Məhkəmə qərarları › İş №2-2(102)-147/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-147/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-147/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh1nəqarşı iş üzrə QƏRAR Açar sözlər: kredit, ipoteka, dəbbə pulu, ipoteka predmetinin ilkin satış qiyməti giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X8 X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə1, vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh1nə (bundan sonra cavabdeh) qarşı “borcun tutulması, borc tələbinin xx.xx.2014 -cü il tarixli İ017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140.000 manat ilkin satış (likvid) qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, əmlaka tutma yönəldildikdə cavabdehin bu binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-54/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi kasasi ya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı ilə borcalan cavabdeh arasında bağlanmış x xxxx 2014-cü il tarixli K095/2014 №-li kredit müqaviləsindən görünür ki, borcverən borcalana illik 7 faizlə 60 ay müddətinə 70.000 manat məbləğində kredit verilməsini, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı, dəbbə pulu məbləğini ödəməyi və digər öhdəlikləri təmin etməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə öhdəliklərin təminat üsulu kimi cavabdehin mülkiyyətində olan, ünvan 2 ünvanında 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahədən ib arət qeyri-yaşayış binası (inzibati bina) xx xxxx 2014-cü il tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsi əsasında yüklü edilmiş və yüklülük qanuna müvafiq olaraq notarial qaydada təsdiq edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb RX seriyalı ******* №-li çıxarış verilmişdir. Borc verən iddiaçı ilə borcalan cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən borcverən borcalana illik 7 faizlə 60 ay müddətinə 40.000 manat məbləğində kredit verilməsini, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı, dəbbə pulu məbləğini ödəməyi və digər öhdəlikləri təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borc öhdəliklərinin təminat üsulu kimi cavabdehin mülkiyyətində olan, ünvan 2 ünvanında 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (inzibati bina) xx xxxxxxxx 2014-cü il tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və yüklülük qanuna müvafiq olaraq notarial qaydada təsdiq edilərək DƏDRX-nin 12 nömrəli Ərazi İdarəsində qeydiyyata alınıb RX seriyalı ******* №-li çıxarış verilmişdir. Cavabdeh “Kredit müqaviləsi-1” üzrə xx.xx.2016-cı ildə və “Kredit müqaviləsi-2” üzrə xx.xx.2017-ci ildə son ödənişləri etdikdən sonra kredit borcu üzrə ödənişi dayandırmışdır. Tərəflər arasında bağlanmış tərəflər arasında bağlanmış x xxxx 2014-cü il tarixli K095/2014 №-li kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,5 faizi məbləğində Borcverənə dəbbə pulu ödəməlidir. Eyni hal tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli K-136/2014 nömrəli müqaviləsinin 10-cu bəndində də nəzərdə tutulmuşdur. xx xxxxxx 2017-ci tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən (sistemə daxil olma tarixi xx xxxxxx 2017-ci il) məlum olur ki, X3 BOKT “xxxx” MMC-də əsas iş yeri olaraq icraçı direktor-daxili audit xidmətinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. İddiaçının təsisçilərinin ümumi yığıncağının xx xxxxxx 2017 ci il 06/2017 saylı iclas protokoluna əsasən cəmiyyətin icra strukturunda “baş direktorun müavini-kredit və lizinq xidmətinin rəhbəri” və “icraçı direktor-daxili audit xidmətinin rəhbəri” vəzifələri ləğv olunmuş, X4 iddiaçının baş direktoru vəzifəsindən azad olunmuş, X3 cəmiyyətin “xxxx” vəzifəsinin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək cəmiyyətin baş direktoru vəzifəsinə təyin edilmişdir. İşin qeyd olunan halları işə əlavə edilmiş Elçin Niftiyevin əmək kitabçasından çıxarışla təsdiq olunur. İddiaçı ilə işçi X3 bağlanmış xx xxxxxx 2017-ci tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında xx xxxxxx 2018-ci il tarixli razılaşmanın və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən (sistemə daxil olma tarixi xx xxxxxx 2017-ci il) bəlli olur ki, X3 cəmiyyətin baş direktoru vəzifəsinə təyin olunmuşdur. Razılaşmaya əsasən, əmək müqaviləsinin “3. İşçinin əmək funksiyası və vəzifələri” bəndinin 3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür;” yarımbəndi aşağıdakı qaydada dəyişdirilir: BOKT-un baş direktorunun funksiyalarını beynəlxalq qurumlarda, hakimiyyət, dövlət, məhkəmə orqanlarında və özəl qurumlarda vəkalətnamə olmadan icra edir və bu funksiyaların icrasını istehsalat zərurəti hallarında BOKT-un digər işçilərinə həvalə etmək. İddiaçının Nizamnaməsinə əsasən həmin Nizamnamənin 7.5 bəndində baş direktorun səlahiyyətləri sırasında vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyətləri çərçivəsində müqavilələr və sənədlər imzalamaq, onu istər ölkə daxilində, istərsə də xaricdə üçüncü şəxslər qarşısında təmsil etmək də göstərilmişdir. Əmək müqaviləsinə dəyişikliklər haqqında xx xx xxxx 2018-ci il tarixli razılaşmanın və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən (sistemə daxil olma tarixi xx xxxxxx 2018-ci il) məlum olur ki, Nümayəndə1 x xxxxx 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən BOKT “xxxx” MMC-nin müşaviri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 27459 nömrəli ekspert rəyindən görünür ki, x xxxx 2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borc 69826,36 manat, faiz borcu 9812,66 manat, penya borcu 86427,37 manat, xx xxxxxxxx 2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borc 39970,78 manat, faiz borcu 5602,74 manat, penya borcu 40816,79 manat müəyyən olunmuşdur. İ ddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “xx.xx.2014-cü il tarixli K095/2014 №-li kredit müqaviləsinə əsasən 70000 manat məbləğində əsas borc, 8000 manat məbləğində faiz borcu, 65115 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 143115 manat, xx.xx.2014cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən 40000 manat məbləğində əsas borc, 5409 manat məbləğində faiz borcu, 29025 manat məbləğində dəbbə (penya) pulunun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 74464 manat məbləğində borcun, xx.xx.2014-cü il tarixli İ017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ-023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən təminat üsulu olaraq yüklü edilmiş cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri -yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, cavabdehin bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması" barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 10390 manat məbləğində faiz borcu, 92098 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 171730 manat borcun, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 6433 manat məbləğində faiz borcu, 42803 manat məbləğində dəbbə ( penya) pulu olmaqla, cəmi 89144 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə 260.874 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc tələbinin xx.xx.2014-cü il tarixli İ017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ-023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140000 manat ilkin satış (likvid) qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, əmlaka tutma yönəldildikdə cavabdehin bu binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində ç ıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin qanuni təmsilçisi olan direktor Nümayəndə2 təsərrüfat fəaliyyətinin böhrana düşməsi səbəbindən ipoteka predmetini satışa qoyduğunu və əmlak satıldıqdan sonra borcu ödəyəcəyini bildirsə də, bu günədək borcun ödənilməsi istiqamətində hər hansı hərəkət etməmişdir. Buna cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, ipoteka predmetinə təklif etdiyi 300.000 manat dəyərlə alıcı tapmadığına görə sata bilməmişdir. Cavabdehin nümayəndəsinin yalnız ipoteka predmetinin satışı ilə borcu ödəmə imkanını bildirməsi fikri ilə əmlakı tərəflərin müəyyən edilmiş bazar dəyərindən daha yüksək dəyərlə satmaq niyyəti arasında ciddi ziddiyyətin, fərqin olması, onun real vəziyyəti düzgün qiymətləndirməkl ə əmlakı bazar dəyərinə uyğunlaşdırmasının zəruriliyi barədə təkliflərinə müsbət yanaşmaması, öhdəliyin icrası və mübahisənin məhkəməyə qədər prosedurlarla həllini mümkünsüz edir. Halbuki borc öhdəliklərinin yaranma prosesində, yəni kredit verilərkən və ipoteka qeydə alınana kimi cavabdehin qanuni nümayəndəsinin iştirakı və razılığı ilə kredit təşkilatının daşınmaz əmlakın qiymətləndirmə qrupu tərəfindən aparılmışdır. İpoteka predmeti olan əmlakın qiymətləndirmə proseduru və xx xxxx 2014-cü il tarixli qiymətləndirmə aktı ilə qeyri-yaşayış binası 160.000 manat bazar və 140.000 manat likvid dəyərlə qiymətləndirilməsi əmlak bazarının hazırkı tələb və təklif üzrə dəyərini tam düzgün əks etdirir. Ona görə də iddia tələbi üzrə ipoteka predmeti olan qeyri-yaşayış binasının satış (likvid) qiymətlə, yəni tərəflərin kredit verilərkən razılaşdığı 140000 manat likvid dəyərlə hərraca çıxarılması barədə məhkəmənin qərarı ədalətli hesab edilə bilər. Qeyd olunan qiymətləndirmə prosedurunun yekun rəyində və ipoteka müqavilələrinin məzmunu üzrə müəyyənləşdirilmiş şərtlərdə də heç bir halda ipoteka predmeti olan qeyri-yaşayış binasının yenidən qiymətləndirilməsi şərtləndirilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-2(84)-2/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2014-cü il tarixli K095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69242 manat əsas borc, 9812,66 manat faiz borcu, 60.000 manat dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39.908 man at əsas borc, 5.602,74 manat faiz borcu, 30.000 manat dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214.565,40 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, həmin 214.565,4 manat borcun ödənilməsi üçün xx.xx.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ-023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanda 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 manat müəyyən edilməsi qət edilmiş, iddia tələb olunan pul məbləğinin qalan 46.308,6 manat hissəsində, əmlaka tutma yönəldildikdə cavabdehin ipoteka qoyu lmuş binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması hissəsində təmin edilməməmişdir. Şəki Аpelyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyasının (hakimlər X6-məruzəçi, X10 və Rəfiyev Rövşən Rafiq oğlu, 2-2(107)-25/2019 saylı iş) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin аpellyаsiyа şikayəti qismən təmin edilərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tаrixli qətnaməsi, xx.xx.2014-cü il tarixli K-095/2014 №li kredit müqaviləsi üzrə 20.000 manat dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K136/2014 №-li kredit müqaviləsi üzrə 10.000 manat məbləğində dəbbə (penya) pulu, cəmi borc 154.565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən c əmi 154.565,4 manat borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyası (hakimlər Sevda Hüseynova-məruzəçi, Əli Rüstəmov və Gündüz Quliyev, 2-2(102)-402/2019 saylı iş) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Şəki Аpelyаsiyа Məhkəməsinin İnzibаtiİqtisаdi kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Аpelyаsiyа Məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, “...iddia ərizəsi iddiaçının etibarnamə əsasında nümayəndəsi kimi Zülfüqar Niftəliyev adlı şəxs imzalamışdır. Onun səlahiyyətini təsdiq edən sənəd kimi işin İ cildin 75-ci səhifəsində olan etibarnamə təqdim edilmişdir ki, həmin etibarnamə ilə nümayəndənin hüquqi şəxsin işçisi olması göstərilmiş və etibarnamə hüquqi şəxsin direktoru kimi Elçin Niftəliyev tərəfindən imzalanmışdır. Lakin işin 100-ci səhifəsində olan “Kommersiya qurumunun Dövlət reyestrdən Çıxarışa” əsasən iddiaçının qanuni təmsilçisi kimi Xaliq Qurbanov adlı şəxs müəyyən edilmişdir. İşin sənədlərinə iddiaçının nizamnaməsi əlavə edilməmişdir. Qeyd edilənlər isə o nəticəni yaradır ki, iddiaçının nümayəndəsinə etibarnamə vermiş şəxsin səlahiyyətləri qeyri-müəyyəndir. Çünki həmin şəxs iddiaçının qanini təmsilçisi deyildir, habelə iddiaçının nizamnaməsi təqdim edilmədiyindən, E.Niftəliyevin hansı səlahiyyətlərə malik olması aydın deyildir”. Şəki Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi kollegiyasının (hakimlər X11məruzəçi, X15 və X2, 2-2(103)-54/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tаrixli qətnaməsi, xx.xx.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə 20.000 manat dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə 10.000 manat məbləğində dəbbə (penya) pulu, cəmi borc 154.565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154.565,4 manat məbləğində borc ödənilməsi müəyyən edilməklə dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, məhkəmədə hazırkı iddia qaldırılarkən iddiaçı nın baş direktoru olmuş Elçin Niftiyevin iddiaçının nümayəndəsinə (cəmiyyətin işçisinə) etibarnamə vermək, iddiaçının nümayəndəsinin isə iddia ərizəsini imzalamaq səlahiyyətləri olmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticələrini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin faizlərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmaması və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsi nəzərə alınaraq hazırkı iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qətnaməsi kredit müqavilələrinə əsasən hesablanmış dəbbə (penya) pulu mə bləğləri hissəsində dəyişdirilməlidir. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayətində Mülki Məcəllənin 6.2, 430.1, 460.1, 462.1, 463.1, 739.2-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif qaydada müəyyən oluna bilər: müq avilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; (mübahisələndirən kredit müqavilələrinin 10-cu bəndinin şərtləri kimi); öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində. Göründüyü kimikredit müqavilələrində dəbbə pulunun hesablanması qaydası müqavilələrdə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında şərtləndirilmişdir. Bu şərt beynəlxalq təcrübədə də kredit müqaviləsinin qəbul edilmiş seqmentidir. Məhkəmə kollegiyasıdəbbə pulu məbləğinin cavabdehin borc öhdəliyinin icrasından qərəzli yayınması səbəbindən yarandığına, cavabdehin iddiaçının tələbini uzun müddət boş vədlər verməklə öncədən düşünülmüş təqsirli hərəkətlərinin nəticəsində yaranması vəziyyətinə bilərəkdən qiymət vermədən, heç bir sübuta-dəlillə söykənməyən, ölçüsü, həcmi heç bir normativlə əsaslandırılmayan, müəyyənləşməyən yalnız “tənasübsüz” ifadəsini işlətməklə qətnamədə Mülki Məcəllənin 467-ci maddəsinin “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... ” məzmununa qismən istinad edir. Bu halda maddənin “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır…” müddəası kreditorun, yəni iddiaçının marağının nəzərə alınmasını təsbit edən əsas hüquq və mənafey olmasını unudur, nəzərə almır. Mülki Məcəllənin 467-ci maddəsinin məzmununda “Tənasüb müəyyənləşdirilərkən kr editorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... ” ifadəsi ilə təsbit olunan bu qanuni tələbin yalnız kreditorun-iddiaçının marağının təsiri altına düşən əsas hüquq və mənafeyi olması məhkəmə kollegiyasının diqqətindən kənarda qalır, əhəmiyyət verilmir, nəzərə almır. Eyni Cavabdeh1, məhkəmə kollegiyasının qanunun bu tələbinə əməl etmədən “tərəflərin əmlak mənafelərinə uyğun olmamaqla reallığı əks etdirmir.. ” deməsi ilə qanuna zidd olaraq kreditora aid qanuni tələbi cavabdehin marağına cavab verən yanlış hüquqi müstəvidə qiymətləndirir. Nəticədə iddiaçının maddi və prosessual hüquq və mənafeyinin həmkarları tərəfindən çıxarılan ləğv edilmiş apellyasiya qətnaməsində pozulmuş hüququnu təkrar, daban- dabana təkrar pozulmaqla qətnamə çıxarır. Cavabdehin kasasiya ş ikayətinin dəlillərinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qeyd edilənlər o nəticəni yaradır ki, iddiaçının nümayəndəsinə etibarnamə vermiş şəxsin səlahiyyətləri qeyri-müəyyəndir. Çünki həmin şəxs iddiaçının qanuni təmsilçisi deyildir, habelə iddiaçının nizamnaməsi təqdim edilmədiyindən, E.Niftəliyevin hansı səlahiyyətlərə malik olması aydın deyildir.” Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini görməzdən gəlmiş, Azərbaycan Respublikası MPM-in 259.0.3-cü, 371-ci və 372.2-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası MPM-in 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının iddia ərizəsini imzalayan şəxs Zülfüqar Niftəliyevin həmin iddia ərizəsini imzalamağa səlahiyyətinin olmasını təsdiq edən sənədləri birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Zülfüqar Niftəliyevin həmin sənədləri apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş, həmin sənədlərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olma yan səbəblərə görə mümkün olmadığını isə əsaslandırmamışdır. Belə vəziyyətdə isə apellyasiya instansiyası məhkəməsi birmənalı olaraq iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etməli idi. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını şikayət qərarın ləğv edilməsinə yönəldikdə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 239.732,5 manat müəyyən etmişdir. “İpoteka haqqında” Qa nunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü qanunvericilik ipoteka predmetlərinin ilkin satış qiymətini bu sahədə heç bir xüsusi biliyə malik olmayan məhkəmənin mülahizəsi əsasında deyil, bu sahədə xüsusi biliyə malik olan müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbini pozaraq, iş materiallarında olan ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edən müstəqil qiymətləndiricinin rəyini nəzərə almamış, hər hansı bir xüsusi biliyə malik olma dan, yalnız öz şəxsi mülahizəsinə görə ipoteka predmetinin ilkin satış qiymətini 239732,5 manat müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozulmasını görməzdən gəlmişdir. Cavabdeh apelyasiya instansiyası məhkəməsi tərəfindən dəbbə pulunun xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə 20000 manat, xx.xx.2014-cii il tarixli kredit müqaviləsi üzrə 10000 manat müəyyən edilməsi ilə də razı deyil. Çünki bu məbləğlərin işin faktiki hallarına uyğun olub-olmaması istiqamətində heç bir aydınlaşdırma aparılmamış, iddiaçının zərərin minimum məbləğinin nə qədər olmasını və 30000 manat dəbbə pulunun iddiaçının zərərin minimum məbləği ilə uyğunluq təşkil edib-etməməsi dəqiqləşdirilməmiş, dəbbə pulunun 30000 manat müəyyən edilmə sinin nəyə görə ağlabatan və ədalətli hesab edilməsinin səbəbləri qətnamədə göstərilməmişdir. tərəflərin izahatı: İddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırıcı hissə: İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında ayrı-ayrı vaxtlarda iki dəfə kredit müqaviləsi bağlanmışdır. x xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 7 faiz ödənişlə 60 ay müddətinə əsas borc məbləğinin ödənişinə 24 ay güzəşt müddəti ilə 70.000 manat məbləğində kredit cavabdehə verilmiş və bu müqavilə üzrə öhdəliklərin təminat üsulu kimi cavabdehin mü lkiyyətində olan, ünvan 2 ünvanında 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (inzibati bina) x xxxx 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxxxx 2014-cı il tarixli kredit müqaviləsinə əsasən illik 7 faiz ödənişlə 24 ay güzəşt müddəti ilə 60 ay müddətinə 40.000 manat kredit cavabdehə verilmiş və bu müqavilə üzrə borc öhdəliklərinin təminat üsulu kimi cavabdehin mülkiyyətində olan, ünvan 2 ünvanında 2 mərtəbəli, 741,24 kv.m ümumi, 78,14 kv.m əsas və 663,10 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (inzibati bina) xx xxxxxxxx 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və yüklülük qanuna müvafiq o laraq notarial qaydada təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. Müqavilələrdə nəzərdə tutulmuş 70.000 manat və 40.000 manat kredit məbləğinin cavabdeh tərəfindən alınması mübahisə olunmur. Hər iki ipoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş eyni qeyri-yaşayış sahəsinin bazar dəyəri 160.000 manat müəyyən edilmişdir. x xxxx 2014-cü il tarixli müqavilənin 5.5-ci bəndində kredit vəsaitindən istifadə müddətinin x xxxx 2019-cu il tarixdə, xx xxxxxxxx 2014-cü il tarixli müqavilənin 5.5-ci bəndində kredit vəsaitinin istifadə müddətinin xx xxxxxxxx 2019-cu il tarixdə bitməsi nəzərdə tutulmuşdur. Hər iki kredit müqaviləsinin 7.3-cü bəndində iddiaçı ilə cavabdeh razılaşmışlar ki, borcalan borcverəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitini hər ayın 8-dən gec olm ayaraq bu müqaviləyə əlavə olunmuş qrafikə əsasən borcalan tərəfindən borcverənin kredit müqaviləsinin 23-cü bölməsində göstərilən bank rekvizitlərinə və ya kassasına mədaxil orderi vasitəsilə borcverənin kassasına nağd ödəyir. Hər iki müqaviləyə əlavədə ödəniş günləri, ödəniş günlərində əsas borc və faiz borcunun məbləği, cəmi ödəniş məbləği barədə tərəflər razılığa gəlmiş, apellyasiya instansiyası məhkəməsinin araşdırması nəticəsində cavabdehin əlavələrə uyğun ödəniş etmədiyi müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən, x xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə x xxxxxxxx 2018-ci il tarixə əsas borc 69.826,36 manat, faiz borcu 9.812,66 manat, penya borcu 86.427,37 manat, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxx 2018-ci il tarixə əsas borc 39.970,78 manat, faiz borcu 5.602,74 manat, penya borcu 40.816,79 manat müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi ilə cavabdehdən x xxxx 2014-cü il tarixli müqavilə ilə əsas borc 69.242 manat, faiz borcu 9.812,66 manat, xx xxxxxxxx 2014-cü il tarixli müqavilə üzrə 39.908 manat əsas borc, 5.602,74 manat faiz borcunun tutulub iddiaçıya ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məc əllənin 739.2-ci maddəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya la zımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə, əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun i crası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, cavabdeh isə öhdəliyi icra etməmiş, nəticədə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdeh olduğundan müqavilədə müəyyənləşdirilmiş məbləği ödəmədiyindən onun dəyərini qaytarmaq öhdəliyi daşımışdır. Məhkəmə ekspertizasının rəyində qeyd edilən əsas borc və faiz borcunun məbləği hesabdan çıxarış məlumatları, maliyyə arayışları, cavabdeh tərəfindən iddiaçıya ödənilən ödəniş qəbzləri əsasında müəyyən edilmişdir. MPM-in 1 03.1-ci maddəsinə əsasən, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin əsas borcu və faiz borcu qalmasını ekspert rəyi ilə yanaşı işdə olan maliyyə arayışı, cavabdeh tərəfindən iddiaçıya ödənilən ödəniş qəbzləri ilə də təsdiq edildiyini müəyyən etmişdir. Məhkəmənin ekspertin rəyi ilə razılaşmaması üçün hər hansı əsas olmamışdır. Cavabdeh müqavilə öhdəliklərinə görə ödəməli olduğu əsas borcun və faiz borcunun ekspert rəyində müəyyən edilən məbləğdən az olması, yaxud borcunun olmaması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Odur ki, cavabdehdən hər iki müqavilə üzrə əsas borc və faiz borcu üzrə məbləğlərin tutulub iddiaçıya ödəni lməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla bu hissədə cavabdehin şikayətinin dəlilləri haqlı hesab edilə bilməz. Həm x xxxx 2014-cü il tarixli, həm də xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqavilələrində ipoteka predmetinin məbləği 160.000 manat qiymətləndirilmişdir. Məhkəmə qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti 239.732,50 manat müəyyən edilmişdir. Məhkəmənin 2018-ci ilinin dekabr ayında əldə etdiyi qiymətləndirmə hesabatında qeyri-yaşayış sahəsinin likvid dəyəri 290.000 manat, 2019-cu ilin yanvar ayında əldə etdiyi qiymətləndirmə hesabatında qeyri-yaşayış sahəsinin likvid dəyəri 189.465 manat göstərildiyindən ilkin satış qiyməti hər iki qiymətləndirmə hesabatında qiymətlər nəzərə alınmaqla orta məbləğ 239.732,50 manat müəyyən edilmişdir. Mülki Məc əllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Cavabdeh təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etməyərək əsas və faiz borcunu tam ödəmədiyindən iddiaçı həmin tələbin ödənilməsi üçün tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh şikayətində ipoteka predmetinin ilik satış qiymətini müəyyən edən müstəqil qiymətləndiricinin rəyinin nəzərə alınmadığını bildirmişdir. “İpoteka h aqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricilərin hesabatları nəzərə alınmaqla müəyyən edilmişdir. Cavabdeh şikayətində ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin qətnamədə qeyd edilən ilkin satış qiymətinin real məbləğə uyğun olmaması ilə bağlı hər hansı sübut və dəlilə istinad etməmişdir. İddia ərizəsini imzalamış Nümayəndə1 səlahiyyətli olub-o lmaması ilə barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, xx xxxxxx 2017ci tarixli əmək müqaviləsinə əsasən, E.Nümayəndə1 iddiaçı MMC-də əsas iş yeri olaraq icraçı direktor-daxili audit xidmətinin rəhbəri vəzifəsinə qəbul edilmiş, MMC-nin təsisçilərinin ümumi yığıncağının xx xxxxxx 2017 ci il 06/2017 saylı iclas protokolu ilə MMC-nin icra strukturunda “baş direktorun müavini-kredit və lizinq xidmətinin rəhbəri” və “xxxx” vəzifələri ləğv olunmuş, X.H.Qurbanov MMC-nin baş direktoru vəzifəsindən azad olunmuş, E.Nümayəndə1 cəmiyyətin “icraçı direktoru-daxili audit xidmətinin rəhbəri” vəzifəsinin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək cəmiyyətin baş direktoru vəzifəsinə təyin edilmişdi r. MMC ilə E.Nümayəndə1 arasında bağlanmış xx xxxxxx 2017-ci tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında xx xxxxxx 2018-ci il tarixli razılaşmanın və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən bəlli olur ki, E.Nümayəndə1 MMC-nin baş direktoru vəzifəsinə təyin olunmuşdur. Razılaşmaya əsasən, E.Nümayəndə1 funksiyalarını məhkəmə orqanlarında vəkalətnamə olmadan icra edir və bu funksiyaların icrasını istehsalat zərurəti hallarında MMC-nin digər işçilərinə həvalə edir. x xxxxx 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Nümayəndə1 MMC-də müşavir vəzifəsinə təyin edilmiş, xx xxxx 2018-ci il tarixdə Nümayəndə1 MMC adından məhkəmə orqanlarına təqdim edilən iddia ərizələrini imzalamaq səlahiyyəti verilmişdir. E.Nümayəndə1 xx xxxx 2018-ci il tarixli etibarnaməni imzal ayan vaxt MMC-nin icraçı direktoru vəzifəsini icra edirdi. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun xx xxxx 2018-ci il tarixdə verdiyi dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı MMC-nin təsisçiləri sırasında E.Nümayəndə1 və Nümayəndə1 də olmuşdur. MPM-in 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (73.1-ci maddə). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquq i şəxsin möhürü vurulmaqla verilir (73.4-cü maddə). Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir (74.1-ci maddə). İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (74.2-ci maddə). Prosessual normaya görə hüquqi şəxs nümayəndəsi v asitəsilə təmsil olunduqda bu barədə etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası və möhürü vurulmaqla təsdiq olunmalıdır. Hüquqi şəxsin rəhbərinin səlahiyyətinin də təsdiq edilməsi və işçinin iddia ərizəsini imzalanması səlahiyyəti etibarnamədə xüsusi göstərilməlidir. E.Nümayəndə1 iddiaçı MMC-nin baş direktoru olmaqla etibarnamə vermək səlahiyyəti olmuş, iddia ərizəsini imzalamış Nümayəndə1 MMC-nin işçisi olmuş və etibarnamədə onun iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi olaraq göstərilmişdir. Odur ki, cavabdehin şikayətinin bu hissədə dəlilləri əsaslı olmamışdır. Məhkəmə kollegiyası qətnamənin dəbbə pulu tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldıla bilər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarı). Qanunverici tərəflər müqavilə bağlayarkən onlara iradə sərbəstliyi (Mülki Məcəllənin 6.1.2-ci maddəsi) vermiş, azad surətdə müqavilə bağlamaqla onun məzmununu müəyyənləşdirməyi (Mülki Məcəllənin 390.1-ci maddəsi) tərəflərin öhdəsinə buraxmışdır. Müqavilə icra olunmadığı halda dəbbə pulu ödənilməsini və dəbbə pulunun məbləğini də tərəflər müqavilə şərtlərində göstərmişlər. Cavabdehin dəbbə pulu ödəməli olması qanundan və müqavilədən irəli gəlmişdir, dəbbə pulunun məbləği barədə məhkəmə cavabdehin əmlak və bütün əsaslı mənafelərini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu hissədə qətnamə dəyişdirilməli, dəbbə pulu əsas borcun 10 faizi miqdarında müəyyən edilməli, iddiaçının kasasiya şikayəti təmin olunmamalı, cavabdehin kasasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin kasasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-54/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehdən dəbbə pulunun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilsin. x xxxx 2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 6.824 manat, xx xxxxxxxx 2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 3.990 manat müəyyən edilsin. Qətnamə xx.xx.201 4-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69.242 manat əsas borc, 9.812,66 manat faiz borcu, xx.xx.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39.908 manat əsas borc, 5.602,74 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulan borcun ödənilməsi üçün xx.xx.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ-023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanda 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 man at müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlansın. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar