Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-136/2019 27.02.2019 ALİ MƏHKƏMƏ 2-2(102)-136/2019 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.A.Dadaşov cavabdeh və vəkili Vəkil kassasiya şikayətlərini nəzərdən keçirərək Müəyyən etdim: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)207/2018 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, ilk iddia tələbi üzrə cavabdeh 167 manat faiz, 400 manat dəbbə pulu, 10 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq ilk iddia tələbi üzrə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilmiş, ilk idd ia tələbi üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan qarşılıqlı iddia üzrə iddiaçı xxx 2016-cı il tarixli 06 №-li məktubunun icrası barədə, yəni alınmış 200000 (iki yüz min) manat kreditin və xxx 2016-cı il tarixinədək hesablanmış faizlərin depozit müqaviləsinə əlavələrlə verilmiş kreditin və hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi müəyyənləşdirilmiş X1 və X2 hər birinin 65000 (altmış beş min) manat, X3 isə 70.000 manat, cəmi 200.000 manat hesablarında olan əmanət məbləğləri və bu əmanətlərə hesablanmış faiz məbləğləri ilə əvəzləşdirilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Ləğv prosesində olan “xxxx” ASC-dən tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçı xxx ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-549/2018 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “xxxxbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qismən təmin edilərək, cavabdeh iddiaçı Ləğv prosesində olan “xxxxbank” ASC-nin xeyrinə 200.000 manat əsas, 20200 manat faiz, 4844.40 manat dəbbə pulu, 8800 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 233.874,40 manat pul tutulmuş, qalan hissədə ilkin iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-549/20 18 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh Ləğv prosesində olan “xxxxbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun əvəzləşdirilməsi” tələbinə dair iqtisadi iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-549/2018 saylı qətnaməsindən və həmin tarixli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına cavabdeh və vəkili Vəkil tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayətlərində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün onların qəbulundan imtina edilməlidir. Cavabdeh v ə vəkili Vəkil kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu qeyd edilməsə də, kassasiya şikayətləri işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayət verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Məcəllənin 408.1.5-ci maddəsinə müvafiq olaraq kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Məcəllənin 408.1.3 -cü maddəsinə əsasən bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətlərinin icraata qəbulundan imtina edilsin. İş kassasiya şikayətlərinin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-136/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-136/2019
27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver