Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-143/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" LTD MMC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi, Cavabdeh4 və Mənuçehr X6 qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə haqqının ödənilməsi, müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin bərpa edilməsi, əmlakın qaytarılması, dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" LTD MMC-nin cavabdehlər Cavabdeh2 MMC, C avabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi, Cavabdeh4 və Mənuçehr X6 qarşı “icarə haqqının ödənilməsi, müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin bərpa edilməsi, əmlakın qaytarılması, dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli 2-2(103)-872/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İcarədar qismində “Aztexnika LTD" MMC ilə icarəçi qismində Cavabdeh2 MMC arasında ayrı-ayrılıqda bağlanmış 2015-ci il 18 fevral tarixli icarə müqavilələrinə əsasən, icarədar ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JG ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JG ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər biri üzrə aylıq icarə haqqı 500 manat olmaqla 10 il müddətinə icarəçiyə icarəyə vermişdir. 2. “Aztexnika LTD" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən icarəyə verilmiş nəqliyyat vasitələrinin icarə haqqı üzrə Cavabdeh2 MMC-nin “Aztexnika LTD" MMC-yə 1.560.000 manat icarə ha qqı və 280.800 manat ƏDV olmaqla borcu yaranmışdır. 3. 2019-cu il 6 fevral tarixli 082173 nömrəli elektron qaimədən görünür ki, “Aztexnika LTD" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilələrə əsasən ümumi dövriyyə 12.770,68 manat təşkil etmişdir. 4. 2019-cu il 2 aprel tarixli 400144 nömrəli elektron qaimədən görünür ki, “Aztexnika LTD" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilələrə əsasən ümumi dövriyyə 8127,62 manat təşkil etmişdir. 5. 2020-ci il 2 mart tarixli 072021 nömrəli elektron qaimədən görünür ki, “Aztexnika LTD" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilələrə əsasən ümumi dövriyyə 35.400 manat təşkil etmişdir. 6. “Aztexnika LTD" MMC-nin arayışında qeyd edilmişdir ki, bazar araşdırmasına əsasən 2015-2020-ci il tarixləri arasında “Volvo” markalı yəhərli dartıcıla rın aylıq ortalama icarə qiyməti 5.000 manat ekvivalent civarındadır. 7. “Aztexnika LTD" MMC tərəfindən Cavabdeh2 MMC-yə məktub ünvanlanaraq icarəyə verilmiş 52 ədəd nəqliyyat vasitəsi üzrə müqavilə bağlanan tarixdən heç bir ödəniş edilmədiyini bildirərək, nəqliyyat vasitələrinin təhvil verilməsini xahiş etmişdir. 8. “Aztexnika LTD" MMC tərəfindən Cavabdeh2 MMC-yə 2020-ci il 8 aprel tarixli, AZT/X/127 nömrəli məktub ünvanlanaraq,10 gün müddətində icarə müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. 9. “Aztexnika LTD" MMC 2020-ci il 15 aprel tarixli, AZT/X/132 nömrəli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə müraciət edərək, icarə müqaviləsinə xitam verildiyini bildirib, qeyd olunan avtonəqliyyat vasitələrinin qeyri-qanun i istifadəsinin aşkarlandığı zaman saxlanılaraq “Aztexnika LTD" MMC-nin mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən “Aztexnika LTD" MMC-yə 2020-ci il 17 aprel tarixli, 016-35274-1220 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, qeyd olunan nəqliyyat vasitələri Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmişdir.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 2020-ci il 23 may tarixli, 016-46166-1220 nömrəli məktubuna əlavə edilmiş kompüter bazasından çıxarışdan görünür ki, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Cavabdeh1 MMC-nin mülkiyyətindədir.
11. Cavabdeh1 MMC-nin və “Aztexnika LTD" MMC-nin nümayəndələri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə nəqliyyat vasitələrinin alqı-satqısının rəsmiləşdirilməsi üçün ərizələrlə müraciət etmişlər. Bundan sonra, 2020-ci il 19 mart tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, 2020-ci il 8 aprel tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JG ***, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri, 2020-ci il 19 mart tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri, 2020-ci il 8 aprel tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən ** JF ***, ** JF ***, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri “Aztexnika LTD" MMC tərəfindən Cavabdeh1 MMC-yə satılmışdır.
12. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2020-ci il 23 iyul tarixli, 5(003)-190/2020 nömrəli qərarına əsasən mübahisə predmeti olan nəqliyyat vasitələrinin “Aztexnika LTD" MMC-yə qaytarılmasından ötrü saxlanılaraq Xəzər RPİ-nin müvəqqəti avtomobil du racağına yerləşdirilməsi qərara alınmışdır.
13. Xəzər RPİ-nin İstintaq şöbəsinin 2021-ci il 16 mart tarixli “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərarına əsasən Mənuçehr X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, Mənuçehr X12 tərəfindən 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktı ilə 71 ədəd nəqliyyat vasitələri, qoşqu vasitələri və ağır texnikalar “Aztexnika LTD" MMC-nin nümayəndəsi qismində iştirak edən Nümayəndə təhvil verilmiş, ona görə də cinayət işinin icraatına xitam verilmişdir.
14. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, 2017-ci il 27 dekabr tarixdə “Aztexnika LTD" MMC-nin qanuni təmsilçisi Nümayəndə olmuşdur. Çıxarışda əvvəlki qanuni təmsilçi bölməsində Cavabdeh5 qeyd olunmuşdur.
15. Cavabdeh2 MMC-nin 2014-cü il 29 sentyabr tarixli, 02 nömrəli əmrinə əsasən X1 Cavabdeh2 MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, 2018-ci il 28 yanvar tarixli, 006 və 008 nömrəli etibarnamələrə əsasən onun tərəfindən Cavabdeh4 cəmiyyətin adından alqısatqı işlərinin aparılması ilə əlaqədar bütün hərəkətlərin edilməsi etibar edilmişdir. 16.“Aztexnika LTD" MMC-nin 2018-ci il 22 fevral tarixli, AZT-001/05 nömrəli əmrinə əsasən “Aztexnika LTD" MMC-nin cari möhürünün 2018-ci il 22 fevral tarixdən istifadəsi dayandırılmış və həmin tarixdən yeni möhürün hazırlanması üçün aidiyyəti quruma müraciət olunmuşdur.
17. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabd eh1 MMC-nin qanuni təmsilçisi Mənuçehr X8r. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı "xxxx" LTD MMC (bundan sonra mətndə-iddiaçı) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi, Cavabdeh4 və Mənuçehr X6 (bundan sonra mətndə birlikdə cavabdehlər) qarşı iddia ərizəsi, daha sonra “iddia tələbinin həcmin artırılması”, “iddia tələbinin həcmin artırılması ərizəsinin dəqiqləşdirilməsi”nə dair ərizələrlə məhkəməyə müraciət edərək, 2015-ci il 18 fevral tarixli icarə müqaviləsinə əsasən aylıq 500 manat icarə haqqı müqabilində verilmiş 52 ədəd avtomobilə görə 60 ay müddətində yaranmış icarə haqqının, yəni 500x52x60=1.560.000 (bir milyon beş yüz altmış min) manat icarə haqqı və 280.800 (iki y üz səksən min səkkiz yüz) manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 (bir milyon səkkiz yüz qirx min səkkiz yüz) manat pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olmuş 35 ədəd “Volvo” markalı ** JA *** ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd edilən 35 ədəd avtomobilə dair verilmiş texniki şəhadətnamələrin ləğv edilməsi, həmin qeyd edilən 35 ədəd avtomobilin iddiaçının mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi və həmin yük avtomobillərinin mülkiyyətçiyə (iddiaçıya) qaytarılması, 2020-ci ilin aprel ayından noyabr ayınadək keçən 8 aylıq müddətdə mülkiyyətçinin 35 ədəd yük avtomobilindən məhrum olması və nəticədə bu müddət ərzində icarə haqlarından əldə edəcəyi faydanın əldən çıxması nəticəsində ona dəymiş 5.000x35x8=1.400.000 manat məbləğində ziyanın müştərək qaydada cavabdehlər Mənuçehr X12 və Cavabdeh4 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 2015ci il 18 fevral tarixdə 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən (iddiaçı) müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə (Cavabdeh2 MMC) verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və iddia olunan miqdada borc yaranmışdır.
20. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə borcun ödənilməsi, eləcə də icarə müqaviləsinə əsasən cavabdehin istifadəsində olan 52 ədəd “Volvo” markalı nəqliyyat vasitəsinin qaytarılması barəd ə 2020-ci il 13 mart tarixdə müvafiq pretenziya məktubu göndərilmişdir. Cavabdeh pretenziya məktubunu 2020-cı il 16 mart tarixdə qəbul etməsinə baxmayaraq, hər hansı bir tədbir görməmiş və icarə borcu ödənilməmiş və nəqliyyat vasitələri geri qaytarılmamışdır. Bu səbəbdən iddiaçı 2020-ci il 8 aprel tarixli məktubla Cavabdeh2 MMC-yə yenidən məktubla müraciət edərək, tərəflər arasında bağlanmış 2015-ci il 18 fevral tarixli icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən məktub təqdim edildiyi tarixdən 10 gün sonra müqaviləyə birtərəfli xitam veriləcəyini bildirmişdir. Müqavilənin ləğv edilməsinə baxmayaraq, Cavabdeh2 MMC onun istifadəsinə verilmiş 34 ədəd “Volvo” markalı nəqliyyat vasitələrini iddiaçıya geri qaytarmamışdır. Azərbaycan Respublikası Baş X15 İdarəsinə müvafiq məktub göndərilərək qeyd edilən nəqliyyat vasitələrinin saxlanılaraq təhvil verilməsi xahiş edilmişdir. Lakin BDYPİ tərəfindən göndərilən cavab məktubunda iddiaçıya məxsus olmuş 34 ədəd “Volvo” markalı nəqliyyat vasitəsinin onun adından qeydiyyatdan çıxarılaraq Bakı şəhərində yerləşən Cavabdeh1 MMC-nin adına rəsmiləşdirildiyi bildirilmişdir. İddiaçı heç vaxt göstərilən avtonəqliyyat vasitələrinin Cavabdeh1 MMC-nin mülkiyyətinə keçməsi və BDYPİ-nin Qeydiyyat şöbəsində qeydiyyata alınması üçün sənəd verməmiş və belə sənədləşməyə əsas ola biləcək əqd bağlamamışdır. Belə sənədləşməyə əsas ola biləcək əqd bağlamadığından BDYPİ tərəfindən aparılmış qeydiyyat əməliyyatları qanuni hesab oluna bilməz.
21. Məhkəmə araşdırması zamanı edilən sorğular və alınan cavab məktublarına əsasən məlum olmuşdur ki, qeyd edilən 34 ədəd a vtomobilin Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİİ tərəfindən alqı-satqısı rəsmiləşdirilmişdir. Bundan əlavə, BDYPİ tərəfindən göndərilən sənədlərdən məlum olmuşdur ki, 34 ədəd avtomobildən əlavə daha bir avtomobil-** JA *** dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobili də qeyri-qanuni yol ilə iddiaçının adından çıxarılaraq cavabeh Cavabdeh1 MMC-nin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələri və əlaqəli sənədlərdən görünür ki, nəqliyyat vasitələrinin alqı-satqı müqavilələri 2020-ci ilin aprel ayının əvvəllərində rəsmiləşdirilmişdir. Həmin müqavilələrə əsasən avtomobillər iddiaçının adından alıcı "xxxx" MMC-yə satılmışdır. Lakin alqı-satqı müqavilələrində iddiaçının adından istifadə edilən möhürə məxsus relyef k lişe saxtadır. Belə ki, 2020-ci ildə iddiaçıya məxsus möhürün relyef klişesi fərqli formada olmuşdur.
22. Bundan əlavə, nəqliyyat vasitəsinin alqı-satqısı haqqında müqavilədən də görünür ki, alqı-satqı zamanı hər iki tərəfi, yəni həm alıcını, həm də satıcını etibarnamə əsasında eyni şəxs-Cavabdeh4 təmsil edir. Cavabdeh4 alıcı Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnaməyə nəzər saldıqda görürük ki, həmin etibarnamə MMC tərəfindən 2018-ci il 28 yanvar tarixdə verilmişdir. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi Şəxslərin Dövlət reyestrində "xxxx" MMC-nin 2019-cu il 7 may tarixdə, yəni etibarnamə verildikdən 1 il 4 ay sonra dövlət qeydiyyatına alındığı müəyyən edilir. Göründüyü kimi, şirkət hələ mövcud olmadan öncə etibarnamə vermişdir. Bu da həmin etibarnamənin tamamilə s axta olmasını göstərir.
23. Qeyd edilən qanun pozuntularına yol verən şəxs hər iki cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi olan Mənuçehr X8r. Belə ki, həmin şəxs tərəfindən saxta etibarnamə verilmiş, saxta möhür və sənədlərdən istifadə edilərək qeyri-qanuni yol ilə iddiaçıya məxsus olan 35 ədəd yük avtomobili həmin şəxsin təsisçisi və qanuni təmsilçisi olduğu Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmişdir. Bu səbəbdən Mənuçehr X12 cavabdeh qismində məhkəmə proseslərinə cəlb edilməlidir. Qeyd edilən kobud qanun pozuntularına yol vermiş, sənədlərin və möhürlərin saxtalaşdırılması yolu ilə iddiaçıya xüsusilə külli miqdarda ziyan vurmuş Mənuçehr X4 əməlində cinayət əlamətlərinin araşdırılması və məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir.
24. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələri və əlaqəli sənədlərdən görünür ki, avtomobillər 2020-ci ilin aprel ayından qeyri-qanuni yolla iddiaçının mülkiyyətindən çıxarılmışdır. Bu səbəbdən faktiki olaraq 2020-ci ilin aprel aynıdan iddiaçı həmin avtomobillərdən, eləcə də həmin avtomobillərin icarəyə verilməsi ilə əldə olunacaq gəlirlərdən məhrum olmuşdur. Qeyd edilən “Volvo” markalı yük avtomobillərinin aylıq icarəsi 5.000 manat təşkil edir. Beləliklə, 2020-ci ilin aprel ayından hal-hazıradək 8 aylıq müddətin keçməsini nəzərə alaraq, 5000 x 8 = 40.000 manat icarə haqqının faktiki olaraq əldən çıxması müəyyən edilir. Mənuçehr X4 yol verdiyi kobud qanun pozuntularına əsasən iddiaçının 35 ədəd “Volvo” markalı yük avtomobilinin qanunsuz olaraq mülkiyy ətindən çıxarılmasını nəzərə aldıqda isə 35 x 40.000 = 2.800.000 manat məbləğində faydanın əldən çıxdığı müəyyən edilir. Həmin əldən çıxmış fayda buna səbəb olmuş cavabdeh Mənuçehr X3 tələb edilməlidir.
25. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 14.2.1, 389.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 24.1, 26.1, 53-cü maddələrinə istinad etmişdir.
26. Cavabdehlərlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
27. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, e-2-2(113)-133/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən ******* (bir milyon beş yüz altmış min) manat icarə haqqı və 280.800 (iki yüz səksən min səkkiz yüz) manat ƏDV ol maqla, ümumilikdə 1.840.800 (bir milyon səkkiz yüz qirx min səkkiz yüz) manat məbləğində pul iddiaçının xeyrinə tutulması, iddiaçıya məxsus olmuş 35 ədəd «Volvo» markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında nəqliyyat vasitələrinə verilmiş texniki şəhadətnamələrin ləğv edilməsi, 35 ədəd avt omobilin iddiaçının mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi, nəqliyyat vasitələrinin mülkiyyətçiyə (iddiaçı) qaytarılmasının nəzərə alınması, cavabdeh Mənuçehr X3 vurulmuş ziyana görə 70.000 (yetmiş min) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Zeynəb Axundova).
28. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqavilələrinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı Cavabdeh2 MMC-yə məktub ünvanlayaraq, icarəyə verilmiş 52 ədəd nəqliyyat vasitəsi üzrə müqavilə bağlanan tarixdən heç bir ödəniş edilmədiyini bildi rib, nəqliyyat vasitələrinin təhvil verilməsini xahiş etmişdir.
29. Məhkəmə iddia tələbinin icarə haqqı borcunun tutulması hissəsinə münasibətdə göstərmişdir ki, icarə müqavilələri bağlandıqdan sonra nəqliyyat vasitələrinin icarəçiyə verilməsini təsdiq edən təhvil-təslim aktları tərtib olunmamışdır. Lakin müəyyən olunur ki, nəqliyyat vasitələri 2020-ci il 5 avqust tarixində Cavabdeh2 MMC-dən alınaraq iddiaçının nümayəndəsi qismində iştirak edən Nümayəndə təhvil verilmişdir. Bu hal icarə müqavilələri bağlandıqdan sonra icarəyə verilmiş nəqliyyat vasitələrinin iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə təhvil verilməsini təsdiq edir. Məhkəmə icarə haqqının icarə müqavilələrinin bağlandığı tarixdən hesablanması ilə bağlı iddiaçının dəlillləri ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsi icarə müqavilələrinin real müqavilələr olmaması (etirazın əsaslarından biri kimi) və avtomobillərin daha sonrakı tarixlərdə iddiaçıya təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də Cavabdeh2 MMC-dən 1.560.000 manat icarə haqqı (52x60ayx500manat=1560000) və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə iddiaçıya məxsus olmuş 35 ədəd “Volvo” markalı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı qeyd etmişdir ki, müqavilələr MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından həmin müqavilələr etibarsız hesab edilməlidir. Belə ki, hər iki etibarnamə səlahiyyətsiz şəxs tərəfindən imzalanaraq verilmişdir. Bundan ba şqa, hazırkı halda bir şəxsin hər iki tərəfi təmsil etməsi bütövlükdə təmsilçilik institutunun özünün mahiyyəti ilə bir araya sığmır. İddiaçı tərəfindən vurulan möhür gözlə görüləcək dərəcədə fərqlidir və s. Bütün bu faktlar həmin müqavilələrin özlüyündə etibarsız olan əqd olması qənaətinə gəlməsi üçün kifayətdir. Ona görə də alqı-satqı müqavilələri bağlananadək mövcud olmuş vəziyyət bərpa edilməli, yəni həmin müqavilələr əsasında nəqliyyat vasitələrinə verilmiş texniki şəhadətnamələr ləğv edilməli və 35 ədəd avtomobilin iddiaçının mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələr bərpa edilməlidir.
31. Eyni zamanda, 35 ədəd ədəd nəqliyyat vasitəsinin iddiaçıya qaytarıldığı (həmin fakt araşdırma nəticəsində müəyyən olunmuşdur) nəzərə alınmalıdır.
32. Əldən çıxmış fayda ilə bağlı məhkəmənin nəticəsi belə olmuşdur ki, iddiaçı həmin tarixədək (2020-ci ilin avqust ayı) qeyd olunan nəqliyyat vasitələrindən məhrum olması nəticəsində əldən çıxmış fayda olaraq dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, həmin tarixdə faktiki olaraq nəqliyyat vasitələrinin təhvil verilməsi təmin edilmiş, lakin iddiaçı tərəfindən nəqliyyat vasitələrinin onun mülkiyyətinə verilməsi ilə bağlı (rəsmiləşdirmə işlərinin aparılması) hər hansı tədbirlərin görülməsi, tələbin yönəldiyi cavabdeh tərəfindən həmin tarixdən etibarən nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı imtinasının olması müəyyən edilməmişdir. Ona görə də 8 aylıq deyil, 4 aylıq müddət üçün iddiaçının 35 ədəd yük avtomobilindən məhrum olması və nəticədə bu müddət ərzində icarə haqlarından əl də edəcəyi faydanın əldən çıxması nəticəsində ona dəymiş zərər hesablanaraq iddiaçıya ödənilməlidir. İddiaçı 2015-2020-ci il tarixlərdə həmin nəqliyyat vasitələrinin aylıq ortalama icarə qiymətinin 5000 manat məbləğində olduğunu qeyd etsə də, bununla bağlı sübutlarını (iddiaçı tərəfindən əqdim edilmiş arayış yetərli sübut hesab oluna bilməz) məhkəməyə təqdim etməmişdir. 2015-ci il 18 fevral tarixli icarə müqavilələrinə əsasən sözügedən nəqliyyat vasitələri iddiaçı tərəfindən aylıq icarə haqqı 500 manat olmaqla icarəyə verilmişdir. Həmin müqavilələrin 10 il müddətinə bağlandığını və icarə müqavilələrinə icarəçinin öhdəliklərini yerinə yetirməməsi səbəbindən xitam verildiyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, 4 ay müddətdə 35 ədəd nəqliyyat vasitəsinə görə aylıq 500 manat olmaq la vurulmuş ziyan hesablanaraq (35x500x4=70000 manat) iddiaçının xeyrinə tutulmalıdır.
33. İddiaçı əldən çıxmış faydanın müştərək qaydada cavabdehlər Mənuçehr X12 və Cavabdeh4 tutulmasını tələb etsə də, iddiaçının mülkiyyətində olmuş 35 ədəd nəqliyyat vasitəsindən cavabdehlər Mənuçehr X12 və Cavabdeh4 hər ikisinin hərəkətləri nəticəsində deyil, yalnız cavabdeh Mənuçehr X4 hərəkətləri nəticəsində məhrum olmuşdur. Belə ki, hər iki etibarnaməni verən şəxs Mənuçehr X12 olmuş, Cavabdeh4 ona verilən etibarnamələr əsasında hərəkət etmişdir. Tələb edilən nəqliyyat vasitələrini qaytarmaq səlahiyyətinə də Mənuçehr X12 malik olmuşdur. Odur ki, iddiaçının 4 ay ərzində 35 ədəd nəqliyyat vasitələrindən məhrum olması səbəbindən cavabdeh Mənuçehr X3 vurulmuş ziyana görə 70.000 (500x35x4=70.000) manat məbl əğində pul iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh4 münasibətdə iddia təmin olunmamalıdır.
34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 21.1, 21.2, 21.3, 43.1, 44.1, 48.1, 337.1, 337.3, 337.4, 337.5, 359.1, 362.5, 385.1, 386.1, 442, 443.4, 448.1, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək iddianın tam təmin edilməsi, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş e dilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli, 2-2(103)-872/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh2 MMC-dən cəmi 1.840.800 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməmiş, qətnamənin digər mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən R.Qurbanov, hakimlər V.Baxışova və V.Məmmədov).
37. Apellyasiya instansiyası məhkəməsi MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlill ərini və tələblərin bölünən olduğunu nəzərə alaraq qeyd etmişdir ki, maddi zərərin ödənilməsi barədə tələblərin təmin edilmiş hissəsi, habelə mübahisəli nəqliyyat vasitələrinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onlara dair verilmiş texniki şəhadətnamələrin ləğv edilməsi, iddiaçının adına olan texniki şəhadətnamələrin bərpa edilməsi və nəqliyyat vasitələrinin iddiaçıya qaytarılması ilə bağlı iddia tələbləri hazırki apellyasiya baxışının predmetinə daxil deyil.
38. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehdən icarə haqqının tutulması üçün əsaslar mövcud olmadığından, həmin müqavilələr əsasında yaranmış borcun tutulması barədə iddia təmin edilməməlidir. Belə ki, cavabdeh tərəf müqavilələrin imzalanmasına baxmayaraq, nəqliyyat vasitələrinin fak tiki olaraq onlara təhvil verilmədiyini və tərəflər arasında faktiki icarə hüquq münasibətləri yaranmadığını bildirmişdir. Belə olan halda həmin halları sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 3 ədəd elektron qaimə isə bunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, 2019-cu il 6 fevral tarixli 082173 nömrəli və 2019-cu il 2 aprel tarixli 400144 nömrəli elektron qaimələr icarə haqqı ilə əlaqədar deyil, göstərilmiş servis xidməti ilə əlaqədar göndərilmişdir. Yalnız 1 ədəd 2020-ci il 2 mart tarixli 072021 nömrəli elektron qaimə 35.400 manat məbləğində icarə haqqı ilə əlaqədar göndərilmişdir. Lakin həmin qaimənin görünüş üçün tərtib olunub göndərilməsi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Çünki, həmin qaimə icarə müqavilələrin tərtib edildiyi tarixdən 5 il sonrakı tarixə aiddir və məhz iddiaçının pretenziya məktubu ilə cavabdehə və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən qısa müddət - 14 gün əvvəl tərtib edilmişdir.
39. Bundan əlavə, tərəflərin tərtib edib imzaladığı icarə müqavilələrinin 5.2-ci bəndində göstərilmişdir ki, icarə haqqı növbəti ayın 15-ci günündən gec olmayaraq icarəyə verənə ödənilməlidir. Lakin həmin müqavilələrinin imzalanmasından 5 il müddət keçməsinə baxmayaraq, iddiaçı cavabdehdən icarə haqqının ödənilməsini tələb etməmiş, bu müddətdə pretenziya göndərməmiş və ya məhkəmədə iddia qaldırmamışdır. Bu hallar isə icarə müqavilələrindən irəli gələn münasibətlər üzrə işgüzar adətlə rə ziddir.
40. Bundan başqa, həmin icarə müqavilələrindən görünür ki, müqavilələri icarəyə verənin (iddiaçı) adından Cavabdeh5, icarəçi Cavabdeh2 MMC-nin adından isə P.Cavabdeh5 imzalamışdır. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi bildirmişdir ki, onlar ata və oğuldur və icarə müqavilələri formal olaraq bağlamışlar. Həmçinin, mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktı ilə iddiaçının nümayəndəsinə təhvil verilməsi də mübahisənin həllinə təsir etmir. Çünki, işin mübahisəsiz halları ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilən və hazırki apellyasiya baxışının predmetinə aid olmayan iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış və Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə rəsmiləşdiril miş 2020-ci il 19 mart və 2020-ci il 8 aprel tarixli alqı-satqı müqavilələrinə əsasən mübahisəli nəqliyyat vasitələri həmin cavabdehin mülkiyyətinə keçmişdir. Ona görə də mübahisəli nəqliyyat vasitələrinin həmin müqavilələr əsasında Cavabdeh1 MMC-nin rəhbəri olmuş Cavabdeh5 oğlunun sahibliyinə keçməsi istisna deyil. Bu baxımdan, habelə iddiaçı tərəfindən mübahisəli nəqliyyat vasitələrinin cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyinə görə kollegiya hesab etmişdir ki, mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən təhvil verilməsi icarə müqavilələrinin real icra olunması və həmin nəqliyyat vasitələrinin məhz icarə müqavilələri əsasında Cavabdeh1 MMC-nin sahibliyində olması anlamına gəlmir. Beləliklə, kollegiya hesab etişdir ki, icarə müqavilə lərinin real olması və tərəflər arasında faktiki olaraq icarə hüquq münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddiaçı heç bir şərti icra olunmayan icarə müqavilələri üzrə icarə haqqının ödənilməsini tələb edə bilməz.
41. Əldən çıxmış faydanın tutulması barədə tələblərin təmin edilməyən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən məhkəmə göstərmişdir ki, iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Eyni zamanda, iddiaçı nəqliyyat vasitələrinin icarə haqqının 5.000 manat olduğunu bild irsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi arayış isə onun özü tərəfindən tərtib edildiyi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi nəqliyyat vasitələrinin orta aylıq icarə haqqı ilə bağlı ekspert rəyi və məlumat arayışı isə ümumiyyətlə sübut qismində qəbul edilə bilməz. Belə ki, MPM-in 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticə ya lnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanır. Bu baxımdan həmin tələblərlə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir.
42. Xüsusi qərardadın çıxarılması ilə bağlı məhkəmə bildirmişdir ki, bu iddia tələbi deyil və mahiyyəti üzrə vəsatətdir. Həmin vəsatətə dair isə birinci instansiya məhkəməsi Xəzər RPİ-nin istintaq şöbəsinin 2021-ci il 16 mart tarixli “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərarına (bax işin halları 13-cü bənd) istinad edərək düzgün nəticəyə gəlmişdir. Nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələr də sorğu verilərək, Xəzər RPİ-nın istintaq şöbəsindən əldə edilmişdir. Eyni zamanda, vəsatət və təqdimat əsasında Xəzər rayon Məhkəməsinin qərarı ilə hazırkı mübahisəli nəqliyyat vasitələrinin alqı-satqısına dair sənədlərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsindən götürülməsi, eyni zamanda həmin nəqliyyat vasitələrinin olduqları yerin müəyyən edilərək, iddiaçıya qaytarılmasından ötrü saxlanılaraq Xəzər RPİ-nin müvəqqəti avtomobil duracağına yerləşdirilməsi qərara alınmışdır. Cinayət prosessual qanunvericilik zəzərçəkmiş şəxsə cinayət işinin icraatına xitam verilməsi barədə qəbul olunmuş qərardan şikayət vermək də daxil olmaqla, geniş əhatəli hüquqlar vermişdir. İddiaçı həmin qərardan şikayət vermək hüququna malik olmuşdur. Qeyd olunanlara əsasən xüsusi qərardadın qəbul edilməsi barədə iddiaçının vəsatəti təmin olunmamalıdır.
43. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 21.2, 443.4, 700.1, Azərbaycan Respublikası MPM-in 77.1, 372.2, 372.6, 376.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 14 oktyabr tarixində işdə iştirak edən şəxslərin elektron kabinetinə yerləşdirilmişdir.
45. Qətnamədən iddiaçı tərəfindən 2021-ci il 24 noyabr tarixində kassasiya şikayəti verilmiş, onun tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: Maddi hüquq normalarının pozulmasına münasibətdə:
46. MM-in 700-cü maddəsinin tələbi pozulmuşdur - Apellyasiya məhkəməsi icarə haqqının tutulması üçün əsasların mövcud olmadığı qənaətinə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin bildirdiyinə görə müqavilələr imzalansa da, nəqliyyat vasitələri faktiki olaraq onlara təhvil verilməmiş və tərəflər arasında faktiki icarə hüquq münasibətləri yaranmamışdır. Halbuki, nəqliyyat vasitələrinin Cavabdeh5 oğlunun qanunsuz sahibliyində və istifadəsində olması faktı işin mübahisəsiz halıdır. Bu hal 2020-ci il 5 avqust tarixli təhvil- təslim aktı ilə təsdiq edilir. Belə ki, qeyd edilən nəqliyyat vasitələri saxlanılaraq duracağa yerləşdirilmiş və Cavabdeh5 oğlu tərəfindən həmin aktla təhvil verilmişdir. Müqavilələr imzalanaraq təsdiq edilmiş və həmin nəqliyyat vasitələri də cavabdehdə olmuşdur.
47. MM-in 337-ci maddəsinin tələbi pozulmuşdur - İcarə müqaviləsi qüvvədə olduğu vaxtda, eləcə də qeyd edilən nəqliyyat vasitələri cavabdehin istifadəsində olduğu dövrdə Cavabdeh5 oğlu tərəfindən qanunsuz olaraq həmin nəqliyyat vasitələri barədə alqı-satqı müqaviləsi bağlanmış və daha sonra həmin qanunsuzluğun qarşısı alınaraq qeyd edilən müqavilələr etibarsız hesab edilərək ləğv edilmişdir. Bu səbəbdən etibarsız hesab edilmiş alqı-satqı müqavilələri hazırki mübahisə üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etmir və tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəalarına, eləcə də icarə müqaviləsinə əsasən nəqliyyat vasitələrindən istifadə üzrə icarə haqqının ödənilməsindən cavabdehi azad etmir.
48. MM-in 6.2, 324.1, 324.4, 337, 339.2, 404-cü maddələrinin tələbləri pozulmuşdur Apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış və bugünə qədər etibarsızlığı ilə bağlı mübahisə qaldırmamış icarə müqaviləsini real hesab etməməklə və həmin müqavilə əsasında pulun tələb edilə bilməyəcəyi qənaətinə gəlməklə p ozuntuya yol vermişdir. Məhkəmənin gəldiyi bu qənaət mülki qanunvericiliyin və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır. İddianın əsasını və təməlini məhz icarə müqaviləsi təşkil edir, məhkəmə isə öz növbəsində həmin müqaviləni əhəmiyyətsiz hesab edir. Lakin bu zaman əqdlərin etibarsızlığı ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən müqavilənin etibarsız sayılmasına əsas verən halların hansı andan iddiaçılara məlum olması məsələsini müəyyən etməmiş, yalnız cavabdehin ifadəsinə əsaslanaraq, müqaviləni əhəmiyyətsiz hesab etmişdir. Halbuki, əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəaları, eləcə də müd dətin ötürülüb-ötürülmədiyini dəqiq araşdırmalı idi. Prosessual hüquq normalarının pozulmasına münasibətdə:
49. MPM-in 218.3-cü maddəsinin tələbi pozulmuşdur - Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxıb yekun qətnamə qəbul edərkən, qətnamədə digər tələblərə münasibət bildirdiyi halda, iddia ərizəsinin “cavabdehlər Mənuçehr X12 və Cavabdeh4 əməlində cinayətin əlamətləri aşkar edildiyinə görə bu barədə prokurora məlumat verilməsi üçün xüsusi qərardad qəbul edilməsi" hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir.
50. MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur - Apellyasiya məhkəməsinin qətnaməsində iddiaçının icarə obyekti olan nəqliyyat vasitələrini cavabdehə təhvil verilməsini sübut edə bilmədiyi qeyd edilsə də, işin materialları ilə nəqliyyat vasitələrinin cavabdeh X2 qanunsuz sahibliyində və istifadəsində olması faktı işin mübahisəsiz halıdır. Bu halı 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktı təsdiq edir. Belə ki, qeyd edilən nəqliyyat vasitələri saxlanılaraq duracağa yerləşdirilmiş və Cavabdeh5 oğlu tərəfindən həmin akta təhvil verilmişdir.
51. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 1 dekabr tarixli Qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunsa da, məzmunu apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin əsaslandırıcı hissəsi ilə e yniyyət təşkil edir (bax yuxarıda § 38-42). İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
54. Kassasiya baxışının hədləri ilə bağlı qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən iddiaçının tələblərinin təmin edilmədiyi hissədə yoxlanılacaqdır.
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ
56. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
10. İşgüzar adətlər 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır”. “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və və zifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübah isə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmi ş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə
359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır......” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzm unu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
57. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə icarəyə verən "xxxx" MMC ilə icarəçiCavabdeh2 MMC arasında 2015-ci il 18 fevral 2015-ci il tarixli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin predmetini icarəyə verənin mülkiyyətində olan 52 ədəd nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulan şərtlərlə və müddətə icarəçiyə icarəyə verilməsi,icarəçinin icarə obyektini müqavilədə nəzərdə tutulan şərtlərlə və müddətə icarəyə götürməsi və ona sahiblik etməsi təşkil edir. Müqavilənin qü vvədə olma müddəti 10 il, aylıq icarə haqqı isə 500 manat məbləğində müəyyən edilmişdir.
59. İddiaçı hazırki iddiasında həmin icarə müqavilələri üzrə cavabdehdən 1.560.000 manat icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat məbləğində borcun tutulmasını xahiş edir və ona əsaslanır ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə borcun ödənilməsi, eləcə də icarə müqaviləsinə əsasən cavabdehin istifadəsində olan 52 ədəd “Volvo” markalı nəqliyyat vasitəsinin "xxxx" MMCyə qaytarılması barədə 2020-ci il 13 mart tarixində müvafiq pretenziya məktubu göndərilmişdir. Cavabdeh pretenziya məktubunu 2020-ci il 16 mart tarixində qəbul etməsinə baxmayaraq, hər hansı bir tədbir görməmiş və "xxxx" MMC-yə olan i carə borcu ödənilməmiş və nəqliyyat vasitələri geri qaytarılmamışdır. Bu səbəbdən "xxxx" MMC 2020-ci il 08 aprel tarixli məktubla cavabdehə yenidən məktubla müraciət edərək, tərəflər arasında bağlanmış 18 fevral 2015-ci il tarixli icarə müqavilələrinin 7.2-ci bəndinə əsasən məktub təqdim edildiyi tarixdən 10 gün sonra müqaviləyə birtərəfli xitam veriləcəyini bildirmişdir.
60. Həmin iddia tələbinə etiraz edən cavabdeh, müqavilələrin real olmadığına, faktiki olaraq tərəflər arasında icarə münasibətlərinin və nəqliyyat vasitələrinin təhviltəslim aktlarının mövcud olmadığına istinad edir.
61. Apellyasiya instansiyası məhkəməsi iddiaçının icarə haqqının tutulması tələbini əsassız hesab etmiş, mövqeyini belə əsaslandırmışdır ki, (bax yuxarıda §38-40) tərəflər arasında bağlanmış 2015-ci il 18 f evral tarixli icarə müqavilələrinin 4.1-ci bəndində müqavilənin qüvvəyə mindiyi gündən sonra 2 (iki) gün müddətində icarə obyektinin icarəyəverən tərəfindən icarəçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilələrin həmin bəndinin tələblərinə uyğun olaraq, icarə obyekti olan nəqliyyat vasitələrinin cavabdehə təhvil verilməsi ilə bağlı mötvbər sübutlar olmadığına görə, icarə müqavilələrinin real olması və tərəflər arasında faktiki olaraq icarə hüquq münasibətlərinin yaranması öz təsdiqini tapmır.
62. Məhkəmənin həmin nəticəsini mübahisələndirən iddiaçı kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış və bu günədək etibarsızlığı ilə bağlı mübahisə qaldırılmamış icarə müqaviləsini real hesab etməməklə və müqavilələrin şərtlərini dü zgün təfsir etməməklə MM-nin 6.2, 324.1, 324.4 və 404-cü maddələrinin tələblərini pozmuşdur.
63. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən icarə haqqının tutulması tələbinə qiymət verilərkən, tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
64. Belə ki, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 mart tarixli qərarında tərəflər arasında 2015-ci il tarixli 18 fevral taricli icarə müqavilələrinin bağlanmasının, başqa sözlə real icarə münasibətlərinin mövcudluğu, iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitəsi və ağır texnikanın cavabdehin istifadəsində olması və hər hansı icarə haqqının ödənilməməsinin aparılmış istintaqla müəyyən edildi yi göstərilmişdir.
65. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının xüsusi qərardad çıxarılması barədə vəsatəti üzrə qiymətləndirmə apararkən Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 mart tarixli qərarına istinad etsə də, tərəflərin mübahisəli hüquq münasibətlərinin aydınlaşdırılması baxımından əhəmiyyət kəsb edən, istintaqla müəyyən edilmiş, §64-də qeyd olunan hallara ümumiyyətlə toxunmamış, bununla da işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, sözügedən qərarın cavabdeh-Cavabdeh2 MMC tərəfindən mübahisələndirilməsinə dair işin materiallarında hər hansı sübut mövcud deyildir. Həmin qərar işdə olan sübutlardan biridir və proses sual qanunvericiliyin tələblərinə əsasən (bax yuxarıda § 57) işdə olan digər sübutlarla birgə qiymətləndirilməlidir.
66. Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X9rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).
67. Baxılan işin müəyyən edilmiş hallarına görə icarə müqavilələrini icarəyə verən (iddiaçının) adından Cavabdeh5, icarəçi (cavabdehin) adından isə P.Cavabdeh5 imzalamış, onlar ata və oğuldur. Belə olan halda, müvafiq təhvil-təslim aktı tərtib edilmədən də müvafiq nəqliyyat vasitələrinin cavabdehin icarəsi nə verilməsi, dövrü olaraq icarə haqqının tələb edilməməsi istisna olunmur. Bu baxımdan tərəflərin dəlillərinə qiymət verilərkən məhkəmə, tərəflərin icarə münasibətləri sahəsindəki formalaşmış işgüzar adətlərini, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. İşgüzar adətlərin nəzərə alınması, müqavilə şərtlərinin təfsir edilərək qiymətləndirilməsi MM-in 10.1 və 404.2-ci maddələrinin tələblərindən irəli gəlir (bax yuxarıda §56 ). Lakin baxılan iş üzrə məhkəmə tərəfindən müqavilənin təfsiri zamanı MM-nin 404-cü maddəsinə göstərilən halların nəzərə alınması və qiymətləndirilməsi müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası MM-nin 404-cü maddəsinin pozulmasına dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
68. Di gər tərəfdən MM-nin 433.1 və 433.2-ci maddələrinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
69. Öhdəliyin icrasını tənzimləyən, qeyd olunan ümumi normaların hazırki mübahisəyə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, hətta nəqliyyat vasitələrinin təhvil-təslim aktı tərtib edilməsə belə, əgər həmin nəqliyyat vasitəsindən cavabdeh real olaraq istifadə etmişsə, icarə obyektinin təhvil verilməsi öhdəliyi icarəyə verən ixtiyarlı şəxsə (kreditora, bu hal üçün icarəçiyə) icra edilmiş sayılır. Bu mənada, məhkəmənin araşdırmalı olduğu məsələ təhvil-t əslim aktının formal olaraq tərtib edilməməsindən daha çox, real olaraq cavabdehin həmin nəqliyyat vasitəsindən istifadə edibetməməsidir.
70. Bununla bağlı Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 05 avqust tarixli təhvil-təslim aktına əsasən, iddiaçının nümayəndəsinə təhvil verilmişdir. Belə olan halda, həmin texnikaların hansı hüquqi əsasla və icarə müqaviləsinin bağlandığı 2015-ci il 18 fevral tarixindən deyil, başqa vaxtdan cavabdehin istifadəsində olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
71. Məhkəmə kollegiyası qeyd olunan akt əsasında iddiaçıya təhvil verilmiş nəqliyyat vasitələrinin həm də sözü gedən icarə müqavilələrinin predmeti olmasını nəzərə alaraq, həmin aktla bağlı apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini (bax yuxarıda §40) MPM-nin 88 və 217-ci maddəsinin tələblərinə uyğun hesab etmir.
72. Bundan əlavə, nəzərə alınmalıdır ki, icarə obyekti olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakdır və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin tələblərinə əsasən icarə üzrə istifadə hüquqlarının səlahiyyətli dövlət orqanında qeydiyyatı tələb olunur. 73. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 13, 13-1-ci bəndlərinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şə xsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün mü ddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Bu Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyy atına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
74. İşin materiallarından göründüyü kimi, icarə müqavilələrinin Abşeron rayonu 1 saylı Notariat Kontorunın notriusu X5 tərəfindən təsdiq edilmişdir (İV cild i.v. 77).
75. Göründüyü kimi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin tələblərinə əməl edilib-edilməməsinin aydınlaşdırılması, icarə haqqının tutulmalı olduğu dövrün dəqiqləşdiilməsi baxımından əhəmiyyətlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir.
76. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, «….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halla rın iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir».
77. Cavabdehin apellyasiya şikayətində də birinci instansiya məhkəməsinin icarə haqqının tutulmalı olduğu dövr üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadığı göstərilmişdir.
78. Məhkəmə kollegiyası yuxarıda gösərilənləri və qanunvericiliyin istinad olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılmalı, iddia olunan dövr üzrə mübahisəli nəqliyyat vasitələrinin cavabdehin icarəsində olduğu dövr mötəbər süğutlar la müəyyən edilməli və Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 mart tarixli qərarı ilə birgə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilməlidir.
79. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin icarə haqqının tutulması tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi üçün əsasdır.
80. İddiaçı kassasiya şikayətində dəymiş ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmələrin gəldiyi nəticə ilə razı olmadığını göstərsə də, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin konkret hansı maddi və prosesual hüquq normalarını pozması və pozuntunun nədən ibarət olmasını göstərməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və p rosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
81. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edlməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə qismən-cavabdehdən 1.840.800 manat məbləğində icarə haqqının tutulması barədə iddiaçının iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
82. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya K ollegiyasının 2020-ci il 28 sentyabr tarixli, 2-2(103)-872/2021 saylı qətnaməsi qismən cavabdehdən 1.840.800 manat məbləğində icarə haqqının tutulması barədə - iddiaçının iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov