Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-145/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borc məbləğinin silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçının vəkili X1 və cavabdeh İstehsalat Birliyinin vəkili Vəkil2 İlyas qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi haqqında idd ia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(103)-550/2020 saylı qətnaməsindən cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İşin materiallarında olan, “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” xx xxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən, Cavabdeh əməkdaşları tərəfindən Salyan rayonu, Qaraçala kəndində yerləşən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən faktiki olaraq keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı aşkar olunmuşdur.
2. İşin materiallarında olan, “Dəymiş ziyanı n bərpasına dair” xx xxxx 2019-cu il tarixli Tələbnamənin surətinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdeh İstehsalat Birliyinə dəymiş ziyan 106.734 kub.metr müəyyən edilmişdir.
3. İşin materiallarında olan, “Abonentin saldosu”na görə, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçıya Akta əsasən 2019-cu ilin mart ayına 21.346,80 manat məbləğində borc hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı üçün 2019-cu ilin iyun ayının sonuna qədər qazdan istifadəyə görə əsassız hesablanmış 22.296,87 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cava bdeh X2 rayonu, Qaraçala kəndində istixanada iddiaçıya məxsus **********00050 abonent kodu altında istifadə edilən qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli Akta əsasən, G-250 markalı 80109853 nömrəli sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən faktiki olaraq keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir.
6. Həmin Akt əsasında 2019-cu ilin iyun ayının sonuna iddiaçıya 22.296,87 manat qalıq borcunun olması qeyd edilmişdir. Halbuki, İstixanada qazdan yalnız qış aylarında istifadə olunur. 2018-ci ilin dekabr ayında 6.228 manat, 2019-cu ilin yanvar ayında keçən ilin dekabr ayı üçün 6.129 manat, 2019-cu ilin fevral ayında 3.000 manat, 2019-cu ilin mart ayında 2.700 manat, 2019-cu ilin aprel ayında 2.600 manat, 20 19-cu ilin may ayında 5.200 manat ödəniş edilmişdir.
7. Abonentin saldosunda hər il üçün orta ödəniş məbləği 22.000 – 25.000 manat civarındadır. Qışın sərt keçdiyi illərdə belə bu qədər sərfiyyat olmamışdır. İstixananın ərazisi böyüdülməmiş, fəaliyyət əvvəlki illərdə olduğu kimi həyata keçirilmişdir. Odur ki, ödənilmiş 19.629 manat həcmində sərfiyyatdan əlavə hesablanmış 22.296,87 manat qalıq borc real deyildir və əsassız hesablandığından silinməlidir.
8. Sayğacda olan nöqsan cavabdeh İstehsalat Birliyi tərəfindən hər ay üçün qazdan istifadəyə görə ödəniş hesablanarkən aşkar edilə bilərdi, bu zaman sayğacın elektron hissəsində uyğunsuzluq olduğu müəyyən edilərdi. Bu da cavabdeh İstehsalat Birliyinin səhlənkarlığıdır, iddiaçı buna görə məsuliyyət daşımır. Əsassız hesablanmış 22.296,87 manat qalıq borcun silinməsi ilə bağlı pretenziya qaydasında müraciət edilmiş, lakin cavabdeh İstehsalat Birliyi tərəfindən hər hansı cavab verilməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Pirverdiyev; iş No e-2-2(113)-447/2020) iddianın qismən təmin edilməsi; cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçıya hesablanmış 21.346,80 manat məbləğində borcun silinməsi qət edilmişdir. 10. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh İstehsalat Birliyi iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh İstehsalat Birliyi tərəfindən aparılan yoxlama yoxlamaların vahid məl umat reyestrində qeydə alınmamışdır. Belə olan halda cavabdeh İstehsalat Birliyi tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
11. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
12. Həmçinin məhkəmə sübutların təmin edilməsi ilə bağlı qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin ü zərinə düşür. 13. 1-ci instansiya məhkəməsi hüquqi əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2 və 4.9-cu bəndlərinə; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2, 31.2.3 və 3.2-ci maddələrinə; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-ci bəndlərinə istinad etmişdir.
14. Həmin qətnamədən narazı qalan cavabdeh İstehsalat Birliyi ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tə ləbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasl məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən C.Yusifov, hakimlər R.Qurbanov və V.Baxışova; iş № 2-2(103)550/2020) cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməməsi; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin (mübahisələndirilən hissələrində) dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq, şəxsin üzərinə hüquqa zidd hərəkət və hərəktsizliyi, daha konkret ziyan vurulmasında təqsiri sübuta yetirilməyincə onda mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. Cavabdeh İstehsalat Birliyi tərəfindən də konkret halda, mübahisəli obyektdə quraşdırılan qaz sayğacındakı qeyd olunan qüsurların iddiaçının təqsiri üzündən əmələ gəlməsi, yəni onun sayğacın hesablama mexanizmlərinə müdaxiləsi, bununla da «Qazdan istifadə qaydaları»nı pozması sübuta yetirilmir. Odur ki, hüquqazidd hərəkəti sübuta yetirilmədiyi halda, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçıya 21.346,80 manat məbləğində borc hesablanması və ödənilməsinin ondan tələb olunması əsassızdır.
17. Bundan əlavə, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçıya məxsus obyektdə qaz sayğacına keçirilən texniki baxış qanunvericiliyə də uyğun olmamışdır. Belə ki, qanunvericiliyin tələbləri baxımından, konkret halda qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh - sahibka rlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlama da məhz –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin etdikdən sonra həyata keçirə bilərdi.
18. Lakin, işin materiallarından göründüyü kimi, cavabdeh İstehsalat Birliyi qanununvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, yoxlama (baxış) əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olmayan bu cür yoxlamanı (baxışın) hüquqi nəticələri ola bilməz, əhəmiyyətsizdir. Bu baxımdan da iddiaçıya hesablanmış 21.346,80 manat borc məbləği qanunsuzdur.
19. Apellyasiya instansiya məhkəməsi hüquqi əsas kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə; «Qazdan istifadə qaydalarının» 2.10cu bəndinə; «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1, 3.2, 13.1 və 13.4-cü bəndlərinə; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4, 1.5 və 5.2-ci bəndlərinə istinad etmişdir.
20. Məhkəmənin qətnaməsi iddiaçının elektron kabinetinə xx.xx.2020-ci il tarixdə, cavabdeh İstehsalat Birliyinə isə xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir.
21. Həmin qətnamədən na razı qalan cavabdeh İstehsalat Birliyi ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏRİ A. Cavabdehin şəxsin kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayətində qeyd edilənlərə görə, sayğac iddiaçının vəsaiti hesabına alınmış və istixanasına quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Qanunun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş"Qazdan istifadə Qaydaları”na dəyişikliklər edilməsi barədə” xx xxxxx 2016-cı il tarixli 180 s aylı Qərarının 2.12-ci bəndinə əsasən, istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
23. İşin faktiki hallarından da görünür ki, xx.xx.2019-cu il tarixində iddiaçıya məxsus istixananada istismarda olan G-250 markalı, qaz sayğacı işləmədiyi üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt əsasında istismardan çıxarılmış, əvəzinə müvəqqəti olaraq G-160 markalı, 75Q18715 nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış G-250 markalı, 80109853 nömrəli qaz sayğacına Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş, sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərinin pozulması, mexaniki hissədən keçən 88893 m3 qaz həcminin qeydə alınmaması barədə rəy ver ilmişdir.
24. Laboratoriya tərəfindən verilmiş rəy əsasında sayğacın mexaniki hissədən keçən 88.893 m3 qaz həcmi 2.15 korreksiya əmsalına vurulmuş və sayğacın korrektorunun işlədiyi müddətdə qeydə aldığı 84.386 m3 qaz həcmi hesabatdan çıxarılmışdır.
25. Hesabat aşağıda göstərilən qaydada aparılmışdır: 2.15 (korreksiya emsalı) X 88.893 m3 (mexaniki hissənin qeydə aldığı qaz sərfi) = 191.120 m3 – 84.386 m3 (korrektorunun işlədiyi müddətdə qeydə aldığı qaz sərfi) = 106.734 m3.
26. Qeydə alınmamış qaz sərfinin hesablanaraq abonentin hesabına işlənməsi üçün ******* nömrəli xx.xx.2019-cu il tarixli Akt tərtib olunmuş və mart ayı üçün iddiaçının hesabına daxil edilmişdir.
27. «Qazdan istifadə Qaydaları»nın 2.12-ci bəndinə əsasən, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsində sahibkarlıq fəaliyyətindən bəhs edilir. Sahibkarlıq fəaliyyəti isə sahibkarın - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsindən ibarət olan fəaliyyətdir. Quraşdırılmış qaz sayğacının qüsurunun səbəbinin müəyyən edilməsi məqsədi ilə çıxarılmasının sahibkarlıq fəaliyyyətinə birmənalı şəkildə heç bir adiyyatı yoxdur.
29. Digər tərəfdən də, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi texniki baxış barədə qanunvericiliyin müvafiq normasına görə, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına texniki baxışı həvata keçirmək FHN və Energetika Nazirliyinə aiddir.Üstəlik də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsində “Texniki baxış” deyil, “baxış” sözü qeyd olunub ki, bunlar da mahiyyətcə fərqli anlayışlardır.
30. Cavabdeh tərəfindən istehlakçı, iş üzrə iddiaçının sənaye qaz qurğusuna texniki baxış keçirilməmişdir. Bir sözlə, Cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə texniki baxışın aparılması ilə əlaqədar aşağı instansiya məhkəmələrinin qeyd etdikləri yanlışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz ərizəsini təqdim etməmişdir. c) M əhkəmə icraatı iştirakçılarının izahatları
32. Cavabdeh İstehsalat Birliyinin vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
33. İddiaçının vəkili Ş.Abduləzizli kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydalarının» 2.10-cu bəndinə görə, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
35. «Sahibka rlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə uyğun olaraq sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur.
36. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
37. Həm in Qanunun 3.2-ci maddəsinə müvafiq olaraq bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
38. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə görə, sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlu mat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
39. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılmas ı qaydası haqqında Əsasnamə»nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
40. Həmin Əsasnamənin 1.5-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reye strdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
41. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. İş üzrə cavabdeh İstehsalat Birliyi tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Kassasiya şikayətində cavabdeh İstehsalat Birliyi göstərir ki, onun əməkdaşları tərəfindən iddiaçının qaz sayğacına yalnız baxış keçirilsə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bu tədbir texniki baxış adlandırılmışdır. Eyni zamanda İstehsalat Birliyinin əməkdaşları iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlamalar keçirməmişdir, ona görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən sayğaca baxış tədbirinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tətbiq edilməsi yolverilməzdir.
47. Bununla əlaqədar məhk əmə kollegiyası qeyd etməlidir ki, cavabdeh İstehsalat Birliyi bunu inkar etsə də, onun əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə olunmuşdur. Belə ki, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçıya məxsus qaz sayğacına “baxış” keçiridikdən sonra ona qazdan istifadəyə görə müvafiq məbləğdə borc hesablanmış və həmin borc ödənilmədiyindən qazın verilməsi kəsilmişdir. İddiaçı sahibkarlıq fəaliyyətinin normal vəziyyətə salınması və qazın verilməsinin bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
48. Halbuki, İstehsalat Birliyi tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətinə bu cür müdaxilə edilərkən qanunun tələbləri pozulmuşdur (bax hazırki qərarın 35-41-ci bəndlərinə). Belə ki, qanun xüsusi olaraq göstərmişdir ki, iddiaçı İstehsalat Birli yi inhisarçı olaraq sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müəyyən edilmiş müddətdə və qaydada myvafiq Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. X3 bu qaydalara əməl etməmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair Cavabdeh kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
50. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.