Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-140/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının nümayəndəsi x3, İddiaçının vəkili Süleymanov Türkel Hümbət oğlunun, Cavabdehin vəkili (nümayəndəsi) Nurəliyev Rəcəb Rza oğlunun iştirakları ilə, İddiaçı x1-nin cavabdeh x2-yə qarşı “sökülmüş qazanxana binasının cavabdehin vəsaiti hesabına bərpa olunması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 31 oktyabr tarixli 2-2(103)689/2018 nöm rəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının 2014-cü il 15 aprel tarixli, 159 nömrəli Sərəncamına əsasən Nizami Rayon İcra Hakimiyyətinin 2012-ci il 25 dekabr tarixli, 03/1779 saylı razılıq məktubunu və cavabdehin 2012-ci il 6 noyabr tarixli, 07 saylı müraciətini nəzərə alaraq, ünvan 1, ünvan 2, ünvan 3 və ünvan 4 küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən ikimərtəbəli binaların sökülüb, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Başı İdarəsi İstifadəyə (icarəyə) verilən torpaq sa həsinin 17/123 nömrəli Ayrıc Aktı təqdim edilmişdir. Bakı şəhəri ünvan 1 İcra Hakimiyyətinin sifarişi əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən Bakı şəhəri, ünvan 1, ünvan 2, ünvan 5, ünvan 3 və ünvan 4 küçələri ilə əhatə olunmuş məhəllədə istismar müddətini başa vurmuş yaşayış evlərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə Ərazinin TikintiPlanlaşdırma Eskizi tərtib edilərək təsdiq edilmişdir. İddiaçı 2018-ci il 20 fevral tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək ünvan 1, ünvan 4 ünvanında yerləşən ona məxsus 277 saylı qazanxananın bərpa olunmasını xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ər izəsi ilə müraciət edərək ünvan 1, ünvan 4 ünvanında yerləşən və hal hazırda konservasiya olunan ASC-yə məxsus, cavabdeh tərəfindən sökülmüş 277 saylı qazanxananın MMC-nin vəsaiti hesabına bərpa olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və tərkibinə daxil olan strukturlar vasitəsilə istilik enerjisinin istehsalı, ötürülməsi paylanması satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı oby ektlərin istilik təchizatını həyata keçirir. Cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 saylı Fərmanının tələblərindən irəli gələn vəzifələrin, o cümlədən cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması və dövlət əmlakından sui-istifadə hallarının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu vəzifələrin icrası ilə bağlı Bakı şəhərində və respublikanın regionlarında əhəmiyyətli işlər görülmüş, Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması, hər hansı bir müdaxiləy ə qarşı dərhal mövcud qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilir. Bakı şəhəri, ünvan 1, ünvan 4 ünvanında yerləşən və hal hazırda konservasiya olunan x1 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin balansında olan 277 saylı qazanxana ASC-yə hər hansı bır xəbərdarlıq olunmadan cavabdeh tərəfindən sökülmüşdür. Hansı ki, qeyd olunan qazanxananın yaxın gələcəkdə ətrafda yerləşən yaşayış binalarına və digər sosial obyektlərin istilik enerjisi ilə təchiz olunması üçün rekonstruksiya olunaraq istismara buraxılması nəzərdə tutulmuşdur. İddiaçıya məxsus qazanxananın cavabdeh tərəfindən sökülməsi faktı Əmlak Məsələləri Dövlət Komitəsinin və Cəmiyyətin əməkdaşları tərəfindən 2018-ci il 18 fevral tarixində tərtib olunmuş aktla öz təsdiqini tapmışdır. Cavabdehə iddiaçı tərəfindən 2018-ci il 20 fevral tarixində Cəmiyyətə məxsus sökülmüş qazanxana binasının təcili bərpa olunaraq məlumat verilməsi barədə müraciət edilməsinə baxmayaraq, MMC məktubu qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 iyun tarixli 2-2(82)-369/2018 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1, ünvan 3 və ünvan 5 küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən Ərazinin Tikinti-Planlaşdırma Eskizi tərtib edildiyindən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ərazinin tikinti-planlaşdırma eskizi tərtib edilməklə Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırıldığından və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 2017-ci il 21 sentyabr tarixli, 1-1/219 saylı Sərəncamına əsasən həyata keçirildiyindən, cavabdehin hərəkətləri qanuni olmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 31 oktyabr tarixli 2-2(103)-689/2018 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, ünvan 1, ünvan 4 ünvanında yerləşən və hal hazırda konservasiya olunan iddiaçıya məxsus, cavabdeh tərəfindən sökülmüş 277 saylı qazanxananın MMC-nin vəsaiti hesabına bərpa olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı dövlət müəssisəsi olaraq, onun mülkiyyətində 2007-ci il 1 noyabr tarixdə kubik daşından tikilmiş, sahəsi 99,20 kv.m təşkil edən qazanxana cavabdeh tərəfindən sökülmüş, tikilinin altında olan dövlət torpağını istifadəsinə almış cavabdeh torpağın alınması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmiş, torpağın alınması barədə təklif hazırlamamış, zəruri olan bütün məlumatları toplamamış və məlumatların toplanması üçün birgə işlənməsi barədə müvafiq icra hakim iyyəti orqanına müraciət etməmiş, nəticədə, iddiaçının mülkiyyət hüquqlarına zərər dəymişdir. Həmçinin, tələb olunan torpaq və üstündə olan tikilinin alınması üçün mülkiyyətçi ilə razılıq əldə etməmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci ma ddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş heç bir sənəd və ya digər sübutla məhz cavabdeh tərəfindən sözügedən qazanxananın sökülməsi faktı təsdiq olunmur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib və təqdim edilmiş 2018-ci il 18 fevral tarixli Aktda göstərilir: x2-nin tikinti işləri aparılan əraziyə baxış keçirilən zaman fəaliyyət göstərməyən qalıq dəyəri 1.249,81 manat təşkil edən, tikinti altı sahəsi 99.2 kv.m olan Q/x277 saylı 1 mərtəbəli qazanxana binası sökülüb”. Göründüyü kimi, iddiaçı özü qazanxananın konkret olaraq kim, o cümlədən də cavabdeh tərəfindən söküldüyünü göstərə bilmir. Həmin aktda etdiyi qeyd-şərhdə cavabdehin nümayəndəsi göstərir ki, qazanxana MM C tərəfindən sökülməyib. Eyni fikri, cavabdehin nümayəndəsi həm birinci və həm də ikinci instansiya məhkəmələrində işə baxılarkən də təsdiq etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Şikayət əsalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qan uni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 157.4, 1096.1, 1097.1 və 1115-ci maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad etmiş, hazırkı mübahisəyə həmin normaları tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi apellyasiya instansiyası məhkəməsinin əsaslandığı normalara deyil, MM-in 165.1. 180.3, 240.1, 240.3, 239.2-ci maddələrinə və həmin maddələrdə nəzərdə tutulmuş hallara istinad etməklə iddianın təmin olunmasını tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi də işin faktiki hallarını məhz iddia tələbinə, iddia tələbində istinad edilən normaların dispozisiya şərtlərinə uyğun araşdırmalı və qiymətləndirməli idi. Əgər məhkəmə iddiaçının istinad etdiyi normaların hazırkı mübahisəyə aid olmadığını və iddiaçının həmin normalara istinadını yanlış hesab edirsə, o, bunu qətnamədə əsaslandırmalıdır. MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. MPM-in 372.3-cü maddəsinə əsasən, tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdiklə ri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Normaların tələbindən göründüyü kimi, iddianın əsasını dəyişmək hüququ həmin iddianı irəli sürmüş tərəfə məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsinin əsası kimi qətnamədə istinad edilən əsaslardan çıxış edən apellyasiya instansiyası məhkəməsi iddianın əsaslılığına dair gəldiyi nəticəni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə deyil, yuxarıda qeyd olunduğu kimi, iddiada bilavasitə istinad edilən faktiki və hüquqi əsaslardan çıxış edərək, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olduğu halda, bunu etməmişdır. Yuxarıda istinad edilən prosessual normaların tələbləri pozulduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 31 oktyabr tarixli 2-2(103)-689/2018 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-140/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-140/2019
17.04.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver