Məhkəmə qərarları › İş №2-2(102)-135/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-135/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-135/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “X” X7 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə əsas borc, faiz və cərimə borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər X5 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “X” X3rşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(105)-1/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qay dasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə “X” X9 arasında 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsi imzalanmışdır.

2. Həmin müqaviləyə əsasən bank borcalana 60 ay müddətinə illik 14 faiz ödənilməsi şərti ilə 12.000.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh “X” X7 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.000.000 manat məbləğində əs as, 1.154.998,84 manat məbləğində faiz, 2.050,83 manat cərimə olmaqla ümumilikdə 13.157.049,67 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsinə əsasən, cavabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə 60 ay müddətinə illik 7 faiz dərəcəsi olmaqla 12.000.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Müqavilənin tələblərinə əsasən, cavabdeh müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə g ötürsə də, sonradan müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq ödənişlərini vaxtı-vaxtında etməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında təqdimat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin tələb olunan öhdəlik yerinə yetirilməmişdir.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli, 2-2(085)16/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim - V.Əzizova).

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki pro sessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir.

7. Belə ki, tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli kredit müqaviləsi üzrə cavabdeh illik 7 faizlə 60 ay müddətinə 12.000.000 manat məbləğində kredit götürmüş, həmin məbləği və hesablanmış faiz borcunu vaxtında ödəməmiş, bununla da, kredit müqavilələrinin şərtlərini pozmuşdur. Kredit müqavilələri üzrə əsas krediti və hesablanmış faizlərin ödənilməsi ilə bağlı bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilsə də, sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və borcun ödənilməsini təmin etməmişdir.

8. Məhkəmə bu qənaətini Azərbayc an Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 425.1, 442, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır

9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 noyabr tarixli, 2-2(105)-105/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – F.Məmmədov və E.Əhmədov)

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və ape llyasiya şikayətinin dəlillərinin əsassız hesab etmişdir.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 442, 739.1, 739.2-ci maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyul tarixli 2-2(102)-301/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmi şdir (sədrlik edən hakim – K.Abiyeva, hakimlər – İ.Dadaşov, V.Həsənov).

15. Məhkəmə bildirmişdir ki, hazırki iddianın predmetini tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz və cərimənin tutulması təşkil edir.

16. Həmin kredit müqaviləsi üzrə borcun tutulmasını mübahisələndirən cavabdeh, sözügedən kredit müqaviləsinin formal bağlanmasına, müqaviləyə əsasən cavabdehə hər hansı vəsaitin verilməməsinə, kredit vəsaitlərinin bankın idarə heyətinin sədri vəzifəsində işləmiş X10 tərəfindən mənimsənilməsinə istinad etmiş, göstərilən faktla bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin istintaqının yekunlaşdığını və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gö ndərildiyini göstərmişdir.

17. Cavabdehin göstərilən dəlili ilə bağlı “Elektron informasiya məhkəmə sistemi”ndən çıxarışdan aydın olmuşdur ki, təqsirləndirilən X6 barəsində cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 fevral tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini, hazırki iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə qəbul ediləcək məhkəmə aktının preyudisial əhəmiyyətini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, sözügedən cinayət işi yekunlaşanadək iş üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinin tələbləri qaydasında hüq uqi qiymət verilməlidir.

19. Bundan əlavə, məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı qeyd edilməsini zəruri hesab etmişdir ki, işə baxmış məhkəmələrin istinad etdikləri ekspert rəyində cavabdehin kredit müqaviləsi üzrə əsas borc üzrə 12.000.000 manat, faiz borcu üzrə 1.344.000 manat təşkil etməsi qeyd olunsa da, qətnamədə ekspert rəyinin faiz borcu hissəsində mötəbər sübut kimi qəbul edilməməsi əsaslandırılmadan, cavabdehdən ekspret rəyi ilə müəyyən ediləndən artıq - 1.154.998,84 manat məbləğində faizin tutulması qənaətinə gəlinmiş, cərimənin necə hesablanmasına, əsaslı olub-olmamasına hər hansı bir münasibət bildirilməmişdir. Bununla da, sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

20. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 fevral tarixli Qərarına, MPM-in 88-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(105)-1/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv və iddia rədd edilmişdir (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – Z.Məmmədov, M.Hüseynov).

22. Məhkəmə qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişlərinə əsasən işə yenidən apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2-2(105)-144/2021 nömrəli qərardadı ilə hazırkı kommersiya işi üzrə icraat İ ddiaçı ASC-nin idarə heyətinin sədri vəzifəsində işləmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə çıxarılacaq məhkəmə hökmü qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.

23. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X10 qeyrilərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talamış, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində xi dməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Belə ki, o, eyni niyyətlə, 2014-cü ilin aprel ayının sonlarında qohumu X1 adına 6.000.000 manat, 2016-cı ilin iyul ayının ortalarında sonuncunun direktoru olduğu “MMC “X X9”nın adına 12.000.000 manat məbləğində təminatsız kredit rəsmiləşdirilməsinə dair qanunsuz tapşırığına əsasən, Binyadalı Hüseynovun və həmin təsərrüfatın fəaliyyət və maddi vəsaitlərin sərf istiqamətlərinin rentabelliyi, ayrılacaq vəsa iti geri qaytarmaq üçün əmlaka və ya maliyyə vəsaitlərinə malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, bankın ünvan 1 ünvanında yerləşən baş ofisində müvafiq olaraq həyət evinin tikintisi və kənd təsərrüfatı məhsullarının istehsalı və inkişafı təyinatı üzrə müvafiq olaraq Binyadalı Hüseynova 6.000.000 manat məbləğində təminatsız kredit verilməsinə dair xx.xx.2014-cü il tarixli 125/14 saylı kredit müqaviləsi, həmin müəssisəyə 60 ay müddətə 12.000.000 manat məbləğində təminatsız kredit verilməsinə dair 20 iyul 2016-cı il tarixli 021/16 saylı kredit müqaviləsi və həmin vəsaitin Binyadalı Həsənov tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaqla həmin tarixlərdə qeyd edilən sənədlər sonuncu tərəfindən imzaladıldıqdan sonra, köhnə tarixə, yəni 14 iyul 2016-cı il ta rixə guya həmin X7 qeyd edilən məbləğdə kredit vəsaitinin ayrılmasına icazə verilməsinə dair 24/09 saylı iclas protokolu tərtib edilməklə, ümumilikdə 18.000.000 manat məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 18.000.000 manat məbləğində əsas, müvafiq olaraq 4.234.667,14 manat və 3.175.380,00 manat, cəmi 7.410.047,14 manat faiz və cərimə borcunu, ümumilikdə, qeyd edilən qaydada 10 fiziki, 3 hüquqi şəxs və özünün adına ayrılmış cəmi 72.328.213,37 manat (yetmiş iki milyon üç yüz iyirmi səkkiz min iki yüz on üç manat otuz yeddi qəpik) məbləğində İddiaçı ASC-yə məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini həmin bankın səlahiyyətli vəzifəli şəxslərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək həmin banka vahid niyyətlə külli miqdarda ziyan vurub mənimsəməklə talamış, həmin hərəkətləri, habelə 31.041.813,11 manat (otuz bir milyon qırx bir min səkkiz yüz on üç manat on bir qəpik) məbləğində faiz məbləğlərini qəsdən ödəməməklə İddiaçı ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitlərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki iddia ərizəsi ilə 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsinə istinad edərək mövcud tələblə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bu mənada ilk öncə iddiaçının əsaslandığı həmin əqdə hüquqi qiymət verilməsi zəruridir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-80/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, iddiaçının istinad etdiyi 20 iyul 2016-cı il tarixli, 021/16 saylı kredit müqaviləsi X6 göstərişinə əsasən cavabdehin adına formal olaraq bağlanılmaqla, müqavilə üzrə vəsaitin Binyadalı Həsənov tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaqla həmin t arixlərdə qeyd edilən sənədlər sonuncuya imzaladıldıqdan sonra, köhnə tarixə, yəni 14 iyul 2016-cı il tarixə guya həmin X7 qeyd edilən məbləğdə kredit vəsaitinin ayrılmasına icazə verilməsinə dair 24/09 saylı iclas protokolu tərtib edilməklə, ümumilikdə 18.000.000 manat məbləğində pul vəsaitini X10 ünvan 2 ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. MPM-in 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmi n hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı formalaşmış hüquqi m övqeyinə görə isə əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

25. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş gö rməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1. və 386.1. maddələri). Bu mənada məhkəmə kollegiyası 20 iyul 2016-cı il tarixli, 021/16 saylı kredit müqaviləsinə kredit müqaviləsinin etibarlılığına qiymət verərək hesab etmişdir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı baxımdan bu müqavilə (əqd) uydurma olmaqla əhəmiyyətsiz əqddir. 20 iyul 2016-cı il tarixli, 021/16 saylı kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, həmin əqdə əsasl anaraq borcun cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 20 iyul 2016-cı il tarixli, 021/16 saylı kredit müqaviləsi üzrə münasibətlərə MM-in 340.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-80/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli hökmünə əsasən qeyd olunan müqavilə üzrə 12.000.000 manat məbləğində pul vəsaiti faktiki olaraq X10 tərəfindən mənimsənilmişdir və işin həmin halına qeyd olunan hökmlə müvafiq qiymət verilmişdir.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 337, 340, 385.1, 386.1, 425.1, 427.3, 739.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

29. MM-in 340.1 və 385.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış 2014-cü il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsinə düzgün qiymət verməmiş, işin faktiki və hüquqi hallarını düzgün araşdırmamışdır. Belə ki, məhkəmənin istinad etdiyi hökmdə X6 iddiaçının əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitlərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, hökmdə qeyd olunan kredit müqavilələrinin rəsmiləşdirilmə prosedurunun öz vəzifəsindən sui-istifadə edərək düzgün aparmadığına görə təqsirli bilinmişdir. Bu isə onu deməyə əsas vermir ki, tərəflər arasında bağlanmış 2014-cü il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsi üzrə 6.000.000 manat məbləğində kredit məbləği cavabdeh tərəfindən götürülməmişdir. Həmçinin qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs X10 ifadəsində göstərmişdir ki, “işlədiyi müddətdə qohumlarının adına kredit yazdıraraq həmin kredit məbləğini özü götürməmiş, qohumları kredit götürmüş, həmin məbləğləri özləri qəbul etmişlər. X4 onun qohumu olmuş, 6.000.000 manat və 12.000.000 manat məbləğində pulları da Binyadalı xəzinədən özü götürmüşdür. Cinayət işi üzrə cavabdehin səlahiyyətli nümayəndəsi X4 da öz ifadəsində 6.000.000 manat məbləğində pulun götürülməsinə dair 2014-cü il 28 aprel tarixli 125/14 saylı, 12.000.000 manat məbləğində pulun götürülməsinə dair 2016-cı il 20 iyun tarixli 021/15 saylı kredit müqavilələri və müqaviləyə əlavə edilmiş sənədlərdə olan imzaların ona məxsus olduğunu, müqavilələrdə qeyd olunan məbləğləri götürdüyünü bildirmişdir. 6.000.000 manat krediti götürərək həm qoz ləpəsi ticarəti ilə məşğul olmuş, həm də, Rusiya Federasiyasının Sankt Peterbuq şəhərində Robsa qəsəbəsində həyət evləri tikdirmişdir. Həmin evlərin hər biri 20 sot torpağın içərisində olm aqla iki mərtəbəli koteclərdən ibarət olmuş və evlər hazırda da qalır. Nadir İsmayılov qohumu olduğundan sonuncudan xahiş etdiyi üçün ona güvənərək kreditin təminatsız verilməsinə razılıq vermişdir. O, 6.000.000 manat məbləğində kredit götürdüyünü, sonradan bir daha imzalara diqqətlə baxaraq 12.000.000 manat məbləğində krediti götürmədiyini və orada olan imzaların ona məxsus olmadığını bildirmişdir. Göründüyü kimi, qeyd olunan kredit müqaviləsi üzrə kredit məbləği cavabdeh X4 tərəfindən götürülmüşdür. Kredit məbləği cavabdeh tərəfindən götürüldükdən sonra həmin pulu kimə verməsi artıq onun şəxsi mənafeyi naminə atdığı addımıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 2014-cü il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsi üzrə ayrılmış 12.000.000 manat kredit məbləğinin hər hansı s əbəbdən təqsirləndirilən şəxs X8 verilməsi cinayət işinin istintaqı zamanı öz təsdiqini tapmış olsaydı X4 da cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmalı və onun əməlləri istintaq orqanı tərəfindən araşdırılaraq qiymət verilərdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 31 iyul tarixli qərarından da görünür ki, cinayət işi üzrə yalnız təqsirləndirilən şəxs X6 əməllərinə hüquqi qiymət verilmişdir. Apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamə nəticəsində iddiaçının xx.xx.2014-cü il tarixli, 021/16 saylı kredit müqaviləsi üzrə cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ məhdudlaşdırılmışdır.

30. MPM-in 88, 217, 218.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi yalnız Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 31 iyul tarixli qərarına yanlış hüquqi mövqe bildirərərə k iddia tələbini rədd etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

31. Bundan başqa, iddiaçı məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 2023-cü il 18 aprel tarixli, 13(102)-127/2023 nömrəli qərardadına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli, 2-2(102)- 588/2024 nömrəli qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ

33. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416-1-ci maddəsinə müvafiq olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “ Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

35. Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

38. Kassasiya şikayətində istinad olunan MM-in 340.1 və 385.1-ci maddələrinin pozulması barədə dəlillər də əsaslı hesab edilə b ilməz.

39. Belə ki, kassasiya şikayətində göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

40. Eyni zamanda, həmin maddələr apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara uyğun tətbiq edilmişdir.

41. Belə ki, MM-in 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

42. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi 20 iyul 2016-cı il tarixli, 021/16 saylı kredit müqaviləsi həmin müqavilənin şərtlərinə uyğun olaraq hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, görünüş üçün bağlanmış və onun əsl məqsədi həmin müqavilə nin predmetini təşkil edən 12.000.000 manat məbləğində pul vəsaitinin X10 tərəfindən mənimsənilməsi olmuşdur.

43. Göründüyü kimi cinayət işi üzrə müəyyən edilən hallarla təsdiq olunur ki, iddiaçının istinad etdiyi kredit müqaviləsi uydurma əqddir. Uydurma əqd isə əhəmiyyətsiz əqddir və hər hansı hüquqi nəticəyə səbəb olmur.

44. Belə ki, 337.3 və 337.4-cü maddələrinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

45. Bu baxımdan, qeyd edilir ki, əhəmiyyətsizliyinə görə etibarsız əqdə əsaslanan iddia özü-özlüyündə əsassız iddiadır.

46. Kassasiya şikayətində qeyd edilən MPM -in 88, 217, 218.1-ci maddələrinin pozulması ilə bağlı dəlillər isə MPM-in 407.2-ci maddəinin tələblərinə zidd olaraq işin faktiki hallarına və sübutlara düzgün qiymət verilməməsi, habelə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə əsaslandırılmışdır. 47.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

48. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlən mişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələn in hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

49. Bununla yanaşı, qeyd edilir ki, MPM-in 82-ci maddəsində sübut etməkdən azad olmaq üçün əsaslar müəyyən edilmişdir.

50. Həmin əsaslardan birini də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə müəyyən edilən hallar təşkil edir (maddə 82.3). Lakin həmin hallara cinayət işi üzrə tərəflərin və şahidlərin ifadaləri, habelə müəyyən edilən bütün hallar deyil, yalnız hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti ilə bağlı hallar aiddir və mülki işə və kommersi ya mübahisəsinə baxan məhkəmə üçün məhz həmin hallar məcburidir.

51. Apellyasiya instansiyası məhkəməsi də cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilən həmin, yəni hadisənin olması və şəxsin həmin hadisəyə aidiyyəti ilə bağlı hallara istinad etmişdir.

52. Kassasiya şikayətində qeyd edilən hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinin pozulması barədə dəlillər də əsassızdır.

53. Belə ki, MPM-in 418.6-cı maddəsinə əsasən, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 4 18-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

54. Kassasiya şikayətində isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına və ya mülki və kommersiya kollegiyalarının birgə qərardadına deyil, konkret mübahisələr üzrə digər məhkəmə qərarlarına istinad edilmişdir.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul ed ilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(105)-1/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar