Məhkəmə qərarları › İş №2-2(102)-143/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-143/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-143/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçiyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdeh ASC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1032/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin ə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarədar Cavabdeh ASC (bundan sonra – “ASC”) ilə icarəçi İddiaçı (bundan sonra – “İddiaçı”) arasında 2019-cu il 5 aprel tarixdə 58 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən, icarədar Bakı şəhər Alatava 2 ünvanında yerləşən ASC-nin ərazisindəki 105 kv.m ərazini (bağlı sahə dəzgah təmiri) icarəyə verir, icarəçidən hər ay (ƏDV daxil olmaqla) 200 manat icarə haqqı alır; - 4-cü bəndinə əsasən, icarəçi icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıyır.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsinin cinay ət işinin başlanmasının rədd edilməsi haqqında 2023-cü il 9 fevral tarixli qərarında qeyd edilmişdir ki: - 2022-ci il 18 iyun tarixində saat 22 radələrində ünvan 2 ünvanında yerləşən, ASC-yə məxsus təmir sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar İddiaçı və Qanuni nümayəndə əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. - Baş vermiş yanğın hadisəsi nəticəsində nəticədə alov genişlənərək qonşuluqda yerləşən, X6 və X13 icarə müqaviləsinə əsasən istifadə etdikləri təmir sexlərinə keçmiş, əmlaka maddi ziyan dəymişdir. - Yoxlama zamanı alınmış izahatlarla, yanğın haqqında aktla, alınmış rəylərlə və toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, icarəyə verilmiş təmir sexində yanğın hadisəsi gərginlik altında olan elektrik naqillərində yaranmış qısa qapanma nəticəsində baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar təmir sexinin elektrik qurğularında nasazlığın olmasına baxmayaraq həmin qurğulardan istifadə olunduğuna görə, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 3.5.1, 3.5.2, 3.5.3.3 bəndlərinin və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.5 bəndinin tələbləri sexin icarədarı İddiaçı tərəfindən və elektrik qurğularında yaranmış nasazlığın aradan qaldırılması təşkil olunmadığına görə “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 3.5.3.1, 3.5.5.2, 3.5.4 bəndlərinin tələbləri ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən pozulmuşdur.

3. Fotoşəkillərd ən görünür ki, dəzgahlar, “Mercedes Benz ML 400 Minik” markalı, **-VK*** dövlət qeydiyyat nişanlı avtomobil yanmış vəziyyətdədir.

4. İddiaçı tərəfindən tərtib edilmiş yanğında yararsız hala düşən dəzgah və avadanlıqların siyahısından görünür ki, həmin siyahıda dəzgah və avadanlıqların adı, modeli, sahibkarların adı, təyinatı, qiyməti, istehsal edildiyi il və ölkə göstərilmişdir.

5. Nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X17 (bundan sonra – “V.Əliyeva”) ilə İddiaçı 2006-cı il 17 fevral tarixində rəsmi nikaha daxil olmuşlar. 6. 2001-ci il buraxılışı olan Mercedes Benz 400 ML minik markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair V.Əliyevanın mülkiyyət hüququ 2020-ci il 29 yanvar tarixində dövlət qeydiyyatına alınmışdır. 7. 2022-ci il 11 may tarixli gömrük bəyannaməsi və b əyannaməyə əlavəyə əsasən müəyyən edilir ki, (təmsilçi qismində "xxxx" MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) “X16 Technology Co LTD-nin tapşırığı ilə X27 tərəfindən malı (printerlər üçün ehtiyat hissələri) qəbul edən (idxalatçı) İddiaçı 1 ədəd bağlama (printer üçün hissələr) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı göndərilmişdir. 8. 2022-ci il 11 may tarixli gömrük bəyannaməsi və bəyannaməyə əlavəyə əsasən müəyyən edilir ki, (təmsilçi qismində "xxxx" MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) X28-Electronics Rm107 Bldg15 Jiangning China-nın tərəfindən malı (lazer dəzgahları üçün ehtiyat hissələri) qəbul edən (idxalatçı) İddiaçı 2 ədəd bağlama (motor) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı göndərilmişdir. 9. 2021-ci il 30 a vqust tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (təmsilçi qismində "xxxx" MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) “X29 Technology Co” 250032 Jinan China tərəfindən malı (lazer dəzgahları üçün lampalar) qəbul edən (idxalatçı) İddiaçı 1 set (lazer dəzgahları üçün lampalar) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı göndərilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli 2(004)3685/2022 nömrəli qətnaməsi ilə İddiaçı 28.000 manat məbləğində pul vəsaitinin və 174 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 28.174 manat məbləğin X8 xeyrinə tutulması qət edilmişdir. 11. 2023-cü il 25 may tarixində İddiaçı tərəfindən ASC-yə pretenziya göndərilmiş, borcun 2023-cü il 10 iyun tarixinədək ödənilməsi tələb edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 30 avqust tarixində Cavabdeh ASCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərə görə ümumilikdə 287.150 manat məbləğində pulun və ödənilmiş 578 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il 5 aprel tarixli 58 nömrəli icarə müqaviləsi əsasında cavabdehin ərazisində yerləşən 105 kv.m ərazi ona mebel avadanlıqları dəzgahlarının təmiri və quraşdırılması üçün icarəyə verilmişdir. İcarə müqaviləsi bağlandığı gündən qüvvəyə minmiş və 2021-ci il 31 dekabr tarixinədək qüvvədə olmuşdur. Müqavilənin 8-ci bəndinə əs asən müqavilə müddəti başa çatdıqdan sonra tərəflərin birindən müqavilənin ləğv edilməsi və ya ona yenidən baxılması haqqında ərizə verilməzsə, müqavilə müddəti hər il uzadılmış hesab olunur. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən ”icarəçi icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıyır. Bütün bunların həyata keçirilməsi üçün hesab edir ki, müvafiq qaydada sahəni icarəyə verən şəxs bütün bu öhdəliklərin yerinə yetirilməsinin tələbi üçün icarəyə verdiyi sahə hərtərəfli texniki cəhətdən saz və şəraitli olmalıdır. 2022-ci il 18 iyun tarixində saat 22:00 radələrində cavabdehə məxsus ona icarəyə verilmiş təmir sexində başqa sexl ərə onun icarəsində olan sexdən cavabdeh tərəfindən aparılmış yüksək gərginlikli kabellərin keyfiyyətsizliyi və yüklənmələri nəticəsində yanğın baş vermiş bununla da onun icarəsində olan təmir sexində yerləşən bütün mal və məhsullar, dəzgahlar yanaraq məhv olmuş, bununla da ona ümumilikdə 287.150 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində icarəsində olan təmir sexində baş vermiş yanğın nəticəsində iş adamlarına, sahibkarlara məxsus olan təmirdə və bərpada olan CNC, LAZER CO2, PLAZMA kəsim, Böyük formatlı Cap Printerləri, və sair ehtiyat hissələri, diaqnostika avadanlıqları, ona məxsus elektron təchizatlar, kompüter avadanlıqları, ofis ləvazimatları, şəxsi iş makinaları və Mercedes Benz Mİ320 markalı avtomobil tamamilə yanaraq məhv olmuşdur.

14. Bu nlardan əlavə, sahibkar X9 34.000 manat dəyərində “Lazer FL 2130” 500W kəsim dəzgahı, X4 24.500 manat dəyərində “CNC 2136ATC” 7.5 KW Avtomatik MDF kəsim oyma dəzgahı, X14 14.000 manat dəyərində “CNC 240x120” 5kw, MDF kəsim oyma dəzgahı, X19 5.500 manat dəyərində “CNC 60x40” 1.5 kw, MDF kəsim oyma dəzgahı, X10 9.000 manat dəyərində “Lazer 9060 Kaitian 100w”, Lazer kəsim aparatı, X18 15.000 manat dəyərində “Lazer FL 1325” Lazer kəsim dəzgahı, X1 9.000 manat dəyərində “Lazer 1410” Lazer kəsim dəzgahı, ona məxsus 18.000 manat dəyərində “Plazma FL 1535” Plazma dəmir kəsim dəzgahı, X15 25.000 manat dəyərində “Mimaki S1320 s4” Yaponiya istehsalı böyük formatlı X32, X19 9.000 manat dəyərində “Yingle 180 sm” eko solcap printeri, Səlim Həsənova məxsus 12.000 manat dəyərində “İnfiniti 320” reklam ç ap printeri, X7 18.000 manat dəyərində “Mimaki DS160” tekstil çap printeri, Aydın Abdulrzayevə məxsus 25.000 manat dəyərində “Skayjet UV 2412” Dəmir çap printeri, X2 9.000 manat dəyərində “Times T2” eko solvent çap printeri, X11 6.000 manat dəyərində “Epson UV 4880” köynəyə çap edən printer, X12 məxsus 6.000 manat “Epson UV 4480” köynəyə çap printeri, ona məxsus qalan avadanlıqlar, lazer kəsim. CNC və çap printerləri, ofis avadanlıqlarının yararsız vəziyyətdə düşmüşdür. Cavabdeh ona icarəyə verdiyi sexdən digər icarədə olan sexlərə yüksək gərginlikli elektrik kabelləri aparmış, yanğın həmin kabellərin keyfiyyətsizliyi və elektrik xətlərinə nəzarətsizliyin ucbatından baş vermişdir. Hadisənin baş vermə vaxtından və baş vermə saatından görünür ki, əraziyə gecə vaxtı nəzarət icarəyə verənin üz ərinə düşmüşdür. Yanğın hadisəsi zamanı hadisə ilə bağlı izahatları alınmış digər icarəçilər X13, X3 və Cəfərov Anar adlı şəxsin icarələrində olan sahələrin işıq xətləri ona icarəyə verilmiş sahədən aparılmış və bununla da cavabdeh tərəfindən yanğın texniki təhlükəsizlik qaydaları ciddi surətdə pozulmuşdur. Cavabdeh təşkilatın səlahiyyətli şəxsləri, ondan hər ay icarə haqqını alan Cahangirov Müslüm və Əliyev Azər adlı şəxslərdən icarəsində olan sahədən qonşu sahələrə aparılan yüksək gərginlikli kabellərin onun icarəsində olan sahədən çıxarılmasını dəfələrlə tələb etsə də, cavabdeh tərəfindən heç bir qanuni tədbir görülməmişdir. Cavabdeh tərəfindən ona icarəyə verilmiş sahənin tavanı penoplast tikinti materialı ilə üzlənilmişdir ki, yanğın hadisəsi zamanı yanğının güclənməsinə səbəb olan əs as amillərdən biri həmin tikinti materialı olmuşdur. Ona icarəyə verilmiş sahənin giriş açarının bir nüsxəsi texniki qaydalara nəzarət üçün Müslüm və Azər adlı şəxslərə təhvil verilmiş, cavabdehə məxsus digər şəxslərə çəkilmiş yüksək gərginlikli kabellərə nəzarəti həmin şəxslər həyata keçirirdilər. Cavabdehin icarəyə verdiyi bütün sahələr tikinti texniki, yanğın texniki təhlükəsizlik qaydalarına cavab vermir, hər an təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Hesab edir ki, cavabdehin təqsiri üzündən gecə vaxtı baş vermiş yanğın hadisəsi zamanı icarəsində olan sexdə yanmış və məhv olmuş əmlakların dəyəri olan 287.150 manat məbləğində maddi zərər cavabdehdən alınaraq ona ödənilməlidir. Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsind ə müvafiq qaydada araşdırma aparılmış 2023-cü il 9 fevral tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. X24 Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti İdarəsinin 2022-ci il 20 iyun tarixli yanğın haqqında aktı ilə müəyyən olunmuşdur ki, 2022-ci il 18 iyun tarixində saat 22 radələrində ünvan 3 ünvanında yerləşən, cavabdehə məxsus ərazidə iddiaçıya icarəyə verilmiş təmir sexində baş vermiş yanğına səbəb elektrik naqillərində yaranmış qısa qapanma olmuşdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yanğın-texniki ekspertizasının 2022-ci il 11 oktyabr tarixli 10/4509 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən təmir sexində baş vermiş yanğının mənbəyi təmir sexinin arxa hissəsində ki sayca ikinci otağa daxil olduqda sağ divarın üzərinə quraşdırılmış elektrik lövhəsinin yerləşdiyi zonada olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək sexin digər sahələrinə yayılmışdır.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 18 mart tarixli 9/9702 nömrəli ekspert rəyinə əsasən 2024-cü il 31 yanvar tarixində iddiaçı, cavabdehin nümayəndəsi və ekspert X5 iştirakı ilə əmlaka baxış keçirilmiş, baxış zamanı avadanlıqların yanaraq yararsız vəziyyətdə olduğunu nəzərə alaraq həmin avadanlıqların adlarını, texniki göstəricilərini və sayını müəyyən etmək mümkün olmamışdır. Nəzəri hesablama yolu ilə, internet saytlarının məlumatından, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə iddia ərizəsində qeyd edilən əşyaların nəzəri orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir. Avtomobil (modelMİ320/2001-ci il) qiyməti – 10.000 manat; Printerlər üçün ehtiyat hissələri (1 ədəd) – 3.000 manat, Lazer dəzgahına aid lampalar (5 ədəd-130-W-650 ABŞ dolları) - hər biri 800 manat, cəmi 4.000 manat, Lazer Dəzgahları üçün ehtiyat hissələri - 3.000 manat, iddia ərizəsində adları sadalanan avadanlıqların nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 249.980 manat müəyyən edilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 avqust tarixli e-2-2(113)-235/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 10.000 manat, eləcə də ödənilmiş mediasiya xərclərinin və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – L.Əliyeva).

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci il 18 iyun tarixində cavabdehə məxsus iddiaçının icarəsində olan ünvan 2 ünvanında yerləşən təmir sexində yanğın baş vermişdir. Yanğın nəticəsində sexdə yerləşən iddiaçıya və digər şəxslərə məxsus əmlaklara zərər vurulmuşdur.

19. İddiaçı icarəsində olan təmir sexində yerləşən özünə, eləcə də digər şəxslərə məxsus əmlaklara yanğın nəticəsində dəymiş zərərin əvəzi olaraq 287.150 manat məbləğində pul vəsaitinin cavabdehdən tələb etmişdir.

20. Məhkəmə ilk növbədə iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olub-olma dığını araşdıraraq qeyd etmişdir ki, iddiaçı özü iddia ərizəsində icarəsində olan sexdə yerləşməklə yanğın hadisəsi nəticəsində yararsız vəziyyətə düşməsini iddia etdiyi əşyaların bir hissəsinin ona deyil, üçüncü şəxslərə (dəzgah və avadanlıqlarını təmir edilməsi üçün təmir sexinə qoyan digər sahibkarlara) məxsus olduğunu göstərmişdir. İş materialları ilə isə iddiaçının üçüncü şəxslərin (X20 və digərlərinə) mülkiyyətində olan həmin əmlaklar üzərində qanunla qorunan hər hansı əşya hüququna malik olması öz təsdiqini tapmamışdır.

21. Sözügedən şəxslərin onlara məxsus əmlaklara dəymiş zərərin əvəzini ondan tələb etmələri, o cümlədən həmin şəxslərdən X8 ona qarşı iddiasının Yasamal rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsi ilə təmin edilərək Sərdar Nuruyevə dəymiş zərərə görə 28.000 mana t məbləğində pul vəsaitinin ondan tutulmasının qət edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, üçüncü şəxslərin dəymiş zərərin əvəzinin ödənilməsini iddiaçıdan tələb etməsi faktı özü-özlüyündə iddiaçıya üçüncü şəxslərə vurulmuş zərərin əvəzini tələb etmək hüququ vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1114.2-ci maddəsinin tələbləri baxımından yalnız zərərçəkmiş şəxslərə dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi halda iddiaçının digər zərərvuran şəxsə qarşı reqres qayda tələb hüququ yaranır. Odur ki, üçüncü şəxslərə məxsus olan əmlaklara vurulmuş zərərin ödənilməsi hissəsində iddia ərizəsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir.

22. Mülkiyyət hüququ V.Əliyevanın adına qeydiyyatda olan “Mer cedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddiaya münasibətdə isə qeyd edilməlidir ki, V.Əliyeva iddiaçının arvadı olmaqla mübahisəli avtomobil birgə nikah dövründə əldə edilmişdir. Odur ki, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya əsasən həmin əmlak əksi sübuta yetirilənədək Vüsalə və Faiqin birgə mülkiyyəti hesab edilir. Odur ki, iddiaçı MM-in 493.1-ci maddəsinə uyğun olaraq birgə kreditor kimi mübahisəli avtomobilə dəymiş zərəri tələb etməyə dair subyektiv hüquqa malikdir.

23. Məhkəmə tərəfindən müəyyən edilməli olan birinci məsələyə, yəni cavabdeh tərəfindən təqsirli hüquqazidd əməl törədilməsi məsələsinə münasibətdə qeyd edilmişd ir ki, mübahisəli yanğın hadisəsinin cavabdehin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2023-cü il 9 fevral tarixli qərarı ilə müəyyən edilmişdir.

24. Bununla bağlı məhkəmə onu da qeyd etmişdir ki, istinad edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi Qanuni nümayəndə hüquqazidd təqsirli əməlini fiziki şəxs qismində deyil, cavabdeh şirkətin kollegial icra orqanının rəhbəri, yəni hüquqi şəxsi təmsil edən və onun iradəsini ifadə edən şəxs qismində törətdiyindən onun törətdiyi təqsirli hüquqazidd əməl cavabdeh tərəfindən törədilmiş təqsirli hüquqa zidd əməl kimi qiymətləndirilməlidir.

25. İcarə müqaviləsinin şərtlərinə əsasən yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edilməsinə görə icarəçinin məsuliyyət daşıması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, icarəçinin yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət etmək öhdəliyi daşıması icarəyə verənin də öz növbəsində icarə sahəsində quraşdırılmış ona məxsus elektrik qurğularını (hazırkı halda elektrik naqillərini) işlək vəziyyətdə saxlamaq və həmin qurğularda yaranmış qüsurları aradan qaldırmaq öhdəliyi daşımasını istisna etmir.

26. Müəyyən edilməli olan ikinci və üçüncü hala, yəni cavabdeh tərəfindən törədilmiş təqsirli hüquqazidd əməl nəticəsində iddiaçıya maddi zərər vurulub -vurulmamasına gəldikdə yanğın nəticəsində iddiaçının icarəsində olan sexdə yerləşən əmlakların, o cümlədən V.Əliyevanın adına qeydiyyatda olan avtomobilin yanaraq yararsız vəziyyətə düşməsi yuxarıda istinad edilən cinayət işin başlanmasının rədd edilməsi barədə qərarla, iş materiallarında olan fotoşəkillər və videoyazı, eləcə də ekspert rəyi ilə öz təsdiqini tapır.

27. Beləliklə, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına maddi zərər vurulması öz təsdiqini tapdığından iddiaçı delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

28. Yanğın hadisəsi nəticəsində iddiaçıya dəymiş real maddi zərərin həcminə gəldikdə məhkəmə qeyd etmişdir ki, birincisi, iddiaçı yanğın hadisəsi baş ve rərkən sexdə yerləşən ona məxsus əşyaların siyahısını məhkəməyə təqdim etsə də, həmin avadanlıqların həqiqətən yanğın baş verərkən sexdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halın məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının gedişində də müəyyənləşdirilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçı sexdə yerləşməsini iddia etdiyi əmlakların əksər hissəsinin onun mülkiyyətində olmasını təsdiq edən ilkin sübutları da (gömrük bəyannamələri, alqı-satqı müqavilələri və s.) məhkəməyə təqdim edə bilməmişdir.

29. Məhkəməyə yalnız üç adda əşyaların - printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinin iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilməsini təsdiq edən gömrük bəyannamələr i və “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair V.Əliyevanın adına verilmiş qeydiyyat vəsiqəsi təqdim edilmişdir. - “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə münasibətdə qeyd edilməlidir ki, sözügedən avtomobilin yanğın hadisəsi nəticəsində yararsız vəziyyətə düşməsi cinayət işin başlanmasının rədd edilməsinə barədə qərarla, eləcə də məhkəməyə təqdim edilmiş fotoşəkillərlə təsdiq edilir. - Azərbaycan Respublikasına gətirilməsinə dair gömrük bəyannaməsi təqdim edilən digər üç adda əşyalara münasibətdə isə iddiaçının mülkiyyətində həmin adda əşyaların olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edildiyini, eləcə də yanğın nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurulmasının təkzibedilməz fakt olduğ unu, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyrimümkünlüyünü nəzərə alaraq məhkəmə hesab etmişdir ki, təqdim edilmiş sübutlar sözügedən üç adda əşyaların yanğın nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən edilməsi üçün yetərlidir.

30. Odur ki, avtomobilin, eləcə də printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinə dəymiş zərərin əvəzi olaraq pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır.

31. Həmin əşyalara dəymiş zərərə görə cavabdehdən tutulmalı olan məbləğə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyi ilə həmin əşyaların orta bazar qiymətlərinin ümumilikdə 20.000 manat (Avtomobil - 10.000 manat; printerlər üçü n ehtiyat hissələri (1 ədəd)-3.000 manat, lazer dəzgahına aid lampalar - hər biri 800 manat, cəmi 4.000 manat, Lazer dəzgahları üçün ehtiyat hissələri - 3.000 manat) təşkil etməsi müəyyən edilmişdir.

32. Məhkəmə cavabdehdən tutulacaq məbləği müəyyən edərkən həmçinin nəzərə almışdır ki, cinayət işin başlanmasının rədd edilməsi qərardan da göründüyü kimi, yanğın hadisəsi yalnız cavabdehin idarə heyətinin sədri tərəfindən deyil, eyni zamanda iddiaçı tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş vermişdir.

33. Odur ki, məhkəmə MM-in 21.3-cü maddəsinə əsasən həmin halı da zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı nəzərə almış və belə qənaətə gəlmişdir ki, zərərin yaranmasında cavabdehlə yanaşı, iddiaçı da təqsirli olduğundan ca vabdehdən iddiaçının xeyrinə tutulacaq zərərin əvəzi olaraq məbləğ iddiaçıya dəyməsi müəyyən edilmiş zərərin yarısı həcmində, yəni 10.000 manat məbləğində müəyyən edilməlidir.

34. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 21.1, 21.2, 21.3, 225.1, 493.1, 509.1, 1096.1, 1097, 1099.1, 1099.2, 1114.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2024-cü il 12 mart tarixli Qərarının 3.3 və 3.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

35. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş e tmişdir.

36. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1032/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov və T.Mahmudova).

38. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, üçüncü şəxslərə məxsus olan əmlaklara vurulmuş zərərin ödənilməsi hissəsində iddia ərizəsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti məhkəmənin bu qənaətinin əsassı z olmasına yönəlsə də, qətnamənin qanunsuz və ya əsassız olmasına yönələn dəlillər şikayətdə göstərilməmiş, yalnız ümumi ifadələr göstərilmişdir.

40. Bundan əlavə, mülkiyyət hüququ V.Əliyevanın adına qeydiyyatda olan “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddiaya münasibətdə isə qeyd edilməlidir ki, V.Əliyeva iddiaçının arvadı olmaqla mübahisəli avtomobil birgə nikah dövründə əldə edilmişdir. Odur ki, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya əsasən həmin əmlak əksi sübuta yetirilənədək Vüsalə və Faiqin birgə mülkiyyəti hesab edilir. Odur ki, iddiaçı MM-in 493.1-ci maddəsinə uyğun olaraq birgə kreditor kimi mübahisəli avtomobilə dəymiş zərəri tələb etməyə dair subyektiv hüquqa malikdir. MM-in 225 və 493-cü maddələrinə əsasən avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini iddia tələb etmək hüququna malikdir. Cavabdehin şikayətinin müvafiq dəlili əsassızdır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına maddi zərər vurulması öz təsdiqini tapdığından iddiaçı delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

42. Həmçinin, məhkəmə kollegiyası yanğın hadisəsi nəticəsində iddiaçıya dəymiş real maddi zərərin həcminə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə (bax §§ 28 -33) razılaşmış və hesab etmişdir ki, qətnamə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax § 34).

44. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. MPM-in 2-ci maddəsi üzrə - Cavabdehin hüquq və mənafelərinin təsdiqilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, və satəti təmin edilməmiş, təqdim etdiyi sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir.

46. MPM-in 14-cü maddəsi üzrə - Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir ki, bu halda cavabdehin hüquqlarının kobud pozuntusuna yol açmışdır. Halbuki məhkəmə araşdırması zamanı əslində yanğın nəticəsində sexdə yerləşən iddiaçıya və digər şəxslərə məxsus əmlaklara zərər vurulması müəyyən edilməyib.

47. MPM-in 217-ci maddəsi üzrə - Cavabdehin təqdim etdiyi vəsatət təmin edilməmiş və iş birtərəfli olaraq cavabdehin lehinə əsaslandırılmışdır. Belə ki: 1) Mülkiyyət hüququ V.Əliyevanın adına qeydiyyatda olan “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddiaya münasibə tdə qeyd edilməlidir ki, bu tələblə bağlı iddiaçının subyektiv hüququ olmamaqla yanaşı, iddiaçının nəqliyyat vasitəsinin mülkiyyətçisi V.Əliyevanın adından iddia qaldırması əsassızdır. Həmçinin məhkəmənin iddia tələbini bu hissəsə təmin etməklə yanlış mövqe sərgiləyib. Nəzərə alsaq ki, həmin nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilib, o zaman iddiaçı həmin əmlakın yarısına iddia edə bilərdi. Amma buna baxmayaraq hesab edirik ki, müqavilənin 4-cü bəndinə əsasən “İcarəçi” icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıdığı üçün tələbin bu hissəsi də əsassızdır. 2) İddiaçı sexdə yerləşməsini iddia etdiyi əmlakların heç bi rinin onun mülkiyyətində olmasını təsdiq edən ilkin sübutları məhkəməyə təqdim edə bilməmişdir. 3) Məhkəməyə yalnız üç adda əşyaların - printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinin iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilməsini təsdiq edən gömrük bəyannamələri və “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair V.Əliyevanın adına verilmiş qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Amma bu o demək deyil ki, həmin əmlaklar orda (yanğın baş verən sexdə) olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin kassasiya şikayətində istinad etdiyi faktlar və hallar düzgün deyildir, icarədə olan sexdə yanaraq məhv olmuş əmlaklar iddiaçıya və müştərilərə aiddir ki, yanmış avtomobil iddiaçının həyat yoldaşının mülkiyyətində olmaqla birgə nikah dövründə əldə olunmuşdur. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən şəxsi mülkiyyətdə olan avtomobilin 1/2 pay hissəsini iddiaçının xeyrinə cavabdehdən alınması barədə qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayəti təmin olunmadan bu iş üzrə qəbul edilmiş qətnamənin qüvvəsində saxlanılması barədə qərar qəbul olunmalıdır. Kassasiya baxışının hədləri

49. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktik i halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

51. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin d aha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları... 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər....” “Maddə

225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir....” “Maddə

493. Birgə kreditorlar və birgə səlahiyyətlər 493.1. Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. 493.2. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.” “Maddə

509. Borclulardan biri öhdəliyi tam icra etdikdə req res qaydasında tələb hüququ 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin ə mlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.” “Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ... 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır....”

52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahis ələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2024-cü il 12 mart tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... 3.3.Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4.Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur....”

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiya sı cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən qismən əsaslı hesab edir.

55. İşə baxan məhkəmələr belə nəticəyə gəlmişlər ki, cavabdehə məxsus iddiaçının icarəsində olan təmir sexində baş vermiş yanğın nəticəsində sexdə yerləşən iddiaçıya məxsus əmlaklara dəymiş zərər ümumilikdə 20.000 manat (avtomobil - 10.000 manat; printerlər üçün ehtiyat hissələri (1 ədəd) - 3.000 manat, lazer dəzgahına aid lampalar - hər biri 800 manat, cəmi 4.000 manat, lazer dəzgahları üçün ehtiyat hissələri - 3.000 manat) təşkil etmişdir.

56. Məhkəmə yekunda MM-in 21.3-cü maddəsini tətbiq edərək iddiaçıya dəymiş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq həmin pul vəsaitinin yarısı həcmində (10.000 manat məbləğində) pul vəsatinin tutulması qənaətinə gəlmiş, iddiaçı həmin nə ticə ilə razılaşmış, cavabdeh isə bundan narazı qalmışdır.

57. İş materiallarından görünür ki, mülkiyyət hüququ V.Əliyevanın adına qeydiyyatda olan avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı iddiaçının subyektiv hüququnun olmamasına, iddiaçının nəqliyyat vasitəsinin mülkiyyətçisi V.Əliyevanın adından iddia qaldırmasının əsassız olmasına, iddiaçının həmin əmlakın yarısına iddia edə biləcəyinə dair dəlillərlə eyniməzmunlu olan dəlillər aşağı məhkəmə icraatları zamanı da bildirilmiş, bununla bağlı məhkəmələrin mövqeləri iş üzrə qəbul edilmiş qətnamələrdə ətraflı şəkildə izah olunmuşdur.

58. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

59. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür, bununla belə əlavə olaraq aşağıdakıları vurğulamağı zəruri hesab edir.

60. MM-in 213.6-cı maddəsinə (bax § 51) görə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.

61. V.Əliyevanın iddiaçının arvadı olmaqla mübahisəli avtomobilin birgə nikah dövründə əldə edildiyi işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halını təşkil edir.

62. Bu səbəbdən də məhkəmə kollegiyası nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya əsasən həmin əmlakın əksi sübuta yetirilənə dək Vüsalə və Faiqin birgə mülkiyyəti hesab edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyini tamamilə qanuni və əsaslı hesab edir.

63. Odur ki, iddiaçının, ümumi mülkiyyət hüququ əsasında arvadı ilə özünə məxsus olan avtomobilə (MM-in 225.1-ci maddəsi - bax § 51) dəymiş zərərə dair cavabdehə qarşı tələb irəli sürməsi MM-in 213.6-cı maddəsinə uyğun olmuşdur.

64. Apellyasiya instansiyası məhkəməsi iddiaçının birgə kreditor kimi mübahisəli avtomobilə dəymiş zərəri tələb etməyə dair subyektiv hüquqa malik olmasına dair nəticəyə gəlməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

65. Belə ki, MM-in 493-cü maddəsinə (bax § 51) uyğun olaraq, əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnı z birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

66. Hazırkı halda da iddiaçının birgə kreditor kimi tələbi həm qanuna (ümumi mülkiyyət hüququ), həm də öhdəlik predmetinin (avtomobil) bölünməzliyinə əsasən əmələ gəlmişdir.

67. Bununla belə, məhkəmə kollegiyası iddiaçıya məxsus olduğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilmiş digər əmlaklara (printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar və lazer dəzgahlarına dair ehtiyat hissələri) vurulmuş zərərin əvəzinin ödənilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakılara görə razılaşmır.

68. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasına gətirilməsinə dair gömrük bəyannaməsi təqd im edilən digər üç adda əşyalara münasibətdə iddiaçının mülkiyyətində həmin adda əşyaların olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edildiyini, eləcə də yanğın nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurulmasının təkzibedilməz fakt olduğunu, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, təqdim edilmiş sübutlar sözügedən üç adda əşyaların yanğın nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən edilməsi üçün yetərlidir.

69. Apellyasiya instansiyası məhkəməsi həmin məhkəmənin nəticəsi ilə razılaşmışdır.

70. Məhkəmə kollegiyası isə hesab edir ki, birinci instansiya məhkəməsi bir tərəfdən, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyri-mümkü nlüyünü öz qətnaməsində vurğulamış, digər tərəfdən isə, təqdim edilmiş sübutların sözügedən üç adda əşyaların yanğın nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən edilməsi üçün yetərli olması, iddiaçının həmin əmlaklara dəymiş zərərin əvəzi olaraq pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olması qənaətinə gəlmiş (bax §§ 2930), bununla da əslində bir-birini təkzib edən mövqelər sərgiləmişdir.

71. Belə ki, həmin mübahisəli əmlakın bilavasitə yanğın zamanı yanan ərazidə olması iş materiallarından görünmür.

72. Bu zaman o da nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində müvafiq qeyriyaşayış sahəsinin ona mebel avadanlıqları dəzgahlarının təmiri və quraşdırılması üçün icarəyə verildiyini göstərmişdir (bax § 13). Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mübahisəli əmlak ın (printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələri) iddiaçının təmir sexinin fəaliyyət profili ilə hər hansı əlaqəsinin (uyğunluğunun) olması da əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə, ən azından, belə əsaslandırma aparmadan, yalnız dolayı sübutlar əsasında mübahisəli əmlakın zədələnməsi qənaətinə gəlməklə MPM-in 88-ci maddəsinin (bax § 53) tələblərini pozmuşdur.

73. Bu pozuntular yekunda MPM-in 217.1-ci maddəsinə (bax § 53) uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Odur ki, həmin qətnamə müvafiq hissədə dəyişdirilmədən saxlanıla bilməz.

74. Bununla belə, aydınlaşdırılmalı olan xüsusatlar işin faktiki halları ilə bağlı olduğundan hazırkı kassasiy a icraatında onlara hüquqi qiymət verilməsi qeyri-mümkündür.

75. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1032/2024 nömrəli qətnaməsi qismən – printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar və lazer dəzgahları üçün ehtiyat hissələrinə dəymiş zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

76. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən sübutlara hüquqi qiymət verərkən qanunun tələblərinə əməl etməli, ziddiyyətlərə yol verməməli, habelə mübahisəli əmlakın (printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələri) iddiaçının təmir sexinin fəaliyyət profili ilə hər hansı əlaqəsinin (uyğunluğunun) olub-olmamasını əsaslandırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

77. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1032/2024 nömrəli qətnaməsi qismən – printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar və lazer dəzgahları üçün ehtiyat hissələrinə dəymiş zərərin əvəzinin cavabdehdən tutu laraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar