Məhkəmə qərarları › İş №2-2(102)-139/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-139/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-139/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSC BOKT-a (üçüncü şəxs "xxxx" MMC) qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı “ pul” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı QSC BOKT-a (üçüncü şəxs "xxxx" MMC) qarşı “borcun əvəzləşdirilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli, 2-2(104)-265/2023 saylı qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 30 sentyabr tarixli restrukturizasiya müqaviləsi üzrə 456494 manat əsas borc, 123868,20 manat faiz borcu olmaqla, cəmi 580362,20 manat borc məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 470,36 manat dövlət rüsumunun Cavabdeh MMC-dən (bundan sonra-“cavabdeh”) tutularaq iddiaçıya ödənilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Həmçinin cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2023-cü il tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqavilənin icrasının təmin edilməsi, 562356,5 manat məbləğinin tərəflər arasında bağlanmış 05 mart 2019-cu il tarixli 00497 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli, e-2-2(115)1074/2023 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli kredit borcunun restruktrizasiya edilməsinə dair müqavilə üzrə 456.494 manat əsas borc və 123.868 manat 20 qəpik faiz borcu olmaqla, cəmi 580.362 (beş yüz səksən min üç y üzaltmış iki) manat 20 (iyirmi) qəpik kredit borcu və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin, 470 (dörd yüz yetmiş) manat 36 (otuz altı) qəpik dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 400 (dörd yüz) manatın dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir ( hakim G.Quliyeva).

4. Həmin qətnamədən üçüncü şəxs "xxxx" MMC ( bundan sonra-“üçüncü şəxs”) tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli, 2-2(104)-265/2023 saylı qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər A.Hüseynzadə və L.Süleymanov).

6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmişdir.

7. Belə ki, MPM-in 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.

8. Üçüncü şəxs apellyasiya şika yətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətində məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilmədiyindən, məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-1074/2023 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti üçüncü şəxsə münasibətdə qeyri-mümkün hesab edilməlidir.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 361.1.4- 361.1.6, 366.2, 366.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 10.Həmin qərardaddan üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilmiş apellyasiya şik ayətinin qəbul edilərək icraata götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 125-ci maddələri, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci və MPM-nin 6-cı maddəsinin tələbləri pozulmuşdur- Məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə konstitusion təminat verilmişdir.

12. Cavabdeh ilə üçüncü şəxs arasında imzalanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsinə və borcun təhvil-təslim edilməsinə dair akta əsasən cavabdeh üçüncü şəxsə 2 550 000 manat məbləğində borc vermişdir. Həmin borc hesabına üçüncü şəxsə məxsus qeyri-yaşayış sahələri təmir edilərək satış vəziyyətinə çatdırılmalı və satışdan əldə edilən vəsait hesabına cavabdehin borcu qaytarılmalı idi. Belə ki, bankın üçüncü şəxsə olan mövcud borcu əsasında üçüncü şəxsin cavabdeh qarşısında 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə 2 550 000 manat borcunun ödənilməsinə yönəlməli idi. Beləliklə, bankın cavabdehdən iddia etdiyi borc öhdəliyi cavabdeh ilə üçüncü şəxs ar asında bağlanmış razılaşmaya əsasən üçüncü şəxsə məxsusdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət başa düşülən deyil və qərəzlidir. Odur ki, qətnamənin hansısa hissəsi deyil, tam hissəsi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayəti qəbul edilərək onun icraata götürülməsi barədə qərar qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassaiya baxışının hədləri

14. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə müvafiq olaraq hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müv afiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5 şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar 361.1.6 şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; «Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əs aslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər». “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qə rardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Belə ki, apellyasiya şikayətinin məzmununa dair tələblər MPM-nin 361.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbi baxımından apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin forma 2021-ci il 1 oktyabr tarixindən MPM-yə 2 saylı Əlavə şəklində daxil edilmişdir.

18. Həmin forma onu nəzərdə tutur ki, apellyasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ayd ın şəkildə ifadə edən izah verilməlidir.

19. Həmin formanın digər bəndləri üzrə də eyni yanaşmadan apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar göstərilməli, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

20. Göründüyü kimi apellyasiya şikayəti verilərkən şikayət yalnız forma tələbinə deyil, həmçinin onun məzmununa uyğun olmalıdır.

21. Baxılan iş üzrə üçüncü şəxsin apellyasiya şikayətində məhkəmə aktının ləğv edilməsi xahiş edilsə də, yalnız işin halları qeyd edilmiş, məhkəmə aktının düzgün hesab edilməməsi üçün konkret əsaslar, konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmişdir (MPM-nin 361.1.5, 361.1.6- cı maddələri)

22. Üçüncü şəxs kassasiya şikayətini birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin onun maraqlarına toxunması, lakin apellyasiya instansiyası məhkəməsinin şikayəti mümkün saymamaqla, onun məhkəməyə müraciət hüqununu pozması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası MPM-nin 361-ci maddəsinin tələblərinə əsasən qeyd edir ki, şikayətdə qeyd edilənlər işdə iştirak edən şəxsin, prosessual hüquq normalarının müəyyən etdiyi qaydalara əməl etmədən şikayət verməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-in 361 və 366.2-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli, 2-2(104)-265/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov Z.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar