Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-140/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi 11.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 iyun tarixli 2-2(103)-314/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il 8 yanvar tarixli A/005-18 saylı alqı-satqı m üqaviləsi üzrə yaranmış 141.842 manat məbləğində borc pulun, 104.108,80 manat cərimə məbləğinin və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 28 mart tarixli 2-2(81)- 274/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 141.842 manat məbləğində borc, 14.184 manat məbləğində cərimə, ümumilikdə 156.026 manatın tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – A.Oruczadə).
3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, cavabdeh qismində X1-in cəlb edilməsi, 20 18-ci il 8 yanvar tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 iyun tarixli 2-2(103)-314/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 28 mart tarixli 2-2(81)-274/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
5. Həmin qətnamə 2020-ci il 22 iyun tarixində tərəflərə göndərilmişdir.
6. Cavabdeh 2020-ci il 28 dekabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qa ytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
7. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
8. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.
9. İşin materiallarından (səh.309) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2020-ci il 17 iyun tarixli 2-2(103)-314/2020 saylı qətnaməsinin surəti 2020-ci il 22 iyun tarixli məktubla cavabdehin apellyasiya şikayətində qeyd olunan ünvana göndərilmişdir.
10. Apellyasiya şikayətində (səh.175) cavabdehin təsisçisi və müdiri X 2 ünvanı ünvan 2 qeyd edilmişdir.
11. Halbuki qətnamənin surəti ünvan 2-yə göndərilmiş, məktubda və zərfin üzərində mənzilin nömrəsi qeyd edilməmişdir.
12. Nəticədə işdə olan 2020-ci il 8 iyul tarixli poçt qəbzindən (səh.311) görünür ki, həmin məktub ünvanın düzgün olmaması səbəbindən geri qaytarılmışdır.
13. Bununla da qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilib-edilməməsi, təqdim edilmişdirsə, hansı tarixdə təqdim edilməsi işin materiallarından görünmür. 14. 2020-ci il 28 dekabr tarixində daxil olmuş kassasiya şikayətində qeyd e dilmişdir ki, qətnamə cavabdeh tərəfindən 2020-ci il 26 oktyabr tarixində əldə edilmişdir.
15. İşin materiallarında müvafiq sənədlər olmadığından, hazırkı iş üzrə kassasiya şikayətinin verilməsi müddətinin ötürülüb-otürülməməsi məlum olmur.
16. MPM-nin 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün 2 aylıq müddət müəyyən edilmişdir (bax yuxarıda §7).
17. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 iyun tarixli 2-2(103)-314/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin MPM- nin 411-ci maddəsinə (bax yuxarıda §7) uyğun olaraq, icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.
18. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 405 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 iyun tarixli 2-2(103)-314/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.