Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-137/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO "X"-in ləğvedicisi "F"-in cavabdehlər “Y” MMC və “Z” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcuna görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi iddiaçı LPO X-in ləğvedicisi F-in nümayəndəsi və vəkili cavabdeh “Y” MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı LPO X-in ləğvedicisi F-in cavabdehlər “Y” MMC və Z İstehsalat Birliyinə qarşı “k redit müqaviləsinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “Z” İstehsalat Birliyinin (bundan sonra – “İB”) direktoru R.M tərəfindən X-ə (bundan sonra – “Bank”) ünvanlanmış 2017-ci il 10 aprel tarixli 06/64 nömrəli məktubda Dövlət Sifarişi Proqramı üzrə nəzərdə tutulmuş istehsal planını vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün mal-materialların, dəstləşdiricilərin alınıb gətirilməsi və yaranmış cari öhdəliklərin vaxtında ödənilməsi üçün İB-nin “Y” MMC-yə (bundan sonra – “MMC”) güzəştli faizlə 400.000 manat məbləğində kredit xəttinin açıl masına göstəriş verilməsi xahiş olunmuş, istifadə olunan kreditin və faizlərin vaxtında qaytarılmasına tam zəmanət verilməsi qeyd olunmuşdur. 2. ******** saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank MMC-yə 12 ay müddətinə 400.000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və borcun 20 faizi miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. 3. *******5H saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank MMC-yə 12 ay müddətinə 380.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və borcun 10 faizi miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı X ASC (bundan sonra – “ASC”) 2020-ci il 18 fevral tarixli MD-11-00375 saylı arayışında qeyd olunmuşdur ki, MMC və İB-nin 2017-ci il 12 aprel tarixli CBHK-0007/06 saylı kredit müq aviləsi üzrə 400.000 manat əsas borc, 30.888,89 manat faiz borcu, 2018-ci il 12 aprel tarixindən 2020-ci il 18 fevral tarixinə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 148.000 manat faiz borcu olmaqla ümumilikdə 578.888,89 manat kredit borcu, 2017-ci il 14 avqust tarixli DSF0005H saylı kredit müqaviləsi üzrə 380.000 ABŞ dolları əsas borc, 32.194,89 ABŞ dollan faiz borc, 2018-ci il 14 avqust tarixindən 2020-ci il 18 fevral tarixinə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 57.422 ABŞ dolları faiz borc olmaqla ümumilikdə 469.616,89 ABŞ dolları məbləğində kredit borcu vardır.
5. ASC 2018-ci il 10 sentyabr və 25 oktyabr tarixli pretenziya məktubları ilə İB-yə və MMC-yə müraciət edərək kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə mürac iət ediləcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. ASC 2019-cu il 28 yanvar tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək MMC-dən və İB-dən 2017-ci il 14 avqust tarixli DSF0005H saylı kredit müqaviləsi üzrə 380.000 ABŞ dolları əsas borcun, 32.194,89 ABŞ dolları faiz borcunun, 2018-ci il 14 avqust tarixindən 2020-ci il 18 fevral tarixinə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 57.422 ABŞ dolları faiz borcunun, ümumilikdə 469.616,89 ABŞ dolları məbləğində kredit borcunun, 2017-ci il 12 aprel tarixli CBHK-0007/06 saylı kredit müqaviləsi üzrə banka olan 400.000 manat əsas borcun, 30.888,89 manat faiz borcunun, 2018-ci il 12 aprel tarixindən 2020-ci il 18 fevral tarixinə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 148.000 manat faiz borcunun, ümumilikdə 578.888,89 manat kredit borcunun, kredit müqavilələrinin, zəmanət məktubunun, hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 42 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi yuxarıda §§ 1-5-də göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 2017-ci il 30 may tarixli çıxarışa əsasən ASC Bankın ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir.
8. Sonradan ASC iddia tələbinin artırılması barədə 2019-cu il 24 aprel tarixli ərizə ilə məhkəməyə müraciət edərək MMC-dən və İB-dən 2017-ci il 12 aprel tarixli CBHK-0007/06 saylı kredit müqaviləsi üzrə 400.000 manat əsas borc, 190.000,01 manat faiz borcu olmaqla ümumilikdə 590.000,01 manat məbləğində, 2017-ci il 14 avqust tarixli DSF0005H saylı kredit müqaviləsi üzrə 380.000 ABŞ dolları əsas borc, 57.106 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə, 437.106 ABŞ dolları məbləğində pul vəsaitinin, kredit müqavilələrinin, zəmanət məktubunun, hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 42 manat notariat xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qə bul edilməsini xahiş etmişdir.
9. Sonradan ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə 2020-ci il 18 fevral tarixli ərizə ilə məhkəməyə müraciət edərək MMC-dən və İB-dən 2017-ci il 12 aprel tarixli CBHK0007/06 saylı kredit müqaviləsi üzrə 400.000 manat əsas borc, 30.888,89 manat faiz borcu, 2018-ci il 12 aprel tarixindən 2020-ci il 18 fevral tarixinə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 148.000 manat faiz borcu olmaqla ümumilikdə 578.888,89 manat kredit borcunun, 2017-ci il 14 avqust tarixli ******5H saylı kredit müqaviləsi üzrə 380.000 ABŞ dolları əsas borc, 32.194,89 ABŞ dolları faiz borc, 2018-ci il 14 avqust tarixindən 2020-ci il 18 fevral tarixinə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 57.422 ABŞ dolları faiz borc olmaqla ümumilikdə 469.616,89 ABŞ dollarının, kredit müqavilələrinin, zəmanət məktubunun, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 42 manat notariat xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 442, 448.1, 460.1, 739.2, 740.1, 740.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4, 216, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 aprel tarixli 2-2(82)Bİİ/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) 2017-ci il 1 2 aprel tarixli ********/06 saylı kredit müqaviləsi üzrə MMC-nin 2019-cu il 9 yanvar tarixinə olan əsas borc və faiz borcu düzgün hesablanmışdırmı? Əgər düzgün hesablanmamışsa, 2018-ci il 12 aprel, 2019-cu il 9 yanvar, 28 yanvar və 24 aprel tarixlərinə olan əsas borc və faiz borcu nə qədər təşkil edir? 2) 2017-ci il 14 avqust tarixli DSF005H saylı kredit müqaviləsi üzrə MMC-nin 2019-cu il 9 yanvar tarixinə olan əsas borc və faiz borcu düzgün hesablanmışdırmı? Əgər düzgün hesablanmamışsa, 2018-ci il 12 aprel, 2019-cu il 9 yanvar, 28 yanvar və 24 aprel tarixlərinə olan əsas borc və faiz borcu nə qədər təşkil edir?
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin 2019-cu il 20 dekabr tarixli 14**** saylı rəyində qeyd olunmuşdur ki: 12.1. 2017-ci il 12 aprel t arixli *********06 №-li kredit müqaviləsi üzrə 2018-ci il 12 aprel tarixinə əsas borc 387.267,25 manat, faiz borcu 29.690,49 manat; 2019-cu il 9 yanvar tarixinə əsas borc 387.267,25 manat, faiz borcu 44.051,65 manat; 2019-cu il 28 yanvar tarixinə əsas borc 387.267,25 manat, faiz borcu 45.073,60 manat; 2019-cu il 24 aprel tarixinə əsas borc 387.267,25 manat, faiz borcu 49.699,30 manat təşkil edir. 12.2. 2017-ci il 14 avqust tarixli, *******5H №-li kredit müqaviləsi üzrə: 2018-ci il 14 avqust tarixinə əsas borc 380.000 ABŞ dolları, 32.089,33 ABŞ dolları faiz; 2019-cu il 9 yanvar tarixinə əsas borc 380.000 ABŞ dolları, 39.742,11 ABŞ dolları faiz; 2019-cu il 28 yanvar tarixinə əsas borc 380.000 ABŞ dolları, 40.744,89 ABŞ dolları faiz, 2019-cu il 24 aprel tarixinə əsas borc 380.000 ABŞ dolları, 45.283,78 ABŞ dolları faiz borcu təşkil edir.
13. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 avqust tarixli 2-2(113)-BKM/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2017-ci il 12 aprel tarixli CBHK-0007/06 saylı kredit müqaviləsi üzrə əsas borc 387.267,25 manat, faiz borcu 29.690,49 manat, müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38.726,7 manat olmaqla ümumilikdə 455.684,44 manat məbləğində pul vəsaitinin, 2017-ci il 14 avqust tarixli DSF0005H saylı kredit müqaviləsi üzrə 2018-ci il 14 avqust tarixinə əsas borc 380.000 ABŞ dolları, 32.089,33 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38.000 ABŞ dolları olmaqla ümumilikdə 450.089,33 ABŞ dolları məbləğində pul vəsaitinin, dövlət rüsumu ki mi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat, sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 36 manat məbləğində pul vəsaitinin MMC-dən tutularaq ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 173 manat məbləğində hissəsinin MMC-dən, 27 manat məbləğində hissəsinin ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – Fərrux Qasımov).
14. Məhkəmə hesab etmişdir ki, əsas və faiz borcunun məbləği hesablanarkən ekspert rəyində qeyd olunan məbləğlər (müqavilə müddəti ərzində hesablanmış) əsas götürülməlidir.
15. İddianın illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu hissəsi ilə bağlı onu məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan hər 2 müqavilənin müddəti iki il əvvəl başa çatmışdır. İki il üçün 2017-ci il 12 aprel tarixli *******06 saylı kredit müqaviləsi üzrə 387.267,25 manat əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38.726,7 manat, 2017-ci il 4 avqust tarixli DSF0005H saylı kredit müqaviləsi üzrə 380.000 ABŞ dolları əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38.000 ABŞ dolları təşkil edir.
16. Məhkəmə iddianın İB-dən pul vəsaitinin tutulması hissəsini əsassız hesab etmişdir. İddianın bu hissəsinin faktiki əsası olaraq İB-nin direktoru R.M tərəfindən Banka ünvanlanmış 2017-ci il 10 aprel tarixli zəmanət məktubuna istinad edilmişdir. Bununla belə, Bankla İB arasında zaminlik müqaviləsi bağlanmadığından iddia sonuncuya aid h issədə rədd edilməlidir.
17. Məhkəmə bu qənaətini MM-in 427.3, 739, 470.1, 471, MPM-nin 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra“KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
18. MMC 2020-ci il 2 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsi Ko mmersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli 22(103)-BAM/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 avqust tarixli e-2-2(113)-BKM/2020 saylı qətnaməsi müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, həmin faiz borcu 2017-ci il 12 aprel tarixli ********06 saylı kredit müqaviləsi üzrə 35.499,4 manat, 2017-ci il 14 avqust tarixli *********5H saylı kredit müqaviləsi üzrə 28.500 ABŞ dolları məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Q hakimlər – C.Y və V.B).
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, əsas və faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
21. Bununla yanaşı, kollegiya qeyd etmişdir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. MMC 2017-ci il 12 aprel tarixli *******06 saylı kredit müqaviləsi üzrə qalıq qalan 387.267,25 manat əsas borcu 2018-ci il 12 aprel tarixinədək qaytarmalı olduğu halda geri qaytarmamışdır. ASC isə həmin tarixdən 2020-ci il 18 fevral tarixinədək əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi ASC birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi 2 il üçün deyil, 22 ay (2018-ci il 12 aprel tarixindən 2020-ci il 18 fevral tarixinədək) üçün həmin faiz məbləğini tələb edir. Həmin məbləğ isə 35.499,4 manat (387.267,25 x 5% = 19. 363,3: 12 x 22 ay = 35.499,4) təşkil edir.
22. Həmçinin MMC 2017-ci il 14 avqust tarixli ******5H saylı kredit müqaviləsi üzrə 380.000 ABŞ dolları məbləğində kredit almış, lakin həmin məbləği 2018-ci il 14 avqust tarixədək qaytarmalı olduğu halda geri qaytarmamışdır. ASC isə həmin tarixdən 2020-ci il 18 fevral tarixinədək əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi ASC birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi 2 il üçün deyil, 18 ay (2018-ci il 14 avqust tarixindən 2020-ci il 18 fevral tarixədək) üçün həmin faiz məbləğini tələb edir. Həmin məbləğ isə 28.500 ABŞ dolları (380.000 x 5% = 19.000: 12 x 18 ay = 28.500) təşkil edir.
23. MMC-nin dəlillərinə dair kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsində MMC iddia nı qismən qəbul etdiyi halda, apellyasiya şikayətində iddiaya etiraz etmiş, MPM-nin 372.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. Həmçinin ASC-nin istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. MMC isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən ASC-nin təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edi lməsi əsasları hazırkı işdə əsaslar mövcud deyildir.
24. Məhkəmə kollegiyasının qənaətinə görə ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İB tərəfindən bir kredit müqaviləsi üzrə zəmanət məktubunun verilib-verilməməsi isə hazırkı apellyasiya baxışının predmeti deyildir. Çünki İB-yə aid hissədə iddia rədd olunmuş və bununla bağlı ASC tərəfindən apellyasiya şikayəti verilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini MM-in 445.7, 739, 741-ci, MPM-nin 102, 372.2, 376.2-ci maddələrinə istinad etməklə əsaslandımışdır.
26. F həmin qətnamədən 2020-ci il 30 dekabr tarixində kassasiya şikayəti verərək qətnamənin qismən – 20 17-ci il 14 avqust tarixli ******5H saylı kredit müqaviləsi üzrə faiz borcunun 28.500 ABŞ dolları, 2017-ci il 12 aprel tarixli ********06 saylı kredit müqaviləsi üzrə isə faiz borcunun 35.499,4 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsini, işə yenidən həmin hissədə baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
27. ASC tərəfindən məhkəməyə təqdim edilmiş 2020-ci il 18 fevral tarixli MD-11-00375 nömrəli maliyyə arayışından görünür ki, İB və MMC-nin 2017-ci il 12 aprel tarixli ********06 saylı kredit müqaviləsi üzrə 400.000 manat əsas borcu, 30.888,89 manat faiz borcu, 2018-ci il 12 aprel tarixindən 2020-ci il 18 fevral tarixinə kimi illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış 148.000 manat faiz borcu, 2017-ci il 14 avqust tarixli *********5H nömrəli kredit müqaviləsi üzrə isə 380.000 ABŞ dolları əsas borcu, 32.194,89 ABŞ dolları faiz borcu, 2018-ci il 14 avqust tarixindən 2020-ci il 18 fevral tarixinə kimi illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış 57.422 ABŞ dolları faiz borcu mövcuddur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin – müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilməsi barədə qətnamə qəbul edərkən iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.
28. MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmə miş, müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və digər tərəfə vurduğu zərər nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu səbəbdən ƏSF öhdəliyin icrasını tələb etməkdə haqlı olmuşdur.
29. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, MM-in 14.2.1, 385.1, 386.1, 421.2, 425.1, 442, 445.7, 448.1, 449.1, 741-ci, MPM-nin 88, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 405, 417.1.4, 418.1, 418.2, 418.3-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarına isti nad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. MMC kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin qismən - 2017-ci il 14 avqust tarixli ********5H nömrəli kredit müqaviləsi üzrə faiz borcunun 28.500 ABŞ dolları, 2017-ci il 12 aprel tarixli *********06 nömrəli kredit müqaviləsi üzrə isə faiz borcunun 35.499,4 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsini və işin yenidən həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
32. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən (2017-ci il 12 aprel tarixli ********06 nömrəli və 2017-ci il 14 avqust tarixli ********5H nömrəli kredit müqavilələri üzrə əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun t utulması hissəsində) mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız müvafiq hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
36. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
427. Öhdəliyin icra sı müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.... Maddə
471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı f ormada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
37. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkra r ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəx slərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....”
38. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “...kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
39. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “...qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur.... zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik ya ranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə) və əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək kassatorun dəlillərini (bax yuxarıda § 27-28) əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq aşağıdakıları bildirməyi zəruri hesab edir.
41. F, ASC tərəfindən məhkəməyə təqdim edilmiş 2020-ci il 18 fevral tarixli MD-1100375 nömrəli maliyyə arayışına istinad edərək illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış faiz borcunun 2017-ci il 12 aprel tarixli *******06 nömrəli kredit müqaviləsi üzrə 148.000 manat, 2017-ci il 14 avqust tarixli ********5H nömrəli kredit müqaviləsi üzrə isə 57.422 ABŞ dolları olduğunu bildirmişdir. İddia ərizəsində də məhz həmin rəqəmlər əks etdirilmişdir.
42. Halbuki birinci instansiya məhkəməsi işin materiallarına qiymət verərək belə nəticəyə gəlmişdir ki, həmin borc müvafiq olaraq 38.726,7 manat və 38.000 ABŞ dolları təşkil edir.
43. Başqa sözlə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi bu məbləğlər iddia ərizəsindəki rəqəmlərdən müvafiq olaraq 109.273,3 manat (148.000 – 38.726,7) və 19.422 dollar (57.422 – 38.000) azdır.
44. Buna baxmayaraq iddiaçı tərəf həmin qətnamədən apellyasiya şikayəti verməmiş, deməli, qətnamə ilə razılaşmışdır.
45. Buna görə də hazırda müqavilələr üzrə illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış faiz borcunun həcmindən danışarkən ASC tərəfindən məhkəməyə təqdim edilmiş 2020-ci il 18 fevral tarixli MD-11 -00375 nömrəli maliyyə arayışına istinad edilməsi kassatorun mövqeyinin əsaslandırılması baxımından tutarlı dəlil hesab edilə bilməz.
46. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq müqavilələr üzrə illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış faiz borcunun həcmini azaldarkən adi riyazi hesablamalara əsaslanmış, bunun üçün istifadə etdiyi riyazi düsturları öz qətnaməsində əks etdirmişdir.
47. Kassator isə məhkəmənin iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmadığına, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmədiyinə, qanun pozuntularına yol verdiyinə istinad etsə də, məhkəmənin aparığı həmin hesablamlarda konkret olaraq hansı səhvlərə yol verdiyini, qətnamə q əbul edərkən iş üçün əhəmiyyətli olan hansı halları kifayət qədər araşdırmadığını, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hansı hallarla bağlı düzgün hüquqi nəticəyə gəlmədiyini göstərməmiş, mövqeyini konkret dəlillərlə əsaslandırmamış, yalnız ümumi xarakterli ifadələr işlətməklə kifayətlənlənmişdir.
48. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassatorun gətirdiyi dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin müvafiq hissədə ləğvi və işə həmin hissədə yenidən baxılması üçün əsas hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq pozuntularına yol verməmişdir.
49. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.