Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-14/2024 18.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə və gecikdirilmiş müddət üçün faiz tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 22(103)-579/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 48 ay müddətinə illik 12 faiz ödəmək şərtilə 2.402.401 manat məbləğində kredit verilmişdir. 2. 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 48 ay müddətinə illik 4 faiz ödəmək şərtilə 1.720.834 manat məbləğində kredit verilmişdir. 3. 2022-ci il 14 iyun tarixli, **********865 nömrəli maliyyə arayışında qeyd edilir ki, "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 201PVNW150 540004 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən 2019-cu il 23 fevral tarixinədək hesablanmış faiz məbləği 50.713,58 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə 244.204,80 manat təşkil edir. 4. 2022-ci il 14 iyun tarixli, **********866 nömrəli maliyyə arayışında qeyd edilir ki, "xxxx" MMC-nin İddiaçı ASC ilə aralarında bağlanmış 2015-ci il 23 fevral tarixli, 201PVNW150540001 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən 2019-cu il 23 fevral tarixinədək hesablanmış faiz məbləği 15.378,33 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə 25572,30 manat təşkil edir.
5. Bakı şəhər Nərima nov Rayon Məhkəməsinin 2018-ci il 16 may tarixli, 2(005)333/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, "xxxx" MMC-dən 1781/15 nömrəli kredit müqaviləsi üzrə 155.341,50 manat əsas borcun, 49.644,07 manat faiz borcunun, 1.748,53 manat dəbbə pulu olmaqla, cəmi 206.734,09 manat borcun, 1782/15 müqaviləyə görə 1.520.409,92 manat əsas, 84.296,19 manat faiz borcu olmaqla, cəmi 160.706,11 manat, borcun, ümumilikdə iki müqaviləyə görə 1.675.751,42 manat əsas, 133.940,26 manat faiz, 1.748,52 manat dəbbə pulu olmaqla, cəmi 1.811.440,2 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğin iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh X1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 157.500 manat, Abşe ron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 60.690 manat, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 256.500 manat və cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 91.512 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçının borcunun ödənilməsi, satışdan götürülən və ya əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 5 mart tarixli, 2(103)551/2 021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2018-ci il 16 may tarixli qətnamə, qismən, cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə hər 2 kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun və 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun 18.981,94 manat məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun 1.483.786,92 manat məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun 80.170,61 manat məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2018-ci il 16 may tarixli qətnaməsinin hazırkı apellyasiya baxışının predmeti olan qalan hissəsində, yəni 1781/15 nömrəli kredit müqaviləsinə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 155341 manat, tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.748,52 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 17 yanvar tarixli, 2(102)-187/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli, 2(103)-551/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 2022-ci il 13 iyun tarixdə **********855 nömrəli pretenziya qaydasında xəbərdarlıqla "xxxx" MMC-yə müraciət edilərək, kredit müqavilələri üzrə yaranmış ümumilikdə 355.329,51 manat məbləğində borcun 3 gün müddəti ndə ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) 2019-cu il 23 fevral tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15.378,83 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 25.572,30 manat, cəmi 40.951,13 manat borc, 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019-cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 50.173,58 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 244.204,80 manat olmaqla, cəmi 294.378,38 manat borc olmaqla, ümumilikdə 335.329,51 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 625,33 manat dövlət rüsumunun tutulması barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə illik 12 faiz dərəcəsi ilə mis məmulatlarının istehsalını artırmaq üçün cavabdehə 2.402.401 manat məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1782/15 kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 4 faiz dərəcəsi ilə cavabdehə 1.720.834 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit üzrə öhdəliklərini vaxtında icra etmədiyindən bank tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və 2018-ci il 16 may tarixli, 2(005)-333/2018 nömrəli qətnamə ilə cavabdehdən 1781/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarix inə 155.341,5 manat əsas borc, 49.644,07 manat faiz borcu, 17.48,52 dəbbə pulu olmaqla, cəmi 206.734,09 manat borc, 1782/15 nömrəli müqaviləyə əsasən 1.520.409,92 manat əsas borc, 84.296,19 manat faiz borcu, cəmi 1.604.706,11 manat borc olmaqla, ümumilikdə 1.811.440,2 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli, 2(103)-551/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli müqaviləyə görə faiz borcu dəyişdirilərək 18981,94 manat məbləğində, 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc dəyişdirilərək, 1.483.786,92 manat, faiz borcu dəyişdirilərək 80.170,61 manat məbləğində müəyyən edilmişdir. Al i Məhkəmənin 2022-ci il 17 yanvar tarixli, 2(102)-187/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli, 2(103)-551/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kredit müqavilələrinin müddəti bank tərəfindən məhkəməyə müraciət edildikdən sonra bitdiyindən və borc bu günə kimi ödənilmədiyindən 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) 2019-cu il 23 fevral tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15.378,83 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 25.572,30 manat, cəmi 4 0.951,13 manat borc, 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) 2019-cu il 23 fevral tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 50.173,58 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 244.204,80 manat olmaqla, cəmi 294.378,38 manat, ümumilikdə 335.329,51 manat təşkil edir. Cavabdehin bank qarşısında 2022-ci il 8 iyun tarixinə ümumilikdə 2.108.398,19 manat icra edilməmiş borcu mövcuddur. Qeyd olunanları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 54 mart tarixli, 2(103)-551/2021 nömrəli qətnaməsi ilə müə yyən edilən borcdan əlavə, cavabdehə 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli və 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqavilələri üzrə ümumilikdə 335.329,51 manat borc məbləği hesablanmışdır. Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 10 fevral tarixli, 2-1(81)-1541/2016 nömrəli qərarı ilə iddiaçı müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. “Banklar Haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür. Bank kreditorlar qarşısında onların tələbərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Borclular tərəfindən öhdəliklərin yerinə yetirilməməsi ləğvetmə müddətinin uzadılmasına rəvac verir və bu da özlüyün də ləğv etməyə çəkilmiş xərcləri və məsrəfləri artırır. Bu, kreditor növbəliliyinin yekunlaşmamasına əsasdır.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə, “Banklar Haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə, Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 399.3. 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2014-cü il 24 dekabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 739.1, 385.1, 449.1, 449.4, 445.7, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci madd əsinə, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6-cı maddəsinə istinad etmişdir.
12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, tərəflər arasında 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 12 faiz olmaqla 2.402.401 manat kredit verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Həmçinin tərəflər arasında 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 4 faiz olmaqla 1.720,834 manat kredit verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilələrin təmini üsulu kimi cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsi nə, X1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahələrinin ipoteka qoyulmasına dair ipoteka müqaviləsi imzalanmışdır. Sonradan iddiaçı cavabdeh qismində cavabdehə və digər cavabdehlər X3, X1 qarşı 1781/15 nömrəli kredit müqaviləsi 185.341,50 manat borcun, 33.439,85 manat faiz borcun, 17.48,52 manat dəbbə pulu olmaqla, cəmi olaraq 220.529,87 manat borcun, 1782/15 nömrəli müqaviləyə əsasən 1.520.409,92 manat əsas, 46.846,05 manat faiz borcu olmaqla, ümumilikdə 1.567.255,97 manat borcun ümumilikdə iki müqaviləyə görə 1.705.751,42 manat əsas borcu, 80.285,90 manat faiz borcu, 17.48,52 manat dəbbə pulu olmaqla, cəmi 1.787.785, 84 manat borcun iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş dövlət rüsumunun tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş kimi cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, X1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahələrinə yönəldilməsinə dair 2018-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2018-ci il 16 may tarixli, 2(005)-333/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 1781/15 nömrəli kredit müqaviləsi üzrə 155.341,5 manat əsas borcun, 49.644,07 manat faiz borcunun, 1.748, 53 manat dəbbə pulu olmaqla, cəmi 206.734,09 manat borcun, 1782/15 müqaviləyə əsasən isə 1.520.409,92 manat əsas, 84.296,19 manat faiz cəmi olaraq 160.706,11 manat borcun ümumilikdə iki müqaviləyə görə 1.675.751,42 manat əsas, 133.940,26 manat faiz, 17.48,52 manat dəbbə pulu olmaqla, cəmi 1.811.440,2 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat tələbin tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, X1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahələrinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli, 2 (103)-551/2021 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-187/2022 nömrəli, 2022-ci il 17 yanvar tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 551/2021 nömrəli 2021-ci il 5 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə minərək icraya yönəldilmişdir və hazırda Abşeron rayon İcra və Probasiya şöbəsində icraatdadır. İddiaçı tərəfindən 2018-ci il 26 aprel tarixdən 2019-cu il 23 sentyabr tarixinə qədər hesablanmış hər iki müqavilə üzrə faiz məbləğinin iddia müddəti bitmişdir. Belə ki, 2019-cu il 23 fevral tarixdə kredit müqaviləsinin müddəti bitmişdir. 2019-cu il 23 fevral tarixdə müddət bitmiş və həmin vaxtdan iddia müddətinin axımı başlanmış və 3 illik iddia müddəti 2022-ci il 23 fevral tarixdə bitmişdir. Ona görə də 2018-ci il 26 aprel tarixdən 2019-cu il 23 sentyabr tarixinə qeyd edilmiş faizlər tutula bilməz. Bundan başqa, bankın özü tərəfindən icranın edilməməsinə maraq göstərilmir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Məhkəmə mübahisəsi zamanı iddiaçı tərəfindən iddia həcminin artırılmasına dair ərizə verilmişdir. Məhkəmə faiz və dəbbə pulu ilə bağlı ekspertiza rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Cavabdeh olaraq əvvəlki məhkəmə iclaslarında da öz mövqelərini bildirərək, faiz dərəcəsinin çox olmasını bildirmiş, məhkəmə tərəfindən də bununla bağlı ekspertiza təyin edilmişdir. Ali Məhkəmə son olaraq faiz və dəbbə pulu ilə bağlı qərarını vermişdir. Bundan başqa, məhkəmə qətnaməsi ilə cavabdehlərdən pulun tutularaq tələbin ipo teka predmeti olan torpaq sahələrinə yönəldilməsi qət edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə cavabdeh olaraq tərəflərindən heç bir maneə yaratmamışlar. İstər köhnə, istərsə də hazırda qüvvə olan redaksiyada qanunvericilik ipoteka predmetinə tutma yönəldilməsi prosedurunu müəyyən etmiş və qanunda bu prosedurun icra məmuru tərəfindən həyata keçirilməsi təsbit olunmuşdur. Yəni ipoteka ilə təmin edilmiş öhdəlik üzrə qətnamə könüllü icra edilmirsə, tələbin ipoteka predmetinə yönəldilməsi təmin edilir. Buna görə də ipoteka ilə təmin edilmiş öhdəliyin hansı səbəbdən icra edilməməsi və ya gec icra edilməsi halı müəyyən edilmədən hərracın vaxtında keçirilməməsi, başqa sözlə ipotekaya tutma yönəldilməməsi səbəbindən qətnamənin icra olunmaması və buna görə əldən çıxmış fayda qismind ə zərərin hesablanması və zərərin ödənilməməsinin hərracı keçirmək vəzifəsini daşımayan cavabdeh kimi üzərinə qoyulması nəticəsinə də gəlmək mümkün deyildir. Cavabdeh olaraq girov qoyulmuş əmlakın hərrac vasitəsilə satılmasına əldə edilmiş məbləğin müqavilə üzrə borc və faizlərin ödənilməsinə etiraz etmir və bunun üçün icra məmuruna maneə törədilmir. Qeyd edildiyi kimi, cavabdehdən yetəri qədər gecikdirilməyə görə məhkəmə yolu ilə faizlər hesablanmış və buna dair də məhkəmə qərarı mövcuddur. Ali Məhkəmənin qərarına nəzər yetirilsə faizlərin yetəri qədər hesablanmasını görmək mümkündür. Bununla bağlıda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin rəyidə mövcuddur. Buna görə də iddiaçı tərəfindən daha yüksək məbləğdə faizlərin istənilməsi əssasızdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 yanvar tarixli, e-2-2(113)-179/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir ( hakim – Z.Axundova).
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023cü il 17 fevral tarixli, 9/628 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin 2018-ci il 26 aprel tarixə banka olan borcu əsas borc üzrə 157.341,50 manat, faiz borcu üzrə 58.776,23 manat olmaqla, 216.117,73 manat məbləğində müəyyən olunur. 2018-ci il 26 aprel tarixdən 2019-cu il 23 fevral tarixədək illik 12% dərəcəsi ilə hesablanan faiz borcu 15.576,81 manat, 2019-cu il 23 fevral tarixdən 2022-ci il 8 iyun tarixədək illik 5% ilə hesablanmış faiz borcu 25.895,79 manat təşkil edir. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin 2018-ci il 26 aprel tarixə banka olan borcu əsas borc üzrə 1.520.409,92 manat, faiz borcu üzrə 120.487,44 manat olmaqla, 1.640.897,36 manat məbləğində müəyyən olunur. 2018-ci il 26 aprel tarixdən 2019-cu il 23 fevral tarixədək illik 4% dərəcəsi ilə hesablanan faiz borcu 50.173,53 manat, 2019-cu il 23 fevral tarixdən 2022-ci il 8 iyun tarixədək illik 5% ilə hesablanmış faiz borcu 244.770,56 manat təşkil edir.
15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 mart tarixli e-2-2(113)179/2023 nömrəli qətnamə si ilə iddia təmin edilməmişdir (hakim – Z.Axundova).
16. Məhkəmə cavabdehin iddiaçıya borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı cavabdehdən 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
17. Lakin işin yuxarıda göstərilən hallarından göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili hazırkı işə məhkəmədə baxılarkən “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2015-ci il 23 fevral t arixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – 2019-cu il 23 fevral tarixədək müəyyən olunmuşdur. 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş 2018-ci il 26 fevral tarixdə, 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqaviləsi üzrə isə 2019-cu il 28 iyun tarixdə olmuşdur. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 2022-ci il 23 iyun tarixli olsa da, həmin məktubun cavabdehə göndərilməsini təsdiq edən, iş materiallarına əlavə edilmiş ƏİV seriyalı, 266128 nömrəli və ƏİV seriyalı, 266.129 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, məktubun göndərilmə tarixi 2022-ci il 13 iyul qeyd edilmişdir. "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayış 2022-ci il 22 avqust tarixdə verilmiş, iddia ərizəsi məhkəməyə 2022-ci il 27 sentyabr tarixdə daxil olmuşdur. Bununla da, sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddia tələbi rədd edilməlidir.
20. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 739, 442, 443.1, 448.1, 445.1, 445.2.1, 445.7, 372.1, 3 72.2, 373.2, 375.2, 377.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1, 35.2, 35.4.2, 32.1.9, 21.8, 29.2, 21.5, 21.6-cı maddələrinə, MPM-in 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-579/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət i təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 mart tarixli e-22(113)-179/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – M.Məmmədov və C.Yusifov).
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını MM-in 741 və 445.7-ci maddələri təşkil edir. Hazırki işdə də həmin maddənin bütün dispozisiya şərtləri mövcuddur.
24. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 17 fevral tarixli, 9/628 nömrəli ekspert rəyində qeyd olunanlara görə (bax §14) iddiaçı MM-in 741 və 445.7ci maddələrinə əsasən faiz borclarının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
25. Bununla yanaşı k ollegiya hesab etmişdir ki, iddia təmin edilə bilməz. Belə ki, tərəflər arasında 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral 1782/15 nömrəli kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – 2019-cu il 23 fevral tarixədək müəyyən olunmuşdur. 26. 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş 2018-ci il 26 fevral tarixdə, 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqaviləsi üzrə isə 2019-cu il 28 iyun tarixdə olmuşdur.
27. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 2022-ci il 23 iyun tarixli olsa da, həmin məktubun cavabdehə göndərilməsini təsdiq edən, iş materiallarına əlavə edilmiş ƏİV seriyalı, 266128 nömrəli və ƏİV seriyalı, 266129 n ömrəli kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, məktubun göndərilmə tarixi 2022ci il 13 iyul tarixi qeyd edilmişdir.
28. Göründüyü kimi iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif 2022-ci il 13 iyul tarixdə, yəni müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən hesablanmaqla 3 il 4 ay 20 gün və 3 il 15 gün keçdikdən sonra verilmişdir.
29. Beləliklə, iddiaçının iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbə blərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə borcun tutulması barədə iddia rədd edilməlidir.
30. İddia müddətinin axımının kəsilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – 2019-cu il 23 fevral tarixədək müəyyən olunmuşdur. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Buna görə də, iddiaçı birinci dəfə iddia qaldırarkən iddia müddətinin axımı hələ başlamamışdır. Hər iki kredit müqaviləsi üzrə iddia müddətinin axımı 2019-cu il 23 fevral tarixdən başlanmış, 2019-cu il 28 iyun tarixdə ödəniş olduğu üçün 1782/15 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin axımı kəsilmiş və həmin tarixdən yenidən hesablanmaya başlanmışdır. Həmin müddətlərdən hesablandıqda isə iddia müddəti ötürülmüşdür. Kollegiya izah etmişdir ki, iddianın irəli sürülməsi müddətin axımının dayandırılmasına deyil, kəsilməsinə (yəni sıfırlanaraq yenidən hesablanmasına) səbəb olur. Ona görə də, birinci işə baxılarkən müəyyənləşdirilmiş qaydada iddia qaldırması ilə iddia müddətinin axımının kəsilməsi və yalnız yekun məhkəmə aktı 2022-ci il 17 yanvar tarixində qəbul edildikdən sonra iddia müddətinin həmin tarixdən hesablanmalı olmasına dair dəlilləri tamamilə əsassızdır.
31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 377.2, 379.1.1, 379.3, 380.1, 445.7, 741-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1, 35.2, 32.4.2-ci maddələrinə, MPM-in 77.1, 10-1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
33. MM-in 377.2, 377.3, 380, 399.1, 399.3, 399.4 445.7-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd edilənlərdən göründüyü kimi bank tərəfindən müəyyələşdirilmiş qaydada cavabdehə qarşı iddia irəli sürülmüşdür. Bu da iddia mü ddətinin axımının kəsilməsinə səbəb olur və iddia müddətinin tətbiq edilməsi üçün əsas olmadığını göstərir. Yekun məhkəmə aktı 2022-ci il 17 yanvar tarixində qəbul edilmişdir və iddia müddəti həmin tarixdən hesablanmalıdır.
34. Kredit müddəti bank tərəfindən məhkəməyə müraciət edildikdən sonra bitdiyindən və borc bugünə kimi ödənilmədiyindən 2015-ci il 23 fevral tarixli 1781/15 saylı kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən (Bankın məhkəmədə sonuncu tələbinin tarixi) 2019-cu il 23 fevral tarixinədək (kredit müddətinin sonunadək) hesablanmış faiz məbləği 15.378.83 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 25 572,30 manat, c əmi 40 951,13 borc, 2015-ci il 23 fevral tarixli 1782/15 saylı kredit müqaviləsi 2018-ci il 26 aprel tarixindən (Bankın məhkəmədə sonuncu tələbinin tarixi) 2019-cu il 23 fevral tarixinədək (kredit müddətinin sonunadək) hesablanmış faiz məbləği 50.173,58 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 244.204,80 manat, cəmi 294.378,38 manat, ümumilikdə 335.329,51 manat təşkil edir.
35. Bank “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, və 2022-ci il 17 yanvar tarixində Ali Məhkəmə qərar çıxarmışdır. Bu səbəbdən iddia müddəti 202 2-ci il 17 yanvar tarixdən hesablanmalıdır.
36. Məhkəmə qətnaməsi ilə borclunun müqavilə öhdəliklərinin icrasını təqsirli şəkildə gecikdirdiyi müəyyən edilmişdir. Həmin qətnamə ilə kreditorun xeyrinə dəbbə pulunun tutulması MM-nin 465.2 və 445.7-ci maddələrinə əsasən öhdəliyin icrasının gecikdirilməsi səbəbindən dəymiş zərərə görə faizlərin tutulmasını istisna etmir.
37. Kredit müqaviləsinə əsasən borclu pulu qaytarmaq öhdəliyi daşıdığı üçün ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamənin qəbul olunmasından asılı olmayaraq borclu tərəfindən öhdəliyin pozulması ondan asılı olan hallardan irəli gəlir və o, pul məbləğinin gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən məsuliyyət daşıyır.
38. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən bank Nərimanov Rayon Məhkəməsinə kre dit müddəti (annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılmasımüddəti) bitmədən, yəni iddia müddəti başlamadan müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, iddia tələbinin hüquqi əsası MM-in 445.7 maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğin ödənilməsi barədə tələb üzrə iddia müddəti: 1) kredit müddəti bitdikdən sonra yaranır və əsas borc üzrə öhdəlik icra edilənədək davam edir (qeyd edilən borc hətta 10 il ərzində borc tam qaytarılana kimi yarana bilir), əksi olduğu təqdirdə iddiaçı hər 3 ildən bir iddia verərək həmin vaxta yaranmış illik 5 faiz məbləğin ödənilməsini tələb etməlidir bu isə mümkünsüz və prosessual qənaət prinsipinə ziddir; 2) və ya iddia müddətinin axımının başlanğıcı müqavilə əsas borcun t utulması ilə bağlı qətnamə qanuni qüvvəsini aldığı andan yaranır və öhdəliklər icra edilən andan qurtarır. Bu həmçinin, məhkəmə qətnaməsinin icra edilməməsindən sonrakı dövrü də əhatə edir.
39. Apellyasiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli qərarındakı hüquqi mövqeyə uyğun olmamışdır. Hazırki şikayəti verməkdə bankın məqsədi ümumiləşmiş məhkəmə təcrübəsi vahidliyinin yaranmasına əsas olmaqdır. Belə ki, məhkəmə təcrübəsində bu kimi hallarda, iddia müddətinin tətbiq olunmasına dair müxtəlif yanaşmalar mövcuddur. Apellyasiya instansiyası iddia müddəti tətbiq edərkən, müddəti kredit müqaviləsinin bitdiyi tarixdən hesablamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, bank təkcə müqavilə müddəti ərzindəki faizi deyil, müqavilə müddəti bitdikdən sonrakı illik 5% ilə hesablanan əldən çıxmış faydanı da tələb edir. 5%-in hesablanması müqavilə müddəti ilə şərtləndirilməyib.
40. MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh təşkilat hal-hazırda da kredit üzrə öhdəliklərini yerinə yetirmir. Qanunvericiliyin tələblərindən də görünür ki, öhdəliklər yerinə yetirilmədiyi müddətdə bank cavabdehdən icranın gecikdirilməsi üçün illik 5% ilə hesablanan əldən çıxmış faydanı tələb edə bilər. İddiaçı qeyd edir ki, bu hissədə iddia müddəti tətbiq edilə bilməzdi. Çünki yekun məhkəmə qərarından sonra da cavabdeh öhdəliklərini yerinə yetirməmişdir.
41. Bundan başqa, MM-in 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuit et (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli qərarında da göstərilən hallar öz əksini tapmışdır.
42. Kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur.
43. Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödə nilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz.
44. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
45. İş materiallarından da görünür ki, yekun məhkəmə aktı qəbul olunsa da cavabdeh tərəfindən könüllü icra həyata keçirilməmişdir. Konstitusiya Məhkəməsinin hazırkı qərarında öhdəliyin borclu tərəfindən icra olunmuş hesab olunması üçün məhkəmə qərarını n icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermə ilə şərtləndirmişdir. Bu halda borclu girov əmlakı tələbkara könüllü təhvil verməmiş, bununla da üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmışdır.
46. İddiaçı qeyd etmişdir ki, bank cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə kredit müqaviləsi üzrə müddət bitməmiş müraciət etmişdir. Bu o deməkdir ki, iddia müddətinin axımı başlamamışdır. Əgər iddia müddətinin axımı başlamamışdırsa başlamayan iddia müddətinin axımını hər hansı hərəkət kəsə bilməzdi. İddia müddətinin axımı başlamadığına görə, onun tətbiq olunması da mümkün deyildir. Həmçinin, bankın davam edən məhkəmə prosesləri nəticəsində yenidən belə bir tələb irəli sürmək imkanı olmamışdır, yəni prosessual cəhətdən həmin müddətdə tələbin artırılması və ya yeni bir iddia irəli sürülməsi mümkün olmamışdır. Yalnız Ali Məhkəmənin yekun məhkəmə aktından sonra, qərar icra olunmadığına görə bank yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə, məhkəmənin davam etdiyi müddətdə belə bir iddianın verilməsi ağlabatan deyildir. Çünki bank öz iddia ərizəsində, ilkin iddiadan sonra yaranmış faiz borcunu və əldən çıxmış faydanı hesablayaraq məhkəməyə müraciət etmişdir. İş materiallarından da görünür ki, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən qəsdən yayınmışdır ki, bu da banka əlavə ziyanın vurulmasına səbəb olmuşdur. Qərar üzrə borcun cavabdeh tərəfindən banka tam ödənilmədiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin başa çatmamasına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmamışdır. Qeyd edilənlər birinci instansiya və apellyasiya icraatı zamanı iddiaçı tərəfindən bildirilsə də, apellyasiya instansiyası tərəfindən münasibət bildirilməmişdir. Bu səbəbdən vahid məhkəmə təcrübəsinin yaranması üçün aşağıdakı hallara diqqət yetirilməsinin vacib olduğunu iddiaçı qeyd etmişdir. Bu halda iddia müddəti yekun məhkəmə aktından ya kredit müqaviləsinin bitdiyi tarixdən hesablanmalı olduğunun müəyyən edilmədiyi göstərilmişdir. Bundan başqa əldən çıxmış fayda olaraq MM-in 445.7ci maddəsi ilə müəyyən edilmiş illik 5 %-in hesablanmasına iddia müddətinin tətbiq olunma sı, olunduğu halda hansı tarixdən tətbiq olunması müəyyən edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
48. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi fak tiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.2. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətini n axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;... 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası))....” "Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “ Maddə
741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.”
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 42 3.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir."Məh kəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449- cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” "Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-579/2023 nömrəli qətnaməsi qismən – cavabdehdən 2015-ci il 23 fevral tarixli 1781/15 və 1782/15 saylı kredit müqavilələrinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış, ilk müqavilə üzrə 25.572,30 manat, ikinci müqavilə üzrə 244.204,80 manat faiz məbləğləri nin tutulması barədə iddia tələbinin təmin olunmadığı hissələrdə ləğv edilərək, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.
54. İddia tələbini təmin etməyən məhkəmələr ona istinad etmişlər ki, tərəflər arasında 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral 1782/15 nömrəli kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – 2019-cu il 23 fevral tarixədək müəyyən olunmuş, 1781/15 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş 2018-ci il 26 fevral tarixdə, 1782/15 nömrəli kredit müqaviləsi üzrə isə sonuncu ödəniş 2019-cu il 28 iyun tarixdə olmuş, iddiaçı iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmiş, məhkəməyə, cavabdeh tərəfindən müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən sonra ödənişlərin aparıldığını təsdiq edən, iddiaçı tərəfindən isə iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutlar təqdim edilməmiş, beləliklə, hazırkı işdə iddia müddəti axımının dayandırılması və kəsilməsi hallar müəyyən olunmamış, cavabdeh tərəfindən isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verilmişdir.
55. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hər iki kredit müqavilələri üzrə razılaşdırılmış faiz borclarının tutulmasının rədd edilməsi hissəsində məhkəmələrin gəldiyi nəticə ilə razılaşsa da, kredit müqavilələrinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına ə sasən MM-nin 445.7-ci maddəsinə uyğun olaraq (illik 5 %) hesablanmış faiz borclarının təmin edilməməsi hissəsində apelyasiya məhkəməsinin qətnaməsini qanunsuz hesab edir.
56. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 2022-ci il 23 iyun tarixli olsa da, həmin məktubun cavabdehə göndərilməsini təsdiq edən, iş materiallarına əlavə edilmiş ƏİV seriyalı, 266128 nömrəli və ƏİV seriyalı, 266129 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzlərindən məktubun göndərilmə tarixinin 2022-ci il 13 iyul tarixi olduğu görünür. Beləliklə, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif 2022-ci il 13 iyul tarixdə, yəni müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən hesablanmaqla 3 il 4 ay 20 gün və 3 il 15 gün keçdikdən sonra verilmiş, iddiaçının iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, bununla da hazırkı işdə iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən 2019-cu il 23 fevral tarixinədək (mü qavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15.378,83 manat, eyni tarixli 1782/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən xx.xx.2019cu il tarixinədək hesablanmış 50.173,58 manat faiz məbləğinin tutulması hissəsində məhkəmələrin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və bu hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
57. Bununla belə iş materiallarındakı cavabdehin iddiaya etirazından görünür ki, cavabdeh hər iki müqavilə üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək hesablanmış faiz məbləğləri üzrə iddia müddətinin ötürüldüyünü qeyd etmiş, bu dəlilini də onunla əsaslandırmışdır ki, 23 02.2019-cu il tarixdə həmin kredit müqavilələrinin müddəti bitmiş, həmin müqavilələr üzrə üç illik iddia müddəti xx.xx.2022-ci ildə bitdiyinə görə xx. xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanmış müqavilə faizləri tutula bilməz.
58. Beləliklə, cavabdeh ayrıca ərizə verməsə də, iddiaya yazılı etirazında yalnız kredit müqavilələri üzrə hesablanmış faiz məbləğlərinə münasibətdə iddia müddətinin tətbiq edilərək, iddia tələbinin həmin hissələrdə rədd edilməsini xahiş etmişdir. İşə baxmış məhkəmələr isə cavabdeh bunu xahiş etmədiyi halda, iddia tələbinin bütün hissələrinə münasibətdə iddia müddətini tətbiq edərək iddia tələbini tamamilə rədd etmişlər. Halbuki cavabdeh iddia tələbinin, kredit müqavilələrinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən MM-nin 445.7-ci maddəsinə uyğun olaraq (illik 5 %) hesablanmış faiz borclarının tutulması hissəsinin, iddia müddəti keçdiy i əsası ilə deyil, digər əsaslarla təmin edilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmələr cavabdehin buna dair iddia müddətinin tətbiq edilməsi barədə müraciəti (yazılı ərizəsi) olmadığı halda iddia tələbinin həmin hissəsini də iddia müddəti tətbiq edərək rədd etməklə MM-nin 375.2-ci maddəsinin tətbiqində səhvə yol vermişdir.
59. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, öhdəliklərin icrasının xitam edilməsinin əsas yolu öhdəliklərin icra olunmasıdır. MM-in 528-ci maddəsində öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur. MM-in 399.3 və 399.4-cü maddələrinin tələblərinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbə b olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
60. MM-in 445.7-ci maddəsinin tələbi (zamana görə qüvvədə olan redaksiyada) ondan ibarət idi ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair’ 2014-cü il 24 dekabr tarixli Qərar ında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
62. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək mü qavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MMin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. "Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək gir ov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 2009-cu il 9 iyul tarixli Qərar).
63. Məhkəmə kollegiyası yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyə t daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
64. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nət icələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.
65. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməsi üçün maneə deyildir.
66. Bununla yanaşı, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir. Ümumiyyətlə, məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, eyni zamanda ipoteka qoyulmuş əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini MM-in müvafiq olaraq 21.3 və 425-ci maddələrinin tələbləri kontekstindən də qiymətləndirməlidir.
67. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, hər hansı qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən maneçilik törədilib-törədilməməsi barədə yekun qənaətə mə hkəmə yalnız həmin qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra gələ bilər.
68. İş materiallarından da göründüyü kimi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2018-ci il 16 may tarixli, 2(005)- 333/2018 nömrəli qətnaməsi ilə iddia tələbinə uyğun olaraq cavabdeh "xxxx" MMC-dən 1781/15 və 1782/15 kredit müqavilələri üzrə müvafiq olaraq 155.341,50 manat və 1.675.751,42 manat əsas borcun, 49.644,07 manat və 133.940,26 manat faiz borclarının, 1.748,53 manat və 1.748,52 manat dəbbə pulu məbləğlərinin və dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddiaçının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumun 2014-cü il 24 dekabr tarixli Qərarına uyğun olaraq və MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi barədə hər hansı tələbi olmamış və məhkəmələr tərəfindən bu məsələyə baxılmamışdır. Həmin tələblər üzrə çıxarılmış məhkəmə qətnaməsinin icrası üzrə verilmiş icra vərəqi isə tərəflərin bildirdiklərinə əsasən İcra və Probasiya şöbəsində icra mərhələsindədir və onun icrası başa çatmamışdır.
69. Apellyasiya instansiya məhkəməsi isə iddia tələbinin rədd edilməsi barədə qətnaməni qüvvədə saxlayarkən yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarlarındakı hüquqi mövqeyini nəzərə almamış, həmin Qərarlarda formalaşdırılmış mövqeyi baxımından iddiaçının tərəflər arasında m övcud olmuş müqavilələr üzrə yaranmış əsas borclara illik 5 faiz ödənilməsi barədə tələbinə düzgün hüquqi qiymət verməmiş, bununla da MM-nin 445.7 ci maddəsinin və MPM-nin 88-ci maddəsinin tətbiqində səhvə yol vermişdir.
70. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-579/2023 nömrəli qətnaməsi qismən – cavabdehdən 2015-ci il 23 fevral tarixli 1781/15 və 1782/15 saylı kredit müqavilələrinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci i l 8 iyun tarixinə kimi hesablanmış, ilk müqavilə üzrə 25.572,30 manat, ikinci müqavilə üzrə 244.204,80 manat faiz məbləğlərinin tutulması barədə iddia tələbinin təmin olunmadığı hissələrdə ləğv edilərək, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.
71. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-579/2023 nömrəli qətnaməsi qismən – cavabdehdən 2015-ci il 23 fevral tarixli 1781/15 və 1782/15 saylı kredit müqavilələrinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 201 4-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış, ilk müqavilə üzrə 25.572,30 manat, ikinci müqavilə üzrə 244.204,80 manat faiz məbləğlərinin tutulması barədə iddia tələbinin təmin olunmadığı hissələrdə ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.