Məhkəmə qərarları › İş №2-2(102)-147/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-147/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-147/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: təminatsız bank kredit borcunun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X2 ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı Fondun vəkili X3 və cavabdeh MMC-nin nümayəndəsi və vəkil X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cav abdeh MMC-yə qarşı təminatsız bank kredit borcunun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(103)-544/2020 saylı qətnaməsindən iddiaçı Fond tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan, “Borcverən” - İddiaçı ASC ilə “Borcalan” - Cavabdeh MMC arasında bağlanmış 1-ci, yəni xx.xx.2015-ci il tarixli, KXM 01 saylı “xxxx”nə əsasən, “Borcverən”, həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə “Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutu lmuş şəkildə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” tərəfindən “Borcalan”a ayrılan kredit xətti üzrə məbləğ 600.000 manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə verilir. 1.4-cü bəndinə əsasən kredit xəttininin məqsədli təyinatı: əmək haqqı və istehsal zərurəti ilə əlaqədardır. 1.3-cü bəndinə əsasən mövcud kredit üzrə “Borcalan”dan aşağıdakı komissiyalar tutulur: nağd vəsaitin çıxarılması - 1%.

2. İşin materiallarında olan, iddiaçı Fond tərəfindən təqdim olunmuş “Kredit öhdəliyi üzrə faiz və əsas borcun məbləğinə dair Maliyyə Arayışı”na əsasən, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KXM 01 saylı “xxxx”nə əsasən cavabdeh MMC-nin Banka olan borcu – xx.xx.2018-ci il tarixinə əsas borc 478.209 manat, müqavilənin bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 44.470 manat, müqavilənin bitdiyi tarixdən hal-hazıra 5%-lik borcu 41.448 manat, ümumilikdə borcu 564.127 manat təşkil edir.

3. İşin materiallarında olan, “Borcverən” - İddiaçı ASC ilə “Borcalan” - Cavabdeh MMC arasında bağlanmış 2-ci, yəni xx.xx.2015-ci il tarixli, KM 02 saylı “xxxx”nə əsasən, “Borcverən”, həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə “Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür.

4. Bu müqavilə üzrə “Borcverən” tərəfindən “Borcalan”a ayrılan kredit xətti üzrə məbləğ 30.308 ABŞ dolları təşkil edir. Müqavilə nin 1.3-cü bəndinə əsasən kredit xx.xx.2016cı il tarixə qədər illik 18 % faiz ödəmək şərti ilə verilir.

5. İşin materiallarında olan, “xx.xx.2015-ci il tarixli, KM 02 saylı xxxxnə Əlavə - kredit və ona hesablanmış faizlərin Ödəniş Cədvəli”nə əsasən kreditin məbləği 30.308 USD, illik faiz 18 %, müddət 6 ay, əsas borc 30.308 faiz məbləği 2.727,72 manatdır.

6. İşin materiallarında olan, iddiaçı Fond tərəfindən təqdim edilmiş “Kredit öhdəliyi üzrə faiz və əsas borcun məbləğinə dair Maliyyə Arayışı”na əsasən, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı “xxxx”nə əsasən cavabdeh MMC-nin Banka olan borcu – xx.xx.2018-ci il tarixə əsas borc 30.308 USD, müqavilənin bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 2.774 USD, müqavilənin bitdiyi tarixdən hal-hazıra 5 %-lik borcu 2. 445 USD, ümumilikdə borcu 35.527 USD təşkil edir.

7. İşin materiallarında olan, “Borcverən” - İddiaçı ASC ilə “Borcalan” - Cavabdeh MMC arasında bağlanmış 3-cü, yəni xx xxxxxx 2016-ci il tarixli, KM 03 saylı “xxxx”nə əsasən “Borcverən”, həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə “Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” tərəfindən “Borcalan”a ayrılan kredit xətti üzrə məbləğ 46.500 ABŞ dolları təşkil edir. Müqavilənin 1.3cü bəndinə əsasən, kredit xx xxxx 2016-cı il tarixə qədər illik 18 % faiz ödəmək şərti ilə verilir. 1.4-cü bəndinə əsasən, kredit xəttinin məqs ədli təyinatı: istehsal zərurəti ilə əlaqədar.

8. İşin materiallarında olan, iddiaçı Fond tərəfindən təqdim edilmiş “Kredit öhdəliyi üzrə faiz və əsas borcun məbləğinə dair Maliyyə Arayışı”na əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli, KM 03 saylı “xxxx”nə əsasən cavabdeh MMC-nin Banka olan borcu aşağıdakı kimidir: xx.xx.2018-ci il tarixinə əsas borc 46.500 USD, müqavilənin bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 3.558 USD, müqavilənin bitdiyi tarixdən hal-hazıra 5 %-lik borcu 2.445 USD, ümumilikdə borcu 53.810 USD təşkil edir.

9. İddiaçı Fonda cavabdeh MMC-yə xx.xx.2017-ci il tarixli, 1646 saylı xəbərdarlıq məktubu göndərərək, xxxx üzrə yaranmış borcun ödənilməsini tələb etmiş, daha sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

10. İşin materiallarında olan, A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırlanmış xx.xx.2020-ci il tarixli, 20167 saylı ekspert rəyinə görə, cavabdeh MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, KXM 01 saylı xxxx şərtləri əsas götürülməklə cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarix) Banka olan borcu 556.500,71 manat, o cümlədən əsas borc üzrə 510.871,20 manat, faiz borcu üzrə 45.629,51 manatdır. 11. xx.xx.2015-ci il tarixli, KM 02 saylı xxxx üzrə cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 33.035,72 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 30.308 ABŞ dolları, faiz borcu üzrə 2.727,72 ABŞ dollarıdır. 12. xx.x x.2016-cı il tarixli, KM 03 saylı xxxx üzrə cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 46.500 ABŞ dolları, faiz borcu 3510,75 ABŞ dollardır.

13. İş üzrə aparılmış ekspertiza tədqiqatı zamanı cavabdeh MMC tərəfindən xx.xx.2016-cı il tarixdən (müqavilə müddəti bitdiyi tarix) sonra xx.xx.2015-ci il tarixli, KXM 01 saylı xxxx üzrə 68.900 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli, KXM 01 saylı “xxxx” üzrə 478.209 manat əsas, xxxx üzrə öhdəliklərin ic ra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 44.470 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 41.448 manat, cəmi isə 564.127 manat; xx.xx.2015-ci il tarixli, KM 02 saylı “xxxx” üzrə əsas borcu 30.308 ABŞ dolları, xxxx üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 2.774 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 2.445 ABŞ dolları, cəmi isə 35.527 ABŞ dolları və xx.xx.2016-cı il tarixli, KM 03 saylı “xxxx” üzrə əsas borcu 46.500 ABŞ dolları, xxxx üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxxx 2016-cı il tarixə faiz borcu 3.558 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 3.752 ABŞ dolları, cəmi isə 53.810 ABŞ dolları borcun və ödənilən 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Fondun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, KXM 01 saylı, xx.xx.2015-ci il tarixli, KM 02 saylı və xx.xx.2016-cı il tarixli, KM 03 saylı kredit müqavilələri bağlanmışdır. Cavabdeh MMC-yə xx.xx.2015-ci il tarixli, KXM 01 saylı “xxxx”nə əsasən, 12 ay müddətinə 600.000 manat, xx.xx.2015-ci il tarixli, KM 02 saylı “xxxx”nə əsasən, 6 ay müddətinə 30.308 ABŞ dolları və xx.xx.2016-cı il tarixli, KM 03 saylı “xxxx”nə əsasən, 5 ay müddətinə 46.500 ABŞ dolları məbləğində kredit verilmişdir.

16. Müqavilələrin 1.3-cü bəndinə əsasən, kreditlərin illik faizi 18 faiz müəyyən edilmişdir. Bank tərəfindən xxxx və kredit müqa vilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh MMC keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcun ödənilməsindən yayınmışdır. 17. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev; iş No 2-2(82)292/2018) iddianın qismən təmin olunması; cavabdeh MMCdən xx.xx.2015-ci il tarixli, KXM 01 saylı “xxxx” üzrə 478.209 manat əsas, xxxx üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 44.470 manat; xx.xx.2015-ci il tarixli, KM 02 saylı “xxxx” üzrə əsas borcu 30.308 ABŞ dolları, xxxx üzrə öhdəliklərin icra müddətin in bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 2.774 ABŞ dolları; xx.xx.2016-cı il tarixli, KM 03 saylı “xxxx” üzrə əsas borc 46.500 ABŞ dolları, xxxx üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 3.558 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq iddiaçı Fonda ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 18. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, borclu xxxx üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, əsas borcun tutulmasına dair hissədə iddia tələbi əsaslıdır. Lakin qeyd olunan hər 3 kredit müqavilənin müddəti bitdikdən sonra əsas borca hesablanmış illik 5 % faiz borcu əsassız olduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir. 19. 1-c instansiya məhkəməsi hüquqi əsas kimi Mülki Məcəllənin 21.2, 385.1, 442, 443.1, 448.1, 449.1, 467, 739-cu maddələrinə istinad etmişdir.

20. Həmin qətnamədən narazı qalan cavabdeh MMC ondan apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsi (məbləğdən 5% tutulması) qalaraq, qalan hissəsinin ləğv edilməsi; kredit müqavilələri üzrə (xx.xx.2015-ci il tarixli, KXM 01 saylı, xx.xx.2015-ci il tarixli, KM 02 saylı və xx.xx.2016-ci il tarixli, KM 03 saylı) borc müəyyən edilərək yeni qətnamə çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 202 0-ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş No 2-2(103)11/2020) cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin ediməsi; 1-ci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən - tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM 02 saylı “xxxx” üzrə 46,28 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, KM 03 saylı “xxxx” üzrə 47,25 ABŞ dolları faiz borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə cavabdeh MMC-dən iddiaçı Fondun xeyrinə tutulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlər ə görə, 1-ci instansiya məhkəməsi tərəfindən iddia tələbinə qiymət verilərkən, iddiaçı Fond tərəfindən verilmiş maliyyə-mühasibatlıq sənədləri əsas götürülmüş, həmin məlumatların düzgünlüyü xüsusi biliyə malik ekspertlər tərəfindən yoxlanılmamışdır.

23. Bu səbəbdən apellyasiya instansiyasında işə baxılarkən təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmiş, cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli, KXM 01 saylı xxxx üzrə 478.209 manat əsas, xxxx üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə 44.470 manat faiz borcunun, xx.xx.2015-ci il tarixli, KM 02 saylı və xx.xx.2016-cı il tarixli, KM 03 saylı kredit müqavilələri üzrə müvafiq olaraq 30.308 ABŞ dolları və 46.500 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi i lə tutulmasına dair nəticə ilə məhkəmə razılaşmışdır. 24. xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələr üzrə faiz borcunun tutulmasına gəldikdə, iddiaçı Fond tərəfindən həmin müqavilələr üzrə 2.774 ABŞ dolları və 3.558 ABŞ dolları tələb edildiyi halda, iş üzrə verilmiş ekspret rəyi ilə faiz borcunun daha az - 2.727,72 ABŞ dolları (iddia olunandan 46,28 ABŞ dolları az) və 3.510,75 ABŞ dolları (iddia olunandan 47,25 ABŞ dolları az) olması müəyyən edildiyi üçün, iddia həmin hissədə təmin edilməməlidir.

25. Müqavilə müddəti bitdiyi tarixdən sonra xx.xx.2015-ci il tarixli, KXM 01 saylı xxxx üzrə 68.900 manat məbləğində ödənişin edilməsi ilə bağlı qeyd olunmalıdır ki, həmin ödəniş məhkəmə qətnaməsinin icrası mərhələsində nəzərə alına bilər.

26. Apellyasiya instansiyası məhkə məsi hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 449.4, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarı, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 101.3, 218.3-cü maddələrinə istinad etmişdir.

27. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir.

28. Həmin qətnamədən narazı qalan cavabdeh MMC ondan kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edərək, iddia tələblərinin tam təmin edilməməsinə dair yeni qərar qəbul edilməsin kassasiya instansiya məhkəməsindən xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2 020ci il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər B.Qəribov və B. Məmmədli; iş No 2-2(102)-279/20) cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməs; Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinn qismən – xx.xx.2015-ci il tarixli, KXM 01 saylı xxxx üzrə 478.209 manat əsas, xxxx üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə 44.470 manat faiz borcunun tutulması tələbinin təmin olunması hissəsində ləğv edilməsi; həmin tələbə yenidən baxılması üçün işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

30. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilənlərə görə, əgər iddiaçı Fond əsas borc məbləğinin müəyyən miqdarda tutulmasını xahiş etmişdirsə, məhk əmə həmin məbləğ çərçivəsində iddia tələbinə qiymət verməklə nəticəyə gəlməli və tutulmalı olan əsas borcun məbləğini dəqiq göstərməlidir. Həmin qətnamənin icrası mərhələsində müəyyən edilmiş əsas borcun fərqli məbləğdə tutulması icra qanunvericiliyində nəzərdə tutulmamışdır, çünki icra sənədi üzrə icraçı məhkəmənin qərarının nəticə hissəsində müəyyən edilmiş məbləğlə məhduddur.

31. Həmçinin, əgər işin hallarına əsasən xx.xx.2015-ci il tarixli xxxx üzrə xx.xx.2018-ci il tarixə əsas borcun 478.209 manat məbləğində tutulması müəyyən edilmişdirsə, müqavilə müddəti bitəndən sonra ödənilmiş 68.900 manat məbləğin xx.xx.2018-ci il tarixinə qədər və yaxud həmin tarixdən sonra ödənildiyi, habelə əsas borcun məbləğində nəzərə alınıbalınmaması işin halları ilə müəyyən olunmalı idi.

32. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilmiş maddi-hüquq normanın tətbiqini zəruri edən şərtlər kimi müəyyən edilməli olan işin hallarında boşluq mövcuddur ki, onun yaranması mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasından irəli gəlmişdir. Qanuna görə, məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər C.Yusifov və V.Baxı şova; iş No 22(103)-544/20) cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən, yəni xx.xx.2015-ci il tarixli KXM 01 saylı “xxxx” üzrə 478.209 manat əsas və xxxx üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 44.470 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsi; həmin müqavilə üzrə əsas borcun tutulması barədə iddianın qismən təmin edilməsi və cavabdeh MMC-dən əsas borc üzrə 453.779 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Fonda ödənilməsi; həmin müqavilə üzrə faiz borcunun tutulması barədə iddianın rədd edilməsi qət edilmişdir

34. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün əvvəlki apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 20167 saylı rəyinə əsasən, cavabdeh MMC tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli KXM 01 saylı “xxxx”nin şərtləri əsas götürülməklə, cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixdir) Banka olan borcu 556.500,71 manat, o cümlədən əsas borc üzrə 510.871,20 manat, faiz borcu üzrə 45.629,51 manatdır. İş üzrə aparılmış ekspertiza tədqiqatı zamanı cavabdeh MMC tərəfindən xx xxx 2016-cı il tarixdən sonra (müqavilə müddəti bitdiyi tarixdir) xx.xx.2015-ci il tarixli, KXM 01 saylı xxxx üzrə 68.900 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir.

35. Göründüyü kimi, ekspert rəyi il ə mübahisəli xxxx üzrə əsas borcun 510.871,20 manat və faiz borcunun 45.629,51 manat olması müəyyən olunmuş, iddiaçı Fond isə 478.209 manat əsas və 44.470 manat müqavilə müddətinə hesablanan faiz borcunun tutulması tələbini irəli sürmüşdür.

36. Eyni zamanda ekspert rəyindən görünür ki, müqavilə müddəti bitdiyi xx.xx.2016-cı il tarixindən sonra cavabdeh MMC tərəfindən cəmi 68.900 manat məbləğində ödəniş edilmiş, lakin ödənilmiş həmin məbləğlər borcun hesablanması zamanı nəzərə alınmamışdır.

37. Tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli KXM 01 saylı “xxxx”nin 2.3-cü bəndinə əsasən, borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə mövcud kredit xətti faizlərinin, ikinci növbədə dəbbə pulunun (cərimənin, pen yanın) və üçüncü növbədə kredit xətti məbləğinin ödənilməsinə yönəldilir.

38. Bu baxımdan xx.xx.2015-ci il tarixli KXM 01 saylı “xxxx” üzrə müqavilə müddəti bitdiyi xx.xx.2016-cı il tarixdən sonra cavabdeh MMC tərəfindən ödənilmiş 68.900 manat məbləğində pul vəsaiti əvvəlcə 44.470 manat faiz borcuna, daha sonra isə 478.209 manat əsas borca silinməlidir.

39. Belə olan halda isə cavabdeh MMC-nin faiz borcu qalmır, əsas borcu isə 453.779 manat təşkil edir (68.900 – 44.470 manat faiz borcu = 24.430; 478.209 manat əsas borc – 24.430 = 453.779). Ona görə də, həmin müqavilə üzrə əsas borc 453.779 manat müəyyən edilməli, faiz borcu hissəsində isə iddia tələbi rədd edilməlidir.

40. Apellyasiya instansiya məhkəməsi hüquqi əsas kimi Mülki Məcəllənin 739.1, 741-ci maddələrinə istinad etmişdir.

41. Məh kəmənin qətnaməsi iddiaçıya xx.xx.2020-ci il tarixdə təqdim edilmiş, cavabdehə isə xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir.

42. Həmin qətnamədən narazı qalan iddiaçı Fond ondan kassasiya şikayəti verərək, qətnaməni xx.xx.2015-ci il tarixli KXM 01 saylı xxxxnə münasibətdə ləğv edərək, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri

43. İddiaçı Fondun kassasiya şikayətində qeyd edilənlərə görə, cavabdeh MMC ilə Bank arasında bağlanmış müqavilə xxxx yox, xx xxx 2015-ci il tarixli xxxxdir. xxxxnin 1.1 bəndinə əsasən borcalana kredit xətti ayrılır. Həmin müqavilənin 2.1 bəndinə əsasən kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış fa izlər hər ay, kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə xx xxx 2016-ci il tarixinə, yəni xxxxnin bitmə tarixinə qədər tam şəkildə ödənilməlidir. 2.5 bəndinə əsasən kredit xəttindən istifadəyə görə faizlər kredit xətti üzrə istifadə edilən gündən onun tam qaytarıldığı günə qədər hesablanır.

44. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin müddəalarına məhəl qoymamışdır. Tərəflər arasındakı münasibətləri öhdəlik hüququndan irəli gələn münasibətlər çərçivəsində qiymətləndirməmişdir. Apellyasiya şikayətində şikayətin dəlilərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsaslandırılmadan qəbul edilmişdir, sübutlara düzgün qiymət verilməmişdir.

45. Belə k i, iş materiallarından müəyyən olunur ki, iddiaçı Fond tərəfindən kifayət qədər sübutlar təqdim olunmuşdur. Əsas, faiz məbləğinin olması barədə iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli, cavabdeh MMC-nn hesabından çıxarış, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər məhkəməyə tərəflərindən təqdim edilmişdir və İddia tələbinin təsdiq edən sənədlər iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. Lakin məhkəmə sənədləri nəzərə almamışdır. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir.

46. Həmçinin cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xxxx vardır, xxxxnə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh xxxx üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi üçün ləğv prosesində olan Fond tərəfindən ona qarşı borcun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz ərizəsini təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

48. İddiaçı Fondun vəkili A.Rəsulova kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

49. Cavabdehin nümayəndəsi və vəkili P.Məmmədov kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müə yyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

52. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

53. Həmin Məcəllənin 443.1.-ci mаddəsinə görə, öhdəliyini icrа etməyən borclu kreditorа dəymiş zərərin əvəzini ödəməyə borcludur.

54. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

55. Həmin Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq özgəsinin pul vəsаitini qаnunsuz sаxlаmаqlа, onu qаytаrmаqdаn boyun qаçırmаqlа, onun ödənilməsini digər şəkildə gecikdirməklə və yа toplаmаqlа ondаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа onun müvаfiq hissəsinin icrа edildiyi gün üçün bаnk fаizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir.

56. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödən ilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditor onun ödənilməsini tələb edə bilər.

57. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

58. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqununu digər iştiirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olara q pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, xxxx adlandırılır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, xxxx üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır.

60. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüq uqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

62. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Həmin Məcəllənin 103.1-ci madəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

64. Həmin Məcəllənin 103.2-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

65. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə, iəhkə mənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Həmin Məcəllənin 217.3-cü maddəsinə uyğun olaraq qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 20 05-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

70. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiy a şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

71. İş üzrə iddiaçı Fond tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

72. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılmas ı və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

74. Əvvəla, qeyd olunmalıdır ki, iddiaçı Fondun kassasiya şikayətində qeyd edilən mövqeyi nə əsaslı, nə də ki, məntiqli sayıla bilməz. Belə ki, hazırki işə birinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC tərəfindən ödənilmiş 68.900 manat məbləğini xx.xx.2015-ci il tarixli KXM 01 saylı xxxx üzrə yaranmış ümumi borcdan silinməli olan məbləğ saymış, lakin qeyd etmişdir ki, həmin məbləğ 1-ci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra keçirilmiş ekspertiza zamanı ödəniş kimi müəyyən edildiyindən, o hazırki məhkəmə icraatı zamanı deyil, məhkəmə qətnaməsinin icrası mərhələsində nəzərə alına bilər.

75. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə iddiaçı Fondda etiraz doğurmamış, Fond həmin məhkəmə qətnaməsindən şikayət verməmiş və beləlkilə, 68.900 manat ödəniş məbləğini xx.xx.2015-ci il tarixli KXM 01 saylı xxxx üzrə yaranmış ümumi borcdan silinməli olan məbləğ kimi qəbul etmişdir.

76. Sonradan hazırki işə 1-ci dəfə baxmış apellyasiya instansiyası məhkəməsinin mövqeyi kassasiya instansiya məhkəməsi tərəfindən tənqid edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi o əsasla qismən ləğv edilmişdir ki, məhkəmə əsas borcun tutulması haqqında iddia tələbi qarşısında həmin tələblə bağı qərar qəbul etməli və tutulmalı olan əsas borc məbləğini dəqiq göstərməlidir. Qətnamənin icrası mərhələsində müəyyən edilmiş əsas borcun fərqli məbləğdə tutulması icra qanunveriiliyində nəzərdə tutulmamışdır, çünki icraçının icra sənədinin icrası üzrə hərəkətləri bu sənəddə qeyd olunan məbləğlə məhdudlaşır.

77. Hazırki işə 2-ci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmiş hüquqi mövqeyə uyğun olaraq hərəkət etmiş və cavabdeh MMC tərəfindən ödənilmiş 68.900 manat məbləği xx.xx.2015-ci il tarixli KXM 01 saylı xxxx üzrə yaranmış ümumi borcdan silinməli olan məbləğ kimi nəzərə alaraq, MMC-nin iddiaçı Fond qarşısında həmin müqavilə üzrə son borc məbləğini hesablamış və bu zaman ödənişi Fondun özü tərəfindən təqdim edilmiş Maliyyə Arayışında göstərilən 44.470 manat faiz borcu ilə əvəzləşdirmiş, qalan məbləği isə həmin müqavilə üzrə yaranmış əsas borca yönəltməklə, Fondun tələb etdiyi 478.209 məbləği 453.779 manatadək azaltmışdır.

78. İddiaçı Fond apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi ilə razılaşmamış və verdiyi kassasiya şikayətində göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli KXM 01 saylı xxxxndə belə bir şərt nəzərdə tutulmuşdur ki, kredit xəttindən istifadəyə görə faizlər kredit xətti üzrə istifadə edilən gündən onun tam qaytarıldığı günə qədər hesablanır.

79. Məhkəmə kollegiyası qeyd etməlidir ki, iddiaçının bu dəlili Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllə sinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə ziddir və onunla uzlaşmır (bax hazırki qərarın 59-cu bəndinə).

80. Eyni zamanda bu dəlili irəli sürməklə, iddiaçı Fond iddia ərizəsi ilə bağlı öz hərəktəlrinə zidd olan fikir söyləyir. Belə ki, onun məhkəməyə təqdim etdiyi iddia ərizəsində və Maliyyə Arayışında xx.xx.2015-ci il tarixli KXM 01 saylı xxxx üzrə 2 növ faiz borcu qeyd olunsa da (müqavilə müddəti bitənədək yaranmış 44.470 manat faiz borcu və müqavilə müddəti bitəndən sonra yaranmış 41.448 manat 5%-lik faiz borcu), hazırki işə baxmış 1-ci instansiya məhkəməsi cavabdeh MMC-dən iddiaçı Fondun xeyrinə 2-ci, yəni 5%-lik 41.448 manat faiz borcunun tutulması tələbini rədd etmişdir, F ond isə 1-ci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verməmiş, onunla razılaşmışdır. Bu səbəbdən iddiaçı Fond yenidən bu məsələni qabarta bilməz, onun ödənilmiş olmuş 68.900 manat məbləğin həm də 2-ci, yəni 5%-lik 41.448 manat faiz borcu ilə əvəzləşdirilməsi tələbi qəbul oluna bilməz.

81. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı Fondun kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

82. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar