Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-134/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: müqavilədən irləi gələn borcun ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: 30.06.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı ASC-nin vəkili X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilədən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabde hlər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən idiaçı ASC-nin xeyrinə 21.861,82 manat sığorta haqqı üzrə borcun, 26.307,3 manat dəbbə pulunun və 30,4 manat ödənilmiş dövlət rüsumunun, cəmi 48.199,53 manatın tutulması barədə qətnamə çızarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Oruczadə; iş No 2-2(81)534/2019) iddia tələbinin qismən təmin edilməsi; cavabdehlərdən iddiaçı ASC-nin xeyrinə 21.861,82 manat borcun, 500 manat dəbbə pulunun və ödənilmiş dövlət rüsmunun 20 manat hissəs inin tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-2(103)779/2019) cavabdehlər tərəfindən ayrı-ayrılqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin baxılması üçün yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin həmin qətnamədən narazı qalan Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi; Bakı Apellyas iya Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsi, ilk iddia üzrə iddia tələbinin tam rədd edilməsi, bu mümkün deyilsə, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Cavabdeh2 kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düz gün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı ASC-nin vəkili R.Məlikov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlərin nümayəndəsi gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə müvafiq olaraq işə oun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçı ASC-nin vəkilinin izahatını dinləyərək, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehlərin kassasiya şikayətləri təmin edilməməli; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul dur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Yevlax rayonu, Aran qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh1 sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün xx xxxxxx 2015-ci il tarixli, 080649 nömrəli lisenziya verilmişdir. İşin materiallarında olan, Sığortaçı - iddiaçı ASC ilə Sığorta Agenti - Cavabdeh1 arasında bağlanmış 90 nömrəli xx xxxxxx 2015-ci il tarixli “Sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi”nə əsasən Sığorta Agenti Sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərməyi; Sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər m ükafatları ödəməyi, həmçinin Sığorta Agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, sığorta qanunlarının və (və ya) müqaviləsinin şərtlərinə uyğun hesablanmış sığorta haqqını nağd və ya nağdsız qaydada ödənilməsini təmin etməyi, sığorta haqqı Sığortalı tərəfindən hissə-hissə və ya tam şəkildə nağd qaydada ödənildikdə Sığorta Agenti Sığortaçının ciddi hesabat blankı sayılan qəbz əsasında onu qəbul etməyi və qəbzin əslini sığortalıya, digər nüsxəsini isə hesabat formasında Sığortaçıya – onun bu iş üçün səlahiyyətli şəxsinə təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Sığorta Agenti bu müqavilə ilə müəyyən olunmuş səlahiyyətləri başqasına verə bilməz. Həmi n müqavilənin 5.2-ci bəndinə əsasən sığorta haqqı nağd qaydada ödənildikdə, Sığorta Agenti sığorta haqqının qəbul edilməsi haqqında qəbz yazmağı, qəbzin əslini sığorta haqqını ödəyən şəxsə təqdim etməyi, qəbzin surətini, qəbz üzrə pul vəsaitlərini sığorta müqaviləsi (və ya şəhadətnaməsi) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçıya hesabat formasında təqdim etməyi, əks təqdirdə hər gecikdirilmiş gün üçün Sığortaçıya komissyon mükafatın 5 %-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan, yuxarıda qeyd edilən müqaviləyə xx xxxx 2016-cı il tarixli Protokol Əlavəyə əsasən, Cavabdeh1 iddiaçı ASC-nin Sığorta Agenti qismində bağladığı müqavilələrə görə vaxtı keçmiş debitor borc üzrə 28.566,85 manat məbləğini iddiaçı ASCyə ödəməmişd ir. İşin materiallarında olan, “İcbari sığorta haqları üzrə borcun etirafı və ödənilməsi barədə” xx xxxx 2016-cı il tarixli müqaviləyə əsasən, xxxxlulardan Cavabdeh1 (cavabdehdir) Kreditorun (iddiaçı ASC-dir) Sığorta Agenti kimi fəaliyyət göstərmişdir və onun icbari sığorta müqavilələrinə görə kreditora sığorta haqqları üzrə 28.566 manat borcu qalmışdır. O, xxxxlulardan Cavabdeh2 ilə (cavabdehdir) birlikdə bu borcu etiraf edir və bu müqavilədə göstərilən qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən xxxxlular hər ay 3.570,75 manat olmaqla 8 ay ərzində borcu tam ödəməyi öhdəsinə götürmüşlər. Aylıq ödənişlər ən geci xx xxxxx 2016-cı il tarixdən başlayaraq, hər ayın 25-dək həyata keçirilməli idi. Həmin müqavilənin 4-cü bəndinə əsasən, xxxxlular bu müqavilə üzrə öhdəlikləri ni yerinə yetirmədikdə və ya vaxtında yerinə yetirmədikdə yaxud aylıq ödənişi müəyyən edilmiş müddətdə ödəmədikdə, Kreditor bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair pretenziya qaydasını tətbiq etmədən xxxxlulara qarşı məhkəməyə iddia verə bilər. Bu zaman sığorta haqqının agent müqaviləsinə əsasən ödəməli olduğu gündən başlayaraq, hər gecikdirilmiş gün üçün sığorta haqqının 0,1%-i miqdarında dəbbə pulu Kreditora ödənilməlidir. xx.xx.2018-ci il tarixli, 15/2523 saylı pretenziya məktubuna əsasən, iddiaçı ASC cavabdehlərdən sığorta haqlarının və gecikdirməyə görə hesablanmış dəbbə pulunun, cəmi 48.169,13 manat məbləğində 5 gün müddətində ödənilməsini tələb etmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüq uqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı ASC ilə Cavabdeh1 arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zəminində Cavabdeh1 iddiaçı ASC-nin adından xidmətlər göstərmiş, lakin Cavabdeh1 qəbul etdiyi sığorta haqlarını tam şəkildə iddiaçı ASC-yə ödəməmiş, bununla da ona 28.566,85 manat məbləğində borcu yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin borcun “xxxx” kimi qəbul edərək iddiaçı ASC ilə “İcbari sığorta haqları üzrə borcun etirafı və ödənilməsi” barədə müqavilə bağlayaraq mövcud olmasını imzalamaqla və möhürlə təsdiq etməklə etiraf etmişlər. İddiaçı ASC-də da məhz bu müqaviləyə əsaslanaraq onun qarşısında öhdəlik götürmüş şəxslərə qarşı iddia qaldırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, bor cun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Cavabdeh2 öz dəlillərində bunu inkar etsə də, onun öhdəliyi mövcud borcun etirafı haqq ında mücərrəd müqavilənin imzalanması ilə yaranmışdır. Bu öhdəlik qanunvericiliyin tələblərinə əsasən yazılı şəkildə olmuş və borcun yaranmasına səbəb olan sığorta agent müqaviləsinin formasında bağlanılmışdır İş üzrə müəyyən edilir ki, borcun etirafı müqaviləsi 3 tərəfli imzalanmış, Kreditor qismində İddiaçı Sığorta Şirkəti ASC, xxxxlular qismində isə Cavabdeh1 və Cavabdeh2 imzalamışlar. Həmin müqavilə mübahisələndirilməmiş, məhkəmə araşdırması zamanı da tərəflər həmin müqaviləni imzaladıqlarını, oradakı şərtlərin onlara məlum olduğunu etiraf etmişlər. Həmçinin, xx.xx.2016-cı il tarixli protokola əlavənin səhifələri də həm Cavabdeh1, həm də Cavabdeh2 tərəfindən imzalanmışdır. Bunan başqa, iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh1 adından Cavabdeh2 etibarnamə verilərək, İddiaçı Sığorta Şirk əti ASC-dən ona çatası pul vəsaitini almağı,bununla əlaqədar adından ərizə verməyi, imza atmağı, lazımi sənədləri təqdim etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edilmişdir. Tərəflərin məhkəmə araşdırması zamanı izahatlarından da aydın olmuşdur ki, Cavabdeh2 əvvəllər iddiaçının sığorta agenti kimi fəaliyyət göstərmiş, daha sonra sığorta agenti Cavabdeh1 adından etibarnamə əsasında hərəkətlər etmiş, Cavabdeh1 adında olan bu borcdan xəbəri olmuş, borcun etirafı müqaviləsini də öz iradəsi ilə imzalamışdır və həmin andan da İddiaçı Sığorta Şirkəti ASC qarşısında öhdəliyi yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sığorta haqqı üzrə 21.861,82 manat tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmay an, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə uyğun olaraq müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399-cu mаddəsinə əsаsən müqаvilə bаğlаndığı аndаn qüvvəyə minir və tərəflər üçün məcburi оlur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasə n öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddiaçı ASC iddia tələbində həmçinin, cavabdehlərdən müqavilənin vaxtında icra etmədiyinə görə də 26.307,30 manat cərimə məbləği tələb etmişdir. Bu tələblə bağlı iş üzrə müəyyən edilir ki, cavabdehlər iddiaçı ASC ilə bağladığları “İcbari sığorta haqları üzrə borcun etirafı və ödənilməsi barədə” müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı ASC “Sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi”n in 5.2-ci bəndinə və “İcbari sığorta haqları üzrə borcun etirafı və ödənilməsi” barədə müqavilənin 4-cü bəndinə əsasən, cavabdehlərə 26.307,30 manat dəbbə pulu hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Yuxarıda qeyd edilən müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün cərimənin (dəbbə pulu) hesablanması nəzərdə tutulduğundan, iddiaçı ASC-nin həm də cərimənin (dəbbə pulunun) ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə müvafiq olaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdən görüeür ki, cərimə məbləği tənasübsüz sürətdə yüksəkdir və iddiaçı ASC-nin mənafeləri nəzərə alınmaqla, həmin məbləğ azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda, iddiaçı ASC-nin iddia tələbi qismən əsaslı və qanuni olduğundan 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdehlərin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, hər iki kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-134/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-134/2020
30.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver