Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-138/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-138/21 Bakı şəhəri xx xxxx 2021-ci il 30.03.2021 Açar sözlər: pul tələbi, icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin direktoru xxx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-575/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankın müflis elan olunduğu ana AZ78AMRA******************** saylı avro hesabında olan 1563,45 avro, AZ06AMRA******************** saylı manat hesabında olan 6191,15 azn, AZ98AMRA******************** saylı dollar hesabında olan 23.553,36 ABŞ dolları vəsaitlərinin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, bank müflis elan olunduqdan sonra o, bankda müvaf iq olaraq avro, manat və ABŞ dolları hesablarında olan pul vəsaitləri barəsində sərəncam vermək hüququnu itirmişdir. İddiaçı xx xxx 2020-ci il tarixdə cavabdehə müraciət etmiş və kreditor kimi qeydə alınmışdır. Müəssisənin hesablarında olan pul vəsaitlərindən istifadə edə bilməməsi onun fəaliyyətində və digər şəxslər qarşısında öhdəliklərinin icrasında çətinliklər yaratmışdır. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Vəsatətdə bildirilmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən bank müflis elan olunduqdan sonra ona qarşı olan bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür, bank barəsində digər məhkəmə icraatına başlanılmır, habelə banka qarşı kreditor tələbləri ilə bağlı mülki məhkəm ə icraatında olan digər işlər üzrə icraata xitam verilir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)1951/2020 saylı qərardadı ilə (hakim Zaur Pirverdiyev) iş üzrə icraata xitam verilmişdir. Həmin məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarı qüvvəyə mindiyi andan ona qarşı kreditor tələbləri ilə bağlı mülki məhkəmə icraatında olan işlər üzrə icraata xitam verilməlidir. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-1951/2020 saylı qərardadı ilə (hakim Zaur Pirverdiyev) şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməs inin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-575/2020 saylı qərardadı ilə (sədrlik edən Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova) iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qərardadı Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı artıq xx xxx 2020-ci il tarixdə “xxxx” ASC-nin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fonduna müraciət edərə k kreditor kimi qeydə alınmışdır. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən bank müflis elan olunduqdan sonra ona qarşı olan bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür, bank barəsində digər məhkəmə icraatına başlanılmır, habelə banka qarşı kreditor tələbləri ilə bağlı mülki məhkəmə icraatında olan digər işlər üzrə icraata xitam verilir. Cavabdeh iddiaçının qeyd etdiyi kimi Əmanətlərin Sığortalanması Fondu deyil, ləğv prosesində olan bank olduğundan birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsinə dair düzgün nəticəyə gəlmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Qərarı, “Banklar haqqında” Azər baycan Respublikası Qanunun 72.1.2, 72.1.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində bildirilmişdir ki, iddiaçı xarici investorlar tərəfindən maliyyələşməklə dövlət qeydiyyatına alınmış, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməklə ölkə iqtisadiyyatına əhəmiyyətli töhvə verən müəssiələrdəndir. Fəaliyyətinin həyata keçirilməsi üçün müəssisə müxtəlif şəxslərlə əmək və xidməti müqavilələr bağlamaqla onların xidmətlərindən istifadə etmişdir. Hal-hazırda bankdakı hesablarında olan pul vəsaitlərindən məhrum olması müəssisənin həmin şəxslərə əmək haqqılarının ödəni lməsində problemlər yaratmışdır. İş üzrə icraata xitam verilməsi onu maliyyə itkilərinə məruz qoymaqla hüquq və mənafelərinin pozulması ilə nəticələnmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 267, 416, 417-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azər baycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən bank müflis elan olunduqdan sonra ona qarşı olan bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür, bank barəsində digər m əhkəmə icraatına başlanılmır, habelə banka qarşı kreditor tələbləri ilə bağlı mülki məhkəmə icraatında olan digər işlər üzrə icraata xitam verilir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, iş üzrə icraata xitam verilməsi onu maliyyə itkilərinə məruz qoymaqla hüquq və mənafelərinin pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Bankrlar haqqında” Azərbaycan Respublikası Qanunun: - 72.1-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan: 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2017-ci il tarixli qərarına əsasən: - (...) iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məh kəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil; - «Banklar haqqında» Qanunun 72.1.2-ci maddəsinin «dayandırma» ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtin a olunmalıdır. Göstərilmiş maddələrin tələblərindən və onlara verilmiş şərhdən göründüyü kimi, bank müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələblərinə iddia icraatı qaydasında baxıla bilməz, belə tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülməlidir. İşin hallarına görə, iddiaçı “xxxx” ASC-nin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək kreditor kimi qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin: - 153.2-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; - 261.0-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirs ə. Maddələrdə nəzərdə tutulmuş şərtləri müəyyən etməklə aşağı instansiya məhkəmələri düzgün olaraq hesab etmişdirlər ki, iflas prosesində olan banka qarşı kreditor tələblərinə iddia icraatı qaydasında baxılmadığından, iş üzrə icraata xitam verilməlidir. İddiaçının kassasiya şikayətində bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi, iddaçı iflas proseduru çərçivəsində öz tələblərinin irəli sürülməsi hüququna malikdir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərb aycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: iddiaçı “xxxx” MMC-nin direktoru xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-575/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-138/2021
Ali Məhkəmə Qərar — İş №2-2(102)-138/2021
30.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver