Məhkəmə qərarları › İş №2-2(102)-136/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-136/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-136/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ramil Musaevə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və kredit müqaviləsi üzrə faizlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ramil Musaevə qarşı “borcun tutulması” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 noyabr tarixli 2-2(105)-103/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Kredit verən İddiaçı ASC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “müştəri” Ramil Musaev (VÖEN **********) arasında 2023-cü il 4 avqust tarixində “Bank xidmətlərinin göstərilməsinə dair X2 2023-cü il 31 iyul tarixli 1.0.6 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC/SE/00309209 nömrəli Razılaşma müştəriyə məxsus “CA 2016” adlı sertifikatlı “Asan İmza” (bundan sonra – “asan imza”) xidmətindən istifadə edilməklə imzalanmış və X3 qeyd edilmiş şərtlər qəbul olunmuşdur.

2. Həmin X7 çərçivəsində 2023-cü il 7 avqust tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” müştəri Ramil Musaev tərəfindən asan imza vasitəsi ilə imzalanaraq, ona bank tərəfindən illik faiz dərəcəsi 1 7%, illik cərimə faizi 15% və kredit müddəti bitdikdən sonra illik cərimə faizi isə 32% olmaqla, 2025-ci il 7 avqust tarixinədək 24.270 manat “əməliyyat xərclərinin ödənilməsi” məqsədi ilə birdəfəlik kredit verilmişdir.

3. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, Cavabdeh (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X2 Bankın rəsmi internet səhifəsində yerləşdirilən 2023-cü il 31 iyul tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını, əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. 4. “Bank xid mətlərinin göstərilməsinə” dair X2 2023-cü il 31 iyul tarixli 1.0.6 nömrəli Versiyasına əsasən, bu Müqavilədə Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır (həmin sənəd Cavabdeh aid "CA 2016" adlı sertifikatlı “Asan İmza” xidmətindən istifadə edilməklə imzalanaraq, kredit alan tərəfindən X3 qeyd edilmiş şərtlər qəbul olunmuşdur). 5. 2023-cü il 7 avqust tariхli DP00309209-04 nömrəli Girov Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Girov saxlayan”, Cavabdeh – “Girovqoyan” olmaqla bağlanmış həmin Girov Müqaviləsinə əsasən, “girovqoyan” Ramil Musaev “Girov saxlayan” X7 çərçivəsində 2023-cü il 7 avqust tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC-də yerləşən AZ51PAHA41040AZNSC**********, AZ40PAHA41040AZNSK ********** nömrəli hesab(lar)ı və İddiaçı ASC-də mövcud olan digər hesablarını İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qarşısında girov olaraq Girov saxlayanın xeyrinə yüklü etmişdir (həmin müqavilə Ramil Musaevə aid “CA 2016” adlı sertifikatlı “Asan İmza” xidmətindən istifadə edilməklə imzalanmışdır).

6. X4 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi etdikdə təqdim olunan “Maliyyələşdirmə üçün Ərizə” Bankın krediti vermək üçün tək lifə dəvətini ifadə edir və Müştəri onu imzalamaqla təklif edir, Bank isə maliyyələşdirməni həyata keçirməklə əqdi aksept etmiş olur.

7. X4 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir.

8. X4 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin m əbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunanqaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh Ramil Musaevə (bundan sonra – “cavabdeh”) qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DC0030920904 nömrəli “Maliyyələşdirmə üçün ərizə”yə (bundan sonra – “ərizə”) əsasən 24.270 manat əsas borc, 763,36 manat faiz borcu və 75,18 manat cərimə borcu olmaqla, cəmi 25.108,54 manat borcun və 166 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 181 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də, bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuşdur. Borcalanın 2024-cü il 6 mart tarixinə bank qarş ısında öhdəlikləri ərizəyə əsasən 24.270 manat əsas borc, 763,36 manat faiz borcu və 75,18 manat cərimə borcu olmaqla, cəmi 25.108,54 manat təşkil etmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

11. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, sahibkarlıq fəaliyyətində maliyyəmüh asibatlıq işlərinin aparılması üçün özünə aid asan imzanı və bank hesab nömrəsini istifadə üçün mühasibi Yavər Ağayevə (bundan sonra – “Y.Ağayev” və ya “mühasib”) vermişdir. Cavabdeh iddiaçıdan onun asan imzası ilə kredit götürməsi ilə əlaqədar mühasibinə heç bir göstəriş verməmiş və sonuncunun onun asan imzasından istifadə edərək 2023-cü il 7 avqust tarixində iddiaçıdan cəmi 24.270 manat məbləğində kredit götürməsindən məlumatsız olmuşdur. İddiaçı tərəfindən daxil olmuş telefon zəngindən sonra iş üzrə kreditin götürülməsindən xəbardar olmuş, bundan sonra öz mühasibi ilə danışmış və o, bu halı etiraf etmişdir. Bank isə borcun ödənilməsini tələb etdiyinə görə, cavabdeh mühasibin əvəzindən kredit ödənişləri etmişdir. Mühasib iş üzrə kredit borcunun ödənişini həyata keçirtmədiyi üçün cavabdeh həmin kredit üzrə ödənişlərini dayandırmış və bu barədə Bakı şəhər Nərimanov Rayon Prokurorluğuna şikayət etmişdir. Hal-hazırda cavabdehin və digər aldadılmış şəxslərin şikayəti əsasında Y.Ağayevin barəsində cinayət işi başlanaraq istintaq aparılır.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 21 iyun tarixli e-2-2(119)703/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən ərizə üzrə 24.270 manat əsas borc, 763,36 manat faiz borcu, 75,18 manat cərimə və 165,32 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25.273,86 manat pul vəsaiti iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Sadiqov).

13. Məhkəmə qeyd etmişdir lo, cavabdehə aid bank hesabının 2023-cü il 6 avqust tarixindən 2024-cü il 6 iyun tarixinədək dövrü əhatə edən çıxarış məlumatları na əsasən, ərizə üzrə 2023-cü il 7 avqust tarixində alınmış 24.270 manat kredit üzrə cavabdeh tərəfindən iddiaçıya 2023-cü il 3 noyabr tarixində 400 manat və 2023-cü il 19 dekabr tarixində 300 manat olmaqla, cəmi 700 manat pul vəsaiti ödənilmiş olsa da, həmin ödənişlər gecikdirilərək müqavilədə nəzərdə tutulan qaydada ödənilmədiyindən, həmin ödənişlər əsas borcdan deyil, iş üzrə kreditə hesablanmış faiz və cərimə borclarından silinmişdir. 14. 2024-cü il 12 mart tarixli PB/PBLOUT-00076-2024/4 nömrəli maliyyə arayışına əsasə, ərizə üzrə cavabdehin 2024-cü il 6 mart tarixinə iddiaçıya 24.270 manat əsas borc, 763,36 manat faiz borcu və 75,18 manat cərimə borcu olmaqla, cəmi 25.108,54 manat borcu (gecikmə günün sayı – 181) mövcuddur.

15. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhər N ərimanov Rayon Prokurorluğunda istintaqı davam edən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 2024cü il 14 mart tarixli "zərərçəkmiş şəxs qismində tanınma haqqında" qərara görə, cavabdeh tərəfindən Y.Ağayev barəsində edilən şikayətlər əsasında istintaqı davam olunan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehə aid asan imza xidmətindən istifadə edilməklə imzalanmış 2023-cü il 4 avqust tarixli “Bank xidmətlərinin göstərilməsinə dair X2 2023-cü il 31 iyul tarixli 1.0.6 nömrəli Versiyasının şərtlərinin qəbul edilməsinə” dair OnGTC/SE/00309209 nömrəli razılaşma (bundan sonra – “razılaşma”) və ərizə üzrə götürülən müqavilə öhdəlikləri pozulmuş, həmin öhdəliklər lazımi qaydada icra edilməmiş, nəticədə iddiaçıya ödənilməli olan əsas borc müqavilədə nəzərdə tutulan qaydada ödənilməmişdir. Bununla da, ərizə əsasında alınmış kredit müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada qaytarılmadığından müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Borcun lazımi qaydada ödənilməsi məqsədi ilə cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə ayrı-ayrı mədaxil qəbzləri ilə ümumilikdə cəmi 166 manat (165 manat + 1 manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə həll edilməsi mümkün olmamışdır.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdehin məhkəmə iclaslarında “məlum kreditin onun xəbəri olmadan asan imzasını və bank hesabının nömrəsini verdiyi mühasibi tərəfindən alınması” barədə dəlilli hazırkı iddia tələbinin ə saslılığını şübhə altına almamışdır ki, məlum kredit – cavabdehə məxsus “CA 2016” adlı sertifikatlı asan imza xidmətindən istifadə edilməklə imzalanaraq alınmış, həmin kredit məbləği iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına köçürülmüş, həmin kredit məbləği cavabdehin bank hesabından müxtəlif hesablara köçürülməklə istifadə olunmuş və həmin kredit üzrə cavabdeh tərəfindən 400 manat və 300 manat məbləğində ödənişlər edilmişdir. Hətta, cavabdehin iddia etdiyi kimi, iş üzrə kredit əməliyyatları mühasibi tərəfindən həyata keçirilmiş olsa belə, bütün bu əməliyyatların edilməsində istifadə olunan asan imza və bank hesab nömrəsi borcalan tərəfindən mühasibə könüllü verildiyindən, bu kreditin alınması ilə əlaqədar iddiaçı qarşısında bütün öhdəliklər üzrə borcalana aid məsuliyyəti də kredit in alınmasında istifadə olunan asan imza və bank hesab nömrəsinin sahibi cavabdeh daşımalıdır (iş üzrə cavabdeh Y.Ağayevlə əlaqədar izahat və dəlilləri isə bu kommersiya işinin predmeti deyildir və bu xüsusatlar üzrə müvafiq hüquqi qiymətləndirməni isə aidiyyəti hüquq mühafizə orqanı etməlidir).

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 739.1 və 743.1-ci maddələrinə; “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4, 1.1.6, 3.3, 5.1 və 5.2-ci maddələri; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 noyabr tarixli 2-2(105)-103/2024 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – E.Rəhimov və M.Hüseynov).

21. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin qətnaməsi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin asan imzası ilə imzalanması onun iradə ifadəsini təşkil etmiş və iddiaçı həmin asan imzanın cavabdeh tərəfindən onu n mühasibinə verilməsinə görə məsuliyyət daşımır.

22. Məhkəmə MM-in 331.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə müraciət etməsi və cavabdehdən müqavilə öhədəliklərini yerinə yetirməsini tələb etməsi qanuni və əsaslıdır. Həmçinin, cavabdeh onun asan imzasından istifadə etməklə onun mühasibi tərəfindən müqavilə imzalandığını qeyd etdiyindən, o, mühasibə qarşı iddia tələbi irəli sürməklə ondan dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla və əlavə olaraq MM-in 331.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə qərar qəbul e dilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 331.1-ci maddəsi üzrə - məhkəmə kredit müqaviləsini qanunda göstərilmiş qaydada elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlandığı üçün qanuni hesab etmişdir. Halbuki məhkəmə qanunun qeyd edilən maddi hüquq normasını düzgün şərh etməyərək iş üzrə həmin normaları düzgün tətbiq etməmişdir. Mübahisə predmeti olan kredit müqaviləsi bağlanılan əqddə cavabdehin iradəsi ifadə olunmamış və Y.Ağayevin etibardan sui-istifadə edərək cavabdehin iradəsi ziddinə bağlanmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən bu hala düzgün hüquqi qiymət verilməmiş və maddi hüquq norması düzgün tətbiq edilməmişdir.

26. MM-in 739.1-ci maddəsi üzrə - cavabdehin iddiaçıdan onun asan imza sı ilə kredit götürməsi ilə əlaqədar Y.Ağayevə heç bir göstəriş verməməsinə, sonuncunun onun asan imzasından istifadə edərək iş üzrə kredit götürməsindən məlumatsız olmasına, onun mühasibin belə bir kredit götürməsindən bir neçə ay sonra məlumat almasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

27. MM-in 743.1-ci maddəsi üzrə - Y.Ağayevin əməlinin mülki deyil, cinayət xarakterli əməldir və Nərimanov Rayon Prokurorluğu tərəfindən barəsində cinayət işinin başlanaraq, aidiyyəti üzrə məhkəməyə göndərilmiş və hazırda məhkəmə istintaqı davam edir, cavabdeh isə zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin məhkəmə tərəfindən qeyd olunan heç bir hala hüquqi qiymət verilməmiş, cavabdehin sübutları nəzərə alınmamış, qeyd edilən maddi hüquq normalarının tələbləri tam şəkildə pozulmaqla birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. MPM-in 4.1, 4.2, 8, 14.1, 77.1, 88, 217.1, 254.1 və 254.1.4-cü maddələri üzrə iddiaçının irəli sürdüyü dəlillər ilə bağlı istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, cavabdehin istinad etdiyi prosessual normaların tələbləri kobud şəkildə pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmiş və reallığı əks etdirməyən qətnamə qəbul olunmuşdur. Hazırkı qətnamə qanuni və əsaslı olmamaqla, hakim yalnız iddiaçının iddiasını əsas götürüb qətnaməyə köçürməklə, sübutları yoxlamadan, tədqiq emədən iddianın təmin olunması nəticəsinə gəlmişdir. Hər iki instansiya məhkəməsinin qətnaməsində Nərimanov Rayon Prokurorluğunda Y.Ağayev barəsində eyni predmet üzrə cinayət işində cavabdehin zərərçəkmiş şəxs qismində tanınması qeyd olunsa da, həmin hallar araşdırılaraq hazırki mülki iş üzrə icraatı dayandırmalı olduğu halda, birinci instansiya məhkəməsi bu barədə vəsatəti təmin etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmiş, apellyasiya instansiya məhkəməsi isə qeyd edilən hala hüquqi qiymət verməmiş, qanunsuz və əsassız qətnaməni qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, kredit cavabdehə məxsus asan imza xidməti vasitəsilə imzalanaraq götürülmüş, kredit məbləği onun bank hesabına köçürülmüş və həmin hesabdan müxtəlif hesablara yönləndirilmiş dir. Cavabdeh izahatında asan imza və bank hesab nömrəsini könüllü olaraq mühasibinə verdiyini bildirmiş, lakin bu səlahiyyətləri məhdudlaşdıran yazılı etibarnamə təqdim etməmişdir. Bu isə asan imzadan geniş istifadə səlahiyyətinin mühasibə verildiyini göstərir. Buna görə də cavabdeh kreditin alınması və icrası ilə bağlı iddiaçı qarşısında məsuliyyət daşıyır. Üstəlik, cavabdeh bir neçə dəfə kredit üzrə ödəniş etdiyini etiraf etmiş, bu isə müqavilənin faktiki olaraq onun tərəfindən təsdiq edildiyini göstərmişdir. Cavabdeh zərərçəkmiş şəxs kimi tanınması üçün cinayət mühakimə icraatı qaydasında mülki iddia qaldıraraq dəymiş zərərin ödənilməsini tələb edə bilər. Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.” “Maddə

743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavil ədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.” 32. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar 1.1.4.Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər." 1.1.6.Elektron imza sahibi - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs; “Maddə

3. Elektron imza və elekt ron sənədin hüquqi qüvvəsi 3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.” “Maddə

5. Elektron imzanın istifadəsi 5.1. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. 5.2. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir.” “Maddə

20. İmza sahibinin hüquqları, vəzifələri və məsuliyyəti 20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrini n qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. 20.6. Bu Qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahis ə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

36. Kassasiya şikayətində istinad olunan MM-in 331.1, 739.1, 743.1-ci maddələrinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.

37. Belə ki, cavabdehin özünün bildirdiyinə görə sahibkarlıq fəaliyyətində maliyyəmühasibatlıq işlərinin aparılması üçün özünə aid asan imzanı və bank hesab nömrəsini istifadə üçün mühasibi Y.Ağayevə vermis və sonuncu onun asan imzasından istifadə edərək 2023-cü il 7 avqust tarixində iddiaçıdan cəmi 24.270 manat məbləğində kredit götürmüşdür.

38. Məhkəmə tərəfindən isə müəyyən edilmişdir ki, həmin kredit – cavabdehə məxsus “CA 2016” adlı sertifikatlı asan imza xidmətindən istifadə edilməklə imza lanaraq alınmış, həmin kredit məbləği iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına köçürülmüş, həmin kredit məbləği cavabdehin bank hesabından müxtəlif hesablara köçürülməklə istifadə olunmuş və həmin kredit üzrə cavabdeh tərəfindən 400 manat və 300 manat məbləğində ödənişlər edilmişdir. 39. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 3.3, 3.4-cü maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən hazırkı mübahisə üzrə MM-in 331.1, 739.1, 743.1-ci maddələrinin tətbiq edilməsi düzgün olmuşdur.

40. Belə ki, qeyd olunan Qanunun 3.2 və 3.3-cü maddələrində nəzərdə tutulmuş elektron imza əl imzasına bərabər tutulur və həmin qaydada imzalanmış elektron sənəd əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

41. Cavabdehə mə xsus elektron imzadan onun iradəsinə zidd olaraq istifadə edilməsinə dair qeyd edilir ki, istinad olunan Qanunun 20-ci maddəsində imza sahibinin hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir.

42. Həmin Qanunun 20.3 və 20.6-cı maddələrində müəyyən edilmişdir ki, imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməli, eyni zamanda həmin qaydalara riayət edilməməsinə görə məsuliyyət daşıyır.

43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

44. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmama sı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

46. MPM-in 254.1 və 254.1.4-cü maddələrinin pozulmasına dair qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü madd əsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə ibtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz...Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

47. Hazırki işdə isə icraatın dayandırılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, cava bdehin istinad etdiyi cinayət işi ilə hazırkı iş arasında bağlılıq olsa da, Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilən asılılıq mövcud deyildir.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Ramil Musaev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-c ü il 5 noyabr tarixli 2-2(105)-103/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar