Məhkəmə qərarları › İş №2-2(102)-14/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-14/2020

18.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-14/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Türkiyə Cumhuriyyətinin “X8 İthalat İhracat Sanayi ve Ticaret Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: daşıma müqaviləsindən irəli gələn borcüun öənilməsi GİRİŞ HİSSƏ Hakimlər: 18.03.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, tərəflərin iştirakı olmadan İddiaçı Türkiyə Cumhuriyyətinin “X8 X11 İhracat Sanayi ve Ticaret Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı daşıma müqaviləsindən irləi gələn borcun ödənilməsi haqqı nda iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Türkiyə Cumhuriyyətinin “X8 X11 İhracat Sanayi ve Ticaret Limited” şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMCdən 49.200 avro, 5.100 ABŞ dolları, 2.030 manat vəsaitin tutularaq iddiaçı şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (hakimH.babayeva; iş No 2-2(82)-321/2017) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh MMC-dən vuru lmuş zərərə görə 49.200 avro 5.100 ABŞ dolları, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq iddiaçı şirkətə ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov, iş № 22(103)-1/2019) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması; cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh MMC kassasiya şikayəti verərək, qətnaməni tamamilə ləğ edib, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından x ahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərba ycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, tərəflər arasında elektron yazışmalar vasitəsilə “X17. ve Tic. A.Ş” şirkətinə məxsus 21-22 ton qutu və qapaqların **-DB-***/** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Arif Sorein adlı sürücü tərəfindən daşınması barədə razılıq əldə edilmiş, daha sonra hər iki şirkət arasında daşıma müqaviləsi bağlanmış, müqaviləyə əsasən malları **-DB-***/** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi daşımalı, malların çıxış gömrüyü X2 şəhəri, boşaldılma ünvanı isə Qazaxıstan Respubl ikasının Çimkənd şəhəri göstərilmiş, malların yüklənmə tarixi xx.xx.2016-cı il, tranzit müddəti 17 gün olmuşdur. Müqavilənin məbləği 7.400 USD müəyyən edilmişdir. Müqaviləyə əsasən, məbləğin 50%-i avans olaraq, qalan 50%-i isə CMR təslimindən 10-15 gün ərzində ödənilməli idi. Müqaviləyə əsasən daşıma vasitəsi müəyyən edilmiş vaxt ərzində yükü ala bilməzsə və ya bu səbəbdən yola çıxmazsa, buna görə cavabdeh məsuliyyət daşıyır. Yükləmə üçün 72 saat, yükü boşaltma üçün 72 saat nəzərdə tutulub, bu saatı keçməklə hər bir gün üçün 150 USD məbləğdə ödəniş ediləcəkdir. Yük daşıyan nəqliyyat vasitəsi məcburiyyət doğuran hallar xaric olmaqla son təyinat nöqtəsinə yerini dəyişdirmədən daşımanı həyata keçirəcək. Nəqliyyat vasitəsinin yüklənməsi anında nəqliyyat vasitəsinin sürücüsü təlimatlara uyğun o laraq mütləq sənədlərə nəzarət etməlidir, müəyyən edilmiş bütün sənədlərin əsillərini almalı və sənədlərdə əskiklik olarsa, nəqliyyat vasitəsində baş verəcək yük boşaltma işlərinin gecikməsinə görə daşıyıcı şirkət məsuliyyət daşıyacaq. Sənədlərin əksikliyi və ya sənədlərdə səhv aşkarlanmadığı halda baş verəcək zərərlərə görə iddiaçı məsuliyyət daşıyacaq. Daşıma TİR karneti ilə həyata keçiriləcəkdir. Nəqliyyat vasitəsinin TİR karneti və CMR yazıldıqdan sonra tez bir zamanda iddiaçıya göndərilməli, təsdiq edildikdən sonra lazımi işlər başladılacaqdır. İddiaçının təsdiqi olmadan tərtib olunacaq TİR karneti və ya CMR-də baş verəcək problemlərə görə iddiaçı heç bir məsuliyyət daşımayacaq. Nəqliyyat vasitəsinin çatma vaxtı gömrük tarixi başlamaq şərti ilə 7 gün təşkil edir. Müddət bu vaxtı keçər sə, daşımanı həyata keçirən tərəf yazılı şəkildə xəbər verməlidir və qiymətləndirmə nəticəsində fors-major hallat baş verərsə heç bir cəza tətbiq edilməyəcəkdir. Bu müqavilənin şərtləri təqdim edilməsindən etibarən 24 saat içində heç bir imtina olmazsa, qəbul edilmiş sayılır. Həyata keçirilən yükləmə sırasında malların tam və əksiksiz olaraq təhvil alındığı qəbul edilir. Yığma xətası və ya dəymiş zərərləri CMR-də bəyan edilmədiyi və ya yazılı məlumat verilmədiyi təqdirdə baş verəcək problemlərə görə cavabdeh məsuliyyət daşıyacaq. xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən e-mail vasitəsilə iddiaçıya 14/11-23 saylı invoys göndərilmiş, invoysa əsasən **-DB-***/** ZA *** dövlət nömrə nişanlı avtomobil ilə daşınacak yükün daşıma haqqı 7.400 ABŞ dolları müəyyən edilmişdir. 002061 nömrəli beyn əlxalq qaimə, yəni CMR-ə görə, malı göndərən şirkət Türkiyənin “X17. ve Tic. A.Ş” şirkəti, malı qəbul edən şirkət Qazaxıstan Respublikasının “AAAAAAAAAA” şirkəti, bəyanat sahibi Türkiyənin “Ünsped GÜM.MÜŞ və LOJ.HİZ” anonim şirkəti, daşıyıcı şirkət cvabdeh, daşıyan nəqliyyat vasitəsi **-DB-***/** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, daşınan yükün çəkisi 21.680 kg qeyd edilmiş, bəyannamənin 23-cü xanasında daşıyıcının möhürü və imzası qrafasının qarşısında “X7” şirkətinin möhürü vurulmuşdur. Həmçinin, gömrük bəyannaməsinə əsasən, malı göndərən şirkət Türkiyənin “X17. ve Tic. A.Ş” şirkəti, malı qəbul edən şirkət Qazaxıstan Respublikasının “AAAAAAAAAA” şirkəti, bəyanat sahibi Türkiyənin “Ünsped GÜM.MÜŞ və LOJ.HİZ” anonim şirkəti, daşıyıcı Şahid olmuş, daşınan mallar Haydarpaşa gömrük idarəsindən 25 çən 20.885 kg çəkidən ibarət olan müxtəlif növ və ölçüdə qutu qapağı olmuş, malın dəyəri 49.200 avro təşkil etmişdir. “X17. ve Tic. A.Ş” şirkəti tərəfindən verilmiş invoysa görə, Qazaxıstan Respublikasının “AAAAAAAAAA” şirkətinə ünvanlanan mal 25 ədəd qablaşdırmadan ibarət ümumi xalis çəkisi 20.885 kg, ümumi çəkisi 21.680 kg olmaqla, malın dəyəri 49.200 avro təşkil etmişdir. xx.xx.2016-cı il tarixldə Türkiyə Respublikası Türkiyə X15 Mərkəzi MD filialı tərəfindən Western Union vasitəsilə Şahid 1.000 USD məbləğində, digər köçürmə sənədinə əsasən X16 tərəfindən Western Union vasitəsilə Ukraynaya Mehmet adlı şəxsə 1.500 USD məbləğində pul göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə elşəElektron ünvan elektron poçta məktub ünvanlanaraq bildirilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə icarəyə götürülmüş **-DB-***/** ZA *** dövlət nişanlı nəqliyyat vasitəsi ilk öncə Azərbaycandan Qazaxıstana getməyi müəyyən etmiş, lakin sonradan Haydarpaşadan gəmiyə minmişdir. Razılaşıldığı kimi planla hərəkət etməmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən məbləğin 50%-i avans olaraq dərhal ödənməli, qalan 50% hissəsi isə 10-15 gün ərzində ödənməli idi. Nəqliyyat vasitəsinə Türkiyədən çıxmazdan əvvəl avans verilsə də, hələ də Belarusiyada pul gözləyir. Bu gözləmə və gecikmə nəticəsində malların itmə təhlükəsi ilə qarşılaşdığı və şirkətin bundan məsuliyyət daşıyacağı bildirilmişdir. Konsulluqda bu nəqliyyat vasitəsinin itməsi ilə bağlı məlumat verilmişdir. Mövzu ilə əlaqədar cavab gözlənilmişdir. Rusiya Federasiyasının Federal Gömrük Xid məti Mərkəzi Gömrük İdarəsi Bryansk Gömrüyü tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehə ünvanlanmış xx-xx/1540 saylı informasıya təqdim olunması haqqında məktuba görə, daşıyıcı cavabdeh barəsində Rusiya İXM 16.9-cu maddəsinin 1-ci hissəsi ilə 101020xx-xx/2017 saylı iş Bryansk gömrüyünün inzibati araşdırmalar şöbəsinin icraatındadır. xx.xx.2016-cı il tarixdə Bryansk gömrüyü X1 3 saylı Gömrük Rəsmiləşdirmə və X14nin gömrük tranzitinin gömrük proseduruna uyğun olaraq mal buraxılışı həyata keçirilmişdir: digər qapaqla, qalpaq və qapaqlar, kəsmə tıxaclar, hermetikləşdirici tıxacların qılafı və digər qeyri-nəcib metaldan hazırlanmış digər qablaşdırma ləvazimatı brutto çəkisi 21.680 kq, qiyməti 49.200 Avro olan mal Türkiyədən “X17. ve Tic. A.Ş” şirkətindən “AAAAAAAAAA” ünvanına xx.xx.2016-cı il tarixli CMR 592112, xx.xx.2016-cı il tarixli AL489685 saylı hesab faktura üzrə **-DB-***/99 ZA3348 nömrə nişanlı nəqliyyat vasitələrində gətirilmişdir. Bu halda daşıyıcı qismində cavabdeh şirkəti çıxış edir. X13 Məcəlləsinin 220-ci maddəsinə əsasən göndərmə orqanı X1 3 saylı Gömrük Rəsmiləşdirmə və X14 tərəfindən malın çatdırılma yeri olaraq Belarus Respublikasının DGK Qomel gömrüyü “Novaya Quta” gömrük məntəqəsi müəyyən olunmuşdur. Bu zaman gömrük tranziti müddəti xx.xx.2016-cı ilə qədər müəyyən olunmuşdur. xx.xx.2017-ci ildə Belarus Respublikasının DGK Qomel gömrüyündən məlumat alınmışdır ki, ТД №10102073/191216/0000067 üzrə gömrük tranzitinin gömrük proseduruna yerləşdirilmiş mal təyinat məntəqəsinə daxil olmamışdır. İndiyə qədər də Bryansk gömrüyünə həmin malın çatdırılması barədə məl umat yoxdur. Qeyd edilənlərə əsasən malın təyinat yerinə çatdırılıb-çatdırlmaması, çatdırılması halında kim tərəfindən çatdırıldığı, hansı sənədlərin təqdim olunduğu, malın daşınmasını həyata keçirən sənədlər, malın hal-hazırda olduğu yer, həmin malın çatdırılmaması və yaxud verilməsı vaxtı, səbəbləri və halları və s. bu kimi sulların cavablandırılması xahiş edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən məktuba cavab olaraq bildirilmişdir ki, sürücü Şahid Bryansk gömrüyündən “Novaya Quta” gömrük məntəqəsi istiqamətində çıxdıqdan sonra yolda Qomel vilayət nəqliyyat müfəttişliyinin əməkdaşları tərəfindən saxlanmış və sənədləri yoxlanarkən məlum olmuşdur ki, Belarusa giriş üçün ödəniş edilməmişdir, buna görə protokol tərtib olunmuş və sürücünün texniki pasportu alınmışdır, amma nəqliyyat vasitə sinin özünü buraxmışlar. Sürücünün dediyinə görə O, “Novaya Quta” gömrük məntəqəsinə gəlib çatmış, amma avtomaşının texniki pasportu olmadığına görə sənədləri ondan qəbul etməmişlər. Əldə edilən məlumatlara əsasən sənədlər bu günə qədər Qomel vilayətinin nəqliyyat müfəttişliyindədir. Bundan sonra sürücü ilə əlaqələri kəsilmişdir. Qomel vilayət nəqliyyat müfəttişliyinin əməkdaşları ilə əlaqə saxlamaq cəhdləri dəfələrlə baş tutmamışdır, maşının harada olması barədə məlumat yoxdur. 18 yanvarda sürücü Şahid Azərbaycana gəlmiş və bildirmişdir ki, qoşqunu Qomel vilayətində saxlayıb, maşın isə RF Kaluqa vilayəti Suxuniçi şəhərindədir. Suxuniçi şəhər polisi ilə əlaqə saxlanılmış, maşının (dartıcının) olduğu yer barədə soruşulmuş, səhəri gün təsdiq edilmişdir ki, dartıcı Suvorov küçəsindəki 7 say lı evin yaxınlığındadır. İndiyə qədər aydın deyil ki, sürücü Şahid heç bir sənəd olmadan dartıcını necə Belarus RF dövlət sərhədindən keçirmişdir. Lakin sürücü Qomel polisinə qoşqunun itməsi barədə ərizə ilə müraciət etmişdir. Şübhə edilir ki, qoşqu Belarus Respublikasının Qomel vilayətində itib. Odur ki, sürücü Şahid hərəkətləri barədə Azərbaycan DİN-ə xx.xx.2017-ci ildə ərizə ilə müraciət edilmişdir. Sürücü Şahid Belarus Respublikasının Qomel vilayətindədir. Hal-hazırda malın və qoşqunun harada olması barədə heç bir məlumat yoxdur. İddiaçı ilə “San Lojistik ve Dış Tıc. LTD.Şti” şirkəti arasında xx.xx.2016-cı il tarixdə daşıma müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı Sarten Ambalaj şirkətinə məxsus olan qutu və qapaqları **-DB-***/** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasit əsi və Arif adlı sürücü vasitəsilə daşınmasını öhdəsinə götürmüş, malların yüklənmə ünvanı Bursa şəhəri, yüklənmə tarixi xx.xx.2016-cı il, daşıma haqqı 7.600 USD olduğu qeyd edilmişdir. Məbləğin 50%-nin nəqliyyat vasitəsinin gömrükdən çıxdıqdan sonra, qalan 50%-nin isə malların təslim edilməsindən sonra 10 gün içində ödəniləcəyi qeyd edilmişdir. “AAAAAAAAAA” şirkəti “X17. ve Tic. A.Ş” şirkətinə xx.xx.2017-ci il tarixdə e-mail vasitəsilə məktub ünvanlayaraq, bildirmişdir ki, xx.xx.2016- cı il tarixdə EAS OPEN ENDS bağlama malları Sarten şirkətinə verilmişdir və təslim edilən malın çatdırılmasının xx.xx.2017-ci il tarixə qədər həyata keçirilməsi gözlənilirdi. Ancaq mallar şirkətə vaxtında təhvil verilməmişdir. Bu səbəblə RU233016 və AL489685 fakturalı 25 ədəd bağlama 16 TR**********2870 nömr əli tır ilə sifarişdən imtina edildiyi bildirilmişdir. “San Lojistik ve Dış Tic. LTD.Şti” şirkəti iddiaçıya xx.xx.2017-ci il tarixdə pretenziya qaydasında məktub ünvanlayaraq, daşınan malların 3 gün ərzində onlara və ya malların sahibi “Sarten Ambalaj” şirkətinə qaytarılmasını tələb etmiş, qaytarılmadığı halda isə 49.200 Avro ödənilməsinin təmin edilməli olduğu bildirilmiş, əks təqdirdə bütün növ təzminat iddiası qaldırılacağı və malların qəsb olunması səbəbilə Respublika Baş Prokurorluğunda cinayət işi qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Pretenziya məktubuna cavab olaraq iddiaçı “San Lojistik ve Dış Tic. LTD.Şti” şirkətinə ünvanlanmış məktubda bildirilmişdir ki, Şahid idarə etdiyi nəqliyyat vasitəsi 10 noyabrda Datkoviç gəmisinə minmiş və 12 noyabrda İliçevskdə mallar boşaldılmış dır. Nəqliyyat sürücüsü Odessa limanında lisenziyasının olmadığını deyərək Türkiyədən göndərilən pul ilə (ümumi 3.600 USD) ilə lisenziya aldığını və pulu xərcləyib bitirdiyini bildirmişdir. Buna əsasən təkrar xx.xx.2016-cı il tarixdə Ukraynaya Şahid 1.500 USD xərc verilmişdir. Sürücü xx.xx.2016-cı il tarixdə Bryanski gömrüyünə gəldiyini bildirmiş və malların girişinə qadağan qoyulduğunu və bu səbədən nəqliyyat vasitəsinin girişinə icazə verilmədiyini bildirmişdir. Sonra isə sürücünün telefonuna zəng çatmamışdır. Alınan məlumatlara əsasən xx.xx.2016-cı il tarixdə Bryanski gömrüyündə bu nəqliyyat vasitəsinin Rusiyaya getməyinə qadağa qoyulmuş və nəqliyyat vasitəsi və mallara xx.xx.2016-cı il tarixədək istintaq aparılması bildirmişdir. Gömrükdə Antrepo ilə görüşmə zamanı məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixdə nəqliyyat vasitəsi və mallar sürücü Şahid təhvil verilmişdir. Bu tarixdən bu günə qədər sürücü ilə əlaqə saxlamaq mümkün olmamışdır. Gömrükdə nəqliyyat vasitəsinin firması olan Caspiana göndərdiyi sənədlər və Atnrepodan avadanlıqların boşaldılması barədə arayış verilmişdir. X6 & Bayar Müştərək Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli xəbərdarlıqa uyğun olaraq “San Lojistik ve Dış Tic. LTD.Şti”xxxx“X17ayi ve Ticaret Anonim” şirkəti arasında ticarət əlaqələri ilə malların xaricə çatdırılması baş vermişdir. Bu mövzuda vasitəçinin öhdəlikləri malları şirkətin müştərilərinə zərər dəymədən və vaxtında çatdırmaqdan ibarətdir. Vasitəçi ilə şirkət arasında aparılan yazışmalara əsasən tərəflər 8.000 ABŞ dolları qarşılığında 49.200 Avro məbləğində olan bağlam a malların daşınaraq şirkətin Sayramskoye Şosse 6/N Şimkent 160012 Qazaxıstan ünvanda yerləşən “TOO J.F.M Company” adlı müştərisinə daşınmaya başladığı tarixdən etibarən ən gec 20-21 gün ərzində çatdırılması barədə razılığa gəlmişlər. Bu mövzuda mallar şirkətin İzmir yolunun 1ci km-də, Karacabey Bursa ünvanındakı fabrikindən xx.xx.2016-cı il tarixdə vasitəçi tərəfindən göndərilən 99-DB509/** ZA *** Gürcüstan dövlət nişanlı Arif adlı sürücünün tırına yüklənmiş və tır xx.xx.2016-cı il tarixdə yola düşmüşdür. 1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, O, müqavilə əsasında cavabdehin sürücüsü kimi çalışmışdır. Rusiyadan Türkiyəyə yük daşıdığı zaman Türkiyədə dispetçer tərəfindən ona Türkiyənin Bursa şəhərindən Qazaxıstan Respublikasının Çimkənd şə hərinə yük daşınması təklif edilmiş və bu təkliflə əlaqədar cavabdeh şirkətə məlumat vermişdir. Cavabdeh ilə iddiaçı şirkət arasında razılığ əldə edilmiş və yükün daşınması ilə əlaqədar ilkin olaraq iddiaçı şirkət tərəfindən sürücünün hesabına 2.900 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Daha sonra maşının təmir edilməsi ilə bağlı çəkilmiş xərcə görə 1.600 TL və yanacağa görə 2.000 TL pul verilmişdir. Yük daşımasının həyata keçirilməsi zamanı Ukraynaya getmiş, orada iddiaçı tərəfindən onun hesabına əlavə olaraq 1.500 dollar məbləğində ödəniş olunmuşdur. Ukrayna və Belarusiya gömrüyünü heç bir problem olmadan keçmiş, lakin Rusiya gömrüyündə saxlanılmış və nəqliyyat vasitəsi gömrüyün ərazisinə aparılmışdır. Səbəb olaraq göstərilmişdir ki, Rusiya Federasiyası prezidentinin qərarı ilə Qazax ıstan Respublikasına malların keçirilməsi qadağan edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, cəza tədbiri olaraq nəqliyyat vasitəsi 1 ay müddətində burda qalmalı və 1.000 dollar məbləğində cərimə ödənilməlidir. Yalnız cərimə ödənildikdən və göstərilən müddət keçdikdən sonra Rusiya sərhədindən geri qayıtmaq şərtilə nəqliyyat vasitəsi buraxıla bilər. Ona verilmiş pulun bir qismini Ukrayna gömrüyündə, bir qismi isə Belorus gömrüyündən keçməsi ilə əlaqədar xərcləmiş, qalan pulla isə 1.000 ABŞ dolları məbəğində müəyyən edilmiş cəriməni ödəmişdir və Rusiya Federasiyasından geri qayıtmışdır. Lakin Belarusiya gömrüyündə giriş üçün pul ödəməmiş və bununla əlaqədar protokol tərtib edilərək texniki pasportu əlindən alınmış və 1.300 dollar məbləğində cərimə hesablanmışdır. Qeyd olunan cəriməni ödəməy ə pulu olmadığından qoşqu ilə birlikdə malı Belorusiya gömrüyünün yolunda Qomel vilayətində qoymuşdur. Özü isə dartıcı ilə birlikdə Rusiya Fedrasiyasına gəlmişdir. Burada cavabdeh şirkətin işçisi olan Elşən adlanan şəxslə əlaqə saxlayaraq, cərimənin ödənilməsi üçün pulun göndərilməsini xahiş etmiş, lakin 8 gün soyuqda gözləməsinə baxmayaraq cavabdeh şirkət tərəfindən heç bir pul köçürülməsi həyata keçirilməmişdir. Nəticədə qoşqunu Belarusiyanın Qomel vilayətində, dartıcını isə Rusiya Federasiyasının Kaluqa vilayəti, Suxiniçi şəhərində qoyaraq Azərbaycana geri qayıtmaq məcburiyyətində qalmışdır. Sonrada Belorusiyaya geri qayıtsa da, nə qoşqunu, nə də malı tapa bilməmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk, haqlı olaraq belə hesab etmişdir ki, ilkin olaraq Türkiyənin “X17. ve Tic A.Ş”xxxx“San. X12 İletişim və Güvenlik Sistemleri Limited Şirkəti” arasında yük daşınmasının həyata keçirilməsi barədə razılıq əldə edilmiş, razılığa əsasən Türkiyədən Qazaxıstan Respublikasına 49.200 avro dəyərində konserv qapaqları daşınmalı idi. Daha sonra daşımanın həyata keçirilməsi məqsədilə iddiaçı ilə “San Lojistik ve Dış Tic. LTD. Şti” şirkəti arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən iddiaçı, ixracatçı firma “X17. ve Dış Tic A.Ş” şirkətinin yükünü Türkiyənin Bursa şəhərindən Sayramskoye şosesi 6/N Çimkənd 160012 Qazaxıstan ünvanınadək daşımalı və Qazaxıstanın “TOO.JFM Company” şirkətinə çatdırmalı idi. Müqaviləyə əsasən çəkisi 21-22 ton təşkil edən malla r xx.xx.2016-cı il tarixdə yüklənməli və yüklər **-DB-***/** ZA *** dövlət nişanlı nəqliyyat vasitəsilə ilə daşınmalı idi. Müqavilə üzrə 7.600 ABŞ dolları məbləğində müəyyən edilmiş xidmət haqqının 50%-i avans olaraq, qalan 50%-i isə mallar təhvil veriləndən 10 gün ərzində ilk cümə günü ödənilməli idi. Müqaviləyə əsasən, ekspeditor qismində iddiaçı ilə daşıyıcı şirkət cavabdeh arasında elektron yazışmalar vasitəsilə ilkin razılıq əldə olunmuş, cavabdeh iddiaçıya daşımanın həyata keçirilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə 14/11-24 saylı invoys göndərmiş, invoysda yüklərin 99-DB509/** ZA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınacağı və xidmət haqqı olaraq 7.400 ABŞ dolları ödəniləcəyi göstərilmişdir. İnvoys cəmiyyətin direktoru tərəfindən imzalanmaqla və cəmiyyətin möhürü vu rulmaqla təsdiq edilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdə ekspeditor qismində iddiaçı ilə daşıyıcı cavabdeh arasında qeyd olunan malların (konserv qapaqları) daşınması məqsədilə daşıma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mallar Türkiyənin Bursa şəhərindən Sayramskoye şosesi 6/N Çimkənd 160012 Qazaxıstan ünvanınadək daşınmalı və Qazaxıstanın “AAAAAAAAAA” şirkətinə çatdırılmalı idi. Müqavilənin şərtlərinə görə mallar xx.xx.2016-cı il tarixdə **-DB-***/** ZA *** dövlət nişanlı nəqliyyat vasitəsinə yüklənməli idi. 17 gün tranzit müddəti nəzərdə tutulmuşdu. Müqaviləyə əsasən malların daşınmasına görə ödəniləcək məbləğ 7.400 ABŞ dolları təşkil etmişdir. Qeyd edilən məbləğin 50%-nin avans olaraq, qalan 50%-nin isə 10-15 gün ərzində ödənilməsi razılaşdırılmışdır. Yükün daşınması xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilə üzrə verilmiş etibarnamə əsasında Şahid həvalə edilmiş və beynəlxalq daşımanın həyata keçirilməsi üçün CMR verilmişdir. Belə ki, firma qismində cavabdeh ilə daşıyıcı qismində Şahid arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 447 saylı müqaviləyə əsasən beynəlxalq yük daşımalarının təşkili MERSEDES BENZ 1841 markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil, KOEGEL markalı, **-ZA-*** dövlət qeydiyyat nömrəli qoşqu vasitəsilə həyata keçirilməli idi. Müqavilənin 2-ci bəndində firmanın öhdəlikləri öz əksini tapmışdır: firma “ABADA”-da (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası) həqiqi üzvlüyünü təmin edir; daşıyıcını beynəlxalq daşımalarda tələb olunan bütün qanuni sənədlərlə təmin edir; respublika daxilində və xarici ölkələrdə daşıyıcı nı təmsil edir və hüquqlarını müdafiə edir; daşıyıcının yüklə təmin olunması üçün Respublika daxilində və xarici bazarda marketinq aparır; yüklərin daşınması üçün tariflərin daşıyıcı və müştəri arasında bazara uyğun şəkildə tənzimlənməsini həyata keçirir. Müqavilənin 3-cü bəndində daşıyıcının öhdəlikləri öz əksini tapmışdır: daşıyıcı öz nəqliyyat vasitəsini beynəlxalq yükdaşımalarını həyata keçirmək üçün Firmanın sərəncamına verir; beynəlxalq yük daşımalarının bütün şərtlərinə, o cümlədən xarici ölkələrin ərazisində beynəlxalq daşımaları həyata keçirərkən həmin ölkələrin qanunvericiliyinə əməl edir; firmadan aldığı hər bir sənəd və tapşırıq üçün məsuliyyət daşıyır və bu barədə vaxtlı-vaxtında hesabat verir; firmadan aldığı hər bir BYD kitabçası (Karnet-TİR) üçün cavabdehlik daşıyır və heç bir halda onu başqa şəxsə vermir; alkoqol və tütün məmulatları (pivə, çaxır, xam tütün istisna olmaqla) daşınmasında, habelə dəyəri 60.000 avrodan yuxarı olan yüklərin daşınmasında BYD kitabçasından istifadə etmir; BYD kitabçasının etibarlılıq müddətini özbaşına dəyişmir; müqavilədə nəzərdə tutulmuş ödəniş haqlarını razılaşmaya əsasən vaxtlı-vaxtında ödəyir; Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq vergi, nəqliyyat və s. icra orqanları qarşısındakı bütün öhdəliklərə riayət edir. Müqavilənin 8-ci bəndinə əsasən, müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və xx xxxx 2016-cı ilə qədər etibarlıdır. Tərəflərin müqaviləyə dair iradları olmadığı təqdirdə növbəti ilin təqvim ilinin sonuna qədər avtomatik uzadılır. Bu müqavilə üzrə şərtlər və ya götürülmüş öhdəliklər da şıyıcı tərəfindən pozulduqda müqavilə firmanın təşəbbüsü ilə birtərəfli qaydada ləğv edilə bilər. Eyni zamanda bu müqavilə daşıyıcının təşəbbüsü ilə Firmadan könüllü surətdə çıxdıqda ləğv oluna bilər. Belə halda daşıyıcı çıxmazdan ən azı 3 ay qabaq firmanı yazılı surətdə xəbərdar etməlidir. Həmçinin, sürücü Rusiya ərazisinə daxil olan zaman saxlanılmış və 1.000 dollar məbləğində cərimə edilmiş, Şahid Rusiya ərazisində olarkən iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə Western Union vasitəsilə Rusiya Fedrasiyasına sürücünün adına 1.000 dollar məbləğdə pul göndərildikdən sonra cərimə sürücü tərəfindən ödənilmiş və xx.xx.2016-cı il tarixdə Rusiya Federasiyası Novozıbkov şəhəri X1 3 saylı Gömrük Rəsmiləşdirmə və X14 tərəfindən daşınan mallar sürücüyə təvil verilmiş və buna dair təhvil-təsli m aktı tərtib edilmişdir. Qeyd olunan akta əsasən brutto çəkisi 21.680 kq olan konserv bankalarını bağlamaq üçün qapaqlar Bryansk gömrüyü X1 3 saylı Gömrük Rəsmiləşdirmə və X14nin QTTİ X4 tərəfindən cavabdehin xx.xx.2016-cı il tarixli etibarnaməsinə əsasən Şahid təhvil verilmişdir. Rusiya Federasiyası X1 3 saylı Gömrük Rəsmiləşdirmə və X14 tərəfindən malın çatdırılma yeri (təyinat gömrük məntəqəsi olaraq) Belarus Respublikasının DGK Qomel gömrüyü “Novaya Quta” gömrük məntəqəsi müəyyən olunmuş, lakin Belarusiya gömrüyünə daxil olduqdan sonra mallardan heç bir məlumat əldə edilməmişdir. Yuxarıda qeyd edilənlərdən görünüyü kimi, hazırki halda daşıma müqaviləsi üzrə yükün itirilməsi ilə bağlı bilavasitə cavabdeh MMC tam məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38 5.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 850-ci maddəsinə müvafiq olaraq yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 851-ci maddəsinə görə, yük göndərən daşımanın təşəbbüsçüsü olan və daşıyıcı ilə müqavilə bağlayan şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Həmin Məcəllənin 852-ci maddəsinə uyğun olaraq ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da dax il olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Həmin Məcəllənin 852.5-ci maddəsinə əsasən, ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 854.1-ci maddəsinə müvafiq olaraq yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854. 1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ Hazırkı halda beynəlxalq yük daşımasını təsdiq edən 002061 nömrəli CMR ilə təsdiq olunur ki, tərəflər arasında yük daşınması müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 858.3-cü maddəsinə görə, daşıyıcı yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borcludur. Bu vəzifələri öz təqsiri üzündən pozduqda o, zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 859.1-ci maddəsinə uyğun olaraq yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəf indən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. İş üzrə müəyyən edilir ki, cavabdeh MMC tərəfindən yük xx.xx.2016-cı il tarixdə daşınmaya qəbul edilmiş, lakin 3 aydan çox müddət keçməsinə baxmayaraq hazırkı vaxtadək mallardan heç bir məlumat daxil olmamışdır. Belə olan halda yük itirilmiş sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.2-ci maddəsinə əsasən, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 859.3-cü maddəsinə müvafiq olaraq, əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1 - 859.2-ci maddələrində nəzərdə tutulan məsuliy yət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar; 859.4. daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Yuxarıda istinad edilən qanunvericlik normalarından aydın görünür ki, yük itirildikdə və ya məhv olduqda daşıyıcı yükün dəyərini tam ödəməlidir. Hansı ki, bunun əksini sübut edəcək hər hansı dəlil cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilməmiş və əsaslandırılmamışdır. Odur ki, iddia tələbi bu hissədə əsaslıdır, təmin edilməlidir v ə itirilmiş yükün dəyəri 49.200 avro cavabdehdən tutularaq iddiaçı şirktə ödənilıməlidir. Eyni zamanda, iş üzrə müəyyən edilir ki, iddiaçı şirkət tərəfindən cavabdeh MMC-yə daşımanın həyata keçirilməsi ilə bağlı ümumilikdə 5.100 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Daşımanın həyata keçirilməsi baş tutumadığından daşıma haqqı da cavabdeh MMC-dən tutularaq iddiaçı şirkətə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı şirkət hüquqi xidmətin göstərilməsi ilə əlaqədar nümayəndəyə 2.000 manat məbləğdə ödəniş etdi yini bildirərək, həmin məbləğin cavabdeh MMC-dən tutulmasını xahiş etsə də, bunu təsdiq edən sübutlar təqdim etməmişdir. Ona görə də, bu hissədə iddia tələbi əsassızdır. İşgüzar nüfuza vurulmuş zərər də sübuta yetirilmədiyindən, 50.000 manat məbləğdə kompensasiyanın ödənilməsi hissədə də iddia əsassızdır və rədd edilməlidir. Həmçinin, iş üzrə müəyyən edilir ki, hazırki tərəflər arasında baş vermiş başqa məhkəmə işi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minən xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər “X8 X11 İhracat Sanayi ve Ticaret Limited” şirkətinə və Şahid qarşı Şahid xx.xx.2016-cı il tarixdə MMC tərəfindən verilmiş 002061 saylı CMR-dən təkrarən qanunsuz olaraq xx.xx.2016-cı il tarixdə MMC-nin daşı nmasını öz üzərinə götürmədiyi yükün MMC-nin adından daşınması ilə əlaqədar istifadə etməsinə görə həmin CMR-in, habelə MMC-nin adından qanunsuz olaraq Şirkətlə müvafiq yükün daşınması üçün MMC-nin xəbəri olmadan saxta tərtib edilmiş anlaşmanın (razılığın) etibarsız hesab edilməsi tələblərinə dair iddiası təmin olunan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, “X8 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkəti Cavabdeh MMC-yə e-mail vasitəsilə yük daşınmasına dair təklif göndərmiş, daha sonra tərəflər arasında daşıma müqaviləsi (anlaşma) bağlanmış, müqavilədə malların ** DB ***/** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daşınacağı, yükləmə yerinin X5 şəhəri, boşaldılma ünvanının Qazaxıstan Respublikasının Çimkənd şəhəri, yükləmə tarixinin xx.xx.2016-cı il, tranzit müddətinin 17 gün olduğu göstərilmiş, müqavilənin məbləği 7400 ABŞ dolları olaraq müəyyənləşdirilmiş, həmin məbləğin 50%-inin avans, qalan 50 %-inin isə CMR təslimindən sonra 10-15 gün ərzində ödəniləcəyi qeyd edilmiş, müqavilə Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuş, müqavilənin digər şərtlərində daşıma vasitəsinin müəyyən edilmiş vaxt ərzində yükü ala bilməməsinə və ya bu səbəbdən yola çıxmamasına görə Cavabdeh MMC-nin məsuliyyət daşıyacağı, yükləmə üçün 72 saat, yükü boşaltma üçün 72 saat nəzərdə tutulmuş, bu müddəti keçən hər gün üçün 150 ABŞ dolları məbləğində ödəniş ediləcəyi, yük daşıyan nəqliyyat vasitəsinin fors-major hal lar istisna olmaqla son təyinat nöqtəsindək daşımanı vasitəsiz həyata keçirəcəyi, nəqliyyat vasitəsinin yüklənməsi anında nəqliyyat vasitəsinin sürücüsünün təlimatlara uyğun olaraq mütləq sənədlərə nəzarət etməli olduğu, müəyyən edilmiş bütün sənədlərin əsillərini almalı olduğu və sənədlərdə əskiklik olarsa, nəqliyyat vasitəsində baş verəcək yük boşaltma işlərinin gecikməsinə görə daşıyıcı şirkətin, sənədlərdə əskiklik və ya səhv aşkarlanmadığı halda baş verəcək zərərlərə görə “X8 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin məsuliyyət daşıyacağı, daşımanın TİR karnesi ilə həyata keçiriləcəyi, nəqliyyat vasitəsinin TİR karnesi və CMR yazıldıqdan sonra dərhal “X8 X11 İhracat Sanayi və Ticarət Limited” şirkətinə göndəriləcəyi, təsdiq edildikdən sonra lazımı işlərin başlanacağı, “X8 X11 İhracat Sanayi və Ticarət Limited” şirkətinin təsdiqi olmadan tərtib olunacaq TİR karnesi və ya CMR-də baş verəcək problemlərə görə “X8 X11 İhracat Sanayi və Ticarət Limited” şirkətinin heç bir məsuliyyət daşımayacağı, nəqliyyat vasitəsinin çatma vaxtının (gömrük tarixi başlanğıc sayılmaq şərti ilə) 7 gün təşkil etdiyi, müddət bu vaxtı keçərsə, daşımanı həyata keçirən tərəfin yazılı şəkildə bu barədə xəbər verməli olduğu, gecikmənin fors-major hallar nəticəsində baş verdiyi müəyyən edilərsə heç bir cəza tətbiq edilməyəcəyi, yükləmə sırasında malların tam və əskiksiz olaraq təhvil alındığının qəbul ediləcəyi, yükləmə xətası və ya dəymiş zərərlər CMR-də bəyan edilmədiyi və ya yazılı məlumat verilmədiyi təqdirdə baş verəcək problemlərə görə Cavabdeh MMC-nin məsuliyyət daşıyacağı, müqavilənin şərtlərinin, təqdim edilməsindən etibarən 24 saat içində heç bir imtina olmazsa qəbul edilmiş sayılacağı təsbit olunmuşdur. İşin müəyyən olunmuş digər halına görə, xx xxxxxxx 2016-cı il tarixdə Cavabdeh MMC tərəfindən e-mail vasitəsilə “X8 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkətinə 14/11-23 saylı invoys göndərilmiş, invoysa əsasən ** DB ***/** ZA *** dövlət nömrə nişanlı avtomobillə daşınacak yükün daşıma haqqı 7400 ABŞ dolları müəyyənləşdirilmiş, xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh MMC-nin adından ** DB ***/** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə X3 şəhərindən Qazaxıstan Respublikasının Çimkənd şəhərinə yükün daşınması barədə 002061 nömrəli beynəlxalq qaimə (CMR) tərtib edilərək qaiməyə (23-cü xanada - daşıyıcının möhürü və imzası qrafasının qarşısında) Cavabdeh MM C-nin möhürü vurulmuşdur. İşin materiallarından həmçinin aydın olur ki, yükün daşınması ilə bağlı sürücü Şahid xx xxx 2016-cı il tarixdə rus dilində etibarnamə verilmiş, etibarnamə Cavabdeh MMC-nin direktoru A.K.Yusubov tərəfindən imzalanmaqla yanaşı, şirkətin möhürü ilə təsdiqlənmişdir. Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Mərkəzi Gömrük İdarəsinin Bryansk Gömrüyünün xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh MMC-yə ünvanladığı xx xxxxxx 2017-ci il tarixli xx-xx/1540 saylı “informasiya təqdim olunması haqqında” məktubdan aydın olur ki, daşıyıcı Cavabdeh MMC barəsində Rusiya İXM-nin 16.9-cu maddəsinin 1-ci hissəsi ilə inzibati araşdırma başlanmış, məktubda aşağıdakılar göstərilmişdir: “...xx xxxxxx 2016-cı il tarixdə Bryansk gömrüyü X1 3 saylı Gömrük Rəsmiləşdirmə və X14nin gömrük tran zitinin gömrük proseduruna uyğun olaraq mal buraxılışı həyata keçirilmişdir: digər qapaqla, qalpaq və qapaqlar, kəsmə tıxaclar, hermetikləşdirici tıxacların qılafı və digər qeyri-nəcib metaldan hazırlanmış digər qablaşdırma ləvazimatı brutto çəkisi 21680,00 kq, qiyməti 49200.00 Avro olan mal Türkiyədən “X17. Və Tic. A.Ş” Şirkətindən “AAAAAAAAAA ünvanına xx.xx.2016-cı il tarixli CMR 592112, xx.xx.2016-cı il tarixli AL-489685 saylı hesab faktura üzrə ** DB ***/99 ZA3348 nömrə nişanlı nəqliyyat vasitələrində gətirilmişdir. Bu halda daşıyıcı qismində Cavabdeh MMC şirkəti çıxış edir. X13 Məcəlləsinin 220-ci maddəsinə əsasən göndərmə orqanı X1 3 saylı Gömrük Rəsmiləşdirmə və X14 tərəfindən malın çatdırılma yeri olaraq Belarus Respublikasının DGK Qomel gömüyü “Novaya Quta” gömrük məntəqəsi müəyyə n olunmuşdur. Bu zaman gömrük tarnziti müddəti xx.xx.2016-cı ilə qədər müəyyən olunmuşdur. xx xxxxxx 2017-ci ildə Belarus Respublikasının DGK Qomel gömrüyündən məlumat alınmışdır ki, TD № 10102073/191216/0000067 üzrə gömrük tranzitinin gömrük proseduruna yerləşdirilmiş mal təyinat məntəqəsinə daxil olmamışdır. İndiyə qədər də Bryansk gömrüyünə həmin malın çatdırılması barədə məlumat yoxdur. Qeyd edilənlərə əsasən malın təyinat yerinə çatdırılıb-çatdırlmaması, çatdırılması halında kim tərəfindən çatdırıldığı, hansı sənədlərin təqdim olunduğu, malın daşınmasını həyata keçirən sənədlər, malın hal-hazırda olduğu yer, həmin malın çatdırılmaması və yaxud verilməsı vaxtı, səbəbləri və halları və s. bu kimi sulların cavablandırılması xahiş olunur”. İş üzrə həmçinin müəyyən edilir ki, 1-ci instan siya məhkəməsinin təyin etdiyi sənədlərin texniki ekspertizasının xx xxx 2018-ci il tarixli rəyi ilə, “X9” şirkəti və “X10 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkəti arasında olan razılaşmadakı ştamp və möhür əkslərinin və imzanın izlərinin birbaşa icra olunmadığı, elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda (printer, çoxaldıcı aparat) nüsxəyə çap edildiyi, həmin razılaşmada olan “LÜTFEN SÖZLEŞMEYİ TEYİT EDİNİZ” sözlərinin altındakı Cavabdeh MMC Azərbaycan Respublikası Bakı şəhəri CFF” məzmunlu möhür əksinin və imzanın başqa sənəddən köçürülərək həmin hissəyə montaj vasitəsilə əlavə olunmasının istisna olunmadığı göstərilmişdir. İddiaçı, hər CMR-in birdəfəlik istifadə üçün nəzərdə tutulduğunu, sürücü Şahid isə 002061 saylı CMR-lə daha əvvəl “xxxx” şirkəti üçün İzmirdən Astana ya yük daşıdığını, həmin vaxt onunla MMC-nin münasibətlərinin korlandığını və bir daha onunla iş görməmək qərarı verdikləri üçün münasibətlərinə xitam verildiyini, bununla belə sürücü Şahid MMC-yə məxsus möhürü və ştampı kustar üsulla qeyriqanuni yolla hazırlatdığını, həmin möhürdən, ona daha əvvəl verilmiş 002061 saylı CMRdən və etibarnamədən qanunsuz olaraq istifadə etməklə “X10 X11 İhracat Sanayi və Ticarət Limited”xxxxyük daşımasına dair müqavilə bağladığını, əslində isə “X8 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkəti və MMC arasında heç bir yeni anlaşmanın olmadığını, həmin şirkət qarşısında heç bir rəsmi öhdəlik götürmədiklərini, həmin vaxt artıq Şahid şirkətin əməkdaşı olmadığını və ona yükün daşınması ilə əlaqədar nə şifahi, nə də rəsmi heç bir tapşırıq verilmədiyini, ona görə d ə “X10 X11 İhracat Sanayi və Ticarət Limited” şirkətinin zərərindən Şahid məsuliyyət daşımalı olduğunu irəli sürməklə sözügedən CMR-nin və şirkətlər arasındakı müqavilənin (anlaşmanın) etibarsız hesab olunmasını xahiş etmiş, 1-ci instansiya məhkəməsi isə ekspert rəyinə, eləcə də sözügedən CMR-in (beynəlxalq qaimənin) birdəfəlik istifadə üçün nəzərdə tutulduğuna əsaslanmaqla MMC-nin irəli sürdüyü iddia tələblərinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələ binin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar, yəni sürücü Şahid iddiaçıya məxsus möhürü və ştampı kustar üsulla qeyri-qanuni yolla hazırlatması və həmin möhürdən istifadə edərək “X10 X11 İhracat Sanayi və Ticarət Limited”xxxxyük daşımasına dair müqavilə bağlaması ümumiyyətlə sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Əksinə apellyasiya baxışı zamanı, “X8 X11 İhracat Sanayi və Ticarət Limited”xxxxCavabdeh MMC arasında müqaviləyə qədərki danışıq və yazışmaların e-mail vasitəsi ilə baş tutduğu, “X8 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin MMC-yə e-mail vasitəsilə yük daşınmasına dair təklif göndərdiyi, daha sonra tərəflər arasında daşıma müqaviləsi (anlaşma) bağlandığı, hətta iddiaçı tərəfindən ödəniş üçün hesab-faktura göndərildiyi, həmin hesab-fakturaya əsasən daşıma haqqının 7.400 ABŞ dolları müəyyənləşdirildiyi və “X8 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkəti tərəfindən 5.100 ABŞ dollarının avans qismində ödənildiyi (2 saylı Bakı inzibat i-İqtisadi Məhkəməsin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə avans olaraq ödənilmiş həmin pulun da tutulması qət edilmişdir) müəyyən edilmişdir. Bütün bunlar isə sözügedən CMR-nin və şirkətlər arasındakı müqavilənin (anlaşmanın) etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcudluğunu istisna edir. Yuxarıda qeyd edilən xx xxx 2018-ci il tarixli ekspert rəyinə münasibətdə isə qeyd olunmalıdır ki, əvvəla, tərəflər arasındakı anlaşmanın bilavasitə (yəni klassik yazılı qaydada) bağlanmış olduğu ümumiyyətlə irəli sürülməmişdir; əksinə şirkətlər arasında müqaviləyə qədərki bütün danışıq və yazışmaların e-mail vasitəsi ilə baş tutduğu və sözügedən anlaşmanın da məhz elektron yazışmalar üzərindən bağlanmış olduğu işin mübahisəsiz halıdır. İş üzrə müəyyən edilir ki, “X8 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin nümayəndəsi (vəkili) də həmin anlaşmanın elektron yazışmalar vasitəsilə bağlandığına əsaslanmaqla iş üzrə ekspertizanın təyin edilməsinə davamlı olaraq etiraz etmiş, ekspert rəyi alındıqdan sonra eyni etirazını təkrarlamış, bununla belə 1-ci instansiya məhkəməsi işin qeyd edilən xüsusatına ümumiyyətlə diqqət etməmişdir. Digər tərəfdən beynəlxalq yük daşınması ilə bağlı müqavilələrin (anlaşmaların) bilavasitə (klassik yazılı qaydada) bağlanması həmin münasibətlərin mahiyyətinə uyğun olmamaqla yanaşı, məntiqli də deyildir. Nəzərə alınmalıdır ki, “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” xx xxx 1956-cı il tarixli Konvensiyada (Azərbaycan Respublikası bu Konvensiyaya xx xxxxxx 2000-ci il tarixdə qoşulmuşdur) yük daşınması müqaviləsinin bağlanm ası hər hansı formaya tabe tutulmamışdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yük daşınması müqaviləsi ilə bağlı müddəalarında (850-861-ci maddələr) da belə müqavilənin bağlanmasının hər hansı xüsusi forması müəyyən edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İddiaçı MMC-nin “hər CMR-in birdəfəlik istifadə üçün nəzərdə tutulması, sürücü Şahid 002061 saylı CMR ilə daha əvvəl “xxxx” şirkəti üçün İzmirdən Astanaya yük daşıması, həmin vaxt onunla MMC-nin münasibətlərinin korlanması və bir daha onunla iş görməmək qərarı vermələri və münasibətlərinə xitam verilməsi, bun unla belə sürücü Şahid ona daha əvvəl verilmiş həmin CMRdən və etibarnamədən qanunsuz olaraq istifadə etməklə “X10 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkətindən yük qəbul edərək daşıması” arqumentlərinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci və 850.2-ci maddələrinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.2-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Mülki Məcəllənin tələblərinə görə, vəkalət verənlə vəkalət alan arasındakı münasibətlərə tapşırıq müqaviləsinin müddəaları tətbiq olunduğu halda, üçüncü şəxslər üçün nümayəndəliyə (təmsilçiliyə) aid müddəalar qüvvədə olur. Mülki Məcəllənin əqdlərdə təmsilçilik başlıqlı 16-cı fəslində yerləşən 366.2-ci maddəsinə görə isə, “etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir”. Göründüyü kimi, iddiaçı MMC tərəfindən sürücü Şahid yük daşınmasını həyata keçirmək üçün müvafiq səlahiyyətlərin nəzərdə tutulduğ u xx xxx 2016-cı il tarixli etibarnamə verilmiş, O, isə məhz həmin etibarnaməni “X8 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkətinə təqdim etməklə hüquq münasibətlərinə girmiş, həmin vaxt etibarnamə qüvvədə olmuş (hətta ləğv edilmiş olsa belə sonuncu bunu bilmirdi və ya bilməli də deyildi), cavabdeh şirkət onu iddiaçı MMC-nin tam səlahiyyətli nümayəndəsi bilərək qəbul etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, hətta sözügedən etibarnamə ləğv edilmiş olsa idi belə, iddiaçının mövqeyi düzgün olmayacaqdı. Bundan başqa, iş materiallarından Cavabdeh MMC-nin sürücü Şahid xx xxx 2016-cı il tarixli etibarnaməni və 002061 saylı CMR-ni təqdim etməklə daşımaq üçün təhvil aldığı yükü itirmiş olduğu, bu səbəbdən “X8 X11 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq daşınan yükün dəyərini, ödənilmiş avans məbləğini və hüquqi xidmətlərə görə çəkilmiş xərcləri tələb etdiyi, həmin işə baxan 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə isə iddianın qismən təmin edildiyi, MMC-nin ondan apellyasiya şikayəti verdiyi, sonradan hazırkı iddianı qaldırmaqla həmin iş üzrə icraatın dayandırılmasına müvəffəq olduğu, iddiasının təmin edilməsi ilə həmin qətnamənin ləğvinə nail olmağa çalışdığı (bunu iddia ərizəsində özü etiraf edir: “...hazırkı iddia tələblərini təmin edilməsi qeyd edilən qətnamənin apellyasiya qaydasında ləğv edilməsinə əsas verəcəkdir”) müəyyən edilmişdir. Bütün bunlar isə MMC-nin “hüquqdan sui-istifadə qadağası”nı pozduğunu göstərir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zə ruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.” Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməs i ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də, hazırki iş üzrə cavabdeh qismində çıxış edən MMC-nin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edlənlər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübu tlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Həmin Məcəllənin 217 və 220.4-cü maddələrinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar