Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-133/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” MMC-in cavabdeh Cavabdeh ASC-ə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun, İddiaçının vəkili Vəkil iştirakı ilə, Cavabdeh MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-2(105)-126/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açı q məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “icarəyə verən” (bundan sonra – NA) ilə Cavabdeh MMC “icarəçi” (bundan sonra – xxxx) arasında 2019-cu il **** tarixdən 2019-cu il ***dekabr tarixədək ***** nömrəli “Avadanlığın İcarə Müqaviləsi” (bundan sonra - Müqavilə) baglanmışdır.
2. Bu Müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyə verən tərəfindən dəmir ayaqaltı (avadanlıq) icarəçiyə icarəyə verilir, icarəçi isə bunun müqabilində bu Müqavilədə göstərilən qaydada icarə haqqı ödəyir.
3. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, avadanlıq üçün aylıq icarə haqqı hər ton üçün günlük 6 (altı) manat təşkil edir və müvafiq qanunvericilikdə birbaşa nəzərdə tutulmuş və irəli gələn hallar istisna olmaqla, icarə müddəti ərzində dəyişdirilmədən saxlanılır.
4. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, icarə haqqının ödənişi icarə müddəti ərzində aylıq əsasla cari ayın 7-nə kimi həyata keçirilir.
5. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, ödəniş qeyd olunan vaxt ərzində icarəçi tərəfindən həyata keçirilmədikdə, ödənişin həyata keçirilmədiyi hər gün üçün 0,1 faiz cərimə ödənilir.
6. Həmin Müqavilənin 5.1-ci bəndinin tələblərinə görə, icarəçi bu müqavilə müddəti başa çatdıqdan sonra (ona xitam verildikdə) avadanlığı olduğu kimi icarəyə verənə təhviltəslim aktı əsasında geri qaytarmağı və bu Müqavilənin müddəalarına uyğun olaraq icarə haqqının vaxtlı-vaxtında ödəməyi üzərinə götürmüşdür.
7. Sənədlərdən müəyyən olunur ki, Müqavilə bağlandıqdan sonra xxxx-in (direktor ****in) sifarişləri əsasında müxtəlif ölçülərdə (uzunluqda) dəmir skofold boruları (dəmir ayaqaltı borular) tərtib olunmuş müvafiq sənədlərdə (qaimə-fakturalar və s.) xxxx-nin işçiləri kimi göstərilmiş İ***ev və ***ov adlı şəxslər tərəfindən anbardan qəbul edilmiş və eyni zamanda, həmin boruların bir hissəsi həmin şəxslər tərəfindən anbara qaytarılmışdır.
8. N***A tərəfindən tərtib edilmiş 2020-ci il **** tarixli **** nömrəli arayışdan görünür ki, Müqavilə üzrə icarəyə verən NA (VÖEN **********) tərəfindən icarəçi xxxx-ə (VÖEN **********) 6 metrlik 1710 ədəd, 5 metrlik 620 ədəd, 4 metrlik 500 ədəd, 3,60 metrlik 100 ədəd və 2,40 metrlik 100 ədəd dəmir skofold boruları verilmişdir. xxxx tərəfindən NA-ə 6 metrlik 950 ədəd, 5 metrlik 588 ədəd, 4 metrlik 355 ədəd və 3,60 metrlik 100 ədəd dəmir skofold boruları geri qaytarılmışdır. xxxx-də qaytarılmamış 24,04 ton, yəni 6 metrl ik 760 ədəd, 5 metrlik 32 ədəd, 4 metrlik 145 ədəd və 2,40 metrlik 100 ədəd dəmir skofold boruları qalmışdır. xxxx-in Müqavilə əsasında 2019-cu il 31 dekabr tarixə kimi 30.091,36 manat və 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 31 iyul tarixinə kimi isə 51.205,20 manat olmaqla, ümumilikdə cəmi 81.296,56 manat məbləğində icarə borcu yaranmışdır. Eləcə də, həmin Müqavilə üzrə 7.222,63 manat məbləğində cərimə borcu hesablanmışdır.
9. Həmçinin NA tərəfindən tərtib olunmuş 2020-ci il ***** 0**** nömrəli arayışdan görünür ki, NA və xxxx arasında bağlanmış Müqavilə üzrə xxxx-in NA-a cəmi 81.196,79 manat (ƏDV xaric) debitor borcu yaranmış və 24,04 ton miqdarında dəmir ayaqaltılar 1. qaytarılmamışdır.
10. N*A 2020-ci il ******r tarixində pretenziya məktubu ilə xxxx-ə müraciət edərək borcun ödən ilməsini və avadanlıqların qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. NA 2020-ci il 6 fevra*****ndə elektron kabinet vasitəsi ilə xxxx-ə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Müqavilə üzrə yaranmış ümumilikdə 33.047,17 manat, vəkilə ödənilmiş 200 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun xxxx-dən tutularaq NA-na ödənilməsi və 24,253 kiloqramlıq avadanlığın (dəmir ayaqaltıların) xxxx tərəfindən NA-na geri qaytarması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Daha sonra NA “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, Müqaviləyə əsasən 88.519,19 manat borcun, v əkilə ödənilmiş 200 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun xxxx-dən tutularaq iddiaçı NA-a ödənilməsi və 24,04 ton avadanlığın - skofold boruların (760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda) xxxx tərəfindən NA-a geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən NA ilə icarəçi xxxx arasında bağlanmış Müqavilə üzrə xxxx öhdəliklərini tam şəkildə icra etməmişdir. xxxx tərəfindən ardıcıl olaraq ödənişlə bağlı gecikmələr edilərək, icarə haqqı vaxtlı-vaxtında ödənilməmiş və Müqavilə müddətinin bitməsinə baxmayaraq, avadanlığın bir hissəsi hələ də cavabdeh tərəfindən geri qaytarılmamışdır. Buna görə də Müqavilənin müddə tinin bitdiyi vaxta cavabdehin icarə haqqına görə ödənilməmiş qalan ümumi əsas borcu 30.091,36 manat olmuşdur.
14. Bundan əlavə, müqavilə müddətinin bitməsinə baxmayaraq, 24,253 kiloqramlıq avadanlıq hələ də xxxx-in istifadəsindədir. Müqavilənin bitdiyi tarixdən etibarən avadanlığın qaytarılmadığı hər gün üçün avadanlığın hər tonuna görə 10 manat məbləğində kompensasiya məbləği də nəzərə alınmalı və avadanlığın qaytarılmayacağı növbəti hər bir gün üçün bu məbləğ hesablanıb ümumi borc məbləğinə əlavə edilməlidir.
15. Həmçinin, Müqavilənin müddəti bitməsinə baxmayaraq icarəyə verilmiş 760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda icarəyə verilmiş skofold borular xxxx tərəfindən NA-a qaytarılmamışdır.
16. Eyni zamanda Müq aviləyə əsasən xxxx-in NA-a 2020-ci il 1 avqust tarixinə kimi avadanlıqların xxxx-də saxlanılmasına görə cəmi 51.205,20 manat məbləğində borc və həmçinin, həmin Müqavilənin 3.4-cü bəndinə əsasən hesablanmış cəmi 7.222,63 manat cərimə borcu yaranmışdır ( bax §5 ).
17. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli e-2-2(119)111/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, xxxx-dan Müqavilə üzrə 60.814,48 manat icarə haqqı, 500 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 61.344,48 manat məbləğində pul vəsaitinin NA-ın xeyrinə tutulması, xxxx-dən 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd (cəmi 24,04 ton) skofold boruların (dəmir ayaqaltılar) alınaraq NA-a verilməsi, iddianı n qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Z.Sadiqov).
18. Belə ki, məhkəmə iclaslarında xxxx-ın nümayəndəsi Nümayəndə cavabdeh tərəfin hazırki iddia ilə əlaqədar mövqeyini onunla əsaslandırmışdır ki, icarəyə verən NA ilə xxxx arasında Müqavilə bağlanmış olsa da, həmin Müqavilədə nəzərdə tutulan avadanlıqlar icarəçi, yəni xxxx tərəfindən qəbul edilməmişdir. Çünki, bununla bağlı İcarəyə verən və İcarəçi şirkətlər arasında bağlanmış “təhvil-təslim” aktları mövcud deyildir. İddia ərizəsində tələb olunan dəmir borular xxxx-ə verilməmişdir və həmin borular xxxx-də yoxdur. İddiaçı tərəfindən təqdim edilən qaimə-fakturaları imzalamış xxxx və xxxx adlı şəxslərin isə xxxx-ə heç bir aidiyyətləri yoxdur.
19. Eyni zamanda məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş xxxxx oğlu bildirdi ki, o, NA-a məxsus avadanlıqların, yəni dəmir boruların saxlandığı anbarın anbardarı olmuş və 2019-cu ilin xxxx aylarında müvafiq qaydada daxil olmuş elektron sifarişlər əsasında tərtib edilmiş qaimə-fakturalar əsasında xxxx-ın adından gəlmiş xxx və xxx adlı şəxslərə müxtəlif uzunluqda dəmir ayaqaltı boruları təhvil vermiş və eyni zamanda, sonradan həmin boruların müvafiq qaimə-fakturalar əsasında qaytarılmış olan bir hissəsini qəbul etmişdir. Lakin, xxxx-in işçiləri tərəfindən aparılmış dəmir boruların bir hissəsi qaytarılmamışdır.
20. Həmçinin məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş xxxxx oğlu bildirdi ki, onun maliyyə müdiri olduğu əsas şirkət olan “xxxx” MMC-in və NA-ın təsisçisi eyni şəxsdir və həmin hüquqi şəxslə rin ofisi və anbarı eyni ünvanda yerləşir. Buna görə də, o, NA-ın maliyyə məsələlərinin idarə olunması ilə yaxından məşğul olmuşdur. İcarəyə verən NA ilə icarəçi xxxx arasında bağlanmış Müqavilədə nəzərdə tutulan avadanlıqlar, yəni təxminən 80 ton dəmir boru-ayaqaltılar “xxxx” MMC-in anbarından götürülüb müvafiq qaimələr əsasında xxxx-nin nümayəndələrinə təhvil verilmişdir. Həmin avadanlıqların çox hissəsi müqavilə müddətində istifadə olunub qaytarılmış olsa da, təxminən 24 ton miqdarında avadanlıq hal-hazıradək qaytarılmamışdır. Eyni zamanda, Müqavilə əsasında icarəyə götürülmüş avadanlığa görə cavabdeh tərəfindən cəmi 12.600 manat məbləğində icarə haqqı ödənilmiş olsa da, qalan məbləğ ödənilməmişdir. Buna görə də, o, şəxsən xxxx-in rəhbəri xxxlə çoxsaylı danışıqlar aparmış və görüşlər ke çirmişdir. xxx icarə pulunun ödənilməsini və avadanlığın qalan hissəsinin qaytarılmasını “xxxx” MMC ilə yaranmış problemlərlə əlaqələndirmiş və müxtəlif bəhanələrlə avadanlığın qalan hissəsini qaytarmaqdan və borcun ödənilməsindən yayınmışdır.
21. Təsvir olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Müqavilə üzrə 2019-cu il 31 dekabr tarixinədək icarəyə verilmiş 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd (cəmi 24,04 ton) skofold boruların (dəmir ayaqaltı borular) xxxx tərəfindən NA-a qaytarılması barədə iddia tələbi əsaslıdır.
22. Həmin Müqavilə üzrə müqavilə müddətində, yəni ***** 2019-cu il tarixə kimi cəmi 30091,36 manat icarə haqqının hesablanması da əsaslıdır. Lakin, 2020-ci il ***** tarixindən 2020-ci il **** t arixinə (müqavilə müddəti bitdikdən sonra icarə predmetinin qaytarılmaması ilə əlaqədar) kimi günlük hər ton üçün 10 manatdan” olmaqla 51.205,20 manat icarə haqqının hesablanması isə qismən əsaslıdır. Çünki, tərəflər arasında bağlanmış Müqavilə üzrə icarə predmetinin qaytarılmaması ilə əlaqədar 2020-ci il *** tarixindən 2020-ci il **** iyul tarixinə kimi ödənilməli pulun hesabatı da “günlük hər ton üçün 6 manatdan” olmaqla aparılmalıdır. (bax §3 ) Bu halda isə həmin dövr üçün iddia ərizəsində qeyd olunan 51.205,20 manat məbləğində deyil, 30.723,12 manat məbləğində pul hesablanmalıdır. Bununla da, xxxx-dən Müqavilə üzrə icarə haqqı olaraq 60.814,48 manat (30.091,36 manat + 30.723,12 manat) məbləğində pul vəsaiti tutulmalıdır.
23. Eləcə də, məhkəmə hesab etmişdir ki, cavabdehdən tələb olun an 7.222,63 manat cərimə məbləği işin hallarını nəzərə almaqla, həmin məbləği azaldaraq cəmi 500 manat məbləğində pul tutulmalıdır.
24. İddia tələbində cavabdehdən “vəkilə ödənilmiş *** manat pulun” tutulması hər hansı bir sübut təqdim olunmadığı üçün təmin edilməmişdir.
25. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 425.1, 427.3, 442, 445.1, 448, 462.1, 465.2, 467, 700.1, 701.2.4, 705-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 106.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Həmin qətnamədən xxxx 2020-ci il 19 oktyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsinin 2020-ci il 17 noyabr tarixli 2-2(105)-126/2020 saylı qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli e-22(119)-111/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən –Z.Məmmədov, hakimlər – F.Məmmədov və E.Əhmədov).
28. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına istinad etməklə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 21-25). 29. xxxx həmin qətnamədən 2021-ci il 18 yanvar tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
30. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə formal münasibət bildirmiş, hər hansı bir araşdırma düzgün aparılmamış və birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənləri apellyasiya instansiya məhkəməsi təkrar köçürtməklə qətnamə qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsinin qətnaməsində pozulmuş maddi və prosessual pozuntulara təkrar yol verilmişdir.
31. Sadalanan apellyasiya şikayətinin dəlilləri ilə bağlı nə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır, nə də, məhkəmə tərəfindən hər hansı bir düzgün araşdırma aparılmamışdır.
32. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, NA-a məxsus avadanlıqların, yəni dəmir bor uların saxlandığı anbarın anbardarı olmuş şəxs tərəfindən 2019-cu ilin avqust-sentyabr aylarında müvafiq qaydada daxil olmuş elektron sifarişlər əsasında tərtib edilmiş qaimə-fakturalar əsasında xxxx-in adından gəlmiş xxxx və xxx adlı şəxslərə müxtəlif uzunluqda dəmir ayaqaltı boruları təhvil verilmişdir. Eyni zamanda, sonradan həmin boruların müvafiq qaimə-fakturalar əsasında qaytarılmış olan bir hissəsini qəbul etmişdir. Lakin xxxx-in işçiləri tərəfindən aparılmış dəmir boruların bir hissəsi qaytarılmamışdır.
33. Bundan başqa məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının subyektiv hüququnun olmamasına münasibətdə bildirmişdir ki, mübahisə məhz icarəyə verən NA ilə icarəçi xxxx arasında bağlanmış Müqavilə üzrə yarandığından həmin dəlil əsassızdır.
34. İşi n faktiki hallarından görünür ki, 2019-cu ilin avqust-sentyabr aylarında xxxx-də xxxx və xxxx adlı şəxslər işləməyiblər və onlara hər hansı bir səlahiyyətli etibarnamə verilməyib, bundan başqa cavabdeh cəmiyyət tərəfindən rəsmi qaydada iddiaçıya heç bir sifariş sənədi verilməyib. Bir sözlə iddia ərizəsində qeyd olunan materialların nə qəbulu, nə də ki, sifarişi ilə bağlı cəmiyyətin rəsmi sənədi olmayıb. Tərəflər arasında bağlanmış Müqavilənin 2.2-ci bəndində nəzərdə tutlmuş “Avadanlığı təsvir edən Təhvil Təslim Aktı (Əlavə 1) ilə bağlı məhkəmə heç bir qiymət verməmiş və sözü gedən Müqavilənin 2.2-ci bəndini nəzərə almadan şahid və digər əsassız sənədlərə istinad etmişdir.
35. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etm əmiş və prosessual hüquq normalarını da kobud şəkildə pozmuşdur.
36. Kassasiya şikayəti Mülki Məcəllənin 442, 675, 700 MPM-in 14.2, 77.1, 80, 81, 88, 386, 417.1.3, 418.1-ci maddələrinə; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 100-cu maddəsinə istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
37. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmamasını, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli e-2-2(105)-126/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
38. Cavabdeh xxxx məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada x əbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
39. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
40. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunduğunu nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətin in məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araş dırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüz ar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....”. Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalı dır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdiril diyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüq uqu özündə saxlamış olduğu halda tələb edə bilər....” Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” Maddə
701. İcarəyə verilən əşyanın ləvazimatı... 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir;...”. Maddə
705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....”. Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....”. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
44. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin mü əyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
46. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
47. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “iddiaçının məhkəməyə təqdim etdiyi qaimə fakturada olan möhürlərin hazırki işə cəlb olunmayan hüquqi şəxsə, yəni “xxxx” MMC-ə məxsus olması, iddianın subyektiv hüququ olmayan NA tərəfindən qaldırılması” dəlili ilə bağlı vurğulayır ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdi yi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ay rı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. NA – “İcarəyə verən” ilə xxxx – “İcarəçi” arasında bağlanmış 2019-cu il xxxxx tarixli **** nömrəli Müqavilənin 1.1-ci bəndinə əsasən, İcarəyə verən tərəfindən dəmir ayaqaltı (Avadanlıq) icarəçiyə icarəyə verilir, icarəçi isə bunun müqabilində bu Müqavilədə göstərilən qaydada icarə haqqı ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, avadanlıq üçün aylıq icarə haqqı hər ton üçün günlük 6 manat təşkil edir və müvafiq qanunvericilikdə birbaşa nəzərdə tutulmuş və irəli gələn hallar istisna olmaqla, icarə müddəti ərzində dəyişdirilmədən saxlanılır. Qeyd olunan Müqavilə bağlandıqdan sonra xxxx-in (direktor xxxin) sifarişləri əsasında müxtəlif ölçülərdə (uzunluqda ) dəmir skofold boruları (dəmir ayaqaltı borular) tərtib edilmiş müvafiq sənədlərdə (qaimə-fakturalar və s.) xxxx-in işçiləri kimi göstərilmiş **** və **** adlı şəxslər tərəfindən anbardan qəbul olunmuş və eyni zamanda, həmin boruların bir hissəsi həmin şəxslər tərəfindən anbara qaytarılmışdır. NA tərəfindən tərtib olunmuş 2020-ci il ***** tarixli **** nömrəli arayışdan görünür ki, Müqavilə üzrə icarəyə verən NA tərəfindən icarəçi xxxx-ə 6 metrlik 1710 ədəd, 5 metrlik 620 ədəd, 4 metrlik 500 ədəd, 3,60 metrlik 100 ədəd və 2,40 metrlik 100 ədəd dəmir skofold boruları verilmişdir. xxxx tərəfindən NA-a 6 metrlik 950 ədəd, 5 metrlik 588 ədəd, 4 metrlik 355 ədəd və 3,60 metrlik 100 ədəd dəmir skofold boruları geri qaytarılmışdır. xxxx-ə qaytarılmamış 24,04 ton, yəni 6 metrlik 760 ədəd, 5 metrli k 32 ədəd, 4 metrlik 145 ədəd və 2,40 metrlik 100 ədəd dəmir skofold boruları qalmışdır. Qeyd olunan Müqavilədən görünür ki, cavabdeh tərəf kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmələrə mötəbər sübut təqdim etməmiş, onun iddia tələbini qəbul etməməsi əsasları məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunmamışdır.
48. Bundan əlavə, iş materiallarından görünür ki, şahid qismində dindirilmiş xxxx oğlu izahatında göstərir ki, o, NA-a məxsus avadanlıqların, yəni dəmir boruların saxlandığı anbarın anbardarı olmuş və 2019-cu ilin avqust-sentyabr aylarında müvafiq qaydada daxil olmuş elektron sifarişlər əsasında tərtib olunmuş qaimə-fakturalar əsasında xxxx-in adından gəlmiş **** və **** adlı şəxslərə müxtəlif uzunluqda dəmir ayaqaltı boruları təhvil vermiş və eyni zamanda, sonradan həmin boruların bir hissəsi qaytarılmamışdır.
49. MPM-in 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etm əsi üçün geniş imkanların olması ilə təmin olunur. Tərəflərdən birinin öz hüquq və mənafelərini müdafiə etmək üçün qanunla ona verilmiş prosessual imkanlardan real istifadə edə bilməməsi çəkişmə prinsipinin pozulmasına, eyni zamanda sübutların düzgün qiymətləndirilməməsinə, iş üçün əhəmiyyətli olan bütün faktiki halların araşdırılmamasına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb ola bilər. MPM-in 217.3-cü maddəsinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qi ymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finl andiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar).
51. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli e-2-2(105)-126/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
52. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
53. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli e-2-2(105)-126/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.