Məhkəmə qərarları › İş №2-2(102)-131/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-131/2024

05.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-131/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi”nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” qarşı pul tələbinə dair komm ersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2- 2(103)-735/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh1 nəzdində Dövlət X2 yaradılmış və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti agentliyə 2019-cu il ərzində yükdaşıma və stansiya xidmətləri göstərmişdir.

2. İş materiallarına əlavə edilmiş: - 2019-cu il 18 fevral tarixli EAAQ seriyalı 526932 nömrəli elektron qaiməyə əsasən 151.248,74 manat; - 2019-cu il 14 mart tarixli EAAR seriyalı 675378 nömrəli elektron qaiməyə əsasən 21.699,96 manat; - 2019-cu il 14 mart tarixli EAAR seriyalı 675475 nömrəli elektron qaiməyə əsasən 36.119,49 manat; - 2019-cu il 16 aprel tarixli EAAT seriyalı 161167 nömrəli elektron qaiməyə əsasən 13.946,88 manat; - 2019-cu il 16 aprel tarixli EAAT seriyalı 161131 nömrəli elektron qaiməyə əsasən 75.642,95 manat; - 2019-cu il 10 may tarixli EAAU seriyalı 256302 nömrəli elektron qaiməyə əsasən 153.635,95 manat; - 2019-cu il 10 may tarixli EAAU seriyalı 256340 nömrəli elektron qaiməyə əsasən 9.354,66 manat; - 2019-cu il 13 iyun tarixli EAAV seriyalı 749901 nömrəli elektron qaiməyə əsasən 5.020,12 manat; - 2019-cu il 13 dekabr tarixli EBAD seriyalı 830146 nömrəli qaiməyə əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2-yə 64,19 manat məbləğində xidmət göstərmişdir. 3. 2021-ci il 7 oktyabr tarixli “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentl iyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından görünür ki, Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır. Fərmanın 5.4-cü maddəsindən görünür ki, Agentlik dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının, habelə X3 "xxxx" ASC-nin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsi təmin edilmişdir. 4. 2022-ci il 22 avqust tarixli 536s nömrəli “Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlaklarının bir qisminin Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə verilməsi barədə” Azərbaycan Respublikası Na zirlər Kabinetinin sərəncamından görünür ki, Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan və bu sərəncamın 1 və 2 nömrəli əlavələrində göstərilən dövlət əmlakları Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin balansına verilmişdir. 5. 2022-ci il 29 sentyabr tarixli aktdan görünür ki, 2022-ci il 22 avqust tarixli 536s nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Cavabdeh1 2022-ci il 5 aprel tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyasının sədri və üzvləri Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının bir qismini əlavə olunmuş siyahı (1 və 2 nömrəli əlavələr) üzrə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi təhv il alır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) 2023-cü ilin 9 fevral tarixində Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X6 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Nazirlik” və “PHŞ”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və noyabr aylarında Dövlət X2nə (bundan sonra – “DMEA”) göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 419.948,74 manat və 800 manat ödənilmiş dövlət rüsumu, cəmi 420.748,74 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DMEA-nın 2019-cu il tarixin də göstərilmiş yükdaşıma və stansiya xidmətlərinə görə 2022-ci il 1 aprel tarixinə iddiaçının qarşısında 419.948,74 manat məbləğində borc öhdəliyi yaranmışdır. Belə ki, iddiaçının Gəncə, Keşlə, Biləcəri, Hövsan stansiyasında göstərilmiş xidmətlərə (“iddiaçıya məxsus vaqonların istifadəsi”, “vaqonların dalan yoluna verilib götürülməsi” və s.) görə DMEA-ya 419.948,74 manat yığım hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanı ilə DMEA ləğv edilmiş və onun əsasında PHŞ yaradılmışdır. Fərmanın 5.4-cü yarımbəndinə əsasən PHŞ dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində DMEA-nın balansında olan dövlət əmlakı PHŞ-nin balansına verilmişdir. Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Fərmandan da göründüyü kimi, DMEA-nın balansında olan dövlət əmlakı PHŞ-nin balansına verildiyindən MM-in yuxarıda qeyd edilən maddəsinə əsasən DMEA-nın öhdəlikləri də verilmiş əmlaklar həddində PHŞ-ya keçmişdir. Bununla bağlı PHŞ-ya 2022-ci il 28 oktyabr tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. PHŞ-dən daxil olmuş 2022-ci il 4 noyabr tarixli PHŞ x/o2022/03-285 nömrəli məktubda DMEA-nın borcunun PHŞ-yə aid olmadığı bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh1 Dövlət X2 haqqında Əsasnamə”nin 22.10-cu bəndinə əsasən, Agentliyin rəisi PHŞ-nin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində ona verilən səlahiyyətlər daxilində Nazirliyi təmsil edir. Qeyd edilən əsasnaməyə əsasən, DMEA Nazirliyin fəaliyyəti üzrə onu iddiaçı və cavabdeh qismində təmsil etdiyindən PHŞ-nin fəaliyyəti ilə bağlı məsələlər üzrə Nazirlik məsuliyyət daşıyır. Bununla bağlı, Nazirliyə 2022-ci il 7 dekabr tarixində pretenziya ünvanlanmış, lakin preten ziya tələbi icra edilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən iddiaçının əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi- texniki bazas ının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Q anununun 5-ci maddəsinin 1.4-cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında təbii inhisara aid edilən fəaliyyət növü kimi iddiaçının magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri göstərilmişdir. Göründüyü kimi stansiya xidmətlərinin göstərilməsi i ddiaçının təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş № 04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 Formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi b arədə QU45 Formalı arayış yuxarıda qeyd edilən təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır.

8. PHŞ iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, PHŞ ilə iddiaçı arasında iddia ərizəsində qeyd edilmiş öhdəliyin yaranmasına səbəb olmuş müqavilə bağlanmamışdır. İddiaçının müqavilə münasibətləri DMEA ilə olduğundan həmin müqavilə PHŞ üçün hər hansı bir vəzifə yarada bilməz. Həmçinin qüvvədə olan normativ hüquqi aktlarda PHŞ-nin DMEA-nın hüquq varisi olması və buna görə də onun öhdəliklərinin icrası vəzifəsi barədə qeyd mövcud deyildir. Belə ki, Azərbaycan Respubli kası Prezidentinin 2021ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə DMEA-nın balansında olan dövlət əmlakının PHŞ-nın balansına verilməsini təmin etmək tapşırılmışdır. Sözügedən bəndin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 22 avqust tarixli 536s nömrəli Sərəncamına uyğun DMEA-nın balansında olan dövlət əmlakı (daşınmaz və daşınar əmlaklar) PHŞ-nın balansına verilmişdir. Sərəncamda ötürülən əmlakların siyahısında DMEA-nın öhdəliklərinin PHŞ-yə verilməsi nəzərdə tutulmamışdır. Bu Sərəncamın verilməsi onu təsdiq edir ki, PHŞ DMEA-nın hüquqi varisi deyildir, əks halda, sözügedən əmlaklar sərəncamın verilməsinə zərurət olmadan PHŞ-nin balansına keçməli idi. Əlavə ola raq onu da vurğulamaq lazımdır ki, DMEA icra hakimiyyəti orqanıdır və hüquqi şəxs statusuna malik deyildir. Bu səbəbdən, MM-in hüquqi şəxsin yenidən təşkili ilə bağlı 55-ci maddəsi (çevrilmə) ona şamil edilmir və belə olan halda PHŞ-yə münasibətdə hüquqi varislik yaratmır. Bundan başqa, nə Fərmanda, nədə ki PHŞ-nin nizamnaməsində PHŞ-nin DMEA-nın hüquqi varisi olması qeyd edilmir. Həmçinin icra hakimiyyəti orqanlarının əsasında publik hüquqi şəxslərin yaradılması ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların təhlili zamanı görmək olur ki, hüquqi varisliyin, o cümlədən hüquq və öhdəliklərin keçməsi zamanı bu məsələ normativhüquqi aktda xüsusi olaraq ayrıca qeyd edilir. İddiaçı tərəfindən təqdim edilən iddia ərizəsində MM-in 43.1.-ci maddəsinə istinadən bildirilir ki, DMEA-nın PHŞ-yə veri lmiş əmlaklar həddində DMEA-nın öhdəlikləri üçün PHŞ məsuliyyət daşıyır. Qeyd edilməlidir ki, 43.1-ci maddədə hüquqi şəxsin öz öhdəlikləri üçün onun mülkiyyətində olan əmlakla cavabdeh daşıdığı qeyd edilmişdir. Həmin maddədə əmlak verildiyi təqdirdə onunla birgə hansısa öhdəliklərin keçməsi barədə qeyd təsbit olunmamışdır. DMEA-nın öhdəlikləri üçün PHŞ-nin məsuliyyət daşımadığını nəzərə alaraq bildiririk ki, iddiaçının gəldiyi bu nəticə də yanlışdır.

9. Digər cavabdeh Nazirlik sistemə iddia müddətinin tətbiqi barədə ərizə yükləmiş və ərizədə bildirmişdir ki, MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq e dilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 may tarixli e-2-2(113)-1359/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim - E.Əliyev).

11. Məhkəmə iddia ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı DMEA-ya 2019-cu il ərzində yükdaşıma və stansiya xidmətləri göstərmişdir. İddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli PHŞnin yaradılması haqqında Fərmanına əsasən DMEA əsasında PHŞ yaradılsa da, sözügedən Fərmanda PHŞ-nin DMEA-nın hüquqi varisi olması və ya DMEA-nın hüquq, vəzifə və öhdəliklərinin publik hüquqi şəxsə keçməsi barədə müddəalar qeyd edilməmiş, sadəcə olaraq Na zirliyin 2022-ci il 5 aprel tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyası tərəfindən DMEA-nın balansında olan dövlət əmlakının bir qismi PHŞ-ya təhvil verilmiş və sözügedən sənəddə də, öhdəliklərin (debitor, kreditor borclar və sair) keçməsi ilə bağlı heç bir müddəaya qeyd edilməmişdir. Göründüyü kimi, tələb PHŞ-yə qarşı irəli sürülsə də, sonuncu DMEA-nın hüquqi varisi deyil və onun hüquq, vəzifə və öhdəlikləri publik hüquqi şəxsə keçməmişdir. Həmçinin hər iki qurumun təşkilatı-hüquqi forması fərqlidir, belə ki, biri nazirliyin nəzdində fəaliyyət göstərmiş, digər isə publik hüquqi şəxs kimi fəaliyyət göstərir.

12. Məhkəmə digər cavabdeh Nazirliyə münasibətdə isə iddia ilə bağlı qeyd etmişdir ki, MM-in 54.4-cü maddəsinə əsasən, idarənin öhdəlikləri üçün məsuliyyət idarən i yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi, Nazirlik yalnız hər hansı bir qurumu özü yaratdığı təqdirdə onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. DMEA Nazirliyin nəzdində fəaliyyət göstərsə də, nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli Fərmanı əsasında yaradılmışdır. Göründüyü kimi, DMEA Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli Fərmanı əsasında yarandığından Nazirlik həmin agentliyin öhdəliklərinə görə cavab verən qurum deyil.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı tələbə Nazirlik cavab verməli olsaydı belə, iddia təmin edilə bilməzdi. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, iddiaçının agentliyə göstərdiyi xidmət 2019-cu ilin fevral ayından dekabr ayına qədər olan müddəti əhatə edir, iddiaçı isə məhkəməyə 2023-cü ilin 9 fevral tarixində müraciət edərək müqavilə tələbləri üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

14. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 54.4, 55.1, 373.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2-2(103)-735/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (s ədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, PHŞ DMEA-nın hüquqi varisi olmadığından, Agentliyin hüquq, vəzifə və öhdəlikləri publik hüquqi şəxsə keçmədiyindən, ona münasibətdə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

18. Digər cavabdeh Nazirliyə münasibətdə isə birinci instansiya məhkəməsi göstərmişdir ki, Nazirlik yalnız hər hansı bir qurumu özü yaratdığı təqdirdə onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli Fərmanı DMEA Nazirliyin nəzdində fəaliyyət göstərsə də, sözügedən agentlik nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli Fərmanı əsa sında yaradılmışdır. Göründüyü kimi, DMEA Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli Fərmanı əsasında yarandığından Nazirlik həmin agentliyin öhdəliklərinə görə cavab verən qurum deyil.

19. Bununla yanaşı, iddiaçının agentliyə göstərdiyi xidmət 2019-cu ilin fevral ayından dekabr ayına qədər olan müddəti əhatə edir, iddiaçı isə məhkəməyə 2023-cü ilin 9 fevral tarixində müraciət edərək müqavilə tələbləri üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

20. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Apellyasiya instansiy ası məhkəməsi gəldiyi nəticəni MM-in 54.4, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 384.0.1, 392, 393, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 43.1-ci maddəsi üzrə - 1) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanı ilə DMEA ləğv edilmiş və onun əsasında PHŞ yaradılmışdır. Fərmanın 5.4-cü yarımbəndinə əsasən PHŞ dövlət qeydi yyatına alındığı gündən bir ay müddətində DMEA-nın balansında olan dövlət əmlakı PHŞ-nın balansına verilmişdir. PHŞ-nın nümayəndəsinin məhkəməyə təqdim etdiyi təhvil-təslim aktının surətindən görünür ki, DMEA-nın balansında olan 44.391. 906,40 manat məbləğində əmlak PHŞ-nın balasına verilmişdir. MM-in 43.1-ci maddəsindən göründüyü kimi, hüquqi şəxs öz öhdəlikləri üçün əmlakla cavabdehdir. Hazırda, DMEA-nın balansında olan əmlaklar PHŞ-nın balansına verildiyi halda, öhdəliklərinin də ona keçməməsi mülki qanunvericiliyin ümumi prinsiplərinə ziddir. Bundan başqa, DMEA əsasında yaradılmış PHŞ eyni fəaliyyəti həyata keçirir, iddiaçı ilə yenə də işgüzar münasibətləri davam etdirir və hazırda da PHŞ-yə stansiya xidmətləri həyata keçirilir. Belə olan halda əmlakları özünə götürmüş və fəaliyyətini eyni olaraq davam etdirən sadəcə ad dəyişikliyi edilmiş PHŞ-nin, DMEA-nın hüquqi varisi qismində qəbul edilməməsi absurddur. 2) Digər cavabdeh Nazirliyə münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh1 Dövlət X2 haqqında Əsasnamə”nin 22.10-cu bəndinə əsasən, PHŞ-nin rəisi PHŞ-nin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində ona verilən səlahiyyətlər daxilində Nazirliyi təmsil edir. Qeyd edilən əsasnaməyə əsasən, DMEA Nazirliyi fəaliyyəti üzrə onu iddiaçı və cavabdeh qismində təmsil etdiyindən PHŞ-nin fəaliyyəti ilə bağlı məsələlər üzrə nazirlik məsuliyyət daşıyır. Bundan başqa, həmin Əsasnamənin 5-ci bəndinə əsasən PHŞ-nın saxlanması xərclər i və fəaliyyəti Nazirliyitərəfindən təsdiq olunmuş xərc smetasına uyğun olaraq ayrılmış büdcə vəsaiti və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Göründüyü kimi, DMEA Nazirliyin tabeliyində Nazirlik tərəfindən ona ayrılmış vəsait hesabına fəaliyyət göstərmiş və mülki hüquq münasibətlərinə daxil olmuşdur.

24. MM-in 373.2-ci maddəsi üzrə - İddia müddəti ilə bağlı bildiririk ki, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri müqavilə əsasında deyil, ümumi normativ sənədlər əsasında həyata keçirilmişdir. Tərəflər arasında xidmətlərin göstərilməsinə dair hər hansı müqavilə olmadığına görə hazırkı iddiaya müqavilə üzrə iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, iddiaçı öz hüquqlarının müdafiəsi üçün 2023-c ü ilin 9 fevral deyil, 2022-ci ildən başlayaraq məhkəməyə müraciət etmiş, lakin məhkəmə absurd bir bəhanə ilə iddianı mümkünsüz saymışdır (sənədlər işə əlavə olunub)

25. MM-in 1091-ci maddəsi üzrə - Məhkəmə qətnamələrində formalaşdırılmış yanaşmadan belə çıxır ki, iddiaçı göstərdiyi xidmətin müqabilində müvafiq xidmət haqqını nə Nazirlikdən, nə PHŞ-dən, nə də ləğv edilmiş DMEA-dan tələb edə bilər. Lakin belə yanaşma ilə iddiaçının hüquqları kobud şəkildə pozulur və qeyd olunan orqanlardan hər hansı birinin əsassız varlanmasına gətirib çıxarır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı PHŞ etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının 5.4-cü bəndinə uyğun olaraq Azərbayc an Respublikasının Nazirlər Kabinetinə DMEA-nın balansında olan dövlət əmlakının PHŞ-nın balansına verilməsini təmin etmək tapşırılmışdır. Buna uyğun olaraq, Fərmanın sözügedən bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 22 avqust tarixli 536s nömrəli Sərəncamına (bundan sonra - Sərəncam) uyğun olaraq DMEA-nın balansında olan dövlət əmlakı (daşınmaz və daşınar əmlaklar) PHŞ-nın balansına verilmişdir. Sərəncamda ötürülən əmlakların siyahısında DMEA-nın öhdəliklərinin PHŞ-yə verilməsi nəzərdə tutulmamışdır. Bu Sərəncamın verilməsi onu təsdiq edir ki, PHŞ DMEA-nın hüquqi varisi deyildir, əks halda, sözügedən əmlaklar sərəncamın verilməsinə zərurət olmadan PHŞ-nin balansına keçməli idi. Beləliklə, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və noyabr ayları ərzində yükdaşıma və stansiya xidmətlərinə görə DMEA-nın iddiaçıya 419.948,74 AZN məbləğində borcuna münasibətdə PHŞ öhdəlik daşımadığı üçün kassasiya şikayətini PHŞ-yə aid hissədə təmin edilməməsi xahiş olunur. Kassasiya baxışının hədləri

27. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kass asiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

43. Hüquqi şəxs anlayışı və onun növləri... 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər....” “Maddə

54. İdarə... 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməy i tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

777. Tapşırıq müqaviləsi... 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir....”

30. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh1 haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1 (zamana görə qüvvədə olan redaksiyada). Azərbaycan Respublikas ının Cavabdeh1 (bundan sonra - Nazirlik) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra - fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, X4 fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır....

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:... 9.23. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;...”

31. Zamana görə qüvvə də olan Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X2 haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulurdu: “...

5. Agentliyin saxlanması xərcləri və fəaliyyəti Nazirlik tərəfindən təsdiq olunmuş xərc smetasına uyğun olaraq ayrılmış büdcə vəsaiti və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir....

11. Nazirliyin büdcədən maliyyələşdirilən işçilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən say həddi daxilində Agentliyin aparatının və tabeliyində olan bölmələrin büdcədən maliyyələşdirilən işçilərinin sayı, strukturu və ştat cədvəli, büdcə vəsaitləri üzrə xərclər smetası və qanunvericiliklə müəyyən edilmiş digə r mənbələr üzrə gəlirlər və xərclər smetası Nazirlik tərəfindən təsdiq edilir.

12. Agentliyin aparatının, strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçiləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər....

22. Rəis aşağıdakı səlahiyyətlərə malikdir: 22.10. Agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində Nazirlik tərəfindən verilən səlahiyyətlər daxilində Nazirliyi təmsil edir;...”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, там və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iş tirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, gorüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi Halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar mövcud deyildir.

34. Əvvəla, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o mövqeyi ilə razılaşır ki, PHŞ DMEA-nın hüquqi varisi olmadığından, DMEA-nın hüquq, vəzifə və öhdəlikləri PHŞ-ə keçmədiyindən, ona münasibətdə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

35. Belə ki, PHŞ DMEA-nın bazasında yara dılsa da və sonuncunun balansında olan əmlaklar yeni yaradılmış PHŞ-nin balansına verilsə də, DMEA-nın passivləri PHŞ-yə verilməmiş, eləcə də PHŞ-nin nizamnaməsində, yaxud digər hüquqi aktda onun DMEA-nın hüquqi varisi olması müəyyən edilməmişdir. Odur ki, PHŞ-nin, DMEA-nın hüquqi varisi hesab edilməsi üçün əsas yoxdur.

36. Digər cavabdeh Nazirliyə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki: - Birinci instansiya məhkəməsi göstərmişdir ki, Nazirlik yalnız hər hansı bir qurumu özü yaratdığı təqdirdə onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. DMEA Nazirliyin nəzdində fəaliyyət göstərsə də, Nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli Fərmanı əsasında yaradılmışdır. Göründüyü kimi, DMEA Az ərbaycan Respublikası Prezidentinin 2005-ci 16 dekabr tarixli Fərmanı əsasında yarandığından Nazirlik DMEA-nın öhdəliklərinə görə cavab verən qurum deyil. - Bununla yanaşı, iddiaçının DMEA-ya göstərdiyi xidmət 2019-cu ilin fevral ayından dekabr ayına qədər olan müddəti əhatə edir, iddiaçı isə məhkəməyə 2023-cü il 9 fevral tarixində müraciət edərək müqavilə tələbləri üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

37. Məhkəmə kollegiyası Nazirliyin, DMEA-nın öhdəliklərinə görə cavab verən qurum olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmır.

38. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh1 haqqında Əsasnamə”nin 1-ci bəndinin zama na görə qüvvədə olan redaksiyasından aydın olur ki, Nazirlik bir sıra sahələrdə, o cümlədən X4 fondlarının yaradılması sahəsində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmuşdur (bax § 30).

39. Həmin Əsasnamənin 9 və 9.23-cü bəndlərinə (bax § 30) əsasən, Nazirlik onun səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək hüquqlara malikdir.

40. Beləliklə, Nazirlik vaxtilə onun səlahiyyətinə aid olmuş X4 fondları üzrə müvafiq struktur bölməsinin öhdəliklərinə görə də məhkəməyə cavabdeh kimi cəlb edilə bilər.

41. MM-in 43.3-cü maddəsində (bax § 29) də nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

42. Göründüyü kimi, Nazirlik vaxtilə X4 fondlarının yaradılması sahəsində tənzimləmə, idarəetmə, əlaqələndirmə və nəzarəti səlahiyyətlərə malik olmuşdur, həmçinin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edən qurumdur.

43. Bundan başqa, zamana görə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X2 haqqında Əsasnamə”yə görə, DMEA-nın aparatının və tabeliyində olan bölmələrin büdcədən maliyyələşdirilən işçilərin sayı, strukturu və ştat cədvəli, büdcə vəsaitləri üzrə xərc smetası və qanunvericiliyə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetasının Nazirlik tərəfindən təsdiq edilməsi (11-ci bənd), DMEA-nın aparatının strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçilərinin fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi (12-ci bənd), DMEA-nın rəisinin DMEAnın səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində Nazirlik tərəfindən verilən səlahiyyətlər daxilində Nazirliyi təmsil etməsi (22 və 22.10-ci bəndlər) və s. bəndlər nəzərdə tutulmuşdur ki (bax § 31), həmin bəndlərin məzmunu MM-in 43.1-ci maddəsinin tələbləri baxımından DMEA-nın hüquqi şəxs statuslu qurum olmasını istisna edir. Beləliklə, DMEA müstəqil hüquqi şəxs deyil, Nazirliyin strukturuna daxil olan qurum olduğunda n onun mövcudluğuna və fəaliyyətinə son qoyulmasının nəticələrinin hüquqi şəxsin ləğv edilməsi ilə eyniləşdirilməsi üçün əsaslar yoxdur. Belə ki, hüquqi şəxsdən fərqli olaraq icra hakimiyyəti orqanının struktur bölməsi müstəqil mülki hüquq subyektliyinə malik olmur, bu baxımdan, struktur bölmənin mövcudluğuna xitam verildiyi halda mülki hüquq subyekti kimi çıxış edə bilən dövlət orqanı mövcud olmaqda davam edir və belə olan halda həmin orqan mövcudluğuna xitam verilmiş struktur bölməsi də daxil olmaqla öz öhdəliklərinə görə məsuliyyət daşıyır.

44. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, DMEA-nın öhdəliklərinə görə cavab verməli subyekt onun struktur bölməsi olduğu və bilavasitə tabeçiliyində olduğu hüquqi şəxs statuslu qurum, yəni Nazirlik olduğundan, iddia ona cavab verməli olan şə xsə yönəlmişdir.

45. Bununla belə, məhkəmə kollegiyasının qənaətinə görə, sözügedən hüquq pozuntusu məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdir. Belə ki, müqavilə tələbləri üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslı olmuşdur ki, bu da istənilən halda hazırkı iddianın təmin edilməsini mümkünsüz edir.

46. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının DMEA-ya göstərdiyi xidmət 2019-cu ilin fevral ayından dekabr ayına qədər olan müddəti əhatə edir, iddiaçı isə məhkəməyə 2023-cü il 9 fevral tarixində, yəni müqavilə tələbləri üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürərək müraciət etmişdir.

47. Kassatorun bununl a bağlı dəlilləri ondan ibarətdir ki: 1) İddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri müqavilə əsasında deyil, ümumi normativ sənədlər əsasında həyata keçirilmişdir. Tərəflər arasında xidmətlərin göstərilməsinə dair hər hansı müqavilə olmadığına görə hazırkı iddiaya müqavilə üzrə iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq olunmalıdır. 2) İddiaçı öz hüquqlarının müdafiəsi üçün 2022-ci ildən başlayaraq məhkəməyə müraciət etmiş, lakin məhkəmə absurd bir bəhanə ilə iddianı mümkünsüz saymışdır.

48. Əvvəla qeyd edilməlidir ki, xidmət müqavilələri qanunda birbaşa nəzərdə tutulmadığından, formalaşmış məhkəmə təcrübəsində həmin müqavilələrə qanunun analogiyası qaydasında tapşırıq müqaviləsinə dair normalar tətbiq olunur. Tapşırıq müqavilələri isə həm yazılı, həm də şifahi formada bağlana b ilər, bu müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (MM 777.2 - bax § 29).

49. Hazırkı halda isə tərəflər arasında şifahi xidmət münasibətlərinin, yəni faktiki müqavilə münasibətlərinin mövcud olması işin mübahisəsiz hallarını təşkil edir. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsinə istinad edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

50. İddiaçının 2022-ci ildən başlayaraq məhkəməyə etdiyi müraciətin məhkəmə tərəfindən mümkünsüz sayılmasına gəldikdə isə qeyd olunmalıdır ki, MM-in 380.1-ci maddəsinin (bax § 29) tələblərinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, iddia müddətinin axımı kəsilir.

51. Bu baxımdan, məhkəmənin qüvvədə olan qərardadı ilə iddia ərizəsinin mümkünsüz hesab edilməsi iddianın müəyyənləşdirilmiş qaydada irəli sürülmədiyinə, yəni iddia müddətinin axımının kəsilmədiyinə dəlalət edir. Odur ki, hazırkı halda MM-in 380.1-ci maddəsinin tətbiqi üçün əsaslar da mövcud olmamışdır.

52. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən qətnamənin ləğvinə səbəb ola bilən hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 32) tələblərinə əməl etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 32) uyğun olaraq qanuni və əsaslı yekun qənaətə gəlmişdir.

53. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2023-cü il 9 oktyabr tarixli 2-2(103)-735/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2-2(103)-735/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar