Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-140/2023 04.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka pre dmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Cavabdeh3 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 oktyabr tarixli 2-2(104)-206/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ 1. 2015-ci il 20 may tarixli, 12-SKMF-1-0-340-15 nömrəli əsas kredit müqaviləsinə əsasən borcverən-"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 16.800 manat məbləğində, 72 ay müddətinə kredit limiti ayrılmışdır. 2. 2015-ci il 21 may tarixli, 12-SKMF-1-0-340-15 nömrəli əlavə kredit müqaviləsinə əsasən borcverən-"xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh1 12.000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan-Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesabl anmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 3. 2015-ci il 20 may tarixli, 12-SKMF-1-0-340-15 nömrəli ipoteka müqaviləsinə əsasən 2015-ci il 20 may tarixli, 12-SKMF-1-0-340-15 nömrəli əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 128 kv.metr ümumi, 75,1 kv.metr yaşayış, 52.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir.
4. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 128 kv.metr ümumi, 75,1 kv.metr yaşayış, 52.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0. 19 ha torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir.
5. Bərdə rayon İcra Hakimiyyəti başçısı Bəcirəvan kənd İnzibati Ərazi üzrə nümayəndəliyinin 2015-ci il 19 may tarixli 227 №-li arayışından görünür ki, Cavabdeh1 məxsus Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 128 kv.metr ümumi, 75,1 kv.metr yaşayış, 52.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evində Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatdadılar. 6. 2021-ci il 17 fevral tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 7. 2021-ci il 29 mart tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 2015ci il 21 may tarixli, 12-SKMF-1-0-340-15 nömrəli əlavə kredit müqaviləsi üzrə banka 9.341,38 manat əsas, 1.280,18 manat faiz, 4.077,04 manat cərimə və kredit müqaviləsi üzrə 2018-ci il 30 may tarixindən 2021-ci il 29 mart tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.328,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16.027,1 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra birlikdə “cavabdehlər” və ya “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”, “Cavabdeh4”, “Cavabdeh5”) qarşı iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 iddiaçının xeyrinə 2015-ci il 21 may tarixli kredit müqaviləsi üzrə 9.341,38 manat əsas, 1.280,18 manat faiz va 4.077,04 manat cərimə bo rcu, kredit müqaviləsi üzrə 2018-ci il 30 may tarixindən 2021-ci il 29 mart tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 1.328,5 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16.027,1 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinin daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdehlərin mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 128 kv.metr ümumi, 75,1 kv.metr yaşayış, 52.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.19 ha torpaq sahəsinə (bundan sonra-“fərdi yaşayış evi və torpaq sahəsi”) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun fərdi yaşayış evi və torpaq sahəsi ilə birlikd ə hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evinə və torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 20 may tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin ‘‘Bərdə” filialından illik 6 %-lə 72 ay müddətinə 16.800 manat məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 21 may tarix li kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 36 ay müddətinə 12.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, cavabdehlərin mülkiyyətindəki fərdi yaşayış evi və torpaq sahəsi 2015-ci il 20 may tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il 29 mart tarixinədək Cavabdeh1 2015-ci il 21 may tarixli kredit müqaviləsi üzrə banka 9.341,38 manat əsas, 1.280,18 manat faiz, 4.077,04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14.698,6 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə da ir cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. 2021-ci il 29 mart tarixli maliyyə arayışına əsasən Cavabdeh1 2015-ci il 21 may tarixli kredit müqaviləsi üzrə banka 9.341,38 manat əsas, 1.280,18 manat faiz, 4.077,04 manat cərimə və kredit müqaviləsi üzrə 2018-ci il 30 may tarixindən 2021-ci il 29 mart tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.328,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16.027,1 manat borcu vardır. 2015-ci il 21 may tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəli klər lazımı qaydada yerinə yetirilməmişdir.
10. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“Mülki Məcəllə”) 21, 317.1, 425, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 465.2, 501, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İpoteka haqqında Qanun”) 4, 34.1.1, 39.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun(bundan sonra-“KMP”) Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarına istinad edilmişdir.
11. Cavabdeh3 məhkəmə vəsatətlə müraciət edərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
12. Bərdə rayon Məhkəməsinin 2021-ci il 24 may tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlı q ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir (hakim-Ə.Kərimov).
13. Həmin qərardadın icrası qaydasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2021-ci il 5 iyul tarixli, 9/4008 nömrəli ekspertiza rəyində 2015-ci il 21 may tarixli kredit müqaviləsi üzrə 2018-ci il 30 may tarixinə əsas borcun 9.343,62 manat, faiz borcu üzrə 327,98 manat olduğu göstərilmişdir.
14. Bərdə rayon Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli 2(021)-1631/2021 saylı qərardadı ilə hazırki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim - Ə.Kərimov).
15. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 21 fevral tarixli 2-2(115)-169/2022 saylı qərardadı ilə iş üz rə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir (hakim K.Vəliyev). 16. "xxxx" MMC-nin 2022-ci il 23 may tarixli, 02-38/22 nömrəli ekspert rəyində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyərinin 36.000 manat, likvid dəyərinin isə 25.000 manat olduğu qeyd edilmişdir.
17. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 14 iyul tarixli, 2-2(115)-169/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 2015-ci il 21 may tarixli kredit müqaviləsi üzrə 9.341,38 manat əsas borc, 327,98 manat faiz, 300 manat cərimə, kredit müqaviləsi üzrə 2018-ci il 30 may tarixindən 2021-ci il 29 mart tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.328,50 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.297,86 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi; -Borc tələbi likvid dəyəri 25.000 manat olan ipoteka qoyulmuş cavabdehlərə məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi; -İpoteka qoyulmuş əmlaka tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması, İş üzrə 250 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq „Məhkəmə Ekspertzası Xidmətləri“ MMC-yə ödənilməsi, iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin h esabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim K.Vəliyev).
18. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 12.000 manat məbləğində kredit verilmiş, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilmış, lakin cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
19. İddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsinə Mülki Məcəllənin 462.1,463 və 466-cı maddələrinin tələbləri baxımından qiymət verərək göstərmişdir ki, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdi rmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zə rərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir.
20. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab etmişdir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 300(üç yüz) manat məbləğində tutulmalıdır.
21. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmə diyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilmişdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır.
22. Fərdi yaşayış evinin boşaldıldıqdan sonra iddiaçıya təhvil verilməsi barədə qeyd edilmişdir ki, evi təhvil almaq hüququ olan şəxsin bəlli olması hərracın nəticələrindən sonra məlum olan bir məsələdir. Həmin şəxs bank olmaya da bilər. Odur ki, tələbin həmin hissəsi də əsaslı sayılmamışdır.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 10-1.3, 319.1, 385.1, 386.1, 421.1, 421.2, 424.2, 442, 443.1, 445.1, 448.1, 449.1 449.3, 460.1, 462.1, 462.3, 463, 465.1, 465.2, 467ci, İpote ka haqqında qanunun 34, 59.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“Mülki Prosessual Məcəllə”) 14.2, 77.1, 119.1, 124.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 oktyabr tarixli 2-2(104)-206/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər A.Bayramov və A.İsgə ndərova).
26. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2015-ci il 21 may tarixli, 12-SKMF-1-0-340-15 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 illik 6% ödəmək şərti ilə 36 ay müddətinə 12.000 manat məbləğində kredit verilmişdir. Kredit borcunun qaytarılmasının təminatı kimi cavabdehlərin mülkiyyətində olan, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 3 otaqlı, 128 kv.m ümumi, 75,1 kv.m yaşayış, 52,9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,19 torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi icra edib razılaşdırılmış məbləğdə pul vəsaitini borc alan cavabdehə vermiş olsa da, sonuncu öhdəliyini lazımi qaydada icra etməmişdir. İddia ərizəsinə görə 9.341,38 manat əsas, 1280,18 manat faiz borcu, iş üzrə verilmiş ekspert rəyinə görə isə 9.343,62 manat əsas, 327,98 manat faiz borcu yaranmışdır.
27. Məhkəmə Mülki Məcəllənin 385.1, 442,445.1, 445.2, 448.1, 448.2 və 739-cu maddələrinə istinadla göstərmişdir ki, mülki qanunvericiliyin qeyd olunan normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir.
28. İddia ərizəsindən görünür ki, iddiaçı əsas borca görə 1.280,18 manat faiz borcunun ödənilməsini xahiş etmiş, təyin olunmuş ekspertiza rəyi ilə cavabdehin həmin müqavilə üzrə əsas borca hesablanmış faiz borcunun 327.98 manat təşkil etdiyi müəyyən edilmiş, məhkəmə də iddia tələbini faiz borcu hissəsində qeyd olunan məbləğdə təmin etmiş, iddiaçı isə həmin xüsusatı m übahisələndirməmişdir. Odur ki, məhkəmə həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
29. Cavabdehin razılaşmadığı hallardan biri cərimənin yüksək hesablanmasıdır. Halbuki işdən göründüyü kimi cavabdeh müqavilə şərtini pozaraq öhdəliyi lazımi qaydada icra etməmişdir. Ona görə də iddiaçı 4.077,08 manat miqdarında cərimənin ödənilməsini xahiş etmiş, işə baxmış birinci instansiya məhkəməsi haqlı olaraq həmin məbləği tənasübsüz surətdə yüksək məbləğ hesab edərək azaltmış və ödənilməsi üçün cəmi 300 manat saxlamışdır. Odur ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
30. Məhkəmə iddianın tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissəsinə Mülki Məcəllənin 317.1, 319.1, 319.6-cı maddələrinin, eləcə də “İpoteka haqqında” Qanunun 34, 36, 39.3, 59.3-cü maddə lərinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
31. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə təyin etmiş və ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 25.000 manat həddində olduğu müəyyən edilmişdir. Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin aşağı olduğunu göstərmiş olsa da, lakin həmin əmlakın qiymətinin daha artıq olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
32. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qə bul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
33. Mülki Məcəllənin 425.1, 425.2-ci maddələri pozulmuşdur- iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil. Belə ki, ipoteka predmetinin bazar dəyəri 36.000 manat, likvid dəyəri isə 25.000 manat kimi qeyd edilmişdir. Qətnamə qəbul edilərkən evin likvid qiyməti 25.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetinin dəyəri qiymətindən qat-qat aşağı qiymətləndirilmişdir. Evin qiyməti 60.000 manat məbləğindən yuxarı olmağına baxmayaraq az dəyərləndirilmişdir. Qiymətləndirici ekspertlər yerində evə və evin yerləşdiyi torpaq sahəsinə baxış keçirilmədən vizual qiymət qoyulmuşdur ki, bunu əsaslı hesab etmək olmaz. İşə baxan məhkəmələr i şin materiallarında olan ekspert rəylərini və digər sənədləri mötəbər sübut kimi qiymətləndirərək qətnamə qəbul etmişlər.
34. «İpoteka haqqında» Qanunun 59-cu maddəsi pozulmuşdur-Ev hərracda satıldıqdan sonra yaşayış sahəsindən çıxarma yeni mülkiyyətçiyə aid hüquq olduğundan, mülkiyyət hüququ olmayan və yaşayış sahəsindən çıxarmaq üçün heç bir subyektiv hüquqa malik olmayan bankın tələbi üzrə həmin mübahisə həll oluna bilməz. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evdən və həyətyanı torpaq sahəsindən çıxarılmaları barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Gəncə Apellyasiya məhkəməsi mübahisəyə “İpoteka haqqında" Qanununun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddələri yanlış təfsir edərək apellyasiya şikayətini təmin etməmişdir.
35. Kassator keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı deyil. Müqavilə üzrə hesablanmış əsas, cərimə və faiz borcları həddən artıq hesablanmışdır. Banka olan borcun çox hissəsi ödənilmişdir.
36. Mülki Prosessual Məcəllənin 88, 106, 218.3-cü maddələrinin mətnləri qeyd olunmaqla, kassator hesab edir ki, həmin maddələrin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələbl ərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır(MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərb aycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbs a, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nət icələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyi nin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.... 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğd ən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər....” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilə nin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquq u varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
42. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 34.İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;...” “Maddə 36.İpoteka predmetinə tutmanın yönəldilməsi qaydas ı 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır....” "Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …” “Maddə 59.İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi … 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nətic ələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).
45. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı)
46. Məhkəmə kollegiyası Cavabdeh3 kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
47. Kassasiya şikayətinin hazırki qərarın 33-cü bəndində göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri üzrə apellyasiya məhkəməsinin hazırkı qərarın 31-ci bəndində əks edilən mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ona məxsus fərdi yaşayış evinin qiymətinin baha olmasını göstərsə də, bununla bağlı zəruri sübutları təqdim etməklə, iş üzrə ipoteka predmetinin təkrar qiymətləndirilməsi ü çün əsaslandırılmış vəsatəti işə mahiyyəti üzrə baxılarkən təqdim etməmişdir.
48. Kassasiya şikayətinin hazırki qərarın 34-cü bəndində göstərilən dəlili üzrə qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur.
49. Baxılan iş üzrə tərəflər arasında mübahisəli ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə dəyişi klik edilənədək, 2015-ci il 20 may tarixində bağlanmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehlərin ipoteka predmeti olan yaşayış evlərindən məcburi qaydada çıxarılmasına dair tələbə baxaraq, iddianı həmin hissədə təmin etməsi “İpoteka haqqında” Qanunun 59.3-cü və 59.4-cü maddəsinin (2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasının) tələbinə uyğun olmuşdur.
50. Kassasiya şikayətinin hazırki qərarın 35-cü bəndində göstərilən dəlili üzrə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və pro sessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
51. Qeyd olunmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.
52. Bu baxımdan Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələri nin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki,, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
54. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edil məsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasınən 2022-ci il 19 oktyabr tarixli, 2-2(104)-206/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov E.Y.Şamayev