Məhkəmə qərarları › İş №2-2(102)-145/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-145/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-145/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 22(106)-91/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmalarının və sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 20.432,58 manat məbləğində krеdit bоrcu, 1666,16 manat faiz bоrcu və 3669,67 manat cərimə olmaqla, cəmi 25.768,41 manat, 055R********** saylı krеdit razılaşması üz rə 75.298,8 manat krеdit bоrcu, 5.663,09 manat faiz bоrcu və 14.577,87 manat cərimə olmaqla, cəmi 95.539,76 manat, iki kredit razılaşması üzrə ümumilikdə 121.308,2 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 12 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumun və 180 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərr acdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 121.308,2 manat məbləğində bоrcun, 12 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumun və 180 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar sat ıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(121)-57/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 022R********** saylı xx.xx.2020-ci il tarixli kredit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlərin ləğv edilməsi, 055R********** saylı kredit razılaşması üzrə 74.800,65 manat əsas borc, 5.663,09 manat faiz borcu və 1400 manat cərimə olmaqla, cəmi 81.863,74 manat, 022R********** saylı kredit razılaşması üzrə 20.373,57 manat məbləğində əsas borc, 1.666,16 manat faiz borcu və 360 manat cərimə olmaqla, cəmi 22.399,73 manat, 2 kredit razılaşması üzrə ümumilikdə 104.263,47 məblə ğində kredit borcu, 10 manat məbləğində dövlət rüsumu, 350 manat məbləğində mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və 140 manat məbləğində xidmət haqqının Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri P.Həsənov küçəsində 0.166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasına yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 20.762 manat məbləğində və İmişli şəhəri P.Həsənov küçəsində 0.1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 80.741 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 104.263,47 məbləğində kredit borcu, 10 manat məbləğində dövlət rüsumu, 350 manat məbləğində mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun və 140 manat məbləğində xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatının İddiaçı QSC-dən, 150 manatının Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, 350 manat məbləğində dövlət rüsumunun Əliyev Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim N.Misirzadə) İddiaçı QSC və cavabdeh Əliyev X1 Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(121)-57/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(106)-91/2023 saylı qətnaməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 2-2(121)57/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən – İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torp aq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilmiş, İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir (sədrlik edən hakim – P.Əhmədov, hakimlər – C.İmanov və T.Heydərov). Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2024-cü il 5 fevral tarixli 2-2(102)-145/2024 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Ali Məhkəməyə ünvanlanmış 2024-cü il 18 aprel tarixli məktubunda iş üzrə əlavə qətnamə çıxarılması zərurətinin yaranması ilə əlaqədar, işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2(106)-91/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2024-cü il 5 fevral tarixli 2-2(102)-145/2024 saylı qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmalı və Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə əsasən həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Hazırkı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2(106)-91/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilən kassa siya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2024-cü il 5 fevral tarixli 2-2(102)-145/2024 saylı qərardadı ləğv edilsin. 2-2(102)-145/2024 saylı kommersiya mübahisəsi üzrə iş kassasiya baxışından çıxarılsın və Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə əsasən həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar