Məhkəmə qərarları › İş №2-2(102)-14/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-14/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-14/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli 2-2(103)-622/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı i craat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. 2019-cu il 17 may tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin surətinə əsasən, İddiaçı BOKT ASC Cavabdeh kreditin restrukturizasiyası üçün 39.950 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə illik 24% hesablanmaqla 60 ay müddətində həmin krediti qaytarmağı öhdəsinə götürmüşdür. 2. 2019-cu il 17 may tarixli, 2019/00147-01İP №-li sonrakı ipoteka müqaviləsinin surətinə əsasən, 2019-cu il 17 may tarixli, 2019/00147-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 3. 2019-cu il 17 may tarixli, 21 №-li köçürmə ərizəsinin surətinə və Cavabdeh ərizəsinə əsasən 39.950 ABŞ dolları məbləğin də pul vəsaiti "xxxx" ASC tərəfindən İddiaçı BOKT ASC-yə köçürülmüşdür. 4. 2021-ci il 22 fevral tarixli borc haqqında arayışına əsasən, Cavabdeh həmin tarixə İddiaçı BOKT ASC-yə olan borcu 39.950 ABŞ dolları əsas, 16.937,02 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24.609,2 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 81.496,22 ABŞ dolları təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə 20 19-cu il 5 dekabr tarixinə yaranmış, 39.950 ABŞ dolları məbləğində qalıq, ona hesablamış 5.272,74 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.831,45 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 52.054,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 39.950 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 5.272,74 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.831,45 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 52.054,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi öd ənilmiş 30 manat məbləğində pulun ona edilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 39.950 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evini ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə 2019-cu il 17 may tarixli, 2019/0014701İP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 2019-cu il 23 may tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq iddiaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmiş, bu barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər hal-hazıra kimi ödənilməmişdir.

7. Tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 279, 295, 312.3, 31 7.1, 319.1, 385.1, 427.3, 442, 445.2, 448.1, 449, 450, 462 739.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 37, 59.3-cü; maddələrinə istinad edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli e-2-2(113)777/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (hakimF.Qasımov).

9. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 6 noyabr tarixli 4/814 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki: a) e-2-2(113)-777/2020 saylı işin 156-cı vərəqəsində olan 2019-cu il 17 may tarixli, 21 saylı köçürmə ərizəsinin aşağı sol hissəsində “Birinci imza” qrafasındakı imza-cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; b) e-2-2(113)- 777/2020 saylı işin 156-cı vərəqəsində olan 2019-cu il 17 may tarixli, 21 saylı köçürmə ərizəsinin aşağı sol hissəsində “Birinci imza” qrafasındakı imzada-imzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. c) e-2-2(113)-777/2020 saylı işin 156-cı vərəqəsində olan 2019-cu il 17 may tarixli, 21 saylı köçürmə ərizəsinin aşağı sol hissəsində “Birinci imza” qrafasındakı imzada-cavabdehin imzasına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmuşdur.

10. Sonradan iddiaçı 2021-ci il 26 fevral tarixində iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə 39.950 ABŞ dolları məbləğində qalıq, ona hesablamış 16.937,02 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24.609,2 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 81.496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 81.496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun ona ödənilməsi və ipoteka predmetini açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Komm ersiya Məhkəməsinin 2-2(113)98/2021 saylı 2021-ci il 19 mart tarixli qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 126 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim F.Qasımov).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən 39.950 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehin "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Lakin sonradan həmin pul vəsaitinin cavabdehin hesabından iddiaçıya köçürülməsi üçün həmin pul məbləği ya sonuncuya nağd şəkildə verilməli, ya da onun ərizəsi əsasında həyata keçirilməli idi.

13. Məhkəmə araşdırması zamanı 2019-cu il 17 may tarixli, 2019/00147 -01 saylı kredit müqaviləsinə əsasən 39.950 ABŞ dolları məbləğində pul vəsaitinin AZ-43-AZ-RT**********002612401 saylı hesabdan alıcı cavabdeh tərəfindən çıxarılıb-çıxarılmaması, qeyd olunan hesabdan həmin pul məbləği çıxarıldığı təqdirdə kim tərəfindən çıxarılması barədə məlumatın və buna dair təsdiqedici sənədlər "xxxx" ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilməsi barədə qərardad qəbul olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş məlumatda köçürmənin cavabdehin 2019-cu il 17 may tarixli, 21 №-li köçürmə ərizəsi əsasında aparıldığı qeyd edilmiş, həmin ərizənin əsli məhkəməyə təqdim olunmuşdur. 14. 2019-cu il 17 may tarixli, 21 №-li köçürmə ərizəsindəki imzanın cavabdehə məxsus olmadığı mübahisələndirildiyinə görə məhkəmənin qərardadına əsasın məhkəmə-xətşünaslıq ekspertizası t əyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 2020-ci il 6 noyabr tarixli, 4/814 №-li rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 2019-cu il 17 may tarixli, 21 saylı köçürmə ərizəsinin aşağı sol hissəsində “Birinci imza” qrafasındakı imza-cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, imzada-imzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmalı idi, imzada cavabdehin imzasına oxşadılmaqla icra olunma əlamətləri müşahidə edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, araşdırılmış sübutlarla təsdiq olunur ki, 39.950 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehin hesabına köçürülsə də, ona verilməmiş, razılığı olmadan yenidən iddiaçıya köçürülmüş və pul vəsaitinin köçürülməsində onun iradə ifadəsi mövcud olmamışdır. Məhk əmə işin müəyyən edilmiş faktiıi hallarına MM-nin 739-cu maddəsinin tələbləri baxımından qiymət vermiş və belə qənaətə gəlmişdir ki, iddia təmin olunmamalıdır.

16. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli e-2-2(103)-734/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (sədrlik-məruzəçi hakim R.Qurbanov, hakimlər H.Əhmədov və H.Məmmədov).

18. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 17 avqust tarixli 4/1102 nömrəli ekspert rəyi verilmiş və qeyd olunmuşdur ki: işin 305-ci vərəqəsində olan 21 nömrəli, 2019-cu il 17 may tarixli köçürmə ərizəsində “birinci imza” qrafasındakı imza – cavabdeh tərəfindən icra olunmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-734/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən 39.950 ABŞ dolları əsas borcun, 16.937,02 ABŞ dolları məbləğində faiz borcunun və 3.900 ABŞ dolları dəbbə pulunun, cəmi 60.787,02 ABŞ dolları və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov kü çəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilərək, həmin evin açıq hərracda satılaraq, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdeh həmin evdən çıxarılması qət edilmişdir (sədrlik-məruzəçi hakim R.Qurbanov, hakimlər Nümayəndə1 və V.Baxışova).

20. Apellyasiya məhkəməsi bildirmişdir ki, kredit borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını MM-in 739.1, 741 və 462.1-ci maddələri təşkil edir. Belə ki, tərəflər arasında kredit müqaviləsinin bağlanması və 39.950 ABŞ dolları məbləğində kreditin cavabdehin "xxxx" ASC-də olan hesabına köçürülməsi mübahisəsizdir. Cavabdehin yeganə mübahisələndirdiyi məqam ondan ibarət olmuşdur ki, həmin pul vəsaitinin "xxxx" ASC tərəfindən iddiaçıya köçürülməsi üçün əsas olmuş ərizə cavabdeh tərəfindən imzalanmamışdır.

21. Məhkəmə hesab e tmişdir ki, cavabdehin həmin dəlili əsassızdır. Belə ki, işin materiallarına əsasən müəyyən edilmişdir ki, 39.950 ABŞ dolları tərəflər arasında daha əvvəl bağlanmış 2017-ci il 27 yanvar tarixli 2017/00399-01 №-li və 2017-ci il 16 avqust tarixli 2017/00487-01 №-li kredit müqavilələri üzrə yaranmış borcdur və həmin borcun bağlanması məqsədilə 2019-cu il 17 may tarixli 2019/00147-01 №-li yeni kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir ki, bu müqavilənin imzalanmasından keçən 5 bank günü ərzində hazırki müqavilənin 1.1-ci bəndində göstərilən məbləği borc alanın "xxxx" ASC olan hesabına köçürülür. Həmin kredit müqaviləsinə əsasən verilməli olan 39.950 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı Bankın adından olan 2019-cu il 17 may tarixli köçürmə ərizəsi əsasında iddiaçının "xxxx" ASC-də olan hesabından cavabdehin həmin bankda olan hesabına köçürülmüş (i/v 156), eyni zamanda cavabdehin adından olan 2019-cu il 17 may tarixli 21 №-li köçürmə ərizəsi əsasında cavabdehin "xxxx" ASC-də olan hesabından iddiaçının "xxxx" ASC-də olan hesabına köçürülmüşdür (i/v 305). Bununla da, əvvəlki kredit müqavilələri üzrə borclar bağlanmışdır.

22. Məhkəmə qeyd etmişdir ki, göstərilən əməliyyatlar tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olmuşdur. Ona görə də, köçürmə ərizəsinin cavabdeh tərəfindən imzalanıb-imzalanmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Bundan başqa, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tər əfindən 2021-ci il 17 avqust tarixli 4/1102 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, işin 305-ci vərəqəsində olan 2019-cu il 17 may tarixli 21 saylı köçürmə ərizəsində “birinci imza” qrafasındakı imza cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə cavabdehin adından olan köçürmə ərizəsindəki imzanın cavabdeh tərəfindən icra olunması müəyyən olunmuşdur. Odur ki, cavabdehin həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və məhkəmə-xətşünaslıq ekspertizasına cavabdehin adından olan köçürmə ərizəsini deyil, işin 156-cı vərəqəsində olan iddiaçının adından tərtib edilən köçürmə ərizəsini təqdim etmişdir.

23. Halbuki həmin ərizə cavabdeh tərəfindən deyil, iddiaçının müvafiq əməkdaşı tə rəfindən imzalanmalı və 2020-ci il 6 noyabr tarixli 4/814 saylı ekspert rəyi ilə də müəyyən edilmişdir ki, həmin ərizədəki imza cavabdehə məxsus deyildır.

24. Beləliklə, məhkəmə iddiaçı tərəfindən 2019-cu il 17 may tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və MM-in 739.1 və 741-ci maddələrinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulmasını tələb etməkdə tam haqlı olmuşdur.

25. Məhkəmə dəbbə pulunun tutulması tələbinə MM-nin 462.1 və 467-ci maddələrinin tələbləri baxımından qiymət ver ərək, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, 24.609,20 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10% həddində, yəni 3.900 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.5, 317, 462.1, 467, 739.1, 741; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3; MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(103)-734/2021 saylı əlavə qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlan mış 2019-cu il 17 may tarixli, 2019/00147-01 saylı kredit müqaviləsi ləğv, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilməsi qət edilmişdir.

28. Əlavə qətnamədə göstərilmişdir ki, işə hazırki apellyasiya qaydasında baxılarkən kredit müqaviləsinin ləğv edilməsi ilə əlaqədar iddia tələbinə münasibət bildirilməmiş və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası kredit müqaviləsinin ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti ilə əlaqədar əlavə qətnamə çıxarılması barədə qərara qəlmişdir. Belə ki, kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddia əsaslı hesab edilmişdir.

29. Göründüyü kimi müqavilə tər əfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir. Hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə ümumiyyətlə heç bir ödəniş aparmamış və bununla da, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də, həmin tələb təmin edilməli idi.

30. Tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01İP №-li sonrakı ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi müstəqil qiymətləndirici FM Consuting tərəfindən 2017-ci il 24 yanvar tarixində likvid dəyəri 240. 000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iclasında tərəflər həmin məbləği mübahisələndirməmişdilər. Odur ki, Məhkəmə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətini 240.000 manat müəyyən etmişdir.

31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 421.2; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3; MPM-in 229.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində 2021-ci il 5 oktyabr tarixli qətnaməsinin və 2021-ci il 2 noyabr tarixli əlavə qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 aprel tarixli, 2-2(102)-246 /2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-734/2021 saylı qətnaməsi və 2021-ci il 2 noyabr tarixli, 2-2(103)734/2021 saylı əlavə qətnaməsi ləğv edilmişdir.

34. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)734/2021 saylı qətnaməsi (İİ cild, i/v 15-19) R.Qurbanov, Nümayəndə1 və V.Baxışovadan ibarət məhkəmə tərkibi tərəfindən qəbul olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(103)-734/2021 saylı əlavə qətnaməsi (İİ cild, i/v 33-35) isə R.Qurbanov, A.Hüseyn və V.Baxışovadan ibarət məhkəmə tərkibi tərəfindən qəbul olmuşdur.

35. Göründ üyü kimi, eyni iş üzrə bir məhkəmə tərkibinə daxil olan Nümayəndə1 yalnız əsas qətnamənin, digər məhkəmə tərkibinə daxil olan A.Hüseyn isə yalnız əlavə qətnamənin qəbul olunmasında iştirak etmişdir. Bu isə MPM-in 175 və 365-ci maddələrinə (bax yuxarıda §10) əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışının bilavasitəliyi prinsipinin pozulması (eyni işə hakimlərin dəyişilməz tərkibində baxılmaması) kimi qiymətləndirilməlidir.

36. Məhkəmə belə qənaətə gəlmişdir ki, qətnamə və əlavə qətnamə mahiyyət etibarilə iş üzrə məhkəmənin gəldiyi vahid nəticəni bütöv bir tam olaraq özündə təcəssüm etdirən məhkəmə aktlarıdır. Odur ki, əsas qətnamə və əlavə qətnamə ləğv, iddia ərizəsində qoyulmuş tələblərə vahid məhkəmə tərkibində bütövlükdə yenidən baxılması üçün iş geri qaytarılm ışdır.

37. Məhkəmə gəldiyi nəticəni MPM-in 175.3, 365, 416.2, 418.4, 418.4.1, 418.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli, 2-2(103)-622/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin olunaraq tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli 2019/00147-01 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehdən 39.950 ABŞ dolları əsas borc, 16.937,02 ABŞ dolları məbləğində faiz borcu və 3.900 ABŞ dolları dəbbə pulunun, cəmi 60.787,02 ABŞ dolları və iddia ərizəsi ilə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin ev açıq hərracda satılaraq, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdeh həmin evdən çıxarılması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 manat müəyyən edilmiş, qalan hissədə dəbbə pulunun tutulması iddiasının təmin edilməməsi iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 253 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (sədrlik edən-məruzəçi hakim H.Həmidov, hakimlər A.Tanrıverdiyev və C.Yusifov).

39. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, MM-nin 739.1, 741 və 462.1-ci maddələrinin (bax «Tətbiq edilən hüquq») dispozisiya şərtlərinin hamısı mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsinin bağlanması və 39.950 ABŞ dolları məbləğində kreditin cavabdehin "xxxx" ASC-də olan hesabına köçürülməsi işin mübahisəsiz halı olmaqla yanaşı restruktruzasiya xarakteri daşımışdır. Yəni, əsas məqsəd əvvəlki borc müqaviləsini ləğv edərək yeni şərtlərlə kredit müqaviləsini baglamaqdan ibarət olmuşdur.

40. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi yeganə dəlili, həmin pul vəsaitinin "xxxx" ASC tərəfindən iddiaçıya köçürülməsi üçün əsas olmuş ərizənin cavabdeh tərəfindən imzalanmaması təşkil etmişdir.

41. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materialları ilə müəyyən edildiyi kimi 39.950 ABŞ dolları cavabdeh ilə iddiaçı arasında daha əvvəl bağlanmış 2017-ci il 27 yanvar tarixli, 2017/00399-01 №-li və 2017-ci il 16 avqust tarixli, 2017/00487-01 №-li kredit müqavilələri üzrə yaranmış borcdur və həmin borcun bağlanması məqsədilə 2019-cu il 17 may tarixli, 2019/00147-01 №-li yeni kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir ki, bu müqavilənin imzalanmasından keçən 5 bank günü ərzində hazırki müqavilənin 1.1-ci bəndində göstərilən məbləği borc alanın "xxxx" ASC olan hesabına köçürülür. Həmin kredit müqaviləsinə əsasən verilməli olan 39.950 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı bankın adından olan 2019-cu il 17 may tar ixli köçürmə ərizəsi əsasında iddiaçının "xxxx" ASC-də olan hesabından cavabdehin həmin bankda olan hesabına köçürülmüş, (i/v 156) eyni zamanda cavabdehin adından olan 2019-cu il 17 may tarixli 21 №-li köçürmə ərizəsi əsasında cavabdehin "xxxx" ASC-də olan hesabından iddiaçının "xxxx" ASC-də olan hesabına köçürülmüşdür (i/v 305). Bununla da, əvvəlki kredit müqavilələri üzrə borclar bağlanmışdır.

42. Göründüyü kimi, göstərilən əməliyyatlar tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olmuşdur. Ona görə də, köçürmə ərizəsinin cavabdeh tərəfindən imzalanıb-imzalanmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur.

43. Əvvəlki apellyasiya icraatı zamanı verilmiş 2021-ci il 17 avqust tarixli, 4/1102 saylı rəydən də müəyyən edildiyi kimi cavabdehin adından olan köçürmə ərizəsindəki imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bu baxımdan məhkəmə cavabdehin həmin dəlillərə istinad etməsini əsassız saymışdır.

44. İddiaçı tərəfindən 2019-cu il 17 may tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və MM-in 739.1 və 741-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulmasını tələb etməkdə tam haqlı olmuşdur.

45. Dəbbə pulunun tutulması tələbinə gəldikdə, məhkəmə MM-nin 462.1 və 467ci maddələrinin tələblərini ə sas götürərək, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, 24.609,2 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10% həddində, yəni 3.900 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. Eyni zamanda ipoteka müqaviləsinin şərtlərini və MM-in 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü maddələrinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

46. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin ləğv edilməsi tələbinə MM-nin 421.2-ci maddəsinin tələbləri baxımından qiymət vermiş və belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə ümumiyyətlə heç bir ödəniş aparmamış və bununla da, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlı olduğundan tələb həmin hissədə də təmin edilməlidir.

47. Tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli 2019/00147-01İP №-li sonrakı ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi müstəqil qiymətləndirici “FM Consuting” tərəfindən 201 7-ci il 24 yanvar tarixində likvid dəyəri 240.000 manat məbləğində qiymətləndirilmiş və tərəflər həmin məbləği mübahisələndirməmişlər. Bu baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 manat müəyyən edilməlidir.

48. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində həmin qətnaməni ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. Evin satış qiymətinin 240.000 manat müəyyən olunmasına münasibətdə qeyd edilməlidir ki, bununla bağlı heç bir qiymətləndirmə ekspertizası təyin olunmamışdır. Məhkəmə prosesində və kassasiya şikayətində evin real bazar və likvid dəyəri ilə bağlı vəsatətlər verilsə də, məhkəmə vəsatətə baxmamış və yekun məhkəmə aktı qəbul edilmişdir.

50. Araşdırılmış sübutlarla təsdiq olunur ki, 39.950 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehin hesabına köçürülsə də, ona verilməmiş, razılığı olmadan yenidən iddiaçının hesabına köçürülmüş və pul vəsaitinin köçürülməsində onun iradə ifadəsi mövcud olmamışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 2020-ci il 06 noyabr tarixli rəyində 2019-cu il 17 may tarixli 21 saylı köçürmə ərizəsində imzanın cavabdehə məxsus olmaması müəyyən edilmişdir. Bununla da məhkəmə tərəfindən MM-nin 431.1 və 337-ci maddələrinin tələbləri pozulmuşdur.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” Plenum Qərarının tələbləri pozulmuşdur-qətnamə o vaxt əsa slı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin faktiki hallarına və sübutlara qiymət verilmədən çıxarılmışdır.

52. MPM-in 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə sübutlara deyil, şifahi mülahizələrə əsaslanaraq çıxarılmışdır. İş üzrə əhəmiyyət kəsb edən hallara məhkəmə tərəfindən qiymət verilməmiş, kifayət qədər araşdırma aparılmamış və mübahisəsiz hallar qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. İddiaçı tərəfindən 2022-ci il 17 mart tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin 2021-si il 5 oktyabr tarixli, 2-2(103)-734/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2021-si il 5 oktyabr tarixli, 2-2(103)-734/2021 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

54. Kassasiya şikayəti vaxtında verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 5

5. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

57. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülk i Məcəlləsinin müvafiq müddəalarında “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. [288] 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavi lədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılm ası Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 58. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanunun müvafiq “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması... 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi...” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir...” Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənz ilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”

59. Azərbaycan Resp ublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi ). 61. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi nə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

62. Cavabdehin kassasiya şikayətinin kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönədilməsi tələbi üzrə dəlilləri həm də apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 40-44). 63.Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

64. Məhkəmə kollegiyası ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və həmin hissədə cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

65. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinin tələblərinə istinadla göstərmişdir ki, tərəflər arası nda bağlanmış 2019-cu il 17 may tarixli 2019/00147-01İP №-li sonrakı ipoteka müqaviləsi ilə ipoteka predmetinin likvid dəyəri 240.000 manat müəyyən edilmiş və tərəflər həmin məbləği mübahisələndirməmişlər.

66. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

67. Məhkəmənin gəldiyi həmin nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş likvid dəyəri cavabdeh tərəfindən həm birinci dəfə kassasiya qaydasında baxılarkən kassasiya şikayətində, həm də işə yenidən apellyasiya qaydasında baxılarkən mübahisələndirilmiş, bununla bağlı məhkəmə prosesində ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün verilmiş vəsatət verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatətə qiymət verilməmişdir.

68. Kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər (MPM-n in 272.4-1-ci maddəsi).

69. Baxılan iş üzrə məhkəmə iclasının protokollarında prosessual qanunun qeyd olunan tələbinə müvafiq olaraq fasiləsiz video-audio çəkilişin aparıldığı və kompakt diskin işin materiallarına əlavə ediləcəyi qeyd edilsə də, işin materiallarına belə disk əlavə edilməmişdir. Elektron işin materiallarından isə yeni apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə iclaslarının ümumiyyətlə video-audio çəkilişinin aparıldığı müəyyən edilmir.

70. Bu baxımdan məhkəmə kollegiyasının hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki kommersiya mübahisəsinə baxılarkən, mülki prosessual qanunun kommersiya mübahisələri üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılmasına dair imperativ tələbi pozulmuşdur. Həmin pozuntu işin hazırki mərhələsində ca vabdehin kassasiya şikayətinin sözügedən dəlilinin qiymətləndirilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsini düzgün tətbiq edib-etməməsinin yoxlanılması imkanını aradan qaldırmışdır.

71. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). 72.«….məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iş tirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır». (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).

73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə qismən- ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti qismən təmin edilməli dir.

74. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli, 2-2(103)-622/2022 saylı qətnaməsi qismən- ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.Y.Şamayev V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar