Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-139/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi, onun ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 avqust tarixli 2-2(106)-108/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsi (mağaza) 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 31 dekabr tarixinədək İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. Həmin Müqaviləyə əsasən Cavabdeh hər ay 40 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə eyni şərtlərlə uzadılmış hal-hazıradək qüvvədədir.
2. Sabirabad rayon XDS-nin icarəyə Komitəsinin 1990-cı il 27 mart tarixli Qərarına əsasən İddiaçınə şəhərin hazırkı Heydər Əliyev prospektində (keçmiş Lenin küçəsində) dəmir yolu dalan ilə mebel mağazası arasında tikiləcək mağaza binasının tikintisi altına 0,04 ha torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin ərazidə İddiaçı 190 saylı mağazası və digər obyektlər fəaliyyət göstərir (Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 dekab r 2023-cü il tarixli arayışına əsasən). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən 190 saylı qeyriyaşayış sahəsinə (bundan sonra – “qeyri-yaşayış sahəsi”) dair bağlanmış 2020-ci il 1 yanvar tarixli müqavilənin (bundan sonra – “müqavilə”) ləğv edilməsi, cavabdehdən 1.680 manat əsas borcun, 484 manat cərimənin tutularaq iddiaçıya ödənilməsi, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən istifadəsinə son qoyulması və oranın dərhal iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda sadal anan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdehin icarə müqaviləsi imzalanan tarixdən 2023-cü il 21 iyun tarixinədək 1.680 manat borcu qalmışdır. Aralarında bağlanmış müqavilənin 11-ci bəndinə əsasən icarəçi icarə haqqını hər ayın birinci on günlüyündən gec olmayaraq ödəməlidir. Həmin bəndə əsasən vaxtında ödənilməyən icarə haqqına görə hər gün üçün müqavilə məbləğinin 0,1% həcmində cərimə hesablanması nəzərdə tutulmuşdur. Belə ki, dəfələrlə tərəflərindən edilmiş müraciətlərə baxmayaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən müxtəlif bəhanələrlə icra edilməmiş və daşınmaz əmlakın icarəsi üçün icarə haqqı ödənilməmişdir. Bundan başqa müqavilənin 13-cü bəndinə əsasən müqavilə tərəflərinin birinin tələbi ilə vaxtından 30 gün əvvəl rəsmi xəbərdarlıq ed ilməklə müqavilə pozula bilər. Bu baxımdan göstərilən məbləğlər cavabdehdən tələb edilməklə yanaşı onunla bağlanmış icarə müqaviləsi ləğv olunmalı, cavabdehin qeyri-yaşayış sahəsindən qanunsuz istifadəsinə son qoyulmalı və iddiaçıya təhvil verilməlidir.
5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, sözügedən mağazanı öz şəxsi vəsaiti hesabına tikdirmiş, mağazanın tikintisi üçün ayrılmış torpaq sahəsi (0,04 ha), ona 1989-cu il 20 avqustda Sabirabad Rayon Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinə yazdığı ərizə əsasında ayrılmışdır. Bu məqsəd üçün Komissiya mağazanın yerləşdiyi ərazini seçmiş və 1989-cu il 24 avqust tarixində aktlaşdırmışdır. Həmin Akta əsasən 1990-cı il 27 mayda 3 nömrəli protokla əsasən torpaq sahəsi onun şəxsi istifadəsinə verilmişdir. Mağazan ın tikintisini 4 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsi həyata keçirmişdir. Tikintiyə bugünkü pulun ekvivalenti ilə 67.500 manat xərcləmişdir. Rayon İstehlak Cəmiyyətindən mal götürüb satmaq məqsədilə onunla cəmiyyət arasında simvolik olaraq müqavilə bağlanmışdır. İddiaçı tərəfindən tikinti idarəsinə cəmi 9.000 manat (köhnə manatla) (yeni manatla 18 manat) pul köçürülmüşdür. O zamanlar mağaza işlətməyin qanuni yolu belə idi. Fəaliyyət göstərmək və icazə əldə etmək üçün iddiaçı ilə əlaqəli işləməli idin. İddiaçının Tikinti İdarəsinə verdiyi pulun 10 mislini və bəlkə də daha artıq icarə haqqı olaraq ödəmişdir. Qəbzlərlə ödədiyi vəsaitlərdən əlavə Məmmədhüseynə, Yadigara və İsrail adlı işçilərə dəfələrlə pul vermiş, lakin heç bir qəbz onlar tərəfindən təqdim edilməmişdir. Mağaza işə başla dığı gündən bu günə qədər (1990-cı il 1 maydan bu günə qədər) yəni 32 il müddətində onun olmuşdur. O gündən bu günə qədər bugünkü manatla təqribi 176.000 manat icarə haqqı ödəmişdir. Məhkəmənin çıxartdığı qətnamədə mağazaya məxsus torpaq sahəsini satdığı göstərilmişdir. Lakin mağazaya bitişik torpaq sahəsi Sabirabad rayon icra Hakimiyyəti Başçısının sərəncamı ilə X1 mülkiyyətinə verilmişdir. Sözügedən mağazanın kommunal xərclərini, təmirini və mühafizəsini özü ödəmişdir. Belə ki, ona məxsus şəxsi əmlakı formal bağlanan bir müqavilə əsasında özgəninkiləşdirmək cəhdi cinayət xarakteri daşıyır. Mağazanın qarşısında torpaq sahəsi, mağazaya aid olan sənədlər araşdırıldıqdan sonra, Sabirabad Rayon icra Hakimiyyətinin Başçısının 2000-ci il 15 sentyabr 55 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmişdir. Sərəncama əsasən orada yenidənqurma işləri aparmaq məqsədə uyğun hesab edilmişdir. Həmin işlərə onun tərəfindən 10.000 manat vəsait xərclənmişdir. Bundan sonra Respublikada gedən regionların inkişafı proqramı çərçivəsində ona da mağazanın qarşısına çəpər çəkmək, 3 ədəd darvaza qurmaq və çəkiləcək hasarı ağ lay daşları ilə örtmək tapşırılmışdır. O dərhal həmən tapşırığı icra etmiş və bu məqsədlə 21.400 AZN vəsait xərcləmişdir.
6. SSRİ dönəmində Sentrsoyuzla əlaqədə bizim Respublikada Nazirlik səviyyəsində olan Azərittifaqın Nizamnaməsində xüsusi qeyd edilmişdir ki, şəxs 7 il fasiləsiz fəaliyyət göstərərsə, həmin mağaza onun ödədiyi pay haqqı hesabına qeyd şərtsiz ona verilir. Müqavilə ilə işlədiyi dövrdə dərindən araşdırılma aparılarsa, İstehlak Cəmiyyətinə milyonlarla vəsait q azandırmış və bu da iddiaçının ayaqda durmasına böyük təkan olmuşdur. Təxmini hesablamalara görə ona çatası pay haqqının məbləği 20-30 min manat təşkil edir. Belə ki, X3, mühasibi Mikayılov İsrail ilə (cinayət ortaqı) birlikdə, iddiaçıya məxsus əmlak və mağazaları, eləcə də əsassız toplanan icarə pullarını öz şəxsi vəsaitləri kimi uzun illər ərzində dağıdıblar.
7. Bundan başqa Sabirabad Rayon Məhkəməsinin 2022-ci il 24 fevral tarixli 2(056)64/2022 nömrəli qətnaməsi işdə olan Şirvan Apellyasiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli 2(106)-523/2023 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin pozulması səbəbilə ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilən iş üzrə iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinin 2023cü il 16 may tarixl i qərardadı ilə geri qaytarılmışdır. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi mövcuddur.
8. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(121)-52/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək icarə müqaviləsinin ləğv olunması, cavabdehdən 1.680 manat əsas borc, 50 manat cərimə borcu, 200 manat mediasiya xərci və 8 manat dövlət rüsumu olmaqla ümumilikdə 1.938 (bir min doqquz yüz otuz səkkiz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim: E.Abdullayev).
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlə ri yaranmışdır. Belə ki, iddiaçı icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Belə olduğu təqdirdə iddiaçının icarə haqqının ödənilməsi ilə bağlı tələbi əsaslıdır.
10. Məhkəmə iddia tələbinin icarə müqaviləsinin ləğvi ilə bağlı hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilənin ləğv olunması tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunmuşdur ki, cavabdeh icarə müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlik lərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də iddia tələbi bu hissədə də əsaslıdır.
11. Məhkəmə iddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Ona görə də azaldılaraq 50 manat tutulmalıdır. Bu məbləğ kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir.
12. Bundan başqa məhkəmə vurğulamışdır ki, cavabdehin icarəyə götürdüyü qeyriyaşayış sahəsindən istifadəyə görə borcunun yarandığı işin mübahisəsiz halını təşkil edir. Belə olan təqdirdə cavabdehin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsi üçün hüquqi əsaslar mövcuddur.
13. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi hallara münasibətdə bildirmi şdir ki, istər Azərbaycan Respublikası Mülki Məcəlləsində, istərsə də icarə münasibətlərini tənzimləyən sahəvi qanunvericilikdə icarəyə verənin icarə predmeti üzərində mülkiyyət hüququnun zəruriliyini müəyyən edən imperativ norma yoxdur. Belə olan halda iddiaçının qeyri-yaşayış sahəsinə dair mülkiyyətçi hüquqları icarə müqaviləsində nəzərdə tutulan əsasla əmlaka sahiblik edən iddiaçıya da mənsubdur. Yəni iddiaçı qeyri-yaşayış sahəsinin (mağaza) mülkiyyətçisi olmasa da, həmin sahənin icarəyə verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 164.1, 165.1, 385.1, 386.1, 398.1, 399.1, 421.1, 421.2, 442, 462.1, 462.3, 700.1, 700.2, 700.3-cü, “İcarə haqqında” Qanununun 13.1, 15-ci, Mülki Prosessual Məc əlləsinin (bundan sonra – “MPM”) 14.2., 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 avqust tarixli 2-2(106)-108/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: P.Əhmədov – sədrlik edən və məruzəçi, C.İmanov və T.Kərimov).
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğv i üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
18. Belə ki, cavabdeh öz apellyasiya şikayətində mübahisəli mağazanı öz şəxsi vəsaiti hesabına tikdirdiyini və iddiaçı ilə bağlanmış icarə müqaviləsinin simvolik olmasını bildirsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
19. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh yuxarıda göstərilən dəlili ilə ziddiyyət təşkil edən digər dəlil irəli sürmüşdür. O göstərmişdir ki, adıçəkilən icarə müqaviləsinin bağlandığı gündən hazırkı vaxta kimi təqribən 176.000 manat məbləğində icarə haqqı ödəmiş, lakin həmin ödənişlər üzrə heç bir qəbz almamışdır. 2
0. Habelə apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qüvvədə olan 2022-ci il 24 fevral tarixli 2(056)-64/2022 nömrəli qətnaməsinin olması göstərilmişdir ki, adıçəkilən qətnamə işdə olan Şirvan Apellyasiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli 2(106)-523/2023 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin pozulması səbəbilə ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilən iş üzrə iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 16 may tarixli qərardadı ilə geri qaytarılmış və adıçəkilən qərardad hazırda qanuni qüvvəyə minmişdir.
21. Bundan başqa Sabirabad Rayon İcra Hakimiyyətinin 2000-ci il 15 sentyabr tarixli 55 nömrəli Sərəncamının da hazırda mövcud və qüvvədə olması faktı hazırkı tələb üzrə hər hansı əhəmiyyət kəsb etmir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi (mağaza) iddiaçının balansındadır və bu iş materialları ilə, habelə tərəflərin izahatları ilə tam təsdiq edilmişdir.
22. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 19.1 və Mülki Məcəllənin 712.3-cü maddələri üzrə - sözügedən mağazanı öz şəxsi vəsaiti hesabına tikdirmiş, mağazanın tikintisi üçün ayrılmış torpaq sahəsi (0,04 ha), ona 1989-cu il 20 avqustda Sabirabad Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə yazdığ ı ərizə əsasında ayrılmışdır. Bu məqsəd üçün Komissiya mağazanın yerləşdiyi ərazini seçmiş və 1989-cu il 24 avqust tarixində aktlaşdırmışdır. Həmin Akta əsasən 1990-cı il 27 mayda 3 nömrəli protokola əsasən torpaq sahəsi onun şəxsi istifadəsinə verilmişdir. Mağazanın tikintisini 4 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsi həyata keçirmişdir. Tikintiyə bugünkü pulun ekvivalenti ilə 67.500 manat xərcləmişdir. Rayon İstehlak Cəmiyyətindən mal götürüb satmaq məqsədilə onunla cəmiyyət arasında simvolik olaraq müqavilə bağlanmışdır. İddiaçı tərəfindən tikinti idarəsinə cəmi 9.000 manat (köhnə manatla) (yeni manatla 18 manat) pul köçürülmüşdür. O zamanlar mağaza işlətməyin qanuni yolu belə idi. Fəaliyyət göstərmək və icazə əldə etmək üçün iddiaçı ilə əlaqəli işləməli idin. İddiaçının Tikinti İda rəsinə verdiyi pulun 10 mislini və bəlkə də daha artıq icarə haqqı olaraq ödəmişdir. Qəbzlərlə ödədiyi vəsaitlərdən əlavə Məmmədhüseynə, Yadigara və İsrail adlı işçilərə dəfələrlə pul vermiş, lakin heç bir qəbz onlar tərəfindən təqdim edilməmişdir.
24. Mağaza işə başladığı gündən bu günə qədər (1990-cı il 1 maydan bu günə qədər) yəni 32 il müddətində onun olmuşdur. O gündən bu günə qədər bugünkü manatla təqribi 176.000 manat icarə haqqı ödəmişdir. Məhkəmənin çıxartdığı qətnamədə mağazaya məxsus torpaq sahəsini satdığı göstərilmişdir. Lakin mağazaya bitişik torpaq sahəsi Sabirabad rayon icra Hakimiyyəti Başçısının sərəncamı ilə X1 mülkiyyətinə verilmişdir. Sözügedən mağazanın kommunal xərclərini, təmirini və mühafizəsini özü ödəmişdir. Belə ki, ona məxsus şəxsi əmlakı formal bağlanan bir mü qavilə əsasında özgəninkiləşdirmək cəhdi cinayət xarakteri daşıyır. Mağazanın qarşısında torpaq sahəsi, mağazaya aid olan sənədlər araşdırıldıqdan sonra Sabirabad Rayon icra Hakimiyyətinin Başçısının 2000-ci il 15 sentyabr 55 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmişdir. Sərəncama əsasən orada yenidənqurma işləri aparmaq məqsədə uyğun hesab edilmişdir. Həmin işlərə onun tərəfindən 10.000 manat vəsait xərclənmişdir. Bundan sonra Respublikada gedən regionların inkişafı proqramı çərçivəsində ona da mağazanın qarşısına çəpər çəkmək, 3 ədəd darvaza qurmaq və çəkiləcək hasarı ağ lay daşları ilə örtmək tapşırılmışdır. O dərhal həmən tapşırığı icra etmiş və bu məqsədlə 21.400 AZN vəsait xərcləmişdir.
25. SSRİ dönəmində Sentrsoyuzla əlaqədə bizim Respublikada Nazirlik səviyyəsində olan Azəri ttifaqın Nizamnaməsində xüsusi qeyd edilmişdir ki, şəxs 7 il fasiləsiz fəaliyyət göstərərsə, həmin mağaza onun ödədiyi pay haqqı hesabına qeyd şərtsiz ona verilir. Müqavilə ilə işlədiyi dövrdə dərindən araşdırılma aparılarsa, İstehlak Cəmiyyətinə milyonlarla vəsait qazandırmış və bu da iddiaçının ayaqda durmasına böyük təkan olmuşdur. Təxmini hesablamalara görə ona çatası pay haqqının məbləği 20-30 min manat təşkil edir. Belə ki, X3, mühasibi Mikayılov İsrail ilə (cinayət ortaqı) birlikdə, iddiaçıya məxsus əmlak və mağazaları, eləcə də əsassız toplanan icarə pullarını öz şəxsi vəsaitləri kimi uzun illər ərzində dağıdıblar.
26. Sabirabad Rayon Məhkəməsinin 2022-ci il 24 fevral tarixli 2(056)-64/2022 nömrəli qətnaməsi işdə olan Şirvan Apellyasiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli 2(106 )-523/2023 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin pozulması səbəbilə ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilən iş üzrə iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinin 2023cü il 16 may tarixli qərardadı ilə geri qaytarılmışdır. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi mövcuddur.
27. Bundan başqa Sabirabad Rayon İcra Hakimiyyətinin qüvvədə olan 2000-ci il 15 sentyabr tarixli 55 nömrəli Sərəncamı var. Belə olan təqdirdə məhkəmənin hansı əsasla iddianı təmin etməsi sual doğurur. Necə olur ki, X2 ayrılmış torpaq sahəsi də iddiaçıya qalır. Belə ki, icarə müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Cavabdeh həmin müqavilə əsasında ona verilən obyekti 32 ildən çoxdur ki, işlədir. Qanunvericiliyə əsasən icarə müqaviləsi ləğv edilsə belə, oranı icarəyə götürməkdə üstünlük hüququ cavabdehdədir. Cavabdehin iddiaçıya 1.680 manat borcu var və həmin borcu hissə-hissə ödəməyə razıdır. Qarşı tərəflə aralarında razılığın əldə edilməsi mümkündür. Cavabdeh müqavilənin ləğvini istəmir və icarə münasibətlərinin davam etdirilməsinin tərəfdarıdır. İcarə müqaviləsinin ləğv edilməsinə səbəb edilməmiş ödənişlərdir. Halbuki cavabdeh ödənişlərdən yayınmır.
28. Bundan başqa əlavə edilən sənədlərə əsasən 1989-cu ildən bu günə kimi həmin ərazi o və ailəsinin istifadəsində olmuş və bu günə kimi həmin ərazidə yerləşən əmlakı onlar istifadə etmişdir. İddiaçı tərəfə isə bu icarə müqavilələri əsasında müxtəlif vaxtlarda ödənişlər etmişlər.
29. MPM-in 216, 217, 220.4, 220.5 və 227.3-cü maddələri üzrə - kassator qeyd etmişdir ki, qətnamə göstərilmiş prosessual normaların tələbləri pozulmaqla çıxarılmışdır.
30. Cavabdeh məhkəməyə kassasiya şikayətindən əlavə həmin şikayətlə eyni məzmunda olan ərizə daxil etmiş və sonda kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgü n tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir....” “Maddə
165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdə n birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”
35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
38. Kassasiya şikayətlərinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
39. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh şikayətinin bir hissəsində obyektin ona məxsus olmasını bildirsə də, daha sonra icarə müqaviləsindən irəli gələn öhdəliklərini qəbul etmiş və icra edəcəyini, eləcə də müqavilən in ləğv edilməməsini istəmişdir.
40. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2023-cü il 8 dekabr tarixli arayışından görünür ki, hazırda üzərində icarə obyekti olan 0.04 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Həmçinin iddiaçının nizamnaməsinin 4-cü maddəsindən görünür ki, iddiaçı əmlaka sahib ola, onu istifadə edə və onunla bağlı sərəncam verə bilmək hüququna malikdir.
41. Həmçinin iş materiallarında olan Sabirabad RKC-ti 4 nömrəli balans kitabının surətindən görünür ki,icarə müqaviləsinin predmeti iddiaçının balansındadır.
42. Qeyd edilənlərdən aydın olur ki, hazırkı mübahisə edilən icarə obyekti iddiaçının balansındadır və onun barədə iddiaçının icarəyə vermək hüququ mövcuddur. İddiaçı da bu hüquqdan istifadə etməklə cavabdehlə bu obyektin icarəyə verilməsi ilə bağlı müqavilə bağlamış, lakin cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir.
43. Bundan başqa cavabdeh tərəfindən əmlakın ona məxsus olması ilə bağlı dəlilini təsdiqləyəcək hər hansı tutarlı sübut aşağı instansiya məhkəmələrinə təqdim edilməmişdir. Ona görə də onun bu dəlili əsassızdır.
44. Məhkəmə kollegiyası cavabdehin icarə haqqının ödəyəcəyini və müqavilənin ləğv edilməməsi barədə dəlillərini əsassız hesab etməklə bildirir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilənin ləğv olunması tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunmuşdur ki, cavabdeh icarə müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.
45. Həmçinin obyektin icarəyə verilməsində kassatorun üstünlük hüququnun olması barədə dəlilə və Mülki Məcəllənin 712.3-cü maddəsinə istinad edilməsinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iddia tələbinin predmetini icarə müqaviləsində göstərilmiş 190 saylı mağaza təşkil edir. Adı çəkilən norma isə torpaq icarəsi ilə bağlı münasibətləri tənzimləyir və hazırkı mübahisəyə tətbiq edilməsi üçün hər hansı hüquqi əlaqə aşkar edilmir. Həmçinin tərəflər arasında imzalanmış müqavilədə də icarəçiyə hər hansı bir üstünlük hüququnun verilməsi ilə bağlı bənd yer almamışdır. Ona görə də kassatoru n bu dəlili də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 avqust tarixli 2-2(106)-108/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə