Məhkəmə qərarları › İş №2-2(102)-136/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-136/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-136/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı LPO XXXX ASC-nin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(105)-834/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli 2014-cü il 18 noyabr tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir

2. Tərəflər arasında bağlanmış 1 nömrəli 2016-cı il 22 dekabr tarixli əlavə sazişə əsasən, kredit öhdəliyinin qalığı 5.503,88 ABŞ dolları əsas, 1.605,58 ABŞ dolları faiz borcu və 432,01 ABŞ dolları cərimə məbləği ilə birlikdə 7.541.47 ABŞ dolları müəyyən edilmiş, müqavilənin müddəti 2019-cu il 22 oktyabr tarixədək uzadılmış və yeni qrafik açılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. LPO İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh2 (bundan sonra – “cava bdeh”) qarşı 2022-ci il 5 dekabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 3.056,14 ABŞ dolları əsas, 4.498,49 ABŞ dolları faiz, 4.206,04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 432,18 ABŞ dolları faiz borcunun, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına (bax §1-2) istinad etməklə, iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri tam icra etsə də, cavab deh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, ona qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə üç illik iddia müddətini tətbiq edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 8 may tarixli 9/1577 nömrəli rəyinə əsasən, cavabdehin əsas borcu 3.703,21 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 3.856,28 ABŞ dolları, müqavilənin müddətinin bitdiyi tarixdən maliyyə arayışının verildiyi (2022-ci il 16 avqust) tarixinə əsas borca illik 5 faiz hesablanmaqla bo rcu 521,54 ABŞ dolları təşkil edir.

7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 iyul tarixli e-2-2(113)-465/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ********* nömrəli 2014-cü il 18 noyabr tarixli kredit müqaviləsi üzrə 3.056,14 ABŞ dolları əsas, 3.856,28 ABŞ dolları faiz, 150 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən əsas borca illik 5% hesablanmaqla 432,18 ABŞ dolları olmaqla, cəmi 7.494,6 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla) və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

8. Məhkəmə iş materiallarına əlavə edilmiş maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyinin müqayisəli şəkildə təhlilindən o nə ticəyə gəlmişdir ki, cavabdeh öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Cavabdeh tərəf borcun tam ödənildiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 3.056,14 ABŞ dolları, faiz borcu üzrə 3.856,28 ABŞ dolları, əsas borca illik 5 faiz hesablanmaqla 432,18 ABŞ dolları məbləğində pul tutulmalıdır.

9. Məhkəmə cərimə borcuna münasibətdə qeyd etmişdir ki, iddiaçının 3.056,14 ABŞ dolları əsas borca münasibətdə tələb etdiyi 4.206,04 ABŞ dolları cərimə məbləği əsas borca mütənasib deyildir. Cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 150 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətli hesab edilir.

10. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ba rədə ərizəsini əsassız hesab edərək göstərmişdir ki, işə əlavə edilmiş 2022-ci il 7 noyabr tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, iddiaçı tərəf cavabdehə mediasiyanın tətbiqi barədə təklifi 2022-ci il 26 sentyabr tarixində göndərmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə 2022-ci il 7 noyabr tarixli arayış banka 2022-ci il 23 noyabr tarixində daxil olmuşdur. Müqavilənin də müddətinin 2019-cu il 22 oktyabr tarixində bitməsi nəzərə alındığında, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin 2022-ci il 22 oktyabr tarixində bitməsi ehtimal olunur. Ancaq iddiaçı tərəf 2022-ci il 26 sentyabr tarixində cavabdehə mediasiyanın tətbiqi barədə təklifi göndərmiş və bununla da həmin tarixdən 2022-ci il 23 noyabr tarixədək iddia müddətinin axımı day anmışdır. Bundan sonra iddiaçı tərəf 2022-ci il 5 dekabr tarixində iddia ilə məhkəməyə müraciət etmişdir.

11. Göründüyü kimi, iddiaçı tərəf cavabdehə mediasiyanın tətbiqi barədə təklifi göndərən zaman (2022-ci il 26 sentyabr tarixində) iddia müddəti üzrə təxmini 26 ehtiyat günü qalmışdır. 2022-ci il 23 noyabr tarixində isə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı almaqla iddia müddətinin axımı bərpa edimişdir. Yəni iddia müddəti təxmini 2022-ci il 19 dekabr tarixədək davam etmişdir. İddiaçı tərəf də 2022-ci il 5 dekabr tarixində iddia ilə məhkəməyə müraciət etməklə qeyd edilmiş müddəti ötürməmişdir.

12. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 425, 445.7, 462.1, 467, 739.1, 741-ci; “Mediasiya haqqında” A zərbaycan Respublikası qanununun 35.1, 35.2, 36.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni iddianın qismən təmin olunan hissəsində ləğv edərək, yenidən ekspertiza qarşısında ədalətli və obyektiv suallar qoymaqla, cavabdehin ödədiyi pulların əsas və faiz məbləğlərinin düzgün çıxılmasını müəyyən edib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-834/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mü bahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən borcun məbləğinin düzgün müəyyən edilmədiyi, ödənişlərin nəzərə alınmadığını qeyd etsə də, şikayətdə qeyd edilənlər ümumi sözlərdən ibarət olmaqla konkret hansı ödənişin nəzərə alınmadığı göstərilməmiş, ödənişi təsdiq edən sübutlar təqdim edilməmişdir. Buna görə də apellyasiya instansiyası mərhələsində təkrar ekspertiza keçirilməsi zəruri hesab edilməmişdir. Cavabdehdən tutulmuş 150 ABŞ dolları cərimə əsas borc məbləğinə mütənasib olduğu üçün həmin məbləğin azaldılması üçün əs aslar müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək təkrar məhkəmə ekspertizasının keçirilməsini, cavabdehin adına şişirdilərək yazılmış borcun tam silinməsinə dair yeni qərar qəbul edilməsini və ya işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Şikayətin dəlillərinə görə, MPM-in 4.1, 8.1 və 102.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işə baxan məhkəmələr iddiaçının 9 ildən sonra şişirdib hesabladığı əsas məbləğ, faizə faiz və cərimələrin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirmədən, ekspert qarşısında müqayisəli suallar qoymadan cavabdeh göst ərdiyi halların formal olduğunu yazmaqla cavabdehə qarşı bərabərlik prinsipini pozmuş və ədalətsiz mövqe tutmuşdur. İddiaçı isə sui-istifadə edərək cavabdehin əleyhinə olan uzun müddətli saziş bağlayaraq, faizlərindən geri çəkilmədən daha da artırmış, həmçinin iddia müddətinin keçməməsinə görə müqavilə müddətini bərpa etmək üçün müqavilədə nəzərdə tutulan müddətdən artıq saziş adı ilə cavabdehə əlavə üç illik müqavilə imzalatdırmış, cavabdehin çıxılmaz vəziyyətindən istifadə edərək faizə faiz hesablamışdır. Məhkəmə bu kimi hallara baxmayaraq cavabdehin məhkəməyə müraciət hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətinə əsasən, cavabdehə iddiaçı tərəfindən özbaşınalıq edilər ək 1 saylı əlavə saziş imzalatdırılmışdır. İddiaçı isə bildirmişdir ki, kredit müqaviləsi üzrə əlavə sazişin bağlanması cavabdehnin marağında olmuş və əlavə sazişi imzalamaqla həmin sazişin şərtləri ilə razı olduğu iradəsini şəxsən ifadə etmişdir.

19. Belə ki, cavabdeh kredit götürən zaman hansı müddətə müqaviləni imzaladığını, həmçinin ödənişləri vaxtında həyata keçirməyəcəyi təqdirdə faiz və dəbbə pulunun ondan tutulacağını bilirdi. Cavabdeh üzərinə düşən öhdəlikləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. İddiaçının cavabdehdən əsas, faiz, cərimə və müqavilənin bitdiyi tarixindən əsas borca illik beş faiz məbləğinin tutulmasına dair iddia tələbi iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasla nmışdır ki, bu da iş materiallarına əlavə edilmiş sənədlərlə həmin tələbin əsaslılığını tam sübuta yetirmişdir.

20. Həmçinin sözügedən iş üzrə birinci instansiya məhkəməsi gedişatında məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Lakin cavabdeh rəylə tanış olsa da, həmin rəyə etirazını bildirməmiş və təkrar ekspertizanın keçirilməsi üçün heç bir şifahi və ya yazılı vəsatət verməmişdir. Apellyasiya icraatı zamanı cavabdeh məbləğ hissəsini mübahisələndirsə də. ekspertin rəyində hansı məqamların şübhə doğurduğuna dair sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə kollegiyası haqlı olaraq təkrar ekspertizanın keçirilməsinə dair əsassız vəsatəti təmin etməmişdir. Kassasiya şikayətinin verilməsi cavabdehin açıq-aşkar məhkəmə prosesini süni şəkildə yubatmasına və ödənişdən yayınmasına dəlalət e dir. Kassasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

442. Öhdəliyin icra e dilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor geci kdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştir akçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatla r yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

102. Əlavə və təkrar ekspertiza... 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya tə krar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarı ilə bundan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə borc məbləği məhkəmələr tərəfindən düzgün müəyyən olunmamış, əsas məbləğ, faiz və cərimələrin müəyyən edilməsi məqsədilə apellyasiya məhkəməsi tərəfindən təkrar ekspertiza təyin edilməmişdir.

27. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh hazırkı kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlilləri apellyasiya icraatında da bildirmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

28. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 15-ci bəndində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq, kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.

30. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 24) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MP M-in 217.1-ci maddəsinə (bax § 24) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

31. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-834/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-834/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar