 nömrəli, **********00002 abonent kodlu Elster G-6T Diafraqma markalı, 28101183 nömrəli, **********00301 nömrəli, **********00003 abonent kodlu, Elster G-4T Diafraqma markalı, 10326990 nömrəli qaz sayğacının çıxarılaraq ləğv olunması hissəsinə münasibətdə icraata xitam verilmişdir. (hakim S.Nuriyeva).
24. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli 2-2(113)-1530/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, iddiaçının cavabdehə qarşı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G- 1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsinin ilkin iddia üzrə cavabdehə həvalə edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçıdan təbii qazdan istifadəyə görə 2021-ci il 1 iyun tarixinə yaranmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir (hakim S.Nuriyeva).
25. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinad etmiş (bax yuxarıda §1-16 ) və ilkin iddia tələbinin “2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elst er G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi” hissəsində iddianı əsaslı hesab edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndinə əsasən “Qazadan istifadə Qaydalarının” 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirilməsi nəzərdə tutulmuşdur.
26. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təc hiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki ba xışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
27. Tərəflər arasında bağlanmış müqavilə üzrə götürülümş öhdəliklərdə sayğacın dəyişdirilməsi və quraşdırılması qaydaları müəyyən edilmişdir. Qeyd olunan müqavilənin müvafiq bəndində sayğacın dəyişdirilməsi və quraşdırılması meyyarının həyata keçirilməsi hissəsin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-na istinad olunduğundan məhkəmə ilkin iddia tələbinin “xx.xx.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi” hissəsində iddiaçının tələbi haqlıdır. Belə ki, işin hallarından məlum olduğu kimi sayğacdan nasazlığın olması müəyyən edilmişdir. Həmin nasazlığın yaranma səbəbi aparılmış yoxlama zamanı müəyyən edilməsədə aradan qaldırılması barədə tədbirlər görülmüşdür. İlkin iddia tələbi üzrə qeyd olunan hissədə məhkəməyə müraciət etməsində məqsəd sayğac üzərində aparılmış təmirdən narazı qalmasıdır. Belə olan halda ilkin iddia tələbinin qeyd olunan hissəsi üzrə ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə Cavabdeh İB-nə qarşı tələbi qanuna müvafiqdir.
28. Məhkəmə ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən mübahisələndirilən “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində olan obyektə quraşdırılmış Elster G-1600 T RZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 1.543.941 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir manat) manat, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı üzrə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 4.284 manat, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı üzrə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 7.019 manat, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı üzrə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 11.188 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə göstərmişdir ki, qeyd olunan məbləğlər ilkin iddia üzrə iddiaçı cəmiyyətin fəaliyyəti dövründə yalnız sərfiyyatını əhatə edir. Yəni hesablanmış borclar həmin tarixlə rdə cəmiyyətin istifadəsində olan sayğacların göstəriciləri üzrə qeydə alınmışdır. İddiaçı cavabdehə müraciət edərək, Elster G-1600 TRZ EK-220 markalı qaz sayğacının 2020-ci il 31 dekabr tarixinə qədər aylıq sərfiyyat barəsində heç bir narazılığının olmamasını bildirərək, qeyd olunan tarixdən sonrakı dövr üzrə sərfiyyat hesablaması üzrə yoxlamanın aparılmasını xahiş etmişdir. Aparılmış yoxlamanın nəticəsində sayğacın elektron göstəricisində nasazlığın olması bu nasazlığın səbəbi kimi “batareyanın” dəyişdirilməsinə ehtiyac olması bildirilmişdir. Eyni zamanda aparılan yoxlama zamanı sayğacın mexaniki göstəricisinin işlək vəziyyətdə olması qeyd olunmuşdur. İsin materiallarına əlavə edilmiş “Abonentin saldosunda” cəmiyyətə hesablanmış məbləğlərin sayğacın mexaniki göstəricisinə uyğun hesabland ığı müəyyən edilir. Göründüyü kimi iddiaçı tərəfindən ilk əvvəl 2020-ci il 31 dekabr tarixinə qədər olan dövrə dair hər-hansı mübahisəli halın olması göstərilməmişdir. Lakin buna baxmayaraq iddiaçı yoxlama dövrü ərzində müvəqqəti olaraq obyektə qoşulmuş sayğacın çıxarılma aktında qeyd olunan sərfiyyata uyğun bütün fəaliyyət dövrünə aid edilməsini xahiş etmişdir.
29. Məhkəmə ilkin iddia tələbinin “2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin akta düzəliş edilmiş hissə aktın məzmunu n əhatə etmir. Belə ki, adından da göründüyü kimi qeyd olunan akt “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında”-dır. İddiaçı sayğacın çıxarılması zamanı sərfiyyat göstəricilərinə edilmiş düzəlişin etibarsız hesab edilməsini tələb etməklə müvəqqəti sayğacın qoşulduğu dövr üzrə sərfiyyatın hesablanmasını və həmin sərfiyyatın digər aylara tətbiq edilməsini təmin etməkdir. Məhkəmə qeyd olunan halla razılaşmayaraq göstərmişdir ki, tərtib edilmiş aktın tərəflər üçün yaratdığı hüquqi nəticə sayğacın çıxarılması halının təsdiqidir. İlkin iddia tələbi üzrə həmin aktda edilmiş dəyişikliyin etibarsız hesab edilməsi halında belə həmin aktın hüquqi nəticəsinə təsir etməyəcəkdir. Eyni zamanda iddiaçının bu tələbi irəli sürməsində əldə etmək istədiyi nəticə, yəni həmin akt üzr ə göstərilmiş sərfiyyata uyğun olaraq müəssisənin təbii qazdan istifadə etdiyi bütün müddətə və yaxud müvvəqəti sayğacın obyektdə xidmət etdiyi müddətə şamil edilməsinə əsas olmayacaqdır.
30. Məhkəmə ilkin iddia tələbinin “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsində 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pulun silinməsi” hissə sinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti üzrə göstərilən məbləğ üzrə cavabdehin iddiaçıya qarşı təbii qazdan istifadəyə görə 2021-ci il 1 iyun tarixinə yaranmış 417340,40 manat məbləğində əsas borcunun ödənilməsinə dair qarşılıqlı iddia tələbi irəli sürülmüşdür. Odur ki, məhkəmə araşdırmasında qənaət prinsipinə uyğun olaraq məhkəmə hər iki tələbə hüquqi qiymətin birlikdə verilməsini zəruri hesab etmiş və qeyd etmişdir ki, MM-nin 6.2, 385.1, 386.1, 389.1, 442, 567 və 600.1-ci maddələrinin tələblərindən göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin və həmin öhdəliklərin yerinə yetirilməsi şərtlərinin meyyarları müəyyən olunmuşdur. İddiaçı tərəf ümumilikdə cavabdehə qarşı qaldırılmış tələblərində ödənilmiş təbii qaz sərfinə görə məbləğlərin geri qaytarılması, habelə hazırda cavabdeh tərəfindən hesablanmış borcun silinməsinə dair iddiasının əsası cəmiyyətə xidmət edən sayğacın yoxlama üçün çıxarıldığı iki ay boyunca digər sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq hesablaması və bütün fəaliyyət dövrünə şamil etməsidir. Buna sübut olaraq müvəqqəti sayğacın çıxarılması zamanı tərtib edilmiş aktda cavabdeh tərəfindən onun iştirakı olmadan edilmiş düzəlişdir. Həmin hallara məhkəmə məcmu halında qiymət verərək göstərmişdir ki, tərəflər arasında yaranmış münasibətlərdə və bu münasibətləri tənzimləyən müqavilə və digər əqdlərdə istifadə edilmiş qaz sərfiyyatının sözügedən akt əsasında hesablanmasına dair hər hansı öhdəlik və ya qayda qeyd olunmamışdır.
31. Məhkəmə qarşılıqlı iddianı əsaslı hesab etmişdir. Belə ki, hal-hazırda irəli sürülmüş qarşı lıqlı tələb üzrə göstərilən əsas borc məbləği bir başa iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmışdır ki, qeyd olunan borcun ödənilməsi iddiaçının üzərinə tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən edilmiş öhdəlikdir. Odur ki, cavabdeh qarşılıqlı iddia tələbində haqlıdır. Eyni zamanda ilkin iddiaçı məhkəmə araşdırması zamanı istixanada yetişdirilən məhsulun miqdarının hər il eyni olması halında sərfiyyatın müvəqqəti sayğac qoyulduğu vaxt az olması səbəbindən də əvvəlki sayğacın düzgün işləməməsi qənaətinə gəlmişdir. Bununla əlaqədar olaraq 2021-ci il dövrü əhatə edən müvafiq gömrük bəyənnamələrini məhkəməyə təqdim etmişdir ki, həmin bəyənnamələr üzrə göstərilən məhsulun miqdarı yalnız həmin il üzrə əkilmiş məhsulu müəyyən etməyə qismən imkan verir. Təqdim olunan göm rük bəyənnamələr cəmiyyət tərəfindən ölkə ərazisindən kənara satılmış malların miqdarını təsdiq etsədə ölkə daxilində edilmiş satışların olmaması və olduğu halda nə qədər olması barədə məlumatı özündə əks etdirməmişdir. Ümumiyyətlə, təqdim edilmiş sübutlar iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələblərinin əsaslı olmasını təsdiq etməmişdir. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçıya iddia tələblərinin hüquqi əsasını təşkil edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, sonuncu qeyd olunan halların təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 4.2, 4.9-cu bəndl ərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 389.1, 385.1, 386.1, 442, 567, 600.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 76.1, 76.2, 77.1, 81ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
33. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti və daha sonra apellyasiya şikayətinə əlavə verilərək onun qismən ləğv edilməsi, ilk iddia tələbi təmin olunaraq 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişiklik qanunsuz olduğundan etibarsız hesab edilməsi, cavabdeh tərəfindən qanunsuz olaraq qazın istifadəsinə h esablanmış 417.340,40 manat məbləğində borc pulun silinməsi hissəsində təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-151/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi; Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 fevral tarixli e-2-2(113)1530/2021 saylı qətnaməsinin ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilməsi, ilk iddianın həmin hissədə qismən təmin edilərək iddiaçının 117.169 manat borcunun silinməsinin cavabdehə həvalə edilməsi, qarşılıqlı iddianın 117.169 manat borcun iddiaçıdan cavabdehin xeyrinə tutulması hissəsində rədd edilməsi, qət namənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi) V.Məmmədov və R.Qurbanov).
35. Apellyasiya instansiya məhkəməsi apellyasiya baxışının hədləri daxilində gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin materiallarına əlavə edilmiş 2021-ci il 16 iyun tarixli Cavabdeh İB-i tərəfindən tərtib edilmiş abonentin debitor borcu haqqında arayışdan görünür ki, **********00000 nömrəli abonentin ********** nömrəli sayğacın mexaniki göstəricisi ******* kub metr 414372 manat, **********00001 nömrəli abonentin 28101227 nömrəli sayğacın mexaniki göstəricisi 21524 kub metr 643,6 manat, **********00002 nömrəli abonentin 28101183 nömrəli sayğacın mexaniki göstəricisi 35212 kub metr 1012,8 manat və **********00003 nömrəli abon entin 10326990 nömrəli sayğacın mexaniki göstəricisi 56045 kub metr 1312 manat qalıq borcu olaraq cəmi debitor borcu 417340,4 manat müəyyən edilmişdir.
36. İşin araşdırılan hallarından görünür ki, iddiaçının müraciəti əsasında ona məxsus obyektin qaz sayğacında hər hansı qüsur olub olmadığının müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə xidmət edən G1600 markalı ********** nömrəli sayğac xx.xx.2021-ci il tarixli aktla çıxarılaraq yoxlamaya göndərilmiş, müvəqqəti olaraq 10517234 nömrəli sayğac (quraşdırılan zaman sayğacın üzərindəki mexaniki göstərici ********* kub metr olmuşdur) quraşdırılmışdır. MMC-nin sayğacı 2021-ci il 12 aprel tarixli akt əsasında yerinə qaytarılmış, həmin tarixdə çıxarılan müvəqqəti sayğacın mexaniki göstəricisi iddiaçı tərəfindən təqdim edilmiş akta əsasən ********* kub metr olmuşdur. Hər iki akt abonentin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli aktda çıxarılan sayğacın mexaniki göstəricisi sonradan Cavabdeh İB tərəfindən birtərəfli qaydada (üzərindən xətt çəkilməklə) dəyişdirilmiş və 43014742 kub.metr qeyd edilmişdir.(iş mat. 1-ci cild 177-ci vərəq).
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
38. İşin materiallarına əlavə edilmiş aktlardan göründüyü kimi, iddiaçının xx.xx.2021xx.xx.2021-ci il tarixlərində istehlak etdiyi qaz sə rfiyyatı işdəki aktlarda öz əksini tapmış müvəqqəti sayğacın göstəricisinə əsasən 218090 kub metr, dəyəri isə 43638 manat (1 kub metr 0,20 manat) olduğu halda, abonent saldosuna əsasən fevral, mart, aprel ayları üçün (iki ay səkkiz gün) istehlak edilmiş təbii qaza görə 161.137 manat borc, yəni faktiki istehlak edilmiş qazın dəyərindən 117.499 manat artıq borc hesablanmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, əsassız hesablanmış 117.499 manat borcun tutulmasının cavabdehə həvalə edilməsi hissəsində ilk iddia təmin edilməli, qarşılıqlı iddia həmin borcun tutulması hissəsində rədd edilməlidir.
39. İşə birinci instansiya qaydasında baxılarkən 2021-ci il 01 iyul tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin əməkdaşı X2 ifadəsində bildirmişdir ki, üzərində düzəliş edilmiş 2021-ci il 12 aprel tarixli aktı o tərtib etmişdir. Aktı tərtib edərkən yorğun olduğundan sayğacın göstəricisini düzgün qeyd etməmişdir. Şahid bildirmişdir ki, 7 illik iş təcrübəsi vardır və daha əvvəl belə hal baş verməmişdir. Akta düzəliş edərkən abonentin nümayəndəsinin iştirak etmədiyini bildirmişdir.
40. Məhkəmə hesab etmişdir ki, sayğac çıxarılarkən abonentin nümayəndəsi ilə göstəricilər qeyd edildiyi halda, göstəricilərə dəyişiklik edilərkən MMC-dən hər hansı nümayəndə dəvət edilmədiyindən cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişiklik mötəbər qəbul edilə bilməz. Şahid tərəfindən təqdim edilmiş fotoşəkillərin hansı sayğaca aid olduğu və hansı tarixdə çəkildiyi müəyyənləşdirmək mümkün olmadığından məhkəmə həmin fotoşəkilləri ilk iddia üzrə cavabdehin etirazını təsdiq edən sübut kimi qəbul etməmişdir.
41. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işə birinci instansiya qaydasında baxmış ilk iddia tələbini qeyd edilən hissədə rədd edərkən iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır.
42. İddiaçı tərəfindən mübahisələndirilən digər borc məbləğləri ilə bağlı həmin məhkəmə MPM-nin 77.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, mübahisələndirilən dövrdə MMC-nin qaz sayğacının qüsurla işləyərək faktiki qaz sərfiyyatını daha artıq qeydə aldığına dair işin materiallarında sübutlar olmadığından və həmin borclar qazdan istifadəyə görə sayğac göstəriciləri əsasında hesablandığından apellyasiya şikayəti həmin hissədə əsassız hesab edilir.
43. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Qaydaların 5.2-ci bəndinə, MPM-in 77.1-ci maddəsi nə istinad etməklə əsaslandırmışdır.
44. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, qətnamənin ilk iddianın təmin edilərək, 117.169 manat borcun silinməsi hissəsində qismən ləğv edilərək, 417.340,4 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi, qarşılıqlı iddianın isə rədd edilmiş 117.169 manat hissədə qismən ləğv edilərək, 417.340.4 manat borcun iddiaçıdan cavabdehin xeyrinə tutulması hissəsində rədd edilməsi, işin materiallarının yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir.
45. Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, qətnamənin ilk iddianın qismən təmin edildiyi hissədə, qarşılıqlı iddianın isə rədd edilmiş hissədə ləğv edilməsi, işin materiallarının yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 iyul tarixli, 2-2(102)-415/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-iddiaçının 299.841,4 manat məbləğində borcun silinməsi barədə ilk iddia tələbinə (müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinə) aid hissədə ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
47. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən, ilk iddiaçının apellyasiya şikayətinin 243.000 manat vəsaitin ödənilməsi ilə bağlı dəlilləri üzrə hər hansı araşdırma aparılmamış, eləcə də həmin dəlillərə hüquqi qiymət verilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi müvəqqəti qaz sayğacının 2021-ci ilin fevral ayı üzrə qeydə aldığı sərfiyyat məbləğinin iddiaçının qüsurla işləməsindən narazı olduğu qaz sayğacının işlədiyi, qış mövsümü üzrə oxşar aylardakı (dekabr, yanvar) sərfiyyat məbləğindən kəskin fərqli olmasını müəyyən etsə də, mübahisəli həmin aylar üzrə əsl qaz sərfiyyatının müəyyən edilməsi istiqamətind ə hər hansı araşdırma aparmamış, iddiaçının dəlillərini əsaslandırmaq üçün istinad etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da, işdə sübutların olmamasına dair yalnış nəticəyə gəlmiş, məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməmişdir.
48. Apellyasiya instansiyası məhkəməsinin borcun silinməsi tələbinin təmin olunmayan hissəsində sübutların olmamasına dair qənaəti, həmin məhkəmənin ilkin iddianı əsaslı hesab etdiyi (2021-ci ilin fevral-aprel ayları üzrə artıq hesablanmış borcun silinməsi) hissəsi ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmənin iddianın əsaslı hesab etdiyi hissəsi üzrə də iddiaçı tələbini əsaslandırmaq üçün eyni faktiki hallardan çıxış etmiş və bununla bağlı iddiaçıya məxsus istixanad a quraşdırılmış müvəqqəti sayğacın göstəricilərinin əks olunduğu aktları təqdim etmişdir. Bununla belə, həmin aktların hansı səbəbdən MPM-nin 80-ci maddəsinin tələbləri baxımından mübahisəli dövr üzrə borcun silinməsi tələbinə aid sübut olmamasına məhkəmə qətnaməsində hüquqi qiymət verilməmişdir. Apellyasya şikayətinin dəlilləri üzrə qiymətləndirmə aparılması üçün zəruri olsa da, "Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında" SS№29/1640-00216 saylı, xx.xx.2021 tarixli akt, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin cavabdehə ünvanladığı 2017-ci il 20 aprel tarixli, **********72 saylı sübut kimi qiymətləndirilməmiş, "xətaların normaya uyğun olmadığı", elektron tablonun düzgün işləmədiyi, yalnız mexaniki hissənin işlədiyi qaz sayğacının iddia çının mübahisələndirdiyi 2020-ci ilin noyabr, dekabr və yanvar ayları üzrə qaz sərfiyyatını düzgün qeydə alıbalmamasının müəyyən edilməsi məqsədilə xüsusi bilik tələb edən sualların izahının zəruriliyi müzakirə edilməmişdir.
49. Məhkəmə kollegiyası bildirmişdir ki, təkrar apellyasiya baxşı zamanı qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdə olan sübutlar tam və hərtərəfli araşdıralaraq nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
50. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli, 2-2(103)-1001/2022 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – 299.841,4 manat mə bləğində borcun silinməsi ilə bağlı ilk iddianın təmin edilmədiyi, həmçinin müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edildiyi hissələrdə ləğv edilmiş, ilk iddia tələbi 299.841,4 manat borcun silinməsi hissəsində təmin edilmiş, həmin borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilmiş, müvafiq olaraq qarşılıqlı iddia tələbi 299.841,4 manat borcun tutulması hissəsində rədd edilmişdir (sədrlik edən – X.Cəmilova, hakimlər M.Tağızadə və A.Oruczadə).
51. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh tərəfindən Qaydaların tələblərinə əməl olunmamış, abonent saldosunda iddiaçının 2021-ci ilin fevral, mart, aprel ayları üçün (iki ay səkkiz gün) istehlak edilmiş təbii qaza görə borcu, həmin dövrdə iddiaçının istifadəsində olmuş müvəqqəti sayğacın göstər icələrinə əsasən hesablanmamış (həmin göstəricilər cavabdehin əməkdaşının tərtib etdiyi aktlarda göstərilmişdir), beləliklə də 117.499 və 299.841,4 manat artıq borc hesablanmışdır. Məhkəmənin müəyyən etdiyi həmin halları təkzib edə biləcək hər hansı sübut cavabdeh tərəfindən işin təkrar apellyasiya baxışı zamanı da təqdim edilməmişdir.
52. İddiaçıya məxsus istixanada quraşdırılmış sözügedən qaz sayğacının laborator müayinəsinin nəticələri üzrə tərtib olunmuş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS№29/1640-00216 saylı, 2021-cu il 10 mart tarixli akta əsasən işin müəyyən edilmiş halı ondan ibarət olmuşdur ki, sayğacın mexaniki hissəsi işləkdir, xətalar normaya uyğun deyil, batareya tələb olunur. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitə sinin cavabdehə ünvanladığı 2017-ci il 20 aprel tarixli, **********72 saylı məktubunda təhvil verilən və qəbul edilən qazın həcminin hesabatının dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında tablonun göstəricilərinə əsasən aparıldığı göstərilmişdir. Lakin, hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, qaz sərfiyyatının məbləği sayğacın mexaniki göstəricilərinə əsasən hesablanmışdır. Cavabdeh iddia tələbinə sayğacda xətaların normaya uyğun olmamasının əksinə, qaz sərfiyyatının az qeydə alınması kimi qiymətləndirsə də, bu barədə mötəbər sübutlarını təqdim etməmişdir.
53. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Qaydaların 1.6, 3.1, 3.1.1, 3.1.2, 3.1.3, 3.1.4, 3.1.5, 3.1.6, 3.1.7, 3.2, 3.2.1, 4.2, 4.8, 4.9, 5.1, 5.2, 5.3, 5.4, 5.5, 5.6, 6.1, 6.1. 1, 6.1.2, 6.1.3, 6.1.4, 6.1.5, 6.1.5-1, 6.1.5-2, 6.1.6, 6.1.7, 6.6, 6.7-ci bəndlərinə, MPM-in 77.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
54. Qətnamə 2022-ci il 1 dekabr tarixdə proses iştirakçılarının şəxsi elektron kabinetlərində yerləşdirilmiş, həmin qətnamədən Cavabdeh İB 2023-cü il 10 yanvar tarixdə kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
55. Qaydaların 1.3-cü bəndinin tələbi pozulmuşdur. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzif ələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır.
56. Qaydaların 3.3-cü bəndinin tələbləri pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının abonent saldosunu təhlil etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosuna görə, iddiaçı 2020-ci il 1 dekabr tarixdən 2020-ci il 31 dekabr tarixi üçün ona 187.724 manat borc hesablandığını bildirmişdir. Apellyasiya instansiya məhkəməsi işə baxrakən bu hallara diqqət yetirməmişdir. 2020-ci ilin dekabr ayı üçün abonentə 187.724 manat deyil 180.926,20 manat qaz pulu hesab lanmışdır. Abonent bu borcdan 60.000 manat borcunu ödəmişdir. 2019-cu ilin müvafiq ayı üzrə abonentin qazdan istifadə nəticəsində dekabr ayına istehlak etdiyi qazın dəyəri 162.288,20 manat təşkil etmiş və abonent yanvar ayında bütün borcunu ödəmiş, qeyd olunan borcu isə mübahisələndirməmişdir. Saldonu ötən ilin müvafiq ayları üzrə müqayisə etdikdə qaz sərfiyyatında kəskin fərqin olmayacağını müşahidə etmək mümkündür. Apellyasiya instansiya məhkəməsi isə bu halı nəzərə almamış, ümumiyyətlə bu hissədə məhkəmə araşdırması aparılmamışdır. Abonent saldosuna görə, iddiaçı mübahisələndirilən dövr ərzində yalnız yanvar ayında 60.000 manat ödəniş etmişdir. Məhkəmə 299.841,40 manat borcu silərkən abonentin konkret dövr üzrə istehlak etdiyi lakin dəyəri ödənilməyən borcunu da silmişdir. İddiaçı iddia ərizəsində 2021-ci il 4 fevral tarixi ilə 2021-ci il 12 aprel tarixləri arasında 2 ay 8 gün üçün hesablanmış 43.638 manat borcu qəbuletmiş hətta bu borc əsasında 2017-ci ildən mübahisə edilən dövrədək özünə məxsus müqayisəli təhlil də aparmışdır. Belə olan halda apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən qəbul edilən borcu araşdırmalı və silinməli olan borc məbləğindən həmin məbləği silinməli olan borc məbləğindən çıxmalı olduğu halda bunu etməmişdir. Digər tərəfdən, iddiaçı əvəz edilən sayğacın həm quraşdırılarkən, həm də çıxarılarkən göstəricilərini əsas götürərək borcun düzgün hesablanmadığına istinad etmişdir. Lakin, abonent saldosuna görə, iddiaçı üçün həm fevral ayı, həm də mart ayı üçün göstərici verilmişdir. Fevral ayında iddiaçının təbii qaza görə yaranmış borcu 58.887 m anat, mart ayı üçün 102.040,60 manat olmuşdur. Müvəqqəti sayğac quraşdırılan zaman iddiaçıya bu aylar üzrə yaranmış borcla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada bildirişlər verilmiş, lakin, iddiaçı sonradan yaranmış mexaniki səhvi əsas gətirərək göstəricilərin düzgün olmadığına istinad edərək faktiki olaraq istifadə edilmiş təbii qaza görə yaranmış borcunu ödəməkdən yayınmışdır. Beləliklə də, yaranmış borc məbləği sırf sayğac göstəricisidir. Məhkəmə tərəfimizdən hesablanmış borcu həqiqətən qeyri-real və şişirdilmiş hesab etmişdirsə o zaman abonentin konkret olaraq istixananın ümumi ərazisinə əsasən qaz işlədicilərinə görə saatlıq və aylıq qaz sərfiyyatının nə qədər olması barədə ekspertiza təyin etməli idi. Lakin, apellyasiya instansiya məhkəməsi subyektiv mülahiz əyə və ehtimallara əsasən qətnamə qəbul etmişdir.
57. Qaydaların 4.1 və 4.8-ci bəndlərinin tələbləri pozulmuşdur. Hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. İşin hallarına nəzər saldıqda aydın olur ki, iddiaçı həm Qaydalara əsasən həm tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə qoyulmuş öhdəliyi icra etməmişdir.
58. MPM-in 77, 88, 217, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəf olaraq qaz hesabatının sadəcə qanunsuz aparılması bildirilsə də bununla bağlı heç bir sənədləşmə təqdim etməmişdir. Borc məbləği iddiaçının bildirdiyinə görə istismarda olan qaz sayğacının düzgün işləmədiyi dövr üçün istehlak olunan qaz sərfiyyatının düzgün hesablanmaması nəticəsində yaranmışdır. Sayğac göstəricisinə əsasən hesabl anmış, lakin məhkəmə tərəfindən qəbul edilməyən borc ekspertiza ilə müəyyən edilməli olduğu halda apellyasiya instansiya məhkəməsi xüsusi bilik və yanaşma tələb edən bu hala öz mülahizəsinə əsasən qiymət vermişdir. Qətnamədə borcun silinməsinə səbəb olan hallar araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
60. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
61. Hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
63. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öh dəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə m üəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir....”
64. Azərbay can Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - FHN) həyata keçirirlər.... 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin təl əblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının iste hlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. “3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texni ki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli;...” “4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qa z sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki ba xışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir....” “5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıy a qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə)....” “6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu AİBNDA müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.5-1. İstehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, FHN-in və EN-in səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında; 6.1.5-2. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında; 6.1.6. məhkəmənin qərarı ilə; 6.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.... 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.”
65. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının p rinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli, 22(103)-1001/2022 saylı qətnaməsi qismən ləğv edilməlidir.
67. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş abonent saldosu nu lazımi qaydada təhlil etməmişdir. 2020-ci ilin dekabr ayı üçün abonentə 180.926,20 manat qaz pulu hesablanmış, abonen bu borcdan 60.000 manat borcunu ödəmişdir. 2019-cu ili müvafiq ayı üzrə abonentin qazdan istifadə nəticəsində dekabr ayına istehlak etdiyi qazın dəyəri 162.288,20 manat təşkil etmiş və abonent borcunu ödəməklə onu mübahisələndirməmişdir.
68. Abonent saldosu təhlil edilərkən görünür ki, iddiaçı mübahisələndirilən dövr üzrə 60.000 manat ödəniş etmişdir. Apellyasiya instansiyası məhkəməsi 299.841,40 manat borcu silərkən abonentin konkret dövr üzrə istehlak etdiyi, lakin dəyəri ödənilməyən 2.968,40 manat borcunu da silmişdir.
69. Bundan başqa, iş materiallarında olan Cavabdeh Xaçmaz X6 İdarəsinin abonentin debitor borcu haqqında 16 iyun 2001-ci il tarixli arayışından da görü nür ki, Ləcət kəndində yerləşən Xaçmaz X6 İdarəsinin Xaçmaz Xidmət Sahəsi üzrə abonenti olan (istehlakçının ödəyici kodu 26/32101) Yaşıl Ranço MMC-nin 2021-ci il 1 iyun tarixli tarixinə sayğac göstəricilərinə əsasən, istehlak edilmiş təbii qazın müqabilində ödənilməli olan məbləğ Yaşıl Ranço MMC-nin **********00001 abonent kodu üzrə 643,60 manat, **********00002 abonent kodu üzrə 1012,80 manat, **********00003 abonent kodu üzrə 1312,00 manatdır. Belə olan təqdirdə, hər 3 abonent kodu üzrə ödənilməli olan ümumi məbləğ 2.968,40 manat məbləğində təşkil edir. Lakin bu məbləğ borc silinərkən nəzərə alınmamışdır. Belə vəziyyətdə isə məhkəmə aktı qeyd olunan hissədə qanuni və əsaslı hesab edilə bilməz.
70. Kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması xahiş olunsa da, məhkəmə kollegiyası işin yeni məhkəmə baxışına qaytarılmasına lüzum görmür.
71. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən faktiki olaraq istehlak olunmuş və abonent saldosunda öz əksini tapmış 2,968,40 manat qazın dəyərinin ödənilmədiyi öz təsdiqini tapmışdır və bununla bağlı hər hansı əlavə araşdırma və ya qiymətləndirmə aparılmısına ehtiyac yoxdur.
72. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli, 2-2(103)-1001/2022 saylı qətnaməsi ilkin iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə qismən ləğv olunaraq həmin hissədə yeni qərar qəbul olunmaqla ilk iddia tələbi 2,968.40 manat borcun silinməsi hissəsində təmin ed ilməməli, qarşılıqlı iddia tələbi isə 2,968.40 manat borcun tutulması hissəsində təmin olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyasi vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onlar kifayət qədər araşdırılmış və qiymətləndirilmişdir. Bu zaman maddi və prosessual hüquq normalarının tətbiqi doğru olmuş və qətnamənin o hissələrdə ləğv edilməsi üçün hər hansı maddi və ya prosessual əsas müəyyən edilməmişdir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli, 2-2(103)-1001/2022 s aylı qətnaməsi ilkin iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə qismən ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İlkin iddia tələbi 2,968.40 manat borcun silinməsi hissəsində təmin edilməsin. Qarşılıqlı iddia 2,968.40 manat borcun tutulması hissəsində təmin edilsin. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-dən ilkin iddia üzrə Cavabdeh İB-nin xeyrinə 2,968.40 manat məbləğində borc tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.