Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-138/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsinin ləğvi və borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər X2, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2- 2(104)-185/2023 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Bank "xxxx" ASC ilə X3 arasında bağlanmış 2022-ci il 20 may tarixli RPZMK-0054906/22A saylı kredit müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 2021-ci il 17 noyabr tarixli MK-00549-06/21A saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədi ilə illik faiz dərəcəsi 23% olmaqla, 2 ay güzəşt müddəti tətbiq edilməklə 36 ay müddətinə 18.724,48 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 2. 2022-ci il 20 may tarixli RPZMKZ-00549-06/22A, RPZMKZ2-00549-06/22A və RPZMKZ3-00549-06/22A saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə gör ə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. 3. 2023-cü il 30 yanvar tarixli RİED 2022/336 saylı maliyyə arayışından əsasən, X1 2022-ci il 20 may tarixli RPZMK-00549-06/22A saylı kredit müqaviləsi üzrə 2023-cü il 30 yanvar tarixə banka 18.724,48 manat məbləğində krеdit bоrcu, 2.121,87 manat məbləğində faiz bоrcu və 202,59 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 21.048,94 manat məbləğində bоrcu olması göstərilmişdir. 4. 2022-ci il 12 oktyabr tarixli GNCF-2022/340 saylı pretenziya məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir.
5. Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərcinin ödənildiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Bank "xxxx" ASC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə X3 (bundan sonra – “cavabdeh Vəkil1”) arasında bağlanmış 2022-ci il 20 may tarixli RPZMK-00549-06/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn 2023-cü il 30 yanvar tarixinə 18.724,48 manat əsas borc, 2.121,87 manat faiz borcu, 202,59 manat dəbbə borcu, cəmi borc 21.048,94 manat və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehlər Vəkil1dan, Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”), Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və Cavabdeh3 (bundan sonra – “Cavabd eh3”) müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Vəkil1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, cavabdeh Vəkil1 kredit müqaviləsi üzrə 2023-cü il 30 yanvar tarixinə hesablanmış və ödənilməmiş 18.724,48 manat əsas borc, 2.121,87 manat faiz borcu, 202,59 manat dəbbə borcu olmaqla, cəmi borcu 21.048,94 manat borcu qalmışdır.
8. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehlər Vəkil1 və Cavabdeh3 iddia tələbinin təmin edilməsinə etiraz etməmiş, borcun zaminlərdən deyil, onlardan tutulmas ını xahiş etmişdirlər.
10. Gəncə Kommersiya Məhkəməsinin 2023-ci il 15 may tarixli e-2-2(115)-376/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı ilə cavabdeh Vəkil1 arasında bağlanmış 2022-ci il 20 may tarixli RPZMK-00549-06/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə üzrə yaranmış 18.724,48 manat əsas borcun, 2.121,87 manat faiz borcun və 202,59 manat dəbbə pulunun olmaqla, cəmi 21.048,94 manat borcun və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərdən müştərək qaydada 153,14 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – G.Quliyeva).
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Vəkil1 ilə iddiaçı arasında kredit müqaviləsinin restrukturizasiya edilməs i məqsədi ilə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik faiz dərəcəsi 23% olmaqla, 2 ay güzəşt müddəti tətbiq edilməklə 36 ay müddətinə 18.724,48 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdeh Vəkil1a vermiş, cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 18.724,48 manat kredit borcu, 2.121,87 manat faiz borcu və 202,59 manat dəbbə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir.
12. Qeyd olunanlara əsasən məhkəmə o qənaətə gəlmişdir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizləri və dəbbə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır.
13. Məhkəmə eyn i zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və dəbbə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
14. Məhkəmə hesab etmişdir ki, cavabdeh Vəkil1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh Vəkil1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.
15. Həmçinin məhkəmə o qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 20 may tarixli kredit müqaviləsi ləğv edilməli, həmin kred it müqaviləsi üzrə yaranmış 18.724,48 manat məbləğində krеdit bоrcu, 2.121,87 manat məbləğində faiz bоrcu və 202,59 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 21.048,94 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
16. Prosessual qanunvericiliyin məhkəmə xərcləri ilə bağlı müddəalarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 200 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə bildirmişdir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad olunduğuna görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 153,14 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsini n (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh Vəkil1 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 15 may tarixli 2-2(115)-376/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, apellyasiya şikayətinin təmin olunmasını və əsas borc və dəbbə pulu hissəsinə münasibətdə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 4 avqust tarixli 2-2(104)-185/2023 saylı qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 1 5 may tarixli 2-2(115)376/2023 nömrəli qətnaməsindən cavabdeh Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
21. Məhkəmə kollegiyası ilk öncə vurğulamışdır ki, cavabdeh Vəkil1 iddiaçı tərəfindən tələb olunan borc və dəbbə məbləğini mübahisələndirməklə, dolayısı ilə həmin məbləğlərin düzgün hesablanmadığını, birinci instansiya məhkəməsinin iş üzrə mühasibatlıq ekspertizası təyin etməli olduğunu bildirsə də, iddia irəli sürülən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Hərçənd ki, cavabdeh Vəkil1 ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsi ni konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşdür. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən və birinci instansiya məhkəməsi tərəfindən qət edilən kredit müqaviləsi üzrə borc məbləğinin işdə olan sübutlara uyğun olub-olmamasını yoxlayaraq, tələb edilən borc məbləğinin əsassızlığı ilə bağlı hər hansı bir əsas müəyyən etməmişdir.
22. İddiaçı ilə cavabdeh Vəkil1 arasında bağlanmış 2022-ci il 20 may tarixli RPZMK00549-06/22A saylı krеdit müqaviləsindən müəyyən olmuşdur ki, tərəflər arasında bağlanmış 2021-ci il 17 noyabr tarixli MK-00549-06/21A saylı kredit müqaviləsi restrukturizasiya edilərək, qalıq 18.724,48 manat borc məbləğinin 36 ay müddətinə, 2 ay güzəşt müddəti tətbiq edilməklə, ill ik 23 faiz ödəmək şərti ilə ödənilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş ödənişlərə dair cədvəldən isə məlum olur ki, cavabdeh Vəkil1 tərəfindən əsas borc məbləğindən hər hansı bir ödəniş edilməmiş, ödənilmiş 868,8 manat pul məbləği isə hesablanmış faiz məbləğinə silinmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh Vəkil1ın 18.724,48 manat borc məbləğində görə ödəməli olduğu aylıq faiz məbləğinin 358,89 manat olması və əsas borcdan heç bir məbləğin ödənilməsi nəzərə alındıqda, borcun tələb edildiyi 2023-cü il 30 yanvar tarixədək olan təxminən 8 aydan artıq müddət üçün hesablanmış faiz məbləği də hər hansı bir şübhə yaratmamaqdadır. Tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndində öhdəliyin icrasının gecikdirilməsinə görə gecikdirilmiş günə görə 0,1 faiz cərimə məbləğinin he sablanması nəzərdə tutulmuşdur ki, tələb olunan 202,59 manat dəbbə pulu məbləği də hər hansı bir şübhə yaratmamaqla yanaşı, tənasübsüz surətdə yüksək də olmamışdır.
23. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Vəkil1 şikayətində birinci instansiya məhkəməsində iştirak etmədiyini qeyd etsə də, iş materiallarından müəyyən olmuşdur ki, cavabdeh Vəkil1 məhkəmə iclasında iştirak etmiş, borcunu etiraf etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 428.4, 442, 448.1, 448.2, 462.1, 467, 739.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 376.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh Vəkil1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 4 avqust tarixli 2-2(104)-185/2023 saylı qətnamə qismən - əsas bo rc, faiz borcu və cərimələrin hesablanması hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 467-ci maddəsinin tələbləri pozulmuşdur. Borc məbləğinin dəqiqləşdirilməsi üçün keçirilməsi zəruri olan mühasibatlıq ekspertizasının təyin edilməsi üçün verilmiş vəsatətlərin təmin edilməməsi, işin birtərəfli aparılması, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmənin mühasibatlıq sahəsi üzrə mütəxəssis olmadan, cavabdeh tərəfindən qəbul edilməmiş və düzgünlüyü şübhə altına alınan maliyyə arayışına əsaslanıb qətnamə qəbul etməsi ədalətli hesab oluna bilməz.
27. MPM-in 97.1, 217.1-ci maddəl ərinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh Vəkil1 tərəfindən məhkəmə baxışı təyin edilməmişdən 7 gün qabaq yas yeri ilə bağlı məhkəmə iclasının başqa vaxta təxirə salınması barədə ərizə ilə müraciət olunsa da, işə onun iştirakı olmadan baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlaya rkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
428. Öhdəliyin vaxtından əvvəl icrası... 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəl iklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pu lunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulu r: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yo xlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəmə sinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxı larkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlillərinin mahiyyəti bundan ibarət olmuşdur ki, borc məbləğinin dəqiqləşdirilməsi üçün keçirilməsi zəruri olan mühasibatlıq ekspertizasının təyin edilməsi üçün verilmiş vəsatətlərin təmin edilməməsi, işin birtərəfli aparılması, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmənin mühasibatlıq sahəsi üzrə mütəxəssis olmadan, cavabdeh tərəfindən qəbul edilməmiş və düzgünlüyü şübhə altına alınan maliyyə arayışına əsaslanıb qətnamə qəbul etməsi ədalətli hesab oluna bilməz.
39. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsaslı hesab etmir.
40. Belə ki, əvvəla işin hallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində şifahi qaydada və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etsə də, izahatında hazırkı iş üzrə kredit müqaviləsi üzrə ödədiyi pulların borcdan silinib-silinməməsini mübahisə etmədiyini, mübahisələndirdiyi məsələnin bankla onun əvvəllər bağladığı kredit müqaviləsi üzrə ödədiyi pulların düzgün silinib-silinməməsi ilə bağlı olduğunu bildirmişdir.
41. Birinci instansiya məhkəməsi də tərəflər arasında əvvəl bağlanmış kredit müqaviləsi üzrə hər hansı tələb irəli sürülməməsi əsasına görə həmin vəsatətin rədd edilməsi nəticəsinə gəlmişdir.
42. Bununla yanaşı növbəti - 2023-cü il 15 may tarixli məhkəmə icla sında iştirak edən cavabdeh Vəkil1 iddia tələbinin təmin olunmasına etiraz etməmiş, lakin borcun zaminlərdən deyil, ondan tutulmasını xahiş etmişdir.
43. Göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində iddiaya qarşı hər hansı etiraz təqdim etməmiş, habelə iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmişdir. Hazırda isə cavabdeh borcun düzgün hesablanmamasına və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmamasına istinad edir. Halbuki, MPM-in 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan olunduqdan sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda ist inad oluna bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən apellyasiya baxışı zamanı da belə əsaslandırma gətirilməmişdir. Ona görə də, apellyasiya instansiya məhkəməsinin qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanmışdır. Bundan əlavə cavabdeh borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən ilkin sübutları işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir. Bundan əlavə işin hallarından görünür ki, cavabdeh tərəfindən k redit müqaviləsi üzrə əsas borcdan ümumiyyətlə hər hansı məbləğdə ödəniş olunmamış, edilən çox cüzi ödənişlər isə faiz borcu və dəbbə puluna silinmişdir. Belə olan halda aşağı instansiya məhkəmələri tərəfindən kredit borcunun məbləğini sadə riyazi qaydada hesablamaqla da müəyyən etmək mümkün olmuşdur.
44. Kassasiya şikayətində irəli sürülən digər dəlillər ondan ibarət olmuşdur ki, o, məhkəmə baxışı təyin edilməmişdən 7 gün qabaq məhkəmə iclasının təxirə salınması barədə müraciət etsə də, işə onun iştirakı olmadan baxılmışdır.
45. Həmin dəlillərə dair kollegiya qeyd edir ki, MPM-in 376.2-ci maddəsinin tələblərinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
46. Göründüyü kimi mülki prosessual qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslər yalnız üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Bu isə imperativ qaydada məhkəmənin üzərinə qoyulan vəzifə deyil, səlahiyyət olaraq müəyyən edilmişdir.
47. Hazırki işdə də cavabdehin 2023-cü il 26 iyul tarixli ərizəsindən görünür ki, o, hüzrü düşdüyünə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi də üzrlü səbəblə bağlı heç bir sübut məhkəməyə təqdim edilmədiyinə görə cavabdehin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir.
48. Göründüyü kimi cavabdehin həmin dəlilləri də özü-özlüyündə əsassızdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.
50. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
51. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2-2(104)-185/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.