Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-134/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı dair ilkin iddia; "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddiaya dair iş üzrə QƏRARİ Açar sözlər: dövlət mülkiyyətində olan torpaqların icarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı “icarə obyektindən istifadə edilməsinə maneələrin qada ğan edilməsi” tələbinə dair ilkin iddiasına; "xxxx" MMC-nin İddiaçı MMCyə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin icarə obyektindən çıxarılması” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2-2(103)-828/2023 nömrəli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. "xxxx" MMC-nin 19 aprel 2021-ci il tarixli 07 nömrəli Qərarı ilə İddiaçı MMC-yə Yüksək Texnologiyalar Parkının qeydiyyat şəhadətnaməsi verilmiş və "xxxx" MMC ilə İddiaçı MMC arasında 03 may 2021-ci il tarixində “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP-021-F saylı müqavilə bağlanmışdır. 2. "xxxx" MMC (icarəyə verən) Yüksək Texnologiyalar Parkının rezidenti İddiaçı MMC (icarəçi) ilə ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 01 iyun 2021-ci il tarixində icarə müqaviləsi bağlanmış və müqavilənin müddəti 31 dekabr 2021-ci il tarixinəədək müəyyən edilmişdir. 3. "xxxx" MMC (icarəyə verən) Yüksək Texnologiyalar Parkının rezidenti İddiaçı MMC (icarəçi) ilə ünvan 1 ünvanında yerləşən Yüksək Texnologiyalar Parkının ərazisində 4300 kv.m torpaq sahəsinin (dövlət mülkiyyətində olan) icarəyə verilməsi ilə bağlı 16 fevral 2022-ci il tarixli icarə müqaviləsi bağlamış və müqavilənin müddəti 01 may 2031-ci il tarixinədək müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022- ci il tarixli icarə müqaviləsi əsasında ünvan 2 ünvanında – Yüksək Texnologiyalar Parkı ərazisində İddiaçı MMC-nin icarəsində olan 4300 kv.m torpaq sahəsindən İddiaçı MMC tərəfindən sərbəst istifadə edilməsinə, o cümlədən həmin sahəyə işçilərinin və yüklərinin buraxılmasına və eləcə də tikinti işlərinin həyata keçirilməsinə "xxxx" MMC tərəfindən maneələrin törədilməsi hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini əsaslandıraraq göstərmişdir ki, icarə müqaviləsinin 3.3.1-ci bəndinə əsasən iddiaçı onun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsindən icarə müqaviləsi və sahibkarlı q fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə ilə müəyyən edilmiş həddə sərbəstistifadə etmək hüququna malikdir. “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP021-F saylı xx.xx.2021-ci il tarixli müqavilənin 3.2.1-ci bəndinə tam uyğun olaraq iddiaçı icarəsində olan torpaq sahəsində kartof fri və çipsi istehsalını həyata keçirmək hüququna malikdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilələrə uyğun olaraq icarəsindəki torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə başlamış, bunun üçün xeyli miqdarda investisiya qoymuş, tikinti işərinə başlamış və avadanlıqları idxal edib kartof fri və kartof çipsi istehsalı sexinin inşasına və quraşdırılmasına başlamışdır. İddiaçı həmin istehsal sexinin bünövrəsini və əsas sütunları artıq inşa etmiş və tikintinin tamamlanması üçün zəruri olan tikinti konstruksiyaları, materialları və avadanlıqları satın alıb idxal edərək Yüksək Texnologiyalar Parkının ərazisinə gətirmiş və icarəsində olan sahənin yanında açıq havada yerləşdirmişdir. Lakin 2022- ci ilin avqust ayından başlayaraq "xxxx" MMC heç bir bildiriş və/və ya izahat vermədən iddiaçının sexinin tikintisini həyata keçirən işçilərin və sex üçün nəzərdə tutulan avadanlıqların Yüksək Texnologiyalar Parkının ərazisinə buraxmır. Cavabdeh yuxarıda qeyd edilən faktiki hərəkətləri ilə iddiaçıya icarəsində olan əmlakdan (torpaq sahəsindən) müqavilə məqsədləri üçün istifadəsinə mane olur. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə icarəsində olan torpaq sahəsindən müqavilə məqsədləri üçün istifadə edilməsinə maneələrin aradan qaldırılmasını tələb etmiş, lakin cavabdeh bu pretenziyaya cavab verməmişdir. İddiaçı cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada mediasiya təklifi və ərizəni göndərmiş, lakin cavabdeh mediator tərəfindən dəvət olunsa da, mediasiya sessiyasında iştirak etməkdən boyun qaçırmışdır. İddiaçı yuxarıda qeyd olunmuş müqavilələrin şərtlərinə tam əməl edir və cavabdeh müqavilə öhdəliklərinin pozulmasına dair hal-hazıra kimi hər hansı pretenziya verməmişdir. Cavabdehin verdiyi arayışdan da görünür ki, iddiaçı icarə haqqını vaxtlıvaxtında ödəyir və borcu yoxdur. İcarədə olan sahədən istifadəyə maneələr həmin sahəyə sahiblikdən məhrum etmədən törədilir və 2022-ci ilin avqust ayının sonundan başlayaraq fasiləsiz davam edir.
6. Eyni zamanda iddiaçı "xxxx" MMC ilk iddia ilə bi rlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMCnin ünvan 3 ünvanında Yüksək Texnologiyalar Parkında yerləşən "xxxx" MMC-yə məxsus 4300 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən təqdim edilən innovasiya layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə ziddir. Həmin Əsasnamənin 1.2.5-ci bəndinə görə, innovasiya və ya yüksək texnologiya layihəsi - texniki xüsusiyyətlərinə dair tələblər, nəticələrin in sənaye, xidmət və diger sahələrdə tətbiqi (kommersiyalaşdırılması) imkanları və üsulları, maliyyələşmə mənbələri, kadr potensialı və müddəti göstərilməklə, innovasiya məhsulunun və ya yüksek texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirən sənəddir. Əsasnamənin 2.0.2- ci bəndinə görə Texnoparkın yaradılması məqsədlərindən biri müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsidir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2021-ci İİ tarixil 05/21-YTP-021-F nömrəli AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair müqaviləmin 3.2-ci bəndinə görə, rezident layihə üzrə elmtutumlu, innovasiya yönümlü, idxal əvəzedən və gələcəkdə ixraca yönəlik aşağıdakı məhsulun istehsalı və satışı ilə əlaqədar, kartof fri və çipsi istehsalını həyata keçirir. Əsasnamənin tələblərinə görə, İddiaçı MMC-nin innovasiya layihəsi innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirmir
8. Üçüncü şəxsin nümayəndəsi ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən innovasiya layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texn ologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə ziddir. Belə ki, kartof fri və çips istehsalı elmtutumlu fəaliyyət deyildir. Cavabdeh Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra texnoparkda fəaliyyət göstərən rezidentlərlə bağlı araşdırma aparılmış və 2022-ci il 27 sentyabr tarixli akt tərtib olunmuşdur. Aktdan da görünür ki, iddiaçının fəaliyyəti əsasnamənin tələblərinə uyğun hesab olunmadığından fəaliyyətlərinin dayandırılması məqsədəuyğun hesab olunmuşdur. İddiaçıya başqa parkın ərazisinə köçmək təklif olunmuş, lakin o, razılaşmamışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 iyul tarixli e-2-2(113)-2294/2023 saylı qətnaməsi ilə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir (hakim N.Əhmədova).
10. Birinci instansiya məhkəməsi gəldiyi nə ticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında icarə münasibətlərinin mövcudluğu və icarə müqaviləsinin qüvvədə olması işin mübahisəsiz halıdır. Mübahisəli torpaq sahəsi 2022-ci il 16 fevral tarixindən 2031-ci il 1 may tarixinədək iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş, qeyd olunan hüquq dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq, cavabdeh iddiaçının işçilərini və sex üçün nəzərdə tutulan avadanlıqları AMEA Yüksək Texnologiyalar Parkının ərazisinə buraxmır, tikinti işlərinin həyata keçirilməsinə maneə yaradır, icarəçinin torpaq sahəsindən çıxarılmasını tələb edir.
11. Məhkəmə «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3, 4, 5- ci maddələrinə, Mülki Məcəllənin 157.4, 157.8, 158.4-cü maddələrinə, «İcarə haqqında» qanunun 15.1-ci maddəsinə istinadla g östərmişdir ki, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir, əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İcarəçi əmlaka qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər, bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qanunvericilik belə qaydaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsinin mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edildiyini, əmlak hüquqlarının istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edildiyini təsbit etmişdir. Əks halda mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin rəhbər tutulduğu iqtisadi münasibətlərdə mənfəət əldə etmək üçün iştirak edən sahibkarlıq subyektlərinin konstitusiyon hüququ olan azad sahibkarlıq hüququnun təmin edilməsi qeyri-mümkün olard ı.
12. Tərəflər arasında bağlanmış icarə müqaviləsində iddiaçının istehsal sahələri qurmaq, tikililər, avadanlıqlar və qurğular quraşdırmaq hüququ nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının təqdim etdiyi investisiya layihəsinə əsasən istehsal binasının inşası və avadanlıqların qurulması layihədə təsbit olunmuşdur. Məhz qeyd olunan layihə əsasında iddiaçıya texnoparkın rezidenti kimi qeydiyyat şəhadətnaməsi verilmiş və icarə müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də istehsal binasının inşası və avadanlıqların qurulmasına MMC-nin razılıq verdiyini təsdiqləmişdir.
13. Hazırkı iddia ilə İddiaçı MMC “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” müqavilə və onun əsasında bağlanmış icarə müqaviləsindən irəli gəllən hüquq larının və mənafelərinin texnoparkın idarəedici təşkilatı və icarəyə verən olan "xxxx" MMC tərəfindən pozulmasından müdafiəsini həyata keçirir. 14. "xxxx" MMC ilkin iddiaya etirazını və qarşılıqlı iddiasını İddiaçı MMC-nin fəaliyyətinin elmtutumlu fəaliyyət olmadığı ilə əsaslandırır.
15. Məhkəmə cavabdehin qeyd olunan dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, texnoparkın torpaq sahələrindən istifadə üçün icarə müqaviləsinin bağlanması üçün şəxslərin ilk növbədə texnoparkın rezidenti kimi qeydiyyata alınması və texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə bağlanması tələbi müəyyən edilmişdir. Bunun üçün isə müvafiq innovasiya layihəsinin təqdim olunması, layihənin Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğunluğunun texnoparkın Ekspertlər Şurası tərəfindən qiymətləndirilməsi tələb olunur. Ekspertlər Şurasının fəaliyyəti və qiymətləndirməni həyata keçirməsi isə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun həyata keçirilir. İnnovasiya layihəsinin Əsasnamənin 8.8-ci bəndinə uyğun olmasına dair ekspertlər şurasının rəyi əsasında idarəedici təşkilat (MMC) qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, texnoparkın qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim edir. Məhz bundan sonra texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və icarə müqaviləsinin bağlanması imkanı təsbit olunur.
16. İddiaçı MMC-yə “AMEA Yüksək Texnologiyalar Parkının qeydiyyat şəhadətnaməsinin verilməsi, “AMEA Yüksək Texnologiyalar Park ında fəaliyyətin həyata keçirilməsinə dair” müqavilənin və icarə müqaviləsinin bağlanması, qeyd olunan şəhadətnamə və müqaviləllərin qüvvədə olunması mübahisəsiz haldır. Kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsindən görünür ki, investisiya proqramı, istehsalat binası, alınacaq avadanlıqlar, istehsal gücü, işçi heyəti və kadrların ixtisasına dair tələblər, layihə üzrə nəzərdə tutulan əsas işlərin mərhələləri, görüləcək işlərin yerinə yetirilməsi ardıcıllığı qrafiki, məhsulun xarakteristikasıistehsal imkanları gücü və s. layihədə göstərilmişdir.
17. Tərəflər arasında bağlanmış “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli 05/21-YTP-021-F saylı müqavilənin 7.5-ci bəndinə əsasən müqavilənin müddəti xx.xx.2031- ci ilədək müəyyən edilir, müqavilə rezidentin texnoparkın rezidenti statusunun mövcud olduğu müddət ərzində qüvvədədir. Müqavilənin 8.3.7-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddət ərzində innovasiya layihəsini həyata keçirmək üçün lazım olan şəraitin yaradılmasını idarəedici təşkilatdan tələb etmək rezidentin hüququdur. Müqavilənin 13.3-cü bəndinə əsasən rezident tərəfindən qoyulan investisiyanın “İnvestisiya fəaliyyəti haqqında” Qanunun müvafiq maddələrinə əsasən qorunması idarəedici təşkilat ("xxxx" MMC) tərəfindən təmin edilir.
18. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən torpaq sahəsi Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün icarəyə verilir.
19. Göründüyü kimi, İdd iaçı MMC-nin pozulmaqdan müdafiəsini tələb etdiyi hüququ “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” müqavilə və icarə müqaviləsindən irəli gəlir.
20. Məhkəmə qeyd etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. M üqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri).
21. Hazırkı halda hər iki müqavilənin tərəfi qismində məhz "xxxx" MMC çıxış edir. Belə olan halda ilkin iddia üzrə cavabdehin hüquqi şəxsin tabeliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə verilməsi əsası ilə müqavilə üzrə öhdəliklərinin icrasından yayınması əsaslı hesab edilə bilməz.
22. Həmçinin cavabdeh, Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçının fəaliyyətinin elmtutumlu olmadığının müəyyən edildiyini qeyd edir. Üçüncü şəxs bunu təsdiq edən sənəd kimi məhkəməyə xx.xx.2022-ci il tarixli akt təqdim edir. Qeyd olunan aktdan görünür ki, akt Elm və Təhsil Nazirliyinin Elm, ali və orta istisas təhlili şöbəsinin, Audit şöbəsinin, Hüquq şöbəsinin, Maliyyə şöbəsinin, Əsaslı T ikinti və Təchizat İdarəsinin Bazar araşdırması şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və İddiaçı MMCnin fəaliyyətinin Nümunəvi Əsasnamənin 8.8-ci bəndinə uyğunsuzluğu nəzərə alınaraq yoxlama qrupu tərəfindən onun Yüksək Texnologiyalar Parkında fəaliyyətinin dayandırılmasının məqsədəmüvafiq hesab olunduğu qeyd olunmuşdur.
23. Məhkəmə qeyd etmişdir ki, fəaliyyəti qanunvericilik sisteminə daxil olan aktla tənzimlənən Ekspertlər Şurası tərəfindən iddiaçının təqdim etdiyi innovasiya layihəsinin Nümunəvi Əsasnamənin 8.8-ci bəndinə uyğun hesab edərək müsbət rəy verdiyi halda Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunan akt qeyd olunan rəyin mötəbərliyini və əsaslığını şübhə altına ala bilməz. Həmçinin qeyd olunan akt qeydiyyat şəhadətnaməsinin və ya “AMEA Yüksək Texno logiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” müqavilənin ləğvi üçün əsas deyildir. Cavabdeh isə etirazının və qarşılıqlı iddiasının əsasını təsdiq edən başqa sənəd təqdim etməmişdir.
24. Məhkəmə idarəedici təşkilat (cavabdeh) tərəfindən texnoparkın ekspertlər şurasının innovasiya layihəsinin Nümunəvi Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olmasına dair rəyi əsasında ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edilərək texnoparkın qeydiyyat şəhadətnaməsinin ərizəçiyə təqdim edildiyini, “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” müqavilənin bağlandığı və müqavilənin rezidentin texnoparkın rezidenti statusunun mövcud olduğu müddət ərzində qüvvədə olduğunun razılaşdırıldığını, icarə müqavilə sinin qeyd olunan müqavilə əsasında bağlandığını və qeydiyyat şəhadətnaməsinin, müqavilələrin qüvvədə olduğunu nəzərə alaraq cavabdehin etiraz və qarşılıqlı iddiasının əsassız, ilkin iddia tələbinin isə əsaslı olması nəticəsinə gəlmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 152.3, 157.4, 157.8, 158.4, 389, 390, 442, 448.1, 448.2, 700.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra-“TM”) 58.1-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 15.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 4, 5-ci; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin 1.2.2, 1.2.4, 8.8-8.10, 8.12, 8.13, 10. 2, 10.3-cü bəndlərinə; Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2015-ci il 15 may tarixli Qərarı ilə təsdiq edilmiş “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”nin 1.3, 2.1, 3.1, 3.3, 8.8-ci bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
26. Cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində həmin qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2-2(103)-828/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətl əri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).
28. Apellyasiya instansiyası məhkəməsi ilk iddianı əsaslı, qarşılıqlı iddianı isə əsassız hesab edərək göstərmişdir ki, ilk iddia tələblərinin qanuni əsasını “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bi lər. Tərəflər arasında bağlanmış müqavilənin 8.3.7-ci bəndində də nəzərdə tutulmuşdur ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində innovasiya layihəsini həyata keçirmək üçün lazım olan şəraitin yaradılmasını idarəedici təşkilatdan tələb etmək rezidentin hüququdur. Hazırkı işdə də qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında icarə münasibətlərinin mövcudluğu və icarə müqaviləsinin qüvvədə olması işin mübahisəsiz halıdır və mübahisəli torpaq sahəsi 16 fevral 2022-ci il tarixindən 01 may 2031-ci il tarixinədək iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş, qeyd olunan hüquq dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq, icarəyə verən icarəçinin işçilərini və sex üçün nəzərdə tutulan avadanlıqları AMEA Yüksək Texnologiyalar Parkının ərazisinə buraxmır, tikinti işlərinin həyata keçirilməsinə maneə yaradır və hazırda qarşılıqlı iddia irəli sürərək, icarəçinin torpaq sahəsindən çıxarılmasını tələb edir.
29. Cavabdeh ilk iddiaya etirazını və qarşılıqlı iddiasını İddiaçı MMC-nin fəaliyyətinin elmtutumlu fəaliyyət olmadığı ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisənin predmeti baxımından cavabdehin həmin dəlilləri əsassızdır və heç bir halda ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi əsası kimi çıxış edə bilməz. Belə ki, əvvəla Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edi lmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
30. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.3.4-cü bəndindən də görünür ki, icarəyə verən ilə rəsmi qaydada razılaşdırılmış istehsal sahələri qurmaq, tikililər, avadanlıqlar və qurğular quraşdırmaq icarəçinin hüquqları sırasında təsbit olunmuşdur. İddiaçının təqdim etdiyi investisiya layihəsinə əsasən istehsal binasının inşası və avadanlıqların qurulması layihədə təsbit olunmuşdur. Məhz qeyd olunan layihə əsasında iddiaçıya texnoparkın rezidenti kimi qeydiyyat şəhadətnaməsi verilmiş və icarə müqaviləsi bağlanmışdır.
31. Kartof fri və çipsi istehsalının təşkili yönüm lü investisiya layihəsindən görünür ki, investisiya proqramı, istehsalat binası, alınacaq avadanlıqlar, istehsal gücü, işçi heyəti və kadrların ixtisasına dair tələblər, layihə üzrə nəzərdə tutulan əsas işlərin mərhələləri, görüləcək işlərin yerinə yetirilməsi ardıcıllığı qrafiki, məhsulun xarakteristikası istehsal imkanları gücü və s. layihədə göstərilmişdir.
32. Tərəflər arasında bağlanmış “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin h“AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” 05/21YTP-021-E saylı 03 may 2021-ci il tarixli müqavilənin 3.2.1-ci bəndinə əsasən rezident (iddiaçı) kartof fri və çipsi istehsalını həyata keçirir, 7.5-ci bəndinə əsasən müqavilənin müddəti 01 may 2031-ci ilədək müəyyən edilir, müqavilə rezidentin texnoparkın rezidenti statusu nun mövcud olduğu müddət ərzində qüvvədədir. Müqavilənin 8.3.7-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddət ərzində innovasiya layihəsini həyata keçirmək üçün lazım olan şəraitin yaradılmasını idarəedici təşkilatdan tələb etmək rezidentin hüququdur. Müqavilənin 13.3-cü bəndinə əsasən rezident tərəfindən qoyulan investisiyanın “İnvestisiya fəaliyyəti haqqında” Qanunun müvafiq maddələrinə əsasən qorunması idarəedici təşkilat ("xxxx" MMC) tərəfindən təmin edilir. 39.Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən torpaq sahəsi Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün icarəyə verilir.
33. Göründüyü kimi, İddiaçı MMC-nin pozulmaqdan müdafiəsini tələb etdiyi hüququ “AMEA Yüksək Texnol ogiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” müqavilə və icarə müqaviləsindən irəli gəlir. Həmin icarə müqaviləsi isə qüvvədədir və bu növ torpaq icarəsinə dair müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi ya tərəflərin razılaşması, ya da məhkəmə icraatı qaydasında həyata keçirilir.
34. Məhkəmə Torpaq Məcəlləsinin 75, «Torpaq icarəsi haqqında» Qanunun 31-ci və «İcarə haqqında» Qanunun 13-cü maddələrinin birgə təfsirinə əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış torpaq icarəsinə dair müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi (tərəflər arasında razılıq olmadığı halda) yalnız məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Lakin, tərəflər arasında müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməyib, icarə münasibətlərinin mövcudluğu və icarə müqavi ləsinin qüvvədə olması işin mübahisəsiz halıdır. Cavabdehin yalnız hazırki icraat zamanı müqavilənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi isə hazırki mübahisəyə baxılmasına mane olan hal deyildir. Gələcəkdə bununla bağlı yekun məhkəmə aktı qəbul olunduğu təqdirdə cavabdeh bunun nəticələrinin tətbiq olunmasını tələb edə bilər. Hazırki halda, yəni tərəflər arasında icarə münasibətlərinin mövcudluğu və icarə müqaviləsinin qüvvədə olması halında cavabdeh tərəfindən iddiaçının icarə predmeti olan torpaq sahəsindən sərbəst istifadə edilməsinə maneələrin törədilməsi tam əsassızdır və iddiaçı həmin hərəktlərə son qoyulmasını tələb etməkdə haqlıdır, qarşılıqlı iddia isə özü-özlüyündə əsassızdır.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni TM-nin 58.1, 75.2, 75.6-cı, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 15-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Torpaq Məcəlləsinin 73.1, 75.2-ci maddələri və Mülki Məcəlləsinin 719.1, 719.4-cü maddələrinin əlaqəli surətdə şərh edilməsinə dair” 2023-cü il 16 iyun tarixli Qərarına istinadla əsaslandırmışdır.
37. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş k assasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia tələblərinin rədd edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin, MM-nin 14.1, 14.2.2 və 152.1-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”si nin tələbləri pozulmuşdur- 2022-ci il 16 fevral tarixində Yüksək Texnologiyalar Parkı ərazisindəki 4300 kv.m torpaq sahəsindən istifadə edilməsinə dair tərəflər arasında icarə müqaviləsi bağlanılmışdır. 2022-ci il 28 iyul tarix ində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə cavabdeh Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Cavabdeh Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra texnoparkda fəaliyyət göstərən rezidentlərlə bağlı araşdırma aparılmış və 2022-ci il 27 sentyabr tarixli akt tərtib olunmuşdur. Müəyyən olunmuşdur ki, iddiaçının innovasiya layihəsi Əsasnamənin 8.8-ci bəndinin tələblərinə görə, texnoparkın fəaliyyət profilinə uyğun deyil. Həmin aktdan da görünür ki, iddiaçının fəaliyyəti əsasnamənin tələblərinə uyğun hesab olunmadığından fəaliyyətlərinin dayandırılması məqsədəuyğun hesab olunmuşdur. İddiaçıya başqa parkın ərazisinə köçmək təklif olunmuş, lakin o, razılaşmamışdır. Tərəflər arasında bağlanmış 2021-ci il 3 may tarixli müqavilənin 3.2-ci bəndinə görə, “rezident layihə üzrə elmtutumlu, innovasiya yönümlü, idxal əvəzedən və gələcəkdə ixraca yönəlik aşağıdakı məhsulun istehsalı və satışı ilə əlaqədar, kartof fri və çipsi istehsalını həyata keçirir. Qeyd olunan Əsasnamənin tələblərinə görə, iddiaçının innovasiya layihəsi innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirmir. Ona görə də, “kartof fri və çipsi istehsalı” elmtutumlu və innovasiya yönümlü hesab olunmadığından iddiaçıdan qeyd edilən layihə üzrə işlərinin dayandırılması xahiş olunmuşdur.
39. Bundan əlavə, yuxarıda qeyd edilən, iddiaçı ilə bağlanılmış 2021-ci il 3 may tarixli müqavilənin və 2022-ci il 16 fevr al tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair iddia tələbləri ilə iddiaçıya qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və iddia ərizəsi baxılması üçün məhkəmə icraatına qəbul edilmişdir. Lakin, məhkəmə bunu nəzərə almadan qeyd edilən maddi hüquq normaların tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
40. MPM-in 9.1, 9.3, 14.1, 14.2, 88, 217.2 və 218.1-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin iddia tələbləri üzrə hərtərəfli, tam və obyektiv tədqiq aparılmamış və iş üzrə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticələr işin həqiqi hallarına uygun gəlmir. Kassator hesab edir ki, məhkəmənin işdə olan sübutları, o cümlədən, Elm və Təhsil Nazirliyinin 2022-ci il 27 sentyabr tarixli Aktını təhlil e tmədən, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Həmçinin, məhkəmə mülki qanunvericiliyinin tələblərini pozaraq işin dayandırılması barədə vəsatəti əsassız olaraq təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
42. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin f aktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu... 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları... 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqs irli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
45. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;...”
46. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
58. Torpaq sahəsində tikintinin həy ata keçirilməsi 58.1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır....” “Maddə
75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları...
2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçi si, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir....
6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.” 47. “İcarə haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
7. İcarə müqaviləsi 1.İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir....” “Maddə
13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması 1.İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığ ı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər....” “Maddə
15. İcarəçinin əmlak hüquqlarının müdafiəsi 1.İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər....” 48. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
3. Torpaq üzərində icarə münasibətləri İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir.” “Maddə
4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.” “Maddə
5. İcarəyə verilən dövlət torpaqları Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:... dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektl ərinin tikintisi layihələndirilmiş torpaqlar....” “Maddə
31. Mübahisələrin həlli Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.”
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Torpaq Məcəlləsinin 73.1, 75.2-ci maddələri və Mülki Məcəlləsinin 719.1, 719.4-cü maddələrinin əlaqəli surətdə şərh edilməsinə dair 2023-cü il 16 iyun tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müq aviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Baxılan iş üzrə ilk iddianın predmetini iddiaçının icarəsində olan torpaq sahəsindən onun tərəfindən sərbəst istifadə edilməsinə cavabdeh tərəfindən maneələrin yaradılmasına son qoyulması, qarşılıqlı iddianın predmetini isə ilk iddiaçının həmin torpaq sahəsindən çıxarılması təşkil edir.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, tərəflər arasında bağlanmış torpaq icarəsinə dair müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi (tərəflər arasında razılıq olmadığı halda) yalnız məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Hazırkı halda tərəflər arasında müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməmiş, icarə münasibətlərinin mövcudluğu və icarə müqaviləsinin qüvvədə olması işin mübahisəsiz halıdır.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
53. Belə ki, işin materiallarından görünür ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən ilk iddia üzrə cavabdehin nümayəndəsi məhkəməyə müraciət edərək, iddiaçıya qarşı “icarə müqaviləs inin ləğvi” tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edildiyini bildirmiş və bununla əlaqədar həmin iş üzrə yekun məhkəmə aktı çıxarılanadək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsinin istinad etdiyi kommersiya mübahisəsi üzrə işin Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilməsinə dair 2023-cü il 18 sentyabr tarixli qərardad işin materiallarına əlavə edilmişdir.
54. İş üzrə icraatın dayandırılmasına dair cavabdehin vəsatətini baxılmamış saxlayan apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdehin müqavilənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi hazırkı mübahisəyə baxılmasına mane olan hal deyildir. Gələcəkdə bununla bağlı yekun məhkəmə aktı qəbul olunduğu təqdirdə cavabdeh bunun nəticələrinin tətbiq olunmasını tələb edə bilər.
55. Məhkəmə kollegiyası ilkin iddiaçının mübahisəli sahədən istifadə etməsinin müqavilə əsasına qiymət verilmədən hazırki işə baxılmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya məhkəməsi mübahisəli hazırkı iş üzrə icraatın dayandırılması məsələsinə MPM-nin 254.1.4-cü maddəsinin (bax yuxarıda bu qərarın 35ci bəndi) tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.
56. «Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessu al Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 2004-cü il 25 mart tarixli qərarı).
57. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi qeyd olunan prosessual pozuntu səbəbindən ləğv edilməlidir. İşin yeni apellyasiya baxışı zamanı, hazırkı iş üzrə icraatın ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıya qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması məsələsinə MPMnin 254-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməli və ya hər iki işin baxıldığı instansiyadan asılı olaraq bir icraatda birləşdirilmə məsələsi müzakirə edilməlidir.
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
59. MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Кassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2- 2(103)-828/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva V.T.Həsənov A.Q.Hüseynov