Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-132/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı iddiası ilə bağlı kommersiya işi üzrə QƏRARDADİ İş № 2-2(102)-132/2025 (Açar sözlər: dövlət rüsumunun az ödənilməsi, həmçinin nümayəndə və ya vəkil tərəfindən şikayətin imzalanmasına səlahiyyətin olunmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) 22 yanvar 2025-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 noyabr tarixli, 2-2(103)-918/2024 nömrəli qətnaməsindən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 22 yanvar 2025-ci il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMCdən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyri nə 43594,88 manat əsas borc, 43.022,73 manat faiz borcu olmaqla, cəmi 86.617,61 manat məbləğində borcun, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18.662,19 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən qətnamənin faktiki icra olunan gününə 43594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, № 0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51 11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayo nu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m. yaşayış, 107,2 kv.m. köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulması, tutma Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m. yaşayış, 107,2 kv.m. köməkçi s ahədən ibarət 369/3701100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2023cü il 13 yanvar tarixli e-2-2(113)-78/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova), iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmi ş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat məbləğində pul tutularaq ləğv prosesində olan iddiaçıya ödənilməsi, tutmanın İpoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğ müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiyməti 118.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ona aid olan hissədə ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2024-cü il 1 noyabr tarixli, 2-2(103)-918/2024 nömrəli q ətnaməsi ilə (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Leyla Əliyeva və Təranə Mahmudova) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd olunmuşdur. Qətnamədən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti ilə bağlı Mülki Prosessual Məcəllənin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, “Elektron məhkəmə” İnformasiya Sistemindən göründüyü kimi, kassasiya şikayəti elektron qaydada iddiaçının adından nümayəndə kimi Vəkil3 tərəfindən xx.xx.2025-ci il tarixdə imzalamışdır. Lakin, iddiaçıya münasibətdə Vəkil3 həmin tarixdə kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamış, qeyd olunan tarixə aid etibarnamə işə əlavə edilməmişdir. İş materiallarının 1-ci cildinin 151-ci vərəqəsinə əlavə edilmiş, iddiaçının adından Vəkil3 iddiaçını təmsil etmək üçün verilmiş etibarnamənin səlahiyyət müddəti isə xx.xx.2023-cü il tarixdə bitmişdir. Bu isə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini imzalayan Vəkil3 xx.xx.2025-ci il tarixdə müvafiq səlahiyyətinin olmadığını təsdiq edir. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi v ə ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa iş materiallarından görünür ki, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni nəzərdə tutul an məbləğdən az ödənilmişdir. “Dövlət rüsumu haqqınada” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. İş materiallarından isə müəyyən edilir ki, iddianın ümumi qiyməti 148.874,68 manat təşkil edir. İddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödəməli olduğu dövlət rüsümünun məbləği, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən 219,44 manat təşkil etdiyi halda o, cəmi 176 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci ma ddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən şəxsin kassasiya şikayəti vermək hüququna malik olması, şikayətin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün komm ersiya işi ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün kommersiya işi ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM -nin 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 noyabr tarixli, 2-2(103)-918/2024 nömrəli qətnaməsindən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçının kassasiya şikayəti geri qaytarılması üçün kommersiya işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zəki Babayev Hakimlər: Zaur Əliyev Əhliman Xıdırov
Məhkəmə qərarları › İş №2-2(102)-132/2025
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-132/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver