Məhkəmə qərarları › İş №2-2(102)-146/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-146/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-146/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması 22.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin Cavabdehə qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli 2-2(103)-734/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İdd iaçı BOKT ASC (bundan sonra – “ASC”) Cavabdehə (bundan sonra – “Cavabdeh”) qarşı 2019-cu il 13 dekabr tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, 2021-ci il 1 mart tarixində iddianın həcminin artırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 2019-cu 17 may il tarixli 2019/00147-01 saylı Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh onun xeyrinə 39.950 ABŞ dolları qalıq, ona hesablamış 16.937,02 ABŞ dolları faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24.609,2 ABŞ dolları dəbbə pulu, cəmi 81.496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması, tələbin Cavabdeh məxsus A küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 81.496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun ona ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 mart tarixli 2-2(113)-98/2021 saylı qətnaməsi ilə iddianın rədd edilmişdir (hakim – F.Qasımov).

3. ASC 2021-ci il 5 may tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli 2-2(103)-734/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 mart tarixli 2-2(113)-98/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək: 4.1. Cavabdeh 39.950 ABŞ dolları əsas borc, 16.937,02 ABŞ dolları faiz borcu və 3.900 ABŞ dolları dəbbə pulu, cəmi 60.787,02 ABŞ dolları və iddia ərizəsi ilə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu tutularaq ASC-yə ödənilməsi; 4.2. tələbin Cavabdeh məxsus A küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılması; 4.3. ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh həmin evdən çıxarılması; 4.4. qalan hissədə dəbbə pulunun tutulması idd iasının təmin edilməməsi; 4.5. iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 253 manatın Cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – Nümayəndə1 və V.Baxışova).

5. Həmin qətnamə 2021-ci il 21 oktyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(103)734/2021 saylı əlavə qətnaməsi ilə ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 17 may tarixli 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmeti olan A küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 manat müəyyən edilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüse yn və V.Baxışova).

7. Həmin əlavə qətnamə 2021-ci il 12 noyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.

8. Cavabdeh 2021-ci il 23 dekabr tarixində Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli və 2021-ci il 2 noyabr tarixli 2-2(103)-734/2021 saylı qətnamələrindən kassasiya şikayəti verərək qeyd olunan qətnamələrinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli 2-2(103)734/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər –V.Məmmədov və V.Baxışova).

10. Apellyasiya instansiyası məhkəməsi hesa b etmişdir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 407.1-ci maddəsinə əsasən müəyyən edilmiş formaya uyğun tərtib edilməmişdir.

11. Bundan başqa, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il tarixli 5 oktyabr 2-2(103)-734/2021 saylı qətnaməsi MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2021-ci il 21 oktyabr tarixdə saat 15:40-da Cavabdehin nümayəndəsi və vəkilinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

12. Cavabdeh qətnamədən verdiyi kassasiya şikayəti isə 2021-ci il 23 dekabr tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, Cavabdeh kassasiya şikayət i MPM-in 405.0.1-ci maddəsində göstərilən 2 ay müddətində verilməmişdir. Belə ki, şikayət etmə müddəti Cavabdehə münasibətdə 2021-ci il 22 dekabr tarixində bitdiyi halda, kassasiya şikayəti 2021-ci il 23 dekabr tarixdə verilmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 135.5, 135.6, 405.0.1, 407.1, 408.1, 408.1.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh 2021-ci il 27 dekabr tarixində kassasiya şikayəti verərək, həmin qərardadının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş e tmişdir.

15. Eyni zamanda, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli və 2021-ci il 2 noyabr tarixli 2-2(103)-734/2021 saylı qətnamələrindən yeni formada verdiyi kassasiya şikayətlərini (ayrı-ayrılıqda) də qərardaddan verdiyi kassasiya şikayətinə əlavə etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada verildiyindən, məlumatlar tam göstərildiyindən geri qaytarılması üçün heç bir əsas mövcud deyildir.

17. Məhkəmə ədalətli məhkəmə araşdırmasının qarşısını almış və vətəndaşın məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli qətnaməsi 2021-ci il 25 oktyabr tarixində əldə ed ildiyindən 2 aylıq müddət ötürülməmişdir.

19. Kassasiya şikayətini MPM-in 405, 407-ci maddələrinə və Avropa İnsan Hüquqları Konvensiyası 6-cı maddəsinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi v ə əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

24. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırı lır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 16-18) iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, həmin dəlillər aşağıdakı səbəblərdən əsaslı, apellyasiya instansiyası məhkəməsinin mövqeyi is ə qanunauyğun deyildir.

26. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh kassasiya şikayətini iki əsasla geri qaytarmışdır: 1) kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsi və prosessual müddətin bərpası barədə vəsatət verilməməsi; 2) kassasiya şikayətinin prosessual formaya uyğun verilməməsi.

27. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə əlavə qətnamə də qəbul etmişdir. Cavabdeh kassasiya şikayətində qətnamə ilə yanaşı, əlavə qətnaməni də mübahisələndirmişdir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə, qətnamə və əlavə qətnamə mahiyyət etibarilə iş üzrə məhkəmənin gəldiyi vahid nəticəni bütöv bir tam olaraq özündə təcəssüm etdirən məhkəmə aktlarıdır. Odur ki, işdə iştirak edən şəxs tərəfindən şikayətvermə müddətinin ötürülüb-öt ürülməməsi məsələsini həll edərkən məhkəmə yalnız qətnamənin deyil, həmçinin əlavə qətnamənin də həmin şəxsə çatdırılma tarixini nəzərə almalıdır.

29. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(103)734/2021 saylı əlavə qətnaməsi 2021-ci il 12 noyabr tarixində Cavabdeh nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir (İİ cild, i/v 37). Ona görə də həmin məhkəmənin 2021-ci il 5 oktyabr tarixli qətnaməsindən və 2021-ci il 2 noyabr tarixli əlavə qətnaməsindən kassasiya şikayəti vermə müddəti 2021-ci il 12 noyabr tarixindən hesablanmalıdır. Bu halda sözügedən müddət Cavabdeh münasibətdə 2022-ci il 12 yanvar tarixində bitmiş olur.

30. Cavabdeh kassasiya şikayəti məhkəməyə 2021-ci il 23 dekabr tarixində daxil olduğundan cav abdeh tərəf kassasiya şikayətinin verilməsi üçün MPM-in 405.0.1-ci maddəsində (bax yuxarıda § 24) müəyyən edilən 2 aylıq müddəti ötürməmişdir.

31. Həmçinin Cavabdeh 2021-ci il 23 dekabr tarixində daxil olmuş kassasiya şikayəti geri qaytarıldıqdan sonra 2021-ci il 27 dekabr tarixində məhkəməyə təqdim edilmiş kassasiya şikayəti MPM-in 407.1-ci maddəsinə (bax yuxarıda § 24) əsasən, müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir.

32. Şərh olunanlara və MPM-in 405, 407, 408-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli 2-2(103)734/2021 saylı qərardadı ləğv edilsin. Bununla bağlı növbəti prosessual hərəkətlər yerinə yetirilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar