Məhkəmə qərarları › İş №2-2(102)-147/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-147/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-147/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), məhkəmə tərəfindən dəbbə pulunun azaldılması,öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd o ğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələblərinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 oktyabr tarixli 2-2(104)-98/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 18 faiz olmaqla 180.000 manat məbləğində kredit verilmişdir (2018-ci il 19 iyul tarixli SHNİP-0272/175 nömrəli kredit müqaviləsi).

2. Cavabdeh3 kredit müqaviləsi üzrə İddi açı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, **-TT-*** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı nəqliyyat vasitəsi ipotekaya qoymuşdur (2018-ci il 19 iyul tarixli SHNİO-0272/175B nömrəli ipoteka müqaviləsi).

3. Cavabdeh3 kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, **-ZP-*** qeydiyyat nişanlı, Mercedes Benz S350 minik markalı nəqliyyat vasitəsini ipotekaya qoymuşdur (2018-ci il 19 iyul tarixli SHNİO-0272/175C nömrəli əlavə ipoteka müqaviləsi).

4. Cavabdeh3 kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipotekaya qoymuşdur (2018-ci il 20 iyul tarixli ipoteka müqaviləsi). 5. ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli RX seriyalı çıxarış). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 (bundan sonra birlikdə – “cavabdeh lər”, ayrıayrılıqda müvafiq olaraq – “Cavabdeh3”, “Cavabdeh1”, “Cavabdeh6”, “Cavabdeh2”, “Cavabdeh5”, “Cavabdeh4”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və daha sonra iddia tələbinin həcmini artıraraq: - Cavabdeh3 2018-ci il 19 iyul tarixli SHNİP-0272/175 saylı kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) üzrə əsas borca görə 93.065,19 manat, faiz borcuna görə 37.232,28 manat, cərimə borcuna görə 4.081,68 manat olmaqla, cəmi 134.379,15 manat borcun, ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum, 400 manat mediasiya xidmətinə ödənilmiş vəsait və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 24,38 manat dövlət rüsumu olmaqla, cəmi 464,38 manat pulun tutulması; - tələbin ipoteka predmetlərinə (bax yuxarıda §§ 2-4 ) yönəldilməsi, Cavabdeh3 məxsus fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti müəyyən edilməklə, onun, həmçinin Cavabdeh6 məxsus **-TT-*** qeydiyyat nişanlı və Cavabdeh3 məxsus **-ZP-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 kredit müqaviləsi üzrə cəmi 134.379,15 manat borcu və cəmi 464,38 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi; - ipoteka predmeti olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cava bdeh3 tutulması, ipoteka predmetinin qiymətləndirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 500 manat xidmət haqqının Cavabdeh3 tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Şəmkir filialı ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən, illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 180.000 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə, Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıqlar olunmasına baxmayaraq, Cavabdeh3 öhdəliklərinin icra edilməsin dən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən, Cavabdeh3 kredit müqaviləsi üzrə əsas borcu 93.065,19 manat, faiz borcu 37.232,28 manat, cərimə borcu 4.081,68 manat olmaqla, cəmi 134.379,15 manat təşkil etmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 məxsus torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi, Cavabdeh6 məxsus **-TT-*** qeydiyyat nişanlı və Cavabdeh3 məxsus **-ZP*** qeydiyyat nişanlı nəqliyyat vasitələri ipotekaya qoymuş, ipoteka predmetləri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.

8. Cavabdeh3 məhkəmə iclasında iddianı qismən - əsas borc və faiz borcuna münasibətdə qəbul etdiyini bildirmiş, lakin dəbbə pulu ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir.

9. Cavabdeh2 məhkəmə iclasında iddianı qis mən - əsas borca münasibətdə qəbul etdiyini bildirmiş, lakin faiz borcu və dəbbə pulunu qəbul etməmişdir.

10. İddiaçı vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə “AB Consulting" MMC-nin 2022-ci il 8 iyul tarixli 98/RB/22 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə bazar dəyəri 270.000 manat, likvid dəyəri 250.000 manat müəyyən edilmişdir.

11. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 15 noyabr tarixli 9/7397 ekspert rəyində göstərilmişdir ki, Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatla rı və kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh3 2021-ci il 19 iyul tarixinə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 106.189,37 manat, o cümlədən 2021-ci il 19 iyul tarixinə əsas borc üzrə 96.073,50 manat, faiz borcu üzrə 10.115,87 manat müəyyən olunmuşdur.

12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 26 dekabr tarixli e-2-2(115)709/2022 nömrəli qətnaməsi ilə: - iddia qismən təmin edilmiş, 93.065,19 manat əsas borc, 10.115,87 manat faiz borcu, 1.000 manat cərimə borcu, cəmi 104.181,06 manat borc, həmçinin 500 manat qiymətləndirmə haqqı, 400 manat mediasiya xərci, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 24,38 manat dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh3 tutularaq iddiaçının xeyrinə ödənilməsi; - tu tmanın ipoteka predmetlərinə (bax yuxarıda §§ 2-4) yönəldilməsi, həmin fərdi yaşayış evi və avtomobillərin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 250.000 manat həddində müəyyən edilərək, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq Cavabdeh3 və Cavabdeh6 qaytarılması, fərdi yaşayış evi və avtomobillərin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda, qalan borcun Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi; - açıq hərrac keçirildikdən bir ay sonra cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evi boşaldılması, ödənilməli olan 369,80 manat dövlət rüsumu və 200 manat ekspertiza xərcinin Cavabdeh3 tutularaq müvafiq ol araq dövlət büdcəsi və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır (hakim – R.Məmmədov).

13. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 15 noyabr tarixli 9/7397 nömrəli rəyinə əsasən, Cavabdeh3 kredit müqaviləsinin müddəti üzrə faiz borcu 10.115,87 manat müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir.

14. Bun dan başqa, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulu tənasübsüz surətdə yüksək hesablanmışdır. 1.000 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 1.000 manat dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 269.1, 269.4, 319,1, 385.1, 386.1, 442, 445.1 və 448.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-сi maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. C avabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd olunması və iddiaçıya borcunun qalan hissəsini qrafık üzrə ödəməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 22 avqust tarixli 10/2912-9/3133 ekspert rəyində göstərilmişdir ki, - ekspertiza tədqiqatına təqdim edilən 2008-ci il buraxılışlı qara rəngli, 245.912 km məsafə qət etmiş, Mercedes markalı, S350 model, dəri salon avtomobilin likvid orta bazar qiyməti təxminən - 32.500 manat; 2015-ci il buraxılışlı ağ rəngli, 279.718 km m əsafə qət etmiş, Mercedes markalı, C180 model, dəri salon avtomobilin (ön buferinin sağ hissəsində kiçik ölçüdə zədə var) likvid orta bazar qiyməti təxminən - 38.000 manat müəyyən edilmişdir. - ünvan 2 ünvanında, 0,1110 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 270 m2 olan fərdi yaşayış evinin likvid dəyərinin təqribən 212.000 manat (235.000-10%) olduğu müəyyən edilmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 oktyabr tarixli 2-2(104)-98/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tələb üzrə tutmanın ipoteka predmeti olan minik avtomobillərinə yönəldilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul olunmuş, tələb üzrə tutmanın ipoteka predmeti olan minik avtomobillərinə (bax yuxarıda §§ 2-3) yönəldilməsi, ipoteka predmeti olan **-ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin satış qiyməti 32.500 manat, ipoteka predmeti olan **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin isə ilkin satış qiymətinin 38.000 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh3 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozaraq, tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi barədə qərar qəbul etsə də, ipoteka predmeti olan minik avtomobillərinin il kin satış qiymətini müəyyən etməmişdir.

20. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetləri olan Cavabdeh6 məxsus **- TT-*** qeydiyyat nişanlı və Cavabdeh3 məxsus **-ZP-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ilkin satış qiymətinin mövcud bazar qiymətlərinə uyğun dəyərlərinin müəyyən edilməsi məqsədi ilə əmlakların Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qiymətləndirilməsi qənaətinə gəlmiş və ekspert rəyi ilə avtomobillərin bazar dəyəri (likvid) müəyyən olunmuşdur. Buna görə də, ipoteka predmetləri olan nəqliyyat vasitələrinin ilkin satış qiymətləri Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göstərilmiş (bax yuxarıda §17) məbləğdə, yəni 32.500 manat və 38.000 manat dəyərində müəyyən edilməlidir.

21. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 22 avqust tarixli 10/2912-9/3133 saylı eks pert rəyi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyərinin təqribən 212.000 manat olması müəyyən edilmişdir ki, qeyd olunan məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən ciddi şəkildə fərqlənməmiş, o cümlədən şikayətin dəlilləri baxımından həmin ipoteka predmetinin ilkin satış qiymətinin birinci instansiya məhkəməsinin müəyyən etdiyi dəyərdən aşağı həddə müəyyən edilməsi üçün də əsas olmamışdır.

22. Məhkəmə kollegiyası cavabdehin borcun düzgün hesablanmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı arqument irəli sürə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyə müvafiq olaraq qərar qəbul edilmişdir. Ek spert rəyinin əsassızlığına dair isə iddiaçı hər hansı dəlil irəli sürə bilməmişdir. Bundan başqa, cavabdeh pandemiya səbəbindən kredit borcunun ödənilməsinin ondan asılı olmayan səbəbdən baş verdiyini iddia etsə də, öhdəlik üzrə pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığına dair, həmçinin pandemiyanın onun fəaliyyətinə hansı qaydada maneə yaratması və təsiri barədə kreditora məlumat verməsi barədə də məhkəməyə sübut təqdim edə bilməmişdir.

23. Məhkəmə kollegiyası cavabdehin tələbin fərdi yaşayış evindən ibarət ipoteka predmetinə yönəldilməsi, onun və ailə üzvlərinin evdən çıxarılması barədə iddianı təmin ed ən zaman başqa yaşayış yerlərinin olmamasının nəzərə alınmaması, onun və ailə üzvlərinin mənzili ipotekaya qoyan zaman gələcəkdə həmin mənzili qeyri-şərtsiz boşaldılması barədə iradələrinin olmaması ilə bağlı dəlillərini də əsassız hesab etmişdir. Belə ki, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 notarial qaydada təsdiqlənmiş ərizələrinin surətindən görünür ki, onlar Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin olunması məqsədi ilə Cavabdeh3 məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş və həmin əmlaka tutma yönəldikdə oranı qeyri-şərtsiz tərk etməyi öz öhdəliklərinə götürmüşlər.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.7, 317.1, 319.1, 385.1, 442, 448.1, 448.2, 448.4 və 739.1- ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.9, 30.6, 36, 39.3.3, 59.3.1 və 59.3.2-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, 60-cı maddəsinin İ və İİ bəndləri, 71-ci maddəsinin İ bəndi, 127-ci maddənin İİ bəndi, 129-cu maddəsinin İİİ hissəsi üzrə - Qanunun tələbləri pozulmaqla və sübutlar araşdırılmadan qətnamələr qəbul olunmuşdur. Cavabdeh3 iddiaçıdan 2018-ci il 19 iyul tarixin də 36 ay müddətində illik 18 faiz ödəmək şərti ilə 180.000 manat kredit götürmüşdür. Pandemiya və iqtisadi böhran səbəbindən, kredit borcunun ödənilməsi Cavabdeh3 asılı olmayaraq qeyri-mümkün olmuşdur və o, müqavilə üzrə öhdəliklərə əməl olunmamasına görə təqsirli deyil. Cavabdeh3 müqavilə bağlayarkən gələcəkdə belə problemlə qarşılaşacağını bilsəydi, müqavilə bağlamaz, kredit götürməzdi. Əslində borcun yaranması fors-major hallarına aid olduğundan müqaviləyə xitam verilməli idi. Cavabdeh3 dəfələrlə banka ödəniş məbləğinin azaltmağını, ya da işin məhkəməyə göndərilməsini tələb etsə də, nəticəsi olmamışdır. Çünki, bank həmin məbləğə artıq faizlərin hesablanmasında maraqlı olmuşdur. Bank Cavabdeh3 ödədiyi məbləğlərini düzgün hesablamamış, həmçinin cərimə borcunu artıq hesablanmışdır.

27. M əhkəmə tutmanın fərdi yaşayış evinə yönəldilməsi barədə iddianı təmin edərkən, Cavabdeh3 və onun ailə üzvlərinin olmasını nəzərə alaraq tutmanın təxirə salınma məsələsini araşdırmamışdır. Həmçinin, Cavabdeh3 və onun ailə üzvlərinin mənzili ipotekaya qoyarkən, gələcəkdə həmin mənzilin qeyri-şərtsiz boşaldılması barədə iradəsinin olmamasını, o cümlədən Cavabdeh3 və onun ailəsinin ipotekaya qoyulan mənzildən başqa yaşayış yerinin olmamasını nəzərə almamışdır.

28. Bundan başqa, aşağı instansiya məhkəmələrinin hər üç əmlakın hərracda satılması barədə qərarları ədalətli deyil. Hər üç əmlak hərracda satılarsa, cavabdehlərin maddi vəziyyəti daha da pisləşəcək və onlar evsiz qalmaqla, digər qazanclarından məhrum olacaqlar. Tələb olunan pul məbləğinin ipotekaya qoyulmuş əmlaka adekvat olmadığı nəzər ə alınmaqla, iddia tələbi həmin hissədə rədd edilməli idi. Cavabdeh3 borcunu ödəməyə hazırdır, həmin borc qrafikə salınsa, hissə-hissə ödəyər.

29. Apellyasiya şikayətində göstərilənlər ədalətli araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

30. MPM-in 9-cu madddəsi üzrə - Məhkəmə iclaslarının vaxtı barədə Cavabdeh3 heç bir məlumat verilməmiş, bu da onun məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət vermək hüququnu məhdudlaşdırmışdır. Bununla da, məhkəmə qeyd olunan normanın tələblərini kobud şəkildə pozmuşdur.

31. MPM-in 88-ci maddəsi üzrə - İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Məhkəmə yalnız iddiaçının verdiyi sənədlərə əsaslanmışdır.

32. MPM-in 217.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi qətnamənin əsaslığını müəyyən etməmiş, qətnamə qəbul edərkən iddiaçının verdiyi sübutlarla kifayətlənmiş, heç bir əlavə araşdırma aparmadan formal qətnamə qəbul etmişdir. Bu hallar iş üçün vacib amillər olmaqla, həmin qətnamənin əsassızlığına dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

34. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin tələbin fərdi yaşayış evindən ibarət ipoteka predmetinə yönəldilməsi, onun və ailə üzvlərinin evdən çıxarılması, habelə mənzili iddiaçı özünün mülkiyyətinə keçirilməsi barədə iddianı təmin edən zaman başqa yaşayış yerlərinin olmamasının nəzərə alınmaması, onun və ailə üzvlərinin mənzili ipo tekaya qoyan zaman gələcəkdə həmin mənzili qeyri-şərtsiz boşaldılması barədə iradələrinin olmaması ilə bağlı dəlillərini əsassız hesab edilməlidir. Çünki, iş materiallarında olan Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 notarial qaydada təsdiqlənmiş ərizələrin surətindən görünür ki, onlar Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü olunmasına etiraz etməmiş və həmin əmlaka tutma yönəldikdə oranı qeyri-şərtsiz tərk etməyi öz öhdələrinə götürmüşlər.

35. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq olunmuş öhdəlik götürmüş olsunlar. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəklə şdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov q oyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliy in icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” 39. “İpoteka haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

1. Əsas anlayışlar Qanununun müvafiq 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;... 1.0.9. ilkin satış qiyməti - bu Qanu nun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2018ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2527) ilə 34.1-ci maddədə “yaranması anı” sözləri “yaranmasına əsas verən hallar” sözləri ilə əvəz edilmişdir.) 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və d aha çox müddətə gecikdirilməsi; (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.1-ci maddədə “vaxtında icra olunmaması” sözləri “icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi” sözləri ilə əvəz edilmişdir.)...” “Maddə

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitə silə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 36.1-ci maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.)....” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsu n; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”

40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asıl ı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 oktyabr tarixli 2-2(104)-98/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq kassasiya şikayətinin borcun düzgün hesablanmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd ed ir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh3 tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı əsaslı arqument irəli sürə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə müvafiq olaraq qərar qəbul edilmiş, Cavabdeh3 isə ekspert rəyinin əsassızlığına dair hər hansı dəlil irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

28. Məhkəmə kollegiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş borc tələbinin təmin olun hissədə qanuni əsası müəyyən edilmiş və faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı dispozisiya şərtləri ilə uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

29. İddiaçı kredit müqaviləsinin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlı olmuşdur. Bununla belə, hər hansı müqavilə, o cümlədən kredit müqaviləs i münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, Cavabdeh3 həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olmasını nəzərə alan aşağı instansiya məhkəməsi, ədalətli olaraq hesablanmış 4.081,68 manat cəriməni azaltmaqla, 1.000 manat dəbbə pulunun tutulması qənaətinə gəlmişdir. Məhkəmənin həmin qənaəti kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuşdur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 1.000 manat dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Bu baxımdan, aşağı instansiyası məhkəməsinin cərimə məbləğinin azaldılmaqla müəyyən etdiyi dəbbə pulu hissəsində də gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh3 pandemiya səbəbindən kredit borcunun ödənilməsinin ondan asılı olmayan səbəbdən baş verməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmi n maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

31. Hazırki halda isə Cavabdeh3 müqavilə bağlanarkən gözlənilməyən halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığına dair, həmçinin pandemiyanın onun fəaliyyətinə hansı qaydada maneə yaratması və təsiri barədə kreditora məlumat verməsi barədə aşağı instansiya məhkəməsinə sübut təqdim edə bilməmişdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunveric iliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

33. Məhkəmə kollegiyası tələbin fərdi yaşayış evindən ibarət ipoteka predmetinə yönəldilməsi barədə iddia təmin edilərkən, Cavabdeh3 və ailə üzvlərinin başqa yaşayış yerlərinin olmamasının nəzərə alınmaması ilə bağlı şikayətin dəlillərini də əsassız hesab edir. Belə ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikl ərin icrasının təminatı olaraq öz iradə ifadəsi ilə özünə məxsus fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə ipotekaya qoymuşdur (yuxarıda § 4). Həmçinin, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 notarial qaydada təsdiqlənmiş ərizələrinin surətindən görünür ki, onlar Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin olunması məqsədi ilə Cavabdeh3 məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş və həmin əmlaka tutma yönəldikdə oranı qeyri-şərtsiz tərk etməyi öz öhdəliklərinə götürmüşlər. Belə ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Borc lu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

34. Kassatorun digər dəlili isə ondan ibarətdir ki, məhkəmə iclaslarının vaxtı barədə Cavabdeh3 heç bir məlumat verilməmiş, bu da onun məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət vermək hüququnu məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, kassasiya şikayətində bununla bağlı yalnız ümumi xarakterli ifadələr işlədilməklə kifayətlənilmiş, konkret dəlillərə istinad olunmamış, kassator isə bununla əlaqədar apellyasiya məhkəməsi tərəfindən hüquq pozuntularına yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir. İş materiallarından müəyyən olunanlara görə, Ca vabdeh3 məhkəmə iclasların yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, Cavabdeh3 məhkəmə iclaslarında iştirak etməklə mübahisənin məhkəmə araşdırmasından xəbərdar olmuşdur.

35. Bundan başqa, iş üzrə ekspertizanın (həmçinin təkrar və ya əlavə ekspertizanın) təyin edilməsi isə MPM-in 97.1 və 102.3-cü maddələrinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan birinci instansiya məhkəməsi məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı hüququndan istifadə etməklə verilmiş ekspert rəyini nəzərə almış, apellyasiya məhkəməsi də qeyd edilənlərlə bağlı həmin məhkəmənin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə lüzum görməmiş və bununla da hər hansı hü quq pozuntusuna yol verməmişdir.

36. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası Cavabdeh3 dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

37. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

38. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə b axılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 oktyabr tarixli 2-2(104)-98/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 oktyabr tarixli 2-2(104)-98/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar