Məhkəmə qərarları › İş №2-2(102)-135/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-135/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-135/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC BOKT-nın cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-135/21 Bakı şəhəri 20 aprel 2021-ci il 20.04.2021 Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması; iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı QSC BOKT-nın vəkili Vəkil1in, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2un iştirakları ilə, İddiaçı QSC BOKT-nın vəkili Vəkil1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 noy abr 2020-ci il tarixli, 2-2(103)-588/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı QSC BOKT (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - cavabdehdən cəmi 115.617,05 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması: - borc tələbinin cavabdehin mülkiyyətində olan “Shacman” markalı **-JK-***, “Ford Transit” markalı, **-JL-***, “X1 5” markalı **-PJ-***, “X1 5” markalı **-PJ-***, “Hyundai Sonata” markalı **-PC-***, “Shacman” markalı, **-JK-***, “KAMAZ 55111 Ş-DƏ KS 557131” markalı **-JD-***, “Volvo FMX” markalı **-JZ-***, “Mitsubishi L200” markalı **-AN-***, “Renault Logan” ma rkalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitələrinə yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə iddiaçının həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək: - cavabdehdən cəmi 115.617,05 manat kredit borcunun və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması; - borc tələbinin cavabdehin mülkiyyətində olan “Shacman” markalı **-JK-***, “Ford Transit” markalı, **-JL-***, “X1 5” markalı **- PJ-***, “X1 5” markalı **-PJ-***, “Hyundai Sonata” markalı **-PC-***, “Shacman” markalı, **-JK-***, “KAMAZ 55111 Ş-DƏ KS 557131” markalı **-JD-***, “Volvo FMX” markalı **-JZ-***, “Ford Cargo” markalı **-JF-***, “Honda CRV” markalı **-PD-***, “Renault Logan” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə iddiaçının həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı b ildirmişdir ki, 11 avqust 2015-ci il tarixli və 21 aprel 2017-ci il tarixli müqavilələrə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ iddiaçıya keçmiş, 09 aprel 2018-ci il tarixli, S-131 saylı təhvil-təslim aktına əsasən cavabdehin 17 mart 2019-cu il tarixli, 3467 saylı və 10 iyun 2009-cu il tarixli, 3724 saylı kredit müqavilələri üzrə cəmi 115.617,05 manat borcu olmuşdur. Tələb hüququ iddiaçıya keçdikdən sonra cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış və borcun ödənilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, həmin borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi zərurəti yaranmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Cavabdeh ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə onun rədd olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2(113)-666/2020 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia tələbi təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış 17 mart 2009-cu il tarixli kredit sazişinə əsasən, bank tərəfindən cavabdehə 7.086.754,52 manat, 10 iyun 2009-cu il tarixli kredit sazişinə əsasən isə 9.560.755 manat məbləğində kredit xətti açılmış, cavabdeh kredit borcunu faizlərlə birlikdə ödəməyi öhdəsinə götürsə də, həmin öhdəliklərə əməl etməmiş və 29 may 2019-cu il tarixə 115.617,05 manat borcu mövcud olmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 noyabr 2020-ci il tar ixli, 2-2(103)-588/2020 saylı qətnaməsi ilə (sədrlik edən Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. “xxxx” ASC ilə Cavabdeh MMC arasında 17 mart 2009-cu il tarixli, 3467 saylı kredit sazişi bağlanmış və sazişə əsasən bu kredit sazişi bank tərəfindən verilən bütün kredit resurslarını vaxtında və tamamilə qaytarmaq barəsində borcalanın bank qarşısında borc öhdəliyidir (1.2). Bank borcalana aşağıdakı şərtlərlə kredit resursları verməyə razıdır, borcalan isə göstərilən kredit resurslarını qəbul etməy i və qaytarmağı öhdəsinə götürür (1.3). Borcalanın bu kredit sazişində nəzərdə tutulmuş bütün tələblərə əməl etməsi şərti ilə bank ona açılmış kredit xətlərin çərçivəsində 7086754,52 manat dəyərində zəmanəti açır (2.1). Borcalan hesabındakı vəsaitin təcrid edilmədən Mədəniyyət və Turizm Nazirliyi üçün 7086754,52 manat məbləğində əvvəlcədən ödəniş zəmanəti açır (3.1). Borcalan kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən kontraktın həyata keçirilməsi üçün Banka kontraktda nəzərdə tutulmuş zəmanətin açılması haqqında ərizə təqdim edir (3.2). Borcalan əvvəlcədən ödəniş zəmanət üzrə ödəniş olduğu halda ödənilən vəsait məbləği qədər öz hesablaşma hesabında həmin vəsaitin təmin olunmasını öhdəsinə götürür (3.3). Borcalanın hesabında vəsait olmadığı halda zəmanət üzrə ödənişlər borcalanın Beynə lxalq Bankdakı ssuda hesabından debetə yazılmaqla həyata keçirilir və borcalanın bank qarşısında ssuda borcu yaranır (3.4). Borcalan hesabında vəsait olmaması nəticəsində zəmanət üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür (4.1). Borcalan əvvəlcədən ödəniş açıldığı tarixdən etibarən əvvəlcədən ödənişin tam ödənildiyi tarixədək əvvəlcədən ödəniş zəmanətinin istifadə olunmamış balansına illik 5 % hesabı ilə hesablanmış komissiyanı banka ödəməyi öhdəsinə götürür. Borcalan bu sazişlə müəyyən edilmiş qaydada faizlər ödəməyi öhdəsinə götürür (5.1). Borcalanın bank qarşısında ssuda borcu yaranandan sonra kredit üzrə faizlər kreditin istifadə edilmiş hissəsinə şərti olaraq 360 gün götürülən faiz dövrünün günlərinin faktiki sayına gö rə hər gün illik 18 %-lə hesablanır (5.2). Borcalan banka faizləri hər ayın 20-dən gec olmayaraq ödəyir (5.3). Tərəflər arasında eyni şərtlərlə 10 iyun 2009-cu il tarixli, 3724 saylı kredit sazişi bağlanmış və sazişə əsasən bank Cavabdeh MMC-yə açılmış kredit xətlərin çərçivəsində 9560755,00 manat dəyərində zəmanət açmışdır. Hər iki kredit sazişin 15.1-ci bəndində qeyd olunmuşdur ki, Saziş hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və borcalanın bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabi netinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında “İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 09 aprel 2018-ci il tarixli, S-131 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. “xxxx” ASC ilə iddiaçı arasında imzalanmış 09 aprel 2018-ci il tarixli S-131 saylı təhvil-təslim aktında kredit üzrə əsas borc məbləğinin 08 avqust 2012-ci il tarixdə ödənilməsi qeyd olunmuşdur. İddiaçı müqavilələrin 5.3-cü bəndinə görə illik 18 %-lə hesablanmış 115617,05 manat məbləğində cavabdehin borcunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, iddianın əsaslı hesab edilməsi üçün iddiaçı bank tərəfindən kredit xətti müqavilələri üzrə cavabdehə müqavilələrdə göstərilən kredit məbləğlərinin və ya onların müəyyən hissəsinin ödənilməsi, cavabdeh tərəfindən həmin kredit məbləğlərinin banka geri qaytarılması, lakin müqavilələrin 5.3-cü bəndinə görə illik 18 faizlə hesablanmış faiz məbləğlərinin ödənilməməsi və faiz borcunun 115.617,05 manat olması təşkil etməsi hallarını sübuta yetirməli idi. Lakin, iddiaçı bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin b ildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Belə olan halda, 09 aprel 2018-ci il tarixli, S-131 saylı təhvil-təslim aktına əsasən, kredit üzrə əsas borcun 08 avqust 2012-ci il tarixdə ödənilməsi qəbul edildiyi halda iddia ərizəsi 30 yanvar 2020-ci il tarixdə təqdim olunduğundan, iddia müddəti ötürülmüşdür. Məhkəmə birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı müddətin müqavilənin qüvvədə olma müddəti ilə əlaqələndirilməsinə dair gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, müqavilənin qüvvədə olma müddəti öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirildikdə öhdəliklər tam icra edilməyənədək iddia müddətinin axımı başlamamış olur, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac qalmı r. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 372.1, 372.2, 373.2, 375.2, 741, 554.4, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmələr tərəfindən iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsindən əvvəl iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığının araşdırılmalı olduğuna dair göstərişi mövcuddur ki, apellyasiya məhkəməsi tərəfindən bu qayda pozulmuşdur. Digər əsas kimi bildirilmişdir ki, apellyasiya məhkəməsi iddia müddətinin ötürülməsinə dair nəticəyə gələrkən mübahisəli kredit müqavilələri üzrə öhdəliyin icrası ilə bağlı şərtlərin həmin müqavilələrdə nəzərdə tutulmasına əhəmiyyət verməmişdir. Belə ki, hər iki kredit sazişində müqavilələrin imzalandığı andan qüvvəyə minməsi və cavabdehin bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalması müəyyən edilmişdir. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli, 24 dekabr 2014-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 399.3, 399.4, 405.1, 430.1, 425.1, 425.2, 5.3-cü maddələrinə istinad olunmu şdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Kredit üzrə əsas borcun 08 avqust 2012-ci il tarixdə ödənilməsi qəbul edildiyi halda, iddia ərizəsi 30 yanvar 2020-ci il tarixində təqdim olunduğundan, iddia müddəti ötürülmüşdür. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, apellyasiya məhkəməsi iddia müddətinin ötürülməsinə dair nəticəyə gələrkən mübahisəli kredit müqavilələri üzrə öhdəliyin icrası ilə bağlı şərtlərin həmin müqavilələrdə nəzərdə tutulmasına əhəmiyyət verməmişdir. Hər iki kredit sazişində müqavilələrin imzalandığı andan qüvvəyə minməsi və cavabdehin bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalması müəyyən edilmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): - 372-ci madəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç (...) ildir; - 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzə rdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir; - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; - 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Sadalanmış müddəaların ümumiləşdirilmiş təhlilinə görə, əgər müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, müqavilə üzrə iddia müddəti uç il müəyyən edilmişdir. Bu müddətin tətbiq edilməsi ilə bağlı mübahisə tərəfi ərizə verdikdə məhkəmə müəyyən şərtlərin yoxlam ası nəticəsində müddətin ötürülməsi qənaətinə gəldikdə, iddianın təmin edilməməsi barədə qərar verməlidir. Öhdəliklər üzrə iddia müddətinın axımı icra müddəti bitdikdən sonra başlanılır. Tərəflər arasında yaranan münasibətlər kredit müqavilələrindən irəli gəldiyindən, iddia müddətinin tətbiqinə qiymət verərkən məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır və kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində n əzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki qanunvericiliyin müddəalarına və onlarla bağlı verilmiş şərhə əsaslanmaqla apellyasiya məhkəməsi müqavilə şərtləri üzrə cavabdeh olan borclunun əsas öhdəliklərinin icrası müddətinin bitməsi vaxtını 08 avqust 2012-ci il tarixinə aid olduğunu müəyyən etməklə, düzgün olaraq sonrakı gündən üç illik iddia müddətinin axımının başlanmasını bildirmiş və iddiaçının bu müddətdən sonra məhkəməyə müraciət edilməsini, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizənin verilməsini iddianın rədd edilməsi üçün hüquqi əsas təşkil etdiyi nəticəsinə gəlmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 15.1-ci bəndinə əsasən, Saziş hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və borcalanın bank qarşısında öhdəlikləri tamamilə yerinə yetiri lənədək qüvvədə qalır. İddia müddətinin tətbiqi ilə bağlı müqavilənin qüvvədə olma müddəti ilə əlaqələndirilməsinə münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Mülki Məcəllənin 550-554-cü maddələrinə əsasən apardığı hüquqi qiymətləndirməsi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, bu məsələyə eyni zamanda yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında hüquqi qiymət verilmişdir. Həmin qərarda bildirilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Bundan başqa, cavabdehin kredit sazişin 15.1-ci bəndində əsaslanmaqla istinad etdiyi “Azərbaycan R espublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında məsələyə eyni qaydada şərh verilməklə, müqavilənin qüvvədə olma müddəti ilə kredit müddəti anlayışlarının fərqli olduğu göstərilmişdir. Mülki Məcəllənin 399.3-cü maddəsində göstərilmişdir ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunmuş məsələlərə münasibətdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəz i müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarından göstərilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olu nanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Baxılan məsələyə münasibətdə Konstitusiya Məhkəməsinin əks olunmuş şərhinin tətbiqi isə o anlama gətirir ki, müqavilə şərtlərinə görə əsas kredit borcuna hesablanmış faiz borcu həmin müqavilənin 4.1, 5.2 və 5.3-cü bəndlərində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh olan borclunun əsas öhdəliklərinin icrası müddətinin, yəni kredit müddətinin bitməsi vaxtı 08 av qust 2012-ci il tarixinə aid olduğundan, sonrakı gündən üç illik iddia müddətinin axımı başlanmışdır. Şərh olunmuş qaydanın tətbiqi həmçinin o səbəbdən məntiqli görünür ki, kredit münasibətlərində bankların maddi maraqlarının qorunması ilə yanaşı, eyni zamanda borcluya münasibətdə də ədalətli tarazlığa nail olunmalıdır. Bu məqsədlə isə borclu şəxs həddən artıq maliyyə məsuliyyətini daşımamalıdır. Bu baxımından məhkəmə kollegiyası Mülki Məcəllənin 425-ci maddəsində müəyyən edilmiş öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipinə riayət olunmasını zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi kredit sazişin 15.1-ci bəndi iddia müddətinin tətbiqini istisna edən hüquqi əsas olmadığından, apellyasiya məhkəməsinin bu hissədə nəticəsi qanunamüvafiqdir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı müqavilələrin 5.3-cü bəndinə görə illik 18 faizlə hesablanmış faiz məbləğlər inin cavabdeh tərəfindən ödənilməməsi və faiz borcunun 115.617,05 manat olması təşkil etməsi hallarını sübuta yetirməli idi. Lakin, iddiaçı bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmələr tərəfindən iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsindən əvvəl iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığının araşdırılmalı olduğuna dair göstərişi mövcuddur ki, apellyasiya məhkəməsi tərəfindən bu qayda pozulmuşdur. Məhkəmə kollegiyası cavabdehin dəlili üzrə aşağıdakıları qeyd edir. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-c ü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Apellyasiya məhkməsinin hüquqi qiymətləndirməsindən göründüyü kimi, məhkəmə iddianın qanuni əsası kimi Mülki Məcəllənin 741-ci maddəsinə istinad etmklə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmış və müəyyən etmişdir ki, mübahisə “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrindən irəli gəlsə də, lakin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında “İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Cavabdeh tərəfindən iddiaçının hüququnun pozulub-pozulmamasına münasibətdə apellyasiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəf tələbin əsasını təşkil edən halların sübut edilməsi yükü ilə bağl öz vəzifəsini yerinə yetirə bilməmişdir. Göründüyü kimi, apellyaisya məhkəməsi yuxarıda istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə uyğun olaraq hüquqi qiymətləndirməsini aparmışdır. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şiakyətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən, k assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC BOKT-nın vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2-2(103)-588/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin Hüseynova hakimi Sevda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar