Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-145/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh Cavabdeh QSC-nə qarşı iş üzrə QƏRAR (açar sözlər: iddiaçı, ona verilmiş tapşırığa əsasən cavabdehə xidmət göstərdiyi halda, cavabdeh göstərilmiş xidmətlərin haqqını tam məbləğdə ödəməmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Əliyev Sabir Nadir oğlunun, cavabdehin vəkili Vəkil qızının iştirakları, C.Mütəllimovun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Cavabdeh QSC-nə qarşı əsas borcun, hesablanmış dəbbə pulunun və zərərin tutul ması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)800/2019 saylı qətnaməsindən Cavabdeh QSC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Cavabdeh QSC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8.169,40 manat əsas borc, 27.698,14 manat dəbbə pulu, vurulmuş zərərin əvəzi olaraq 1.000 manat, cəmi 36.867,50 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Gömrük rəsmiləşdirilməsinin təmin olunması barədə” müqaviləyə əsasən sonuncuya davamlı olaraq iddiaçı tərəfindən razılaşdırılmış şərtlərlə, vaxtında qüsursuz xidmətlər göstərilmiş, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək cavabdehə göstərilən xidmətlər üzrə hər-hansı bir irad və s. bildirilməmişdir. Bununla belə, xidmət haqları ödənilmədiyindən, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək göstərilmiş xidmətlər üzrə Cavabdeh MMC-nin iddiaçıya olan əsas borcu 8.163,40 manat təşkil etmişdir. Belə ki, cavabdehə müqavilə şərtlərinə müvafiq təqdim edilmiş 14 ədəd hesab faktura üzrə heç bir ödəniş olmamış, göstərilmiş xidmətlərin həcmini qeyd-şərtsiz, tam təsdiq edən müvafiq sənədlər tərəflərindən cavabdehə göndərilmiş, o cümlədən elektron qaiməl ər təqdim edilmiş, heç bir elektron qaimə cavabdeh tərəfindən hər-hansı iradlaqeydlə geri qaytarılmamış, bununla da cavabdeh tərəfindən ona göstərilmiş xidmətlər mübahisələndirilməmiş, qəbul edilmiş, tələb olunan məbləğ müqavilə üzrə 15 (on beş) təqvim günündən gec olmayaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməli olsa da, dəfələrlə cavabdehə edilmiş müraciətlərə baxmayaraq, bu borc məbləği hələ də ödənilməmiş, cavabdehə müvafiq qaydada xx.xx.2019-cu il tarixində pretenziya göndərilmiş, ancaq pretenziya cavabsız qalmış və yenə də heç bir ödəniş edilməmiş, beləliklə, cavabdeh öz müqavilə öhdəliklərini icra etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-22(81)925/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "Cavabdeh" MMC-dən iddiaçının xeyrinə 8.163,40 manat əsas borc, 816,34 manat dəbbə pulu və iş üzrə ödənilmiş dövlət rüsumunun 20 manatı tutulmuş, qalan hissədə iddia tələbi təmin edilməmişdir (hakim - A.Oruczadə). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-800/2019 saylı qətnaməsi ilə (sədrlik edən V.Ə.Baxışova, hakimlər E.E.Nağıyeva və H.Ü.Həmidov) Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh QSC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin ye ni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı "İddiaçı" MMC "xxxx" QSC arasında bağlanmış müqavilə üzrə xidmət haqqını tələb etdiyi halda, müqavilə üzrə göstərilmiş xidmət ümumiyyətlə qüsurlu xidmət olmuş, nəticədə "xxxx" QSC-yə 86.000 manat maddi ziyan dəymiş, bununla bağlı məhkəmədə vəsatət qaldıraraq, "İddiaçı" MMC-yə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddialarına baxılanadək, hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etsələr də, məhkəmə vəsatəti təmin etməmiş, halbuki bu iş üzrə icraat dayandırılmalı idi, h əmçinin borcla bağlı araşdırma aparılarkən cavabdeh tərəfindən Azərbaycanın Avtomatlaşdirilmiş Vergi İnformasiya Sisteminin (AVİS) elektron vergi hesab-fakturası proqramından ümumi məbləği 2.072,9 manat olan hesab fakturaların ləğv edildiyi açıq şəkildə göründüyü və sübuta yetirildiyi halda, məhkəmə bu halları nəzərə almamış, işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 371-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş et di. İddiaçının vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Əliyev Sabir Nadir oğlunun, cavabdehin vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-800/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış”a əsasən iddiaçı Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən hüquqi şəxs qism ində (VÖEN-**********) qeydə alınmış, İddiaçı MMC (“İcraçı”) ilə “xxxx” QSC (“Sifarişçi”) arasında xx xxxx 2017-ci il tarixli, MSCS/AZB/021/2017 saylı “Gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunması barədə” müqavilə bağlanmış, müqavilənin 1.1ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişinə müvafiq olaraq və tamamilə onun vəsaiti hesabına “A” Qoşmasında razılaşdırılmış qiymətlər əsasında Azərbaycan Respublikası ərazisində idxal və ixrac gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini; Sifarişçinin tələbi əsasında gömrük məsələləri üzrə məsləhətləşmə xidmətinin göstərilməsini; yüklərinin hava limanında, terminalda, dəmir yolu stansiyasında boşaldılması xidmətlərinin göstərilməsini öhdəsinə götürmüş, müqavilənin 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən sifarişçi və icraçı arasında hə r xidmətin göstərilməsi üzrə ödənişlər manatla və Əlavədə göstərilmiş qaydada və razılaşdırılmış qiymətlərlə həyata keçirilir, əlavədə ödənişin qaydası və müddəti qeyd olunmadıqda, sifarişçi ödənişi icraçının hesabına bank köçürmə yolu ilə, işlərin tam yerinə yetirilməsini əks etdirən təhvil-təslim aktı təqdim edildikdən sonra icraçı tərəfindən təqdim edilən hesab-faktura əsasında 15 təqvim günü ərzində həyata keçirir, hesabın təqdim edilməsinə faks/elektron poçt vasitəsilə daha sonra digər müşayətedici sənədlərlə ilə birlikdə göndərilməsi şərtilə yol verilir, ödəniş gecikdiyi halda sifarişçi hər gecikdirilmiş gün üçün hesab-fakturaya göstərilən məbləğin 1%-i miqdarında cərimə ödəyir, müqavilənin 8-ci bəndinə əsasən müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və onun müddəti xx. xx.2017-ci il tarixədək müəyyən edilir, müqavilə müddətinin bitməsinə 30 gün qalmış tərəflərdən biri digər tərəfi müqaviləyə xitam vermək istədikləri barədə yazılı surətdə xəbərdar etməzsə, müqavilənin müddəti avtomatik olaraq uzadılır, müqaviləyə birtərəfli xitam verilməsi, bu barədə digər tərəfin xəbərdar edildiyi vaxtadək, tərəflərdən heç birini bu müqavilə üzrə yaranmış öhdəliklərindən azad etmir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, xx xxxx 2017-ci il tarixli müqaviləyə “A” Qoşmasında idxal/ixrac gömrük rəsmiləşdirilməsinin xidmətlərinin tarifləri və qiymətləri razılaşdırılmış, gömrük bəyannamələrinə görə Cavabdeh MMC tərəfindən idxal edilmiş mallarda bəyannaməçi qismində İddiaçı MMC iştirak etmiş, İddiaçı MMC-nin təqdim etdiyi hesab fakturalara (“faktura invoice”) əsas ən İddiaçı MMC cavabdehə müxtəlif tarixli invoyslar üzrə ƏDV-siz 8.163,40 manat məbləğində xidmətlər (bəyannamə doldurulması xidməti haqqı, gömrük rəsmiləşdirilməsi xidməti haqqı, hər bir “CMR”, terminal xərcləri) göstərmiş, xx xxxxx 2018-ci il tarixli, 909.247 nömrəli ödəniş tapşırığına əsasən 008291 və 126929 saylı hesab-fakturaları üzrə 16.578,70 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödəniş edilmiş, xx xxxx 2018-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 5.000 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin hesabına ödəniş edilmiş, lakin ödəniş tapşırığında ödənişin təyinatı borc ödənişi kimi qeyd edilmiş, xx xxxx 2018-ci il tarixli, 43 nömrəli ödəniş tapşırığına əsasən MSCS0315, MSCS0347, MSCS0350, MSCS0371, MSCS0490, MSCS0491, MSCS0575 saylı hesab fakturalar üzrə 5.000 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödəniş edilmiş, xx xxxx 2018-ci il tarixli, ******* nömrəli ödəniş tapşırığına əsasən MSCS0575, MSCS0576, MSCS0577, MSCS0597, MSCS0646, MSCS0647 saylı hesab-fakturalar üzrə 5.000 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödəniş edilmiş, xx xxxxxx 2018-ci il tarixli, 38 nömrəli ödəniş tapşırığına əsasən MSCS0647, MSCS0260, MSCS0261, MSCS0415, MSCS0685, MSCS0716, MSCS0736, MSCS0743, MSCS0779, MSCS0780 saylı hesab-fakturalar üzrə 5.248,48 manat məbləğində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödəniş edilmiş, mübahisənin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə 14 ədəd hesab faktura üzrə borcun ödənilməsi tələbi ilə xx xxxxx 2019-cu il tarix li pretenziya məktubu göndərilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 5.000 manat məbləğ istisna olmaqla, bütün ödəniş tapşırıqlarında cavabdehin qəbul etdiyi və razılaşdığı hansı hesab fakturalara əsasən ödəniş həyata keçirildiyi göstərilmiş, bununla da cavabdeh ödəniş həyata keçirdiyi hesab fakturalar üzrə xidmətin iddiaçı tərəfindən həqiqətən həyata keçirildiyini qəbul etmiş, işdəki maliyyə arayışına görə xx.xx.2018-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 32.207,48 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə cavabdehin təyinatını göstərmədən ödədiyi 5.000 manat MSCS 0781, MSCS 0808, MSCS 0807, MSCS 0821, MSCS 0822, MSCS 0840, MSCS 0858, MSCS 0883 saylı hesab fakturalar üzr ə silinmiş, iddiaçının cavabdehdən ödənilməsini tələb etdiyi MSCS 0176, MSCS 0453, MSCS 0884, MSCS 0966, MSCS 0989, MSCS 1016, MSCS 1028, MSCS 1075, MSCS 1101, MSCS 1110, MSCS 1244, MSCS 1309, MSCS 1332 saylı, MSCS 1374 saylı hesab fakturalar üzrə yaranmış cəmi 8.163,40 manat borcun ödənildiyi barədə cavabdeh tərəfindən məhkəməyə sübut təmin edilməmiş, həmin hesab fakturalar oxunmuş və qəbul edilmiş, həmin fakturalarla bağlı iddiaçıya hər hansı pretenziya bildirilməmiş, iddiaçı ona verilmiş tapşırığa əsasən cavabdehə xidmət göstərdiyi halda, cavabdeh göstərilmiş xidmətlərə görə haqqı tam məbləğdə ödəməmiş, eyni zamanda əsas borcun 10 %-i dəyərində tutulmuş 816,34 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsi və azaldılması üçün əsaslar müəyyən edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adə tən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsi ndən sonra qüvvəyə minir. Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məcəllənin 787-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xx.xx.2 018-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 5.000 manat istisna olmaqla, bütün ödəniş tapşırıqlarında hansı hesab fakturalara əsasən cavabdehin ödəniş həyata keçirməli olduğunun qeyd edildiyini, maliyyə arayışına görə xx.xx.2018-ci il tarixə cavabdehin iddiaçıya olan borcunun 32.207,48 manat təşkil etdiyini, xx.xx.2018-ci il tarixdə cavabdehin təyinatını göstərmədən ödədiyi 5.000 manatın isə MSCS 0781, MSCS 0808, MSCS 0807, MSCS 0821, MSCS 0822, MSCS 0840, MSCS 0858, MSCS 0883 saylı hesab-fakturalar üzrə silindiyini, 14 ədəd hesab-fakturalar üzrə yaranmış cəmi 8.163,40 manat borcun ödənildiyi barədə isə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təmin edilmədiyini, həmin hesab fakturaların oxunduğunu və qəbul edildiyini, bunlarla bağlı iddiaçıya hər hansı pretenziyanın bil dirilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)800/2019 saylı qətnaməsi dəyişdirilmədən saxla nılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-800/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər
Məhkəmə qərarları › İş №2-2(102)-145/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-145/2020
10.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver