Məhkəmə qərarları › İş №2-2(102)-142/2017

Ali Məhkəmə Qərar — İş №2-2(102)-142/2017

28.03.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-142/2017 28.03.2017 ALİ MƏHKƏMƏ İş 2-2(102)-142/2017 Azərbaycan Respublikası adından QƏRAR 28 mart 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı vəkili X1, Cavabdeh-nin səhmdarları X13, X10, X14, X2, X11, X4 (bundan sonra səhmdarlar) və vəkilləri X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh-yə (bundan sonra cavabdeh) qarşı “cavabdehdən 86.252.284,49 manat kredit borcunun tutulması, borc tələbinin cavabdehin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0.75469 ha torpaq sahəsi və onun üzərində yerləşən cavabdehə məxsus ümumi sahəsi 26536.5 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə və həmin müəssisəyə aid cavabdehə məxsus daşınar əmlaklara yönəldilməsi və cavabdehin qeyd edilən əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin, Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi, Fövqəladə Hallar Nazirliyi X7 Görülməsi və X30 Dövlət Agentliyinin üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbindən yu xarıda göstərilmiş əmlakların “xxxx” MMC tərəfindən qiymətləndirilmiş cəmi 31.515.400 manat çıxdıqdan sonra, qalıq 54.736.884,49 manat borc məbləğinin cavabdehin digər əmlaklarına yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)-12/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qərardadından səhmdarların verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-2(85)-1607/2016 saylı iş) 06 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə rəsmi qaydada iddiaçı və cavabdehə göndərilmiş və qətnamə onlar tərəfindən alınmışdır. Bundan sonra cavabdehin səhmdarları X13, X3, X14 və X19 ərizə ilə məhkəməyə mür aciət edərək, iş üzrə qəbul edilmiş qətnamənin onlara təqdim edilməsini xahiş etmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən həmin ərizələrə cavab olaraq bildirilmişdir ki, iddiaçının cavabdehə qarşı iş üzrə 06 oktyabr 2016-cı il tarixdə qətnamə qəbul edilərək, rəsmi qaydada tərəflərə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər, fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Qanunun tələbindən göründüyü kimi, müraciət edən şəxslər hazırkı iş üzrə tərəf olmadığından məhkəmə qərarı onlara göndərilə bilməz. Eyni zamanda məhkəmə tərəfindən həmin şəxslərə maraqlarına toxunan məsələlərlə bağlı cavab dehə müraciət edə bilmələri izah olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Qətnamədən narazı qalan səhmdarlar apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 06 oktyabr 2016-cı il tarixli qətnamənin tamamilə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X15məruzəçi, X17 və X16, 2-2(105)-12/2017saylı iş) 09 yanvar 2017-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli qətnaməsindən səhmdarlar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Qə rardad onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qəbul edilmiş və həmin qətnamə cavabdeh səhmdar cəmiyyətin səhmdarlarının hər hansı hüquq və ya qanunla qorunan mənafeyinə toxunmadığından şikayətçilər həmin qətnamə üzrə maraqlı şəxslər hesab edilə bilməzlər. Səhmdarlar kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. kassasiya şikayətinin dəlilləri: Səhmdarlar şikayətlərini onunla əsaslandırmışlar ki, onlara 2016-cı ilin noyabr ayında məlum olmuşdur ki, cavabdeh və “xxxx” ASC arasında 2008-cı ildən 2015-cı ilədək kredit müqavilələri bağlanaraq kredit götürülmüşdür. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ciil tarixli 570 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən, iddiaçıya ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək vəzifələri yerinə yetirmək həvalə edilmişdir. Göründüyü kimi, iclas keçirilmədən, səhmdar cəmiyyətin ümumi yığıncağında müzakirə olunmadan bağlanmış kredit müqavilələrinin nəticəsində kredit müqavilələri üzrə tələb səhmlərimin təminatı olan məhkəmə qətnaməsi ilə səhmdar cəmiyyətin əmlaklarına yönəldilmişdir. Bunun nəticəsində isə səhmdarların hüquq və qanuni mənafeləri kobud şəkildə pozulmuşdur. Səhmdarlar b ildirir ki, iş üzrə maraqlı şəxs olduqlarına, iş üzrə qəbul edilmiş qətnamə birbaşa maraqlarına toxunduğuna görə hüquq və maraqlarının müdafiəsi üçün iş üzrə icraatın aparılmasına cəlb edilməlidirlər. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.4, 46, 357.1 və 357.2-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Səhmdarlardan T.Axundov və R.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. hüquqi məsələlər: Aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. İddiaçı Cavabdeh-yə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia birinci instansiya məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Qətnamədən görünür ki, cavabdeh məhkəmə iclasında iddianı qəbul etmişdir. Qətnamənin surəti iddiaçı və cavabdehə göndərilmiş və cavabdeh tərəfindən alınmış, cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə qanuni qüvvəsini alaraq icra üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Bundan sonra cavabdehin bəzi səhmdarları həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər, fiziki və hüquqi şəxslər, vəzifəli şə xslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən şəxslər həmin işdə tərəf, üçüncü şəxs, xüsusi icraat işlərində ərizəçi və maraqlı şəxs kimi iştirak etməmişlər. Bundan başqa, 03 noyabr 2008-ci ildə qeydə alınmış cavabdehin nizamnaməsinin 3.2-ci bəndinə görə cəmiyyətin səhmdarları onun öhdəlikləri üçün cavabdeh deyildir və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar. Nizamnamənin 5.1-ci maddəsinə görə cəmiyyət öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən 03 noyabr 2008-ci il tarixli çıxarışdan görünür ki, X20 cavabdehin qanuni təmsilçisi olmuşdur. İşdə olan kredit müqavilələrindən görünür ki, Ş.Musayev həmin müqavilələri nizamnaməyə əsasən cəmiyyətin idarə heyətinin sədri kimi bağlamışdır. Yəni, Ş.Musayev cəmiyyətin səhmdarlarının ümumi yığıncağının 23 sentyabr 2008-ci il tarixli 01/08 saylı protokolu ilə təsdiq edilmiş nizamnaməsinə uyğun olaraq kredit müqavilələri imzalamışdır. Bəhs olunanlara əsasən şikayətin dəlilləri əsaslı sayıla bilməz. MPM-in 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermiş Cavabdeh-nin səhmdarlarına izah edilir ki, özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə Cavabdeh-nin adından kredit müqavilələri imzalamış şəxsə qarşı əsaslandırılmış iddia ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)-12/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar